Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 21 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci ildə saat 21 radələrində +**********58 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "Telegram" ani mesajlaşma tətbiqi vasitəsi ilə "Azad həyat" reabilitasiya mərkəzinin rəhbəri Şahid1 istifadəsində olan +**********49 mobil telefon nömrəsinə səsli mesaj göndərərək, həmin mərkəzdə müalicə aldığı zaman ona qarşı haqsızlıq edilməsinə aydınlıq gətirmək üçün sonuncu ilə görüşmək istəməsini bildirib, bu məqsədlə həmin gün saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli ünvanda yerləşən "Biz Bizə" restoranının qarşısında Şahid1la görüşən zaman, həmin vaxt sonuncu ilə birlikdə qeyd edilən yerə gəlmiş "Azad həyat" reabilitasiya mərkəzində təlimatçı işləyən Zərərçəkmiş şəxs onun üzünə baxıb gülməsini bəhanə edib heç bir hüquqi və taktiki əsas olmadan xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs qarnının sol yan-arxa səthinə qəsdən bir dəfə vuraraq, sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol böyrəyin zədələnməsi ilə müşaiyət olunan qarnın sol yan-arxa divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona şər-böhtan atırlar. Belə ki, o, müharibə vaxtı narkotik vasitələr qəbul etmiş, buna görə də müharibədən sonra narkotikdən əziyyət çəkmişdir. O, bununla bağlı bloger Nail Kəmərlinin «Youtube» kanalına çıxmış və Naildən müalicə olunmağını xahiş etmişdir. Nail də onu reabilitasiya mərkəzinə gətirmiş, orada müalicə olunmuşdur. Reabilitasiya mərkəzində olduğu vaxt orada müalicə olunan başqa bir pasiyentin yanına həyat yoldaşı gəlmişdir. Pasiyent həyat yoldaşına onu göstərərək, Ruslanın da burada olduğunu, onun da müalicə alıb sağaldığını demiş və onu yanına çağırmışdır. O da, həmin pasiyentin həyat yoldaşına ürək-dirək verərək narahat olmamağı bildirmişdir. Bundan sonra mərkəzdə onun adına söz çıxarılmışdır ki, guya o, həmin oğlanın yaxşı oğlan olmadığı və arvadını onunla tanış etdiyini bildirmişdir. Bundan sonra Bəxtiyar onu otağına çağırmış və orada ayaqqabısını çıxarıb onun başına vurmuşdur. Bundan sonra o, özünü təhqir olunmuş hesab etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs müharibədən əvvəl də narkotik vasitələrdən istifadə etdiyini, sonradan 5 aydan artıq müddətdə müalicə olunduğunu, mart ayının 18-də reabilitasiya mərkəzinə getdiyini, özünün həmişə bıçaqla gəzdiyini, Bəxtiyara bir bıçaq zərbəsi vurduğunu, hadisə günü Həmidin yanında Bəxtiyarı görəndən sonra onların onu vuracaqlarını fikirləşdiyini, reabilitasiya mərkəzində olanda Bəxtiyarın ona qarşı alçaldıcı hərəkətlər etdiyini, mərkəzdə olanda Fuadla Bəxtiyarın onu vurduqlarını, Fuadın orada məsləhətçi işlədiyini, Bəxtiyarın hərəkətlərini Həmidə də bildirdiyini, döyüləndən 15 gün sonra Həmidin ora gəldiyini, həmin vaxt onun qaşının çapılmış, sifətinin isə şişmiş vəziyyətdə olduğunu, sonuncu dəfə hadisədən 3-4 ay əvvəl reabilitasiya mərkəzində döyüldüyünü, hadisə yerinə gələndə onların çox olduğunu bildiyini, Həmidi hadisə yerinə özünün çağırmadığını, Həmid gəlməmişdən əvvəl tək olduğunu ona bildirdiyini, hadisədən bir müddət əvvəl özünün Bəxtiyara zəng edərək dəniz kənarına gedib bir yerdə çay içdiklərini və danışıb söhbət etdiklərini, birlikdə şəkil çəkdirdiklərini, həmin vaxt deyib-gülüb zarafatlaşdıqlarını, törətdiyi əməldən peşmanlıq hissi keçirdiyini məhkəməyə bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, 2015-ci ildə psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. 2015-2019-cu illərdə 3 dəfə Narkoloji mərkəzdə müalicə almışdır. Həmin ilin aprel ayında onun psixi vəziyyəti pisləşdiyi üçün Maştağa qsəbəsində yerləşən 1 saylı Respublika Psixiatrik Xəstəxanasına yerləşdirilmiş, həmin şöbədə 9 ay intensiv müalicə almış və 27 dekabr 2019-cu ildə müalicəsi bitdiyi üçün xəstəxanadan evə göndərilmişdir. Bundan sonra da metamfetamin qəbul etməyə davam etmişdir. 28 sentyabr 2020-ci ildə ikinci Qarabağ döyüşlərinə cəlb olunmuş və həmin vaxtlar pramidol qəbul etmişdir. Həmin döyüşlər zamanı o, Kəlbəcər və Tərtər rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. O, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 25 dekabr 2020-ci ildə o, hərbi xidmətdən tərxis olunmuş, bundan sonra isə narkotik vasitə heroini iynə vasitəsi ilə damara vurmaqla qəbul etmişdir. 2021-ci ildə anası Selyan Qarayeva yaşadığı evi satmış, bundan sonra onların arasında narazılıq yaranmış və o, ayrı yaşamaq qərarına gəlmişdir. Bundan sonra o, 2020-ci ildə tanış olduğu Xalidə Dadaşovanın yaşadığı Sumqayıt şəhərində olan evində yaşamağa başlamışdır. 2021-ci ildə Maştağa qəsəbəsində yerləşən Narkoloji mərkəzdə 2 dəfə müalicə almış lakin müalicə olunsa da, narkotik vasitə heroni tərgidə bilməmişdir. Buna görə də, bloger Nail Kəmərliyə müraciət etmişdir. Nail Kəmərli ondan müsahibə götürüb “YouTube” sosial şəbəkədə paylaşmışdır. 08 mart 2022-ci ildə Nail Kəmərli onu Maştağa qəsəbəsində yerləşən Narkoloji mərkəzə aparmış və orada 10 gün müddətində müalicə almışdır. 18 mart 2022-ci ildə Narkoloji mərkəzdə müalicəsi qurtarmış və həmin günü Nail Kəmərli onu Badamdar qəsəbəsində yerləşən “Azad həyat” reabilitasiya mərkəzinə yerləşdirmişdir. O, həmin reabilitasiya mərkəzində bir ay müalicə aldıqdan sonra müalicəsini davam etdirilməsi üçün Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Azad həyat” reabilitasiya mərkəzinin yeni açılmış filialına yerləşdirilmişdir. Həmin reabilitasiya mərkəzinin rəhbəri Həmid adlı şəxs olmuşdur. 2022-ci ilin iyun ayında müalicə alan zaman reabilitasiya mərkəzində təlimatçı işləyən Cavid adlı şəxs onu mərkəzin rəhbəri Həmidin otağına çağırmışdır. O, Həmidin otağına getmiş və görmüşdür ki, Həmid baş tərəfdə stulda əyləşmiş, Həmiddən başqa mərkəzdə təlimatçı işləyən Şamil Rəcəbli, Faud, Cavid, Bəxtiyar, təlimatçı köməkçisi İlkin və müalicə alan Azər adlı şəxs durmuşlar. Təlimatçı işləyən Fuad onun yanına gəlmiş və heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söymüş və onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Həmin vaxt təlimatçı işləyən Bəxtiyar da gəlib yumruqla onun sifət nahiyəsindən vurmuş və onun sol qaşının üstü partlamışdır. Qeyd olunan şəxslər onu tutmuş və Bəxtiyar ayağında olan şəpidi çıxarıb başından vurub demişdir ki, «sən peysərsən». Bundan sonra o, əsəbləşib səs-küy salmış və müalicə alan şəxslər onun döyülməsinə etiraz etmişlər. Bundan sonra Həmid və Bəxtiyar gəlib ondan üzr istəmiş və onu şirin söhbətə tutub sakitləşdirmişlər. O, sakitləşmədiyi üçün onu Badamdar qəsəbəsində yerləşən “Azad həyat” reabilitasiya mərkəzinə yerləşdirmişlər. 02 sentyabr 2022-ci ildə oradan çıxmışdır. Bundan sonra o, narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, idmanla məşğul olmağa başlamışdır. 20 oktyabr 2022-ci ildə saat 21 radələrində o, mobil telefonunda olan “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə Həmidə səsli mesaj göndərmişdir ki, ona qarşı haqsızlıq edibsən, ondan narazıdır. Bundan sonra Həmid “Telegram” sosial şəbəkəsi vasitəsi ilə ona zəng vurub demişdir ki, nə deyirsən, sözün var üzünə de, istəyirsən gəl Bakı şəhəri, Nərimanov rayonunda yerləşən metronun “Nəriman Nərimanov” stansiyasanın yanına görüşüb söhbət edək. O, Həmidə demişdir ki, istəyirsən Nizami rayonunda olan “Biz Bizə” restoranın qarşısına gəl, görüşək. O, özünü müdafiə etmək üçün 15 gün əvvəl Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında bir kişidən açılıb-bağlanan, gövdə hissəsinin bir tərəfi yaşıl, digər tərəfi qara olan, açılanda 21,5 sm olan bıçağı götürüb şalvarın cibinə qoymuşdur. Həmin gün saat 21:30-da o, Sumqayıt şəhərindən Bakıya gəlmiş, taksi ilə Qara Qarayev prospektində olan “Biz Bizə” restoranın qarşısına gəlib arxa tərəfinə keçib Həmidi gözləməyə başlamışdır. Həmin vaxt “Azad həyat” reabilitasiya mərkəzində təlimatçı işləyən Emil adlı şəxs onun yanına gəlmiş, Həmidin onu “Biz Bizə” restoranın qarşısında gözlədiyini bildirmişdir. Emil qabaqda, o isə, Emilin arxasınca getmiş və “Biz Bizə” restoranın içindən keçib restoranın qarşısına gəlmişlər. Orada görmüşdür ki, Emil, Həmid və reabilitasiya mərkəzində təlimatçı işləyən Bəxtiyar durmuşlar. Həmin vaxt Bəxtiyarın ona baxıb güldüyünü görmüş, buna görə Bəxtiyarın əvvəlki hərəkətləri yadına düşmüş, Bəxtiyara qarşı əsəbləşmiş və onlara salam vermədən şalvarın cibində olan açılıb-bağlanan bıçağı çıxarıb açmış və Bəxtiyarın yanına gedib sağ əlində olan bıçaqla Bəxtiyarın sol tərəfdən böyrək hissəsinə vurmuşdur. Bundan sonra Bəxtiyar ondan uzaqlaşmış və o da, Bəxtiyarın arxasınca getmişdir. Bəxtiyar qaçdığı üçün o, geri dönüb Həmidin yanına gəlmiş və Həmidə demişdir ki, onu zibilə saldınız. Bundan sonra o, səki ilə üzü metronun “Neftçilər” stansiyası istiqamətində piyada hərəkət etmiş və qatarla metronun “Xalq dostluğu” stansiyasına gəlmişdir. Bundan sonra o, taksi ilə yaşadığı Sumqayıt şəhərinə getmişdir. Sabahı günü Nail Kəmərliyə zəng vurub vəziyyəti ona danışmış və Nail Kəmərli ona polisə təslim olmağı məsləhət görmüşdür. O da, razılıq vermiş və 21 oktyabr 2022-ci ildə saat 14 radələrində o, Nail Kəmərli ilə “Lider” telekanalının yanında görüşmüşlər. X21 RPİ-nin 25-ci Polis şöbəsinə zəng vurub olduqları yeri demiş və bir müddət sonra polis əməkdaşları gəlib onu 25-ci Polis şöbəsinə aparmışlar. Orada etdiyi əməli səmimi olarqa etiraf etmişdir (cild 1, iş vərəqi 58-61, 230-233). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, reabilitasiya mərkəzində işləyir. Bir gün bloqer Nail Kəmərli onlara müraciət edərək müharibədə iştrak edən bir şəxsin olduğunu və ona köməklik etmək lazım olduğunu demişdir. Rəhbərlik tərəfindən Nailin təklifi qəbul edilmiş və Təqsirləndirilən şəxs müalicəyə qəbul etmişlər. Həmin şəxs 6 ay müalicə kursu keçdikdən sonra onu evə buraxmışlar. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs bildirmişdir ki, reabilitasiya mərkəzinin təsisçisi Şahid1dur və reabilitasiya mərkəzinin 4-5 nəfər işçisi var. O, özü təlimatçı işləyir. Reabilitasiya mərkəzində psixoloqlar da var. X10ra təqdim etmişdir. Ruslan 6 aya yaxın müalicədə olmuşdur. 4 ay müalicə olunduqdan sonra o, reabilitasiya mərkəzindən qaçmış, sonra Nail Kəmərli vasitəsi ilə yenidən gətirilmiş və müalicəsi davam etdirilmişdir. Ruslan 6 aylıq müalicəsi bitdikdən sonra çıxıb getmişdir. Orada işləyən personal tərəfindən Ruslan barədə narazılıq olmamışdır. Həmin vaxt mərkəzdə Bəxtiyar adlı şəxs də müalicə olunmuş, bir dəfə Bəxtiyarın yanına həyat yoldaşı gəlmişdir. Həmin vaxt Bəxtiyar Ruslanı göstərərək, sonuncunun da burada müalicə olunduğunu bildirmişdir. Sonra içəridə söhbət gəzmişdir ki, Ruslan Bəxtiyarın öz həyat yoldaşını onunla tanış etdiyini demişdir. Onlar bununla bağlı Ruslanla söhbət etmişlər. Sonda Ruslan öz səhvini başa düşmüşdür. Sonradan Ruslanla onun arasında hər hansı problem yaşanmamışdır. Əksinə, hadisədən bir müddət əvvəl o, Sumqayıt şəhərində dəniz kənarında Fuadla birlikdə çay içərkən Ruslan ona zəng vurub harada olması ilə maraqlanmış və o, çay içmələri barədə Ruslana bildirmiş, onu da çay içməyə dəvət etmişdir. Ruslan onların yanına gəlmiş, bir yerdə oturub çay içərək söhbət etmişlər. Bir yerdə deyib-gülərək zarafatlaşmışlar və sonradan ayrılmışlar. Onların həmin vaxt bir yerdə səmimi şəkildə çəkdikləri fotoşəkil də onun telefonun yaddaşında qalmışdır. Bunu qeyd etməklə bildirmək istəyir ki, hadisədən qabaq onun Ruslanla heç bir problemi və aralarında narazılıqları olmamışdır. Hadisə günü Həmid, Emin və o, hadisə yerində olmuşlar. Ruslan Həmidi çağırmışdır. Ruslan şəxsən ona zəng edib görüşməyə gəlməmişdir. Ruslan onu bıçaqlayandan sonra böyrəyinin biri çıxarılmışdır. Hazırda Ruslanla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Ruslanı otağa çağıranda otaqda 3 nəfər olmuş, Ruslanı heç kim döyməmişdir. «YouTube» kanalında çəkiliş olanda Ruslanın qaşında çapıq olmuşdur. «Biz-bizə» restoranının yanına onu Ruslan çağırmamışdır. Həmid müəllimlə yaxın olduğu üçün o, həmin yerə onunla birlikdə getmişdir. O, Həmiddən öndə olduğu üçün Ruslan onu vurmuşdur. Əgər Ruslanın onunla problemi olsaydı, yəqin ki, ona zəng edib çağırardı. Ruslanla mübahisə olduqdan sonra sonuncu yenə də reabilitasiya mərkəzində qalmış və bundan sonra da münasibətləri yaxşı olmuşdur. Ruslan ona bir bıçaq zərbəsi vurmuşdur. Ruslan onu sol böyrəyindən vurmuş və o, iyirmi gündən artıq xəstəxanada qalmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 20 oktyabr 2022-ci il tarixdə Həmid, Bəxtiyar və Turalla çay içən zaman Həmid Ruslanın «Biz-bizə» restoranının yanına getdiyini və hansısa bir məsələni aydınlaşdırmalı olduğunu demişdir. Onlar birlikdə həmin restoranın yanına getmiş və həmin vaxt o, maşını saxlayana qədər Həmid və Bəxtiyar düşüb getmişlər. O, maşını saxlayıb gedən zaman birdən Bəxtiyarın gəldiyini görmüş və Bəxtiyar Ruslanın onu bıçaqla sol böyründən vurduğunu demişdir. O, hadisənin necə baş verməsini görməmişdir. Özü də əvvəllər reabilitasiya mərkəzində olmuş və Ruslanı həmin mərkəzdə görmüşdür. Ruslan barədə mərkəzdə heç kimin narazılıq etdiyini eşitməmişdir. Ruslanın mərkəzdə müalicə alan Bəxtiyar adlı şəxs barəsində xoşəgəlməz sözlər işlətdiyini eşitməmiş və Ruslanın kiminləsə dalaşdığını görməmişdir. Ruslan reabilitasiya mərkəzindən çıxandan sonra onunla görüşmüş və həmin mərkəzin işçiləri barədə şikayət etdiyini eşitməmişdir. İyul ayında Ruslanı çağırıb söhbət edən zaman o da, Bəxtiyar da orada olmuş və həmin vaxt Ruslanın döyülməsini görməmişdir. Əksinə, hadisədən bir müddət əvvəl Bəxtiyar onunla birlikdə dəniz kənarında oturub çay içərkən Ruslan Bəxtiyara zəng edib olduğu yerlə maraqlanmış, onların yanına gəlib bir yerdə çay içib söhbət etmişlər. Həmin vaxt onlar deyib-gülmüş və zarafatlaşmışlar, birlikdə telefonla şəkil çəkdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs onun əmisi oğlu, Şahid1 isə dostu olduğunu, 20 oktyabr 2022-ci ildə saat 21 radələrində Nərimanov rayonu ərazisindəki çayxanada oturub çay içib söhbət etmələri, sonra isə Təqsirləndirilən şəxs təklifi ilə hamısı birlikdə «Biz-bizə» restoranının qarşısına gedib sonuncu ilə görüşmələrini bildirərək, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayında o, Səbail rayonu, Badamdar qəsəbəsində 3 mərtəbəli evi icarəyə götürüb “Azad həyat” reabilitasiya mərkəzini açmış və fəaliyyətə başlamışdır. Bundan sonra “narkotik, alkoqol və qumar asıllığı” olan şəxslər mərkəzə müraciət etmiş və həmin şəxslərin müalicəsi ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin mart ayının əvvəllərində bloger Nail Kəmərli onunla əlaqə saxlayıb 2-ci Qarabağ döyüşlərində iştirak etmiş Təqsirləndirilən şəxs narkotik asılılığı olduğunu, onun müalicə üçün reabilitasiya mərkəzinə qəbul edilməsini xahiş etmişdir. O, X17 Həşimovun müharibə iştirakçısı olduğuna görə təmənnasız köməklik edəcəyni bildirmişdir. 18 mart 2022-ci ildə X22 Həşimovu “Azad həyat” reabilitasiya mərkəzinə gətirmişdir. O, Təqsirləndirilən şəxs qəbul etmiş və həmin vaxtdan Ruslan müalicə almağa başlamışdır. Həmin vaxt reabilitasiya mərkəzində Zərərçəkmiş şəxs və X12 təlimatçı kimi işləmiş, həmçinin reabilitasiya mərkəzində Cavid Axundov və Şahid3 də işləmişlər. 11 aprel 2022-ci ildə Xətai rayonu, NZS qəsəbəsində “Azad həyat” reabilitasiya mərkəzinin filialını açmış, Təqsirləndirilən şəxs da həmin filiala yerləşdirilmişdir. 3-4 gündən sonra Təqsirləndirilən şəxs demişdir ki, onu bir günlük icazə verin yaşadığı Xalidə ilə görüşsün. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhərində yaşayan Xalidəgilə aparmışdır. Səhəri günü Təqsirləndirilən şəxs reabilitasiya mərkəzinə qayıdıb gəlmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, səni Badamdar qəsəbəsində olan reabilitasiya mərkəzinin filialına göndərəcək, orada müalicəni davam etdirərsən. Bundan sonra Təqsirləndirilən şəxs mərkəzin həmin filialına gedib müalicə olunmuş və 02 sentyabr 2022-ci ildə Təqsirləndirilən şəxs müalicəsini tamamladığı üçün reabilitasiya mərkəzindən azad olmuşdur. Təqsirləndirilən şəxs həftədə bir dəfə resabilitasiya mərkəzinə gəlib bir gün qalıb getmişdir. 20 oktyabr 2022-ci ildə saat 21 radələrində o, Zərərçəkmiş şəxs, Bəxtiyarın əmisi oğlu Tural, Şahid3 və əvvəllər müalicə almış Eminlə Bakı şəhəri, Nərimanov rayonunda çay içib söhbət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs “Telegram” proqramında ona səsli mesaj göndərmiş və onu axtarmadıqlarına görə narazılıq etmişdir. O, Ruslana Nərimanov rayonunda çay içdiklərini demiş və görüşməyi təklif etmişdir. Təxminən bir saatdan sonra Ruslan ona zəng vurub “Biz Bizə” restoranın qarşısında olduğunu demiş və görüşmək üçün oraya dəvət etmişdir. Bundan sonra o, Bəxtiyar, Fuad və Emil Turalın avtomobili ilə “Biz Bizə” restoranın qarşısına gəlmişlər. O, Təqsirləndirilən şəxs zəng vurmuş, Ruslan restoranın arxa tərəfində olduğunu və gəldiyini bildirmişdir. Həmin vaxt o, Bəxtiyarla restoranın qarşısında dayanmışlar. Bu zaman Emilin qabaqda, Ruslanın isə onun arxasınca gəldiyini görmüşdür. Ruslan gülərüz formada onlara yaxınlaşıb Bəxtiyarla görüşmüş və gözləmədiyi halda Bəxtiyar sol böyrünü tutub metronun “Qara Qarayev” stansiyasına tərəf qaçmışdır. Ruslan da onun arxasınca getmiş, 5- 7 metr sonra Təqsirləndirilən şəxs qayıdıb ona tərəf gəlmiş, o, Ruslanın sağ əlində bıçaq olduğunu görmüş və Ruslanın Bəxtiyarı bıçaqla vurduğunu başa düşmüşdür. O, Ruslana «sənə nə etmişik, bu nə hərəkətdir edirsən» demiş, Ruslan isə heç nə deməyib metronun “Neftçilər” stansiyası istiqamətində piyada getmişdir. Sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və Ruslanın onu bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra onlar X14 Mərkəzinə aparmışlar və Bəxtiyar həmin xəstəxanada əməliyyat olunmuşdur. Xətai rayonu, NZS qəsəbəsi, Çernişevski küçəsi, 8 nömrəli ünvanda yerləşən “Azad həyat” reabilitasiya mərkəzində onun kabinetində Təqsirləndirilən şəxs heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən o, “Space” Televiziya verilişləri şirkətində montajçı vəzifəsində işləyir. 2012-ci ildən özünə “Kəmərli” təxəllüsü götürmüş və həmin vaxtdan özünü Nail Kəmərli kimi təqdim etmişdir. 15 noyabr 2012-ci ildə o, “YouTube” sosial şəbəkədə “X15” adlı səhifə açmış və həmin səhifədə müraciət edən insanların həyat hekayəsi ilə bağlı videoçəkilişlər yerləşdirmişdir. 2022-ci ilin fevral ayının axırları 2-ci Qarabağ döyüşlərinin iştirakçısı Təqsirləndirilən şəxs ona müraciət edərək narkotik vasitələrdən istifadə etdiyini və narkotik asılılığından qutarmaq üçün müalicə almaq istədiyini bildirmişdir. O, Ruslanın müraciəti əsasında onun yaşadığı Sumqayıt şəhərinə getmiş, Təqsirləndirilən şəxsla əlaqə saxlamış və yaşadığı evə gedərək videoçəkilişlə müsahibə almışdır. 05 mart 2022-ci ildə o, həmin görüntüləri “YouTube” sosial şəbəkədə olan “X15” səhifəsinə yerləşdirmişdir. Bir müddətdən sonra Əziz adlı şəxs onunla əlaqə saxlamış və Təqsirləndirilən şəxs müalicə xərclərini qarşılayacağını bildirmiş, lakin sonradan Əziz əlaqəni kəsmişdir. O, “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri Şahid1la əlaqə saxlayıb Təqsirləndirilən şəxs reabilitasiya mərkəzinə yerləşdirilməsini xahiş etmişdir. Şahid1 Ruslanı mərkəzə qəbul etmiş və təmənnasız müalicəsini aparacaqlarını bildirmişdir. 08 mart 2022-ci ildə Təqsirləndirilən şəxs müalicənin ilkin mərhələsini keçmək üçün Maştağa qəsəbəsində yerləşən “Respublika Narkoloji Mərkəz”ə müraciət etmiş və 10 gün müalicə alıb çıxmışdır. 18 mart 2022-ci ildə o, Təqsirləndirilən şəxs videoçəkilişlə “Azad həyat” reabilitasiya mərkəzinin Badamdar qəsəbəsində olan filialına yerləşdirmişdir. Təxminən 2-3 aydan sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş və onlar görüşmüşlər. Həmin vaxt Ruslan reabilitasiya mərkəzindən icazəsiz çıxdığını söyləmiş, o isə, Ruslana düzgün etmədiyini bildirərək onu başa salmışdır. Ruslan da ona müalicəni davam etdirəcəyini bildirmişdir. Bundan sonra o, Şahid1 zəng vurub Ruslanın səhvini başa düşdüyünü və yenidən müalicəsini davam etdirmək istədiyini bildirmiş, Şahid1 da buna razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Həmidlə birlikdə reabilitasiya mərkəzinə getmişlər. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng vurub bildirmişdir ki, o, müalicə almış və özünü yaxşı hiss edir və ona minnətdarlığını bildirmişdir. 21 oktyabr 2022-ci ildə 00:30-01:00 radələrində Şahid1 ona zəng vurub Təqsirləndirilən şəxs reabilitasiya mərkəzində təlimatçı işləyən Bəxtiyarı bıçaqla vurduğunu və onların hazırda X1. 21 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi, 25-ci Polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yerini soruşmuş, o da, Ruslanın yerini bilmədiyini söyləmişdir. Sonra o, Təqsirləndirilən şəxs zəng vursa da, mobil telefon sönülü olduğu üçün zəng çatmamışdır. O, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı Xalidə xanıma zəng vurub Təqsirləndirilən şəxs soruşmuş və demişdir ki, Təqsirləndirilən şəxs onunla əlaqə saxlasın. Təxminən 1-2 saatdan sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş və o, Ruslana etdiyi hərəkəti düzgün olmadığını başa salmış və onu “Lider” Televiziya verlişləri şirkətinin yaxınlığında olan çayxanaya görüşə dəvət etmişdir. Bir müddətdən sonra Ruslan gəlib onunla görüşmüş və ona etdiyi hadisə barədə danışmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, bıçaqla vurduğu Bəxtiyar onu reabilitasiya mərkəzində söymüş və 20 oktyabr 2022-ci ildə Şahid1la görüşən zaman Bəxtiyarı görmüş və həmin hadisə yadına düşdüyü üçün bıçaqla Bəxtiyarı vurmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs polisə təslim olmalı olduğunu söyləmiş, sonuncunun razılığı ilə 25-ci Polis şöbəsinə zəng vurub Təqsirləndirilən şəxsla birlikdə çayxanada olduqları yeri bildirmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs 25-ci Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, o, 2016-2020-ci illərdə narkotik vasitə heroini iynə vasitəsi ilə qəbul etmiş və 2020-ci ilin dekabr ayında müalicə almaq üçün Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsində yerləşən “Azad həyat” reabilitasiya mərkəzinə müraciət etmişdir. 03 dekabr 2020-ci ildə müalicə almaq üçün onu “Azad həyat” reabilitasiya mərkəzinə qəbul etmişlər və 02 iyun 2020ci ildə müalicəni başa vurub evə getmişdir. O, müalicə alan zaman “Azad həyat” reabilitasiya mərkəzindən çölə çıxmamış və həmin mərkəzdə müalicə almışdır. “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri Şahid1 olmuş, Zərərçəkmiş şəxs isə təlimçi vəzifəsində işləmişdir. O, müalicə alıb qutardıqdan sonra sıxılan zaman “Azad həyat” reabilitasiya mərkəzinə arada gedib-gəlmişdir. Bir müddətdən sonra “Azad həyat” reabilitasiya mərkəzinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində və Bakı şəhəri, Xəta rayonu, NZS qəsəbəsində filialları açılmış və o, həmin filiallara gedib Zərərçəkmiş şəxslə görüşmüşdür. O, “Azad həyat” reabilitasiya mərkəzinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olan filialına gedib-gələn zaman müalicə alan Təqsirləndirilən şəxs görmüş və onunla normal münasibəti yaranmışdır. 20 oktyabr 2022-ci ildə saat 21 radələrində o, Şahid1, Zərərçəkmiş şəxs, Bəxtiyarın əmisi oğlu Tural və Şahid3lə Bakı şəhəri, Nərimanov rayonunda çay içib söhbət etmişlər. Həmin vaxt Şahid1 demişdir ki, Təqsirləndirilən şəxs səsli mesaj göndərmiş və səsli mesajda demişdir ki, gəl görüşüb söhbət edək. Şahid1 Təqsirləndirilən şəxs ya zəng vurmuş, ya da səsli mesaj göndərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda çay içir, gəl görüşək. Təqsirləndirilən şəxs da bildirmişdir ki, gəlir. Təxminən bir saatdan sonra Təqsirləndirilən şəxs Şahid1 zəng vurmuş və Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs deyir avtomobil yoxdur, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan “Biz Bizə” restoranına gəlin görüşək. Bundan sonra o, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 Turalın idarə etdiyi Mersede-Benz markalı Vito modelli avtomobilə əyləşmişlər və Tural onları “Biz Bizə” restoranın qarşısına gətirmişdir. Bundan sonra o, Həmid və Bəxtiyar avtomobildən düşmüşlər, Tural və Fuad isə avtomobili saxlamaq üçün yer axtarmışlar. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs telefona cavab verməmişdir. O, demişdir ki, gedib restorana baxıb gəlir. Bundan sonra “Biz Bizə” restoranın içərisinə girmiş, Təqsirləndirilən şəxs görmüş və onlar görüşmüşlər. O, Təqsirləndirilən şəxs demişdir ki, uşaqlar “Biz Bizə” restoranın qarşısında gözləyirlər. O, qabaq tərəfdə, Təqsirləndirilən şəxs isə ondan arxada gəlmişdir. O, “Biz Bizə” restoranın giriş qapısına tərəf gəlib Bəxtiyar və Həmidin yanında durmuş, Təqsirləndirilən şəxs gülərüz formasında görüşmək üçün Zərərçəkmiş şəxs tərəf gəlmiş və gözləmədiyi halda Bəxtiyar sol böyrünü tutub üzü metronun “Qara Qarayev” stansiyası tərəfə qaçmış, Ruslanda onun arxasınca getmişdir. 5-7 metrdən sonra Təqsirləndirilən şəxs qayıdıb ona və Həmidə tərəf gəlmişdir. Həmin vaxtı görmüşdür ki, Təqsirləndirilən şəxs sağ əlində bıçaq var və başa düşmüşdr ki, Ruslan Bəxtiyarın sol böyründən vurmuşdur. Şahid1 Təqsirləndirilən şəxs demişdir ki, Ruslan, sənə nə olub, sənə nə pislik etmişik? Təqsirləndirilən şəxs söyüşlə Həmidə nəsə demiş və üzü metronun “Neftçilər” stansiyası istiqamətində piyada adi yerişlə çıxıb getmişdir. Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və demişdir ki, Təqsirləndirilən şəxs bıçaqla sol tərəfindən vurmuşdur. Bundan sonra onlar Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində olan X16 aparmışlar və Bəxtiyar həmin xəstəxanada əməliyyat olunmuşdur. Şahid2 istintaqa verdiyi ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən “Azad həyat” reabilitasiya mərkəzində kabinetdə Təqsirləndirilən şəxs heç kim vurmamışdır. Təqsirləndirilən şəxs Bəxtiyarı bıçaqla vuran zaman “Biz Bizə” restoranın qarşısında o, Həmid və Bəxtiyar durmuşlar, onlardan başqa heç kim olmamışdır. Məlum hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla gülümsəyib görüşmək istəmiş, gözləmədiyi halda Ruslan Bəxtiyarın üzərinə gedib vurmuşdur (cild 1, iş vərəqi 163-165). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs və şahidlər göstərmişlərr ki, 20 oktyabr 2022-ci ildə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Biz Bizə” restoranın qarşısında heç bir səbəb olmadan Təqsirləndirilən şəxs bıçaqla onun sol böyrək hissəsindən vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs isə həmin üzləşdirmələr zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs onu “Azad həyat” reabilitasiya mərkəzində vurub xəsarət yetirməsi və təhqir etməsi yadına düşdüyü üçün bıçaqla vurub xəsarət yetirmişdir (cild 1, iş vərəqi 195-197, 198-200, 203-204). İş materiallarına əlavə edilmiş 20 oktyabr 2020-ci il tarixli nömrəli raportdan görünür ki, 20 oktyabr 2023-cü il tarixdə saat 23:10-da 3 saylı şəhər klinik xəstəxanasından tibbi bacısı Rzayeva Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinə məlumat verərək, xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Qeyd olunan raport Nizami RPİ-nin 25-ci polis bölməsində "cinayətlər haqqında ərizələr və məlumatların uçotu" kitabında 20 oktyabr 2022-ci il tarix, 2737 nömrə ilə qeydə alınmışdır (cild 1, iş vərəqi 9). İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli bıçağın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs "Azad həyat" reabilitasiya mərkəzinin təlimatçısı Zərərçəkmiş şəxs vurduğu açılıb-bağlanan bıçağı könüllü polis orqanına təqdim etmiş və həmin bir ədəd açılıb-bağlanan bıçaq protokolla götürülmüş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 12-13). Cinayət işində olan 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əynindən X11 çıxarılmış bir ədəd uzunqol köynək protokolla götürülmüş və həmin köynək cinayət işi üzrə maddi sübut qismində tanınmış və müvafiq fotoşəkillər çəkilərə protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 36-37). İşdə olan 22 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 20 oktyabr 2022-c ildə saat 22:10-da ünvan 5 ünvanda yerləşən "Biz Bizə" restoranın qarşısında üzərində olan açılıbbağlanan bıçaqla "Azad həyat" reabilitasiya mərkəzinin təlimatçısı X2 böyrək nahiyəsinə vurub xəsarət yetirdiyini hadisə yerinə təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 76-78). Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 noyabr 2022-ci il tarixli 2937 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs cinyət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbur müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 177-178). İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli 691 nömrəli məhkəmə tibbibiologiya ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs A BO sistemi üzrə qrup göstəricisi: A(İİ). Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alındı. Bu qan ləkələri A beta/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bir ədəd qatlanan bıçaq üzərində qan aşkar olunmadı (cild 1, iş vərəqi 179- 182). Cinayət işində olan 25 noyabr 2022-ci il tarixli 5/1360 nömrəli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş birədəd sensor ekranlı "Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A11" markalı "SM-A115F/DS” modelli "**********02984; **********02982" imei kodlu mobil smartlbn hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan "Samsyng Galaxy A11" markalı "SM-A115F/DS" modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, "SMS" mesajlar, audio. foto, video fayllar və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (cild 1, iş vərəqi 139-142). İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli 550 nömrəli məhkəmə tibbikriminalistik ekspertizasının rəyindən görünür ki. təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti uclu, ülgüc və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspetizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədə, təqdim edilmiş bıçağın tiyəsinin müxtəlif dərinlikdə batması nəticəsində törənə bilər. Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizminə malikdir və paltarın həmin nahiyəsinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim edlmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 183-186). İşdə olan 22 dekabr 2022-ci il tarixli 1136 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol böyrəyin zədələnməsi ilə müşaiyət olunan qarnın sol yan-arxa divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20 oktyabr 2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 187-189). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 190-191). İş materiallarında olan 29 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir maddi, mənəvi iddia tələbi və şikayəti yoxdur. Bakı şəhəri, Nizami rayon prokurorluğundan məhkəməyə 23 may 2023-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs anası X6 şikayət ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il 2720 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 121-122). Məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü qismən, yəni 126.1-ci maddəsi ilə təqsirli bilərək ona şər-böhtan atıldığını, müharibədən sonra narkotikdən əziyyət çəkdiyini, bununla bağlı reabilitasiya mərkəzində müalicə olunduğunu, reabilitasiya mərkəzində olduğu vaxt orada müalicə olunan başqa bir pasiyentin yanına həyat yoldaşının gəldiyini, həmin pasiyentin həyat yoldaşına onu göstərərək, Ruslanın da burada olduğunu, onun da müalicə alıb sağaldığını dediyini və onu yanına çağırdığını, o da, həmin pasiyentin həyat yoldaşına ürək-dirək verərək narahat olmamağı bildirdiyini, bundan sonra mərkəzdə onun adına guya onun həmin oğlanın yaxşı oğlan olmadığını və arvadını onunla tanış etdiyini bildirməsi barədə söz çıxarıldığını, bundan sonra Bəxtiyar onu otağına çağırdığını və orada ayaqqabısını çıxarıb onun başına vurduğunu, bundan sonra o, özünü təhqir olunmuş hesab etdiyini, özünün həmişə bıçaqla gəzdiyini, Bəxtiyara bir bıçaq zərbəsi vurduğunu, hadisə günü Həmidin yanında Bəxtiyarı görəndən sonra onların onu vuracaqlarını fikirləşdiyini, reabilitasiya mərkəzində olanda Bəxtiyarın ona qarşı alçaldıcı hərəkətlər etdiyini, mərkəzdə olanda Fuadla Bəxtiyarın onu vurduqlarını, Bəxtiyarın hərəkətlərini Həmidə də bildirdiyini, döyüləndən 15 gün sonra Həmidin ora gəldiyini, həmin vaxt onun qaşının çapılmış, sifətinin isə şişmiş vəziyyətdə olduğunu, sonuncu dəfə hadisədən 3-4 ay əvvəl reabilitasiya mərkəzində döyüldüyünü bildirmiş və öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, həm ibtidai istintaq, həm də məhkəmə iclasında təqsirləndirilən şəxs hələ reabilitasiya mərkəzində olduğu vaxt Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü və məhz bu səbəbdən hadisə baş verdiyi gün qisas almaq məqsədilə zərərçəkmiş şəxsi bıçaqladığını bildirsə də, bu hal məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin reabilitasiya mərkəzinin rəhbərinin və əməkdaşlarının şahid qismində verdikləri ifadələri ilə tam təkzib olunmuşdur. Hətta məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs reabilitasiya mərkəzini tərk edib gedəndən sonra da onunla və mərkəzin digər işçiləri ilə əlaqəsini kəsmədiyini, onunla Ruslanın arasında hər hansı problem yaşanmadığını, əksinə, hadisədən bir müddət əvvəl Sumqayıt şəhərində dəniz kənarında Fuadla birlikdə çay içərkən Ruslanın ona zəng vurub onların yanına gəldiyini, bir yerdə oturub çay içərək söhbət etdiklərini, bir yerdə deyib-gülərək zarafatlaşdıqlarını və sonradan ayrıldıqlarını, onların həmin vaxt bir yerdə mobil telefonla şəkil də çəkdiklərini və həmin fotoşəklin onun telefonunun yaddaşında qaldığını, yəni hadisədən qabaq onun Ruslanla heç bir problemi və aralarında narazılıqlarının olmadığını bildirmişdir. Həmin halı məhkəmədə şahid qismində dindirilmiş Şahid3, həmçinin Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir. Bundan başqa, hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş digər çoxsaylı sübutlarla - hadisə yerində quraşdırılmış kameraların yaddaşındakı videogörüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər tam təkzib olunur. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Ali Məhkəmə Plenumunun həmin mövqeyini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, qeyd olunan tövsiyyə qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə kollegiyası hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun xuliqanlıq niyyətinin mahiyyətinə dair həmin tövsiyyəsini də nəzərə alır. Məhkəmə kollegiyasının qənaətinə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu zaman təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, məsələn, heç bir səbəb olmadan cinayət törədir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmədə müəyyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci ildə saat 21 radələrində "Azad həyat" reabilitasiya mərkəzinin rəhbəri Şahid1 ilə görüşmək istəmiş, həmin gün saat 22 radələrində "Biz Bizə" restoranının qarşısında Şahid1la görüşən zaman, sonuncu ilə birlikdə qeyd edilən yerə gəlmiş "Azad həyat" reabilitasiya mərkəzində təlimatçı işləyən Zərərçəkmiş şəxs onun üzünə baxıb gülməsini bəhanə edib heç bir ciddi əsas olmadan xuliqanlıq niyyəti ilə, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs qarnının sol yan-arxa səthinə qəsdən bir dəfə vuraraq, qəsdən sonuncunun sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəliləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmçinin Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ, İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli 16 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri, Nizami rayon Polis idarəsinin maddi sübutların saxlanma anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd açılıb-bağlanan bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X7 müdafiə xərci kimi 60 (altmış) manat pul hesablanmışdır və həmin pul vəsaiti Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nizami rayon Polis idarəsinin maddi sübutları saxlama anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd açılıb-bağlanan bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X7 ödənilməli olan 60 (altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-987/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-987/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver