Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-983/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşının müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan 2 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda - 1027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid6 onun göstərişi ilə 05 may 2020-ci il tarixdə saat 22:30 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid6 həmin gün saat 22:45 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman külli miqdarda - təmiz çəkisi 1027 qram narkotik vasitə heroin Şahid6 əlindəki bir ədəd ağ rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan marixuanadan siqaretə doldurub tüstüsünü çəkməklə istifadə etmişdir. O, Şahid6 təxminən 2 il olar ki, tanıyır. İlkin də narkotik istifadəçisidir və bir qayda olaraq marixuana, heroin və metamfetamindən istifadə edir. Müəyyən vaxtlarda narkotik vasitələri İlkinlə birlikdə bir yerdə qəbul etmişlər. O, marixuananı bir qayda olaraq Türkiyə nömrəsi ilə qeydiyyatdan keçmiş xatırlamadığı şəxslə “WhatsApp” vasitəsilə danışaraq almışdır. Həmin şəxsin nömrəsini narkotik vasitə alması üçün İlkinə də vermişdir. Onun Məzahir adlı tanışı olmuş, o da narkotik vasitə istifadəçisi olmuşdur. O, Məzahirlə birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişdir. 05 may 2020-ci il tarixdə Məzahir “WhatsApp” vasitəsilə zəng edib Bakıda olmadığını, ona iranlının nömrəsini verəcəyini, həmin şəxsin Məzahirə heroin verməli olduğunu, onun həmin nömrə ilə əlaqə saxlayıb heroini götürməsini, bir hissəsini özünə götürməsini, qalan hissəsini isə özündə saxlayaraq Bakıya qayıtdıqda onun özünə çatdırmasını demişdir. Məzahir ona +98 ilə başlayan İran nömrəsini göndərmişdir. O, həmin şəxsə “WhatsApp”da yazaraq nömrəni ona Məzahirin verdiyini və narkotik vasitənin qoyulduğu yeri ona deməsini bildirmişdir. Həmin şəxs də ona Nizami rayonu ərazisində yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığına getməsini və həmin yerə çatdıqda narkotik vasitənin qoyulduğu yeri ona deyəcəyini bildirmişdir. O da “Telegram” proqramı vasitəsilə İlkinə zəng edib gəlib onu 3-cü mikrorayon dairəsi adlanan yerdən götürməsini xahiş etmişdir. Bu zaman Şəhriyar da zəng edib ondan heroin istəmişdir. O da Şəhriyara onda heroin olmadığını, ancaq heroin götürmək üçün gedəcəyini, onunla gedərsə Şəhriyara da heroin verəcəyini demişdir. Saat 21 radələrində İlkin gəlib Şəhriyarla birlikdə onu 3-cü mikrorayon dairəsindən götürmüşdür. Maşına mindikdən sonra o, İlkinə iranlının dediyi yerdən narkotik vasitə götürməyə getdiklərini demişdir. O, Şəhriyar və İlkinlə birlikdə Nizami rayonu ərazisinə yola düşmüşlər və saat təxminən 22 radələrində ora çatmışlar. Bu zaman Nizami rayonu ərazisində “Ruslan-93” deyilən yerin qarşısında olarkən iranlı ona narkotik vasitənin dibinə qoyulduğu ağacın şəklini göndərmiş və ona ağacın dibində bağlamada heroin olduğunu demişdir. O, İlkin və Şəhriyara həmin şəxsin bağlamada heroin göndərdiyini demişdir. O, telefonla rahat danışmaq üçün maşından düşmüşdür. Maşından bir qədər kənarlaşıb iranlı ilə “WhatsApp”da danışmağa başlamışdır. Sonra Məzahirə zəng edərək iranlının dediyi yerə gəldiyini demişdir. O, iranlı ilə telefonda danışarkən İlkin maşından düşərək onun yanına gəlmiş, heroinin hara qoyulduğunu soruşmuşdur. O da telefonda olan şəkli İlkinə göstərmişdir. İlkin ona pandemiya ilə bağlı 3 saatlıq icazə vaxtının qurtardığını və tələsdiyini demişdir. O, telefonla danışdığı üçün İlkinə gedib ağacın dibindən heroini götürməsini demişdir. İlkin həmin bağlamanı ağacın dibindən götürüb maşına tərəf gedərkən mülki geyimdə olan bir neçə şəxs İlkinə yaxınlaşmışlar. O da həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşüb qaçaraq oradan uzaqlaşmış, taksiyə minib Keşlə qəsəbəsində olan evə gəlmişdir. Mobil telefonunun içərisində olan məlumat və danışıqları silmiş və telefonunu söndürmüşdür. 04 fevral 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, polis əməkdaşlarının gəldiyini görüb vintaçan ilə özünə xəsarət yetirməyə də cəhd etmişdir. Gənc olmasının, əvvəllər heç vaxt qanunsuz əməl törətməməsinin, həm də qaçaqmalçılıq cinayətinə heç bir aidiyyətinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 05 may 2020-ci il tarixdə Şahid6 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur və həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 həyata keçirmiş və qrup üzvləri Baş İdarənin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və onun özündən ibarət olmuşdur. Şahid6 Bakı şəhəri, Nizami rayonu ərazisində olması barədə məlumat olduğundan həmin əraziyə getmişlər. 05 may 2020-ci il tarixdə saat 22:45-də ünvan 3 ünvanının yaxınlığında dayanmış **-TJ-*** dövlət qeydiyyat nişanlı “HONDA” markalı avtomobilin yanında üç nəfərin olmasını və onlardan birinin Şahid6 oxşadığını müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. O anda həmin şəxslərdən biri – adı sonradan müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs cəld qaçaraq həmin ərazidən uzaqlaşmış, həm də qaranlıq olduğundan onu yaxalaya bilməmişlər. Digər şəxslər özlərini təqdim edərək Şahid6 və Şahid5 olmalarını bildirmişlər. Şahid6 narkotik vasiələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla onu tanış etmişlər. Bundan sonra Şahid6 və Şahid5 Baş İdarəyə dəvət edilmiş, Şahid6 və Şahid5 müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Baş İdarədə xidməti otaqların birində Şahid6 üzərində şəxsi axtarış keçirilmiş, axtarışdan əvvəl İlkin bu barədə qəbul edilmiş qərarla tanış edilmiş və İlkinə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər varsa könüllü surətdə verməsi təklif edilmişdir. İlkin üzərində “ticarət mərkəzi” sözü yazılmış, ağ rəngli sellofan paketi təqdim etmiş və paketin içinə baxılmışdır. Baxış zamanı qara rəngli, üzərində “İNW” sözü yazılmış sellofan paketin içindən bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Şahid6 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı, tünd boz rəngli mobil telefonu, bir ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra Şahid6 üzərinə şəxsi axtarış keçirilmiş, onun göy rəngli cins şalvarının sağ yan cibindən altmış beş manat və altmış qəpik pul aşkar olunmuşdur. Daha sonra içində açıq qəhvəyi rəngli, heroinə bənzər kütlə olan bir ədəd büküm zərfə qoyularaq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmaqla imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı mobil telefon götürülmüşdür. Bir ədəd avtomobil açarı və 65 manat 60 qəpik pul İlkinin özünə geri qaytarılmışdır. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid5 bu barədə qərarla tanış edilərək üzərində olması ehtimal edilən narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şahid5 qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şprisi, “valerian” dərman preparatının şüşə qabının sınıqlarını, gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu təqdim etmişdir. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı gödəkçəsinin sol yan cibindən bir ədəd alışqan, bir ədəd kağız parçası, göy rəngli şalvarının sol yan cibindən bir ədəd limon duzu paketi aşkar olunmuşdur. Daha sonra bir ədəd şpris və “valerian” dərman preparatının şüşə qabının sınıqları zərfə qoyularaq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı mobil telefon, bir ədəd limon duzu paketi götürülmüş, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd kağız parçası Şəhriyarın özünə geri qaytarılmışdır. Bundan sonra İlkin Xudaverdiyin idarə etdiyi **-TJ-*** dövlət qeydiyyat nişanlı “HONDA” markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə, Şahid6 məxsus sürücülük vəsiqəsi aşkar edilmiş və götürülmüşdür. Avtomobilə baxış zamanı hər-hansı bir dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sonra protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin külli miqdarda narkotik vasitəni iranlıdan əslində Təqsirləndirilən şəxs qabaqcadan sövdələşərək əldə etdiyi, amma əməliyyat tədbiri zamanı sonuncunun fürsət taparaq qaçdığı müəyyənləşdirilmişdir. Keçirilmiş ilkin araşdırmalar zamanı bu hal tam təsdiqini tapmış və sonradan istintaq orqanı Babanın axtarışı ilə bağlı tədbirlər həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2, Şahid4 və Şahid3 oğlu Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. İki ildən artıq müddətdə tanıdığı Təqsirləndirilən şəxs təxminən son bir il ərzində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub. O özü də Babadan bir neçə dəfə metamfetamin, ekstazi və lirika həbləri əldə etmişdir. Şəhriyarı da Baba vasitəsilə tanımışdır. Şəhriyar da narkotik aludəçisi olmuşdur. 05 may 2020-ci il tarixdə saat təxminən 19-20 radələrində Baba onunla əlaqə saxlayıb metronun «Neftçilər» stansiyası yaxınlığına getmək lazım olduğunu demiş və bunun müqabilində ona 30 manat pul verəcəyini bildirmişdir. Razılaşmış və saat təxminən 21 radələrində Babanı götürmək üçün 3-cü mikrorayon dairəsinə gəlmişdir. Orada Babanı və Şəhriyarı götürüb metronun «Neftçilər» stansiyası tərəfə yola düşmüşdür. O, Babadan həmin yerə niyə getdiklərini soruşduqda Baba heroin sifariş verdiyini və onu götürmək üçün getdiklərini bildirmişdir. Saat təxminən 22 radələrində həmin əraziyə çatmışlar. Həmin yerdə olan zaman Baba şəkil göndərilməli olduğunu bildirmiş və buna görə gözləmişlər. Həm də Baba maşında iranlı ilə dəfələrlə telefonla danışmışdır. Danışığının da məzmunu ancaq heroinin qoyulduğu yerin dəqiq müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Həmin yerdə təxminən 40 dəqiqə gözlədikdən sonra Baba avtomobildən enmiş və bir ağac istiqamətində baxmağa başlamışdır. Onun da pandemiya ilə bağlı 3 saatlıq icazə müddəti başa çatmaqda olduğu üçün tələsmək məcburiyyətində qalmışdır. Avtomobildən düşüb Babadan məsələnin nə yerdə olduğunu soruşduqda Baba ona ağacın dibində olan ağ rəngli sellofan torbanı göstərib narkotik vasitənin həmin torbada olduğunu bildirmişdir. O da gedib həmin paketi ağacın dibindən götürmüşdür. Avtomobilin yanına qayıtmağa az qalmış bir neçə nəfər mülki geyimli şəxs cəld ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Baba polis əməkdaşlarını görüb sürətlə qaçaraq gözdən itmişdir. Polis əməkdaşları onu və Şəhriyarı saxlamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə ona vəkil təyin edilmiş, hüquqları izah edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, bir ədəd ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Ağ rəngli torbanın içərisindəki qara sellofan torbada bir ədəd bükümdə heroin aşkar olunmuşdur. Sonra üstündən bir ədəd «İphone» markalı mobil telefon, 65 manat 60 qəpik pul və avtomobilin açarı aşkar edilmişdir. Pul və avtomobilin açarı özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. Sonra narkotik vasitə heroin bir ədəd paketə qoyulub qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Yekunda protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olaraq imzalamışlar. Daha sonra onun və Şəhriyarın iştirakı ilə avtomobilə baxış keçirilmiş, amma maşından qanunsuz heç nə tapılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən bir ildən artıq müddətdə heroindən istifadə etmişdir, hazırda isə heç bir narkotik vasitədən istifadə etmir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Baba özü də narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Ona birdəfəlik istifadə üçün çet heroin lazım olduqda Babadan almışdır. Babanın heroini ona pulsuz verdiyi hallar da olmuşdur. Şahid6 isə məlum hadisədən təxminən bir il əvvəl Babanın vasitəsilə tanımışdır. İlkin də narkotik vasitə istifadəçisi olmuşdur. 05 may 2020-ci il tarixdə Babadan özünün qəbul etməsi üçün heroin istəmişdir. Baba da özündə heroini olmadığını, amma kimdənsə götürmək üçün gedəcəyini bildirmiş, elə bu məqsədlə də onunla birlikdə getməsini təklif etmiş, heroini götürəndən sonra ona da verəcəyini bildirmişdir. Baba ilə razılaşmış və heroini istifadə etmək üçün şpris, narkotik vasitəni əritmək üçün bir ədəd şüşə flakon qab, az miqdarda da limon duzu götürmüşdür. 3-cü mikrorayon dairəsi yaxınlığında İlkin idarə etdiyi avtomobillə gəlib onları götürmüşdür. Avtomobildə olan zaman Baba İlkinə bildirmişdir ki, narkotik vasitə götürmək üçün “Neftçilər” metrostansiyasının yaxınlığına getmək lazımdır. Həmçinin Baba həmin narkotik vasitəni hansısa iranlının göndərdiyini və həmin şəxslə “WhatsApp” proqramı vasitəsilə danışdığını bildirmişdir. Bundan sonra onlar deyilən əraziyə getmiş, “Neftçilər” metrostansiyasının yaxınlığına gəldikdə Baba onlara ağacın şəklini göstərib içində heroin olan bağlamanın ağacın dibində olduğunu demişdir. Daha sonra Baba avtomobildən enmiş və ətrafa baxmağa başlamışdır. Onun ardınca İlkin avtomobildən enmiş və Babanın yanına getmişdir. Bir qədər sonra avtomobilə bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamışlar. Həmin şəxslərin ondan əvvəl artıq İlkini də tutduqlarını görmüşdür. Amma Babanı görməmişdir. Polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə ona vəkil təyin edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış vaxtı üstündəki bir ədəd şprisi, bir ədəd şüşə flakonu və bir ədəd limon duzunu polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra ona məxsus olan «İphone» markalı mobil telefon götürülmüşdür. Sonra polis əməkdaşları onun və İlkinin iştirakı ilə avtomobilə baxış keçirmişlər. Amma avtomobildən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid6 istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı narkotik vasitə götürməyə getdiklərini və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göndərdiyini bildiyini etiraf etmişdir (cild 2, iş vərəqə 1-3). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid5 istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun özünə də pul müqabilində narkotik vasitələr verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı narkotik vasitə götürməyə getdiklərini və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının göndərdiyini bildiyini etiraf etmişdir (cild 1, iş vərəqə 231- 233). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2020-ci il tarixli 6/670 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Şahid6 üzərindən aşkar olunmuş...” yazıları olan kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 1027 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “ Vətəndaş Şahid5 üzərindən aşkar edilmiş...” yazıları olan kağız paketdəki üzərində “Valerian ekstrakt” yazıları olan 01 ədəd sınıq şüşə flakonda və 01 ədəd boş vəziyyətdə 01 ml-lik şprisdə narkotik vasitə heroinin izləri müəyyən edildi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1026,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 74- 78). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid6 05 may 2020-ci il tarixdə saat 22:45 radələrində ünvan 3 ünvanının yaxınlığında tanışı Şahid5 birlikdə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Şahid6 sağ əlində tutduğu ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1027 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 34-36). Cinayət işinin materiallarında olan Şahid6 aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin müəyyən olunması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış 19 may 2020-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 03 iyun 2020-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Şahid6 üzərindən aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir (cild 1, iş vərəqə 110). Cinayət işinin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən 18 fevral 2021-ci il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 04 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Hardasan de lap men gelim brat senol qalmiwam kolasiz pulda yoxdu onu verim kola goturmeliyem ac bidene deqiq soz danwaq biley ne edriyde” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 08 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə “cvb ver yuz manat ya 150 pul olacaq kola lazimdi mene yiq meni ya yiqram cvb ver bawmi xarab eleme xesde adamam qoy oturmuwam” məzmunlu, ***-***- **-** saylı mobil nömrə istifadəçisi 28 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bu tema oten defekinnendi”, “Zordu qaqa lazim olsa yene alinar” məzmunlu SMS göndərmişdir (cild 2, iş vərəqə 21). Cinayət işinin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən 23 fevral 2021-ci il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 17.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Onda bi yarım ver bana başımızı katıştıraq baba yaxsısı gelende tam alırım” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 17.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “He baba bunu yarım ver götürüm indi” məzmunlu, ***-***- **-** saylı mobil nömrə istifadəçisi 17.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Abi indi danıştım yarım saat sonra götürmeye gedecem birdeki baba 25 manat verecem demi?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 17.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Başa düşmedim abi Yarım götürecem ne qeder vereyim” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam baba necesen Baba kova lazımdı birtane sende varmı eger vardırsa geleyim götürüm” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Bir paket lazım baba neçeye deyir?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Keçen verdiğindenmi yoxsa bu daha yaxsısıdı” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “60 manata ne qeder verir baba yoxumdu heleki ona göre” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Abi zevkin borcu olmaz Allah razı olsun ben direk 60 manatlık almak istiyorum ama biraz çok verse lap yaxsı olar” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 19.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Onda heç olmassa 80 manata versin baba idare etsin bizi bu seferlik” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 22.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Yaxsıyam abi saol baba kova lazımdı mene sende güclü varsa gelip götürüm” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 22.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Abi normalde elvin abiden 50 manata götürüyorum sen ne qedere verersen baba” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 22.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “He abi ya güçlü bitane gelende xeber eyle zehmet olmassa” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 16.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Qardawim yiq meni m40 nolduye srocnu lazimdiye” məzmunlu, Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 18.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “2 k lazimdi menim ozume 23 u verecem pulin” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 22.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “100YA 150 AMA BRAT PATİ LAZİMDİ ORA VERMEYDE” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 22.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə “Baba cox pisem sen kimi cox istiyisen varindisa mene bidamci qara ver lap pulda verim sene xaiw eliyirem” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi 23.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Ay qardawim kola goturdun uwaqa dim pulu getirsin” məzmunlu, ***- ***-**-** saylı mobil nömrə istifadəçisi 23.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Ay brat uwaq gelsin sende gel temani getir alim verim pulu sene” məzmunlu SMS göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 17.01.2020-ci il tarixdə “Abi yaxwisi ne vaxt gelecey bilmirem bunu yarim kova deyirsen?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 17.01.2020-ci il tarixdə “Abi bende deyil sana numara aticam Mehemmedin numarasi onnan goture bilersen?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 17.01.2020-ci il tarixdə “Yox abi orda 3du 50m” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 17.01.2020-ci il tarixdə “Abi oranin yarisi coxdu ona gore 50m 3gr” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 19.01.2020-ci il tarixdə “Abi 5 100” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 19.01.2020-ci il tarixdə “Abi 5 versin 60 ver 40 verersen sabah olar?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 19.01.2020-ci il tarixdə “Abi orda o bole bilmir butov verse olmaz sene?” məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisinə 22.01.2020-ci il tarixdə “Abi 50 burda 3 du” məzmunlu SMS göndərmişdir (cild 2, iş vərəqə 24-25). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 fevral 2021-ci il tarixli 481 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 28-29). Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 29 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 69-70). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 14-15). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, İran İslam Respublikası vətəndaşının müəyyən edilməmiş vaxtda və şəraitdə külli miqdarda 1027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Şahid6 və Şahid5 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığına gedərək İran İslam Respublikası vətəndaşının ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərdikdən sonra İlkin həmin şəkildə olan ağacın dibindən heroini götürmüşdür. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşının müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan 2 ünvanının yaxınlığına külli miqdarda 1027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb orada gizlətməklə saxladıqdan və Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Şahid6 və Şahid5 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığına gedərək İran İslam Respublikası vətəndaşının ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərdikdən sonra İlkin həmin şəkildə olan ağacın dibindən heroini götürmüşdür”. Göründüyü kimi, narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından gizlənərək yayındığına görə 18 may 2020-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 04 fevral 2021-ci il tarixdə tutulmuş, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 fevral 2021ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-102, 205, 244-249). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1026,9 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid6 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk və “Azərcell” və “xxxx” Məhdud Məsuliyyətli cəmiyyətlərindən daxil olmuş telefon danışıqları ilə bağlı məlumatların əks olunduğu 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1026,9 qram təşkil edən heroin məhv edilsin; - Şahid6 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk və “Azərcell” və “xxxx” Məhdud Məsuliyyətli cəmiyyətlərindən daxil olmuş telefon danışıqları ilə bağlı məlumatların əks olunduğu 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-983/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-983/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver