Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-984/2020 20.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: X2 iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,208 qram çəkidə narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 1 A ünvanın qarşısında qanunsuz əldə etdiyi heroinin 0,270 qram çəkidə hissəsini tanışı Şahid1 30 manata satmış, həmin gün saat 17:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 A ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,Y. Hüseynov 65 ünvanında yerləşən RPİ-nin 6-cı PB-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd “CAS CUX 420H” markalı elektron tərəzi və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketinin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qr, 0,770 qr, 0,705qr, 0,280 qr, 0,220 qr, 0,748 qr, 0,295 qr, 0,315 qr və 0, 315 qram olmaqla 09 ədəd ağ rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi 3,938 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 18 A-da yaşayır, həyətdə 4 ailədirlər. Özü narkotik vasitə olan heroin istifadəçidir. Əvvəllər də narkotik vasitə istifadə etmişdir, ancaq uzun illər istifadəsini dayandırmışdır. Tutulduğu vaxt təxminən 1-2 ay idi ki, yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. xx xxxxx 2020-ci il tarixində baldızı oğlu Vüqarla evdə idilər. O da narkotik istifadəçisi idi. Vüqar rəhmətə gedibdir. Həmin gün evdə onlardan başqa heç kim olmayıb. O bir müddət sonra çölə çıxdı, polis əməkdaşları yaxınlaşaraq onu saxladılar, qollarını qandalladılar və onu maşına oturtdular. Daha sonra baldızıoğlu Vüqarı da evdən qandalla çıxartdılar. Onu da onun olduğu maşına oturtdular və onları polis idarəsinə apardılar. İdarənin həyətində həmin polis əməkdaşları onlara fiziki təzyiq göstərdilər və ona narkotik vasitə olan heroin satdığını boynuna almağını dedilər. O onlara da bildirdi ki, Vüqar da, o da narkotik istifadəçisidirlər, ancaq narkotik vasitə satışı ilə məşğul deyilillər. Polis əməkdaşları Vüqarı buraxdılar, ancaq onu yox. Daha sonra həmin polis əməkdaşları evində baxış, axtarış həyata keçirdilər. Həmin vaxt evdə heç kim olmayıb. Əməliyyat aparan polis əməkdaşları 7 nəfər idi. Onlar evindən 9 büküm narkotik vasitə və elektron tərəzi aşkar edərək götürüblər. Həmin narkotik vasitə baldızıoğlu Vüqara məxsus olub. O özü də narkotik vasitə istifadə etdiyi üçün narkotik vasitəni onun evinə sifariş verirdi. Onun həmin narkotik vasitələri kimdən aldığını bilmir. O da onunla birgə narkotik istifadə edirdi, ona görə də o, həmin narkotik vasitələri onun evinə gətizdirib. Elektron tərəzi isə qardaşına məxsusdur. Qardaşı zərgərliklə məşğuldur və onun özündə də oxşar zərgərlik məmulatları var. Narkotik vasitəni Kubinka adlanan ərazidən aldığını təzyiq altında demişdir, əslində isə o həmin ərazidə olmamışdır. Onun üzəridən yalnız 1 büküm təxmini çəkisi 0,2-0,3 qram olan narkotik vasitə aşkar olunub. O da öz istifadəsi üçün idi. Həmin günü əynində də qara gödəkçə olmayıb. Habil adlı şəxsə isə narkotik vasitə satmamışdır ona istifadə etmək üçün istəyəndə özü vermişdir. Evində axtarış həyata keçirən polis əməkdaşlarından adı, soyadını xatırlamadığı şəxsin onunla ədavəti var Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir. xx xxxxx 2020-ci il tarixində Təqsirləndirilən şəxs Nəsir oğlunun Binəqədi rayonunda narkotik vasitələri qanunsuz qəbul etməsi və satması barədə əməliyyat məlumatı daxil oldu və məlumatı yoxlamaq üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdilər. O və onunla eyni bölmədə əməliyyat müvəkkili işləyən polis serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olundu. O və Nazir saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Nəsir oğlunun yaşadığı ünvan 4 ünvanının qarşısına getdilər. Və xarici görkəm əlamətlərinə görə İlqarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşdılar. Özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdilər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar İlqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxladılar. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etdilər. O da buna etiraz etmədi və onu bölməyə aparıb araşdırma aparılması üçün təhqiqatçı Famil Məsimova təhvil verdilər. X5 Nəsirovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdi. Vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah edildi. Bundan sonra iştiraklar ilə videoçəkilişlə Təqsirləndirilən şəxs Nəsir oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış keçirməmişdən əvvəl İlqara üzərində qanunsuz maddə və əşyaları əgər varsa çıxarıb təqdim etməsi təklif olundu. İlqar da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində 09 ədəd büküm olan 01 ədəd şəffaf sellofan bükümü və gödəkcənin sol yan cibindən 01 ədəd elektron tərəzini çıxarıb təqdim etdi. İlqardan bükümlərin içərisində nə olduğunu soruşduqda İlqar həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi və dedi ki, həmin bükümləri xx xxxxx 2020-ci il tarixdə Kubinka adlanan yerdən tanımadığı şəxsdən 10 bükümü 150 manata həm istifadə, həm də satmaq məqsədi ilə alıb. Bundan sonra İlqarın üzərinə şəxsi axtarış keçirildi. Və üzərində qeyri-qanuni əşya aşkar olunmadı. Bundan sonra İlqarın üzərindən aşkar olunmuş kütlə axtarış iştirakçılarının iştirakları ilə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu. İştirakçılar və İlqar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Onlara Təqsirləndirilən şəxs Nəsir oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs Nəsir oğlundan 30 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.V.Vidadi küçəsi ilə gedərkən, iki nəfər yaxınlaşıb özlərini Binəqədi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etdi və ona narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olduğunu dedilər. Daha sonra onu polis bölməsinə dəvət etdilər, bölmədə vəkil təqdim olundu, video ilə üzərinə baxış keçirildi. Polis əməkdaşları ondan üzərində olan əşyaları təqdim etməyini istədilər. O da əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində şəffaf sellofana bükülmüş bir ədəd bükümü polis əməkdaşlarına təqdim etdi. Polis əməkdaşları ondan bükülünün nə olduğunu soruşduqda, o bildirdi ki, bükümün içində “kakos” var, həmin “kakos” olan büküm çəkiliş aparılaraq qablaşdırıldı, möhürləndi. Həmin “kakos” kimi bildiyi narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs alıb bir yerdə istifadə etdilər. Ona müəyyən ağrıları olduğunu, narkotik vasitəyə ehtiyacı olduğunu bildirdi, o da ona istifasi üçün həmin narkotik vasitəni verdi. Ona hər hansı məbləğdə pul verib-vermədiyimi xatırlamır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan tələbnamədən görünür ki və Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görsənir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki əməlini, barəsində çıxarılan Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl törətmişdir, ona görə də hazırki hökmlə Binəqədi rayon məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalıdır. Cinayət işində olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər xx xxxxx 2020-ci il tarixdə saat 18:20-də qeydə alınır. Video çəkilişdə polis kapitanı Famil Məsimov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntüyə baxan zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd tərəzini və sağ yan cibindən şəffav sellofanı çıxardıb masanın üzərinə qoyması, daha sonrası 1 ədəd şəffav sellofanın içərisindən 9 ədəd sellofana bükülmüş bükümlərin aşkar olunması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin bükülərin narkotik vasitə olması və özü istifadəsi üçün Kubinkadan aldığını, 1 bükümü qonşusu Habilə 30 manata satdığını, tərəzini narkotiki alan və satan zaman istifadə etməsini bildirir. Həmin aşkar olunmuş bükümün zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/554 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ şübhəli şəxs Nəsirov İ” yazısı olan zərfdəki, 9(doqquz) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,838 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Sərf edildi 0.18qr, qalıq 3.758 qr. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dö vriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1414 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı olan zərfdəki doqquz ədəd bükümdə ümumi təmiz çəkisi 3,758 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış bir ədəd zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Cinayət işində olan ambulator məhkəmə-narkaloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 2121 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 195.82 (yüz doxsan beş seksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 3.578 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD formatlı disk və Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195.82 (yüz doxsan beş seksən iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195.82 (yüz doxsan beş seksən iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan çəkisi 3.578 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD formatlı disk və Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-984/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-984/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver