Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-985/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağsu rayonu, H.Əliyev küçəsi ev 4/5-də qeydiyyatda olan və Sabunçu rayonu Anaşkin küçəsi ev 385-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 725 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 385 saylı evin otağındakı yataq çarpayısının altında şüşədən hazırlanmış balonlara yığaraq saxlamış, 16.12.2021-ci il tarixində saat 21 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 385 saylı evinə baxış keçirilən zaman evin otağında olan çarpayının alt hissəsindən, şüşə balonlara yığılmış külli miqdarda təmiz çəkisi 725 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 7 dekabr tarixində kafedə tanışının ad gününü qeyd edərkən, polis əməkdaşları tərəfindən saxlanıldı, barəsində guya üzərində narkotik vasitə aşkarlandığı üçün inzibati həbs barədə qərar çıxarıldı və 20 gün həbsdə saxlanıldı. 28 dekabr tarixdə həbsdən çıxarkən, polis əməkdaşları tərəfindən yenidən saxlanıldı və onlar onu Sabunçu rayon Polis idarəsinə apardılar. Orada iki gün qaldı, polis əməkdaşlarından saxlamaqlarına səbəbin nə olduğunu soruşduqda, onlara onun barəsində anonim məlumatın daxil olduğunu bildirdilər. Fikrincə, saxlanılmağına səbəb əvvəlki müdrinin onunla düşmənçilik etməsi olmuşdur. Belə ki, o 3 il idi ki, Bilgəh qəsəbəsində yerləşən bir villada gözətçi işləyirdi, 500 manat maaş alırdı, həmin villanın sahibi ondan villanın bağına da baxmağını, əkin-biçin etməyini istəyəndə, onunla əmək haqqı barədə razılaşmadı. Bundan sonra o onu işdən çıxarmaq qərarına gəldi. O isə ona bu vaxta qədər onu əmək müqaviləsi olmadan işlətdiyini, özünün qanunsuz formada su və qazdan istifadə etdiyini bildirməklə, ona iş tapana qədər müavinət kimi ailəsini dolandırmaq üçün pul verməsini istədikdə, o razılaşmadı və ona “Səni basdıraram” dedi. Bu baş verənlərin həmin şəxslə əlaqəsinin olduğunu düşünür. Əvvəllər narkotik vasitədən 5 dəfə istifadə etmişdir. Polis əməkdaşları onların dediyi yerləri fotoşəkil çəkilərkən göstərdi və bu halda vəziyyətinin yüngülləşəcəyini bildirib, ona kömək edəcəklərini dedilər. O da onların dediyini edərək, onların dedikləri yerləri videoçəkiliş zamanı göstərdi. İstifadəsində olan nömrəyə “1 kiloqram nəşəni hara apardın?” məzmunlu mesajın göndərilməsindən xəbərsizdir. O, heç vaxt narkotik vasitə satmamış, lakin istifadə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 16 dekabr 2021-ci il tarixdə qaynanası, o və övladları kirayə yaşadıqları evdə olarkən, polis əməkdaşları qapını döydü və evdə axtarış keçirəcəklərini bildirdilər. O onlardan icazə sənədlərinin olub-olmadığını soruşduqda, onlar kağız verərək bunu imzlamalı olduğunu və bundan sonra eviə baxış keçirəcəklərini bildirdilər. Həmin vaxt qaynanasının halı pisləşdi. O onunla məşğul olurdu. Sonra bildi ki, evdəki çarpayının altında əvvəllər görmədiyi balonlar aşkar olunub. Yaşadıqları evin həyətyanı sahəsində Yadigarın nə əkib-becərməsindən xəbərsizdir. Yaşadıqları ev 2 otaqlıdır. 3 nəfər polis əməkdaşı evə baxış keçirdi. Onlardan biri videoçəkiliş edirdi. Onlardan birinin adı Yasin idi. Əri içki içir, lakin onun narkotik vasitədən istifadə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili işləyir. 16 dekabr 2021-ci il tarixdə inzibati ərazinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin yaşadığı evdə saxlaması barədə etibarlı mənbədən məlumat mənə daxil olmuşdu. Bu barədə raportla bölmə rəisinə yazılı şəkildə məruzə etdi, bununla əlaqədar tədbirin keçirilməsi ona və digər əməkdaş Şahid1 tapşırıldı. O, Nəhmədov Bəxytiyar və təhqiqatçı Təqsirləndirilən şəxs evinə gedtilər. Həmin ünvana ev sahibi, Təqsirləndirilən şəxs arvadı Şahid3 razılığı və ərizəsi əsasında onun da iştirakı ilə baxış keçirdilər. Baxış zamanı evin yataq otağından orada olan çarpayının altından 7 ədəd şüşə balonlarda tünd yaşıl rəngdə bitki kütlələri aşkar etdilər. Bitki kütlələrini qabalaşdırıldı, protokol tərtib edildi. Şahid3 ot kütlələrinin onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs evinə baxış keçirərkən o, inzibati qaydada həbs edilmişdi, evə baxış keçirərəkən evdə Təqsirləndirilən şəxs arvadı və övladları var idi. Məhkəmə iclasında şahid qismində Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirərək, hesab edir ki, o özünü cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 234.4.3-cü maddəsilə özünü təqsirli bilərək bildirmişdir ki, qeyd edilən ünvanda yaşayır,evlidir, iki övladı var, məhkumluğu yoxdur,orta təhsillidir, əvvəllər aşpaz işləmişdir. Bir müddət olarki narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2021ci ilin mart ayında Ağsu rayonunda olarkən üzdən tanıdığı adını və anket məlumatını bilmədiyi şəxsdən marixuana toxumları almış və Anaşkin küçəsi 385 saylı yaşadığı evin 16 sot həyətyanı sahəsində toxumları əkmiş və sentyabr ayında yetişən marixuananı qurudub balonlara yığıb evinin yataq çarpayısının altında saxlamış, bu əməllərindən ailə üzvlərinin xəbəri olmamışdı. Bu ilin dekabr ayında isə inzibati həbsdə olanda xəbər tutmuşdur ki, evində polislər marixuananın olmasını biliblər, baxış keçirib qurudulmuş maruxiananı götürüblər. Etdiyi əməldən peşmandır.Qurudulmuş marixuananı həm özü istifadə etmiş , həm də ki, üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxslərə satmışdır. Onun neçə ədəd marixuana toxumunu əkməyi yadında deyildir. Uzun müddətdir ki, 077 5979383, 051 *** ** ** saylı nömrələrini istifadə edirmiş. O, həmin toxumları 6 manata almışdır. Neçə ədəd almağını unutmuşdur, heç bir xəstəliyi yoxdur, lakin uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. Heç kimlə əlbir olmamışdır.Heç kimə də nisyə narkotik satmamışdır. Onun evindən aşkar edilən 725 qram qurudulmuş marixuana ona məxsusdur. Mesaj mətinləri tam doğrudur. O, bəzən narkotiki satmış , bəzən isə tanımadığı şxsə pay vermişdir. Həmin evindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 28.12.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, 30.12.2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalov tərəfindən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməyərək tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 07.01.2022-ci il tarixində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərarından protest verilmiş, həmin tarixdə Bakı Apelyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin qərarıyla Sabunçu rayon Məhkəmsinin qərarı qüvvədə saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 16.12.2021-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Şahid3 ərizə ilə müraciət edərək, mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Onun iştirakı ilə keçirilən baxış zamanı, evin yataq otağından orada olan çarpayının altından 7 ədəd şüşə balonlarda tünd yaşıl rəngdə bitki kütli aşkar edildi. Baxış və götürmə “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkilişdən istifadə olunmaqla həyata keçirilmiş, videogörüntülər əks olunan 01 ədəd DVD Disk cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 7/1290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Anaşkin küçəsi 385 saylı fərdi evindən götürülmüş ot kütləsi”» və s. yazılar olan ağ rəngli sintetik torbanı açdıqda içərisində təmiz çəkisi 725 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. marixuananın ümumi təmiz çəkisi 725 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 724,98 qram.(ekpertiza tədqiqatın dəyəri 66,46 (atmış altı manat, qırx altı qəpik) Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 08.12.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 yanvar 2022-ci il tarixli, 258 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannoboidlərin və psixotrop maddə olan matemafetominin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi )aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10.08.2010-cu ul tarixdə anadan olmuş Mələk adlı uşağı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 31 mart 2021-ci il tarixli “telefon məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “07759783” saylı mobil nömrədən 10 noyabr 2021ci il tarixdə 050 ******* saylı nömrəyə “bir kilo nəşəmi hara apardın” sms yazışması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş qalıq təmiz çəkisi 724,98 qram marixuana, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66,46 (atmış altı manat, qırx altı qəpik) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 25 may 2022-ci il tarixdən hesablansın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66,46 (atmış altı manat, qırx altı qəpik) alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş qalıq təmiz çəkisi 724,98 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-985/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-985/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver