Məhkəmə qərarları › İş №1(101)-985/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-985/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-985/2023 13.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 31 avqust 1998-ci ildə Lerik rayonu, Barzavu kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, işləməyən, Lerik rayonu, Barzavu kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.F.Axundov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroini, narkotik vasitə kokaini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən “Baba” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra, sonuncunun tapşırığına əsasən istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,685 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə kokaini, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda olan 0,071 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq olan miqdarda 0,294 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satmaq məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 03 may 2022-ci il tarixdə, saat 12:10 radələrində ünvan 1 ünvanının yaxınlığında olarkən, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,071 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,685 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan kokain və 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisə ilə bağlı məlumatlar cinayət işində qeyd olunanlardan ibarət deyil. Belə ki, o, tanışı olan bir xanımla (Şahid3) birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Sky” otelin aşağı mərtəbəsində yerləşən avtomobil dayanacağında olan zaman Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları onlara yaxınlaşmışlar. O, həmin polis əməkdaşları tərəfindən üzərində heç bir qanunsuz əşya və ya narkotik vasitələr olmadığı təqdirdə saxlanılmışdır. O, ona görə üzərində heç bir qanunsuz əşya və ya narkotik vasitələrin olmadığını vurğulayır ki, heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. O, həmin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun işlədiyi müəssisəyə məlumat verilmişdir. Bu səbəbdən də onu işlədiyi müəssisədən kənarlaşdırmışlar. O, düşünür ki, həmin polis əməkdaşlarının onu saxlamaqda məqsədi ondan pul istəmələri əlaqədar olmuşdur. O, orada pul vermədiyi üçün proseslər bu qədər uzanmışdır. Cinayət işində onun 17-ci Polis bölməsinə aparılması ilə bağlı məlumat qeyd olunsa da, o, bildirmək istəyir ki, onu əvvəlcə Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar. Həmin idarədə ona qarşı narkotik vasitələri üzərinə götürməsi ilə bağlı təzyiq olunmuş və o da buna etirazını bildirmişdir. Lakin həmin idarədə narkotik vasitələri ona məxsus olduğunu bildirmədiyi halda, narkotik vasitələrin onun yanındakı xanımın boynuna qoyacaqlarını və nəticədə onun yerinə həmin xanımı cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalaraq qarşısına qoyulmuş narkotik vasitələrin ona məxsus olduğunu videoçəkiliş zamanı bildirmişdir. Həmin idarədə videoçəkiliş zamanı o, həmin narkotik vasitələri həmin vaxt əynində olan şalvarının cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərinə Polis bölməsində şəxsi axtarış keçirilən zaman onun yanında müdafiəçi olmuşdur. Onun bədəninin müxtəlif nahiyələrində gözlə görünən xəsarətlər mövcud olmuşdur. Həmin xəsarətlər polis əməkdaşları tərəfindən ona edilmiş təzyiq nəticəsində yaranmışdır. Bu səbəbdən də müdafiəçi ona edilmiş təzyiq nəticəsində onun bədənində yaranmış, yəni döyülməsi ilə bağlı bədənində olan xəsarətləri görmüş və ona köməklik göstərmək istədiyini bildirmişdir. Bundan sonra o, Narkotiklərlə Mübarə Baş İdarəsindən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə aparılmış və yenidən həmin Polis bölməsində dindirilmişdir. Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı onun üzərində yaranmış xəsarətlər Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsində qeydə alınmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onun saxlayarkən yanında Şahid3 adlı bir xanım olmuş, Şahid3 heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, eləcə də o, həmin ərəfədə “Yeni Klinika” tibb müəssisəsində texniki avadanlıqların idarə edilməsi ilə məşğul olmuş, polis əməkdaşları onu və Şahid3 saxlayaraq Badamdar qəsəbəsində yerləşən Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar, orada ona və Şahid3 fiziki və mənəvi təzyiq edilmiş, nəticədə onun bədənində müxtəlif xəsarətlər yaranmış, lakin bununla bağlı heç bir orqana müraciət etməmiş, həmin idarənin əməkdaşları onun valideynləri ilə danışıq apararaq 20.000 (iyirmi min) manat pul istəmişlər, lakin onlar cəmi 13.000 (on üç min) manat pul vermişlər, sonradan 10.000 (on min) manat onlara qaytarılmış, 3.000 (üç min) manatın müqabilində isə polislər Şahid3 azad etmişlər, 10.000 (on min) manatın qaytarılmasına səbəb isə əvvəlcədən razılaşdırılmış qaydada onların 20.000 (iyirmi min) manat pulu tapa bilməmələri olmuş, atasının pul verdiyi polis əməkdaşının adı Ruslan olmuş, bundan sonra onu Narkotiklərlə Mübarə Baş İdarəsindən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə aparmışlar, orada ondan 14.000 (on dörd min) manat pul alaraq sərbəst buraxmışlar, uzun müddət onu Polis bölməsindən narahat edən olmamış, Polis bölməsində onlar pulu “Ağamməd” adlı şəxsə vermişlər, lakin sonuncu polis əməkdaşı olmamış, pul verildikdən sonra “Ağamməd” adlı şəxs Polis bölməsinə gələrək müstəntiqlə görüşmüş və bundan sonra onu götürərək oranı tərk etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, səhv etmirsə 2022-ci ilin may ayında əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və həmin vaxt narkotik vasitələr aşkar edilmişdir. Həmin narkotik vasitələr rəsmi sənədləşmə ilə əlaqədar qablaşdırılaraq götürülmüş və sonradan istintaq şöbəsinə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatı daxil olmuş, sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna onunla birlikdə polis əməkdaşı Miryusif Seyidov da daxil olmuş, onlar Təqsirləndirilən şəxs “Şəki” restoranı yaxınlığında saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs tək olmuş, onlar Təqsirləndirilən şəxs Polis bölməsinə aparan zaman sonuncuya qarşı heç bir fiziki təzyiq etməmişlər, Təqsirləndirilən şəxs Polis bölməsinə gətirilən zaman sonuncunun üzərində heç bir xəsarət olmamış, onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu birbaşa Nərimanov RPİ-nin 17-ci PŞ-yə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 03 may 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. O, əməliyyat axtarış tədbirləri ilə bağlı Şahid1 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə getmişdir. Sonra onlar orada Təqsirləndirilən şəxs yaxınlaşlaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə dəvət etmişlər. 17-ci Polis bölməsində müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynindəki şalvarın sağ yan cibindən narkotik maddə olan kokaini, psixotrop maddə metamfetamini və narkotik maddə heroini çıxararaq könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Onlar da öz növbəsində həmin narkotik vasitələri rəsmi sənədləşmə ilə əlaqədar olaraq qablaşdırmışlar. Sonra həmin sənədlərin üzəri möhürlənmiş və istintaq hərəkətinin iştirakçıları tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra həmin zərf təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilmişdir. Verilmiş suallara cavab olaraq şahid X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı qrupun rəhbəri Şahid1 daxil olduğuna görə o, həmin əməliyyat məlumatının məzmununu bilmir, Təqsirləndirilən şəxs narkotik vasitələri İrandan əldə etdiyini bilsə də, daha sonra həmin narkotik vasitələrlə nə etməsi barədə məlumatı yoxdur, Təqsirləndirilən şəxsvun narkotik vasitələri satıb-satmaması barədə də məlumatı yoxdur, onlar Təqsirləndirilən şəxs günorta saatlarında saxlamışlar, onlar Təqsirləndirilən şəxs nə saxlayan zaman, nə də sonra sonuncuya qarşı heç bir təzyiq etməmişlər, onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuş, onlar Təqsirləndirilən şəxs saxlayandan sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmamışlar, əksinə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci Polis bölməsinə aparmışlar, 17-ci Polis bölməsində Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açılmamış, adətən külli miqdarda narkotik vasitə aşkar etdikləri hallarda şübhəli şəxsləri DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq orada sənədləşdirmə işləri həyata keçirirlər, az miqdarda narkotik vasitə aşkar etdikləri hallarda isə şübhəli şəxsi saxladıqları rayonda yerləşən Polis bölməsinə apararaq orada sənədləşdirmə işlərini həyata keçirirlər, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş, aşkar olunmuş narkotik vasitələrin çəkilərini tam olaraq xatırlamasa da, səhv etmirsə çəkiləri az olmuş, səhv etmirsə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman gözündə xəsarət olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə əvvəllər sevgili olmuşdur. 2022-ci ilin may ayında o və Təqsirləndirilən şəxs, yəni ikisi birlikdə “Sky” mehmanxanasından çölə çıxan zaman Təqsirləndirilən şəxsə 03 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxsi saxlamışlar. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı o, Təqsirləndirilən şəxsin yanında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan anda ona demişdir ki, “Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə telefonla zəng et”. Bu cümləni eşidən polis əməkdaşları onu da saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra Təqsirləndirilən şəxsin və onun telefonlarını əllərindən almışlar ki, nə Təqsirləndirilən şəxs, nə də ki, o, kiminləsə əlaqə saxlaya bilmsin. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxsi və onu Badamdarda yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. O və Təqsirləndirilən şəxs uzun müddət Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən inzibati binasında qalmışlar. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxsi Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. Polis əməkdaşları Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində Təqsirləndirilən şəxsin izahatını almışlar. Polis əməkdaşları 17-ci Polis şöbəsində Təqsirləndirilən şəxsin izahatını aldıqdan sonra onu və Təqsirləndirilən şəxsi yenidən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən inzibati binasına aparmışlar. O, Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş narkotik vasitəni görməmişdir. Təqsirləndirilən şəxs 17-ci Polis şöbəsinə aparılmamışdan əvvəl, yəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən inzibati binasında polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxsi ona görə döyürmüşlər ki, cibindən narkotik vasitənin çıxdığını boynuna alsın. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə rəğmən, polis əməkdaşlarının tələb etdiyi kimi cibində narkotik vasitənin olduğunu boynuna almamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək polis əməkdaşlarına bildirmişdir ki, “mənim üzərimdə narkotik vasitə yoxdur”. Polis əməkdaşları Təqsirləndirilən şəxsi uzun müddət döymüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxsin fiziki işgəncələrə rəğmən, üzərində narkotik vasitənin olduğunu boynuna almayacağını anladıqlarında Təqsirləndirilən şəxsin və onun gözləri qarşısında onun əl çantasına 01 ədəd ağ rəngli paket atmışlar. Həmin 01 ədəd ağ rəngli paketin içində nanə qurusuna bənzəyən yaşıl rəngli qurumuş ot kütləsi olmuşdur. O, həmin vaxt ot kütləsinin narkotik vasitə olduğunu anlamışdır. Polis əməkdaşları onun əl çantasına narkotik vasitə atdıqdan sonra ona bildirmişlər ki, “bu narkotik vasitəni sənin boynuna yazacayıq və barəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edəcəyik”. Təqsirləndirilən şəxs də polis əməkdaşlarının dedikləri bu sözləri eşitdikdən sonra polis əməkdaşlarına bildirmişdir ki, “qızla işiniz olmasın, mən narkotik vasitəni boynuma alacam”. Bundan sonra polis əməkdaşları onun atasına telefonla zəng edərək bildirmişlər ki, “qızın hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən binasındadır və tərəfimizdən saxlanılıb”. Həmin telefon zəngi zamanı polis əməkdaşları onun atasından sərbəst buraxılması müqabilində 5.000 manat pul tələb etmişlər. Telefon vasitəsilə onun atası ilə danışan polis əməkdaşının adını o, bilmir. Ümumiyyətlə o, saxlanıldığı bütün müddət ərzində heç bir polis əməkdaşının adını bilməmişdir. Onun atası kasıb adamdır və buna görə çətinliklə də olsa, borcla-xərclə də olsa, cəmi 3.000 manat pul tapa bilmişdir. Əlavə olaraq da Təqsirləndirilən şəxsin atası onun sərbəst buraxılması üçün 2.000 manat gətirmişdir. Toplanmış ümumi məbləğ 5.000 manat olmuşdur. Polis əməkdaşları sərbəst buraxılması müqabilində onun atasından tələb etdikləri 5.000 manat pulu aldıqdan sonra onu elə həmin gün sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs isə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən binasında qalmışdır. O, polis əməkdaşları tərəfindən sərbəst buraxılan zaman artıq gecə saatları olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxsi döyən polis əməkdaşlarının sayı 3 (üç) nəfər olmuş, lakin o, Təqsirləndirilən şəxsi döyən polis əməkdaşılarının adını xatırlamır, polis əməkdaşları Təqsirləndirilən şəxsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən inzibati binasında döymüşlər, polis əməkdaşlarının Təqsirləndirilən şəxsə təzyiq etmək məqsədilə onun əl çantasına atmış olduqları narkotik vasitə elə onun çantasında da qalmış, bu hadisənin üstündən 02 gün keçdikdən sonra o, əl çantasına baxan zaman görmüşdür ki, polis əməkdaşlarının çantaya atdıqları narkotik vasitə hələ də çantada qalmış, həmin vaxt narkotik vasitəni əl çantasından çıxararaq ayaqyoluna tullayıb üstündən suyu çəkmiş, DİNin BNMİ-də olan zaman elə bir stresin içində olmuşdur ki, polis əməkdaşlarına heç bir söz deyə bilməmiş, atasından və Hüseyn Cabbarorun atasından rüşvət istəyən polis əməkdaşının adını bilmir, rüşvət tələb edən polis əməkdaşına rüşvəti onun atası və Təqsirləndirilən şəxsin atası vermiş, 3.000 manat pulu onun atası, qalan 2.000 manat pulu isə Təqsirləndirilən şəxs atası vermiş, polis əməkdaşına verilən pulun ümumi məbləği 5.000 manat olmuş, polis əməkdaşları onu döyməsələr də, saçını yolmuşlar, polis əməkdaşları onun saçını ona görə yolmuşlar ki, guya o, Təqsirləndirilən şəxsin narkotik vasitələrlə olan əlaqəsini polis əməkdaşlarından gizlədir, o, şəxsən Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsini görmüş, polis əməkdaşları Təqsirləndirilən şəxsin demək olar ki, hər yerinə fiziki zərbələr endirmişlər, zərbələr əsasən Təqsirləndirilən şəxsin üz nahiyəsinə tuş gəlmiş, zərbələrin təsirindən Təqsirləndirilən şəxsin gözünün ətrafı qanamış, qızarmış və şişmişdir, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülən zaman ancaq deyirmiş ki, “mən günahsızam, mən heç vaxt üzərimdə narkotik vasitə daşımamışam”, bütün edilən təzyiqə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirməmiş, ancaq polis əməkdaşları 01 ədəd ağ rəngli paketin içində olan nanə qurusuna bənzəyən yaşıl rəngli qurumuş ot kütləsini, yəni narkotik vasitəni onun əl çantasına qoyandan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına razılıq verərək demişdir ki, “mən dediyiniz narkotik vasitəni boynuma götürməyə razıyam”, DİN-in BNMİ-də təxminən 5-6 saat qalmış, polis əməkdaşları onu və Təqsirləndirilən şəxsi saat 10:00-11:00 radələrində saxlamışlar. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, MTE və PA Birliyinin Nərimanov rayon şöbəsində məhkəmə-tibb eksperti vəzifəsində işləyir. Nərimanov rayon prokurorluğunda işləyən müstəntiqin qərarı əsasında Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizanın keçirilməsi ona həvalə edilmiş və onun tərəfindən ekspertiza keçirilmişdir. Çünki Nərimanov rayon prokurorluğunda Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı məktub daxil olmuşdur. Ona görə də o, Təqsirləndirilən şəxsi şəxsən özü müayinə etmişdir. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxsin tibb kitabçasında sonuncunun bədənində xəsarətlər aşkar edilməsi qeyd edilmiş və o da ekspert kimi Təqsirləndirilən şəxs barəsində olan tibb kitabçasına və Nərimanov RPİ-nin MSY-dən verilmiş akta əsasən rəy vermişdir. Verilmiş suallara cavab olaraq şahid X6 bildirmişdir ki, Təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətlər tibb ekspertizasının keçirilməsi haqqında qərarda qeyd olunan vaxta, yəni 03 may 2022-ci il tarixə uyğun ola bilər, Təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitdə yarana bilər, Nərimanov RPİ-nin MSY-dən verilmiş aktda göstərilən xəsarətlərin Təqsirləndirilən şəxs özü-özünə yetirməsi xəsarətlərin sayı baxımından inandırıcı deyil, o, Təqsirləndirilən şəxsdən tibb kitabçasında qeyd olunan xəsarətləri hansı şəraitdə alması ilə bağlı sual verdikdə, Təqsirləndirilən şəxs həmin xəsarətləri polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində aldığını ona bildirmiş, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş Nərimanov RPİ-nin MSY-nin səlahiyyətli şəxsləri tərəfindən aktda göstərilən xəsarətlərin hamısı 03 may 2022-ci il tarixə uyğun gəlir, ona görə də rəyini bütövlükdə, o cümlədən həmin xəsarətlərin 03 may 2022-ci il tarixdə uyğun gəlməsini təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 03 may 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. 03 may 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 03 may 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün saat 12:10-da Cabbarov X2 RPİ-nin 17-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq həmin Polis bölməsinə aparılmışdır. 03 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 03 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün saat 12:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 03 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 03 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və həmin vaxt onun əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar, 1 (bir) ədəd bükümdə narkotik vasitə kokainə oxşar, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələr, habelə şalvarının sol yan cibindən 1 (bir) ədəd alışqan, 5 (beş) manat pul, 1 (bir) ədəd “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə elektron tərəzidə ölçülmüş və kokainə bənzər kütlənin çəkisi 3,62 qram, heroinə bənzər kütlənin çəkisi 0,25 qram və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 0,74 qram olması müəyyən edilmişdir. 03 may 2022-ci il tarixli izahatdan (cild 1, iş vərəqə 34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs izahat verərək göstərmişdir ki, onun üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 3,62 qram çəkidə narkotik vasitə kokain, 0,25 qram çəkidə narkotik vasitə heroin və 0,74 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. 03 may 2022-ci il tarixli aktın surətindən (cild 1, iş vərəqə 44) görünür ki, əməliyyat orqanı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tədqiqat üçün 1 (bir) ədəd bükümdə 0,685 qram, 1 (bir) ədəd bükümdə 0,294 qram və 1 (bir) ədəd bükümdə 0,071 qram çəkidə olan kütlələr təqdim edilmişdir. 04 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2552 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 39-43) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,294 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,685 qram olan ağ rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına” (Siyahı İ), heroin və kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 04 may 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və kokain, eləcə də psixotrop maddə metamfetamin aşkar edildiyinə görə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 04 may 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 549/2022 saylı qərarından (cild 1, iş vərəqə 46-47) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. 05 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 05 may 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 76-78) görünür ki, həmin gün müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verilsə də, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. 05 may 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 05 may 2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. 05 may 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 82) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefon onun özünə geri qaytarılmışdır. 05 may 2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilmişdir. 16 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 92) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, onun üzərində olan məhkumluq ödənilmişdir. 18 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 2597 nömrəli rəyindən (cild 1, iş vərəqə 141-142) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 10 iyun 2022-ci il tarixli Nərimanov RPİ-nin 17-ci Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. 23 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,685 qram narkotik vasitə kokain, 0,294 qram çəkidə psixotrop maddə metamfetamin və 0,071 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. 10 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin məcburi qaydada gətirilməsi barədə qərardan (cild 1, iş vərəqə 128) görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından yayındığına görə onun məcburi qaydada ibtidai istintaq orqanına gətirilməsi qərara alınmışdır. 20 iyul 2022-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan (cild 1, iş vərəqə 133-134) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 20 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan (cild 1, iş vərəqə 13) görünür ki, hazırkı cinayət işi üzrə icraat dayandırılmışdır. 12 oktyabr 2022-ci il tarixli Bakı Şəhər Probasiya İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 139) görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin həmin cəza ona şərti olaraq tətbiq edilməklə 1 il müddətə sınaq müddəti təyin edilmişdir. Cəza müddəti başa çatdığına görə o, 2014-cü ildə qeydiyyatdan çıxarılmışdır. 25 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan (cild 1, iş vərəqə 143) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da könüllü olaraq 17-ci Polis bölməsinı gəlmişdir. 25 yanvar 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan (cild 1, iş vərəqə 143) görünür ki, hazırkı cinayət işi üzrə icraat təzələnmişdir. 25 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 149-150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. 28 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 188 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 157- 158) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 03 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-174) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilməsi, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,061 qram çəkidə narkotik vasitə heroin, 0,244 qram çəkidə psixotrop maddə metamfetamin və 0,635 qram çəkidə narkotik vasitə kokainin maddi sübut kimi tanınaraq Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin əldə etmə mənbəsinin müəyyən edilməsi ilə əlaqədar ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. 04 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan (cild 1, iş vərəqə 181-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. 13 mart 2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-985/2023 saylı qərarından (cild 2, iş vərəqə 32-34) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdiyi xüsusatlarla, yəni tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi, işgəncəyə və qeyri-insani rəftara məruz qalıb-qalmaması barədə müvafiq araşdırma aparılması ilə əlaqədar qərar qəbul edilməklə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna bu barədə müraciət edilmişdir. 06 aprel 2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cavab məktubundan, həmin məktuba əlavə edilmiş tibbi müayinələrin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından, eləcə də aktdan (cild 2, iş vərəqə 43-47) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Bakı şəhəri Nərimanov RPİ-nin X10 təhvil verilmiş və həmin vaxt onun sağ gözü nahiyəsində göyərməsi, gözündə qansızma, sağ diz nahiyəsində sıyrıqlar aşkar edilmiş və bu barədə qeydiyyat aparılmışdır. Aktdan isə görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin X10 təhvil verilərkən onun sağ gözünün altında göyərti, sağ gözünün içində qızartı, sağ disrsəyində sıyrıqlar və közərti yaralar, sağ və sol qollarında, bilərklərində sıyrıqlar, dizinin sol nahiyəsində sıyrıqlar, sağ çiynində qançırlar və göyərmə, sağ qolunun əzələ nahiyəsində sıyrıq və qızartı, sol qolunun əzələ nahiyəsində sıyrıq və qızartı, kürəyində sıyrıqlar, boğazında sıyrıqlar, sağ diz qapağı və qapaq ətrafı nahiyəsində sıyrıqlar və yaralar, sol qulağının arxasında qızartı aşkar edilmişdir. Həmin xəsarətlərlə bağlı o, bildirmişdir ki, tutulmamışdan əvvəl yaşadığı ünvanda (məhəllədə) yıxılmış və həmin gün üzərində aşkar edilmiş çoxsaylı xəsarətləri almışdır. 25 aprel 2023-cü il tarixli sağlamlığa zərər vurmanın təyini barədə 431 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 91-93) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Lakin Nərimanov RPİ-nin MSY-nin tərtib etdiyi aktda qeyd edilən xəsarətlər - sağ gözaltı nahiyənin qançırı, sağ gözüstü nahiyənin qızartısı, sağ disrsəyin sıyrıqları və göyərmiş yaraları, sağ və sol qolların, biləklərin sıyrıqları, üzün sol nahiyəsinin sıyrıqları, sağ çiyin nahiyəsinin qançırlar, sağ qolun sıyrığı, sol qolun qançırı, kürəyində və boğazında sıyrıqlar, sağ diz qapağı və qapaqətrafı nahiyənin sıyrıqları və yaraları, sol qulağında qızartı küt əşyanın (əşyaların) təsirindən törənib, müddətin xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikləri üçün dərəcələri təyin edilmir. 22 may 2023-cü il tarixli Bakı şəhəri Səbail rayon prokurorluğunun cavab məktubundan və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 55-59) görünür ki, Təqsirləndirilən şəxs döyülüb-döyülməməsi və işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı ekspertizanın keçirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 431 nömrəli ekspertiza rəyi əsasında belə nəticə hasil olunmuşdur ki, onun tibbi müayinəsi zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Nərimanov RPİ-nin MSY-nin tərtib etdiyi aktda qeyd olunan xəsarətlər – sağ gözaltı nahiyənin qançırı, sağ gözüstü nahiyənin qızartısı, sağ dirsəyində sıyrıqları və göyərmiş yaraları, sağ və sol qolların, biləklərin sıyrıqları, üzün sol tərəfinin qançırı, kürəyində və boğazında sıyrıqlar, sağ diz qapağı və qapaqətrafı nahiyənin sıyrıqları və yaraları, sol qulağında qızartı küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər. Lakin qeyd etmək lazımdır ki, həmin xəsarətlərin əmələ gəlmə şəraitini istintaq yolu ilə daha da dəqiqləşdirilə bilər. Buna baxmayaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən 106-C-23 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 28 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin cavab məktubundan (cild 2, iş vərəqə 141) görünür ki, xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ tərəfindən Aazərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə axtarışa verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə tutularaq həbs edilmişdir. Şahid1 Nərimanov rayon prokurorluğunda verdiyi izahatdan (cild 2, iş vərəqə 123- 125) görünür ki, Təqsirləndirilən şəxs nə tutulduğu zaman, nə də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər edilməmişdir. Şahid X1 Nərimanov rayon prokurorluğunda verdiyi izahatdan (cild 2, iş vərəqə 123-125) görünür ki, Təqsirləndirilən şəxs nə tutulduğu zaman, nə də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmiş və buna əsas kimi – ümumiyyətlə narkotik vasitə və psxiotrop maddələrə aidiyyətinin olmamasını, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitələrin və psixotrop maddənin olmamasını, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqə məruz qalmasını, saxlanılarkən yanında Şahid3 adlı şəxsin olmasını, polis əməkdaşları tərəfindən onun Şahid3 ilə birlikdə saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmasını, orada ona məxsus olmayan narkotik vasitələrin və psixotrop maddənin ona aid olmasını etiraf edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən döyülməsini, nəticədə etirafedici ifadə verməyə məcbur qalmasını, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirin qanunsuz olmasını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, ələlxüsus müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə qeyd edilən halların ətraflı şəkildə araşdırılmasını zəruri hesab etmişdir. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin iddia etdiyi dəlilləri ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əlaqələndirməklə əsaslandırmışdır:

1. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılarkən yanında Şahid3 olması, başqa sözlə, onların birlikdə saxlanılması,

2. Təqsirləndirilən şəxs Şahid3 ilə birlikdə saxlanıldıqdan sonra birbaşa DİN-in BNMİ-nə aparılması, saxlanılarkən və BNMİ-də olduqları müddət ərzində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək fiziki təzyiqə məruz qalması,

3. Təqsirləndirilən şəxs və Şahid3 azad edilməsi müqabilində polis əməkdaşları tərəfindən 20.000 manat məbləğində rüşvətin istənilməsi, müəyyən məbləğdə rüşvət qismində pul vəsaiti verildikdən sonra Şahid3 azad edilməsi, sonradan Təqsirləndirilən şəxs BNMİ-dən Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə təhvil verilməsi, orada yenidən rüşvət qismində pul vəsaiti verildikdən sonra Təqsirləndirilən şəxs azad edilməsi və nəticədə sonuncuya “işin bağlanılmasının” bildirilməsi,

4. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulması. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı ciddi şəkildə arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları əsasında müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlar əsasında məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:10-da Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq 17-ci Polis bölməsinə aparılmış və həmin gün saat 12:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən həmin gün Təqsirləndirilən şəxs üzərində videoçəkilis vasitəsi ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 3 (üç) ədəd büküm, 1 (bir) ədəd alışqan, 5 (beş) manat pul, 1 (bir) ədəd “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümlərin çəkisi tərəzi vasitəsi ilə ölçülmüş və bükümlərin birində kokainə bənzər kütlənin çəkisi 3,62 qram, ikinci bükümdə heroinə bənzər kütlənin çəkisi 0,25 qram və üçüncü bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 0,74 qram olması müəyyən edilmişdir. Eyni zamanda həmin gün Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrlə bağlı izahat alınmış və o, izahatında üzərindən 3,62 qram çəkidə narkotik vasitə kokain, 0,25 qram çəkidə narkotik vasitə heroin və 0,74 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edildiyini təsdiq etmişdir. Lakin maraqlısı odur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 3,62 qram çəkidə kokainə bənzər, 0,25 qram çəkidə heroinə bənzər və 0,74 qram çəkidə metamfetaminə bənzər kütlənin aşkar edilməsi görünsə də, tədqiqat aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilən kütlələrin çəkiləri 3,62 qram, 0,25 qram və 0,74 qram deyil, bunun əksinə olaraq göstərilən ardıcıllıqla 0,685 qram, 0,294 qram və 0,071 qram təşkil etmişdir. 04 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2552 nömrəli ekspertiza rəyi ilə isə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,294 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,685 qram olan ağ rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Göstərilən uyğunsuzluq öz növbəsində ciddi şübhələr yaradır. Belə ki, şəxsi axtarış və götürmə haqqında protokol və həmin prosessual hərəkətin keçirilməsini əks etdirən diskdə olan görüntüdə narkotik vasitə kokainin çəkisi 3,62 qram, narkotik vasitə heroinin çəkisi 0,25 qram və psixotrop maddə metamfetaminin çəkisi 0,74 qram təşkil etdiyi halda ekspertiza tədqiqatı üçün təqdim edilən narkotik vasitə kokainin çəkisinin 0,685 qram, narkotik vasitə heroinin çəkisinin 0,071 qram və psixotrop maddə metamfetaminin çəkisinin 0,294 qram olması, eləcə də 6/2552 nömrəli ekspertiza rəyi ilə məhz sonuncu çəkilərin təsdiq edilməsi ona dəlalət edir ki, ya şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi iddia edilən kütlələrin çəkisi düzgün ölçülməmiş, ya ekspertizaya təqdim edilmiş kütlələr Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrlə eynilik təşkil etməmiş, ya da ki, təhqiqat orqanı tərəfindən məhkəməyə aydın olmayan səbəblərdən həmin kütlələrin çəkilərinə müdaxilə edilmişdir. Hər bir halda aşkarlanan kütlələrin çəkiləri ilə ekspertizaya təqdim edilmiş kütlələrin çəkiləri, eləcə də ekspertiza rəyi ilə təsdiq olunmuş kütlələrin çəkiləri arasında açıq-aşkar uyğunsuzluq var və bu uyğunsuzluq Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarışı ciddi şəkildə şübhə altına alır. Bu nəticəni gücləndirən dəlil isə ondan ibarətdir ki, ekspertiza rəyi ilə aşkarlanmış kütlələrin qadağan edilmiş vasitə və maddəyə aid olub-olmaması və həmin kütlələrin çəkiləri müəyyən edilmədən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, şəxsi axtarışın keçirilməsi barədə protokola əsasən xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə və onun üzərindən müxtəlif kütlələrin aşkar edilməsinə baxmayaraq, həmin kütlələr tədqiqat aparılması məqsədi ilə ekspertizaya növbəti gün təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim edilmiş kütlələrin növü və çəkisi müəyyən edilmiş, habelə həmin gün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Yuxarıda göstərilən uyğunsuzluqlar Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin və onun nəticəsi olaraq üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də bu prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş prosessual sənədin mötəbərliyini və qanuniliyini ciddi şübhə altına alır. Digər tərəfdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalaraq döyüldüyünü, nəticədə ciddi xəsarətlər aldığını, həmin xəsarətlərin əsasən onun üz nahiyəsinə və başına yetirildiyini, eləcə də bu xəsarətlərin narkotik vasitələrin və psixotrop maddənin ona aid olmasına dair etirafedici ifadə alınması məqsədi ilə yetirildiyini, bütün bunların nəticəsində məcbur qalaraq etirafedici ifadə verdiyini bildirmiş, eləcə də bütün bunlara saxlanılarkən yanında olmuş Şahid3 şahid olmasını bildirmişdir. Məhkəmədə dindirilən Şahid3 ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində ona qarşı tətbiq edilmiş zorakılıqla bağlı göstərmiş olduğu bütün halları tam şəkildə təsdiq etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Şahid3 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halların, yəni onların birlikdə saxlanılması və sonra BNMİ-nə aparılması, oradan isə 17-ci Polis şöbəsinə aparılması hallarının həqiqət olub-olmaması məhkəmə tərəfindən anten məlumatları əsasında yoxlanılsa da, milli mobil operatorları tərəfindən bu barədə ətraflı cavab verilmədiyindən iddia olunan hallar öz təsdiqini tapmamışdır. Lakin Şahid3 faktiki olaraq Təqsirləndirilən şəxsla eyni məzmunda ifadə verdiyindən, ifadəsində hadisələri xronoloji ardıcıllıqla dəqiq göstərdiyindən, ələlxüsus Təqsirləndirilən şəxs döyülərkən xəsarətlərin əsasən Təqsirləndirilən şəxs üz və baş nahiyəsinə təsadüf etdiyini dəqiqliklə göstərdiyindən və göstərilən xəsarətlər məhkəmə-tibbi ekspertiza rəyi və bu qəbildən olan sair yazılı sənədlərlə öz təsdiqini tapdığından məhkəmə Şahid3 məhkəmədə vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2023-cü il tarixli, 431 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməsə də, Nərimanov RPİ-nin MSY-nin tərtib etdiyi aktda Təqsirləndirilən şəxs MSY-nə təhvil verilərkən üzərində çoxlu sayda xəsarətlər, yəni sağ gözaltı nahiyənin qançırı, sağ gözüstü nahiyənin qızartısı, sağ disrsəyin sıyrıqları və göyərmiş yaraları, sağ və sol qolların, biləklərin sıyrıqları, üzün sol nahiyəsinin sıyrıqları, sağ çiyin nahiyəsinin qançırlar, sağ qolun sıyrığı, sol qolun qançırı, kürəyində və boğazında sıyrıqlar, sağ diz qapağı və qapaqətrafı nahiyənin sıyrıqları və yaraları, sol qulağında qızartı kimi xəsarətlər aşkar edilmiş və həmin xəsarətlərin əmələ gələ bilməsi xx.xx.2022-ci il tarixə uyğun ola bilməsi müəyyən edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində xəsarət olmadığı halda xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra həmin gün gecə saat 23:10-da Nərimanov RPİ-nin MSY-nə təhvil verilən zaman üzərində çoxlu sayda xəsarət izi qeydə alınmış və həmin xəsarətlər əsasən onun üz və baş nahiyələrində olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materiallarında ibtidai araşdırmaya aid dövrdə Təqsirləndirilən şəxs üzərində bu və ya digər şəkildə xəsarət izlərinin olması qeyd edilsə də, Təqsirləndirilən şəxs həmin xəsarətlərin polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl yaşadığı ünvanda yıxılaraq alması barədə izahat alınmışdır. Həmçinin onun üzərinə şəxsi axtarış keçirilən zaman orada iştirak edən müdafiəçi tərəfindən dəfələrlə Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərlə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs da hər dəfəsində həmin xəsarətləri tutulmamışdan bir gün əvvəl aldığını bildirmişdir. Məhkəmə bu hissədə göstərilənlərlə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs həm izahatında, həm də videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçisinin suallarına cavab verərkən bir qədər əvvəl döyülərək fiziki təzyiqə məruz qalması səbəbindən hələ də həmin təzyiqin təsiri altında qaldığından və bundan qorxduğundan həqiqəti gizlətmişdir. Belə ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində müstəntiq tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verildiyi halda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin vəsatəti müdafiə etməkdən imtina etmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs saxlanılmamışdan bir gün əvvəl yaşadığı yerdə yıxılması, üzərində olan xəsarətlərin həmin vaxt yaranması və bu səbəbdən də müvafiq ekspertizadan keçməkdən imtina etməsi barədə ərizə və izahat alınmışdır. Bu məsələyə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin şəffaflığına gələcəkdə kölgə salmamaq məqsədi ilə Təqsirləndirilən şəxs üzərində həmin vaxt müvafiq ekspertiza keçirilməklə həmin xəsarətlərin yaranma səbəbi və müddəti barədə dəqiq və dolğun məlumat almaq olardı. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı xəsarətin olmaması (həm özü, həm də Şahid3 bu faktı təsdiq edir), saxlanıldıqdan sonra onun bədəninin müxtəlif yerlərində 10 (ondan) çox xəsarət izinin aşkar edilməsi, xəsarət izlərinin aşkar edilməsinin qeydə alınması ilk dəfə xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Nərimanov RPİ-nin MSY-nə təhvil verildiyi vaxta təsadüf etməsi, məhkəmə qərarına əsasən prokurorluq orqanında aparılmış araşdırmaya əsasən həmin xəsarətlərin xx.xx.2022-ci il tarixdə əmələ gələ bilməsinin mümkün hesab edilməsi - Təqsirləndirilən şəxs və Şahid3 məhkəmədə vermiş olduqları ifadələrdəki halların həqiqət olmasını təsdiq edir, həmin ifadələr isə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsini ciddi şəkildə şübhə altına alır. Təqsirləndirilən şəxs iddia etdiyi digər halla bağlı, yəni o, Şahid3 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra birbaşa DİN-in BNMİ-nə aparılması, bir neçə saatdan sonra isə onların birlikdə 17-ci Polis şöbəsinə aparılması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia olunan hallar da həqiqəti əks etdirir. Məhkəmə belə nəticəyə gələrkən bir neçə hala istinad etmişdir:

1. şahid qismində dindirilmiş X3 ona verilən suala cavab olaraq bildirmişdir ki, adətən onlar külli miqdarda narkotik vasitə aşkar etdikləri vaxt şübhəli şəxsləri DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq orada sənədləşdirmə işlərini həyata keçirirlər, az miqdarda narkotik vasitə aşkar etdikləri vaxt isə onlar şübhəli şəxsi saxladıqları rayon ərazisində yerləşən Polis bölməsinə apararaq orada sənədləşdirmə işlərini həyata keçirirlər. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxladıqları zaman onun üzərində narkotik vasitələrin və psixotrop maddənin olub-olmadığını bilmədikləri halda onu 17-ci Polis şöbəsinə aparmaları onların adətən həyata keçirdikləri və yuxarıda göstərilən qaydaya uyğun olmamışdır.

2. şahid qismində dindirilmiş hər iki polis əməkdaşı məhkəmədə ifadə verərək və verilmiş suallara cavab verərək Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa 17-ci Polis şöbəsinə apardıqlarını bildirmişlər, habelə Təqsirləndirilən şəxs saxladıqdan sonra əməkdaşı olduqları Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını inkar etmişlər. Lakin onlar prokurorluq orqanında Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması barədə araşdırma aparılarkən izahat verərək bunun əksini bildirmişlər. Belə ki, Şahid1 və X3 prokurorluqda araşdırma aparılarkən izahat verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs nə tutulduğu zaman, nə də ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmamışdır. Polis əməkdaşlarının izahatlarında göstərmiş olduqları məlumatlar əsasında həqiqətən də Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun BNMİ-nə aparılması təsdiq olunur.

3. Təqsirləndirilən şəxs bədəni üzərində yaranmış xəsarətlərin qeydə alınmasını təsdiq edən qeydiyyat kitabçalarından görünür ki, o, Nərimanov RPİ-nin MSY-nə xx.xx.2022-ci il tarixdə, saat 23:10-da təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:10-da saxlanıldığı və həmin gün günorta saatlarında üzərində şəxsi axtarış keçirildiyi halda onun gecə saatlarında, yəni saat 23:10-da Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi də ona dəlalət edir ki, o, əvvəlcə BNMİ-nə aparılmış, bundan bir neçə saat keçdikdən sonra isə 17-ci Polis şöbəsinə aparılaraq orada sənədləşdirmə işləri həyata keçirilmişdir. Göstərilənlər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini ciddi şübhə altına almağa kifayət edən hallar qismində çıxış edir. Təqsirləndirilən şəxs rüşvətlə bağlı hissədə iddia etdiyi hallara gəldikdə məhkəmə qeyd edir ki, bu hissədə də məhkəmə tərəfindən araşdırma aparılmış, yəni anten məlumatları əsasında Təqsirləndirilən şəxs, onun atasına, Şahid3 və sonuncunun atasına məxsus mobil nömrələr əsasında anten məlumatları yoxlanılmış, lakin milli mobil operatorları tərəfindən məhkəməyə təqdim edilmiş cavablar əsasında bu halın həqiqiliyini təsdiq etmək mümkün olmamışdır. Araşdırmanı çətinləşdirən digər məqam isə ondan ibarətdir ki, rüşvətlə bağlı halı təsdiq edə biləcək əsas şəxslərdən biri olan Təqsirləndirilən şəxs atası Əlirəhman Cabbarov məhkəmə istintaqının əvvəlindən açıq məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs və iş üzrə digər şəxslərin məhkəmədə verdikləri ifadələri eşitmişdir. Təəssüf ki, müdafiə tərəfi qeyd edilən şəxsin gələcəkdə dindirilməsi ilə bağlı vaxtında təşəbbüslə çıxış etməmiş və nəticədə də göstərilən şəxsin məhkəmədə dindirilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs atasından və Şahid3 atasından bu və ya digər şəkildə rüşvət istəyib-istəməmələri ilə bağlı məsələyə ayrıca icraatda prokurorluq orqanında araşdırılıb həll edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən həm də onu rəhbər tutmuşdur ki, qeyd edilən məsələnin məhkəmədə araşdırılması və göstərilən məsələyə hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə əsasən məqsədə müvafiq deyil. Bundan başqa, cinayət işinin materialları əsasında Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması məlum olsa da, 2022-ci ilin iyul ayında ibtidai istintaq orqanı bunu təsdiq edə biləcək heç bir prosessual sənəd olmadığı halda onun barəsində axtarış elan etməklə tutulması barədə qərar qəbul edib iş üzrə icraatı dayandırmışdır. İcraat dayandırıldıqdan 6 (altı) aydan sonra ibtidai istintaq orqanı yenə bunu təsdiq edə biləcək heç bir sübut olmadan Təqsirləndirilən şəxs polis orqanına gəlməsini könüllü gəlmə kimi qeydə alaraq icraatı təzələmiş, sonra onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz etmiş, eləcə də qəbul etdiyi sübutların qiymətləndirilməsi barədə qərar ilə ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə daha ağır ittiham elan edərək bu barədə onun ifadəsini almışdır. İbtidai istintaq orqanının göstərilən hissədə də həyata keçirdiyi prosessual hərəkətləri uyğunsuzluq təşkil edir. Belə ki, ibtidai istintaq orqanı istər cinayət işi üzrə icraatı dayandıran zaman, istər icraatı təzələyən zaman, istərsə də Təqsirləndirilən şəxs daha ağır ittiham elan edən zaman qanunun tələblərini deyil, məhkəməyə aydın olmayan şəxsi mülahizələrini əsas tutmuşdur. Bu da Təqsirləndirilən şəxs barəsində keçirilmiş ibtidai araşdırmanın qüsurlu və kobud qanun pozuntuları ilə həyata keçirildiyini təsdiq edir. Məhkəmə bir məsələyə də toxunmağı zəruri hesab edir. Belə ki, cinayət işinə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilməsi barədə qərar əlavə edilsə də, yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları bunun əksini təsdiq edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinə 04 may 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-549/2022 saylı qərarı (Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə xx.xx.2022-ci il tarixli qərarın qanuni hesab edilməsi) əlavə edilsə də, yuxarıda göstərilən dəlillər bunun tam əksini təsdiq etdiyindən Təqsirləndirilən şəxs barəsində qüsurlu şəkildə keçirilmiş əməliyyat-axtarış tədbirləri həmin qərar əsasında qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, həmin gün onun şübhəli şəxs qismində tutulması və həmin gün üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd mobil telefonun aşkar edilməsi görünsə də, həmin mobil telefonun xx.xx.2022-ci il tarixdə ona geri qaytarılması məhkəmə üçün başa düşülən deyil. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə əsas sübutlardan biri kimi çıxış edə biləcək mobil telefonun maddi sübut kimi tanınmaması və Təqsirləndirilən şəxs 2 gündən sonra geri qaytarılması (faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən həmin mobil telefon vasitəsi ilə heç bir sübut əldə etməyə cəhd belə edilmədən) müdafiə tərəfinin iddia etdiyi arqumentlərin, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları ilə bu və digər şəkildə razılaşmasına işarə edir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən yol verilmiş daha çox qanun pozuntularını göstərib sadalamaq mümkündür. Lakin məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi məsələlər və dəlillər Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasına və onun elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Belə ki, işgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyriqanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Hazırkı cinayət işi üzrə ortada işgəncə barədə iddia olduğundan və məhkəmə istintaqında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu vaxtadək, yəni xx.xx.2022-ci il tarixədək üzərində xəsarətlərin olmadığı müəyyən edildiyindən, məhz tutulduqdan sonra üzərində xəsarətlərin yaranması təsdiq olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları, ələlxüsus bu kimi halların onun dövlətin nəzarətinə keçdikdən sonra baş verməsi faktiki olaraq cinayət əməlləri təşkil edir. Təəssüf ki, məhkəmənin təşəbbüsü ilə prokurorluqda bu barədə araşdırma aparılsa, ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin üzərində çoxlu sayda xəsarətlərin olması müəyyən edilsə və həmin xəsarətlərin xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi təsdiq edilsə, habelə polis əməkdaşları barəsində cinayət təqibinin başlanması rədd edilsə də, nəticə etibarı ilə təqsirləndirilən şəxsə həmin xəsarətləri yetirən təqsirkar şəxs/lər müəyyən edilməmiş və qanunsuz əməllərə yol vermiş təqsirkar şəxs/lər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. Cinayət-Prosessual Qanunun 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin qeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutulduğu vaxta təsadüf edən xəsarətlərin aşkar edilməsi ona zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyriinsani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. İş üzrə maraqlısı odur ki, prokurorluq orqanında araşdırma aparılarkən və həmin araşdırma zamanı tibbi sənədlər əsasında Təqsirləndirilən şəxs üzərində çoxlu sayda xəsarət izlərinin olması, bu xəsarətlərin onun tutulduğu günə təsadüf etməsi mötəbər sübutlar, o cümlədən ekspertiza rəyi ilə bu fakt təsdiq olunsa da, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar əsasında polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla da həmin xəsarətləri ona yetirmiş şəxslər müəyyən edilməmişlər və cinayət məsuliyyətinə cəlb edilməmişlər. Bu səbəbdən də məhkəmə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Səbail rayon prokurorluğunun qərarı ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onun üzərində yaranmış xəsarətlərlə bağlı nəticəyə gəlməyə mane olmur. Belə ki, həmin qərarda təqsirləndirilən şəxsin saxlanılmasında konkret hansı polis əməkdaşlarının iştirak etməsi müəyyən edildiyi, təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olması ekspertiza rəyi əsasında təsdiq edildiyi və onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edildiyi halda, təqsirləndirilən şəxsə həmin xəsarətlərin harada, hansı şəraitdə, kimin tərəfindən və hansı üsullarla yetirilməsi hallarına nəinki lazımi hüquqi qiymət verilməmiş, əksinə ümumiyyətlə qeyd edilən hallar araşdırılmamışdır. Bu da prokurorluq orqanında aparılmış araşdırmanın natamam, keyfiyyətsiz və qüsurlu olmaqla yanaşı, həmçinin araşdırmanın səthi aparıldığının göstəricisidir. Əks nəticəyə gəlmək üçün başqa ağlabatan əsas yoxdur. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərində xəsarət olmadığı vaxtda tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxsə işgəncənin verilməsini və onun qeyriinsani rəftara məruz qalmasını təsdiq edir. Qeyd edilən halları hazırkı məsələyə nisbətdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri qanunla müəyyən edilmiş imperativ tələblərin pozulması ilə həyata keçirildiyindən bu tədbir qanunsuzdur. Bu qanunsuzluq isə təqsirləndirilən şəxsin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin şəffaf olmamasında, aşkar edilərək götürülmüş bükümlərdə olan kütlələrin çəkilərinin düzgün olmamasında, onun üzərində xəsarətlər olmadığı halda tutulduqdan sonra bədəninin müxtəlif nahiyələrində çoxlu sayda xəsarət izlərinin yaranmasında ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98- 106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019 -cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan bir neçə saat sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin bunun səbəbi prosessual sənədlərdə öz əksini tapmamışdır. Bu hal da kifayət qədər şübhəli məqamlardan birini təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri formal əsaslarla və hazırki cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni zamanda əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilibkeçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X8rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrıayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə) və 42.2.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə) baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroini, narkotik vasitə kokaini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımasında ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi və onun təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.3 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 0,061 qram təşkil edən narkotik vasitə heroin, təmiz çəkisi 0,244 qram təşkil edən psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,635 qram təşkil edən narkotik vasitə kokainin kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılması nəzərə alınmalı, 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.1, 42.2.2, 344-350, 352-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs, polisin nəzarəti altına vermə qətimkan tədbirlərinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 0,061 qram təşkil edən narkotik vasitə heroin, təmiz çəkisi 0,244 qram təşkil edən psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,635 qram təşkil edən narkotik vasitə kokainin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk, «Bakcell», «Azercelll» və "xxxx" MMC-dən götürülmüş 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Əli Məmmədov

Hakimlər Səbinə Məmmədzadə

Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar