Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-984/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 üvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir. İttihamın qənaətincə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi’’ adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyən guya “Ruslan” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə alıb Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsində rəsmiləşdirməklə yenidən satışa çıxarılıb əlverişli qiymətə satıb gəlir əldə edəcəyinə, guya özünün bankda depozit hesabının olduğuna inandırıb əlavə gəlirəldə etmək üçün pul lazım olduğunu bildirərək bu məqsədlə sərmayə şəklində 65000 manat verəcəyi pulun müqabilində dəyəri 7000-9000 manat civarında olan müxtəlif növ avtomobilləri alıb gələcəkdə bu fəaliyyətdən qısa müddətdə əldə ediləcək gəlirdən hər bir avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 12 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 2 B saylı evin həyətində “Hyundai Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilində Zərərçəkmiş şəxs 65.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ailəli olmaqla, himayəsində xx.xx.2006, xx.xx.2009, xx.xx.2015 və xx.xx.2018-ci il təvəllüdlü 4 övladı var. Əvvəllər “Qaraqaşlı” broyler şirkətinə ekspeditor vəzifəsində işləmiş, həmin vaxtlarda da əlavə qazanc əldə etmək məqsədilə avtomobillərin hərracdan alınaraq daha sonra təmir etməklə satışı ilə məşğul olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin vaxtlardan işlədikləri müəssisədən tanıyır. Onlar birlikdə işlədikləri dövrdə Məlahətin onun avtomobillərin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. 2010-cu ildə Məlahət işdən çıxdıqdan sonra ondan avtomobil alqı-satqısı ilə bağlı işbiriyi qurmasında ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt o, Məlahətin təklifi ilə razılaşmış və onların bir neçə dəfə avtomobillərin hərracdan alınaraq satılması ilə əlaqədar uğurlu işbirlikləri baş tutumuşdur. 2012-2013-cü illəri əhatə edən müddət ərzində Məlahətlə olan avtomobillərin satışı ilə bağlı işbirliyi davam etmiş və bunun nəticəsində hər avtomobilin satışından əldə etdiyi qazanc 400-500 manat təşkil etmişdir. 2013-cü ildə maddi sıxıntıları olduğuna görə o, Zərərçəkmiş şəxs işbirliyi üçün götürdüyü 30000 manat pulu və həmin puldan qazanc kimi əldə edəcəkləri faizlə qaytaracağına dair borc müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən aldığı pulları iki il ərzində Məlahətə qaytarmağı nəzərdə tutulmuşdur. Aralarında olan mehriban münasibətlərə baxmayaraq Məlahət 2016-cı ildə aralarında bağlanılmış borc müqaviləsinin icra olunmamasına görə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə 56.000 manat məbləğində pulun ondan tutularaq Məlahətin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin pulun bir hissəsini Məlahətə qaytarsa da, Zərərçəkmiş şəxs ona qaytardığı pulların sələmə verdiyi pulun faizləri olaraq hesablamışdır. Hazırda dəqiq xatırlamadığı tarixdə o, məhkəmənin qətnaməsinə əsasən Məlahətə ödəmədiyi pullara görə icra məmuru tərəfindən Nəsimi rayon İcra Şöbəsinə çağırılmış və sonradan inzibati həbs qaydasında 15 gün müvəqqəti saxlama yerində saxlanılmışdır. Daha sonra o, təkrar olaraq icra şöbəsinə çağrılmış və orada ona bildirilmişdir ki, Məlahətə olan borcu ödəyib, onunla razılaşsın. Bundan sonra Qaradağ rayon Polis İdarəsinin Fazil adlı əməkdaşı ona zəng edərək idarəyə çağıraraq bildirmişdir ki, onun barəsində 5000 manat Məlahətin qardaşı və 4000 manat Məlahətin atasından guya aldığı pulları ödəməməməsi ilə bağlı şikayətlər var. Həmin vaxt polis əməkdaşları ona təzyiq edərək 9000 manatı ödəmədiyi təqdirdə onu cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdiklərinə görə o, 9000 manatı məcbur olub öz üzərinə götürmüşdür. Beləliklə də, həmin borcla birlikdə onun Məlahətin ailəsinə ümumilikdə 65000 manat borcu olmuşdur. Daha sonra Məlahət “Kapitalbank”-da hesab açaraq ona bildirmişdir ki, həmin hesaba hər ay 300 manat ödəməlidir. Beləliklə də 2017-ci il ərzində onun tərəfindən Məlahətin hesabına hər ay 300 manay məbləğində köçürülmüşdür. Bundan sonrakı vaxtlarda da Məlahətin onun tərəfindən Məlahətin bank hesabına müəyyən məbləğlərdə pul məbləğləri, ümumilikdə 12910 məbləğində pul köçürülmüşdür. Həmin pul köçürmələrindən əlavə olaraq o, Məlahətə əlbəəl ayrı ayrı vaxtlarda ***-**** manat arası məbləğində pul vermişdir. Məlahət ona bildirmişdir ki, pullar bank hesabına köçürüləndə pulların müəyyən məbləği çıxılır, ona görə də o, Məlahətə pulları əlbəəl vermişdir. Məlahət ona qaytardığı pulları borc kimi deyil, borcun faizləri kimi hesablamış və ondan əlavə pul tələb etmişdir. Bundan sonra Qaradağ rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Məlahətin atasının ona qarşı 5000 manat tələbi əsasında olan borcunun 3 ay ərzində tam olaraq ödəməyi tələb olunmuş və o, həmin 5000 manatı 3 ay ərzində, qalan 4000 min manatı sonradan ödəyib bitirmişdir. Üç ayın tamamında Polis idarəsinin əməkdaşı ona zəng edərək pulu ödəyib-ödəməməyi barədə soruşmuş, o da pulları tam olaraq ödədiyini bildirmişdir. Həmin zəngdən 5 dəqiqə sonra Məlahət zəng edərək ona həmin pulları ödəməsi barədə polis əməkdaşlarına deməsinə görə irad bildirmişdir. O, Zərərçəkmiş şəxs sələmə aldığı, kredit müqaviləsi və Nəsimi Rayon Məhkəməsini qətnaməsinin icrası qaydasında qaytarmalı olan borcdan Məlahətə rəsmi olaraq bank hesablna köçürməklə ümumilikdə 12.910 manat qaytarmışdır. Bundan əlavə olaraq o, bir neçə il öncə Zərərçəkmiş şəxs kreditə götürdüyü Hyundai Sonata markalı avtomobilinə görə ilkin ödəniş olaraq 5000 manat və 17 ay ərzində 750 manat məbləğində pul ödəmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs dəfələrlə onun tanışları olan ondan sələmə pul götürmüş şəxslərin ona olan borclarını ödəməsini ondan tələb etmişdir. Belə ki, o, Məlahətin digər şəxslərə, həmçinin onun tanışlarına dəfələrlə sələmə pul verməsinin şahidi olmuşdur. Onun tanışı olan Tural hazırda xatırlamadığı tarixdə Məlahətin ona borca 600 manat verməsini xahiş etmişdir. Daha sonra Tural həmin pulları onun vasitəsilə Məlahətə qaytarmaq istədikdə o, Turala pulları şəxsən Məlahətə qaytarmasını demişdir. Məlahət olan borcu gecikdirdiyinə görə dəfələrlə onu tutuduracağı ilə təhdid etmişdir. O, Məlahətin dediyi kimi heç vaxt onunla görüşməkdən yayınmamış və ondan gizlənməmişdir. Məlahətlə son dəfə təxminən 2021-ci ilin mart ayında görüşmüş və həmin vaxt Məlahət COVİD-19 virusuna yoluxduğuna görə, o da COVİD-19 virusuna yoluxmuşdur. Həmin vaxt Məlahətə məxsus olan avtomobil ustada olmuş və o, tanışı Turaldan xahiş etmişdir ki, avtomobili ustadan götürüb, Məlahətə qaytarsın. O, bir müddət xəstə olduğuna görə Məlahətlə görüşmək imkanı olmasa da, sağaldıqdan sonra o, Məlahətlə görüşmüşdür. Məlahət qızı Püstənin müalicəsi üçün təcili pul lazım olduğuna görə ondan onun maşınını satmaqda kömək etməyini xahiş etmişdir. O, Məlahətlə görüşə gəldikdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Hazırki ittihamla razı deyil. O, Zərərçəkmiş şəxs 12 yanvar 2021-ci il tarixdə 65000 manat məbləğdə pul almamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında valideyinləri və azyaşlı qızı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır. Belə ki, onlar Ceyhunla birlikdə “Qaraqaşlı” broyler şirkətində işlədikləri zaman o, mühasib Ceyhun isə ekspeditor vəzifəsində çalışmışdır. Bununla bərabər o, Ceyhunun avtomobil alqı-satqısı ilə məşğul olduğunu da bilmişdir. 2009-cu ildə o, ailə vəziyyəti ilə bağlı işdən ayrılmışdır. 2010-cu ildə Ceyhun ona birlikdə avtomobil al-veri ilə məşğul olmalarını təklif etmiş o, da Ceyhunun təklifi ilə razılaşmışdır. O, Ceyhunun görəcəyi işin mahiyyətini öyrənmək üçün ilkin vaxtlarda Ceyhunla birlikdə dediyi yerlərə getmişdir. Ceyhun ona bildirmişdir ki, onun verəcəyi pullara ucuz qiymətə 7-8 avtomobil alacaq və həmin avtomobilləri daha sonra kreditlə satacaq. Həmin vaxt o, Ceyhuna həmin işlə bağlı 56600 manat pul vermiş, lakin sonradan aldadıldığını başa düşmüşdür. Belə ki, onun Ceyhuna pulları verməsindən sonra Ceyhun heç bir iş görmədiyinə görə o, Ceyhuna iradını bildirdikdə, sonuncu ona Nadir adlı tanışı tərəfindən aldadılmaqla, Nadirin pulları mənimsədiyini bildirmişdir. Həmin vaxt o, Ceyhuna tanımadığı və yalnız adını bildiyi Nadir adlı şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə, Ceyhun ona pulları özü qaytaracağını bildirmiş və borc müqaviləsi bağlamağı təklif etmişdir. Beləliklə də onunla Ceyhun arasında 14 dekabr 2013-cü il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Ceyhunun ona 2 il ərzində 56000 manat məbləğində pulun qaytarılması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs müqavilədə göstərilən müddət ərzində onun pulunu qaytarmadığına görə o, müqavilə öhdəliklərini icra etmədiyinə görə Nizami Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən 56.000 manat məbləğində pulun Ceyhundan tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul olunmasından hazırki vaxtadək Ceyhun tərəfindən ona cəmi 6150 manat məbləğində pul qaytarılmışdır. O heç vaxt Ceyhunu pulu gecikdirdiyinə görə sıxmamışdır. Həmin vaxtlar Ceyhun daima onunla əlaqə saxlamış, borcunu qısa müddətdə ödəyəcəyini, Bilgəh qəsəbəsində mülkiyyətində olan torpaq sahələrinin olduğunu deyərək onu arxayın etmişdir. 2019-cu ilin sonlarında Ceyhun öz xətti ilə onun yanında Nardaran qəsəbəsində yerləşən guya ona məxsus olan torpaq sahəsinin sxemini çəkmiş və həmin vaxt Fatma xanım dediyi şəxsə zəng edərək torpaq sahəsinə çıxarış almaq üçün ondan kömək istəmişdir. Ceyhun ona bir neçə dəfə demişdir ki, mülkiyyətində bir neçə torpaq sahəsi var, ən pis halda torpaq sahələrini satıb onun pulunu qaytaracaqdır. Bundan əlacə Ceyhun ona demişdir ki, Zahid adlı qohumunun Bilgəh qəsəbəsində 5 hektar torpaq sahəsi var, sonuncu ona 1 hektar ərazini hədiyyə etmiş və həmin torpaq sahəsinin satılması üçün yalnız sənədləşmə işlərinin yekunlaşdırılması lazımdır. 2020-ci ilin dekabr ayında Ceyhun onunla əlaqə saxlamış və bildirmişdir ki, onun pulunu qaytara bilər və hətta ona qazanc da verə bilər. Həmin vaxt Ceyhun ona bankda işləyən “Ruslan” adlı tanışı olduğunu bildirmiş və Ruslanın onlara avtomobillərin hərracdan alınaraq daha sonra BDYPİ-də sənədləşdirmə işlərində kömək edə biləcəyini bildirmişdir. Ceyhun həmçinin bildirmişdir ki, bu dəfə Nadiri onların işlərinə qarışdırmayacaq. Ceyhunun sözünə görə onlar, həmin şəxsin vasitəsi ilə onlar hərraclardan ucuz qiymətə banklarda girovluqda olan avtomobilləri alıb sonra daha münasib qiymətə satmaqla gəlir əldə edəcəkdilər. Ceyhun hər dəfə 12 avtomobil almağın mümkün olduğunu, hər avtomobilin 7000-9000 manat arasında qiymətinin olduğunu, avtomobillər tam işlək olmadığından hər bir avtomobil üçün 50 manat evakuator, 300 manat usta və 800 manat sənədləşmə üçün veriləcəyini bildirmişdir. Ceyhun əmin etmişdir ki, əlində çoxlu müştəriləri var, hər avtomobildən ona 1000 manat, yəni onun Ceyhuna 65.000 manat pul verdiyi halda üzərində əlavə 12000 manat gəlir verməklə bu işi görəcək. O, Ceyhundan xahiş etmişdir ki, onu Ruslanla görüşdürsün. Onlar Ceyhunla Baş X15 Xırdalan dairəsi yaxınlığındakı binasının həyətinə getdikdə orada o, binaya daxil olmasa da Ceyhunun zəngi ilə həmin vaxta qədər tanımadığı, Ceyhunun Ruslan kimi təqdim etdiyi təxminən 40-45 yaşlarında, orta boylu, dolu bədənli, qarabuğdayı bir şəxslə görüşmüşlər. Həmin vaxt o, Ruslandan bankda problemli olan avtomobillərin hərrac vasitəsilə satılması hallarının olub-olmaması barədə soruşduqda, Ruslan ona demişdir ki, müəyyən problemlər ola bilər. Beləliklə də Ceyhun onu özünə tam inandırmağı bacardığından o, bacısının əri Şahid1 bu barədə demiş, Tacəddin də ona bu işdə ona pul verməyə razı olmuşdur. Həmin vaxt o Tacəddini özünə şərik edərək, ona da əldə etdiyi qazancdan gəlir verəcəyini bildirmişdir. 12 yanvar 2021-ci il tarixdə o, Ceyhunla görüşmüş və onlar birlikdə ona məxsus olan “Hyundai Sonata" markalı 90GD733 dövlət qeydiyyat nişanlı avtomobili ilə Tacəddinin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 20 nömrəli məktəb ilə üzbəüz yerləşən binanın qarşısına getmişlər. Bu zaman Ceyhun maşında gözləmiş, o isə Tacəddinin yaşadığı evə getmişdir. Həmin vaxt Tacəddin öz evində ona 35.000 manat pul vermişdir. Bundan sonra o maşına qayıtmış və Ceyhuna özündə olan 30000 manatı və Tacəddinin verdiyi 35000 manatı Ceyhuna vermişdir. Həmin vaxt o, Ceyhundan heç bir yazılı sənəd almamış və yalnız onun sözünə güvənmişdir. Ceyhun həmin vaxt özünün avtomobili olmadığı üçün onun “Hyunday Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürüb demişdir ki, guya işləri həll etmək üçün ona mütləq maşın lazımdır. Bir gün sonra ailə üzvləri daha sonra özü “Covid 19” virusuna yoluxmuş və 2 ay ərzində izolyasiya olunaraq evdən çıxmamış və ona məxsus avtomobil uzun müddət Ceyhunda qalmışdır. Müəyyən vaxtdan sonra Ceyhundan bir xəbər çıxmadığına görə o, şübhələnməyə başlamış və ondan pulunu qaytarmağını tələb etmişdir. Lakin Ceyhun daima vaxtı uzatmış və nəhayət onunla 9 mart 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə üzbə-üz yerləşən “Böyük Fırat" restoranında görüşmüşdür. Həmin vaxt Ceyhun maşınsız gəldiyindən o, soruşmuşdur ki, onun maşını haradadır. Ceyhun demişdir ki, bura gələndə yol polisi əməkdaşı tərəfindən saxlanılmış və nəticədə avtomobilin etibarnamə olmadan idarə olunmasına görə etibarnaməsi cərimə meydançasına aparıldığını bildirmişdir. O, Ceyhuna təklif etmişdir ki, gedib birlikdə maşını cərimə meydançasından götürsünlər, Ceyhun isə ona demişdir ki, özü cəriməsini ödəyib avtomobili çıxaracaq. Bundan sonra onlar işlə əlaqədar söhbət etdikləri zaman Ceyhun ona Ruslanın işi görə bilmədiyini və Nadirin onlara kömək etməyə söz verdiyini bildirməklə onun yanında Nadir dediyi adama zəng edərək, telefonu dinamik rejiminə qomuşdur. Həmin vaxt Nadir Ceyhundan işlərin qaydaya salınması üçün vaxt istəmişdir. Həmin şəxsin həqiqətən Nadir olub-olmamasını dəqiq bilmir. O, Ceyhuna işləri görməsi məqsədilə rahat gedib-gəlməsi üçün özünə məxsus olan “Hyundai Sonata” markalı 90GD733 dövlət qeydiyyat nişanlı avtomobilini ona idarə etmək üçün vermişdir. Lakin Ceyhun onun avtomobilini qeyri-rəsmi, yəni heç bir etibarnamə olmadan idarə etmişdir. Ceyhunla olan son görüşləri zamanı o, Ceyhundan avtomobilini istədikdə, Ceyhun ona avtomobilinin cərimə meydançasında olduğunu və bir neçə günə qaytaracağına dair söz vermişdir. Həmin vaxtdan sonra Ceyhun onun zənglərinə cavab verməmiş və 11 mart 2021 -ci il tarixdə Ceyhun Tural adlı dostunun vasitəsi ilə onun “Hyundai Sonata” markalı 90GD733 dövlət qeydiyyat nişanlı avtomobilini göndərmiş, o da avtomobilini X8rşısında Turaldan almışdır. Həmin vaxtdan sonra o, Ceyhunu nə qədər axtarsa da tapa bilməmişdir. O, dəfələrlə Ceyhunun dostu Turaldan xahiş etmişdir ki, onu Ceyhunun olduğu yerə aparsın, onunla görüşsün ki, vəziyyətin nə yerdə olduğunu öyrənsin, lakin Tural onu Ceyhunla görüşdürməmişdir. Beləliklə də o, Ceyhun tərəfindən növbəti dəfə aldadıldığını və pullarının ələ keçirildiyini başa düşdüyü üçün onun barəsində müxtəlif hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hüquqmühafizə orqanlarına şikayət etdiyi zaman ona, Təqsirləndirilən şəxs barəsində ondan əlavə olaraq daha 3 şikayət ərizəsinin olması və Ceyhunun axtarışda olması məlum olmuşdur. Müəyyən vaxt keçdikdən sonra o, Ceyhunla əlaqə saxlaya bilmiş və ondan ağır maddi vəziyyətdə olduğuna görə avtomobilini satmağa köməklik etməsini xahiş etmişdir. Həmin vaxt onun məqsədi Ceyhunun polis əməkdaşları tərəfindən yaxalanması üçün şərait yaratmaq olmuşdur. Ceyhun onun təklifi ilə razılaşmış və razılaşdırılmış yerə gələrək onun avtomobilinə əyləşmişdir. Həmin vaxt aralarında söhbət olmuş və o, Ceyhunun səsini yazmışdır. Daha sonra Ceyhun polis əməkdaşları tərəfindən onun yanında tutulmuşdur. Həmin səs yazıları onun tərəfindən iş üzrə ibtidai istintaqı aparmış müstəntiqə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs onun 2019-cu ildə aldığı Hyundai Sonata markalı avtomobilin kredit ödənişlərini ödəməsi, həmçinin onun bu illər ərzində özünə Qobu qəsəbəsində ev tikdirməsi barədə dediklərini təsdiqləmir. Aldığı avtomobilin kredit ödənişləri onun tərəfindən ödənilmiş, Qobu qəsəbəsində tikilmiş ev ona deyil, qardaşına məxsusdur. Onun qardaşı və atası heç vaxt Qaradağ rayon Polis İdarəsinə Ceyhun barədə şikayət etməmişlər. Şikayət Qaradağ rayon Polis İdarəsinə onun tərəfindən Ceyhunun 2 il ərzində ona olan borcunu ödəməməsi səbəbindən edilmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işində olan ifadələrində onun 12 yanvar 2021-ci il tarixdə Tacəddinin iştirakı ilə Ceyhuna 65000 manat məbləğində pul verməsi ilə bağlı verdiyi ifadələrə hazırda təsdiqləmir. Belə ki, ibtidai istintaq zamanı verdiyi əlavə ifadələrində də bildirdiyi kimi, həmin məzmunda ifadə verəndə o, əsəbi vəziyyətdə olmuş və bu səbəbdən həmin gün baş verənləri dəqiqliklə xatırlamır. Elan edilməklə ona təqdim olunmu cinayət işində olan onunla Təqsirləndirilən şəxs smsyazışmalarını əks etdirən protokol ona tanışdır. Həmin sms-yazışmaların məzmununda olan onun Ceyhuna ayrı-ayrı şəxslərdən pulları alıb ona gətirməsinin tələb etməsi məzmununda olan ismarıclarla bağlı bildirir ki, Ceyhun ona borclu olan pulları hər dəfə gecikdirəcəyindən qorxduğu üçün o, Ceyhuna bacısı Çinarə, onun həyat yoldaşı Tacəddin, rəfiqəsi Yeganə və qardaşı Zakirdən borc aldığını bildirməklə ona yalandan maşınların alınması üçün özündə pul olmadığına görə başqa şəxslərdən borc aldığını bildirmişdir ki, Ceyhun daha da məsuliyyətli olsun və pulları tez qaytarsın. Ceyhunun onun sələmə pul verməsi ilə əlaqədar dediyini təsdiqləmir. Nə o, nə də onun ailə üzvləri heç vaxt sələmə pul verməklə məşğul olmamışlar. Ceyhuna borcu olduğu halda təkrar olaraq ona 65000 manat məbləğində pul verməyini onun Ceyhuna həmin vaxt inanması ilə əsaslandırır. Nadir adlı şəxsi heç vaxt görməmişdir, onunla tanışlığı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləməsə də ailəsini dolandırmaq üçün fərdi qaydada müəyyən fəaliyyətlərlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun həyat yoldaşının bacısıdır. Təqsirləndirilən şəxs baldızı Məlahətin vasitəsilə tanımışdır. Belə ki, o, Məlahətin menecer vəzifəsində işlədiyi “Qaraqaşı” broyler şirkətindən çıxdıqdan sonra Ceyhunla maşın al-veri etdiklərini eşitmişdir. Lakin sonradan Ceyhunun Məlahətdən pul alaraq ona qaytarmaması səbəbindən, Məlahətin məhkəməyə müraciət etməsi və məhkəmənin qətnaməsinə əsasən Ceyhunun Məlahətə 56.000 manat məbləğində pulun qaytarılması barədə qərar qəbul olunması barədə öyrənmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Məlahət ona demişdir ki, maşınların qiymətləri ucuzlaşıb və onlar Ceyhunla birlikdə həmin maşınları alıb satmaqla yaxşı qazanc əldə edə bilərlər. Həmin vaxt Məlahət bu məqsədlə ondan 40.000 manat pul istəmişdir. Həmin vaxt Məlahət ondan aldığı və özünün dediyi kimi əlavə edəcəyi pulla neçə ədəd avtomobil alıb satacaqlarını və ona konkret olaraq hansı məbləğdə qazanc verəcəyini dəqiq deməmişdir. Məlahət bildirmişdir ki, maşınlar alınıb-satıldıqdan sonra əldə ediləcək qazancdan ona yaxşı gəlir verəcək. O, əvvəllər də bir neçə dəfə Məlahət və Ceyhuna bu məqsədlə pul vermişdir. Həmin ərəfədə onun evində yalnız 35.000 manat pul olduğundan o, Məlahətə demişdir ki, ancaq 35.000 manat verə bilər. Məlahət razılaşmış və ona demişdir ki, Ceyhunla birlikdə gəlib pulu götürəcəklər. 12 yanvar 2021-ci il tarixdə Məlahət özünün idarə etdiyi “Hyundai” markalı avtomobillə onun yaşadığı həyətə gəlmiş və yaşadığı evə qalxaraq ondan həyat yoldaşı X3 yanında 35000 almışdır. Həmin vaxt Məlahətin yaşadığı mənzilə tək gəlməsini dəqiq xatırlayır. Bundan sonra o, mənzilin pəncərəsindən həyətə baxanda Məlahətin özünə məxsus sükan arxasında bir nəfər şəxsin oturduğu avtomobilə əyləşərək getdiyini görmüşdür. Həmin şəxsi Təqsirləndirilən şəxs oxşatsa da, onun dəqiq olaraq Ceyhun olub-olmadığını bilmir. Aradan bir müddət keçsə də Məlahətdən bir xəbər çıxmadığından o, Məlahətdən işlərin nə yerdə olduğunu soruşmuş, Məlahət əvvəl Ceyhunun pulları qazancı ilə birlikdə yaxın vaxtlarda qaytarmağı söz verdiyini desə də, sonralar ona demişdir ki, Ceyhun tərəfindən aldadılıb. Bir müddət sonra o, Məlahətin Ceyhunun barəsində Yasamal rayon Polis İdarəsinə şikayət etdiyini öyrənmişdir. Həmin vaxt onu da polis idarəsinə çağırmışlar və o, bu barədə izahat vermişdir. Məlahət ona bildirmişdir ki, Ceyhunun barəsində digər şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı şikayətlər əsasında barəsində cinayət işi başlanıb və Ceyhun həbs edilmişdir. O, Ceyhunu tanıdığı zaman ərzində bir neçə dəfə ona borc pul vermiş, Ceyhun da ona olan borclarını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əsasən köhnə “QAZEL” və “Volqa” markalı avtomobilləri alıb təmir edib satmaqla məşğul olur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə alıb-satdığı maşınlarla bağlı çox müraciət edir. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin iyun ayında, dəqiq xatırlamadığı tarixdə Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı”nda tanış olmuşdur. Həmin vaxt o, baş etibarnamə ilə alıb təmir etdirdiyi, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı “QAZEL” markalı avtomobili satarkən Ceyhunla tanış olmuşdur. Belə ki, o, həmin maşını Ceyhunun qohumu kimi təqdim etdiyi şəxsə 4700 manata satmışdır. Tanışlıq zamanı Ceyhun ona maşın alveri ilə məşğul olduğunu demişdir. O vaxtdan etibarən o, arabir “Maşın bazarında” Ceyhunu görüb hal-əhval tutmuşlar. Hazırda xatırlamadığı tarixdə Ceyhun ona zəng edərək Baş X18 İdarəsində olduğunu bildirmiş və ondan ora gəlməsini istəmişdir. O, Baş X18 idarəsinin Xırdalan dairəsi yaxınlığındakı Qeydiyyat-İmtahan İdarəsinin həyətində Ceyhunla görüşmüşdür. Həmin vaxt Ceyhunun yanında sonradan Məəlahət Məmmədova olduğunu bildiyi bir xanım da olmuşdur. Ceyhun ona demişdir ki, o, Məlahət xanıma hərrac yolu ilə maşınlar alır və özü xəstə olduğundan gələ bilməyəcəyinə görə ondan həmin maşınların sənədləşdirilməsində köməklik etməsini ondan xahiş etmişdir. Aralarında olan söhbət zamanı Məlahət adlı xanım ondan hərracdan alınan maşınların sənədləşdirilməsinin mümkün olub-olmaması ilə maraqlanmış, o da bildirmişdir ki, sənədlərin qaydasında olduğu halda və məhkəmə qərarı varsa sənədləşmə ilşərinin aparılmasında problem yaranmamalıdır. Həmin vaxt Ceyhun ona telefon nömrəsini Məlahət xanıma verəcəyini deyib, özünün gələ bilmədiyi halda Məlahət xanıma kömək etməsini ondan xahiş etmiş, o da buna etiraz etməmişdir. Həmin vaxt Ceyhunun əlində hərracdan alınmış maşının sənədləri olmuş və Ceyhun ondan həmin maşını sənədləşdirmək üçün köməklik etməsini indan xahiş etmişdir. Həmin vaxt sənədləri hazırlamalı olan Baş X18 İdarəsinin əməkdaşı Arif adlı şəxs “COVİD-19” virusuna yoluxduğundan işə çıxmadığı üçün o, sənədləri sonuncunun yanında işləyən, adını bilmədiyi əməkdaşa göstərmiş, həmin şəxs isə bildirmişdir ki, sənədlərin əsli olmadığı halda sənədləşmə işlərinin aparılması qeyri mümkündür. O da buna görə həmin vaxt sənədləri Ceyhuna qaytarmışdır. Aradan bir müddət keçdikdən sonra Məlahət ona zəng edib Ceyhunun sənədləri verib-vermədiyini soruşduqda o, bildirmişdir ki, Ceyhun ona heç bir sənəd verməmişdir. Ondan sonra Məlahət xanım bir neçə dəfə də ona zəng edib Ceyhunun harada olmasını, nə üçün zəng çatmadığını soruşduqda o, Ceyhunun harada olmasını bilmədiyini demişdir. Məlahətlə olan telefon danışıqları zamanı, sonuncu ona Ceyhun tərəfindən aldadıldığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pullarını almasının şahidi olmamışdır və hadisə barədə heçnə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün icarəyə götürdüyü avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Onunla “Kubinka"da yerləşən “Məhəllə” çayxanasında tanış olmuşdur. O, taksi sürücüsü olduğuna görə çayxanada olarkən Ceyhun müştəri kimi müraciət ona edib, onu dediyi ünvana aparanda mobil telefon nömrəsini götürmüşdür ki, lazım olanda onunla əlaqə saxlasın. Beləliklə də aralarında münasibət yaranmış və o, Ceyhunu dəfələrlə sonuncunun dediyi ünvanlara müştəri kimi aparmışdır. “Mila” adı ilə Zərərçəkmiş şəxs o, Ceyhunun vasitəsilə tanımışdır. Belə ki, hazırda xatırlamadığı tarixdə Ceyhun ona zəng edib bir xanımı Lökbatan qəsəbəsi ərazisinə aparmaq lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin vaxt idəfə dəfə belə tanımışdır. Həmin vaxtdan sonra da o, dəfələrlə Məlahətin özünün zəngi ilə sonuncunu müxtəlif ünvanlara aparmışdır. Ceyhunla Məlahətin avtomobil alveri ilə bağlı olan işbirliyi barədə məlumatı olmuş, lakin onun, onlarla birlikdə heç bir işbirliyi olmamışdır. Hazırda xatırlamadığı tarixdə o Ceyhunun vasitəçiliyi ilə Məlahətdən 600 manat borc pul almış, sonradan da borcunu faizləri ilə birlikdə Məlahətə qaytarmışdır. Təxminən bir il əvvəl, Məlahət xanım ona Ceyhunun onu aldadıb hərracdan maşınlar alıb satmaq adı ilə ondan 65.000 manat pul aldığını və ondan qaçıb gizləndiyini bildirərək ondan Ceyhunu tapmağa kömək etməyini ondan xahiş etmişdir. O, Ceyhuna bu barədə demiş və onların telefon əlaqəsi saxlamaqla danışmaqda bir neçə dəfə vasitəçilik etmişdir. Həmin ərəfələrdə Məlahət ondan pulunu qaytarmasa barəsində şikayət edəcəyini Ceyhuna bildirməsini xahiş etmiş o, da Ceyhuna onun sözlərini çatdırmışdır. Məlahətin Ceyhuna pul verməsinin şahidi olmamış, bu işlər onların öz aralarında baş vermişdir. Sonradan Məlahət ona Ceyhunun ona əvvəllər də borcu olması və Ceyhunun sonradan onu yenə inandırıb hərracdan maşın alıb satmaq adı ilə 65.000 manat pul aldığını bildirmişdir. Həmin vaxt o, Məlahətdən xahiş etmişdir ki, onu bu işlərə qatmasın və aralarında olan problemləri özləri həll etsinlər. O, əvvəllər Ceyhunla Məlahətin arasında yalnız xoş münasibətlərinin olduğunu görmüş və yalnız Məlahətin sonralar Ceyhunun onun zənglərinə cavab verməməklə onu guya aldadaraq pullarını mənimsəməsində ittiham etdiyi vaxtdan münasibətlərinin pisləşdiyini başa düşmüşdür. O heç vaxt Məlahətlə Ceyhunun arasında olan avtomobil alveri ilə bağlı işlərinə qarışmamış və bu barədə məlumatı olmamışdır. Ceyhunun Məlahətə məxsus avtomobilini idarə etdiyi barədə məlumatı olmuşdur. Məlahətin Ceyhunu axtardığı vaxtlarda Ceyhun ondan Məlahətin avtomobilini ona aparmasını xahiş etmişdir. Həmin vaxt Ceyhun ona xəstə olduğuna görə maşını şəxsən apara bilməyəcəyini demişdir. O, Ceyhunun xahişini yerinə yetirərək, maşını Məlahətə aparıb qaytarmışdır. Nadir və Ruslan adlı şəxsləri tanımır, onları heç vaxt görməmişdir. İşdə olan 54 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs arasında, sonuncunun Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixədək sələmsiz olaraq 56000 (əlli altı min) manat məbləğində kredit borcunu qaytarmağa dair kredit müqaviləsi bağlanılmışdır (cild 01, iş vər. 155). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin olunmuş, cavabdeh Təqsirləndirilən şəxs 56000 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 56.630 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (cild 01, iş vər. 156-158). Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən 61238/21 saylı axtarış işi üzrə axtarışda olan Hüseynov X5 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq tutulmuşdur (cild 01, iş vər. 163). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər 223-230). "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 4206 saylı məktubla daxil olmuş 01 ədəd CD diskə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrə, habelə Şahid2 istifadə etdiyi ***-***-**-** saylı nömrə arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda sms yazışmaları olduğu müəyyən edilmişdir: “xx/xx/2020,11:19:20,**********97,**********75,Milas qaidəyəm gözdə 10 deyqaye cıxım bayıra yığıram xx/xx/2020,16:10:37,**********97,**********75, Mila herracdayam gözda cıxım yıgım xx/xx/2020,16:11:42,**********75,**********97,Men şeherdeyem sen herracdan cıxana kimi hara gelim? xx/xx/2020,10:19:59,**********97,**********75, Mila 11 de gelma saat 1 de kingin qabagna gələcəm xx/xx/2020,14:18:22,**********97,**********75, Xırdalan qaisindeyem cixib gelirem xx/xx/2020,10:13:10,**********97,**********75,Gözda yığıram xx/xx/2020,15:54:19,**********75,**********97,Ay Ceyhun ne oldu sen meni cox pis veziyyetde goymusan' men birde hec kimden pul gotirmeyecem. Qız oturib bizde Tacida getmelidi seni gozleyir. Camaat işin gucun atib seni gozlemelidiiiii? Zəng vur mene tecili xx/xx/2020,17:15:16,**********75,**********97,Ceyhun pulu hardan tapirsan tap mene dexli yoxdu men cixdim saat 6da olacam semaşkonun yaninda xx/xx/2020,15:45:30,**********97,**********75,10 deyqa gözdə xx/xx/2020,20:47:38,**********97,**********75,Kilent var yanımda gözdə xx/xx/2020,18:07:02,**********97,**********75,10 degeye yığıram xx/xx/2020,14:41:35,**********75,**********97,Semaşkinun yanindayam gozleyirem pulu gotur gel. Telesirem xx/xx/2020,16:10:50,**********97,**********75,10 deyqaye yığıram xx/xx/2020,19:08:19,**********75,**********97,Ceyhun Cinarenin pulu götur yadundan cıxartma xx/xx/2020,09:36:57,**********75,**********97, Bu gun qalan 5000de vermelidi hamsını götur, men sizin dalıvızca duşesi deyilem. 7000nin hamısını getir xx/xx/2020,15:45:53,**********97,**********75,5 deyqaye yığıram xx/xx/2020,12:06:36,**********97,**********75,5 deyqaye yığıram xx/xx/2020,18:47:30,**********97,**********75,Cixiramm xx/xx/2020,16:47:51,**********97,**********75,5 deyqaye yığıram xx/xx/2020,19:32:43,**********97,**********75,Sisdemdeyem xx/xx/2020,13:43:14,**********97,**********75,Mila huzurdeyem gözdə yığıram xx/xx/2020,13:44:02,**********75,**********97,Hüzür nedi Ceyhun pulu hell ele bu gun vermeliyem xx/xx/2020,14:05:54,**********75,**********97,Gainin heyetindeyem xx/xx/2020,14:08:22,**********97,**********75,Gözdə gəlirem xx/xx/2020,14:21:29,**********75,**********97,Ne oldu hardasan? xx/xx/2020,14:33:40,**********97,**********75,Yolun bubirsi terefindeyem idarede gözdə kagızı götürək gelirem xx/xx/2020,13:56:44,**********97,**********75,Bankdayam gözdə xx/xx/2020,14:02:19,**********75,**********97,Zəng vur mene xx/xx/2020,12:40:01,**********97,**********75,İcradayam gözdə xx/xx/2020,12:03:55,**********97,**********75,Ay Mila gözdə düşüm maşından yıgım sənə danışa bilmiremdə adamlar var masında xx/xx/2020,12:04:28,**********75,**********97,Ceyhun sen ne oyun cıxardırsan mene başa sal. Eseblerim yerinde deyil. Günorta olub sen hele hec bir maşın hell elememisen xx/xx/2020,12:05:44,**********97,**********75,Həll ediremdə Mila xx/xx/2020,12:05:55,**********97,**********75,Mən neynirem bes xx/xx/2020,12:06:37,**********97,**********75,Get işdervi gör saat beşda gel pulları götür də məni tentitmə başımı itirirəm sonra xx/xx/2020,11:59:41,**********75,**********97,Ceyhun men cıxdım gelirem Xırdalana xx/xx/2020,12:10:36,**********97,**********75,Saat 2 den sonra gel Mila xx/xx/2020,12:50:50,**********97,**********75,Gözdə hardasan burdasan xx/xx/2020,12:51:15,**********75,**********97,He xx/xx/2020,12:52:51,**********97,**********75,Gözdə xx/xx/2020,18:34:45,**********75,**********97,Hacigabuldan adam gönderirem cix gelirsen otur onunla gəl, gəlmirsen pulu ver getirsin Kürdemirden bura 2 saata gelib cıxacey elede böyuk mesafe deyilki qalmısan orda xx/xx/2020,18:42:30,**********75,**********97, Cavab vermemeknen vaxt uzadirsaaaan sen hec kurdemirde deyilsen meni dolamisan nece gundu xx/xx/2020,18:52:30,**********75,**********97,Ay kişi telefonu ac xx/xx/2020,09:00:26,**********97,**********75,Cıxmısam gelirem xx/xx/2020,09:01:34,**********75,**********97,Men hazirlaşiram lokbatanin kruguna catanda zəng vur xx/xx/2020,09:02:11,**********97,**********75,20 yanvara gelersən xx/xx/2020,09:26:27,**********75,**********97,Saat necede olum 20 yanvarda xx/xx/2020,09:36:58,**********75,**********97,Deyirem necede gelim 20 yanvara 1 saata catarsaan? xx/xx/2020,09:42:16,**********97,**********75,Catanda deyecəmdə 1 yarıma cataram xx/xx/2020,12:22:49,**********75,**********97,Sonra Zəng vur gorum neynedin gedirsen yoxsa men gedim xx/xx/2020,12:52:49,**********97,**********75,Gedecəm xx/xx/2020,14:46:52,**********75,**********97,Ceyhun Taceddin gelib bizdedi biz gedirik qaiya sende gel görek niye uzadırlar sebeb nedi? xx/xx/2020,09:31:41,**********97,**********75,İyna vurdururam cıxıram sən saat 11 də gəl xx/xx/2021,16:28:19,**********75,**********97,Ceyhun zəng vur mənə xx/xx/2021,19:42:44,**********97,**********75,Sabaha qaldı pul xx/xx/2021,19:16:48,**********97,**********75,Mila qurban sana qoy catım Bakıya Taciyədə de sabah gunorta özüm həll edəcəm xx/xx/2021,12:24:20,**********97,**********75,Gözdə yıgacam xx/xx/2021,14:10:52,**********97,**********75,Gəlir saat 5 de catacaq kilent də var yanımda xx/xx/2021,17:38:39,**********75,**********97,Ceyhun sən hardasan mən gəlirəm ora həm pulu götürüm həmdə maşını xx/xx/2021,21:49:58,**********97,**********75, X16 cıxanda yol üstü götürüb gelib verəcək sənə pulu xx/xx/2021,21:50:04,**********97,**********75,Narahat olma xx/xx/2021,21:50:42,**********75,**********97,Saat necədə? xx/xx/2021,21:54:18,**********97,**********75,Saat 10 götürəcək xx/xx/2021,12:38:04,**********75,**********97,Bu gelib cıxmadı indi papam obedə gələcək demişdim 10 getirecək saat 1di hele pul yoxdu. xx/xx/2021,14:57:35,**********97,**********75,Sizi arayacağım. xx/xx/2021,11:45:28,**********75,**********97,Ceyhun salam saat 3e kimi maşını çatdır qudagilə qonag gedəcəyik xx/xx/2021,19:32:25,**********97,**********75,Mən yığacam sənə xx/xx/2021,19:59:16,**********75,**********97,Ceyhun nə vaxt gəlirsən mənim pullarımı da götür səhər uşagı həkimə aparıram xx/xx/2021,09:48:06,**********97,**********75,Gözdə yığıram xx/xx/2021,17:38:38,**********97,**********75, Ana yığıram 15 degeye xx/xx/2021,20:48:08,**********97,**********75,Gözdə yığırammmmm xx/xx/2021,10:49:41,**********75,**********97,Hardasan Ceyhun? Qaiya getduuun? xx/xx/2021,15:00:25,**********75,**********97,Ceyhun qai ni hell eleduuun? xx/xx/2021,19:23:42,**********75,**********97,Telefonu niye söndürmüsən? xx/xx/2021,20:06:11,**********97,**********75,Cıxım yığıram xx/xx/2021,20:06:24,**********75,**********97,Təcili zəng vur xx/xx/2021,16:13:58,**********97,**********75,10 deyqa yığıram xx/xx/2021,17:00:32,**********75,**********97,Taceddin bizdedi zəng vur görum nə oldu xx/xx/2021,17:27:43,**********97,**********75, Mila sabaha saxla buların pulu düzəlmir burdayıq, Çapayevdə arvad pul gözləyir hələ xx/xx/2021,17:28:31,**********75,**********97, Zəng vur mənə xx/xx/2021,17:29:47,**********97,**********75,Gözdə 5 deyqaye yığıram xx/xx/2021,16:40:57,**********75,**********97,Tecili zəng vur mənə xx/xx/2021,16:59:48,**********97,**********75,Gözdə adamlarnanam xx/xx/2021,17:07:38,**********75,**********97,Bu vaxt ne bang var nede qai vaxti uzatma Ceyhun zəng vur mənə tecili xx/xx/2021,18:42:28,**********75,**********97,Ne oldu Ceyhun ??? xx/xx/2021,19:15:34,**********97,**********75,Gözdə besdayqa xx/xx/2021,00:04:45,**********75,**********97,Ceyhun zəng vur mənə men seni gözləyirəm xx/xx/2021,12:40:56,**********97,**********75,Strafnoya gedirem gözdə yığıram xx/xx/2021,12:43:58,**********75,**********97,Niye? Mənim maşınımla? Ne oldu qaiya gedmemisəəən? xx/xx/2021,13:48:38,**********75,**********97,Ceyhun zəng vur mənə xx/xx/2021,16:54:00,**********97,**********75,Gözdə yığacam xx/xx/2021,14:34:26,**********75,**********97,Mənə zəng vur xx/xx/2021,14:59:20,**********97,**********75,Ana yarım saata yığıram xx/xx/2021,18:53:27,**********75,**********97,Tural neçede gelecek xx/xx/2021,19:13:59,**********97,**********75,Gözdə yığacam xx/xx/2021,09:28:18,**********75,**********97,Ceyhun dogguzun yarısından yığıram Turali cavab vermir ne meseledi? Mənə zəng vur xx/xx/2021,18:32:41,**********97,**********75,Gözdə yığacam xx/xx/2021,21:32:39,**********75,**********97,Ceyhun zəng vur mənə xx/xx/2021,21:32:56,**********97,**********75, Mila sabah axsam saat 8-zə söz ver hamıya xx/xx/2021,12:05:07,**********75,**********97,Acdaaa bu zehermari xx/xx/2021,12:25:47,**********75,**********97,Sən mənim başıma oyun açırsan? Mən çıxıram gəlirəm semaşkoya gəl səndə ora xx/xx/2021,16:25:26,**********75,**********97,Ceyhun zəng ele görüm ne oldu? xx/xx/2021,17:30:42,**********75,**********97,Ceyhun cıx kənara mənə zəng vur Tacide Yeganede cavab gozleyir xx/xx/2021,19:26:34,**********75,**********97,Zəng vur mənə xx/xx/2021,20:01:29,**********75,**********97,Sən ömründə bir defe normal dəqiq söz deye biləsən yoxsa yox besdideee eseblerimle oynaduz ac mənə cavab ver xx/xx/2021,20:10:48,**********75,**********97,Ac telefonu Yegane bizdedi daniş xx/xx/2021,23:18:43,**********75,**********97,Ceyhun pulu kocurtdeee xx/xx/2021,19:14:06,**********75,**********97,Ceyhun ne oldu kişiden ne xeber? xx/xx/2021,21:39:33,**********75,**********97,Ceyhun gel semaşkonun yanina eseblerim yerinde deyil məndə gelirem ora xx/xx/2021,21:42:45,**********75,**********97,Zəng vur mənə xx/xx/2021,23:36:20,**********75,**********97,Ceyhun mən səni gözləyirəm xx/xx/2021,00:42:25,**********75,**********97,Mənimlə oyun oynuyursaaan? xx/xx/2021,14:11:49,**********75,**********97,Ceyhun zəng vur görüm ne oldu onlarda mənə zəng vurur mamada məndə eseb icindeyik xx/xx/2021,23:50:58,**********97,**********75,Mila burdayiq hərsey yaxsıdır xx/xx/2021,23:51:58,**********75,**********97,Şükür xx/xx/2021,18:12:31,**********97,**********75,Düsürdüm ylglram xx/xx/2021,00:09:19,**********75,**********97,Ceyhun cavab verdəəə hell eliye bilduuun ne oldu? xx/xx/2021,14:56:03,**********75,**********97,Ceyhun mən sənincun kucede qalmiş cindirlardan deyilem ki otub ortaligda səni gözleyim sənin keyfin ne vaxt isteyecek mənə cavab vereceksən ac telefonu mənim eseblerimle oynama beynimi cevirme səninle hormetnen danışıram deyəsən cıxıb oturmusan başımda xx/xx/2021,10:30:01,**********97,**********75,Zəng vur xx/xx/2021,17:45:57,**********75,**********97,Ceyhun mənim maşınım hansı tərəfdədi yaz mən gedim ora sənde ora gel xx/xx/2021,07:29:51,**********75,**********97,Salam saat 12de olacam qaida Nadirnen Vugarnan daniş gelin ora. xx/xx/2021,15:34:29,**********75,**********97,Mən burdayam xx/xx/2021,16:21:35,**********75,**********97,Qaidasuuuz mən gelim ora xx/xx/2021,17:01:16,**********75,**********97,Mən semaşkodayam, ya gel mənə pulu ve maşını ver yada bu dəqiqə atamı qardaşımı cağıracam və böyük problem yaradacam xx/xx/2021,16:45:49,**********75,**********97,Ceyhun Fatma yazıbki düzəlmədi gəl sənədi götür xx/xx/2021,19:38:00,**********97,**********75,Gözdə xx/xx/2021,10:54:09,**********75,**********97,Ceyhun zəng vur mənə xəbər ver görüm ne oldu. Nadir gelir gelmir, maşını götürdün mənim ailemin gedəsi yeri var. xx/xx/2021,10:57:56,**********97,**********75,Mila yanıram qızdırmadan sabah həll edəcəm, bu gün dura bilmirəm ayaga xx/xx/2021,11:11:10,**********75,**********97,Nadirin nomresini at Zakir gozdeyir xx/xx/2021,11:19:40,**********97,**********75,Halim yoxdur səhər gəl xx/xx/2021,11:47:59,**********97,**********75,Sabah gəl həl edəcəm sənöl dura bilmirəm xx/xx/2021,11:55:49,**********75,**********97,Neise dediyim kimi bu axırıncı zəngimiydi cavab vermirsənse demek sənde elbirsən Nadirnen Ruslannan özün bil səndə mənə day zəng vurma lazim olan yerlerde görüşerik xx/xx/2021,12:35:30,**********75,**********97, şexsiyyet vesiqəm səndədi sənədimi ver hec olmasa mənə lazimdi. xx/xx/2021,12:51:15,**********75,**********97,Yaxşı sənedim səndedi Allahun getirdi sən deyen olsun sabahıda gozdəyərik amma sabah səhər mənim maşinimi verirsən sonrada qaini hell edirsən eyer sabah olmasa bizden incime. Get yapiş Nadirden xx/xx/2021,12:59:56,**********97,**********75,Maslndadır səhər verərəm xx/xx/2021,14:30:08,**********75,**********97,Mən səne guvendiyime gore cox peşmənam mənə bunu eden xeyr tapmaz. xx/xx/2021,14:43:16,**********73,**********75,Oldu deyerem xx/xx/2021,09:21:05,**********75,**********73,Tural salam. Ceyhuna deginenki mənimle elage saxlasin narahat olmasin mən Olyagildeyem dünen papamdan xahiş elemişem birinci gune kimi gozlesin, dedim Ceyhun məni bu veziyyetde goymaz xestedi goy özune gelsin yoluna goyacag. Amma Ceyhunun telefonu sondurmesi məni narahat eliyir.bilirem başqa nomre işledir, hec olmasa mənə zəng vursun veziyyet ne yerdedi başa salsin. Texpasportu başa salsin hardadi ozu gede bilmir mən gedim göturum bazar gunu bazara gedecek maşin.maşinimi satirlar. xx/xx/2021,12:34:24,**********73,**********75,Salam yaxşı deyerem xx/xx/2021,21:46:51,**********73,**********75,Milla beş deyqeye çatıram xx/xx/2021,22:07:39,**********75,**********73,Ne oldu Tural catmamisan yoxsa problem var. Berke danişmag istemir mənə cavab ver xx/xx/2021,22:15:35,**********75,**********73,Tural cox sagol Allah komeyun olsun hec istemirem Ceyhunla mənim aramda pislik olsun inşallah birinci gunu gozleyek yegin nese edecek. xx/xx/2021,22:24:22,**********73,**********75,İNŞALLAH HELL OLAR xx/xx/2021,09:11:03,**********75,**********73,Tural niye cavab vermirsən, ona deginen mənə zəng vursun atam hell edib aprelin axırına kimi camaatdan vaxt isteyib, bir zəng vursun görek neyneyek.Sən niye onu qizledirsən onu gizletmeknən ona xeyr elemirsən ziyan edirsən axi dedim mən onu şikayet etmek istemirem amma her şeyi hellde etmişem amma onun bele qizlenmeyi onuncun yaxşi olmayacag. Sənde telefonu ac səne sözum var sənin ozuve. xx/xx/2021,19:46:55,**********75,**********73,Qaidaki Ruslan, Nadir, Bangdaki Ruslan guyaki herrac maşinlari veren kim bu işin icindedi hamını cəlb edecem ona deginen camaatı ora bura apartdırmasın, cıxsın üzə desin görek problem nedi xx/xx/2021,19:54:09,**********75,**********73,Sabah səhər gedir prokurorluga şikayet yazacam mənden başqa 3 dene şikayet erizesi var. Bundan sonrasini prokuratura araşdırar. xx/xx/2021,19:55:04,**********75,**********73,Onun mənim balama yazigi gelmedi bundan sonra mənimde onun balalarina yazıgım gelmeyecek. Bu boyda borcnan goyub məni evinde rahat oturub. xx/xx/2021,12:07:35,**********75,**********73,O tutulsa ne mənə xeyri yoxdu nede ona. Onunda balalari var mənimde balam var onlar bizim elimize baxir xx/xx/2021,12:14:50,**********75,**********73,En azindan hec ne olmasada mənim pulum yoxdu gedib mənim texpasportumu cıxartdirardıq yeznəm maşınımı satdırır pulunu isteyir. Hec olmasa bunu satib onun borcunu verərdim biraz rahat olardım. Ne olar Tural mənə komek ele. Onun qaldığı yeri de xx/xx/2021,21:01:59,**********75,**********97,Ceyhun mənə zəng vur xx/xx/2021,18:29:44,**********75,**********97,Ceyhun mən Pusteni göturmuşem gezdirmeye, imkan varsa zəng ele göruşek danışag maşınıda sat sən mənə pul verene geder mən idare edim.mənim gepiyim yoxdu,hec benzin almaga. xx/xx/2021,19:42:59,**********75,**********97,Ceyhun yene niye cavab vermirsən sən mənə degig de mənimle razilaşmaya gelirsən ya yox mən ne geder gozlemeliyem, ya he de ya yox mən işimi bilim.mən sənden şikayet elemek istemirem deyirem gel mənə komek ele hemde maşinimi sat, hem de ne geder bacarirsan mənə pul ver qalanınıda vaxtını de na vaxt qaytaracaqsan mən gözdeyim amma indi mənə biraz pul ver mənim veziyyetim pisti. xx/xx/2021,17:42:24,**********75,**********97,Ceyhun salam, gələsi oldun ya yox. Maşini neyniyek? xx/xx/2021,12:25:51,**********75,**********97,Ceyhun salam, acdaaa, maşini moykaya goymuşam 1 saata gotururem, goturub hara gelim. Maşini hele bu veziyyetde sat 2 gunu inşallah satarsan maşin 2 gun sənde qalacag 2 gunden artig papam icaze vermedi. Hara deyirsən gelim apar məni Olyanin işinde duşurt maşini gotur get, day 2 gune hell ele. Etrafli gelende danışaram” (cild 02, iş vər. 164-173) İşdə olan AZ-İ №320996 saylı nikah haqqında şəhadətnamə və AZ-İİİ № 778585, AZ-İ № 952847, AZ-İİİ 778586 saylı və AZ-İ № 952847 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007- ci il tarixdə X1 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.2006, xx.xx.2009, xx.xx.2015 və xx.xx.2018-ci il təvəllüdlü 4 övladı var. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Qeyd edilən cinayətin əsas obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası cinayət işi üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətlərini, tərəflərin bir-birinə bağlayan işgüzar münasibətlərin təhlilini aparmaqla işin həqiqi hallarına hüquqi qiymətin verilməsini əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı əsaslandırma və təhlil aparmamışdan əvvəl qeyd edir ki, hazırkı cinayət işi üzrə şahidlərin şəxsi münasibətlər baxımından müdafiə tərəfinin və zərərçəkmiş tərəfin şahidləri kateqoriyasına bölmək olar. Belə ki, hazırkı halda Zərərçəkmiş şəxs Şahid1 baldızı olmaqla qohumudur. Dgər şahidlər Şahid3 və X4 isə Təqsirləndirilən şəxs tanışı olmaqla, Zərərçəkmiş şəxs da Ceyhunun vasitəsi ilə tanımış və hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən halların birbaşa şahidi olmadıqlarını ifadələrində qeyd etmişlər ki, qeyd edilən xüsusat da nəzərə alınmalıdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası hazırki ittihama münasibətdə ilk növbədə qeyd edir ki, ittihamın əsasını təşkil edən pul miqdarının Təqsirləndirilən şəxs verildiyi tarix xx.xx.2021-ci il tarixi olaraq qeyd edilməklə, hadisənin Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 2 B saylı evin həyətində “Hyundai Sonata” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş verdiyi əks etdirilmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən ünvan Şahid1 yaşadığı mənzilin qarşısı olmaqla, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində ittihamın predmetini təşkil edən 65.000 manatın 35.000 manatını məhz Şahid1 verdiyini qeyd etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edilən hadisənin təhlilinin obyektiv şəkildə qiymətləndirilməsi üçün zərərçəkmiş şəxs və şahidin məhkəmədə verdikləri ifələrlə yanaşı, iş üzrə ibtidai istintaq zamanı ilkin ifadə və izahatlarının da təhlilinin aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs AR DİN BMCMİ-yə daxil olmuş xx.xx.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, sonuncu ərizəsində tanışı Təqsirləndirilən şəxs ilə 2020-ci ilin sentyabr ayında maşın alverinə başladıqlarını, maşın alıb satırdıq qazanclarının olduğunu, sonradan Ceyhunun ona bankda dostunun işlədiyni, hərracda olan maşınları ucuz qiymətə aldığını, biraz əl gəzdirib yaxşı qiymətə satıb pul qazana biləcəklərini demişdir. O, Ceyhunun təklifini qəbul etmiş, amma dediyi məbləğ onda tam olmadığına görə bacısının yoldaşı Şahid1 məbləğin yarısını sonuncudan almışdır. 2020-ci ilin dekabr ayında danışıb razılığa gəlmişlər. Yeni il bayramından sonra yanvarın 12-si 30.000 (otuz min) azn götürüb, Tacəddin gilin həyətinə getmiş və Ceyhunu da oraya çağırmışdır. Tacəddin də 35.000 (otuz beş min) azn gətirmiş və o, ümumilikdə 65000 (altmış beş min) AZN Ceyhuna vermişdir. (cild 01, iş vər. 98-99) Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli əlyazma izahatından görünür ki, sonuncu hadisəni təsvir edərkən qeyd etmişdir ki, o da özündə olan 30000 manatı 2021-ci ilin yanvar ayının 12-də götürüb bacıoğlundan 35000 alaraq Tacəddini də özünə qazanca şərik edib həmin gün Tacəddinin yaşadığı Yasamal rayonu, Parlament prospekti ünvanında Tacəddinin iştirakı ilə öz avtomobilində 65000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin izahatında həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildə də maşın alveri etdikləri zaman Şahid5 ilə birlikdə onu aldatmış, həmin vaxt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Ceyhun tərəfindən ona 56.600 manat pul vəsaitinin ödənilməli olması barədə məhkəmə qətnamə çıxarmışdır. Həmin vaxtdan Ceyhun ona cəmi 6150 manat pul ödəmişdir. İş materiallarında olan Şahid1 Yasamal RPİ-nin İş-nə olan xx.xx.2021-ci il tairxli izahatından görünür ki, Şahid1 izahatnda 35.000 manat pulu Məlahətə yaşadığı evdə əlbəəl verdiyini, bu zaman Məlahətin yanında heç kimi olmadığını bildirmiş, habelə ona Zərərçəkmiş şəxs öz izahatında sonuncunun 65.000 manat pulu Təqsirləndirilən şəxs verdiyi zaman onun da sonuncuların yanında olduğunu bildirdiyi barədə müstəntiq tərəfindən qeyd edildikdə, bu xüsusata münasibətdə, belə bir halın olmadığını bildirmiş və Zərərçəkmiş şəxs nə səbəbə o cür izahat verdiyini bilmədiyini qeyd etmiş, əlavə olaraq Ceyhunu bir neçə dəfə Məlahətin yanında görməmklə tanıdığını da vurğulamışdır. (cild 01, iş vər. 133-134) Göründüyü kimi Şahid1 ilkin izahatında Zərərçəkmiş şəxs hadisəni təsvir etdiyi şəraitdən fərqli halları əks etdirməklə, hadisənin birbaşa şahidi olmadığını bildirmiş və yalnız özünün xx.xx.2022-ci il tarixdə (Zərərçəkmiş şəxs ilə eyni tarixdə) şahid qismində dindirilməsinə dair ifadəsində Zərərçəkmiş şəxs pulu öz mənzilində verdikdən sonra mənzilinin pəncərəsindən baxanda Məlahətin maşında sürücünün yanındakı otruracaqda əyləşdiyini, maşını isə bir kişinin idarə etdiyini, həmin şəxsi Ceyhun adlı şəxsə oxşatdığını, çünki onu əvvəllr bir neçə dəfə Məlahətin yanında gördüyünü bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirməklə qeyd edir ki, şahidin ifadələri arasında olan ilk uzlaşmayan məqamların sonrakı ifadələrində dəyişdirilməklə, hadisənin dolayı şahidi olmasını göstərməyə çalışması özlüyündə həmin ifadələrin və eləcəd də artıq qohumluq əlaqələri məlum olan Şahid1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin obyektiv həqiqəti əks etdirməsinə şübhə edilməsinə əsas verir və bu hal da həmin ifadələrin mötəbər sübut olaraq qəbul edilə bilənliyinə təsir edir. Məhkəmə kollegiyası digər bir hal olaraq elə Zərərçəkmiş şəxs ifadələrindən və iş materiallarında mövcud olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən edildiyi kimi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında artıq bir neçə il əvvəldən avtomobillərin alqı-satqısı və əldə olunan gəlirin bölünməsi ilə bağlı işgüzar münasibətlər olmaqla, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə Zərərçəkmiş şəxs ödəməli olduğu külli miqdarda pul vəsaiti olmuşdur. Qeyd edilən qətnamənin icrası ilə bağlı Ceyhun Məmmədov ifadəsində hətta bir dəfə AR İXM-in müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ibzibati qaydada həbs edildiyini qeyd etmişdir. Bununla yanaşı hazırda müəyyən edilir ki, sözügedən qətnamə üzrə təmin edilmiş iddia tələbi Təqsirləndirilən şəxs tərəfindən tam icra edilməmişdir. Qeyd edilən hallardan çıxış edərək məhkəmə kollegiyası ittihamda qeyd edilən dələduzluq cinayətinin törədilmə üsulu olaraq Ceyhun Məmmədovun 2020-ci ilin dekabr ayında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyən guya “Ruslan” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə alıb Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsində rəsmiləşdirməklə yenidən satışa çıxarılıb əlverişli qiymətə satıb gəlir əldə edəcəyinə, guya özünün bankda depozit hesabının olduğuna inandırmasına münasibətdə də qeyd edir ki, Ceyhun Məmmədovun guya bankda özünün depozit hesabı olmasını bildirməklə aldarması ağlabatan olmamışdır. Belə ki, İcra haqqında qanunvericiliyin tələblərindən aşkar məlumdur ki, xx.xx.2016-cı il tarixli qətnamənin icrası ilə bağlı məcburi icra tədbirləri olaraq borclunun tutmanın yönəldilə biləcəyi əmlakları icra məmuru tərəfindən müəyyən edilə bilən hallardır. Habelə belə şəraitdə ittihamda qeyd edilən tarixədək belə bir bank hesabı olduğu təqdirdə həmin hesab üzərinə həbs qoyulmamış olması və eyni zamanda belə bir hesabın olduğunu bildiyi halda qətnamənin icrasında maraqlı olan Zərərçəkmiş şəxs bu barədə icra məmuruna məlumat verməyib də, sadəcə söz üzərində Təqsirləndirilən şəxs inanaraq artıq 5 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs borclu olduğu məbləği ala bilmədiyi halda, yenidən əlavə olaraq əvvəlki borcundan da artıq miqdarda pul verməsi ağlabatan deyildir və digər mötəbər sübutların olmadığı şəraitdə belə bir hadisənin baş verməsinin qəbul edilməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Bu hallar isə ittihamın əsasına qoyulmuş dələduzluq cinayətinin törədilmə üsulunu obyektiv həqiqətə uyğun olmadığını deməyə əsas verir. Eləcə də məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs həmin pulları Təqsirləndirilən şəxs avtomobillərin alqı-satqısı ilə bağlı aralarında olan işbirliyi ilə əlaqədar verdiyini və daha sonra Ceyhunun heç bir iş görməyərək onu aldatdığını düşündüyündən xx.xx.2013-cü il tarixdə aralarında borc müqaviləsi bağladıqlarını bildirsə də, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixli Şahid5 zərərçəkmiş şəxs X2 bir sıra nəqliyyat vasitələrinə dair sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etməyə dair etibarnamələrin mövcudluğu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sabir qızı ilə həmin vaxtlarda baş tutmuş işbirliyinin olduğunu təsdiq edir. Belə olan təqdirdə məntiqi olaraq sual doğurur ki, hansı səbəbdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona aralarında xx.xx.2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsi və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 65.000 manat borcu olduğu və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin icrası qaydasında hazırki iş üzrə cinayət hadisəsinin baş verməsi iddia olunduğu vaxtadək olan dövr ərzində Zərərçəkmiş şəxs cəmi 6150 manat qaytardığı halda, Zərərçəkmiş şəxs təkrarən Təqsirləndirilən şəxs sözünə inanaraq ona iddia olunduğu məbləğdə, yəni 65.000 manat məbləğində pul vəsaitini vermiş və bunu xx.xx.2013-cü il tarixdə etdiyi kimi rəsmi olaraq heç bir sənədlə təsdiq etməmişdir. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Zərərçəkmiş şəxs ******************** Kapital Bank hesabına edilən köçürmələrə dair ümumilikdə 25 qəbzdən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixləri əhatə edən dövr ərzində “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs ******************** Kapital Bank hesabına ümumilikdə 12910 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixləri əhatə edən sms-danışıqlardan da görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan +**********75 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********68 nömrəsinə ittihamda qeyd edilən cinayət hadisəsinin baş verməsi tarixinədək (xx.xx.2021-ci il tairxədək) xx.xx.2020-ci il tarixdə ünvanladığı “Pulu kocurt cinareninde pulunu de kocurtsun”, xx.xx.2020-ci il tarixdə ünvanladığı “Ceyhun pulu kocurt”, xx.xx.2020-ci il tarixdə ünvanladığı “Ceyhun men camatin pulunu vermeliyem borc goturub bang odemişem sabah birsigun her yer baglidi pulu isteyir menden”, xx.xx.2020-ci il tarixdə ünvanladığı “Ay Ceyhun ne oldu sen meni cox pis veziyyetde goymusan men birde hec kimden pul gotirmeyecem. Qiz oturib bizde Tacida getmelidi seni gozleyir”, xx.xx.2020-ci il tarixdə ünvanladığı “Semaşkinun yanindayam gozleyirem pulu gotur gel. Telesirem”, xx.xx.2020-ci il tarixdə ünvanladığı “Huzur nedi Ceyhun pulu hell ele bu gun vermeliyem”, xx.xx.2021-ci il tarixdə ünvanladığı “Ceyhun sen hardasan men gelirem ora hem pulu goturum hemde maşini” məzmunlu sms-danışıqlardan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisəyədək olan dövrdə dəfələrlə pul tələb etməsi müşahidə olunur. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan +**********75 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********68 nömrəsinə xx.xx.2021-ci il tarixdə ünvanladığı “Mende deyirem Ceyhun eyer saat 4-de pul mende olmasa menden incime men ne edeceyimi bilirem”, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********97 nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +**********75 nömrəsinə xx.xx.2021-ci il tarixdə ünvanladığı “Sabaha qaldi pul”, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ünvanladığı “Ceyhun sen hardasan men gelirem ora hem pulu goturum hemde maşini”, xx.xx.2021-ci il tarixdə ünvanladığı “Bu gelib cixmadi indi papam obede gelecek demişdim 10 getirecek saat 1-di hele pul yoxdu” və eynitarixli “Ay kişi hardasan de papaynan gelirem deyir hardan isteyirsen tap pulu ver” məzmunlu sms-danışıqlarından görünür ki, Zərərçəkmiş şəxs iddia etdiyi hadisə günündən bir ay əvvəlki vaxtları əhatə etdiyi dövrdən Ceyhun Məmmədovdan ona olan borcu tələb edir. Qeyd edilən smslərin məzmunu isə bir daha Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2012-ci ildə verməklə, xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi icrası qaydasında tutulması nəzərdə tutulmuş pulu ittihamda qeyd edilən tarixədək mütəmadi olaraq və israrlı şəkildə tələb etməsi, Təqsirləndirilən şəxs isə həmin pulların ödənişini gecikdirməsi şəraitində Zərərçəkmiş şəxs özünə qarşı bu qədər inamsızlıq yaratmış, ona illər ərzində borclu olduğu 56000 manat məbləğində puldan cəmi 6150 manat pul qaytarmış Ceyhun Məmmədovun ittihamda qeyd olunan formada hər hansı vədinə aldanaraq təkrar olaraq 65000 manat məbləğində pul verdiyinin ağlabatan olmadığını birmənalı olaraq deməyə əsas verir. Əksinə göstərilən smslərin məzmunu onu deməyə əsas verir ki, hələ ittihamda qeyd edilən cinayət hadisəsi tarixinədək Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməkdə, sonuncunun cəzalandırılmasında birmənalı şəkildə məhz əvvəlki borcuna görə maraqlı olmuşdur. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs dələduzluq etmə faktına dair ittihamın əsasını açıqlamır, təhlil etmir, heç bir sübut toplamır, yoxlamır və qiymətləndirmir. Bundan başqa istintaq orqanı təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş tutmuş yazışmalarına düzgün qiymət verməyərək ehtimallar üzərində qurulmuş və zərərçəkmiş şəxsin birmənalı şəkildə maraqlı olduğu şəraitdə yalnız sonuncunun və qohumu olmaqla, ifadələrinin obyektivliyinə şübhə doğuran ifadləri əsasında ittiham təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürmüşdür. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b)formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət- Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Göründüyü kimi, məhkəmə baxışı zamanı baxılan iş üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk həmin cinayət faktı üzrə cinayət təqibi məsələsi həll edilməli olması ilə bağlı işdə saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 42.2.4, 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-984/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-984/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver