Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tahir oğlu, müdafiəçi ––“Mirzəyev və Partniyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Quşçuluq Sovxozu, nömrəsiz fərdi tikilidə kirayədə yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metafetamin əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2021-ci il tarixdə "xxxx" QSC-nin “Koroğlu” stansiyasına gəlmiş, həmin vaxt tibbi maskadan düzgün istifadə etmədiyi üçün "xxxx"ndə Polis Şöbəsinin PPXB-nün əməkdaşı Şahid3 Etibar oğlu tərəfindən saxlanılaraq şəxsiyyəti portal sistemi vasitəsi ilə yoxlanılan zaman Xətai RPİ-si tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə axtarışda olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi üçün ünvan 1 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda həmin gün saat 15:10 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sağ ayağında olan qara rəngli corabın içərisində 5 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.595 qram, 0.290 qram, 0.479 qram, 0.344 qram, 0.239 qram və 1 ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0.046 qram, ümumi çəkisi külli miqdar təşkil edən 2.083 qram olan qəhvəyi rəngli tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, sol ayağğında olan qara rəngli corabın içərisində 2 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə ayrı-ayrılıqda 0.234 qram və 0.353 qram, ümumi təmiz çəkisi 0.587 qram olan ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir, lakin, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. O, xəstə olduğu üçün onda olan ağrılar zamanı həmin narkotik vasitəni tapıb almaq məcburiyyətində olmuşdur. Bu məqsədlə də 09 sentyabr 2021-ci il tarixdə tanımadığı şəxsdən öz istifadəsi üçün az miqdarda heroin almış, səhəri günü 10 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb metronun «Koroğlu» stansiyasına gəlmişdir. Metronun «Koroğlu» stansiyasına daxil olmamışdan əvvəl cibində olan narkotik vasitəni corabının içində gizlətmiş və metroya daxil olmuşdur. Metroda tibbi maskadan düzgün istifadə etmədiyi üçün polis əməkdaşı ona yaxınlaşıb adını portala daxil etmiş və ona X14 İdarəsi tərəfindən axtarışda olduğunu bildirmişdir. Polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşı ilə birlikdə Metropoliten polis şöbəsinə gəlmşdir. Metropoliten polis şöbəsində olan zaman o, özü narkotik vasitələrin aludəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan narkotik vasitəni çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunda kiçik inspektoru vəzifəsində xidmət edir. 10 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı Metropolitenində Polis Şöbəsində işdə olmuşdur. Həmin vaxt metronun «Koroğlu» stansiyasında xidmətdə olan polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq şəxsiyyəini müəyyən edərkən onun Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olduğunu bilmişlər. Sonra Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman narkotik maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və metamfetamin olmasını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Firuz Qəhrəmaov corabının içərisindən sellofan kəsiyini masanın üzərinə qoyaraq həmin bükümlərdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroinin və metamfetaminin ona məxsus olmasını, həmin maddələri bir gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid X6 ifadəsində qeyd etdiklərini özünə aidə hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 6/3994-№-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: Qəhrəmanov» yazısı olan paketdəki 5 (beş) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qr, 0,290 qr, 0,479 qr, 0,344 qr, 0,329 və 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,046 qr, ümumi 2,083 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,234 qr, 0,353 qr, ümumi təmiz çəkisi 0,587 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulia hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metmfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş Ambulator X2 ekspertizanın 15 noyabr 2021-ci il tarixli 4491-№-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş 10 sentyabr 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 15:10 radələrində Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində şübhəli şəxs qismində qərarla tutulmuş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə olunmaqla dəvət olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ona üzərində olan qeyri-qanuni əşya və predmetləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ ayağında olan qara rəngli corabın içərisindən 5 ədəd şəffaf sellofan kəsiyi bükümü və 1 ədəd ağ rəngli kağız kəsiyi və sol ayağında olan qara rəngli corabın içərisindən 2 ədəd şəffaf sellofan kəsiyini masanın üzərinə qoyaraq həmin bükümlərdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroinin və metamfetaminin ona məxsus olmasını, həmin maddələri 09.10.2021-ci il tarixdə internet vasitəsi ilə 100 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd bükümlər açılmışdır. Həmin bükümlərin 06 ədədinin içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitə heroinə bənzər, 02 ədədinin içərisində ağ rəngli kristal şəkilli kütlələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi səkkiz ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 37 saylı «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Keçirilmiş axtarış və götürmə barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkiliş zamanı əldə olunmuş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş 11 sentyabr 2021-ci il tarixli «DVD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10.09.2021-ci il tarixli «şəxsi axtarış və götürülmə keçirilməsi haqqında» protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu sağ ayağında olan qara rəngli corabın içərisində 5 ədəd şəffaf sellofan kəsiyi bükümü, 1 ədəd ağ rəngli kağız kəsiyi bükümü və sol ayağında olan qara rəngli corabın içərisində 2 ədəd şəffaf sellofan kəsiyində olan bükümləri masanın üzərinə qoyaraq bükümlərin içərisində «patı», yəni psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin olmasını, həmin metamfetaminin və heroinin ona məxsus olmasını, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 09.09.2021-ci il tarixdə internet sosial şəbəkəsində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən 1 ədəd «DVD» diskə köçürülmüş videogörüntülər işin faktiki hallarını əks etdirdiyindən həmin disk iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qr, 0,290 qr, 0,479 qr, 0,344 qr, 0,329 və 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,046 qr, ümumi 2,083 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,234 qr, 0,353 qr, ümumi təmiz çəkisi 0,587 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi ekspertiza nəticəsində heroinin 1,903 qram qalığı, metamfetaminin 0,527 qram qalığı saxlanılması üçün Bakı Metropolitenində Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 23.10.2021-ci il tarixli "xxxx" MMC-nin məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi +**********23 saylı mobil telefon nömrəsinə +**********18 saylı mobil telefon nömrəsindən +**********69 saylı mobil nömrədən +**********64 saylı mobil nömrədən və s. Nömrələrlə sms yazışmaları və danışıqlar müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, 23.10.2021-ci il tarixli "xxxx" MMCnin məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon sms yazışmaları və digər istintaq sənədləri ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odu ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri ibtidai istintaq zamanı və məhkəmə iisintaqı zamanı şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə o, həmin narkotik vasitələrin və psixatrop maddələrin ayrı-ayrı çəkib bükümlərə yerləşdirməsi onun həmin narkotik və psixatrop maddələri satış məqsədi ilə əldə eməsini göstərir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 11,12.20147ci il tarixli, 1(011)-327/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 10 gün müddətinə azadlıqdan əhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 10.01,2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qüvvədə olan Cinayət Məcəllənin 83.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı Metropolitenində Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd ağ kağız bükümdə qalıq çəkisi 1,903 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 2 (iki) ədəd şəffaf polietilen bükümdə, qalıq çəkisi 0,527 qram pmixatrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partniyorları” Vəkil Bürosunun vəkili X5 132 (yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Mirzəyev və Partniyorları” Vəkil Bürosunun vəkili X5 132 (yüz otuz iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Bakı Metropolitenində Polis Şöbəsində saxlanılan, 5 (beş) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd ağ kağız bükümdə qalıq çəkisi 1,903 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 2 (iki) ədəd şəffaf polietilen bükümdə, qalıq çəkisi 0,527 qram pmixatrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-987/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-987/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver