Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi 267 nömrəli uşaq bağçasında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhərində istifadəsində olan “Samsung Galaxy A 32" markalı mobil telefon aparatında olan “Whatsapp” mobil tətbiqi üzərindən +99***-***-**-** nömrəsi ilə “Gulcu” kimi adı qeyd olunan +**********73 saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrə ilə “Milad” adı ilə müraciət etdiyi istintaqa məlum olmayan şəxsin külli miqdarda tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın saxlanıldığı yeri Təqsirləndirilən şəxs bildirdikdən sonra, sonuncu həmin qara rəngli poletilen bağlamadakı 01 ( bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 7 a saylı ünvanda gizlədilmiş yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 7 a saylı ünvanın yaxınlığına daşımış, 27 sentyabr 2024-cü il tarixdə saat 22:16 dəqiqədə Bakı şəhəri, Nərimanov ravonu. X15 küçəsi 7 a saylı ünvanda Nərimanov RPİ-nin NMB-in əməkdaşları yoxlanılması zamanı əlində saxladığı qara rəngli poletilen bağlamadakı 01 ( bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İşin faktiki halları:
2. İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndiriimişdir ona görə ki, o, 27 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhərində istifadəsində olan “Samsung Galaxy A 32" markalı mobil telefon aparatında olan “Whatsapp” mobil tətbiqi üzərindən +99***-***-**-** nömrəsi ilə “Gulcu” kimi adı qeyd olunan +**********73 saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrə ilə “Milad” adı ilə müraciət etdiyi İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun «Milad» adlı üzvü külli miqdarda tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın saxlanıldığı yeri Təqsirləndirilən şəxs bildirdikdən sonra, sonuncu həmin qara rəngli poletilen bağlamadakı 01 ( bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 7 a saylı ünvanda gizlədilmiş yerdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edərək, qara rəngli poletilen bağlamadakı 01 ( bir ) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı cinayətkar qrupun «Milad» adlı üzvünün tapşırığı ilə bir qismini sonuncunun təyin etdiyi ünvanlara daşıma məqsədi ilə üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 7 a saylı ünvanın yaxınlığına daşımış, 27 sentyabr 2024-cü il tarixdə saat 22:16 dəqiqədə Bakı şəhəri, Nərimanov ravonu. X15 küçəsi 7 a saylı ünvanda Nərimanov RPİ-nin NMB-in əməkdaşları yoxlanılması zamanı əlində saxladığı qara rəngli poletilen bağlamadakı 01 ( bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı, ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nərimanov Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il saat 22:00-dan tutulmuş hesab edilmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin X1 əməkdaşları tərəfindən Nərimanov rayonu, A.M.Cümə küçəsi 7A ünvanın yaxınlığında video çəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əməliyyat müvəkili Şahid1 tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan paketi təqdim edərək içərisindəki bağlamada narkotik vasitə marixuana olduğunu bildirmişdir. Prosessual hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk tərtib edilmiş protokola əlavə edilmişdir.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 a saylı binanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan 01 ədəd göy və qara rəngli sellofan paketi təqdim etmiş, bağlamanın içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs 01 ədəd “Samsung A32” markalı mobil telefon, 01 ədəd göy rəngli “Sobranie” siqareti və 01 ədəd avtomobil açarı təqdim etmişdir.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1617 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi - 2540 qram olan bitki mənşəli kütllər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1213/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi və saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2540 qram narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq çəkisi 2539,8 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana saxlanılmasından ötrü Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, bir ədəd "DVD" formatlı diskin olduğu zərfin üzərində əl yazısı ilə "əməliyyat çəkilişi” sözləri yazılmışdir. Həmin disk zərfdən çıxarılaraq, Nərimanov RPİ-nin MSY-də istintaq otağında olan <<HP>> markalı kompüterin DVD oxuyucu vasitəsi ilə açılmış, məlum olmuşdur ki, diskdə 20240927_220602.mp4 adlı faylda əks edilmiş görüntülər açıq havada, Nərimanov RPİnin X1 əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkilmişdir. Video görüntüdən müəyyən edilir ki, yoldan kənarda ayaq üstə dayanmış polis əməkdaşları özlərini təqdim edir, onların ortasında isə iş üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs dayanmışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkili Şahid1 tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan paketi ona təqdim edərək içərisindəki bağlamada narkotik vasitə marixuana olduğunu bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bağlama kəsilərək açıldıqda içərisində yaşıl rəngli, ota oxşar kütlənin olduğu aşkar edilir və həmin bağlama yapışqan lentlə bağlandıqdan sonra əməliyyat müvəkili Şahid1 tərəfindən elektron tərəzidə çəkilir və çəkisinin 2 kiloqram 575 qram olduğu aydın olur. Sonra həmin bağlama qablaşdırılaraq polis əməkdaşları tərəfindən imzalanaraq götürülür. Əməliyyat müvəkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs paltarlarında və ya üzərində narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər varsa könüllü təhvil verməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd "Samsung A32" markalı mobil telefonu, 1 ədəd avtomobil açarı, şalvarının sol yan cibindən 01 ədəd "Sobranie" siqaret qutusunu təqdim edir. Həmin video çəkiliş 10 dəqiqə 8 saniyə davam etmişdir. Video çəkilişə keçirilmiş baxış zamanı müəyyən edildi ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar əməliyyat müvəkili Şahid1 tərəfindən tərtib edilmiş 27 sentyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. Video çəkiliş 11 dəqiqə 5 saniyə davam etmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7109 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı kontaktlar siyahısında “Gulcu" kimi qeyd edilmiş şəxs, qaleriya hissəsində müxtəlif ünvanların fotoşəkilləri, həmin fotoşəkillərin üzərində istiqamətləndiici işarələr ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri aşkar olunmuşdur. Mobil telefonun açılma parolunun “M” işarəli olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi həmin “Samsung A32” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-185/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətinə, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 3187 nömrəli ekspert rəyindən görünür ki, il Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi -2540 qram olan və ekspert rəyindən sonra qalıq çəkisi 2539,8 qram qalmış və maddi sübut kimi tanınmış narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Nərimanov RPİnin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində olan Təqsirləndirilən şəxs üstünün yoxlanması haqqında görüntüsü olan həmin 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs istifadə etdiyi 1 ədəd "Samsung A32" markalı mobil telefon maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-psixiatrik ekspert rəyləri, maddi sübut iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə icraatda olan ********* nömrəli cinayət işindən,narkotik vasitənin mənbəyi ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 %-i məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-185/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən, hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə tələbnamədə həmçinin qeyd olunmuşdur ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən sözügedən işə dair cinayət təqibi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-185/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə, elan edilərək tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşadığını, əvvəllər bir neçə dəfə törtdiyi cinayət əməllərinə görə məhkum olunduğunu, narkotik vasitə marixuana istifadəçisi olduğunu, ortaq tanışları vasitəsi ilə adının “Milad” olduğunu ona deyən İran İslam Respublikasının vətəndaşı ilə 2024-cü ilin iyun ayında tanış olduğunu bildirmişdir. X13 Respublikası mobil operatoruna məxsus +**********73 saylı nömrəsi ilə, istifadə etdiyi “Samsung Galaxy A 32” markalı mobil telefonda olan vatsap mobil tətbiqi ilə istifadə etdiyi +99***-***-**-** saylı nömrə ilə yazışmış, adını kontaktlar siyahısında “Gulcu” kimi qeyd etmiş, Miladla danışıq zamanı el arasında “Zaklatka” kimi adlanan, “qatlama” üsulu ilə işləməyi ona təklif edərək, ona göndərdiyi Azərbaycan Banklarından hansına məxsus olmasını bilmədiyi bank kartına pul göndərəcəkdi. Miladd ona Bakı şəhərində olan şəxsiyyəti barədə məlumatı olmayan şəxslərin vasitəsi ilə müxtəlif ünvanlara atılmış narkotik maddələrin yerinin şəkillərini, atılan yerlərin geolokasiyasını göndərəcək, onun dediyi yerdən narkotiki götürüb deyəcəyi yerə atacaqdı, atdığı yerin şəklini çəkərək vatsap vasitəsi ilə Milada göndərəcəkdi, bunun əvəzində Milad ona narkotik vasitə marixuanadan 20-30 qram verəcəyini demiş və onun təklifi ilə razılaşmışdır. 27 sentyabr 2024- cü il tarixdə, saat 21:45-də Miladın öz nömrəsindən ona atdığı konumun arxası ilə gedərək, Nərimanov rayonu, X16 küçəsi 7A saylı ünvanda göy rəngli, üzərində “BMW” yazılmış içərisində narkotik vasitə marixuana olan politilen torbanı götürmüş və Milada torbanı götürməyi barədə məlumat vermişdir. Milad ona həmin bağlamanın içərisindən özünə 20-30 qram marixuana götürməsini, təxminən 1 saat ərzində digər bir yerə ataraq həmin yerin geolokasiya üzrə konum halında vatsapla öna göndərməsini, atdığı yerin 3-4 tərəfdən şəkillərini çəkməsini, xüsusi oxla işarələnmiş formada orientir kimi işarəməsini və atacağı yerin yanında onun göndərəcəyi kuryerin tapa bilməsini rahatlaşdırmaq üçün əhəmiyyətli orientir obyekt olarsa onun da şəklini çəkib ona göndərməsini demişdir. Marixuananın olduğu torbanı götürdüyü yerdən təxminən 20-30 metr aralandıqda ona 3 nəfə mülki geyimdə polis əməkdaşların yaxınlaşdıqlarını, ona külli miqdarda qanunsuz olaraq narkotik maddələri satış məqsədi ilə əldə etməyindən, daşımağından və saxlamağından şübhələndiklərini bildirmişlər. Ona keçirilən əməliyyat axtarış tədbirlərinin davamı kimi üzərində yoxlama aparılacağını demişlər, bir əməkdaş isə videoçəkiliş edərək onu və digər əməkdaşları çəkməyə başlamış, ondan əlində olan göy rəngli politilen torbanın içərisində nə olmasını soruşduqda onlara politilen torba içərisində narkotik vasitə qurudulmuş çətənə-el arasında nəşə kimi tanınan marixuana olmaısnı bildirmiş, narkotik vasitəni İran islam Respublikası vətəndaşı Milad adlı şəxsin atdığı konum vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 7A saylı ünvandan ağacın dibindən götürdüyünü demişdir. Orada polis əməkdaşı torba içərisindəki bağlamanı çıxartmış, üzərində olan kəsici alətlə yapşqan skoçu kəsmiş, skoçun altında olan qara rəngli politilen üzlüyün altında göy rəngli politilen kəsildikdən sonra yaşıl 4 formatlı kağıza yazılar yazılaraq möhürlənmiş, birlikdə ünvan 6 ünvanda yerləşən Nərimanov RPl-nin İnzibati binasına Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Orada xidməti otaqların birində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşların iştirakı ilə videoçəkiliş aparılmaqla bir qədər əvvəl qeyd etdiyi ünvanda üzərindən aşkar olunmuş göy rəngli politilen torbanın içərisində olan qara rəngli politilen bağlama içərisində olan və üzəri yapışqan skoçla sarılmış kütlə götürülmüş və sənədləşmə aparılmışdır.
19. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri, Nərimanov RPİnin X2 əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov RPl-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 27 sentyabr 2024-cü il tarixdə xidməti işində olduğu vaxt, etimad doğuran, məlum, qərəzsiz mənbədən xx xxxxx 1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.1 və 221.2.1-ci maddələri ilə məhkum olunmuş, Ağdam rayonu, Sarıcallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, A/В massivi, 267 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə əməliyyat müvəkkili Şahid1 xidmət etdiyi Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavininə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa edilməsi üçün Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1, əməlliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik etmək isə Şahid1 həvalə edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 27 sentyabr 2024-cü il tarixdə, saat 22 : 00 radələrində Təqsirləndirilən şəxs aşkar olunmuş, piyadə hərəkət edən zaman, əlində olan sellofan torba ilə birlikdə onlar tərəfindən ünvan 8 ünvanın yaxınlığında saxlanılmış, özlərini ona təqdim edərək Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını, onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü orada yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda onun üstünü yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üstündə yoxlama və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və bədənində cinayət xarakterli hər hansı əşya varsa təqdim etməsi təklif edildikdən sonra o, əlindəki üzərində “BMW” yazılmış göy rəngli bir sellofan torbanı təqdim edərək işərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin torbanın içərisindən bağlamanın işərisindən narkotik vasitə marixuanaya oxşak kütlə aşkar olunmuşdur. Bundan sonra həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 2 kiloqram 575 qram olmuşdur. Həmin bağlamanın mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq tərəflərindən sənədləşmə aparılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu sual zamanı həmin sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuananı sosial şəbəkədə tanış olduğu şəxsin onun üçün gəndərdiyi Nərimanov rayonu ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədlər varsa təqdim etməsi təklif olunduqdan sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung A32” markalı mobil telefonu, 1 ədəd “Mitsubishi" markalı avtomobil açarını, şalvarının sol yan cibindən 1 ədəd “Sobranie” siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanmış, lakin üstündən heç bir əşya aşkar olunmamışdır. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əməliyyat müvəkkili Şahid3 tərəfindən “Samsung” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Milad” adlı şəxs barəsində məlumatı yoxdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 3-16-16-2-7/1617 nömrəli ekspert rəyində Əlivev Samir Vəkil oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 2540 qram olması barədə rəy ilə razı olduğunu bildirmişdir.
20. Məhkəmə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri, Nərimanov RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid3 və Bakı şəhəri, Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə ilə oxşar məzmunlu ifadə vermişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, tutulana kimi "xxxx" MMC-də sürücü işləmişdir. Təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni tanıdığı və tanımadığı şəxslərdən almış, marixuananı bəzən tək, bəzən tanışları ilə birlikdə istifadə etmişdir. İşdən asudə vaxtlarında marixuana qəbul etmiş, əldə etdiyi marixuananın 5 (beş) qramını 100 manata almışdır. Xatırlamadığı tarixdə İran vətəndaşı kimi bildiyi şəxs ona 100 manata 10 qram marixuana təklif etmiş, bu təklif onun üçün sərfəli olduğu üçün ondan marixuana almağa razılaşmışdır. İran vətəndaşı onu bu işi görməyə həvəsləndirmişdir. Tutulmazdan qısa müddət əvvəl tanımadığı İran vətəndaşı mobil nömrəsinə hər gün mesaj yazaraq ona narkotik vasitə təklif etmiş, o, əvvəlcə cavab yazmamış, daha sonra o, həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmiş və 10 qram qurudulmuş marixuana qarşılığında onun kartına 100 manat pul göndərmişdir. Həmçinin ona marixuananı götürəcəyi yerə lazımindən artıq narkotik vasitə yerləşdirməməsini, ailəsi olduğunu, özünü bəlaya salmaq istəmədiyini demişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ittiham aktında qeyd olunan 2540 qram qururdulmuş marixuana ona məxsus deyil. İran vətəndaşının ona göndərdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmuş, ona marixuananı yerləşdirdiyi zibil vedrəsinin şəklini göndərmiş və marixuananın vedrənin içində olmasını demişdir. O, iranlının dediyi yerə gedib ora işıq salmış, lakin sellofanın böyük olduğunu görmüş, buna görə də götürməmişdir. Sellofan göy rəngdə olmuş, narkotik vasitənin çəkisinin çox olduğunu başa düşüb onu götürməmişdir. Bu vaxt maşından polis əməkdaşları düşmüş və onu tutub döyməyə başlamışlar. Onu maşına əyləşdirib boynuna, belinə, başına yumruqla vuraraq ora yerləşdirilən narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Daha sonra onu Nərimanov RPİ-yə aparmış və orada etirafedici izahat verməyəcəyi halda ailəsini də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirərək yenidən döymüşlər. Narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmədiyini bildirmişdir. Vutğulayır ki, polislərin onu döyməsi nəticəsində beli və dizinin göyərmiş, ağzının partlamış, dişi qırılmış, başında yarıq əmələ gəlmiş, polislər tərəfindən boynuna elektroşok verilmişdir. Məruz qaldığı qanunsuzluğa və işgəncəyə görə prokurorluğa şikayət etmiş, prokurorluq əməkdaşları gəlib izahatını almışlar. Qətimkan tədbiri seçilərkən hakimə və vəkilinə döyüldüyünü, narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Onu döyənlərdən birinin adı Rəşad olmuş, onun yanında İran ləhcəsi ilə danışan bir nəfər də olmuşdur. Ona ünvan göndərən iranlı ilə danışmış, zənn edir ki, Rəşadın yanındakı şəxs elə həmin şəxs olmuşdur. Heç vaxt iranlının göstərişi ilə harasa narkotik vasitə yerləşdirməmişdir. Polislər onu İranlıya narkotik vasitəni götürməyinə dair mesaj yazmadığı üçün döymüş, mesaj yazmağa məcbur etmişlər. Ona səs atıb narkotik vasitəni götürdüyünü demiş, buna məcbur qaldığını bildirmişdir. Gülcü adlanan iranlıdan bir dəfə narkotik vasitə götürmək istəmiş, həmin vaxtı da tutulmuşdur. İranlı ilə görüntülü danışan zaman onun cavan oğlan olduğunu gömüş, sonradan ona başqa nömrə ilə yazmışdır. Polislər onu həm tutduqları vaxt maşında, həm də idarədə döymüş, maşında ondan telefonun kodunu deməyini və narkotikin ona məxsus olduğunu bildirməyini istəmiş, o da polislərə həmin narkotik vasitənin ona məxsus olmadığını demişdir. Saxlanılan zaman həmin ərazidə başqa şəxslər də olmuş, onlardan kömək istəməsinə baxmayaraq kimsə yaxın gəlməmişdir. Daha sonra onu Nərimanov RPİ-yə aparmış, idarədə ona “bu binada bütün otaqların üzərində otağın adı var, sadəcə bir otaqdan başqa, elə eləmə ki səni o otağa aparaq” deyə təhdid etmişlər. Sonra polislərdən biri birazdan videoçəkilişin olacağını, nə desələr onu etməli olduğunu bildirmişlər. Bu vaxt digər otaqdan yapışqan lentin cırıltı səsi gəlmiş, narkotik vasitəni qablaşdırıb lentlə bağlandığını hiss etmişdir. Zibil vedrəsində gördüyü bağlama lentlə bağlı olmamış, saxlanılan zaman onun lentlə bağlı olduğunu görməmişdir. Ona bağlamanı idarədə olarkən polislər gətirib vermiş və bağlamanın ona məxsus olduğunu etiraf etməyisini tələb etmişlər. İdarəyə aparıldıqdan təxminən 1 saat sonra videoçəkiliş aparılmışdır. Narkotik vasitənin olduğu bağlamanı əlinə götürməmiş, həmin bağlamanı polislər götürmüş, təxminən 10 metr kənarda videoçəkiliş aparılmış və daha sonra idarədə bağlamanı ona vermişlər. MSY-də olarkən xəsarətləri barədə məlumat vermiş, hətta dərman da istəmişdir. Lakin xəsarətləri barədə qeydiyyat aparılmamışdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. CM-nin 234.4.3-cü maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
42. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
43. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
44. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
45. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş, onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsinə, daşımasına dair ittiham (CM-in 234.4.3-cü maddəsi) toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, məhkəmədə tədqiq olunmuş digər sübutlar (Təqsirləndirilən şəxs özünün ibtadai araşdırma zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri və.s) Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir.
47. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
48. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən, təqsirləndirilən şəxs həmin maddəni satış məqsədilə əldə edib, daşıdığıdan, yol verilmiş hüquqazidd əməl ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsilə irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
49. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ondan aşkar olunan narkotik vasitənin ona aid olmaması, narkotik vasitəni satış məqsədilə əldə etməməsi, polis əməkdaşları tərəfindən psixi təsir və təzyiqlərə məruz qalmasına və polis əməkdaşları tərəfindən zorla etirafa məcbur edilməsinə dair qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir.
50. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
51. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefonun qaleriya bölməsində müxtəlif ünvanların fotoşəkilləri, həmin fotoşəkillərin üzərində istiqamətləndiici işarələr ilə narkotik vasitələrin gizlədildiyi yerlərin fotoşəkilləri aşkar olunmuşdur.
52. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir.
53. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadəsinə qeyd etdiyi yuxarıda göstərilən xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədi güdən, heç bir fakta əsaslanmayan ifadələr kimi qiymətləndirir.
54. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
55. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi X6 iştirakı ilə 29 sentyabr 2024-cü il tarixli ifadəsində Nərimanov RPİ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir.
56. Bundan başqa, məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı qarın nahiyyəsinin sağ yan səthində siyrılmış təpə, sağ diz nahiyyələrində qərtməkli yaralar aşkar edilmişdir. Məhkəmənin sorğusuna əsasən, əldə olunmuş Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-ə daxil olarkən üzərinə baxış keçirilmiş, baxış zamanı onun sağ böyrək nahiyəsində və sağ kürək nahiyəsində sağ diz nahiyəsində xəsarətlər aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən alınmış “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ekspertiza keçirilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 Nərimanov rayon şöbəsinin 21 noyabr 2024-cü il tarixli, 277-M nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər qarın nahiyyəsinin sıyrılmış yarası, sağ diz nahiyəsinin və təpə nahiyəsinin yaralarından ibarət olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən qaçarkən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.
56. Göründüyü kimi müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmir. İttiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
57. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə yuxarıda qeyd olunan hissələrdə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair qənaətini, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1617 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi və saxlanc yerinə təhvil verilməsi haqqında” qərarı, xx.xx.2024-cü il tarixli, “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7109 nömrəli ekspert rəyi, xx.xx.2024-cü il tarixli, “Mobil telefona baxış keçirilməsi haqqında” protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 3187 nömrəli ekspert rəyi, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı, eləcə də, iş materiallarında olan digər sənədlərdə qeyd olunanlar baxımından da əsaslı hesab edir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə (CM-in 234.4.3-cü maddəsi) təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.
58. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, sənədlər və protokolların məzmunundan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni (2540 qram qurudulmuş marixuananı) satış məqsədi ilə əldə etmiş, üzərində saxlamaqla daşımışdır.
59. Bununla belə, məhkəmə vurğulayır ki, istintaq orqanı heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən əsaslı sübut təqdim edə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Gülçü” adlı İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək onunla cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2540 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımış, bu barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu polis idarəsinə gətirilmiş, keçirilən şəxsi axtarış zamanı əlində saxladığı 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 2540 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
60. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə və daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək, sözügedən əməli digər şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə törətməsi qənaətinə gəlib, baş vermiş hüquqazidd əməli CM-in 234.4.3-cü maddəsi ilə yanaşı, əlavə olaraq CM-in 234.4.1-ci maddəsi ilə də tövsif etmişdir.
61. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.
62. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.
63. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
64. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə razılaşıb onun göndərdiyi narkotik vasitəni götürüb başqa ünvanlara qoyacağı ilə bağlı məlumata yalnız Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə rast gəlinmişdir.
65. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
66. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı digər sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır.
67. Məhkəmə kollegiyası CPM-in 126.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, digər hər hansı bir sübutun olmadığı və sübutların məcmusu ilə təsdiq edilmədiyi bir vəziyyətdə, sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrə əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunub iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olduğu iddia edilən İran İslam Respublikası vətəndaşının cinayətin subyekti sayılıb-sayılmaması (yaş və anlaqlılıq baxımından) müəyyən edilmədən sadəcə olaraq Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur.
68. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməsinə dair heç bir sübut mövcud olmamışdır. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni sayıla bilməz.
69. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
70. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
71. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.
73. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, CM-nin 234.4.1-ci maddəsinə münasibətdə ibtidai istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmunundan onun CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar ona qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə tərtib edilmiş İttiham Aktında Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması qeyd olunmuşdur. Məhkəmə vurğulayır ki, ibtidai istintaqın bu qənəati qanununsuz olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli onun məhkumluğu ödənilmiş dövrə təsadüf edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunsa da, onun tərəfindən yenidən qəsdən cinayətin törədilməsi qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətlərin residivini yaratmır. Belə ki, Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-185/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası çəkilmədiyindən hökmlərin məcmuyu qaydasında birinci hökmə birləşdirilmiş Təqsirləndirilən şəxs CM-in 67.1-ci maddəsi rəhbər tutulmaqla qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən, hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə görə Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Bununla belə Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı cinayət əməlləri törətdiyinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmə hökmləri ilə dəfələrlə törətdiyi cinayət əməllərinə görə cəzaya məhkum olunmuşdur, lakin qeyd olunan cəzaların Təqsirləndirilən şəxs islah olunmasına təsiri yetərli olmamış və o yenidən qəsdən ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta hədlərə yaxın müddətə azdlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cəzalandırılmalıdır.
74. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
75. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
76. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
77. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal müəyyən edilmədi.
78. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilmədi.
79. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
80. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
81. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 27 sentyabr 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
82. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
83. İş üzrə maddi sübut olan, Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2539,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və 01 ədəd “Samsung A32” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır.
84. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 85 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
86. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 198 (yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ümumi ittihamdan xaric edilsin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2539,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd “Samsung A32” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 198 (yüz doxsan səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev