Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X10 və Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 16:00-da açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı ümumi təyinatlı 01 ədəd ov bıçağını qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,653 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 21:45də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 57 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 23:27-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 11,653 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd sellofan bükümdə olmaqla soyuq silah hesab edilən ümumi təyinatlı 01 ədəd həmin ov bıçağı ilə birgə Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəri əl çantasının içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yol ilə getdiyi zaman mülki geyimli şəxslər onu saxlayıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə narkotik vasitəni təqdim etdiyini göstərən videoçəkiliş aparıldıqdan sonra göstərdikləri sənədə imza atıb gedə biləcəyini dedikdə həmin şəxslə razılaşmamış, daha sonra polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edildikdən sonra razılaşmalı olmuşdur. Daha sonra ona məxsus olduğunu təsdiq etməsi üçün bıçaq da gətirib vermişlər. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, ittiham olunduğu psixotrop maddənin nə olduğunu tutulduqdan sonra bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni kafe işlətdiyini, 7 aydır həbsdə olduğunu, polis əməkdaşlarının onu nəyə görə tutduqlarını bilmədiyini, “TikTok” şəbəkəsi vasitəsilə onun barəsində paylaşılan kriminal mahnılar və videolara görə saxlanıldığını ehtimal etdiyini, ona qarşı fiziki zorakılığın tətbiq edildiyini, bununla bağlı Ombudsmana şikayət etdiyini, lakin nəticəsinin rədd olunduğunu, Şahid3, Şahid1 və Şahid2 onu saxlayan polis əməkdaşlarından olduğunu, Şahid1 və Şahid2 ona fiziki zor tətbiq etdiklərini, bədəninin müxtəlif nahiyələrinə təxminən 30 dəqiqə ərzində dəyənək və təpiklə vurulduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, heç vaxt psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanımadığı şəxsdən özü qəbul etmək üçün alıb saxlamış, onu heç kimə satmaq, yaxud vermək məqsədi, niyyəti olmamışdır. 18 may 2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanın yaxınlığında olduğu zaman kənardan ona tərəf üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamış, həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərmiş və özündən anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim edib anket məlumatlarını söylədikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu deyib barəsində əməliyyat-axtarış tədbirinin keçirildiyini bildirmiş, bu barədə olan qərarla onu tanış etmiş, ondan üzərində bu kimi maddələrin olub-olmadığını soruşmuşlar. Həmin vaxt üzərində, yəni çiynindən asdığı özünəməxsus kiçik qara dəri əl çantasının içində bir büküm “patı” maddəsi, yəni psixotrop maddə olan metamfetamin olduğundan o, polis əməkdaşlarına səmimi olaraq bu barədə etiraf etmiş, həmin çantanın içində bir ədəd bıçağı da olmuşdur. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Həmin idarədə otaqların birində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi də dəvət olunaraq ona təqdim edilmiş, heç bir etiraz etməmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlandıqda etiraz etməmiş, polis əməkdaşı tərəfindən ona üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələr olduğu təqdirdə çıxarıb təqdim etməsini söyləmişlər. O, üzərindəki, yəni çiynindən asdığı özünə məxsus kiçik qara dəri əl çantasının içində saxladığı həmin bir büküm psixotrop maddə metamfetamini, bir ədəd bıçağını, eləcə də özünəməxsus bir ədəd “İphone” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları onun üst-başını yoxlamış, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı onun təqdim etdiyi həmin bir ədəd sellofan bükümü açıb içərisinə baxış keçirmiş və bükümdə olan psixotrop maddə metamfetamin aşkar olunmuş, həmçinin bıçağa da baxış keçirilmişdir. Sorğu-sual zamanı o, həmin metamfetamini öz istifadəsi üçün bir gün əvvəl "xxxx" QSC-nin “Həzi Aslanov” metrostansiyasının yanında tanımadığı şəxsdən 50 manata, bıçağı isə ov mağazalarının birindən aldığını bildirmişdir. Belə ki, metamfetamini ilk dəfə özü çəkmək üçün almış, heç kimə satmamış, verməmiş, satmaq fikri də olmamışdır. Polis əməkdaşı içində metamfetamin olan həmin bükümü, həmçinin bıçağı götürüb zərfdə qablaşdırmışdır. Bir ədəd “İphone” markalı mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi bildirilərək götürülmüşdür. Sonra videoçəkiliş dayandırılmış, bununla bağlı polis əməkdaşı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, o da doğruluğunu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən ona qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. Bıçağı da sadəcə marağı olduğu üçün üzərində saxlamış, başqa kriminal məqsədi olmamışdır. Heç vaxt ruhi-psixi xəstəlikdən əziyyət çəkməmiş, müalicə almamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsini sonradan dəyişdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. O, 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna rəhbərlik etmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 21:30-21:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanının yaxınlığında xarici görünüş əlamətləri Təqsirləndirilən şəxs uyğun olan şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu özünü təqdim etdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirib Baş X1 İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanılan zaman tək olduğunu, polis əməkdaşlarına qarşı hər hansısa müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı iştirak etdiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bıçağı məişət işləri üçün marketdən aldığını, aşkar olunmuş narkotik maddəni isə şəxsi istifadəsi məqsədilə 2 gün əvvəl əldə etdiyini bildirdiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olması barədə olduğunu, əməliyyat qrupunun tərkibinə ondan başqa Şahid2 və Şahid3 daxil olduğunu, Təqsirləndirilən şəxs Baş X1 İdarəsinə avtomobil vasitəsilə aparıldığını, Təqsirləndirilən şəxs həmin avtomobilin arxa oturacağında əyləşdiyini, Təqsirləndirilən şəxs əlləri açıq olsa da, təhlükəsizliyi təmin etmək məqsədilə sonuncudan əllərini avtomobilin oturacaqlarına birləşdirməsini tələb etdiyini, Təqsirləndirilən şəxs narkotik maddələri kimlərə satması barədə məlumatın aşkar olunduğunu, Təqsirləndirilən şəxs barəsində aparılmış əməliyyataxtarış tədbirləri ilə bağlı əməliyyat qeydiyyat işinin açılıb-açılmaması məxfi olduğundan bu barədə məlumat verə bilmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı fiziki zor tətbiq edilməsini bildirməsinin özünü müdafiə xarakteri daşıdığını, zərurət olmadığından Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunması ilə bağlı dediklərinin doğru olmadığını, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində aşkar olunmuş izlərlə bağlı məlumatının olmadığını, saxlanılan zaman Təqsirləndirilən şəxs üzdə görünən xəsarətlərinin olmadığını, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə, saat 21:30- 21:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq aşkar olunaraq götürülmüş, aşkar olunmuş qanunsuz əşyalar müvafiq qaydada sənədləşdirilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının ona daxil olmadığını, əməliyyat qrupunun tərkibində ondan başqa Şahid3 və Şahid1 daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılan zaman tək hərəkət etdiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs saxlanılan zaman qollarında kəsik izlərinin mövcud olduğunu, lakin sifət nahiyəsində hər hansısa izlərin olub-olmamasını xatırlamadığını, Baş İdarədə müdafiəçinin gəlməsi üçün nə qədər vaxt gözlənildiyini dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs saxlanılması barədə sonuncunun yaxın qohumlarına məlumat verilib-verilməməsi barədə məlumatının olmadığını, saxlanılan zaman Təqsirləndirilən şəxs könüllü şəkildə psixotrop maddə istifadə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı təqdim etməsi üçün heç bir qanunsuz əşya təqdim edilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində aşkar olunmuş izlərlə bağlı məlumatının olmadığını, saxlanılan zaman Təqsirləndirilən şəxs bədənində olan kəsik izləri ilə bağlı təhqiqatçının suallarına cavab vermədiyini, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmadığından, Təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində paylaşdığı videolarla əlaqədar saxlanılıb-saxlanılmaması barədə məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvü olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanının yaxınlığında xarici görünüş əlamətləri Təqsirləndirilən şəxs uyğun olan şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu da özünü təqdim etdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirib Baş X1 İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs çiynindəki çantanın içərisində olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bıçaqı könüllü şəkildə təqdim etmişdir. Aşkar olunan psixotrop maddə metamfetamin və bıçaq təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına qarşı hər hansısa müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorun tətbiq edilmədiyini, əməliyyat qrupuna ondan başqa Şahid2 və Şahid1 daxil olduğunu, saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün şərait uyğun olmadığından baxış keçirilmədiyini, əməliyyat məlumatı Şahid1 daxil olduğundan həmin məlumatın daxil olma tarixini bilmədiyini, Təqsirləndirilən şəxs əlləri açıq formada xidməti avtomobillə Baş X1 İdarəsinə apardıqlarını, saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində hər hansısa xəsarət əlamətlərinin olub-olmadığını xatırlamadığını, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs videoçəkiliş vaxtı nümayiş etdirməsi üçün narkotik vasitə və ya psixotrop maddənin təqdim edilmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Elgün” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlanılması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/7215/2023 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6, 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:45-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 57 ünvanının yaxınlığında saxlanıldıqdan sonra üstündə şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 21:45 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 18; 19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantanın içərisindən 01 ədəd sellofan bükümü, 01 ədəd bıçaq tipli dəmir predmeti və 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış dəvam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. (Cild 1, iş vərəqə 27; 29-31) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2903 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 11,653 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 11,653 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 11,603 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 48-50) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 74-75) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-758/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1348/2023 nömrəli qərarına əsasən, həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 97- 101; 262-267) xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilən zaman həmin mobil telefon aparatının yaddaşında cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 102) “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-988/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılmasına dair xx.xx.2023cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli, 207/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi xəsarət aşkar edilmədi. (Cild 1, iş vərəqə 152-153) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 Maddi sübutların ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 1817/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 155-157) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (Cild 1, iş vərəqə 158-161) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 166-167) xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən əldə edilmiş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı CD diskin yaddaşında cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 203) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 10922 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə xəstəxanada “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə, anamnezində baş-beyin travması” diaqnozu ilə stasionar müayinədə olmuşdur. (Cild 1, iş vərəqə 204) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X3 üzrə xx.xx.2023-cü il tarixli, 3036 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 220-221) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/833 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. (Cild 1, iş vərəqə 223-225) Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 3286 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. (Cild 1, iş vərəqə 278) Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 3287 nömrəli xasiyyətnaməsindən görünür ki, X7 müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 279) “Tovuz rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim-psixatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. (Cild 1, iş vərəqə 280) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X11 komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2780 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 294-296) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefon aparatı cinayət üzrə əhəmiyyət kəsb etmədiyindən onun ailə üzvlərinə, yaxın qohumlarına qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,603 qram çəkidə psixotrop maddə metamfetamin, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı, şəxsi axtarış və götürmə aparılması prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk iş üzrə maddi sübutlar hesab edilmiş, 11,603 qram çəkidə psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, istintaq zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sənədlər iş üzrə toplanmış sübut növləri kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 302-310) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesindəədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraat zamanı ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini desə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya sorğu göndərmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 8023/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən sol bazu nahiyəsində sarımtıl və yaşılımtıl rəngli, sol sağrı nahiyəsində yaşılımtıl rəngli qançır müşahidə olunmuşdur. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 333-C-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işkəncələrə məruz qalması faktı üzrə Nərimanov rayon prokurorluğunda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, bütün proses videoçəkilişlə qeydə alınmışdır. Həmin istintaq hərəkətinə əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilməsi ilə bağlı məlumat vermədiyi müəyyənləşmiş, eləcə də vizual olaraq hər hansı xəsarət görünməmişdir. Habelə, müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman aparılmış videoçəkilişə baxış keçirilərkən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs tutulduqdan bir gün sonra “Məhkəmətibbi ekspertizasının təyin edilməsi barədə” qərar qəbul olunaraq icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 göndərilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli, 207/MEŞ nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsi keçirilən zaman Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs qismində məhkəmə baxışı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsini, bədəninin müxtəlif nahiyələrində xəsarət yarandığını bildirsə də, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin istintaq hərəkəti protokoluna əlavə edilmiş 1 ədəd diskə baxışdan, eləcə də xx.xx.2023-cü il tarixli, 207/MEŞ nömrəli ekspert rəyindən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış, hər hansı pozuntu, hüquqazidd hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində aşkarlanmış xəsarətlərlə bağlı qeyd edir ki, rayon prokurorluğunda aparılan araşdırma zamanı həmin xəsarətlərin polis əməkdaşları tərəfindən törədilməsi müəyyən olunmadığından, xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən üzərində qanunla qadağan edilmiş əşya, predmet, o cümlədən 1 ədəd bükümdə psixotrop maddə-metamfetamin və 1 ədəd bıçaq olmadığını, sosial şəbəkədə barəsində paylaşılan kriminal videolara görə polis əməkdaşları tərəfindən saxlanıldığını düşündüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilərək həmin metamfetaminin özünə məxsus olduğunu deməyə məcbur edildiyini bildirsə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəri çantanın içərisindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni və 1 ədəd bıçaq tipli predmeti təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs psixotrop maddə və ya soyuq silahın təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 9-cu vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45-də saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yeri mübahisələndirmir. Bu, məhkəmə üçün mübahisəsiz haldır. Cinayət işinin materiallarının 1-ci cildinin 29-30-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq çiynindən asdığı qara rəngli dəri çantanın içərisindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər və 01 ədəd bıçaq tipli predmeti təqdim etmiş, aşkarlananlar zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2903 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 1 ədəd bükümdə təmiz çəkisi 11,653 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, 3/833 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı, əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Bundan başqa məhkəmə qeyd edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər isə qəbulediləndir. Lakin, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərinə baxış keçirilmişdir. Saxlanılması ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspert rəylərini, üzləşdirmə və digər istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə, yəni qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə, həmçinin satış məqsədi ilə əldə etdiyi qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə cinayət tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, psixotrop maddə- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik vasitələr olan bitkilər (onların hissələridir). Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən, psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 11,653 qram təşkil edir. Sözügedən Plenum qərarından görünür ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, həm şahid ifadələri və cinayət işinin materialları ilə, həm də Təqsirləndirilən şəxs mobil nömrələrinə baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımışdır. Bu barədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində də bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə-metamfetamini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Habelə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs üzərində soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını əldə edib gəzdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını əldə edib gəzdirmiş, habelə satış məqsədi olmadan 01 ədəd bükümdə külli miqdarda 11,653 qram psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə, həmin Məcəllənin 228.4-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, ictimai təhlükəliliyini, cinayətin xarakterini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, həmin Məcəllənin 228.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,603 qram psixotrop maddə olan metamfetamin və soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Şəxsi axtarış və götürmə aparılması özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. xx.xx.2023-cü il tarixli, 3036 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhətə görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,603 qram psixotrop maddə olan metamfetamin və soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-987/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-987/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver