Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-983/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər: Məcidov X6 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcrdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2016-cı ilin mart ayında vətəndaş Zərərçəkmiş şəxs külli miqdarda pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, ona Sabunçu rayonu, Nardaran qəsəbəsində ucuz qiymətə torpaq alacağına yalan vədlər verib Zərərçəkmiş şəxs inandıraraq etibarından suiistifadə edib ünvan 2 ünvanının qarşısında 2016-cı ilin mart ayının ortalarında 27000 manat və 2016-cı ilin mart ayının sonlarında 27000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 54000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin mart ayında vətəndaş Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə faktiki heç bir torpaq sahəsini almadığı halda onu Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsini aldığına inandıraraq həmin torpaq sahəsinə sənəd düzəldəcəyini bildirib, Zərərçəkmiş şəxs aldadaraq etibarından sui-istifadə edib ünvan 3 ünvanının qarşısında 2016-cı ilin aprel ayının ortalarında 5000 manat və 2016-cı ilin aprel ayının sonlarında 5000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə, sənədə baxış, ifadənin yerində yoxlanılması protokolları və işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxslə tanışlığı 2016-cı ildən olmuş, o, 2005-2011-ci illərdə TQDK-da satış üzrə agent vəzifəsində işləmiş, sonra isə heç bir yerdə işləməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona pul verməyi, bunun qarşılığında ona torpaq sahəsi almasını təklif etmişdir. Onların arasındakı söhbət torpaq sahəsinin alınması ilə bağlı olmuş, danışıqdan sonra Zərərçəkmiş şəxs ona 24.000 (iyirmi dörd min) manat, daha sonra isə 26.000 (iyirmi altı min) manat pul vermişdir. Zərərçəkmiş şəxs ilə onun arasında heç bir zaman münaqişə olmamışdır. Həmin torpaq sahəsinin ümumi qiyməti 80.000 (səksən min) manat olmuş, onlar isə 50.000 (əlli min) manat vermiş, torpağın sahibinə 30.000 (otuz min) manat borclu qalmışlar. Buna görə də alqı-satqı baş tutmamışdır. O, 2016-cı il tarixdə zərərçəkmiş şəxsdən 10.000 (on min) manat və 4.000 (dört min) manat pul almamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında torpaq alqı-satqısı söhbəti olmuş və o, zərərçəkmiş şəxsə onun üçün torpaq sahəsi alacağına söz vermişdir. Torpaq sahəsi Nardaran kəndi ərazisində, dənizə yaxın məsafədə yerləşmiş, həmin torpaq sahəsi yaşlı bir qadına məxsus olmuş, o, torpaq sahəsinin sahibini tanımamış, tanışlarından ucuz torpaq sahəsi olarsa, ona xəbər etmələrini xahiş etmiş, Nardaran kəndi ərazisində yerləşən həmin torpaq sahəsini də tanışları vasitəsi ilə tapmışdır. O, həmin torpaq sahəsini alıb, sonradan satmaq istəmişdir. Zərərçəkmiş şəxs bizneslə məşğul olmamış, lakin o, Leyla xanımla biznes partnyoru kimi işləyib, torpaq alıb-satmaq niyyətində olmuşdur. Zərərçəkmiş şəxs özü bu işi ona təklif etmişdir. Torpaq sahəsinin qiyməti 70.000 (yetmiş min) manat olmuş, 10.000 (on min) manat isə arada vasitəçilik edən şəxsə verilməli olmuşdur. O, 10.000 (on min) manat pulu vasitəçi kimi özünə götürmək niyyətində olmuşdur. 2016-cı il tarixdə Nardaran kəndi ərazisində torpağın bir sotu 3.600 (üç min altı yüz min) manat olmuşdur. Zərərçəkmiş şəxs başqa heç kimi görməmiş, pulları yalnız ona vermişdir. Pulların hamısı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Torpağın sənədi köhnə bələdiyyə sənədi olmuş, ona görə də alqı-satqı baş tutmamış, o da 50.000 (əlli min) manata ət dükanı açmışdır. Zərərçəkmiş şəxs ona torpaq sahəsi almasını deməmiş, hansısa bir iş görməsini tapşırmış, bu səbəbdən də o, ət dükanı açmış, ət dükanı açdığından Zərərçəkmiş şəxs xəbəri olmuşdur. Zərərçəkmiş şəxs pulları verərkən yanlarında heç kim olmamışdır. Aralarında olan narazıçılıq 2021-ci il tarixdən sonra başlamış, Zərərçəkmiş şəxs ümumilikdə 50.000 (əlli min) manat pul almışdır. Zərərçəkmiş şəxs ondan pul tələb etməmiş, sadəcə olaraq hər ay əlində vəsait olduqca onun pulunu geri qaytarmağını istəmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2016-cı ildə nəvəsi ali məktəbə qəbul olunmaq üçün imtahan vermiş, lakin imtahandan keçə bilməmişdir. O, Pərvizi başqa bir şəxs vasitəsilə tanımış, belə ki, ona Təqsirləndirilən şəxs TQDK-da işlədiyini, abituriyentlərin universitetə qəbul olunması üçün ona köməklik göstərə biləcəyini demişlər. O da bu məqsədlə Təqsirləndirilən şəxslə tanış olmuş və həmin şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs onun savadsızlığından, bu işlərdən anlayışının olmamasından istifadə edərək, nəvəsinin İqtisadiyyat Universitetinə qəbul olunmasına köməklik göstərəcəyini vəd edərək, ondan pul almış, Təqsirləndirilən şəxs dəfələrlə ona sənədlərin hazır olmasına çox az müddət qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında TQDK-nın sədri ilə yaxın münasibətlərinin olduğunu və onunla tez-tez görüşüb danışdıqlarını demişdir. Bununla da təqsirləndirilən şəxs onda inam, etibar yaratmışdır. Daha sonra Təqsirləndirilən şəxs onun pulunun olduğunu bildiyi üçün ona torpaq sahəsi alacağını bildirib, ondan bu məqsədlə 27.000 (iyirmi yeddi min) manat, sonra isə yenidən 27.000 (iyirmi yeddi min) manat, daha sonra isə torpağın sənədlərinin düzəlməsi üçün 5.000 (beş min) manat pul almışdır. Nəvəsi universitetə qəbul olunmadığı üçün o, Təqsirləndirilən şəxs harada yaşadığını öyrəndikdən sonra onun yaşadığı ünvana getmiş, evdə atası və anası ilə görüşmüş və atasına Pərviz barədə məlumat verərək oğlunun ondan pul aldığını, lakin heç bir köməklik göstərmədiyini, həmçinin pulunu da geri qaytarmadığını demişdir. O, Pərvizə nəvəsinin İqtisadiyyat Universitetinə qəbul olunması üçün 35.000 (otuz beş min) manat pul vermiş, həmin pulu çox böyük çətinliklə Təqsirləndirilən şəxs geri almışdır. O, torpaq sahəsi alması üçün Təqsirləndirilən şəxs pulları nəvəsinin yanında vermişdir. Təqsirləndirilən şəxs Nardaran kəndində yerləşən bir neçə evi ona göstərərək həmin evlərin guya onun özünə məxsus olduğunu demiş və onu aldatmışdır. Pərvizin Əli adında dostu onu kənara çəkərək Pərvizin onu aldatdığını, onun heç nəyinin olmadığını demişdir. O, Pərvizdən evin sənədlərini tələb etdikdə Pərviz aradan çıxmış, onu tapa bilməmişlər, işlətdiyi mobil nömrəyə dəfələrlə zəng etsə də, onunla əlaqə yarada bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, torpaq satın alınması məsələsini Təqsirləndirilən şəxs özü ona təklif etmiş, Təqsirləndirilən şəxs kürəkəni vasitəsilə tanımış, əvvəllər onu tanımamışdır. Pərviz onu aparıb torpaq sahələri göstərmiş, lakin daha sonra məlum olmuşdur ki, ona göstərdiyi torpaq sahələri başqa bir şəxsə məxsus olmuşdur. Pərviz ona heç bir torpaq sahəsinin sənədlərini təqdim etməmişdir. O, Təqsirləndirilən şəxslə heç bir şərikli işə girməmiş, Təqsirləndirilən şəxs ona verdiyi pulları geri tələb etmədiyini deməmişdir. 2016 və ya 2017-ci ildə Pərvizə 64000 (altmış dörd min) manat pul vermişdir. Pərviz əvvəlcədən ona verdiyi 35000 manat pulu qaytarmadan, 64000 (altmış dörd min) manat pulu ona vermişdir. Verdiyi pulu geri qaytarması üçün Pərvizə hər gün zəng etmiş, 2020-ci ildə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Pulları Təqsirləndirilən şəxs verməsi ilə bağlı olan bütün faktlar telefonunda olmuş, lakin telefonu format olunduğuna görə həmin materiallar da telefondan silinmişdir. Təqsirləndirilən şəxs iki-üç dəfəyə olmaqla ümumilikdə 64.000 (altmış dört min) manat pul vermiş, onun Pərvizə verdiyi 64.000 (altmış dört min) manat puldan 700 (yeddi yüz) manat, 1500 (min beş yüz) manat və 400 (dörd yüz) manat pulu geri qaytarmışdır. Lakin istintaq zamanı 4.000 (dörd min) manat pulu təqsirləndirilən şəxsə keçmiş, hazırda 60.000 manat pulunu tələb edir. Məhkəmə istintaqı başa çatdıqdan sonra Zərərçəkmiş şəxs ona dəymiş zərərdən daha 5000 manatının geri qaytarıldığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə bir dostu vasitəsilə Təqsirləndirilən şəxs tanımış, həmin ərəfədə qohumu Zərərçəkmiş şəxs nəvəsini ali məktəbə qəbul etdirmək istədiyini bildirmiş, o da bu barədə dostu Füzuliyə demiş, həmin şəxs də Pərvizə bu məsələ barədə danışmışdır. Təqsirləndirilən şəxs bu məsələni həll edə biləcəyini bildirmiş, daha sonra Zərərçəkmiş şəxs ilə Pərviz görüşmüş, Pərviz Zərərçəkmiş şəxs nəvəsinin universitetə qəbul olunmasına köməklik etmək adı ilə ondan pul almış, lakin sonradan heç bir köməklik göstərməmişdir. Bu hadisədən sonra Pərviz ondan xəbərsiz Zərərçəkmiş şəxs torpaq alqısatqısı üçün müəyyən məbləğdə pul almış, o, bu barədə xəbər tutanda Pərvizlə görüşüb danışmış, pulu geri qaytarmasını tələb etmiş, Pərviz də onunla razılaşmış, pulun qarşılığında ona mikroavtobus vermiş, sonra da 700 (yeddi yüz) manat pul vermişdir. O, mikroavtobusu Pərvizə geri qaytarmış, daha sonra Pərviz ona pulun qarşılığında maşın vermiş, o da həmin maşını 1500 (min beş yüz) manata satmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs torpaq alqı-satqısına görə ümumilikdə 65000 (altmış beş min) manat pul vermiş, həmin pul vəsaitinin Pərvizə verilməsindən onun xəbəri olmamış, o, bu barədə sonradan xəbər tutmuşdur. O, Pərvizi Zərərçəkmiş şəxs nəvəsinin universitetə qəbul olunması məsələsi ilə əlaqədar tanımışdır. Təqsinləndirilən şəxs Zərərçəkmiş şəxs 64.000 və ya 67.000 manat pul aldığını ona etiraf etmiş, o, pulun dəqiq məbləğini hazırda xatırlamır. Təqsirləndirilən şəxs aldığı məbləğdən 700 (yeddi yüz) manat bir, 1500 (min beş yüz) bir qaytarmışdır. Təqsirləndirilən şəxs həmin pulları 2 il əvvəl geri qaytarmışdır. Təqsirləndirilən şəxsin ona pulun qarşılığı üçün verdiyi avtomobilin dəyəri 4000 manat olmamış, o, həmin maşını 1500 manata satmış və buna görə də borcdan 1500 manat silmişlər. Təqsirləndirilən şəxs aldığı məbləğdən 1500 manatını geri qaytardığını deyəndə, ona verdiyi maşının satılmasından əldə olunan pulu nəzərdə tutmuş, təqsirləndirilən şəxs həmin avtomobili ona verərkən hansı məbləğin qarşılığında verməsi ilə bağlı aralarında razılaşma olmamış, sadəcə avtomobili hansı qiymətə satsa, həmin məbləği də borcdan çıxacaqları barədə razılaşmışlar. O da Təqsirləndirilən şəxs verdiyi avtomobili 1500 manata satmışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə onu universitetə düzəltmək üçün nənəsi Zərərçəkmiş şəxs Pərviz adlı şəxsə 35.000 manat pul vermiş, lakin o, həmin zaman pulun verilməsində iştirak etməmişdir. Lakin onun işi alınmadığından anası Tükəzban pulu həmin şəxsdən geri almışdır. Bundan sonra Pərviz nənəsinə torpaq almaq və daha sonra baha qiymətə satıb, bununla da pul qazanmaq üçün iş təklif etmiş, nənəsi bu təkliflə razılaşmış, bundan sonra ilkin olaraq nənəsi 2016-cı ilin mart ayında Pərvizə yaşadıqları evin qarşısında 27.000 manat, bundan 2-3 gün sonra təkrar ona yaşadığı evin qarşısında 27.000 manat da əlavə pul vermişdir. Bir müddət keçdikdən sonra torpaq sahəsini sənədləşdirmək üçün nənəsindən 10.000 manat pul istəmiş, nənəsi hər birində 5000 manat olmaqla 2 dəfəyə ona ümumilikdə əlavə olaraq 10.000 manat pul vermişdir. Həmin 10.000 manatı da yaşadığı evin qarşısında vermişdir. Nənəsi Zərərçəkmiş şəxs həmin qeyd olunan 64000 manat pulu onun iştirakı ilə vermişdir. Həmin puldan 4000 manat onun nənəsinə qaytarılmış yerdə qalan 60000 manat pulu qaytarmamışdır. Həmin pulu Pərviz dələdzuluq yolu ilə ələ keçirmişdir (cild 01, i/v 59-61). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 20 noyabr 2022-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs 64000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, həmin puldan 54000 manat pulu torpaq almaq üçün, qalan 10000 manat pulu isə torpağa sənəd düzəltmək üçün verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, i/v 96-99). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş 11 fevral 2023cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 təqsirləndirilən şəxsin ona 700 manat pul və 01 ədəd “Daewo Espero” markalı maşın verdiyini, həm həmin nəğd pulu, həm də avtomobilin satışından əldə etdiyi pulları Zərərçəkmiş şəxs verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, i/v. 150-153). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “ifadənin yerində yoxlanılması haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və zərərçəkmiş şəxs pulu verdiyi yer və ona satılmalı olan torpaq sahəsinin yerini əyani olaraq göstərmişdir (cild 01, i/v 62-63). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “sənədə baxış keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinə əlavə edilmiş əl yazısına baxış keçirilmiş və həmin sənəddə “Mən Təqsirləndirilən şəxs X7 xanımnan torpaq sahəsi almışıq. O yerin dəyərində 54000 manat pul götürmüşem torpaqı satıb pulu qaytaracam. 13 may 2016” yazıları və imzaların öz əksini tapdığı müəyyən edilmişdir (cild 01, i/v 126). Təqsirləndirilən şəxs məhkəmə iclasında həmin əl yazısının ona məxsus olmadığını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində və üzləşdirmədə dindirmələr zamanı Zərərçəkmiş şəxs 54000 manat məbləğində pul almasına dair qəbz yazdığını və imzaladığını etiraf etmiş, qeyd olunan əl yazısının ona məxsus olduğunu bildirmişdir (cild 01, i/v 93-95, 96-99, 109-111) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 01, i/v 147). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 50.000 (əlli min) manat məbləğində pul vəsaiti alması, həmin pulu mənimsəmək məqsədi ilə deyil, iş qurmaq məqsədi ilə alması barədə özünün təqsirsizliyi ilə bağlı ifadəsindəki xüsusatlara dair məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən əvvəlcə guya onun nəvəsini ali məktəbə düzəldə biləcəyi adı ilə müəyyən məbləğdə pul almasını, lakin sonradan həmin pulu geri qaytarmasını, daha sonra torpaq sahəsi alacağını bildirsə də, torpaq sahəsinə dair nə zərərçəkmiş şəxsə, nə istintaq orqanına, nə də məhkəməyə torpaq sahəsinə dair heç bir sənəd təqdim etməməsini, torpaq sahəsinin sahibini tanımadığını, torpaq sahəsini başqa bir tanışı vasitəsi ilə tapdığını bildirsə də, həmin şəxsin də şəxsiyyəti barədə məhkəməyə heç bir məlumat verməməsini, daha sonra torpaq sahəsini almaq mümkün olmadığından qeyd olunan pulu ət dükanı açmağa sərf etdiyini bildirməsini, lakin buna dair də hər hansı bir sənəd təqdim etməməsini təqsirləndirilən şəxsin qeyd olunan məbləği məhz dələduzluq niyyəti ilə, zərərçəkmiş şəxsin pulunu mənimsəmək məqsədi ilə əldə etməsinin göstəricisi kimi qəbul edir. Bundan başqa, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğini mübahisələndirərək ondan 64.000 manat məbləğində deyil, cəmi 50.000 manat məbləğində pul alması ilə bağlı ifadəsinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün əl yazısı ilə təqdim olunmuş qəbzdə 54.000 manat məbləğində pul aldığı qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin tələblərinə əsasən Həmin Məcəllənin 178.3.2-ci maddəsi üzrə cinayət məsuliyyəti məhz 50.000 manatdan yuxarı məbləğlər üçün nəzərdə tutulduğundan, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən 50.000 manat məbləğində pul alması ilə bağlı ifadəsi onun təqsirləndirildiyi maddə üzrə məsuliyyətdən yayınmaq məqsədi güdür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab ki, təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində 3 azyaşlı övladının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı hər hansı bir sənəd təqdim etməmiş, həmçinin elektron məhkəmə informasiya sisteminə Təqsirləndirilən şəxs qohumluq əlaqələri ilə bağlı sorğu verildikdə onun himayəsində azyaşlı uşağının olması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsi ilə bağlı məsələni şərh edərək məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyə öz əl yazısı ilə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsdən 60.000 manat məbləğində pulunu tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Daha sonra məhkəmə iclasında müdafiə tərəfi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş ziyanın tam ödənilməsi, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması barədə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş, lakin həmin ərizə ilə eyni vaxtda və onunla eyni tarixli Kredit Müqaviləsini də təqdim edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 41.000 manat məbləği ilə bağlı borc müqaviləsinin bağlandığını bildirmişdir. Məhkəmə təqdim olunmuş sənədlərlə bağlı zərərçəkmiş şəxsin mövqeyini öyrəndikdə zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxs məhkəmənin hökmünə əsasən azadlığa buraxılacağı təqdirdə ona aylıq 500 manat məbləğində pul ödəməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında razılıq əldə etdiklərini, yalnız pulu ona geri qaytarılacağı halda təqsirləndirilən şəxslə barışacağını bildirmişdir. Məhkəmə qeyd olunan ərizəyə münasibət bildirərək qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş Kredit Müqaviləsi ilə də müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə azadlığa çıxacağı təqdirdə ona aylıq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, bu səbəbdən də zərərçəkmiş şəxs guya zərərin tam ödənilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan ərizə reallığı əks etdirmir və təqsirləndirilən şəxsin həbsdən azad olunmasına yönəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam həcmdə ödənilməsi, onun təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayət və tələbinin olmaması barədə xx.xx.2023-cü il tarixli ərizəsi reallığı əks etdirmədiyindən zərərçəkmiş şəxsin iradə ifadəsi kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, X2 cəza çəkməsinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan şübhəli şəxsi tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 21 noyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, i/v 84-85, 120-124). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən inayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-983/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-983/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver