Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-986/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1982-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən tikinti materialları satılan mağazanın qarşısında Zərərçəkmiş şəxs Firuddin oğlunun bir neçə gün əvvəl birgə kirayə qaldıqları evə sərxoş vəziyyətdə gəlməsi səbəbindən sonuncu ilə bir-birilərini ağır söyüşlərlə təhqir edərək dalaşmaları ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı, Mikayı Nağıyevin idarə etdiyi “Mercedes Atego” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən təkər açarını götürüb, onun üzərinə gələrək həmin açarla onu vurmaq istəyən zaman, yerdən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona sağ bazu sümüyünün aşağı 1/3-nin çəp, yerdəyişmiş, açıq sınığından ibarət ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, fərdi tikilmiş evdə kirayədə yaşamaqla istifadəsində olan“Uber” taksi şirkətinə məxsus “Kia Rio” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü kimi işləyərək sifariş əsasında sərnişin daşımışdır. Zərərçəkmiş şəxs ilə birlikdə əvvəllər Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən fərdi evlərin birində 2022-ci ilin may ayının sonlarında kirayə yaşamışdır. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin kirayə evdə qaldıqları otaqlar iç-içə olmaqla Zərərçəkmiş şəxs öz otağına keçmək üçün onun otağından keçib getməli idi. O, namaz qılan, spirtli içki qəbul etməyən bir şəxsdir, Zərərçəkmiş şəxs isə əksinə spirtli içki aludəçisi olmaqla demək olar ki, hər gün sərxoş olub onun namaz qılmağına istehza ilə yanaşır, hətta o namaz qılan zaman onun otağındakı masanın yanında oturub özü ilə gətirdiyi spirtli içkini qəbul edirdi. Zərərçəkmiş şəxs bu hərəkətlərini qəbul etməyərək onunla mübahisə etmiş, sonuncuya bir neçə dəfə irad bildirmiş, lakin bir faydası olmamışdır. Təxminən 16 avqust 2022-ci il tarixdə saat 17 radələrində Mikayılla birlikdə kirayə yaşadığı evdə olan zaman sonuncu sərxoş vəziyyətdə evə gəlmişdir. Mikayıl gələrkən özü ilə içməsi üçün yenə də araq alıb onun otağında oturub içmək istədikdə aralarında yenə sözlə mübahisə baş vermişdir. O, Mikayıla dindar olduğunu, evdə namaz qıldığını, sonuncunun isə evə sərxoş gəldiyini, gələrkən özü ilə araq alıb gətirdiyini deyərək irad bildirmişdir. Mikayıl da ona kobud şəkildə cavab verib “xoşun gəlmir çıx get” demiş və bundan sonra aralarında olan mübahisə dava-dalaşa çevrilmişdir. Onlar evin içərisində bir-birinin yaxasından tutub dartışmış, Mikayıl onu əli ilə vurduğu üçün o da bir dəfə sillə ilə onu vurmuşdur. Onların münasibətlərini bilən ev sahibi onları evdən çıxartmışdır. Bundan sonra onlar hər ikisi ayrı-ayrı ünvanlarda yaşamışlar. 21 avqust 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Kia Rio” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Mikayılın idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinin yolun kənarında görmüşdür. O, Mikayılın avtomobilinə çatmağa az qalmış sonuncu avtomobildən yerə düşərək avtomobili saxlamağı üçün ona əl etmişdir. Avtomobili yolun kənarına verib saxlamış və yerə düşüb Mikayılın yanına getmiş, görmüşdür ki, Mikayıl idarə etdiyi avtomobilin kabinasından təkər açarını götürüb onun üzərinə gələrək onu vurmaq istəyir. O, geri qayıdıb qaçmağa başlamış, Mikayıl isə onun arxasınca qaçaraq əlində olan təkər açarı ilə onu vurmaq istəmişdir. O, bir qədər irəlidə tikinti materialları satılan mağazanın qarşı hissəsində, armatur yığılan yerdən dəmir parçası taparaq həmin parçanı özünü qorumaq üçün götürmüş və Mikayılı gözləmişdir. Mikayıl ona yaxınlaşıb əlində olan təkər açarı ilə onu vurmaq istəyən zaman o, dəmir parçası ilə Mikayılın əlində olan açarı vurmaq istəyən zaman atdığı zərbə sonuncunun sağ qol nahiyəsindən dəymişdir. Bu zərbədən sonra Mikayılın əlindəki təkər açarı yerə düşmüş, Mikayılın sağ qolundan qan gəldiyini görmüşdür. Elə bu vaxt yanlarından keçən post-patrul maşını saxlayaraq maşında olan polis əməkdaşları onlara yaxınlaşıb vəziyyətdən məlumat aldıqdan sonra hər ikisini Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Orada təcili tibbi yardım avtomobili gələrək Mikayılı xəstəxanaya aparmışdır. Hazırda Zərərçəkmiş şəxslə barışmış, Mikayılın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar və maddi imkanı olmadığı üçün məhkəməyə gələ bilməyəcəyi və iş üzrə heç bir iddia və şikayəti olmadığı barədə teleqramla ilə müraciət etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Masallı rayonu, Masalı şəhəri, X10 küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, icarə əsasında “Mercedes Atego” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş əsasında yük daşımaqla məşğul olaraq ailəsini dolandırmışdır. Əvvəllər Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən fərdi evlərin birində kirayə yaşamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında tanımışdır. Sonuncu ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ilin may ayının sonlarından Hakim də onunla birlikdə kirayə yaşadığı evdə qalmağa başlamışdır. Hakim dindar olduğu üçün namaz qılmışdır. O isə işdən sonra yorğun olduğu üçün spirtli içki içmişdir. O, yaşadığı ünvana sərxoş gəldiyi üçün tez-tez Hakimlə aralarında sözlə mübahisə baş vermişdir. Mahiyyəti üzrə bildirir ki, təxminən 16 avqust 2022-ci il tarixdə saat 17 radələrində Hakimlə birlikdə kirayə yaşadığı evə getmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün Hakimlə aralarında sözlə mübahisə baş vermişdir. Hakim ona dindar olduğunu, evdə namaz qıldığını, onun isə evə sərxoş gəldiyini bildirib ona irad bildirmişdir. O da sərxoş olduğu üçün Hakimə kobud şəkildə cavab verib “xoşun gəlmir çıx get” demişdir. Həmin vaxt aralarında olan mübahisə dava-dalaşa çevrilmişdir. Onlar evin içərisində bir-birilərinin yaxasından tutub dartışan zaman o, bir dəfə sillə ilə sonuncunu sifət nahiyəsindən vurmuşdur. Hakim də buna qarşılıq olaraq bir dəfə onu sifət nahiyəsindən sillə ilə vurmuşdur. Bundan sonra mübahisə yekunlaşmışdır. Hakimin onunla mübahisə etməsi səbəbindən ev sahibi evi boşaltmalarını tələb etdiyi üçün evdən gedən zaman Hakimin ünvanına nalayiq ifadələr işlədib sonuncu ilə sonra görüşəcəyini bildirmişdir. 21 avqust 2022-ci il tarixdə 15 radələrində idarə etdiyi “Mercedes Atego” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yolun kənarında dayanıb müştəri gözləmişdir. Həmin vaxt o, avtomobilin içərisində olsa da, güzgüdən arxaya baxan zaman Hakimin idarə etdiyi “Kia Rio” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun dayandığı istiqamətə doğru gəldiyini görmüşdür. Hakimlə aralarında olan mübahisəyə görə evdən çıxdığı üçün sonuncudan acıqlı olmuşdur. Buna görə də, avtomobildə olan təkər açarını götürüb yerə düşərək avtomobili saxlaması üçün Hakimə əl etmişdir. Hakim də onu görüb avtomobili bir qədər irəlidə yolun kənarında saxlayaraq avtomobildən düşüb ona doğru gəlməyə başlamışdır. O, Hakimə doğru gedən zaman sonuncu onun əlində təkər açarı olduğunu görüb qaçmağa başlamışdır. O da Hakimin arxasınca qaçan zaman Hakim bir qədər irəlidə tikinti materialları satılan mağazanın qarşı hissəsində, armatur yığılan yerdən dəmir parçası taparaq götürmüşdür. O, Hakimə yaxınlaşıb əlində olan təkər açarı ilə sonuncunu vurmaq istəmişdir. Həmin vaxt Hakim yerdən götürdüyü dəmir açarı ilə onun sağ qolundan zərbə ilə vurmuş və əlində olan açar yerə düşmüşdür. Həmin vaxt o, sağ qolunda ağrı hiss etmişdir. Həmin vaxt oradan keçən Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları yaxınlaşaraq onları 17ci PŞ-nə aparmışlar. Oradan da təcili tibbi yardım avtomobili ilə onu X8 aparmışlar. Orada həkimlər tərəfindən müayinə olunan zaman sağ qolunun bazu nahiyəsindən sındığını öyrənmişdir. Orada həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş və sağ qolunu gipsə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. xx.xx.2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 69/60 çağırışlı avtopatrulla Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Mehdixan oğlu ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində xidmət aparmışdır. Həmin gün saat 15 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Baksol yolu, Ə.Qayıbov küçəsində iki nəfər şəxsin dalaşdığını görüb yaxınlaşaraq sonunculara xidməti avtomobilə əyləşdirib ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci PŞnə aparıb təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərdən birinin xx.xx.1982-ci ildə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs, digər şəxsin isə xx.xx.1971-cı ildə Masalı rayonunda anadan olmuş, Masallı rayonu, Masalı şəhəri, X10 küçəsi, ev 18 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Həmin vaxt onlar Zərərçəkmiş şəxs qolunun qırılmasın və qan işində olduğunu görmüşlər. Bundan sonra bu barədə raportla müraciət edərək həmin şəxsləri polis əməkdaşlarına təhvil verib xidmət apardıqları əraziyə geri qayıtmışlar. Məhkəmə iclpasında şahid qismində dindirilmiş DİN PPX-nin əməkdaşları Şahid2 Mehdixan oğlu ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun bildirdiklərini bir daha təsdiqləmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin rəisinə ünvanlanın xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 15.29-da Zərərçəkmiş şəxs Firudun oğlu DİN-102 xidmətinə zəng edərək Baksol yolunda tanıdığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə PPXB əməkdaşları Şahid1 və Şahid2 Mehdixan oğlunun ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə tiəxminin saat 15-40 radələrində xidmətdə olarkən “Baksol” yolunda iki nəfər şəxsin dava-dalaş etdiyini görərək həmin vətəndaşları avtomobillə gətirib 17-ci PŞ-nə təhvidl vermişlər. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Baksol yolu, Ələsgər Qayıbov küçəsi istiqamətində baş vermişdir. Hadisə yerinə baxış keçirilməsində iştirak etmiş Təqsirləndirilən şəxs həmin ərazidə Zərərçəkmiş şəxs Firudun oğlu ilə münaqişə olduğu və dəmir parçasını götürüb Zərərçəkmiş şəxs qolundan vurduğu yeri göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «həbs qətimkan tədbirinin seçilməsi barədə» Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqs irləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 90-M saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət - sağ bazu sümüyünün aşağı 1/3-nin çəp, yerdəyişmiş, açıq sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 34/90/M saylı əlavə rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi ekspertizası aşkar edilmiş xəsarət - sağ bazu sümüyünün aşağı 1/3-nin çəp, yerdəyişmiş, açıq sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni dəmir boru (parçası) ilə vurulması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 3323 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Perovsk rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF CM-nin 162.3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli 1 saylı qərarın 4-cü maddəsinin “e” bəndinə əsasən başqa dövlətin (o cümlədən, MDB ölkələrinin) hökmləri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonradan cəza çəkmək üçün Azərbaycan Respublikasına verilmiş hökmün icraya qəbul edilməsi barədə məhkəmə qərarına müvafiq olaraq, Azərbaycan respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslər, həmçinin SSRİ-nin ləğvinə qədər onun tərkibinə daxil olmuş müttəfiq respublikaların məhkəmələrinin hökmləri ilə məhkumluğu olan şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına aiddir. Təqsirləndirilən şəxs artıq SSRİ süquta yetəndən sonra, yəni xx.xx.2013-cü il tarixdə RF-da məhkum edilmiş, orada cəza çəkmiş, cəzasının sonu ilə RF-da azad olunmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs RF-da məhkum olunması Azərbaycan Respublikası ərazisində məhkumluq yaratmır, o, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixlə teleqramasında da Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və iddiasının olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Bundan başqa, baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxs X5 tərəfindən törədilən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilmişdir. Qeyd olunan hal, zərərçəkmiş şəxsin, eləcə də təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqları zamanı verdikləri ifadələrlə təsdiq olunmaqla yanaşı, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın məzmunundan da (.....ünvanına nalayiq ifadələr işlədərək, sifət nahiyəsinə yumruqla vurması səbəbindən aralarında şəxsi münasibətlər zəminində...) aydın görünür. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından avqust ayına qədər bir evdə kirayədə qalmışlar. Hakim və Mikayıl kirayədə qaldıqları evdə dalaşdıqdan sonra ev sahibinin təkidi ilə evdən çıxdıqda Mikayıl Hakimə nalayiq ifadələr işlətmiş, onunla sonra görüşəcəyini bildirmişdir. Hadisə olan gün də, yəni 2022-ci ilin avqustun 21-də Zərərçəkmiş şəxs Hakimi yolda avtomobillə onun olduğu istiqamətə gəldiyini görərək, verdiyi sözü xatırlamış, özünə məxsus avtomobildən təkər açarını götürərək Hakimin idarə etdiyi maşını saxlatdırıb üzərinə getmişdir. Bundan qorxan Hakim qaçmağa başlamışdır. Daha sonra Hakim arxaya bir neçə dəfə çevriləndə Mikayılın dayanmadığını görmüşdür. Bundan sonra o, yerdən tapdığı dəmir parçasını götürərək özünü müdafiə etmək üçün dəmir parçası ilə Mikayılın qoluna vurmuşdur. Bundan sonra Mikayılın əlindəki təkər açarı yerə düşmüşdür. Hadisə baş verdikdən dərhal sonra polis əməkdaşları onlara yaxınlaşmış, onları polis şöbəsinə aparmışdır. Bununla da Hakimin Mikayıla tibbi yardım göstərmək üçün tibb müəssisəsinə aparmaq və ya başqa cür kömək etmək imkanı aradan qalxmışdır. Onlar polis şöbəsinə getdikdən sonra təcili tibbi yardım avtomobili gələrək Mikayılı xəstəxanaya aparmışdır. Hakim sonradan öyrənmişdir ki, Mikayılın qolu sınıb. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqəsi olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin dəmir parçası ilə ona yetirdiyi zərbə nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni mübahisənin başlanmasına səbəb olan halları, mübahisəni başlayan tərəfi, yəni nalayiq ifadələrin məhz zərərçəkmiş tərəfindən təqsirləndirilənin ünvanına bildirməsi, bunu onun iradına baxmayaraq təkrar etməsi, daha sonra da evdən qovulduqları üçün təqsirləndirilən şəxsdən acıqlı olduğundan onunla görüşmək istəməsini, sonuncu gün onu gördükdə üzərinə avtomobilində olan təkər açarı ilə getməsindən də aydın olur ki, cinayət hadisəsinin baş verməsinə səbəb zərərçəkmişin qanunsuz və əxlaqsız hərəkətləri olmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.8-ci maddəsinə uyğun olaraq cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10 yanvar 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 32 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 180 (yüz səksən) manat Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 (yüz səksən) manat Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-986/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-986/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver