Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-984/2021 16.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1993-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin böyük mütəxəssisioperatoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə müvəqqəti yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, 2018-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayının 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin Məhkəmənin hakimi Salmanov Rahib Vaqif oğlunun icraatında X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin CM-in daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisi Şahid7 2019-cu ilin dekabr ayının əvvəllərində özünə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini Şahid7 yalandan bildirməklə onu inandıraraq, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla Şahid7 bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayı ərzində Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsində yerləşən Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında Şahid7 iki dəfə olmaqla, birinci dəfə 4.500 (dörd min beş yüz) manat, ikinci dəfə isə 5.500 (beş min beş yüz) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid7 vahid niyyətlə təhrik etmiş, bundan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Ceyhun Əliyev CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və Şahid7 10.000 (on min) manat məbləğində pul vəsaitini geri qaytarmasını özündən təkidli şəkildə tələb etməsindən sonra ələ keçirdiyi göstərilən məbləğdə pul vəsaitini özü barəsində hüquq- mühafizə orqanlarına şikayət edilməsinin qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla sonuncuya qaytarıb, guya həmin məsələnin özündən asılı olmayan səbəbdən alınmamasını, həmin məsələni apellyasiya instansiyasında müsbət həll etmək imkanına malik olduğunu eyni, yəni qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ceyhun Əliyevin qohumları, o cümlədən, qardaşı Şahid6 bildirib, həmçinin, guya özünün Bakı Apellyasiya Məhkəməsinin yüksək vəzifəli şəxsləri ilə də etibarlı əlaqələrinin olmasını sonuncuya yalandan deyib, Ceyhun Əliyevin barəsində olan cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünün cəzanın həddinə dair hissədə yüngülləşdirilməklə dəyişdirilməsini həmin əlaqələri vasitəsilə həll edəcəyini Şahid6 yalandan vəd verib, həmin məhkəmənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla bildirərək, Bakı Apellyasiya Məhkəməsində özünün vəd etdiyi qaydada qərar çıxdığı təqdirdə Şahid6 həmin məbləğdə pul vəsaitini almaq məqsədilə guya 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini özünün qabaqcadan həmin səlahiyyətli vəzifəli şəxsə verəcəyini, qərar çıxdıqdan sonra həmin pulu ondan götürəcəyini Şahid6 yalandan bildirib, sonuncu ilə həmin şərtlərlə razılaşmaqla sövdələşmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü dəyişdirilməməklə qüvvədə saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini Şahid6 ala bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid6 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X2 icraatında X4 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1, 228.4-cü maddələri, X7 həmin Məcəllənin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə və qeyrilərinin təqsirləndirilmələrinə dair məhkəmə baxışında olan cinayət işi üzrə Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncuların atası Şahid1 2020-ci ilin may ayında özünə istintaqa məlum olmayan ünvanda etdiyi müraciətlə əlaqədar məhkəmənin yüksək vəzifəli şəxsləri ilə əlaqələrinin olmasını sonuncuya yalandan bildirib köməklik göstərəcəyinə inandıraraq həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyd edilən təqsirləndirilən şəxslərin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020ci ilin may-noyabr ayları ərzində Şahid1 ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında 30.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsində yerləşən Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında 10.000 manat, ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 20.000 manat, Bakı şəhəri, Binəqədi rayonu ərazisində 12.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsində isə 8.000 manat olmaqla, ümumilikdə 80.000 (səksən min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid1 məxsus 80.000 (səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyd edilən təqsirləndirilən şəxslərin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il əvvəl təsadüfən məclislərin birində Şahid4 ilə tanışlığı yaranmış və sonuncunun vasitəsilə Şahid3 tanımışdır. 2020- ci ilin may ayında Şahid4 yaşadığı binanın həyətindəki qarajda Şahid3 ilə söhbət etdiyi zaman sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyini demiş, Şahid3 isə yaxın tanışı olan Səxavət Hüseynovun barəsində olan cinayət işinin qeyd olunan məhkəmənin icraatında olduğunu, bu səbəbdən də Səxavət Hüseynova köməklik etməsinin mümkün olubolmadığını soruşmuşdur. Ondan müsbət cavab aldıqdan sonra Şahid3 Səxavət Hüseynovla, habelə onun ailə üzvləri ilə əlaqə saxlayıb dəqiq bir söz deyəcəyini qeyd etmişdir. Bir neçə gündən sonra Şahid3 onunla əlaqə saxlayıb görüşmüşlər. X10 ailəsinin ümumilikdə 30.000 manat pullarının olduğunu ona bildirdikdə, cavabında Səxavət Hüseynovun həmin məbləğ müqabilində azadlığa buraxılmasının mümkün olduğunu qeyd etmiş və həmin məbləği ya məhkəmənin sədri Mahmud Nəbiyevə, ya da məhkəmənin hakimi Novruz Kərimova verəcəyini demişdir. Həqiqətdə isə həmin 30.000 manat pulu adları çəkdiyi şəxslərə deyil, öz şəxsi ehtiyacları üçün xərcləmək niyyəti olmuşdur. Sonradan isə iş Səxavət Hüseynovun xeyrinə həll olunarsa, bu zaman özünü guya işi həll etmiş kimi göstərəcəyini, yox əgər həmin şəxsin xeyrinə həll olunmasaydı, qeyd olunan məbləği geri qaytaracağını planlaşdırmışdır. Qısa müddət keçdikdən sonra Səxavət Hüseynovun atası Şahid1, Şahid3 və özü Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında görüşdükləri zaman Şahid1 30.000 manat pul vəsaitini şəxsən ona təqdim etmişdir. Həmin məbləği götürərək təxminən 15.000 manatla borclarını bağlamış, digər 15.000 manatı isə özündə saxlamışdır. Bundan bir neçə ay keçdikdən sonra tanışları Şahid4 və Şahid3 onun Şahid1 aldadaraq pulunu almasından şübhələnib bu barədə sonuncuya məlumat vermişlər, Şahid1 da onu yaşadığı evə dəvət edib işin gedişatı ilə maraqlanmışdır. Həmin görüşdə bir daha yalandan 30.000 manat pulu məhkəmənin sədrinə verdiyini, sonuncu ilə yaxın münasibətdə olduğunu və işlərinin tezliklə həll olunacağını bildirmişdir. Şahid1 ona inanmadığını görüb, bu barədə atası Şahid5 məlumat vermişdir. Həmin vaxt atası ondan məsələnin mahiyyətini soruşduqda, atasına da yalandan qeyd olunan 30.000 manat pulu məhkəmənin sədrinə verdiyini, Səxavət Hüseynovun xeyrinə tezliklə hökmün çıxacağını demişdir. Yalan danışmaqda məqsədi isə vaxt qazanmaq və borclarına verdiyi 15.000 manat pulu düzəldərək Şahid1 aldığı 30.000 manat pulu geri qaytarmaq olmuşdur. Atası Şahid5 Şahid1la əlaqə saxlayıb sonuncunun Mehdiabad qəsəbəsində yaşadığı evdə onunla birlikdə görüşmüşlər. Atası onun sözlərinə inanaraq həmin şəxslərlə görüşdə pulun məhkəmənin sədrinə verildiyini, işin həll olunacağını təsdiq etmişdir. Bütün bunlara baxmayaraq Şahid1, kiçik oğlu Şahid2, Şahid3 dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinə gələrək səs-küy salmışlar, bu səbəbdən də öz ərizəsinə əsasən işdən azad edilmişdir. 05.02.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Səxavət Hüseynov 16 il, Vüsal Hüseynov isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bundan sonra isə Oruc və Şahid2lardan qorxduğu üçün ailə üzvlərinə də hər hansı məlumat vermədən gizlənmişdir. Bu müddət ərzində Qobustan və Göyçay rayonlarında otellərdə qalmışdır. Bir neçə dəfə 30.000 manat pulu Şahid1 qaytarmaq istəsə də, sonuncu pulu geri almayaraq həmin məbləğin 5 qatını ondan alacağını bildirmişdir. Həmin 30.000 manatdan başqa Səxavət Hüseynovun və Vüsal Hüseynovun işlərinin həll olunmasına köməkliyə görə Şahid1 və Şahid2 hər hansı məbləğdə pul almamışdır. Yalnız işdən əlavə olaraq Şahid2 öz şəxsi işlərinə görə borc olaraq 10.000 manat pul almış, həmin məbləğdən də 3.000 manat pulu Şahid2 qaytarmışdır. Şahid2 və Şahid1 ifadələrində Səxavət Hüseynov və Vüsal Hüseynovun işlərinin müsbət həllinə köməkliyə görə guya onlardan ümumilikdə 80.000 manat pul vəsaiti alması barədə göstərdikləri xüsusatlar yalandır. Bundan başqa, Zaur adlı şəxsdən yaxın qohumunun məhkəmədə olan işinin həll olunmasına köməkliyə görə sonuncudan 30.000 manat pul alması barədə Şahid4 ifadəsində göstərdiyi xüsusatlar yalandır. Həmçinin, Şahid6 və Şahid7 guya onlardan Ceyhun Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə sonuncunun əməlinin CM-nin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı ümumilikdə 10.000 manat məbləğində pul vəsaiti alması, həmin iş alınmadıqdan sonra qeyd olunan məbləği qaytarıb apelyasiya məhkəməsində işi həll edəcəyi adı ilə yenidən Şahid6 9.000 manat pul istəməsi barədə həmin şəxslərin ifadələrində göstərdiyi xüsusatlar cəfəngiyatdır. Ceyhun Əliyevin cinayət işinə yanında işlədiyi hakim Rahib Salmanov baxmış, Hünər və Şahid7lər ona bir neçə dəfə zəng edib məhkəmə prosesinin keçirilmə vaxtı ilə maraqlanmışlar, hətta Şahid6 təklifi ilə onunla Əhmədli qəsəbəsi ərazisində görüşmüş, sonuncu ondan apelyasiya instansiyasında qardaşı Ceyhun Əliyevə hansı formada köməklik edilə biləcəyini soruşduqda, ona heç bir formada köməklik edə bilməyəcəyini demişdir. Hünər və onun əmisi Şahid7lərdən hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini tam etiraf etməsə də, onun ittiham olunduğu cinayət əməli aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Səxavət Hüseynovun təndir işində şəriki Şahid3 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun köməkçisi Təqsirləndirilən şəxs ilə münasibəti olmuşdur. Təqsirləndirilən şəxs Şahid3 oğlu Səxavətin azadlığa buraxılmasının mümkün olduğunu bildirmiş və bunun müqabilində onlardan 30.000 manat pul istəmişdir. Bununla əlaqədar qohum- əqrəbadan borc alaraq həmin məbləği düzəldib 2020-ci ilin may ayında dəqiq xatırlamadığı gündə Şahid3lə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək Şahid3 yanında 30.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin məbləği Bakı Ağır Cinayətlərin Məhkəməsinin sədrinə verəcəyini, qeyd olunan məbləğin müqabilində Səftər Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunacağını bildirmişdir. 2020-ci ilin təxminən iyun ayında Təqsirləndirilən şəxs kiçik oğlu Şahid2la görüşərək ittiham tərəfindən apellyasiya protesti verildiyi halda hökmün qüvvədə saxlanılması üçün əlavə 10.000 manat pul lazım olduğunu demişdir. Təxminən 2 gün sonra həmin məbləği qohumlardan borc alıb Nizami metrostansiyasının yaxınlığında oğlu Şahid2 yanında Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs yenidən onunla telefon əlaqəsi yaradaraq digər oğlu Vüsal Hüseynovun da cəzasının 9 ilə endirilməsinin mümkün olduğunu, bunun üçün 30.000 manat pulun da məhkəmənin sədrinə çatdırılmalı olduğunu, habelə apellyasiya protesti verilməməsi üçün əlavə 10.000 manat da pul verilməli olduğunu bildirmişdir. 2020-ci ilin təxminən sentyabr-noyabr ayları ərzində ilkin olaraq 20.000 manat pulu Bakı şəhəri ərazisində Xarici İşlər Nazirliyinin inzibati binasının qarşısında oğlu Şahid2 yanında Təqsirləndirilən şəxs vermişdir. 12.000 manat pulu Bakı şəhəri Binəqədi rayonu ərazisində oğlu Şahid2 şəxsən Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə 8.000 manat pulu isə yaşadıqları Mehdiabad qəsəbəsi ərazisində oğlu Şahid2 Təqsirləndirilən şəxs göndərdiyi, tanımadıqları şəxsə vermişdir. 2020- ci ilin dekabr ayında Şahid4 və Şahid3 onunla əlaqə saxlayaraq əldə etdikləri məlumata görə İbrahimin bir Gəncə şəhər sakinindən də azadlığa buraxılması müqabilində 30.000 manat pul aldığını, lakin buna baxmayaraq həmin şəxsin məhkəmənin hökmü ilə 18 il 3 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirmişlər. Bundan sonra narahat qaldığı üçün İbrahimlə görüşmüş, sonuncu qəti şəkildə narahat olmamağı, ona verdiyi ümumilikdə 80.000 manat pulu Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə Mahmud Nəbiyevə verdiyini, həmin məbləğin 10 faizinin özünə çatdığını ona demişdir. Bundan sonra İbrahimin atası Şahid5 ilə əlaqə saxlayıb onu yaşadığı evə dəvət etmiş, sonuncu sözügedən işdən məlumatının olduğunu, oğlu İbrahim tərəfindən işin həll olunduğunu bildirmişdir. Həm İbrahimin, həm də atasının belə danışığı onu bir az rahatlaşdırmışdır. Hətta İbrahim aldığı pildan 3.000 manat ona qaytarıb, özünə qalan faiz olduğunu və həmin pulu tutulan oğlanlarının uşaqlarına xəclənməsini bildirmişdir. Oğlanlarının işi ilə bağlı hökm çıxan tarixə kimi Təqsirləndirilən şəxs ona narahat olmamağı, Səxavətin azadlığa buraxılacağını, Vüsalın isə cəzasının 9 ilə endiriləcəyini bildirmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 80.000 manat pul vermişdir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 atası Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında qonşusu Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Söhbət əsnasında İbarhim Xələfzadə Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyini, həmin məhkəmədə işinə baxılan dostu Səxavət Hüseynova köməklik edə biləcəyini, hətta həmin məhkəmənin sədri ilə yaxın münasibətinin olduğunu bildirmişdir. Bu işlə əlaqədar Təqsirləndirilən şəxs Oruc və oğlu Şahid2lar ilə görüşdürmüşdür. Təqsirləndirilən şəxs həmin şəxslərdən Səxavət Hüseynovun azadlığa buraxılması müqabilində 30.000 manat pul tələb etmişdir. 2020-ci ilin may ayında Şahid1 ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında idarə etdiyi “Hyundai İX35” markalı avtomobilinin içərisində Şahid1 30.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayına qədər Səxavət Hüseynovun işinin həll olunacağını vəd edərək onları inandırmaq üçün cibindəki xidməti vəsiqəsini də göstərmişdir. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona Səxavət Hüseynovun həbsdə olan digər qardaşı Vüsal Hüseynovun da cəzasının azaldılmasına köməklik edə biləcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs Vüsal Hüseynovun işi ilə bağlı ondan xəbərsiz Rauf və Şahid1larla görüşüb söhbətlər aparmasını, hətta pul da aldığını bilmişdir. 2020-ci ilin təxminən noyabr ayında Şahid4 ona Gəncə şəhərindən tanıdığı Zaur adlı şəxsin Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını, bu barədə Zaurun özündən məlumat aldığını bildirmişdir. Dərhal bu barədə Şahid2 məlumat vermiş və həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Səxavət Hüseynovun işinə görə apellyasiya məsələsini də həll etmək üçün əlavə 10.000 manat, Vüsal Hüseynovun da cəzasının 9 ilə endirilməsi üçün əlavə olaraq ümumilikdə 40.000 manat pul almışdır. 2020-ci ilin təxminən dekabr ayında işin gecikdiyini görüb şübhələnməyə başlamışlar. Bununla əlaqədar Şahid1 Təqsirləndirilən şəxs atası Şahid5lə yaşadığı evdə görüşmüşlər və orada o, gizlincə aparılan söhbəti telefonunun diktofon proqramı vasitəsilə qeydə almışdır. Həmin söhbətdə Şahid5 oğlu Təqsirləndirilən şəxs tərəfindən həmin məsələnin həll olunduğunu, Səxavət və Vüsala görə aldığı pulların hamısının məhkəmənin sədrinə verildiyini, hətta əks halda Təqsirləndirilən şəxs verilən məbləği şəxsən tamamilə qaytarmağa hazır olduğunu bildirmişdir. Lakin 05.02.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Səxavət 16 il, Vüsal isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Şahid1 bildirməsinə görə oğlanlarının işinə görə sonuncu Təqsirləndirilən şəxs ümumilikdə 80.000 manat pul vermişdir. Şahid1 həmin məbləğin 30.000 manatını onun iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında tanışı Təqsirləndirilən şəxs qonşusu Şahid3 ilə tanış etmiş, söhbət əsnasında Səftər tanışı Səxavət Hüseynovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxıldığını bildirmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun köməkçisi vəzifəsində işlədiyini, məhkəmənin sədri ilə yaxın münasibətdə olduğunu və Səxavətə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, X11 atası Oruc və qardaşı Şahid2lar ilə görüşdürmüşdür. İbrahim Səxavətin azadlığa buraxılması müqabilində Şahid1 30.000 manat pul istəmişdir. Həmin məbləği İbrahimə Şahid1 Səftərin iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Zaur adlı şəxsdən pul alıb işini həll etməməsi barədə Raufa danışdıqdan sonra öyərnmişdir ki, Təqsirləndirilən şəxs Raufun həbsdə olan digər qardaşı Vüsal Hüseynovun da cəzasının 9 ilə endirilməsi üçün əlavə olaraq pul almışdır. Daha sonra Təqsirləndirilən şəxs Şahid1 oğlanlarının işinə görə sümumilkdə 80.000 manat pul aldığını və onlara qarşı da dələduzluq etdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, biləndən sonra ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlundan həmin hadisə barədə soruşanda İbrahim ona 30.000 manatı iş düzəltmək üçün aldığını, lakin həmin işi düzəltmək məqsədinin olmadığını bildirmişdir. Şahid1gilə gedəndə orada onlara hədə qorxu gəlmişlər. Şahid1 ona Ağır Cinayətlər Məhkəməsinin qarşısında 30.000 manat pul sayıb oğlu İbrahimə verdiyini bildirmişdir. Ondan sonra Səxavət Şahid2 telefonu ilə ona zəng edərək “sən birdən pul zad apararsan bizə, bizim işimiz düzəlməlidi, düzəlməsə də sən bizə minnət eləmə” bildirmişdir. O, zərərçəkmiş tərəfə “qanun var, qayda var, edibdisə gedib cəzasını çəkər” demişdir. Sonra Səftər, onun anası və bir nəfər qadın idarəyə gəlmişlər. Həmin vaxt Səftərgil 20000 manat satılan avtomobilin pulunu istəmişlər. O, orada 30.000 manat pul aındığını bildirəndə, hamısı ayağa qalxmış və verilən pulun beş qatını onlardan alacaqlarını bildirmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019cu ilin iyul ayının sonunda qardaşı X3 Bakı şəhərində “Lombarddan” oğurluq edilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılmışdır. Təxminən 4-5 ay sonra, 2019-cu ilin noyabrdekabr aylarında istintaq yekunlaşıb iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Keçirilən bütün məhkəmə proseslərində iştirak etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Rahib Salmanov baxmışdır. Həmin proseslərdə hakim köməkçisi kimi tanıdıqları İbrahimlə tanış olduqdan sonra, o, onlara qardaşı Ceyhunun işinə köməklik edə biləcəyini bildirmiş və hətta telefon nömrəsini ona vermişdir. Təxminən 2019-cu dekabr ayının əvvəllərində Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında əmisi Şahid7 İbrahimlə görüşdükdə, İbrahim ona qardaşına minimum cəza veriləcəyini, yəni ona istintaqda verilən maddənin dəyişdirilib cəzanın 2,5-3 il həddində aşağı endiriləcəyini bidirmiş və müqabilində 10.000 manat pul istəmişdir. Hətta həmin məbləği verəcəkləri halda apellyasiya məhkəməsində işi həll edə biləcəyini bildirmişdir. Əmisinin dediyinə görə İbrahim həmin pulu qeyd olunan məhkəmədə hansısa hakimə verəcəyini bildirmişdir. İbrhim əmisinə pulu verəcəyi hakimin adını deməmişdir. Təxminən 10-12 gün sonra o, arvadının qızıllarını Bakı şəhəri Nizami rayonu “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən Lombarda girov qoyub faizlə 1.068 manat, qaynatasının adına “Kapital Bank”ın Nizami filialından təxminən 3.200 manat kredit götürüb, yerdə qalan pulu isə özü topladığı puldan götürüb cəmi 10.000 manat pulu toplamış və əmisi Şahid7 məlumat vermişdir. Əmisi İbrahimlə danışıb onunla görüşməyini desə də, İbrahim yalnız əmisi ilə görüşəcəyini bildirmişdir. Ona görə də qeyd olunan məbləği İbrahimə əmisi vermişdir. 2020-ci ilin təxminən fevral ayı ərzində 2 dəfəyə ümumilikdə 10.000 manat pulu İbrahimə vermişlər. Belə ki, hər iki dəfə İbrahimin təyin etdiyi yerdə, yəni Bakı şəhəri, Nizami metrosunun qarşısında, o, bir qədər kənarda dayanmaqla, əmisi Şahid7 İbrahimlə görüşüb birinci dəfə 4.500 manat, ondan təxminən 1 həftə sonra yenə də axşam saat 18 radələrində 5.500 manat olmaqla ümumilikdə 10.000 manat pulu İbrahimə vermişdir. O, hər iki dəfə kənarda dayanıb pulun verilməsinin şahidi olmuşdur. İbrahim onlara 1 həftəyə müvafiq cəza veriləcəyini bildirmişdir. Lakin məhkəmə prosesi 7-8 ay uzanmış və nəticədə Ceyhuna 8 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bundan sonra, onlar İbrahimdən pulu tələb etmişlər. İbrahim hissə-hissə olmaqla, təxminən 2020-ci ilin sentyabr ayı ərzində, hazırda xatırlamadığı sayda, müxtəlif məbləğlərdə olmaqla, cəmi 10.000 manat pulu ona və əmisinə Bakı şəhəri “Qara Qarayev” metrostanisyasının yaxınlığında, 20 yanvar metrostansiyasının yaxınlığında və “Hilton otel”in yaxınlığında qaytarmışdır. İbrahim onlara, guya onlardan aldığı 10.000 manat pulu Bakı Ağır Cinayətlər Məhkəməsinə deyil, Bakı Apellyasiya Məhkəməsində sədr müavininə verdiyini bildirmişdir. Həmçinin İbrahim bildirmişdir ki, 9.000 manata Apellyasiyada bu işi həll edəcək, həmin işin həllindən sonra 9.000 manat pul verəcəkdir. İbrahimin dediyinə görə guya 9.000 manatı onun yerinə öz cibindən qoyaraq vermişdir. O, yenə də onun andına inanıb gözləmişdir. Lakin sonda yenə apellyasiyada da hökm qüvvədə saxlanılmışdır. Bundan sonra İbrahimin onu aldadaraq dələduzluq etdiyinə tam əmin olmuşdur. Hazırda ona dəymiş 10.000 manat dəyərində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməklə öz müdafiəsi üçün gətirdiyi dəlillər, o cümlədən Oruc və Şahid2lardan Səxavət Hüseynovun məhkəmə baxışında olan işinə görə 80.000 manat deyil yalnız 30.000 manat pul alması, habelə Şahid7 qohumu Ceyhun Əliyevin barəsində məhkəmədə baxılan cinayət işinə görə 10.000 manat pul almaması və həmin işlə bağlı Şahid6 9.000 manat pul istəməməsi cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 26.03.2021-ci il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Şahid1 övladları Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsinə görə digər oğlu Şahid2la birlikdə Təqsirləndirilən şəxs ümumilikdə 80.000 manat pul verdiklərini sonuncunun üzünə qarşı deyərək ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26.03.2021-ci il tarixli Şahid2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Şahid2 qardaşları Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsinə görə atası Şahid1la birlikdə Təqsirləndirilən şəxs ümumilikdə 80.000 manat pul verdiklərini sonuncunun üzünə qarşı deyərək ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26.03.2021-ci il tarixli Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolnndan görünür ki, Şahid3 tanışları Oruc və oğlu Şahid2ların Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsinə görə Təqsirləndirilən şəxs ümumilikdə 80.000 manat pul verdiklərini, həmin vəsaitin 30.000 manatının verilməsində şəxsən iştirak etdiyini, qalan məbləğlərin verilməsindən isə xəbəri olduğunu sonuncunun üzünə qarşı deyərək ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 09.02.2021 ci il tarixli protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi 1 ədəd CD diskdə audio səs yazıları və video görüntülər vardır. Müəyyən edilmişdir ki, audio səs yazıları Şahid2 ilə İbrahim Xələfxadə arasında aparılmış telefon danışıqları, habelə Şahid1 yaşadığı evdə sonuncunun özü, Şahid2, Şahid3, Şahid5 və Təqsirləndirilən şəxs arasında baş tutmuş görüş zamanı qeydə alınmış söhbətlərlə, video görüntülərdə isə Şahid2 ilə Şahid5 arasında avtomobildə aparılmış söhbətlə bağlıdır. Həmin audio səs yazılarında Təqsirləndirilən şəxs Şahid2 pulun verilməsindən kimsənin məlumatlı olmamasını, əgər məlumat sədrin qulağına çatarsa, sədr tərəfindən bunun yaxşı qarşılanmayacağını, bu səbəbdən də Vüsal və Səxavətin işində problemlər yaranacağını bildirir. Şahid2 Təqsirləndirilən şəxs verilmiş sənədlərə əlavənin hazır olduğunu, uzağı növbəti gün axşam saat 6-ya kimi veriləcəyini deyir, Təqsirləndirilən şəxs isə əlavə sənədlərin növbəti gün saat 12-yə kimi verilməsini, bundan sonra məruzə olunacağını bildirir. Təqsirləndirilən şəxs Şahid2 görülən işdən narahat olmamağı, boynuna götürdüyü işi axıra çatdıracağını, narahatçılığa ehtiyac olmadığını bildirir. Eyni zamanda Təqsirləndirilən şəxs Şahid2 Vüsalın da işini gördüyü üçün Şahid3 problemlər yaratdığını, bunun rəhbərlik tərəfindən yaxşı qarşılanmadığını, bu səbəbdən də Səxavətgilin işində problemlər yarandığını bildirir. Şahid2 Təqsirləndirilən şəxs Şahid3 əldə etdiyi məlumata görə narahat olduğunu, bu işə görə 50.000 manatlıq “X5” markalı avtomobilini 20.000 manata, 12000 manatlıq avtomobilinin 6.000 manata, obyektini su qiymətinə satdığını deyir, İbrahim isə cavabında narahat olmamağı, yaranmış şübhənin aradan qaldırılması üçün öz atası ilə onun atasını birlikdə ağsaqqalın qəbuluna salacağını bildirir. Şahid1 evində baş tutmuş görüşdə Şahid3 Təqsirləndirilən şəxs pulun kimə verildiyini soruşduqda, sonuncu pulu şəxsən məhkəmənin sədrinə verdiyini, hazırda sədr tərəfindən pul geri qaytarılsa da, pulu götürmədiyini və işin həll olunmasını tələb etdiyini bildirir. Həmin görüşdə Şahid5 də pulun məhkəmənin sədrinə verildiyini, lazım olarsa, pulun geri alınıb qaytarılmasının mümkün olduğunu qeyd edir. Audio səs yazılarının digər hissələrində olan danışıqlarda isə səslər aydın eşidilmir. Videogörüntülərdə Şahid2 Şahid5 bildirir ki, onun oğlunun sözü ilə 50000 manatlıq avtomobilini gecə ilə 20000 manata satmış, həmçinin oğlunun deməsinə görə pul hakimə deyil, sədrə verilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən göndərilmiş içərisində səs yazılarına dair məlumatlar olan 1 ədəd diskə baxış keçirilməsi haqqında 25.03.2021- ci il tarixli protokoldan görünür ki, diskin içərisində 2 ədəd fayl- “AUDİO-2021-03-22-15-17-55.m4a”, “AUDİO-2021- 03-22-15-18-36.m4a” fayllarına baxış zamanı 4:29 və 1:50 dəqiqədən ibarət audio səs yazılarının mobil telefon vasitəsilə 2 nəfər şəxs arasında aparılması müşahidə olunur. Baxışda iştirak edən Şahid6 bildirir ki, həmin audio səs yazıları əmisi Şahid7 ilə Təqsirləndirilən şəxs arasında aparılmış telefon danışıqlarıdır. “AUDİO-2021-03-22-15- 17-55.m4a” faylındakı danışıqların mətni aşağıdakı kimidir: Qurban: salam İbrahim müəllim, nətərsiz, nə var nə yox? İbrahim: sağ olun, yaxşıyam, siz nətərsiz? Qurban: çox sağ olun. Narahat etmədim sizi? İbrahim: yox, yox, buyurun, xoşdu. Qurban: deyirdim bir məlumat öyrənmək istəyirdim. Nətər olacaq işlər? İbrahim: nətər demişəm, onsuz elə də olacaq, arxayın ol. Qurban: Məhkəmə nə vaxt olacaq? İbrahim: Məhkəməni virusa görə bilmirik, 1 -ci gün bilinəcək. Qurban: İbrahim müəllim, bir qərara gəlinibdimi məhkəmənin nəticəsi necə olacaq? İbrahim: Nəticə budu ki, qardaş, həll eliyib da. Qərara deyəndə, nəticə budu ki........(səs gəlmir)........................ Qurban: Alo....................... İbrahim: Cəzaları böləcik, buna nə qədər verəcik, ona nə qədər verəcik, buna görə də prokurorluq yığılmalıdır bir yerə. Qurban: 1-ci gün mən gəlim məhkəməyə? Mən də narahatam, Ceyhunun qardaşı da narahatdır, deyir elə noldu? İbrahim: yaxşı olacaq. Qurban: Bir də İbrahim müəllim, vəkil qardaşıma deyir, indi bilmir də, bizə ona məsləhət olub deməmişik. Vəkil deyir ki, təkrar ekspertiza eləmək istəyirəm, arvadın xəsarətindən mən narazıyam, rəyindən, təkrar ekspertiza tələb eliyəcəm. Belə bir şey var. Ona görə nə məsləhət görürsən, ona nə deyək biz olmamağı üçün? İbrahim: Onun danışığı boş şeydi. Onlar boş şeydi. Onlar danışılıb, həll olunacaq, hamısı qüvvədədir. Demişik də. Qurban: Hə day mən sizə arxayınam da. “AUDİO-2021-03-22-15-18-36.m4a” faylındakı danışıqların mətni aşağıdakı kimidir. Qurban: narahat eləmədim ki? İbrahim: yox, xoşdu. 2 gündü, bu günnən 3 gündü, o Baş Prokurorluğun İttiham idarəsinin rəisi zadı dəyişdi, iclas zad var deyə, ona görə gəlib bir dəqiq söz deyəmmirlər, yəni konkret olaraq burda nə olacaq. Ona görə sizinlə əlaqə saxlamıram. Qurban: hə... İbrahim: Allah qoysa sabaha, ya biri günə zəng eliyib deyəcəm sizə. İşi də 1- ci günə təyin elədik. Qurban: Eləmi? İbrahim: İndi cavaba görə olsa nəsə biləcik də. Qurban: Hə başa düşdüm. Mənə nə ehtiyacdı, Siz nə desəz, mənim üçün qanundu, yəni qane eləyir. İbrahim: Problem yoxdur, rahat ol, nə narahatçılıq var ki. Nə olsa deyəcəklər onsuz biləcəyik də. Qurban: Özüm daxilən rahat olmaq istəyirdim, ona görə sizi narahat elədim dünən də, srağa gün də. İbrahim: Yox, narahat olma. Qurban: Oldu qadan alım. 1-ci gün olacaq eləmi? İbrahim: Sizə söz demişəm də. Olmağına o 1-cü gün olacaq. Amma mən sizə sabaha, biri günə o cavab çıxan kimi mən sizə deyəcəm. Qurban: Hə oldu qadan alım, eybi yoxdu. Mən sizi day narahat eləmərəm, havaxt oldu deyərsən. Öpürəm sizi, minnətdaram, sağ ol qadan alım, Sən varsan, mən arxayınam. Sağ ol, gecən xeyrə. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Pubfik Hüquqi şəxsdən daxil olmuş 19.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.08.2020-ci il tarixli hökmündən görünür ki, hakim Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə aparılmış məhkəmə prosesində Təqsirləndirilən şəxs məhkəmə iclasının katibi kimi iştirak etmiş, sözügedən hökmə əsasən X3 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Cinayət işinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.08.2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci madddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona cəzaların qismən toplanması yolu ilə qəti olaraq 17 il müddətə azadlıqdan məhrumetmə cəzası, X8 isə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2,4, 221.3, 228.4-cü madddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona cəzaların qismən toplanması yolu ilə qəti olaraq 16 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, habelə Vüsal və Səxavət Hüseynovlara elan edilmiş ittihamdan CM-in 120.2.2-ci maddəsi xaric edilmişdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15.03.2021-ci tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Qoşaoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 12.03.2021-ci il tarixli xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağı – 08 sentyabr 2019-cu il təvəllüdlü X5 vardır. Cinayət işinin əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.03.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin Məhkəmənin sədrinin 22.10.2018-ci il tarixli, 139 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs həmin məhkəməyə böyük mütəxəssis (operator) vəzifəsinə qəbul edilməklə, ona Dövlət qulluğunun 1-ci dərəcə referenti ixtisas dərəcəsi verilmiş, 03.02.2021-ci il tarixli, 13 nömrəli əmrə əsasən isə Təqsirləndirilən şəxs öz arzusu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğuna və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə isə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxs Şahid6 vurulmuş maddi ziyanın tam ödənilməsini cəzasını yüngəlləşirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasnı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 12 fevral 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış danışıqlara dair audio səs yazıları və videogörüntülər olan 2 ədəd CD disk, mobil telefon operatorlarından daxil olmuş telefon danışıqlarına dair 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-984/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-984/2021
16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver