Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-986/2022 06.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - «PROSPEKT» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və həmin Qərarın 36-cı bəndinə əsasən, onun cəzadan azad edilməsi məsələsi narkomaniyadan məcburi müalicəsi başa çatdıqdan sonra həll edilməsi qərara alınmış, azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 4 günü çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, 13 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən narkotik vasitə qurudulmuş marixuana əldə edərək ünvan 1 ünvanında yerləşən mənzilindən saxlanc yeri kimi istifadə etməklə saxlamış, həmçinin əldə etdiyi qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 dekabr 2021-ci il tarixdə saat 17:15-də yaşadığı ünvanın yaxınlığında piyada hərəkətdə olarkən, saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə aparılaraq həmin gün üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sol yan cibindən bir ədəd selofan bükümdə təmiz çəkisi 8,051 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd selofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,117 qram və 4,857 qram olmaqla, ümumi təmiz çəkisi 6,974 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin yaşadığı evə həmin gün keçirilmiş baxış zamanı, sonuncunun qabaqcadan qonaq otağındakı yataq dəstinin saxlanc yerində saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana ilə kimyəvi komponent tərkiblərinə görə eyni olan bir ədəd selofan bükümdə təmiz çəkisi 255 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Ondan aşkar olunmuş narkotik vasitəni o, özünün şəxsi istifadəsi üçün almışdır. Hadisə vaxtı onun üzərində 3,5 qram heroin olmuşdur. Polis əməkdaşları onu gəlib yaşadığı evdən tutub aparmışlar. Həmin vaxt evində tərəzi də olmuşdur. Belə ki, o, əvvəllər bir dəfə narkotikdən çox istifadə etdiyi üçün pis vəziyyətə düşmüş və bu səbəbdən həmin tərəzini almışdır. Bu zaman məqsədi həmişə narkotik qəbul etməmişdən qabaq onun çəkisini müəyyən etmək və öz dozasına uyğun narkotik qəbul etmək olmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs 3,5 qram narkotik vasitənin evdə olduğunu, ittiham aktında narkotikin çəkisinin düzgün göstərilmədiyini, üzərində heç bir narkotik vasitə olmadığını, o, evdə olan zaman tutulduğunu, videoçəkilişdən əvvəl polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoyduğunu və sonra videoçəkiliş aparıldığını və o, çəkiliş zamanı narkotik vasitəni cibindən çıxarıb təqdim etdiyini, heroinin çəkisinin artıq yazıldığını, cəmi 3,5 qram heroin olduğunu, digər narkotiklərin çəkisinin düz yazıldığını, narkotik vasitəni öz istifadəsi üçün aldığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə axşam saat təxminən 17:15-də yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, həmin polis bölməsində şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Ona hüquq və vəzifələri izah edilməklə buna dair yazılı bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində qara rəngli uzun qol qalın qış gödəkcəsinin sol yan cibindən içərisində üç sellofan bükümü, sağ yan cibindən bir ədəd yaşadığı ünvanının açarını, bir ədəd “Keneksi” markalı mobil telefonunu, qəhvəyi rəngli təsbehini, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 26 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi yaşadığı evin açarı, təsbehi və 26 manat pulu özünə qaytarılsa da, bir mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman iki bükümdə heroin, bir bükümdə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş və içərisi boş olan iki ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, yaşadığı evində də, narkotik tərkibli maddə saxladığını və evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Onun razılığı əsasında yaşadığı ünvana baxış keçirilən zaman yataq otağındakı yataq dəstinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan torbanı və elektron tərəzini təqdim etmişdir. Həmin marixuana olan bir ədəd sellofan torba elektron tərəzi ilə çəkildikdən sonra evində aşkar edilmiş elektron tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar edilmiş iki bükümdəki maddənin heroin, qalan bir bükümdə olan və evindən aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, həm özünün istifadəsi üçün həm də, satış məqsədilə üzərində və evində saxladığını, həmin maddəni təxminən beş ay öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Bəhrəm” adlı şəxsdən tutulmazdan təxminən iki həftə öncə Sabunçu rayonu ərazisində görüşərək aldığını bildirmişdir (cild 1, iş vərəqi 175-177). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 13 dekabr 2021-ci i tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 17:15-də Əmircan qəsəbəsi, X.Bayramov küçəsi, dalan 3, ev 3 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxs isə özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət olunmuşdur. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən bir ədəd açar, bir ədəd təsbeh, bir ədəd “Keneksi” markalı mobil telefonu, sol yan cibindən üç ədəd selofan bükümləri, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 26 ədəd bir manatlıq pulları çıxarıb təqdim etmişdir. Həmin üç ədəd bükümlər açılıb baxıldıqda birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, digər iki ədəd bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri tutulmamışdan iki həftə əvvəl Sabunçu rayonu ərazisində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Bəhram adlı şəxsdən öz istifadəsi və satmaq məqsədi ilə aldığını, Bəhram adlı şəxslə təxminən beş ay əvvəl sosial şəbəkədə tanış olduğunu bildirmişdir. Elektron tərəzidə çəkildikdə marixuananın çəkisi təxminən 8 qram, iki ədəd bükümdə heroinə oxşar kütlələrin ümumi çəkiləri isə bükülü ilə birlikdə təxminən 9 qram olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə saxladığını, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadəsinə görə, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirdiyindən, sonuncunun yaşadığı Əmircan qəsəbəsi, X.Bayramov küçəsi, dalan 3, ev 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından ağ rəngli selofan torbanı təqdim edib içərisində marixuana olduğunu bildirmişdir. Həmin selofan torba və yanındakı elektron tərəzi götürülmüş, torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixunaya bənzər bitki kütləsinin olması aşkar edilmişdir. Həmin kütlə selofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə, təxmini 273 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni də İran vətəndaşı kimi tanıdığı Bəhram adlı şəxsdən öz istifadəsi və satması üçün aldığını bildirmişdir. Sonra mənzildə axtarış davam etdirilmiş və əlavə qanunsuz əşyalar aşkar edilməmişdir. Həmin bir ədəd selofan torbada aşkar edilmiş marixuana və bir ədəd elektron tərəzi bir ədəd kağız torbaya qoyularaq qablaşdırılmış, zərfin üstü və tərtib olunmuş protokol bütün iştirakçılar tərfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və 31-ci Polis bölməsində olduğu zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qimində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında saxlanılıb Suraxanı RPİ, 31-ci polis bölməsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Əmircan qəsəbəsi, X.Bayramov küçəsi, dalan 3, ev 3 ünvanına baxış keçirilməsində və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 13 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokola əsasən, X4 üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra X7 əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən bir ədəd açar, bir ədəd təsbeh, bir ədəd “Keneksi” markalı mobil telefon, sol yan cibindən üç ədəd sellofan bükümlərini, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 26 ədəd bir manatlıq (cəmi 26 manat) pulları çıxarıb təqdim etmişdir. Həmin üç ədəd bükümlər açılıb baxıldıqda birinin içərisində markotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, digər iki ədəd bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olmasının müəyyən edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs qurudulmuş bitki kütləsinin marixuana, qəhvəyi rəngli kütlələrin isə kokos adı ilə tanıdığı, heroin olduğunu, həmin maddələri iki həftə əvvəl Sabunçu rayonu ərazisində beş ay əvvəldən sosial şəbəkədə tanış olduğunu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Bəhram adlı şəxsdən öz istifadəsi və satmaq məqsədi ilə aldığını, yaşadığı ünvanda narkotik vasitə saxladığını, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir, içərisində narkotik vasitə maixuanaya bənzər kütlə olan olan büküm elektron tərəzidə çəkildikdə çəkisi təxminən 8 qram, iki ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin təxminən 9 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd açar, bir ədəd təsbeh və 26 manat pul özünə qaytarılmış, üç ədəd içərilərində narkotik vasitəyə oxşar kütlələrin olduğu sellofan bükümlər bir ədəd zərfə, “Keneksi” markalı mobil telefonun isə başqa bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən, PB-nə gətirilərkən, eləcə də, PB-də olarkən ona qarşı fiziki güc və psixi təsir edilib-edilmədiyini soruşulduqda sonuncu ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 33-35). Cinayət işinə əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, X4 yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilərkən əvvəlcə Təqsirləndirilən şəxs evində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin girişdən sağ tərəfdə yerləşən qonaq otağında girişdən solda yerləşən yatağın üstündəki yataq dəstini qaldıraraq yatağın altındakı saxlanc yerində olan bir ədəd ağ rəngli, üzərində qırmızı rənglə “AL market” yazısı olan sellofan torbanı və bir ədəd elektron tərəzini göstərmişdir. Həmin sellofan torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olmasının aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olmasını bildirmiş, həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin təxmini olaraq 273 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı özünün istifadəsi və satmaq məqsədi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsində “Bəhram” adlı İran İslam Respublikası vətəndaşından aldığını, “Bəhram” adlı şəxslə əvvəldən sosial şəbəkədə tanış olduğunu bildirmişdir. Sonra mənzildə axtarış davam etdirilmiş və qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba və bir ədəd elektron tərəzi bir ədəd zərfə - kağız torbaya qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 39-40). Məhkəmə-bioloji ekspertizasının 14 dekabr 2021-ci il tarixli 7/1283 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd selofan torbacığda təmiz çəkisi 8,051 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd selofan torbada təmiz çəkisi 255 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 263,051 qramdır. Təqdim edilmiş 1 ədəd marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (cild 1, iş vərəqi 53-57). Məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 6/5490 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə olan 2 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,117 qram və 4,857 qram, ümumi çəkisi 6,974 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözləri və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər aşkar edilmiş iki bükümdə olan heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild 1, iş vərəqi 47-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X8n 14 mart 2022ci il tarixli 1280 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 133-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli 333 nömrəli məktubundan görünür ki, xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 113). İş materiallarına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən bir ədəd açar, bir ədəd təsbeh, bir ədəd “Keneksi” markalı mobil telefonu, sol yan cibindən üç ədəd selofan bükümləri, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 26 ədəd bir manatlıq (cəmi 26 manat) pulları çıxarıb təqdim edir. Həmin üç ədəd bükümlər açılıb baxıldıqda, birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, digər iki ədəd bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlənin olmasının müəyyən edillir, suala cavab olaraq Təqsirləndirilən şəxs qurudulmuş bitki kütləsinin marixuana, qəhvəyi rəngli kütlələrin isə kokos adı ilə tanıdığı heroin olduğunu, həmin maddələri iki həftə əvvəl Sabunçu rayonu ərazisində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Bəhram adlı şəxsdən oz istifadəsi və satmaq məqsədi ilə aldığını, Bəhram adlı şəxslə təxminən beş ay əvvəldən sosial şəbəkədə tanış olduğunu bildirir. İçərisində marixuana narkotik vasitəyə oxşar olan büküm elektron tərəzidə çəkildikdə çəkisini təxminən 8 qram, iki ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 9 qram olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir və hər hansı bir sübut əhəmiyyəti kəsb edən əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd açar, bir ədəd təsbeh və 26 manat pul özünə qaytarılır, üç ədəd içərilərində narkotik vasitələrə oxşar kütlələrin olduğu sellofan bükümlərin bir ədəd zərfə, “Keneksi” markalı mobil telefonun isə başqa bir ədəd zərfə qoyulub qablaşdırılır, zərflərin üzəri bütün İştirakçılar tərəfindən imzalarla təsdiq edilir. X3 saxlanılarkən, PB-nə gətirilərkən, eləcə də PB-də olarkən ona qarşı fiziki güc və psixi təsir edilib-edilmədiyi sualına cavab olaraq, sonuncu, ona qarşı hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirir (cild 1, iş vərəqi 64). İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdiir. Əvvəlcə Təqsirləndirilən şəxs evində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin girişdən sağ tərəfdə yerləşən qonaq otağında girişdən solda yerləşən yatağın üstündəki yataq dəstini qaldıraraq yatağın altındakı saxlanc yerindən bir ədəd ağ rəngli, üzərində qırmızı rənglə “AL market” yazısı olan bir ədəd selofan torbanı və bir ədəd elektron tərəzini göstərir. Həmin sellofan torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar birki kütləsinin olması aşkar edilir. Həmin selofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə, çəkisinin təxmini 273 qram olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı öz istifadəsi və satmaq məqsədi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsində “Bəhram” adlı İran vətəndaşından aldığını, “Bəhram” adlı şəxslə əvvəldən sosial şəbəkədə tanış olduğunu bildirir. Sonra mənzildə axtarış davam etdirilir və qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilmir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan selofan torba və bir ədəd elektron tərəzi bir ədəd zərfə - kağız torbaya qoyularaq qablaşdırılır, kağız torbanın üzəri möhürlənir, iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 65). İbtidai istintaq orqanının 05 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin mənzilinə keçirilmiş baxış və götürmə zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6,974 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 263,051 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 6,874 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra qalan ümumi təmiz çəkisi 262,851 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk, yaşayış yerinə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqi 148-159). Cinayət işində olan 23 oktyabr 2010-cu il tarixli AZ-İ 623025 nömrəli nikah haqqında şəhadətnamənin, həmçinin 07 noyabr 2012-ci il tarixli AZ-İİ 980165 nömrəli və 12 fevral 2015-ci il tarixli AZ-İİİ 497494 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 11.04.1992-ci il təvəllüdlü X2 ilə birgə nikahından 13.07.2012-ci il təvəllüdlü Fazil Quliyev və 05.11.2014-cü il təvəllüdlü İbrahim Quliyev olmaqla iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 97-98). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12 yanvar 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 138-142). Həmin məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və qərarın 36-cı bəndinə əsasən, onun cəzadan azad edilməsi məsələsi narkomaniyadan məcburi müalicəsi başa çatdıqdan sonra həll edilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 143-1146). Bakı şəhər Probasiya İdarəsindən alınmış 29 mart 2022-ci il tarixli 21-1/3-3420-8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 4 günü çəkilməmiş qalmışdır (cild 1, iş vərəqi 137). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, üzərində heç bir narkotik vasitə olmadığını, evdə olan zaman tutulduğunu, videoçəkilişdən əvvəl polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoyduğunu və sonra videoçəkiliş aparıldığını və çəkiliş zamanı narkotik vasitəni cibindən çıxarıb təqdim etdiyini, heroinin çəkisinin artıq yazıldığını, onda cəmi 3,5 qram heroin olduğunu, narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotiki öz istifadəsi üçün aldığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən, həmçinin yaşadığı mənzil baxış keçirilən zaman özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və qərarın 36-cı bəndinə əsasən, onun cəzadan azad edilməsi məsələsi narkomaniyadan məcburi müalicəsi başa çatdıqdan sonra həll edilməsi qərara alınmışdır. Bakı şəhər Probasiya İdarəsindən alınmış 29 mart 2022-ci il tarixli 21-1/3-3420-8 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 4 günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-ci maddəsinin tələbinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68 və 69-cu maddələrinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, yəni hökmlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 14 mart 2022-ci il tarixli 1280 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - ekspertiza tədqiqatından sonra qalıq qalan 6,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 262,851 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı «PROSPEKT» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 50 (əlli) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 143 (yüz qırx üç) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 143 (yüz qırx üç) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) günü bir günə iki gün hesabı ilə hesablanaraq 3 (ay) 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunmuş cəzaya Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 3 (ay) 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 262,851 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə keçirilməsinə dair görüntülərin əks olunduğu iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat 82 qəpik pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 50 (əlli) manat məbləğində pul vəsaiti «PROSPEKT» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-986/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-986/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver