Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-983/2025 01.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X9 (sədrlik edən), X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, 27 avqust 1983-cü ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri 51 nömrəli tam orta məktəbdə kitabxanaçı işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs kitabxanaçılıq işi üçün adını təhsil peşə kurslarına yazdıracağına, həmçinin mərhum həyat yoldaşı X2 adına olan torpaq sahələrinin müəyyən edilib sonuncunun adına sənədləşdirilməsi və satıldıqdan sonra əldə olunan pulun bölünəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayının əvvəllərində 4169 7388 9009 4059 nömrəli bank kartına köçürmə yolu ilə 300 manat, 2024-cü ilin fevral ayının ortalarında ünvan 3 ünvanında 3.000 manat, 2024-cü ilin fevral aymın sonlarından 2024-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə Bakı şəhərinin müxtlif ərazilərində hissə-hissə olmaqla 57.000 manat, 2024-cü ilin mart aymın ortalarında ünvan 3 ünvanında 38.000 manat olmaqla, ümumilikdə 98.300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs qızma külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009cu ildən Zərərçəkmiş şəxs ilə tanışlıq mövcuddur. Həmin il əvvəlcə Nubarın qızı Sura ilə tanışlıq yaranmış, sonradan ailəvi münasibətlər qurulmuşdur. Sura ailə qurduqdan sonra bir müddət Bakı şəhərində yaşamış, 2018-ci ildən etibarən ailəsi ilə birlikdə Türkiyə Respublikasında məskunlaşmışdır. 2024-cü ilin mart ayında Türkiyədə olarkən Sura ürək tutmasından vəfat etmişdir. Şahid1 ilə təxminən 2 il əvvəl Həlimə adlı şəxs vasitəsilə tanışlıq baş vermişdir. Həlimə isə ifadə verənin xalasına görə tanınmışdır. Cəfərlə şəxsən görüş olmayıb, yalnız videozəng vasitəsilə ünsiyyət qurulmuşdur. Özünü əvvəllər hüquqmühafizə orqanlarında çalışmış və hüquq sahəsində məlumatlı şəxs kimi təqdim etmişdir. Bakı şəhərində fəaliyyət göstərən peşə kurslarına yazılmaqla bağlı Sura ilə danışılmış, lakin Sura kursa anasının – Nubarın yazdırılmasını xahiş etmişdir. 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və diplomunun surətləri göndərilmiş, təxminən 305 manat pul hissə-hissə olmaqla təqdim olunmuşdur. Kursa qeydiyyat aparılmış, lakin sonradan bildirilib ki, Nubarın aldığı yüksək məbləğdə təqaüd işə düzəlməsi halında dayandırıla bilər. Bu səbəbdən kursa getməkdən imtina olunmuş və ödəniş geri qaytarılmışdır. Qaytarılan məbləğ qarşı tərəfə verilməmişdir. Sura atasının – mərhum Malik Məmmədovun adına torpaq sahələrinin olduğunu, lakin çıxarış sənədləri olmadığı üçün yerlərinin müəyyən olunmadığını bildirmiş və bu işdə anası Nubara yardım göstərilməsini istəmişdir. Məsələ barədə Cəfərlə əlaqə yaradılmış və o, müvafiq kömək göstərə biləcəyini ifadə etmişdir. Daha sonra Sura özü Cəfərlə əlaqə saxlamış və atası adına olan əmlakların anasının adına keçirilməsi üçün kömək təklif olunduğunu bildirib. Nubarın bu işin bir kişi tərəfindən həyata keçirilməsinə etiraz edə biləcəyi ehtimal olunduğuna görə, Cəfər qadın kimi təqdim edilmişdir. Sonradan Cəfər torpaq sahələrinin siyahısını Suraya "WhatsApp" vasitəsilə göndərmiş, həmin siyahı Suranın xahişi ilə anası Nubar və qardaşı Dadaşa çatdırılmışdır. Siyahının göndərilməsi ifadə verənin adı ilə həyata keçirilmişdir. Əmlakların sənədləşdirilməsi ilə bağlı işlərə başlamaq üçün Cəfər tərəfindən 3.000 manat pul tələb olunmuşdur. Zərərçəkmiş şəxs bu məbləğlə razılaşmış və 2024-cü ilin fevral ayında yaşadığı ünvanda həmin pulu şəxsən təqdim etmişdir. Pul, Cəfərin göndərdiyi "Kapital Bank"a məxsus 416973*****9169 nömrəli bank kartına, Nərimanov rayonunda yerləşən “Pepko” marketinin qarşısındakı ödəniş terminalı vasitəsilə köçürülmüşdür. Cəfərə pul göndərilməsi faktından Zərərçəkmiş şəxs xəbəri olmamışdır. Daha sonra Cəfər işin davam etdirilməsi üçün vəkil tutulduğunu, əlavə xərclər lazım olduğunu bildirərək yenidən vəsait tələb etmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs bir dəfə 4.000 manatı “Saleh” adlı şəxs vasitəsilə göndərmişdir. Ümumilikdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla 38.000 manat pul təqdim olunmuş, həmin vəsait də Cəfərin bank hesabına köçürülmüşdür. Bu müddət ərzində Cəfər tərəfindən hər hansı real iş görülməmiş, sonuncu onları aldadaraq pulları ələ keçirib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Cəfəri Həlimə adlı şəxs vasitəsi ilə, Həliməni isə xalasına görə tanıyıb. Cəfər özünü təhsil işçisi həmçinin əvvəllər prokurorluq orqanlarında çalışmış şəxs olaraq tanıtmışdı. Suranın xahişi ilə Nubara işi düzəldən şəxsin qadın olduğunu deyiblər. Cəfərin kartına 38 000 manat pul göndərilib. Cəfər ona heç bir məbləğdə pul verməyib. Cəfəri “Elay” adı ilə tanıdıblar. Nubar xanımın adına torpaq sahəsi olduğunu öyrənə bilməzdi. Torpaq sahələrinin olmasını Suradan öyrənib. Suranın yas mərasiminin 3-cü günü Nubar xanımdan 8 000 dollar pul alıb. Sonda zərər çəkmiş şəxs dəymiş zərəri ödədiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə həyat yoldaşı X4, xx.xx.2024-cü il tarixdə isə qızı X6 vəfat etmişdir. Malik Məmmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs ilə tanışlıq uzun illər əvvəl, qızı Sura ilə birgə idman dərslərinə gedərkən baş vermişdir. Sonradan münasibət davam etmiş, Raidə Suranın toyunda da iştirak etmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Sura tətil məqsədilə Bakı şəhərinə gəlmişdir. Həmin vaxt Raidə ilə əlaqə saxlayaraq bildirib ki, ali təhsilli olduğu üçün onu kitabxanaçılıqla bağlı kursa yazdıra bilər. Sura cavab olaraq həyat yoldaşının işləməsinə icazə vermədiyini desə də, kurs pulsuz olarsa adının yazılmasına etiraz etməmişdir. Raidə isə diplomun surətinin göndərilməsini və kursa yazılacağını, iştirak etməsə belə hər ay maaş alacağını bildirmiş və bu iş üçün 300 manat pul istəmişdir. 2024-cü ilin fevral ayında hissə-hissə olmaqla Raidənin 4169 7388 9009 4059 nömrəli bank kartına ümumilikdə 300 manat pul göndərilmişdir. Təxminən bir həftə sonra Raidə yaşanılan ünvana gələrək bildirib ki, “Elay” adlı tanışı mərhum Malik Məmmədovun adına olan əmlakları araşdırarkən bir neçə rayonda torpaq və qeyri-yaşayış sahələrinin mövcudluğunu müəyyən edib. Həmin əmlakların siyahısının çıxarılaraq adına keçirilməsi və satışı təklif olunmuşdur. Əmlakların həqiqətən mövcud olması halında bu prosesə razılıq verilmişdir. 2024-cü ilin fevral ayının ortalarında Raidə telefonla əlaqə saxlayaraq, mərhumun adına olan əmlakların siyahısının çıxarılması üçün 3.000 manat vəsait tələb olunduğunu demişdir. Həmin gün Raidə evə gələrək pulu nağd şəkildə qəbul etmişdir. 16 və 17 fevral 2024-cü il tarixlərində “WhatsApp” vasitəsilə guya Malik Məmmədovun adına müxtəlif rayonlarda olan torpaq və qeyri-yaşayış sahələrinin siyahısı göndərilmişdir. Davamında bildirilib ki, əmlaklar sənədləşdirilib satılacaq, lakin şərt olaraq satışdan əldə edilən vəsaitin bir hissəsi “Elay” adlı şəxsə veriləcək, qalan hissə isə təqdim ediləcək. Bu məqsədlə “Elay”ın 60.000 manat pul istədiyi qeyd olunmuşdur. Fevral ayının sonlarından mart ayının əvvəllərinədək hissə-hissə olmaqla ümumilikdə 57.000 manat məbləğində vəsait Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bu məbləğin bir hissəsi şəxsən evdə, digər hissəsi isə tanış Sahil vasitəsilə çatdırılmışdır. Sahil bəzi hallarda pulları şəxsən Raidəyə çatdırmış, bəzi hallarda isə yaxınlıqdakı marketdə yerləşən ödəmə terminalı vasitəsilə Raidənin kartına köçürmüşdür. Mart ayının ortalarında Raidə bildirib ki, torpaq sahələrindən biri artıq adına sənədləşdirilib, alqı-satqı həyata keçirilib, lakin dövlət rüsumu üçün 38.000 manat tələb olunur. Raidə əlavə edib ki, öz kartında 22.000 ABŞ dolları var, lakin kart bloklandığı üçün bu məbləğdən istifadə edə bilmir. Təklif olunub ki, 38.000 manat verilsin, əvəzində həmin kart təqdim ediləcək və blokdan çıxan kimi pul geri qaytarılacaq. Həmin gün 38.000 manat pul Raidəyə təqdim olunmuş, kartı almaq üçün tanış Sahil göndərilmişdir. Kart alındıqdan sonra blokda olduğu müəyyən olunmuşdur. Raidə bu halı “sistem problemi” ilə izah etmiş və pulu geri qaytaracağını demişdir. Sonrakı müddətdə müxtəlif bəhanələrlə vədlər verilsə də, vəsait geri qaytarılmamış, verilmiş sözlər yerinə yetirilməmişdir. Daha sonra məlum olmuşdur ki, Raidə izahatında pulların Cəfər adlı şəxsə verildiyini bildirib. Halbuki, Cəfər adlı heç bir şəxs tanınmır, eləcə də “Elay” adında şəxsə dair heç bir bilik və əlaqə mövcud deyil. Bütün danışıqlar, razılaşmalar və vəsaitlərin təhvil verilməsi birbaşa Raidə ilə aparılmışdır. Ümumilikdə Raidəyə 98.000 manat məbləğində pul vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, mərhum həyat yoldaşının adına torpaq sahələri olduğunu bilmirdi. 38.000 manatı qızının yas mərasiminin 3-ü verib. İlk olaraq Raidəyə 60 000 manat daha sonra isə 38 000 manat pul verib. Cəfərin adını eşitməyib. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 nümayəndəsi, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilməsə də, sonuncular arasında barışıq əldə olunduğunu, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tələbə yoldaşı olan Həlimə adlı şəxsin vasitəsilə tanışlıq yaranmışdır. Raidə ilə əlaqə yalnız internet üzərindən olmuş, bir neçə dəfə videogörüntü vasitəsilə danışılmış, lakin heç vaxt üzbəüz görüş baş tutmamışdır. Raidə özünü Təhsil Nazirliyində və 51 nömrəli tam orta məktəbdə çalışan şəxs kimi təqdim etmiş, peşə məktəblərinə və digər təhsil müəssisələrinə müxtəlif vəzifələrə işə düzəltmək imkanına malik olduğunu bildirmişdir. Sonuncu ona demişdir ki, kiminsə işə ehtiyacı olarsa, həmin şəxsləri uyğun yerlərə yerləşdirmək mümkündür. 2023-cü ilin iyul-avqust aylarından başlayaraq Raidə tərəfindən Qax rayonu, Cəlayir kənd sakini Şövkət Məmmədov və digər tanışlar – o cümlədən Xəzər, Röyalə, Rəşad adlı şəxslər – üçün işə düzəldiləcəyi vədi ilə müxtəlif məbləğlərdə pul alınıb. Həmin vəsaitlər Raidənin təqdim etdiyi, dəqiq nömrəsi xatırlanmayan bank kartı hesabına köçürülüb. Bildirilib ki, bu şəxslər peşə təhsili ilə bağlı məktəblərə işə düzəldiləcək. Lakin vəd yerinə yetirilməyib. Pullarını geri tələb edən şəxslərin təzyiqindən sonra 2023-cü ilin noyabrından 2024-cü ilin iyul ayına qədər Raidə hissə-hissə olmaqla, 4169 73** **** 9169 nömrəli karta müəyyən məbləğlər göndərmişdir. Bu pullar daha sonra həmin şəxslərə qaytarılmışdır. Pulların bir hissəsi Raidə tərəfindən birbaşa onların kart hesablarına köçürülmüşdür. Zərərçəkmiş şəxs və sonuncunun qızı Talıbzadə Sura ilə heç bir şəxsi tanışlıq və əlaqə olmamışdır. Nə telefon danışıqları, nə də yazışmalar mövcud olmuşdur. Raidənin Nubar adlı şəxsdən torpaq sahələrinin mirasla bağlı adılarına keçirilməsi məqsədilə hər hansı məbləğdə pul alması barədə məlumat yoxdur. 2024-cü ilin iyun ayının sonu və ya iyulun əvvəllərində Raidə telefonla əlaqə saxlayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış işin Nərimanov rayonuna göndərildiyini bildirmiş, ağlayaraq xahiş etmişdir ki, müstəntiq soruşacağı təqdirdə guya ondan 38.000 manat borc alındığı deyilsin. Pulları geri qaytaracağını və sadəcə vaxt qazanmaq istədiyini bildirmişdir. Əks halda həbs olunacağından narahat olduğunu demişdir. Bu səbəbdən ilkin ifadədə 38.000 manat borc alındığı göstərilsə də, əslində belə bir borc münasibəti olmamışdır. Sonradan aydın olmuşdur ki, məqsəd Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq faktını başqa şəxsin üzərinə yönəltmək olub. Nubarın mərhum həyat yoldaşına məxsus torpaq sahələrinin müəyyənləşdirilməsi, onların adına keçirilməsi və satılması ilə bağlı heç kimlə heç bir danışıqlar, razılaşmalar və ya maliyyə münasibətləri olmayıb. X14, nə də anası Nubar tanınmır. Hər hansı bir pul ödənişi və ya qəbul edilməsi baş verməyib. Əksinə, Raidə müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq pullarını almış və bu pulların bir hissəsi ayrı-ayrı vaxtlarda qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti sonuncunun məşğul olur. Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşadığı üçün zaman-zaman onun taksi sifarişlərini yerinə yetirmiş, müəyyən ünvanlara aparıbgətirmişdir. Təqsirləndirilən şəxs isə ilk dəfə Nubarın evinə gedib-gəldiyi vaxtlarda görmüş və tanımışdır. Bundan əlavə, Nubarın xahişi ilə bir neçə dəfə Raidəni evindən müxtəlif yerlərə aparmışdır. 2024-cü ilin fevral ayının sonlarından mart ayının əvvəllərinə qədər bir neçə dəfə Nubar ona müəyyən məbləğdə pul vermiş, həmin pulları Raidəyə çatdırmasını və ya onun bank kartı hesabına köçürməsini xahiş etmişdir. Bu çərçivədə, bir dəfə təxminən 20.000 manat məbləğində vəsaiti Nubardan alaraq Montin qəsəbəsində yerləşən “Araz” marketin ödəmə terminalı vasitəsilə Raidənin, nömrəsi yadında qalmayan kart hesabına köçürmüşdür. Bundan əlavə, Nubar ona sellofan torbada pul verərək həmin pulu Raidəyə şəxsən çatdırmasını istəmişdir. Həmin vaxt 20-ci sahədə yerləşən məktəbin qarşısında Raidə ilə görüşmüş, sellofan torbadakı pulu ona təqdim etmişdir. Torbanın içində nə qədər pulun olduğu barədə məlumatı olmamışdır. Sonradan Nubar bildirmişdir ki, həmin vəsaitlər mərhum həyat yoldaşı Malik Məmmədovun adına olan torpaq sahələrinin sənədləşdirilməsi üçün Raidəyə verilmişdir. 2024-cü ilin mart ayının ortalarında Nubar ona bildirmişdir ki, Raidədən bir bank kartı almalıdır və həmin kartdakı pulu çıxarmalıdır. Birlikdə gedərək Raidədən kartı götürmüş, daha sonra Montin qəsəbəsində yerləşən bankomat vasitəsilə kartı yoxlayarkən məlum olmuşdur ki, kart bloklanmış vəziyyətdədir. Bu barədə Raidəyə məlumat verildikdə, sonuncu sistemdə problem olduğunu və qısa müddətdə açılacağını bildirmişdir. Sonradan Nubarla aparılan söhbətlər zamanı məlum olmuşdur ki, Raidə əslində Nubarı aldadaraq kartda heç bir vəsait olmadığını gizlətmiş, eyni zamanda kartın PİN kodunu da düzgün təqdim etməmişdir. Nubarın verdiyi məlumata əsasən, Raidə ona qarşı etibarından sui-istifadə edərək ümumilikdə 98.000 manat məbləğində pulunu aldadaraq ələ keçirmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs ilə Şahid1 biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında olan “Whatsapp” yazışmalarına baxış keçirilməsi üçün özünə məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin mobil telefona baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında işi üçün əhəmiyyət kəsb edən “Whatsapp” yazışmaları vardır. Həmin “Whatsapp” yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən müxtəlif şəxslərin işə düzəlməsi üçün ayrı-ayrı şəxslərdən Şahid1 vasitəsilə pullar almış və sonradan müxtəlif vaxtlarda həmin şəxslərin pullarını həm bir-başa özü, həm də, Şahid1 vasitəsilə qaytarmışdır. Həmçinin “Whatsapp” yazışmalarında Zərərçəkmiş şəxs mərhum həyat yoldaşına məxsus torpaq sahələrinin müəyyən olunması, sənədləşdirilməsi, alqı-satqısı və s. adla bağlı, eləcə də, həmin işlərin həll olunması, Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul alınması və Şahid1 göndərilməsi ilə bağlı heç bir yazışma, səsyazma və s. məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin və şahidlərin bir-birini tamamlayan ifadələri, həmçinin cinayət işinin digər materialları ilə bir daha təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aldığı 38.000 manat məbləğində pulu Şahid1 verməsi, sonuncunun isə ona hər hansı məbləğdə pul verməməsi barədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayətinin olmamasını, vurulmuş maddi ziyanın ödənilməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər alarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayətinin olmamasını, vurulmuş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs X3 nümayəndəsi, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 29 iyul 2025 və 30 iyul 2025-ci il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilmişdir, sonuncular arasında barışıq əldə olunub, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, vurulmuş maddi ziyanın ödənilməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 24 iyul 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixdək ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Həmçinin qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış əşya mövcud deyil. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs oğluna məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün 03 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs oğluna məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı 06 (altı) manatdan hesablanmaqla 18 (on səkkiz) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 183 (yüz səksən üç) manat məbləğində vəsait Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı 06 (altı) manatdan hesablanmaqla 18 (on səkkiz) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 183 (yüz səksən üç) manat məbləğində vəsait Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-983/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-983/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver