Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-985/2024 20.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, tərcüməçi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-294/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 8,526 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 02 may 2023-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli Bazar” adlanan ərazidə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 8,526 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 ilə yaxın müddətdə narkotik vasitə istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 02 may 2023-cü il tarixdə, saat 16:00 radələrində aptekə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, tutularkən üzərində narkotik vasitə olmamış, saxlanıldıqdan sonra ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməklə, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün ona narkotik vasitə təqdim olunmuşdur. O, həmin tarixdə saat 16 radələrində tutulsa da, cinayət işinin materiallarında onun həmin gün saat 20:30-da tutulduğu qeyd edilmişdir. Polis Şöbəsinə gətirilərkən bədəni üzərində xəsarət olmadığı şöbəsinə kameralarında qeydiyyatdan keçmişdir. O, “solaxay” olsa da, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl narkotik vasitə onun sağ cibinə qoyulmuş, həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçisi iştirak etməmişdir. İstintaq hərəkəti zamanı tərcüməçi qismində adını bilmədiyi 1 xanım olmuş, polis əməkdaşları ona qarşı fiziki zor tətbiq edib təqdim olunmuş narkotik vasitənin ona məxsusluğunu, “Əhmədli” metrostansiyasının yaxınlığında əldə etdiyini videoçəkiliş zamanı bildirməsini tələb etmişlər. Həmin istintaq hərəkəti zamanı aparılmış videoçəkilişdə bədənindəki xəsarətlər aşkar şəkildə görünmüşdür. O, müvəqqəti saxlama yerində saxlanılarkən müstəntiq imza çəkməli olduğu sənədləri təqdim etmiş, o, oxumadan 1-2 sənədə imza atdıqdan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyini görüb mübahisə etməyə başlamış və müvafiq sənədləri imzalamamışdır. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində yaranan xəsarətlər qeydiyyata alındıqdan sonra prokurorluq orqanında araşdırma aparılmışdır. İbtidai istintaq dövründə cinayət işinin istintaqını aparan müstəntiq bir neçə dəfə dəyişmiş, o, elan edilmiş ittihama etirazını bildirmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. O, heç vaxt narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamış, bütün bu halların nəzərə alınaraq ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, bir müddətdən bəri narkotik vasitədən istifadə edir. 01 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə “heroin” kimi tanıdığı narkotik vasitəni 40 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 02 may 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli bazar” adlanan ərazidə olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da razılaşıb etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin polis şöbəsinin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi dəvət olunmuş və müdafiəçisi ona hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə çıxarıb təqdim etməsini bildirdiyindən, o, əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən istifadə etdiyi içərisində “***-***-**-**” saylı mobil nömrə olan “Samsung A 10” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirildikdən sonra polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşduqda, o, həmin şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyası yaxınlığında 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Üzərinə baxış keçirilən zaman başqa hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamış, bununla bağlı tərtib edilmiş protokol və digər sənədlər imzalanmışdır. O, istifadə etdiyi mobil telefondan yazmış olduğu mesaj mətnlərini və mobil nömrələrini xatırlamamış, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldıqdan sonra 02 iyun 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət edilmiş, həmin şöbədə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, sorğu zamanı sonuncu həmin narkotik maddəni şəxsi istifadəsi məqsədilə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə müvafiq qaydada qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli Bazar” adlanan ərazinin yaxınlığında saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs şəxsi avtomobilləri ilə polis şöbəsinə apardıqlarını, o və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə aşkarlanmış narkotik maddələrin ona məxsus olduğunu etiraf etdiyini, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini, üzərinə şəxsi axtarış və baxış keçirilən zaman müdafiəçinin iştirak etmədiyini, tərcüməçinin iştirak etdiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddənin çəkisinin ona məlum olmadığını, Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılığın edilmədiyini, sonuncunu o və 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə saxladıqlarını, başqa polis əməkdaşının Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, şəxsi axtarış və baxış istintaq hərəkətinin təhqiqatçı tərəfindən tərcüməçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə aparıldığını, Təqsirləndirilən şəxs videoçəkiliş aparılarkən nümayiş etdirməsi üçün heç bir əlavə kütlənin təqdim olunmadığını bildirdi. Məhkəmədə çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs Şahid1 həqiqəti danışmadığını, həmin şahidin də onu döydüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin maddələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq 02 may 2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli Bazar” adlanan ərazinin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət edilmişdir. Həmin polis şöbəsində təhqiqatçı tərəfindən tərcüməçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı sonuncu könüllü şəkildə narkotik vasitə heroinə bənzər kütləni təqdim edib həmin narkotik maddəni şəxsi istifadəsi məqsədilə tanımadığı şəxsdən əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik maddə təhqiqatçı tərəfindən qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, o və digər polis əməkdaşına hər hansı müqavimət göstərmədiyini, polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birgə saxladıqlarını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə aşkar olunmuş narkotik maddənin özünə məxsus olduğunu etiraf etdiyini, şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin iştirak edib-etmədiyini xatırlamadığını, Təqsirləndirilən şəxs təxminən 20-21 radələrində saxlanıldığı, Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə istintaq hərəkəti aparılan zaman nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını bildirdi. Məhkəmədə çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs Şahid2 həqiqəti danışmadığını, həmin şahidin onu döyən şəxslərdən biri olduğunu bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-54-1/732/23 nömrəli əmrindən, “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4, 5- 6; 7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Şüşəli Bazar” adlandırılan ərazinin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinməklə, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 23; 24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq qərara əsasən, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddənin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 40 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. 01 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək, habelə 01 (bir) ədəd Samsung markalı işlək vəziyyətdə olan mobil telefon müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 32; 35-36; 62) xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 40) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2549 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194” dairəvi möhür əksi, “(imza) Pimenov” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,526 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 8,526 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 8,426 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 49-51) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 (bir) ədəd “Samsung A10” markalı mobil telefona baxış keçirildikdə içərisində ***-***-**-** saylı mobil nömrənin olması aşkarlanmış, həmin mobil telefonun “Whatsapp” tətbiqinə daxil olarkən “***-***-**-**” saylı mobil nömrə və “Alişka” adı ilə qeydiyyatdan keçmiş şəxs arasında narkotik vasitə və psixotrop maddələrin satışına dair yazılı və səsli smslərin olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 64-74) xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 75-76) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 79-80) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-190/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-304/2023 nömrəli qərarına əsasən, onun həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli, 4(010)- 336/2023 nömrəli qərarına əsasən isə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 103-106; 130-133; 179-181) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 4981 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 143-144) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə o, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (Cild 1, iş vərəqə 190-192) xx.xx.2023-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**1 saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə narkotik vasitələrin satışına dair “Sergey menim 20 manatımı at kartıma, heçnə lazım deyil, bu gün gözdüyürəm, heçnə lazım deyil, pulumu bu gün at”, “brat 15 selikov çto tam”, “Bro 15 m, evst çto mojna”, “Sergey menim 20 mana”, “Zaydi votsap posmotri foto ponadibitsa”, “Vosmi trubku, ne zli menz eto ya Sergey”, “25 manat var 20 kola, 5 pati lazımdı düzələr”, “10 manat var mene kola düzele cavab yaz” məzmunlu mətnlər müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 202) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 2877 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “isterik tipli şəxsiyyət pozuntusu” (F60.4) qeyd olunur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisədən sonra da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 216-218) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8,526 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından qalıq qalmış 8,426 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung A10” markalı mobil telefon maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 226-236) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 239- 240) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2-320-312-x-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12/248 nömrəli məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zaman onun bədəni üzərində sol gözaltı, sol çiyin nahiyələrində bənövşəyi rəngli qançır, sağ gicgah, sağ döş, qarın, sağ bilək nahiyələrində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona fiziki zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12/248 nömrəli məktubuna və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətinə əsasən, tibbi müayinədən keçirilən zaman sol gözaltı, sol çiyin nahiyələrində bənövşəyi rəngli qançır, sağ gicgah, sağ döş, qarın, sağ bilək nahiyələrində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın giriş hissəsindən görünür ki, aparılan araşdırma 3 saylı İstintaq Təcridxanasından daxil olmuş əməliyyat əsasında olmuş, Təqsirləndirilən şəxs ona edilmiş hər hansı zorakılıq barədə prokurorluğa məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs və ya müdafiəçisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verməsi halı müəyyən edilməmişdir. Müvafiq qərarın təsviri hissəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 59 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kartaya əsasən onun bədən səthində sol gözaltı nahiyənin qançırları, sağ döş və qarın nahiyəsinin, sağ bilək nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər tibbi kitabçanın açılma tarixindən 3-5 sutka əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd olunan xəsarətlərin konkret olaraq törənmə müddəti təhqiqat və istintaq yolu ilə müəyyən edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol gözaltı nahiyənin qançırları, sağ döş və qarın nahiyəsinin, sağ bilək nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları xəsarətlərinin olduğunu inkar etmir, lakin ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri onun tutulduğu tarixdən əvvəl aldığı qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, ona qeyri-qanuni zor tətbiq edilməmiş, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə bir halı da qeyd edir ki, ibtidai istintaq zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəmə nəzarəti qaydasında məhkəməyə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilməmişdir. Bundan savayı, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeyri-qanuni əşya aşkarlanmadığı halda, polis əməkdaşları tərəfindən təqdim edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu videoçəkilişdən istifadə edilməklə aparılacaq istintaq hərəkəti zamanı deməsinin tələb edildiyini, fiziki və psixi zorakılıq nəticəsində razılaşıb bəzi sənədləri imzaladığını, 02 may 2023-cü il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların doğru olmadığını, sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Şüşəli Bazar” adlanan ərazidə 02 may 2023-cü il tarixdə saat 20:30 radələrində saxlanıldıqdan sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparıldığını, həmin polis şöbəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü təqdim etdiyini, aşkarlananın qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərildiyini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlindəki narkotik vasitə heroini istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan predmetlər kağız zərfdə qablaşdırılıb möhürlənmişdır. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2549 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri olan zərfdə təqdim olunmuş, həmin zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində 1 ədəd bükümdə təmiz çəkisi 8,526 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olması müəyyən edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadələr verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərin bilavasitə dinlənilmələri məhkəməyə onların verdikləri məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 8,526 qram narkotik vasitə heroin aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 56,84 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL- 6741/23 nömrəli məktuba əlavə edilmiş diskdəki və mobil telefondakı məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə müxtəlif şəxslərdən fərqli vaxtlarda “Sergey menim 20 manatımı at kartıma, heçnə lazım deyil, bu gün gözdüyürəm, heçnə lazım deyil, pulumu bu gün at”, “brat 15 selikov çto tam”, “Bro 15 m, evst çto mojna”, “Sergey menim 20 mana”, Zaydi votsap posmotri foto ponadibitsa”, “Vosmi trubku, ne zli menz eto ya Sergey”, “25 manat var 20 kola, 5 pati lazımdı düzələr”, “10 manat var mene kola düzele cavab yaz” məzmununda və digər oxşar yazışmalar mövcuddur. Habelə, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilən zamanı ondan narkotik vasitə və psixotrop maddənin istənilməsi ilə bağlı yazışmaların olması müəyyən edilmişdir. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola”, “pati” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrələrinə yazmış, Təqsirləndirilən şəxs da həmin narkotik vasitə və psixotrop maddələri satmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, sms mətnlərinin və mobil telefonunda aşkar edilmiş yazışmaların mövcudluğuna, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə həmin məhkəmənin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə az ağır cinayət törətdiyinə görə məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu törətdiyi əmələ görə xx.xx.2023-cü il tarixdə cəzasının müddəti başa çatmış, həmin tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halın olmasını, cəzasını yüngülləşdirən halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 8,426 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 4981 nömrəli ekspert rəyindən görünür ki, opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 may 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 8,426 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-985/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-985/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver