Məhkəmə qərarları › İş №1(101)-984/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-984/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-984/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X11 və Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-374/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-964/2024 nömrəli qərarı ilə həmin hökm dəyişdirilməklə üzərində 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:50-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Qurd Qapısı adlanan ərazidə yerləşən qəbiristanlığın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:45-də “X14” (X15) şirkətinin mühafizəçiləri tərəfindən şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ Mədəndə yerləşən “Həkəri” kafesinin qarşısındakı inzibati ərazisində iki nəfər şübhəli şəxsin saxlanılmasına dair Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında qeyd olunan əraziyə gələn həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin polis bölməsində onun üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,497 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 30 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən “X14” şirkətinə məxsus ərazidə dostu Şahid5 ilə birgə satmaq üçün dəmir yığarkən həmin şirkətin mühafizəçiləri işarə edərək onları çağırdıqdan sonra yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin mühafizəçilərin rəisi də gəlmiş, sonuncu da özünü təqdim etdikdən sonra mühafizəçilər hər ikisinin üstünü yoxlayıb, əllərində olan dəmirlərlə fotoşəkillərini çəkmişlər. O və dostu Şahid5 izahatları alındıqdan sonra buraxılacağı izah edilmişdir. Ardınca həmin yerə 2 nəfər mülki geyimdə olan polis əməkdaşı gəlib həmin mühafizəçilərin yanında o və Şahid5 üstlərini yoxladıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getməli olmalarını bildirib həmin polis bölməsinə aparılmışlar. Həmin polis bölməsində ona psixi və fiziki təzyiqlər edildikdən sonra hər birinə, yəni o və Şahid5 5 qramdan çox psixotrop maddə metamfetamin təqdim edib üzərində daşıdıqlarını etiraf etmələrini tələb etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə vermədiyini, yalnız yazılanları imzaladığını, həmin şirkətin ərazisində dostu ilə birgə dəmir yığdıqlarını, həmin vaxt üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A30” markalı mobil telefonunun olduğunu, Şahid5 isə üzərində mobil telefon olmadığını, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən “X14” şirkətinin mühafizəçiləri olan otaqda kameranın olduğunu, həmin kameranın müşahidəsi altında Şahid5la onun üzərinə baxış keçirildiyini, izahatlarının alındığını, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində rəisin ona “səni narkotiklə yükləyirəm” dediyini, daha sonra həm onu, həm də Şahid5 döydüklərini, həmin polis bölməsində hər hansı ərizə, izahat və s. yazmadığını, onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə narkotik vasitə istifadəçisi kimi 2-3 gün saxladıqdan sonra buraxacaqlarını dedikləri üçün təqdim olunmuş sənədləri imzaladığını, “Qurd Qapısı” adlanan ərazini tanımadığını, fiziki və psixi zorakılığa məruz qaldığından ona deyilənləri videoçəkiliş zamanı söyləmək məcburiyyətində qaldığını, müdafiəçinin çağırılması və ya müdafiəçidən imtina edilməsi ilə bağlı hər hansısa ərizə yazmadığını, Şahid2 adlı polis əməkdaşının “X14” şirkətinə gəlmədiyini, lakin üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, “X14” şirkətinin ərazisinə gəlib onları Mirsiyaf Hüseynov və Şahid1 adlı polis əməkdaşlarının apardığını, polis əməkdaşlarının hər ikisinə, yəni o və Şahid5 qarşı fiziki və psixi zor tətbiq edərək psixotrop maddəni videoçəkilişdə nümayiş etdirmələrini istədiklərini, Şahid2 ona zorakılıq etmədiyini, “X14” şirkətinin ərazisində dəmir yığan zaman mühafizə əməkdaşlarından birinin onlara yaxınlaşdığını, daha sonra isə sonuncunun mühafizə xidmətinin rəisini çağırdığını, “X14” şirkətinin mühafizə işçiləri orada olan kameranın altında onların üzərilərindəkiləri çıxarıb stolun üstünə qoyaraq şəklini çəkdiyini, izahatları alındıqdan sonra polis əməkdaşları Mirsiyaf Hüseynov və Şahid1 oraya gəldiklərini, həmin polis əməkdaşlarının da mühafizəçilərin yanında o və Şahid5 üzərinə baxış və axtarış keçirdiklərini, həmin vaxt onun üzərində üzərində təsbeh, qəlyan, iş əlcəkləri və mobil telefonun aşkarlandığını, başqa heç nəyin aşkarlanmadığını, aşkarlanmış həmin predmetlərin polis əməkdaşları tərəfindən götürüldüyünü, 30 iyun 2023-cü il tarixdən 1 iyul 2023-cü il tarixədək Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində saxlanıldığını bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın dostu olmaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, 30 iyun 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən “X14” şirkətinə məxsus ərazidə dostu Təqsirləndirilən şəxs ilə birlikdə satmaq üçün dəmir yığarkən həmin şirkətin mühafizəçisi işarə edərək o və dostu Təqsirləndirilən şəxs çağırıb yaxınlaşaraq özlərini təqdim etmişdir. Daha sonra həmin mühafizəçinin rəisi gəlmiş, həmin şəxs də özünü təqdim etdikdən sonra onlardan izahat yazmalarını tələb etmişlər. İzahatları 35-40 dəqiqə ərzində yazıldıqdan sonra 2 nəfər polis əməkdaşı yüksək səslə qışqıraraq içəri daxil olub mühafizəçilərin yanında o və Təqsirləndirilən şəxs üzərlərinə baxış keçirmişlər. Həmin vaxt onun üzərindən siqaret, alışqan və dırnaqtutan bıçaq, dostu Təqsirləndirilən şəxs üzərindən isə mobil telefon, əlcək, qəlyan və təsbeh çıxmışdır. Başqa qanunla qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparılmış, orada üzərilərinə bir daha baxış keçirilsə də, qanunla qadağan edilmiş heç nə aşkarlanmamışdır. Daha sonra o, saxlanılması üçün X7 saxlama yerinin kamerasına, axşama doğru isə rəisin otağına aparılmış, orada rəis və Tural adlı polis əməkdaşı onu döydükdən sonra kameraya geri qaytarılmış, ardınca isə polis əməkdaşları dostu Təqsirləndirilən şəxs döymək üçün rəisin otağına aparıb orada döydükdən sonra kameraya geri gətirərək hər ikisini üzərilərindən psixotrop maddə çıxmasına dair ifadə verməyə məcbur etmiş, habelə verilmiş suala cavab kimi psixotrop maddəni Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manat müqabilində almasını deməyi tələb etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 “X14” şirkətinin ərazisində mühafizəçilər və polis əməkdaşları tərəfindən o və Təqsirləndirilən şəxs üstlərinə baxış keçirilərkən narkotik vasitə və ya psixotrop maddə aşkarlanmadığını, izahatı yazıb bitirdikdən sonra polis bölməsinə aparıldığını, orada döyüldüyünü, onları polis bölməsinə Mirsiyaf və Əli adlı polis əməkdaşlarının apardığını, barəsində bəraət hökmünün çıxarıldığını, o və Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik tərkibli maddənin olmadığını, polis əməkdaşlarının o və Təqsirləndirilən şəxs istədikləri məzmunda ifadə verməyə məcbur etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “X14” şirkətində mühafizəçi vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, həmin şirkətdə 1-ci mədən ofisinin postunda mühafizədə olarkən, rəhbərlikdən ona ərazidə olan boruların aparılması barədə məlumat verildiyindən, həmin yerə getdikdə Təqsirləndirilən şəxs və bir nəfər başqa şəxsin şirkətin ərazisində olan yararsız dəmir boruları aparmağa çalışdığını görmüşdür. Həmin şəxslər ondan xeyli məsafədə olmuş, lakin qaçmağa cəhd etməmişlər. Qaçmaq imkanlarının olmasına, qaçdıqları təqdirdə tutulmayacaqlarını bilmələrinə baxmayaraq dayanıb onu gözləmişlər. O, həmin şəxslərin yanına getdikdən sonra növbə rəisi Şahid4 Müşviq oğluna zəng edib hadisə barədə bildirmiş, Şahid4 oraya gəlib hadisə ilə bağlı fotoşəkillər çəkdikdən sonra həmin 2 nəfər şəxsi “Niva” markalı avtomobillə posta aparmışlar. Daha sonra Şahid4 öz rəhbərliyinə bu barədə məlumat vermiş, ardınca “Kia optima” markalı avtomobillə 2 nəfər polis əməkdaşı gəlmiş, onun yanında Təqsirləndirilən şəxs və digər şəxsin üzərinə şəxsi axtarış və baxış keçirdikdən sonra həmin şəxsləri polis bölməsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs və digər şəxsi polis əməkdaşlarına Şahid4 təhvil verdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxi axtarış və baxış 1-ci mədən ofisinin postunda 2 nəfər polis əməkdaşı tərəfindən həyata keçirildiyini, baxış zamanı orada o və Şahid4 iştirak etdiyini, polis əməkdaşlarından birinin Şahid1 olduğunu, digərini isə xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən otaqda müşahidə kamerasının olmadığını, həyətdə isə kameranın mövcud olduğunu, Təqsirləndirilən şəxs və digər şəxsin üzərindən alışqan, balaca dırnaqtutana oxşayan bıçaq və digər predmetlərin aşkar olunduğunu, bir ədəd mobil telefonun da baxış zamanı aşkarlandığını, lakin həmin mobil telefonun Təqsirləndirilən şəxs yoxsa yanındakı şəxsə aid olmasını xatırlamadığını, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs və yanındakı şəxsin izahatlarının alındığını, Təqsirləndirilən şəxs və yanındakı şəxsin aparmağa çalışdığı borunun xüsusi əhəmiyyətinin olmadığını, torpağın altında qalmış, çürüməkdə olan boru olduğunu, polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərinə o və Şahid4 yanında şəxsi axtarış və baxış keçirdiklərini, əvvəlcə üzərində olan predmetləri təqdim etməsini istədiklərini, daha sonra Təqsirləndirilən şəxs üzərini yoxladıqlarını, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibinə də baxış keçirildiyini, sonuncunun şalvarının sağ yan cibindən heç bir büküm, narkotik tərkibli maddənin aşkar olunmadığını, polis əməkdaşları ilə Təqsirləndirilən şəxs arasında narkotiklə bağlı heç bir söhbət olmadığını, sadəcə Təqsirləndirilən şəxs məhkəmədə olan hansısa işi barədə söhbətlərinin olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Müşviq oğlu ifadəsində göstərdi ki, o, “X14” şirkətində növbə rəisi vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 30 iyun 2023-cü il tarixdə işdə olarkən mühafizəçi Şahid3 ona 2 nəfər şəxsin şirkətin ərazisində olan çürümüş boruları aparmaq istəyərkən aşkarlanması, həmin şəxslərin yanında olması barədə məlumat verdiyindən, o, müvafiq yerə gedib həmin şəxsləri “Niva” markalı avtomobillə posta aparmışdır. Rəhbərliyə dedikdə, ona gözləməsi, polis əməkdaşlarının yaxınlaşacaqları barədə məlumat verilmiş, daha sonra polis əməkdaşları həmin yerə gəlib Təqsirləndirilən şəxs və yanında olan digər şəxsin üstünü yoxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən alışqan və mobil telefon aşkarlanmış, narkotik vasitə və digər qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları gəldikləri “Kia Optima” markalı avtomobillə Təqsirləndirilən şəxs və digər şəxsi polis bölməsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 onun yanında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxışın keçirildiyini, yay ayları olduğundan Təqsirləndirilən şəxs üzərində nazik köynək və şalvarın olduğunu, Təqsirləndirilən şəxs üzərinə baxış keçirən polis əməkdaşlarını tanımadığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən məişət əşyalarından başqa xüsusi əhəmiyyətli əşya və ya predmetin aşkarlanmadığını, polis əməkdaşlarının ilk öncə Təqsirləndirilən şəxs üzərinə baxış keçirdiklərini, daha sonra ciblərini yoxladıqlarını, üzərindən qeyri-qanuni predmet və ya əşya aşkarlanmadıqdan sonra polis bölməsinə apardıqlarını, polis əməkdaşlarının oraya oğurluqla bağlı gəldiklərini, mühafizəçi Şahid3 ona məlumat verdikdən təxminən 15-20 dəqiqə sonra həmin yerə çatdıqda Yusif Hüseynov və digər şəxsin mühafizəçi Şahid3 ilə birgə oturub gözlədiklərini, Təqsirləndirilən şəxs və digər şəxsi posta gətirdikdən təxminən 20-25 dəqiqə sonra polis əməkdaşlarının gəldiklərini, Təqsirləndirilən şəxs və yanındakı şəxs polislərin gələcəyi barədə məlumatlı olduqlarını və oturub polis əməkdaşlarının gəlmələrini gözlədiklərini, bu vaxt həmin şəxslərin sərbəst olmalarını, həmin şəxslərin əllərinin bağlanılmadığını, sonuncuların hər hansı bir qanunsuz əşya olduğu təqdirdə onları üzərlərindən kənarlaşdırmağa tam imkanları olmalarını, Təqsirləndirilən şəxs və yanındakı şəxsin aparmağa çalışdıqları boruların elə şirkətin ərazisində qaldığını, sonradan polis əməkdaşlarının həmin boruları gəlib aparıb-aparmadıqlarını bilmədiyini, lakin onun növbəsində polis əməkdaşlarının həmin boruları gəlib aparmadığını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı sual vermədiyi üçün ibtidai istintaqda ifadə verən zaman sonuncunun üstünə baxış keçirilməsi barədə ibtidai istintaq zamanı ifadəsində göstərmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 30 iyun 2023-cü il tarixdə “X14” şirkətinin mühafizə xidmətindən 2 nəfər şəxsin şirkətin ərazisində saxlanılması barədə daxil olmuş məlumat əsasında həmin şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, aşkar olunmuş psixotrop maddəyə bənzər büküm qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərindəki psixotrop maddəni təqdim edib “Qurd Qapısı”-nın yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini söylədiyini, 43-cü Polis Bölməsinin əməkdaşları Tural Əliyev, Şahid2 və Mirsiyaf Hüseynovla birgə “X14” şirkətinin ərazisinə getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs və sonuncu ilə birgə saxlanılan digər şəxsin “X14” şirkətinin mühafizəçilərinin yanında olduqlarını, daxil olmuş məlumatın 2 nəfər şəxsin oğurluqla əlaqədar saxlanılması barədə olduğunu, həmin şəxslərin üzərinə “X14” şirkətinin ərazisində baxışın keçirilmədiyini, həmin şəxslərin hansı müddət ərzində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmələrini xatırlamadığını, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, hadisənin üstündən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs əynində olan paltarları xatırlamadığını, polis bölməsinin dəhlizində müşahidə kamerası olsa da, otaqlarda olmadığını, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin daşınmasına dair hər hansı əməliyyat-axtarış tədbirinin keçirilmədiyini, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkilişdə nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin polis əməkdaşları tərəfindən təqdim edilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Uzun müddət keçdiyindən hadisəni tam xatırlamır. 2023-cü ilin iyun ayında “X14” şirkətinin mühafizə xidmətindən 2 nəfər şəxsin saxlanılması barədə məlumat daxil olduğundan, oraya gedib həmin şəxsləri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirmişlər. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik tərkibli maddəni təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 müvafiq məlumat daxil olduqdan sonra Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Mirsiyaf Hüseynov, Tural Əliyev və Şahid1lə birlikdə “X16” şirkətinin yerləşdiyi əraziyə getdiklərini, Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etdiyini söyləməsini xatırlamadığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs “X14” şirkətinin mühafizəçilərinin saxladığını, həmin mühafizəçilərin adlarını bilmədiyini, Təqsirləndirilən şəxs günorta saatlarında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirildiyini, sonuncunun üzərinə şəxsi axtarış və baxış keçirilməsində kimlərin iştirak etdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan digər şəxsin də həmin polis bölməsinə gətirildiyini, həmin şəxsin adını xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin təhqiqatçı tərəfindən həyata keçirildiyini, hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncunun əynində hansı geyimlərin olduğunu xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncunun üzərindən konkret olaraq hansı növ narkotik tərkibli maddə aşkar olunmasını xatırlamadığını, polis bölməsinin dəhlizində müşahidə kamerası olsa da, otaqlarda olmadığını, Təqsirləndirilən şəxs hansı müddət ərzində polis bölməsində saxlanıldığını xatırlamadığını, Təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə xarakterli ifadə verdiyini bildirdi. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:45 radələrində “X14” şirkətinin mühafizə xidmətindən 2 nəfər şübhəli şəxsin şirkətin ərazisində saxlanılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə məlumat daxil olduqdan sonra müvafiq əraziyə yaxınlaşıb həmin şəxsləri, yəni Təqsirləndirilən şəxs və Şahid5 polis bölməsinə dəvət etmişlər. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, “Həkəri” kafesi ilə üzbəüz, “X14” şirkətinə məxsus ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs piyada olarkən saxlanılaraq 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 16- 17) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, protokol və xx.xx.2023-cü il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd özünə məxsus “Samsung A30” markalı mobil telefonu təqdim etdikdən sonra həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin “şüşə, metamfetamin” olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, Qurd Qapısı qəbiristanlığının yaxınlığında tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmiş, aşkar olunan həmin büküm zərfə qoyulub qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 28; 29-31; 69-70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3581 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..3. (imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,497 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 5,497 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra 5,397 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 37-40) xx.xx.2023-cü il tarixli “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqə 52) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 54-55) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X14” Şirkətinin ərazisinə oğurluğa cəhd hadisəsi ilə əlaqədar həmin tarixdə saat 13:50dən saat 14:15-dək baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, oğurluğa cəhd edən iki şəxs şirkətin işçisi tərəfindən saxlanılmış və polis əməkdaşına təhvil verilmiş, həmin şəxslər Şahid5 və Təqsirləndirilən şəxs olmuş, hər iki şəxs saxlanılaraq 43-cü Polis Bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Baxışda Şahid5 və digəri iştirak etməmişdir. (Cild 1, iş vərəqə 82-83) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-691/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-992/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 77-79; 110-112) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A30” markalı mobil telefonda olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 86) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 46-6/2-9145 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, onun əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 90) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, 7588 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 96) “X14” şirkətinin xx.xx.2023-cü il tarixli, 03/926 nömrəli məktubundan görünür ki, həmin şirkət Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 1 saylı neft mədəninin ərazisində mühafizəni təşkil edən “Titan-D” təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən iki nəfər şəxsin mədən ərazisindən 2 (iki) ədəd borunu oğurlamağa cəhdlərini aşkar etdiyini bildirmiş və bu barədə rayon polis idarəsinin əməkdaşlarına məlumat vermişdir. Qeyd edilən 2 ədəd 5 mm-lik boru istismar müddətini başa vurmuş və istifadəyə yararsızdır. Maddi ziyan olmadığından zərərçəkmiş şəxs qismində tanınmaq istəmədikləri, heç kimə qarşı şikayət və tələblərinin olmadığı bildirilmişdir. (Cild 1, iş vərəqə 105) xx.xx.2023-cü il tarixli “Məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və çıxan mesaj mətnləri arasında istintaq üçün maraq kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 129) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 4548 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 134-136) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5,497 qram çəkidə olmaqla, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,397 qram psixotrop maddə metamfetamin və Elçin Hüseynzadənin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla, psixotrop maddənin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. (Cild 1, iş vərəqə 136) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər zəruri sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 137-146) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-374/2024 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-964/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ilə müvafiq hökm dəyişdirilməklə onun üzərində 02 (iki) il 04 (dörd) ay 20 (gün) müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-851/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Şahid5 bəraət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1892/2024 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4674/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, sol saidin ön səthində və sağ ayağın üzərində köhnə çapıq toxuma müşahidə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 46-6/2-5408/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30da həmin polis idarəsinin 43-cü X7 Saxlama yerinə gətirilmiş, həmin gün saat 17:30-da azad edilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməlinin hüquqi qiymətləndirilməsi: Məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin materiallarının 1-ci cildinin 3-cü vərəqində olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları X9, X5, Şahid1 və Şahid2 tərəfindən tərtib edilən raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:45 radələrində “X14” şirkətinin mühafizə xidmətindən 2 nəfər şübhəli şəxsin şirkətin ərazisində saxlanılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin əraziyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra müvafiq şəxslər polis bölməsinə dəvət edilmiş, polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid5 olmaları müəyyən edilmişdir. Növbəti, yəni cinayət işinin materiallarının 1-ci cildinin 4-cü vərəqində olan təhqiqatçı tərəfindən tərtib edilmiş raportda isə xx.xx.2023-cü il tarixdə saat 14:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şosesi 1-ci mədən, “Həkəri” kafesi ilə üzbəüz, “X14” şirkətinə məxsus ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs piyada olarkən saxlanılaraq 43-cü Polis Bölməsinə gətirildiyi qeyd olunmuşdur. Tərtib edilmiş hər iki raport tədqiq edildikdə, raportların bir-biri ilə kəskin ziddiyyət təşkil etməsi müəyyən edilmiş, belə ki, birinci raportdan Təqsirləndirilən şəxs oğurluq etməsində şübhəli olmasına görə polis bölməsinə dəvət edilməsi aydın olsa da, ikinci raportda isə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasında şübhəli bilinib polis bölməsinə aparıldığı göstərilmişdir. Lakin ikinci raportda Təqsirləndirilən şəxs hansı səbəbdən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnilməsi göstərilməmişdir. Eləcə də istinad edilən birinci raportda Təqsirləndirilən şəxs “X14” Şirkətinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat göstərilsə də, ikinci raportda onun piyada gəzərkən saxlanılması qeyd edilmişdir. Bundan savayı, cinayət işinin materiallarının 1-ci cildinin 82-83-cü vərəqlərində olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rza Nəzərov tərəfindən “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol tərtib edilməklə Binəqədi rayonu 1-ci mədən ərazisində yerləşən “X14” şirkətinin ərazisinə məhz oğurluğa cəhd hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 13:50-dən saat 14:15-dək baxış keçirilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq protokol saat 13:50-də tərtib edilməyə başlanıldığına görə polis əməkdaşlarının hadisə yerinə məlumatın daxil olması, raportun yazılması, oraya getmək üçün müəyyən yol qət etməsi nəzərə alındıqda daha əvvəl getdikləri mənasına gəlir. Habelə, həmin istintaq hərəkətində artıq Təqsirləndirilən şəxs və Şahid5 oğurluq etməkdə şübhəli bilindiklərindən saxlanılaraq polis bölməsinə aparıldığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrinə əsasən Təqsirləndirilən şəxs və Şahid5 “X14” şirkətinin mühafizəçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılması işin mübahisəsiz halıdır. Lakin cinayət işinin materialları tədqiq edildikdə əməliyyat və təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması vaxtının düzgün qeyd edilmədiyi müəyyən olunur. Göründüyü kimi, müvafiq “hadisə yerinə baxış keçirilməsi barədə” protokolda Təqsirləndirilən şəxs saat 13:50-dən əvvəl 43-cü Polis Bölməsinin növbətçi hissəsinə təhvil verilməsi öz əksini tapdığı halda, onun saat 14:20-də saxlanılaraq bölməyə gətirilməsi barədə raport həqiqəti əks etdirməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:50-dən daha əvvəl saxlanılması onun özü ilə yanaşı şahid ifadələri ilə də müəyyən edilir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 Müşviq oğlu və Şahid3 xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində 2 nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs və Şahid5 “X14” şirkətinin ərazisində saxlanılmaları barədə polis orqanına məlumat verildikdən 30-40 dəqiqə sonra polis əməkdaşlarının gəldiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən, aradan qaldırılması mümkün olmayan şübhə kimi qiymətləndirilməklə təqsirləndirilən şəxsin xeyrinə həll edilməli və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi xx.xx.2023-cü il tarixdə saat 11 radələrində saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulması haqqında qərar həmin tarixdə saat 16:00-da qəbul edilmiş, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin isə saat 16:50 dəqiqədən saat 16:58 dəqiqəyədək davam etməsi göstərilmişdir. Məhkəmə bir halı qeyd edir ki, vaxtla bağlı kompüterdə yazılmış yazı nəzərdən keçirildikdə həmin yazıya qara rəngli diyircəkli qələmlə düzəliş edilməsi müəyyən olunur. Göründüyü kimi, məhkəmə cinayət işinin materialları və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini təhlil edib belə nəticəyə gəlir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin saat 16:50-də başlanması nəzərə alındığı təqdirdə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirildiyi vaxtdan, yəni saat 10-11 radələrindən onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək 6 saatdan çox zaman fasiləsi keçmiş, bu müddət ərzində şübhəli şəxsin üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə olduğu təqdirdə tullamaq və ya udmaq imkanı olmuşdur. Bundan başqa, 03 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsi nəzərdən keçirildikdə görünür ki, “Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə səhər vaxtlarında Bakı şəhəri, Yasamal rayonu, Qurd Qapısı adlanan ərazidə yerləşən qəbiristanlığın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib...” məzmununda yazı yazılmışdır. Habelə, eyni məzmunda ittiham aktında da göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən səhvə yol verilmiş, 03 iyul 2023-cü il tarixdə aparılmış istintaq hərəkətində 26 gün sonra, yəni 29 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin göstərilməsi tamamilə absurd və ağlabatan deyil. Bu, məhkəmədə müvafiq qərarın sonradan tərtib edilməsi şübhəsini yaradır. Bundan əlavə, Təqsirləndirilən şəxs, şahidlər Şahid5, Şahid4 Müşviq oğlu və Şahid3 ifadələrində polis əməkdaşlarının “X14” şirkətinin ərazisində təqsirləndirilən şəxsin üzərinə baxış keçirərkən əlcək, elektron qəlyan təsbehin aşkarlandığını desələr də, həmin əşyaların aşkar edilməsi ilə bağlı hər hansı sənədləşmə aparılmamışdır. Bundan savayı, məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları X9, X5, Şahid1 və Şahid2 xx.xx.2023cü il tarixli raportları, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrindən müəyyən olunur ki, həmin tarixdə 43-cü Polis Bölməsinin xidməti ərazisi olan “X14” Şirkətinin mühafizə xidmətindən iki nəfər şübhəli şəxsin, yəni şirkətin ərazisindən boru oğurluğu etməyə cəhd edən Şahid5 və Təqsirləndirilən şəxs saxlanılması məlumatı əsasında onlar həmin əraziyə getmiş, həmin şəxsləri 43-cü Polis Bölməsinə aparıb Növbətçi Hissəyə təhvil vermişlər. Polis əməkdaşlarının qeyd edilən əraziyə yalnız boru oğurluğu məlumatı əsasında getməsi, saxlanılan şəxslərin narkotik vasitə və ya psixotrop maddə əldə etmə, daşıma, satma və ya saxlama barədə məlumatın olmaması müəyyən edilmişdir. Bu faktı “X14” şirkətinin əməkdaşları olan növbə rəisi Şahid4 Müşviq oğlu və mühafizəçi Şahid3 istər ibtidai istinaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrində təsdiq edərək Təqsirləndirilən şəxs ilə Şahid5 şirkətin ərazisindən yararsız 02 ədəd boru oğurlamaq cəhdlərinə görə saxladıqlarını, bu vaxt həmin şəxslərin sərbəst olmalarını, oğurluğa cəhdlə bağlı çağırılan polis əməkdaşları gələnədək həmin şəxslərin əllərini bağlamadıqlarını, polis əməkdaşlarını oturub gözlədiklərini, sonuncuların hər hansı bir qanunsuz əşya olduğu təqdirdə onları üzərlərindən kənarlaşdırmağa tam imkanları olmalarını, polis əməkdaşlarının posta gəldikdə bu iki şəxsin onların iştirakı ilə üzərlərinə baxış keçirmələrini, sonunculardan yalnız bıçaq, alışqan, əlcək və mobil telefonun aşkar olunduğunu, başqa qanunla qadağan edilmiş heç bir əşya olmadığını göstərmişlər. Həmçinin, məhkəməyədək icraat zamanı və məhkəmə baxışında ifadələr vermiş Təqsirləndirilən şəxs və Şahid5 da “X14” şirkətinin ərazisinə dəmir tullantılarını əldə edərək metal qəbulu məntəqəsinə vermək üçün gəldiklərini, polis əməkdaşlarının postda onların üzərlərinə baxış keçirdikdə Şahid5 üzərində bıçaq və alışqan, onun üzərində isə mobil telefon, elektron qəlyan və təsbeh aşkar olunduğunu, başqa qanunsuz heç bir əşya aşkar olunmadığını göstərmişlər. Bu hallara, yəni Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə “X14” şirkətinin əməkdaşlarının yanında baxış və axtarış keçirilən zaman narkotik vasitə və ya psixotrop maddə aşkar edilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ilə Şahid5 müvafiq qeydiyyat kitabında olan qeydlərdən çıxarışlara görə həmin şəxslərin oğurluq və narkotiklə bağlı 43-cü Polis Bölməsinə gətirilmələri göstərilmişdir. Binəqədi Rayon Polis İdarəsinin 43-cü X7 saxlama yerində saxlanılmasını təsdiq edən qeydiyyat kitabında olan çıxarışlarda olan qeydə görə Təqsirləndirilən şəxs narkotik və oğurluqda şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 14:30-da əməliyyat müvəkkili M.Hüseynov tərəfindən bölməyə gətirilmiş, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirildiyi (izahat alınıb buraxıldığı qeydi var), xx.xx.2023-cü il tarixdə saat 17:30-da azad edildiyi göstərilmişdir. Cinayət işinin materiallarından isə Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə azad edilməsi müəyyən edilmir. CPM-in 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Cinayət təqibi orqanı bu qanunsuzluğu aradan qaldırmaq və pərdələmək üçün 02 iyul 2023-cü il tarixli qərar qəbul etsə də, bu uğursuz olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan 02 iyul 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq X19 Hüseynzadəni Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad etmiş, bunu ona ittiham elan edilməyin mümkün olmaması ilə əsaslandırmışdır. Halbuki, bir gün sonra Təqsirləndirilən şəxs elə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi də öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamışdır. 30 iyun 2023-cü il tarixdə 11 saylı vəkil Bürosunun Vəkili Vahid Məmmədov Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu hüquqlarının Vahid Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmiş, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə tutulmuşdur. Cinayət işinin 26-cı səhifəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi barədə müdafiəçi Vahid Məmmədova məlumat verilmiş, o, iştirak etməyəcəyini və iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini bildirmişdir. Ümumiyyətlə, müdafiəçinin müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina etməsi qanuni olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olmuş, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması da yolverilməz olmuşdur. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması Cinayət-Prosessual Məcəlləsinin 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244- cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə dindirilmiş şahidlər Şahid4 Müşviq oğlu və Şahid3 ifadələrində isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində saxlanıldığı, polisə xəbər verildiyi, təxminən 30-40 dəqiqədən sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən iki nəfər mülki geyimli polis əməkdaşının “Kia Optima” markalı avtomobi ilə ora yaxınlaşdıqlarını, orada üzərinə baxış keçirdiklərini və sonra polis bölməsinə apardıqlarını göstərmişlər. “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol da Təqsirləndirilən şəxs saat 13:50-dən əvvəl 43-cü Polis Bölməsinin növbətçi hissəsinə təhvil verilməsini müəyyən edir. Əvvəla Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərinə baxış keçirilmiş, hər hansı qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin gün üzərinə baxış keçirildiyi və yoxlanıldığı halda, eyni gün polisin nəzarəti altında olan Təqsirləndirilən şəxs şalvarının sağ cibindən psixotrop maddənin aşkar edilməsi Təqsirləndirilən şəxs iddialarının əsassız olmadığını göstərir. Belə ki, təqsirləndirilən şəxsin 6 saatdan artıq müddətdə tamamilə polisin nəzarəti altında olması və onunla ilkin istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin 30 iyun 2023-cü il tarixdə, saat 16:50 radələrində aparılması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin götürmə istintaq hərəkətinin qanuniliyi baxımından qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 243.1-ci maddəsinə əsasən götürmə istintaq hərəkəti bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunugüman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda, həmin istintaq hərəkəti Cinayət-Prosessual Məcəlləsinə zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. Belə ki, əgər Təqsirləndirilən şəxs ilə bağlı təxirə salına bilmədən dərhal şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti və halı yaranmışdırsa, nə üçün o, polis bölməsinə gətirildikdən sonra həmin istintaq hərəkəti Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində göstərildiyi kimi təxirə salınmadan (dərhal) deyil, bir neçə saat keçdikdən sonra aparılmışdır. Belə olan halda, həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılması oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir. Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin "cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin "məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tutulduqdan, üzərinə baxış keçirildikdən təxminən altı saatdan çox müddətdən sonra üzərində yenidən axtarış keçirilməyə başlanılmış, sonuncunun saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət Şahid5 tamamilə polisin nəzarəti altında olmuşdur. Bu kimi ziddiyyətli hallara isə nə həmin vaxt, nədə ki, sonradan aydınlıq gətirilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması ilə bağlı iddialarında da uyğunsuzluq görmür. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) "Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudla v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xl) və "Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-111)). Məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadələr verməsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrindən, cinayət işinin materiallarından müəyyən olunur ki, “X14” şirkətinin ərazisində yararsız metal borularını oğurluq etməyə cəhdə görə polis bölməsinə verilmiş məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə baxış keçirilən zaman hər hansı narkotik vasitə və ya psixotrop maddələr aşkar olunmamış, Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkməməsi müəyyən edilmiş, əməliyyat tapşırığına əsasən verilmiş arayışda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamış, onun psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsinin mümkün olmadığı göstərilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə aid "xxxx" MMC-nin məlumatlarında Təqsirləndirilən şəxs ifşa edən halların olmamış, Təqsirləndirilən şəxs oğurluqla bağlı 43-cü Polis Bölməsinə aparılmaqla bölmənin qeydiyyat kitabında “narkotik və oğurluğa” görə gətirildiyi, izahatının alınaraq buraxıldığı göstərilsə də, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsrləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə bu halları ən azı Təqsirləndirilən şəxs psixoloji təzyiqin göstərilməsi kimi qəbul edir. Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman psixotrop maddəni özünə məxsus olan maddə kimi etiraf etməsini, bununla bağlı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşmaqla, həmin ifadələrin, həmçinin polis əməkdaşların bu hissədə olan ifadələrinə, yəni Təqsirləndirilən şəxs üzərindən bölmədə metamfetamin aşkar edilməsi barədə ifadələrinə də tənqidi yanaşmaqla onların həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X3 xx.xx.2023-cü il tarixdə üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzərindən 43-cü Polis Bölməsində baxış zamanı metamfetamin aşkar edilməsinə dair ifadələri sübutlar siyahısından xaric edilməlidir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq həm Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində vermələri barədə dəlillərini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət- Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Cinayət-Prosessual Məcəlləsi, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlər altında verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət-prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Cinayət- Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımasında ifadə olunan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-374/2024 nömrəli hökmü və həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-964/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,397 qram təşkil edən psixotrop maddə metamfetaminlə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlər həmin işin materiallarına əlavə edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-374/2024 nömrəli hökmünə və həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-964/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,397 qram olan psixotrop maddə metamfetamin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 80 (səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar