Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: Məmmədli Vüsal Vüqar oğlunun, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili X2; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Xızı rayonu Altıağac qəsəbəsində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşamış, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2020-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında yerləşən dayısı Zərərçəkmiş şəxs satıcılıq etdiyi mağazanın yanından idarə etdiyi “Hyundai Sonata” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə keçərkən, Zərərçəkmiş şəxs ona söyüş söyüb, yerə tüpürüb, avtomobilin arxasınca yerdən götürüb daş parçasının atmasından qəzəblənib, aralarında uzun müddət davam edən ədavətlə əlaqədar şəxsi münasibətlər zəminində əsəbləşərək, dayısı Zərərçəkmiş şəxs “gözlə gəlirəm” deyib, avtomobillə evinə qayıdıb, evində saxladığı istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi yivsiz odlu ov silahı hesab edlilən «T Boraving 16P-0178» markalı odlu silahı götürüb, atəş açması üçün yararlı olan 1 ədəd patronu silahın patronluğuna yerləşdirmiş, piyada həmin mağazaya gəlmiş, orada Zərərçəkmiş şəxs vitrin-soyuducunun arxasında ayaq üstə durduğunu görmüş, mağazanın giriş qapısından 50 sm aralıda dayanaraq, silahı sağ əlində saxlayaraq, ayaq üstə, yuxarıdan aşağı istiqamətdə 3,40 metr məsafədən, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə ona tərəf bir dəfə atəş açmış, güllə vitrin soyuducunun yerdən 60 sm yuxarıda yerləşən şüşə hissəsinə dəymiş, nəticədə 1 ədəd 39x45 mm ölçüdə deşib-keçməsi və Zərərçəkmiş şəxs dəyməməsi nəticəsində sonuncunu öldürməkdən ibarət olan cinayətkar niyyətini başa çatdıra bilməmiş, həmin vaxt təsadüfən oradan keçən Şahid1 Təqsirləndirilən şəxs əlindən tüfəngi alarkən, onu əlləri ilə itələyərək təxminən 9 metr küçə istiqamətinə araladıqda, Zərərçəkmiş şəxs mağazada ərzaqların kəsilməsi üçün istifadə etdiyi bıçağı götürərək qəsdən onun sağ döş qəfəsinin yarısına bir dəfə zərbə vuraraq, Vİ- İX qabırğalarının qoltuqaltı xətt boyunca ekstratorakal yumşaq toxuma intensivliyində qeyri-homogen etinzematoz kölgəliklərlə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş xəsarəti yetirmiş və orada təsadüfən olan Şahid2 tərəfindən Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla dayısı Zərərçəkmiş şəxs arasında münasibətləri yaxşı olmamışdır. Belə ki, 2018-ci ildə İlham adlı şəxsin qızının toyunda dayısı Vahidlə mübahisələri olmuşdur və aralarında narazılıq yaranmışdır. 19.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 10 radələrində özünə məxsus “Hyundai Sonata” markalı avtomobillə tək işə gedərkən dayısı Zərərçəkmiş şəxs özünə məxsus mağazası ilə üzbəüz yolun əks tərəfində dayanmış və onu görəndə yerə tüpürərək onu söymüşdür. O yoluna davam edərkən, güzgüdən görmüşdür ki, Vahid avtomobilin arxasınca daş atmışdır, ancaq daş maşına dəyməmişdir. O, geri qayıdıb dayısı Vahidə demişdir ki, “gözlə gəlirəm”. Sonra evə getmiş və dayısını qorxutmaq məqsədilə özünə məxsus “Vinçester” markalı silahı götürmüş, bir ədəd patronu patron yuvasına yerləşdirmiş və evdən çıxmışdır. Onun niyyəti dayısını qorxutmaq olmuşdur. Dayısı işləyən mağazaya çatdıqda, Vahidin çöldə deyil, mağazanın içində vitrinin sağında divarın küncündə olduğunu görmüşdür. O, qorxutmaq məqsədilə Vahidin dayandığı vitrinin əks istiqamətinə silahdan bir dəfə atəş açmışdır. Patron Vahidin dayandığı yerdən solda olan vitrinin şüşəsinə dəymiş və şüşə sınmışdır. Bu vaxt qonşulardan Samir və onun qardaşı Böyükağa onlara yaxınlaşanda Samir yaxınlaşıb silahı verməyini istəmişdir, Rauf silahı Samirə verib mağazadan 9-10 metr aralanmışdır ki, bu anda Vahid ona arxadan yaxınlaşaraq bıçaqla sağ döş nahiyəsindən bir dəfə vurmuşdur. Sonra qonşular onları ayırmışlar. Böyükağa onu evlərinə aparmış, sonra polis əməkdaşları və həkimlər gələrək onu Sumqayıt Təcili Tibbi yardım xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, hadisə vaxtı onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, yalnız onu qorxutmaq məqsədilə atəş açmışdır. Törətmiş olduğu əməlindən tam peşmandır və hazırda dayısı Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Özünün almış olduğu xəsarətə görə dayısı Zərərçəkmiş şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısı Məlahətin oğludur. Onunla ədavəti təxminən 2017-ci ildə olmuşdur. Belə ki, oğlu Kənanın arvadı Bağdagül Rauf ilə telefonla danışarkən həyat yoldaşı eşidib xəbər verdikdə, Kənan gəlini Bağdagülü aparıb atası evinə qoymuşdur. Bundan sonra bir neçə dəfə aralarında mübahisə olmuşdur. 19.09.2020-ci il tarixdə işlətdiyi mağazada alıcı olmadığından saat 10 radələrində mağazanın qarşısında bayıra çıxıb dayandığı vaxt Rauf avtomobillə yol ilə keçərkən avtomobilin içərisindən ona tərəf baxıb, gülümsəyərək başını sağa tərəf yellədikdə, o da onun hərəkətinə cavab olaraq yerə tüpürmüşdür. Rauf çıxıb getmiş, təxminən 10 dəqiqədən sonra yenidən avtomobili ilə qayıdaraq öz evlərinin qarşısında avtomobilini saxlamışdır. Avtomobilindən düşərək ona “gözlə gəlirəm”deyib evlərinə girmişdir. Bu vaxt telefonuna zəng gəldiyindən mağazaya girib telefonu qulağına tutmaq istədikdə Raufu mağazanın qarşısında görmüşdür. Raufun əlindəki silahı işə salaraqona tərəf atəş açmışdır. O, atəşdən yayınmaq üçün soyuducu vitrinin arxasına əyilmişdir. Raufun silahdan atdığı atəş nəticəsində güllə soyuducunun şüşəsinə dəyərək şüşələr sınmışdır. Rauf silahı yenidən işə salaraq onu vurmaq istədiyi üçün o, özünü qorumaq məqsədilə kolbasa kəsmək üçün vitrində saxladığı bıçağı götürüb tez mağazadan bayıra çıxmış və özünü müdafiə etmək üçün Raufa tərəf bıçağı fırlatmış və bıçaq onun hansısa nahiyəsinə dəymişdir. Həmin vaxt oradan keçən qəsəbə sakini Şahid1 avtomobilini saxlayıb düşüb gələrək Raufun əlindən silahı almış, bundan sonra Samirin qardaşı Böyükağa isə onu mağazanın içərisinə salmışdır. Onlardan biri Raufun əlindən silahı almışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı maddi və mənəvi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, etdiyi hərəkətə görə onu bağışlamış və onlar barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19.09.2020-cı il tarixdə səhər saatlarında yoldaşını və uşaqlarını götürüb Xızı mərkəzi xəstəxanasına aparmaq üçün minik avtomobili ilə Altıağac qəsəbəsi M.Müşfiq küçəsi ilə Xızı rayonu istiqamətində yola çıxmışdır. Həmin yolla gedəndə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs adlı şəxsin qəsəbə ərazisində yerləşən ona məxsus ərzaq mağazasının qarşısında onun bacısı oğlu Raufun əlində tüfəng mağazanın qapısının qarşısında dayanıb mağazaya baxdığını görmüşdür. O, Raufla Vahidin münasibətinin yaxşı olmadığını bildiyindən, maşını mağazanın qarşısında saxlamış və nə olduğunu öyrənmək üçün mağazaya tərəf getmişdir. Orada Raufu mağazadan kənara itələmiş və silahı onun əlindən almışdır. Bu vaxt qardaşı Şahid2 də mağazanın yanındakı ara yoldan mağazaya tərəf gəlmişdir. O, tüfəngi qardaşı Böyükağaya vermiş və Raufu evlərinə aparmasını ona tapşırmışdır. Raufun yaşadığı ev həmin mağazadan təxminən 50 metr məsafədə yerləşir. Daha sonra maşınına əyləşib oğlunu rayon xəstəxanasına gətirmək üçün yoluna davam etmişdir. Şahid1 həmçinin ifadəsində əlavə olaraq göstərdi ki, o, avtomobildən düşüb Raufa yaxınlaşaraq Raufun əlindəki tüfəngdən yapışıb özünə tərəf çəkmiş və Raufu oradan uzaqlaşdıranda Rauf ona demişdir ki ”çəkil qırağa”. Lakin Raufu itələyə-itələyə 5-6 metr itələdikdə qardaşı Böyükağanı görmüş və 4-5 metr aralıda Vahidi görmüşdür. Qardaşı Böyükağa da Vahidi əlləri ilə tutub dükana salmış, sonra geri qayıtmışdır. Raufun evinin yanında Böyükağa onlara yaxınlaşanda tüfəngi Böyükağaya vermişdir. Xatırladığı qədər sağ tərəfində Rauf demişdir ki, deyəsən Vahid onu vurub, paltarı islanıb, o, Raufun paltarında islanmış qan ləkələri görmüşdür. Sonra Raufu qardaşı Böyükağaya təhvil vermiş, özü isə yoluna davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19.09.2020-ci il tarixdə təxminən saat 10 radələrində evdən çıxıb Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazası tərəfə gəlmişdir. Mağazanın qarşısındakı asfalt yola çatdıqda qardaşı Samirin VAZ-2107 markalı avtomobilinin yolun sağ tərəfində Vahidin mağazasının qarşısında dayandığını, avtomobildə onun ailə üzvlərinin olduğunu, avtomobildən 5-6 metr aralıda isə qardaşı Samirin Raufla üzbəüz duraraq onun əlində olan silahı əlindən almaq istədiyini və onu itələyə-itələyə öz evlərinə apardığını, onlardan 1,5 metr aralıda isə Vahidin əlində bıçaq Rauf tərəfə getdiyini görmüşdür. O, yüyürə-yüyürə tez özünü Vahidə çatdırıb onun arxasından tutub öz mağazası tərəfə itələyə-itələyə aparmışdır. Vahidi mağazanın içərisinə salmış və Samirlə Rauf tərəfə qayıtmışdır. Bu zaman Samir Raufun əlindən silahı almışdır, o, Raufu itələyəndə Rauf demişdir ki, “Vahid deyəsən məni vurub”. O, tüfəngi alıb onların qarajlarının içində olan yerə atmışdır. Aradan bir müddət keçəndən sonra polislər gəlmiş və Raufu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və yaşadığı evlə Raufun evi eyni həyətdə yerləşir, arada 40-50 metr məsafə var. Raufun yaşadığı evdən 1 ev aralıda həyat yoldaşı Məlahətin qardaşı Zərərçəkmiş şəxs evi və mağazası yerləşir. 19.09.2020-ci il tarixdə işdə olduğu vaxt təxminən səhər saat 11 radələrində qəsəbə sakinlərindən biri işlədiyi yerdən keçərkən məlumat vermişdir ki, oğlu Raufu dayısı Vahid bıçaqlayıb. O, tez evə qayıtmış və evin həyətinə daxil olduqda orada polis əməkdaşlarının, qonşuların yığıldığını görmüşdür. Rauf ona demidir ki, dayısı Zərərçəkmiş şəxs ona bıçaqla xəsarət yetirib. Ondan Vahidin yanında nə işi olduğunu soruşduqda, Rauf başını aşağı salıb ona demişdir ki, “məni söyür, hər yerdə təhqir edir, ona görə onu qorxutmaq istədim ki, məndən əl çəksin”. Bir neçə dəqiqə sonra Raufu polis əməkdaşları xidməti avtomaşınla Xızı mərkəzi xəstəxanasına aparmışlar. Şahid3 həmçinin ifadəsində göstərdi ki, oğlu Rauf təxminən 3-4 il bundan əvvəl Zərərçəkmiş şəxs gəlini Bağdagüllə telefonla danışarkən bundan xəbər tutmuş və Bağdagülü aparıb öz valideynlərinin evinə yerləşdirmişlər. Elə bu vaxtdan da Vahidlə onların arasında narazılıq yaranmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar və aralarında heç bir inciklik və narazılıq qalmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bacısının baldızıdır və uşaq vaxtından bir-birlərini tanımışlar. 2014-cü ildə Zərərçəkmiş şəxs oğlu Elnur ilə nişanlanmış, 2016-cı ildə isə el adətilə toy edərək, rəsmi nikaha daxil olmuşlar. Toy olandan sonra Elnurla Altıağac qəsəbəsində onun ailəsilə yaşadığı evdə yaşamağa başlamışlar. Toydan sonra da Elnurla ailə kimi münasibətləri yaxşı idi, hər şey qaydasında idi. Ailə həyatı qurandan sonra da Raufla əvvəllər olduğu kimi telefonla danışmış, hal-əhval tutmuşdur, ondan valideynlərini xəbər almışdır. Yoldaşı Elnur onunla danışıqlarından xəbər tutmuş və bu onun xoşuna gəlməyib, mübahisələri yaranmışdır. Təxminən bu söhbətdən 3-4 gün sonra Elnur gətirib onu Tağıyev qəsəbəsinə ailəsinin yaşadığı evə qoymuşdur. Bundan sonra ümumiyyətlə əlaqəni kəsmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid9 da Şahid7 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Raufun bacısının baldızı qızı Bağdagül də onlara gəlib getmiş, Bağdagüllə Rauf uşaqlıq vaxtlarından ailəvi dost olmuşlar. Bağdagül sonradan 2017-ci ildə öz dayısı oğlu ilə ailə qurmuş, heç 3 ay keçməmiş qaynanası onunla yola getməmiş, Raufla Bağdagülün adına söz çıxarmışdır ki, guya onlar yaxındırlar. Bağdagülün yoldaşı Elnur bu söhbətdən sonra onu gətirib atası evinə qoymuş, lakin bu söhbətlərin heç bir əsası olmamışdır. Həmin vaxtdan Raufun dayısı Vahidlə münasibətləri pisləşmişdir. 19.09.2020-cii l tarixdə səhər saatlarında Raufun çantasını yığmış, Rauf işə getmək üçün evdən çıxmış, üstündən təxminən 10 dəqiqə keçməmiş Rauf üstü-başı qan içində həyətə girmiş, evə girib nə olduğunu danışmağa başlamışdır. Onun dediyinə görə Rauf maşınla mağazanın qarşısından keçəndə Vahid ona söyüşlər söyüb, maşının arxasınca tüpürüb, əlində daş maşının arxasınca atmışdır. Rauf da onu qorxutmaq üçün gəlib evdən silah götürüb gedib mağazada onun dayandığı tərəfə yox, başqa istiqamətə bir dəfə atəş açmışdır. Vahid mağazadakı bıçağı götürüb onun üstünə gələrək ona vurmuşdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xızı rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində işləyir. 19.09.2020-ci il tarixdə xidmətdə növbədə olarkən növbətçi hissədən 102 xidməti zəng mərkəzindən səhər saat 10-11 radələrində Altıağac qəsəbəsində odlu silahdan atəş açılması barədə məlumat daxil olmuşdur. Məlumat üzrə dərhal Xızı RPŞ-nin İQ-nun müstəntiqi Şahid6, Xızı RPŞ-nin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru Orxan, PPX axtomobilinin sürücüsü Eyvaz Əzimovla birlikdə PPX xidməti avtomobili ilə Altıağac qəsəbəsinə hadisənin olduğu yerə getmişlər. Təxminən 15 dəqiqəyə Altıağac qəsəbəsində yolun Xızı-Altıağac istiqamətində sağ tərəfdə yerləşən ərzaq mağazasının qarşısına çatmışlar. Mağazanın qarşısına çatanda orada həmin mağazanın sahibi Vahid adlı şəxs və 1-2 nəfər qonşu olmuşdur. Mağazanın içərisinə girdikdə soyuducu-vitrinin qabaq hissəsindəki şüşənin üzərində sınıqlar görmüşlər. Bundan əlavə soyuducunun içində araq butulkaları qırılmışdır. Vahiddən bu barədə soruşduqda o, demidir ki, bunu Rauf etmişdir. Belə ki, mağazanın girişində bayırda dayanıb və bir dəfə içəriyə tərəf silahdan atəş açıbdır. Raufun yaşadığı evə getdikdə Rauf sinə hissəsini əli ilə tutaraq bayıra çıxmışdır. Rauf əsəbi şəkildə demidir ki, Vahid bıçaqla məni bir dəfə vurub. Onu PPX xidməti avtomobilinə əyləşdirib Xızı mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22.09.2020-ci il tarixli, 43 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir; 19.09.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22.02.2021-ci il tarixli, 23/2021 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sağ Vİ-İX qabırğaların qoltuqaltı xətt boyunca ekstratorakal yumşaq toxuma intensivliyində qeyri- homogen emfizematoz kölgəliklərlə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin o cümlədən bıçaqla vurulan birbaşa zərbə təsirindən qərarda göstərilən 19.09.2020-ci il tarixdə törənmiş,dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-ballsitik və məhkəmə-trasoloji ekspertizasının 26.10.2020-ci il tarixli, 3/1223;1224;1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 2016-cı ildə Türkiyədə, zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, “Vinçester” tipli, 12 kalibrli, “T Boravving” modelli, 16P-0178 nömrəli, pompalı, təklüləli tüfəngdir, detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir – yivsiz odlu ov silahıdır. Həmin tüfəng saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, atəş açılması üçün tətiyinə 5 kq qüvvə ilə təsir etmək tələb olunur və çaxmağını döyüş vəziyyətinə keçirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş 1 ədəd metal predmetdən və 3 ədəd metal qırıntısından a) 1 ədəd metal predmet – 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir “Brenneke” tipli güllədir; b) 3 ədəd metal qırıntısı – həmin tip güllənin atəş zamanı bərk hədəfə dəymə nəticəsində parçalanmış qırıntılarıdırlar və döyüş sursatı hesab edilmirlər. Həmin güllə və güllə hissələri parçalanıb qırıntılara ayrıldıqlarına və zədə kənarlarında vahid bölünmə xəttini göstərə bilən fərdi əlamətlər olmadığına görə onların atəşdən əvvəl eyni bir güllənin hissələrini təşkil edib-etmədiklərini, eləcə də üzərlərində hər hansı zavod işarəsi olmadığından, güllə və güllə hissələrinin harada hazırlandıqlarını, o cümlədən tədqiqata təqdim edilmiş 1 ədəd tıxacla eyni bir zavodda istehsal edilib-edilmədiklərini , habelə müvafiq elmi metodika olmadığı üçün onların nə vaxt atıldıqlarını və atəşdən əvvəl bilavasitə təqdim edilmiş 1 ədəd tıxacla eyni bir patrona doldurub doldurulmadıqlarını müəyyən etmək mümkün deyildir. Təyinatlarına uyğun olaraq həmin güllə və güllə qırıntılarının təşkil etmiş olduqları 12 kalibrli “Brenneke” tipli güllənin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə təqdim edilmiş, 12 kalibrli “T Boraving” modelli, 16 P-0178 nömrəli ov tüfəngindən də atəş açılması mümkündür və həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan , zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə atılan güllələr təxminən 1000 metr məsafəyə uça və həmin məsafədəki hədəfə müvafiq zədə yetirə bilərlər, lakin təqdim olunmuş güllə və güllə qırıntılarının üzərlərində atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə onların təqdim edilmiş 12 kalibrli “T Boraving” modelli, 16 P-0178 nömrəli ov tüfəngindən , yaxud başqa hansısa konkret bir silahdan atılıb atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd plastmas predmet – 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlı ayrılmış hissəsidir – “konteyner” tipli polietilen tıxacdır və döyüş sursatı hesab edilmir, lakin üzərindəki zavod işarələri məhv olduğuna görə tıxacın harada hazırlandığını, o cümlədən tədqiqata təqdim edilmiş 1 ədəd güllə və 3 ədəd güllə qırıntıları ilə eyni bir zavodda istehsal edilib edilmədiklərini, habelə müvafiq elmi metodika olmadığı üçün tıxacın nə vaxt atıldığını və atəşdən əvvəl onun bilavasitə təqdim edilmiş 1 ədəd güllə və 3 ədəd güllə qırıntıları ilə eyni bir patrona doldurulub doldurulmadığını müəyyən etmək mümkün deyildir. Təyinatına uyğun olaraq həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə edilməklə təqdim edilmiş, 12 kalibrli “T Boraving” modelli, 16 P-0178 nömrəli ov tüfəngindən də atış açlması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə onun təqdim edilmiş “T Boraving” modelli, 16 P-0178 nömrəli ov tüfəngindən yaxud başqa hansısa konkret bir silahdan atılıb atılmadıqlarını, eləcə də bilavasitə hədəfə zədə yetirmək təyinatına malik olmadığı üçün atəş zamanı tıxacın hədəfə hansı məsafədə hansı xarakterili zədə yetirdiyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş iki ədəd quru vəziyyətdə olan pambıq tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Digər üç ədəd üzərində şüşə qırıntıları olan pambıq tamponlar nəm vəziyyətdə olduğundan onların tədqiqatını aparmaq öz əhəmiyyətini itirir və bu səbəbdən onların üzərində atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərini aşkar etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərindəki zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də aiddir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27.11.2020-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmadı. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07.12.2020-ci il tarixli, 797/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş mayka, köynək üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə , o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 08.01.2021-ci il tazrixli, 23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona gələcəkdə təyin olunacaq cəzanl çəkməyə mane olan hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. R.D. Fərzəliyev emosionallıq, kobudluq, qıcığa qarşı tez reaksiya vermək kinlilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. R.D. Fərzəliyevin əqli inkişafında gerilik əlamətləri müşayiət olunmadı. R.D. Fərzəliyev əqli və psixi inkişafının xüsusiyyətlərinə görə 19.09.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. R.D. Fərzəliyev 19.09.2020-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraqöz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. R.D. Fərzəliyev 19.09.2020-ci il tarixdə cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiyası ilə əlaqədar olmuşdur. R.D. Fərzəliyev 19.09.2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş əlavə məhkəmə-ballsitik ekspertizasının 19.03.2021-ci il tarixli 3/384;385 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Vinçester” tipli, 12 kalibrli, “T boraving” modelli, 16P-0178 nömrəli, pompalı, təklüləli, yivsiz odlu ov tüfənginin sandıqçası – uzunluğu 76 mm olan, 12 kalibrli 4 ədəd patron tutumuna malikdir və silah atəşə hazırlanarkən həmçinin 1 ədəd patron da əlavə olaraq bilavasitə onun patronluğuna doldurula bilər və bir dəfəyə həmin silaha 5 ədəd patron doldurmaqla o atəşə hazırlana bilər. Tədqiqata təqdim edilmiş soyuducunun şüşəsi ön səthində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədənin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə, keçirilmiş istintaq eksperimenti və baxışın nəticələrinə əsasən, həmin zədə odlu ov tüfəngindən açılan bir atəş nəticəsində silahın lüləsindən 3,40 metr məsafədən, yuxarıdan aşağıya doğru istiqamətdə yetirilməyə uyğun gəlir. Belə zədə təqdim edilmiş ov silahından açılan atəşdən də yarana bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, onu qorxutmaq niyyəti ilə onun dayandığı istiqamətdə deyil, əks istiqamətdə odlu silahdan atəş açdığını göstərsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, xüsusilə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhz onun istiqamətində atəş açması barədə vermiş olduğu ifadəsi ilə tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada Zərərçəkmiş şəxs qorxutmaq istədiyi halda, həmin qorxunu həyata keçirmək üçün odlu silahdan deyil, digər insan həyatı üçün məhvedici qüvvəyə malik olmayan vasitə və alətlərdən istifadə etmək imkanı olduğu halda, təyinatı canlı qüvvəni məhv etməyə yönəlmiş odlu silahı zərər çəkmiş şəxsə tuşlayaraq atəş açması, onun əsl niyyətinin məhz zərər çəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəldiyini, lakin güllənin zərər çəkmiş şəxsin atəşdən yayınmaq üçün arxasında gizləndiyi piştaxtaya dəyməsi nəticəsində özündən asılı olmayan səbəbdən niyyətini başa çatdıra bilməməsini tam təsdiq edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə ifadəsini ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşadığı yerdən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsaəsn onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ailə vəziyyətini, himayəsində iki azyaşlı övladının olması, zərər çəkmiş şəxslə barışması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməldən peşmançılıq çəkməsi, yaşadığı yerdən müsbət xarakterizə olunması kimi halları müstəsna hallar kimi qiymətləndirməklə, hesab edir ki, onun barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə, təqsirli bilindiyi CM-nin 29,120.1-ci maddəsinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də aşağı cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xızı rayon Məhkəməsinin 21.09.2021-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19.09.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı atəş açdığı və iş üzrə maddi sübut kimi tanınmış “T Boraving” markalı “16 P-0178” nömrəli yivsiz odlu ov silahı bilavasitə cinayətin törədilməsində istifadə olunduğundan xüsusi müsadirə edilməklə dövlət nəfinə müsadirə olunmalıdır. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Xızı rayon prokurorluğunun arxivində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək və 1 ədəd mayka təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 560 manat (beş yüz altmış) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Xızı rayon prokurorluğunun arxivində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək və 1 ədəd mayka təsərrüfat təyinatını itirdiyindən məhv edilsin. Maddi sübut kimi tanınmış – Xızı rayon prokurorluğunun arxivində saxlanılan bir ədəd “T Boraving” markalı “16 P-0178” nömrəli yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 560 manat (beş yüz altmış) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-987/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-987/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver