Məhkəmə qərarları › İş №1(101)-988/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-988/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-988/2020 22.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1994-cü ildə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində pasport qeydiyyatda olan və yaşamış, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü, 177.2.2-ci, 177.2.3-cü və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xx xxxxxxx 2017-ci il tarixdə, saat 03 radələrində ünvan 1 saylı ünvanda yerləşən «Ağsu» kafesinin qarşısına gələrək icarə müqaviləsi əsasında həmin kafeni işlədən Zərərçəkmiş şəxs1 kafenin qarşısına çağırdıqdan sonra, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən yumruqla zərbələr vurduqdan sonra gödəkçəsinin alıtnda gizlətdiyi, silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan deşici-kəsici alətlə baş nahiyəsinə, bundan sonra qrupun digər üzvü Şahid2 isə silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs1 kürək və sol qol nahiyələrinə qəsdən zərbələr vuraraq ona sağ gicgah nahiyəsinin bir ədəd kəsilmiş yarası, sağ təpə nahiyəsinin bir ədəd kəsilmiş yarası, sağ qaşaltı nahiyəsinin bir ədəd kəsilmiş yarası, sol bazu oynağının bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və sağ ağciyərin zədələnməsi kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs1 şalvarının cibində olan 270 manat məbləğində pulunu ələ keçirib hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə, saat 23:30 radələrində tamah niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs2 əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunun Füzuli rayonu Kürdmahmudlu kəndindəki yaşayış evinin həyətyanı sahəsində yerləşən qarışıq malların satışı mağazasının qarşısına gələrək yerdən götürdüyü daş parçası ilə mağazanın pəncərəsinin şüşəsini sındırıb, əli ilə çöldən pəncərəyə çəkilmiş toru qopararaq həmin pəncərədən saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla həmin mağazanın vitrinində olan, hər birinin dəyəri 1 manat 60 qəpik olan 6 ədəd qalın “Vest” markalı siqareti, hər birinin dəyəri 1 manat 40 qəpik olan 3 ədəd qalın “Yava”markalı siqareti, dəyəri 1 manat 50 qəpik olan bir ədəd qalın ”Vinçester” markalı siqareti, hər birinin dəyəri 1 manat 40 qəpik olan 3 ədəd nazik “Palma” markalı siqareti, dəyəri 6 manat olan 1 ədəd qırmızı rəngli “Diplomat” etiketli, 34 ölçülü kişi köynəyini, dəyəri 6 manat olan 1 ədəd çəhrayı rəngli “Diplomat” etiketli, 29 ölçülü kişi köynəyini, hər birinin dəyəri 50 qəpik olan 2 ədəd “Pooneh” markalı diş pastasını, hər birinin dəyəri 50 qəpik olan 2 ədəd “Torento” markalı diş fırçasını, hər birinin dəyəri 40 qəpik olan 5 ədəd “Patron” markalı günəbaxan tumunu, hər birinin dəyəri 50 qəpik olan 3 ədəd “Dirol” və hər birinin dəyəri 30 qəpik olan 2 ədəd “Balon” markalı saqqızı, dəyəri 1 manat 60 qəpik bir ədəd 200 ml “Baby Snampoo” markalı uşaq şampununu, dəyəri 80 qəpik olan 1 ədəd “Arko” markalı kişi üz sabununu, hər birinin dəyəri 40 qəpik olan 2 ədəd “Olove” markalı sabunu, hər birinin dəyəri 30 qəpik olan 3 ədəd “Shorooh” markalı sabunu, hər birinin dəyəri 10 qəpik olan 2 qutu “Rapira” lezvasını-cəmi 43 (qırx üç) manat 10 qəpik dəyərindəərzaq və sənaye məhsullarını özü ilə gətirdiyi polietilen torbaya yığmış, mağazanın vitrinində olan kağız yeşikdən 8 (səkkiz) manat (bir manatlıq və qəpik pulları) pulu, 5 ədəd 2 manatlıq və 10 ədəd 1 manatlıq “SİM” danışıq konturu və həmin yeşiyin altında olan 50 (əlli) manat pulu götürərək mağazaya daxil olduğu pəncərədən çıxmış və bununla da Zərərçəkmiş şəxs2 cəmi 121 (yüz iyirmi bir) manat dəyərində maddi ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə, saat 23:45 radələrində tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunun Füzuli rayonu, Kürdmahmudlu kəndindəki yaşadığı evin həyətyanı sahəsində yerləşən qarışıq malların satışı mağazasının qarşısına gələrək, Zərərçəkmiş şəxs2 mağazasından oğurladığı ərzaq və sənaye məhsullarını mağazanın qarşısındakı çəpərə söykədikdən sonra Zərərçəkmiş şəxs3 mağazasının sağ tərəfində mişar daşları ilə hörülmüş hasardan aşaraq sonuncunun həyətinə keçməklə mağazanın həyətə açılan qapısına vurulmuş qıfılı həmin həyətdən götürdüyü dəmir parçası ilə sındıraraq qapıdan saxlanc yeri olan mağazaya daxil olub mağazanın vitrinində olan, hər birinin dəyəri 2 manat 50 qəpik olan 2 ədəd, 0,6 ml “İpək” markalı şampunu, dəyəri 2 manat olan 1 ədəd, 0,70 ml “Belux” markalı şampunu, hər birinin dəyəri 3 manat olan 2 ədəd, 0,5 ml “Hacı Şakir” markalı şampunu, dəyəri 2 manat 40 qəpik olan bir ədəd 0,750 ml “Biofin” markalı şampunu, dəyəri 8 manat olan 1 ədəd 0,60 ml “Aventos“ markalı ətiri, dəyəri 6 manat olan 1 ədəd 0,5 ml “Noble” markalı ətiri, dəyəri 12 manat olan bir ədəd 100 ml, “Xcel” markalı ətiri, dəyəri 6 manat olan 1 ədəd 50 ml “Lune Dete” markalı ətiri, hər birinin dəyəri 30 qəpik olan 9 ədəd oyun kartını, dəyəri 60 qəpik olan bir ədəd 1 ml “Fanta” içkisini, dəyəri 1 manat olan 1 ədəd “Bayram” kremini, dəyəri 5 manat 50 qəpik olan bir ədəd 400 qram “Servelat” markalı kolbasanı, hər birinin dəyəri 20 qəpik olan 2 ədəd, 200 ml “ Bonjus” markalı uşaq çöplü sokunu, hər birinin dəyəri 80 qəpik olan 26 cüt “Massimo” marklı, qara rəngli kişi corabını, dəyəri 60 qəpik olan bir ədəd “Sinigeris” şokoladını, hər birinin dəyəri 50 qəpik olan 12 ədəd “Marlboro”markalı alışqanı, hər birinin dəyəri 2 manat 50 qəpik olan 2 ədəd nazik ”Kent-4” markalı siqareti, hər birinin dəyəri 2 manat olan 4 ədəd nazik “LD” markalı siqareti , hər birinin dəyəri 1 manat 50 qəpik olan 7 ədəd qalın “İmperial Classig” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 4 ədəd nazik “Milano” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 8 ədəd qalın “ Visoe“ markalı siqaerti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 10 ədəd nazik “GM” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 11 ədəd nazik ”Manchester” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 5 ədəd qalın“Vinchester” markalı siqareti, hər birinin dəyəri 1 manat 80 qəpik olan 7 ədəd qalın “Vest” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 13 ədəd nazik “İmperial Classig” markalı siqareti, hər birinin dəyəri 1 manat 50 qəpik olan 9 ədəd nazik “RC” markalı və hər birinin dəyəri 1 manat 50 qəpik olan 3 ədəd “King” markalı siqareti əvvəlcədən Zərərçəkmiş şəxs3 həyətindən götürdüyü 50 kq-lıq polietilen kisəyə yığmış, mağazadakı masanın üzərində olan dəmir qutudan 40 (qırx) manat nəğd pulu, 32 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq Sim danışıq konturlarını, 4 ədəd 2 manatlıq Nar danışıq konturlarını və 9 ədəd 2 manatlıq Cin danışıq konturlarını götürərək mağazaya daxil olduğu qapıdan çıxmış və Zərərçəkmiş şəxs3 325 manat 60 qəpik ( üç yüz iyirmi beş manat altmış qəpik) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa, Əliyev X8 Respublikasına qanunsuz olaraq getmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan tanışı Şahid1 ilə birlikdə xx xxxxxx 2017-ci il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 15-ci sərhəd zastavasının 10-cu sahəsindən qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni oğlurluq epizodları və qanunsuz sərhəd keçmə epizodları üzrə təqsirli bilmiş, quldurluq epizodu üzrə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışları Şahid1 və Şahid2la birlikdə 2017-ci ilin oktyabr ayının əvvəllərində, axşam saatlarında “Ağsu” kafesinə yeyib içmək üçün getmişlər. Orada spirtli içki içib yemək yedikdən sonra həmin kafedə olan tanımadığı müştərilərlə mübahisələri yaranmışdır. Bir qədər mübahisə etdikdən sonra sakitləşmiş və kafedən bayıra çıxmış, geri qayıtdıqda kafedə dava-dalaş düşməsini və kafedə olan şəxslərin hamısının onun tanışı Şahid2 üstünə düşüb onu döymələrini görmüşdür. Onların davasına müdaxilə etdikdə həmin şəxslər və o cümlədən kafeni işlədən, Cavid də onları döymüşlər. Daha sonra oraya polis əməkdaşları çağırılmışdır. Polis əməkdaşları onu və Famili həkimə, daha sonra isə polis bölməsinə aparmışlar. Onlar şikayətçi olmadıqlarından evə buraxılmışlar. Təxminən bir həftə sonra, yəni xx xxxxxxx 2017-ci il tarixdə gecə saatlarında Familə həmin kafeyə gedib, kafeni işlədən Cavidin onları nə səbəbə görə döyməsini, həmçinin Şahid2 həmin vaxt orada itən saatını kimin götürməsini aydınlaşdırmaq məqsədilə həmin kafeyə getmişlər. Şahid2 Cavidi kafedən bayıra çağırmış, o, Cavidə demişdir ki, “kafedə dava düşəndə sən nəyə görə digər tərəfə qoşulub bizi döyürdün?” Cavid ona kobud cavab verib nalayiq söyüş söydüyü üçün o, yerdən tapıb götürdüyü taxta ilə onun qol nahiyəsinə bir zərbə vurmuş və oradan uzaqlaşmışdır. Famil həmin yerdə qalmış, o, bir qədər sonra geri qayıdıb Famili oradan uzaqlaşdırmaq istədikdə, Familin ona tərəf gəldiyini görmüşdür. Həmin vaxt Famil ona Cavidi bıçaqla vurduğunu demişdir. O, Familin Cavidi nə ilə və necə vurmasını görməmişdir. Cavidin yanına gələrkən onu döymək və ya pulunu götürmək məqsədləri olmamışdır. Cavid kobudluq edib söyüş söydüyünə görə ona taxta ilə bir zərbə vurmuşdur. Familin Cavidin cibindən pul götürməsindən də xəbəri olmamışdır. Famil ona Cavidin cibindən pul götürməsi barədə də heç bir söz deməmişdir. Cavidi taxta parçası ilə vurduqdan sonra Cavidə aid pul və ya hər hansı əşya götürməmiş, ona qarşı quldurluq cinayəti etməmişdir. Cavidi taxta parçası ilə vurduqdan sonra oradan uzaqlaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə tanışı Şahid1 valideynlərinə baş çəkmək üçün Füzuli rayonu, Kürdmahmudlu kəndinə gedəcəyini bildirmiş və 20 yanvar metrostansiyasının yanına gələrək oradan Füzuli rayonuna gələn mikroavtobusla Füzuli rayonuna gəlmək üçün yola düşmüşdür. Beyləqan rayonu ərazisinə çatanda mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefonu açanda zəng edən şəxsin Şahid1 olduğunu bilmişdir. Sara onun ardınca Füzuli rayonuna gəlmək üçün mikravtobusla yola düşdüyünü və hazırda Bakı şəhərindən çıxdığını demişdir. xx xxxxxx 2017-ci il tarixdə, saat 14-15 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazində yerləşən, «Dörd yol» adlanan əraziyə çatmış və həmin ərazidə Şahid1 gəlməsini gözləmişdir. Sara həmin gün saat 19-20 radələrində onun yanına gəlmiş, o, Saranı qarşıladıqdan sonra birlikdə orada olan çayxanada çay içib, söhbət etmişlər. Bundan sonra Şahid1 ilə birlikdə yaşadığı Füzuli rayonu, Kürdmahmudlu kəndinə getmək məqsədi ilə saat təminən 23:15 radələrində kafedən çıxıb Füzuli rayonu, Əhmədbəyli kəndi ilə piyada getmiş, tanımadığı şəxsin Saraya söz atması səbəbindən həmin şəxslə mübahisə etmiş, bu zaman onlara yaxınlaşan polis əməkdaşları onlardan şəxsiyyətini təsdiq edən sənədlərini tələb etmişdir. Onun və Saranın üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığı üçün polis əməkdaşları onları Füzuli rayon Polis şöbəsinə aparmışlar Füzuli rayon Polis şöbəsində onların şəxsiyyəti müəyyən olunmuş və sərbəst buraxılmışlar. O yenidən Şahid1 ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində «Dörd yol» adlanan əraziyə gedərək orada gəzib, kafedə çay içib yemək yemişlər. Gecəni Füzuli rayonu, Bala Bəhmənli kəndində «Dörd yol» adlanan ərazidə keçirmişlər. Səhəri gün, yənixx xxxxxx 2017-ci il tarixdə, saat 11 radələrində Sara ilə birlikdə Füzuli rayonu, Qarabağ kəndinə dönən yolda yerləşən kafedə oturub çay içmiş, axşam saatlarınadək həmin kafedə oturmuşlar. Saat 23 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərzaq mağazalarından oğurluq etmək qərarına gəlmiş, Saraya yalandan evlərinə gedib qayıdacağını deyərək, kafedə gözləməsini demişdir. Kafedən yola çıxdıqdan sonra tanımadığı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib Füzuli rayonu, Kürdmahmudlu kəndinə getmiş və gediş haqqı olaraq həmin sürücüyə bir manat pul vermişdir. Füzuli rayonu, Kürdmahmudlu kəndində, evlərinin yaxınlığında avtomobildən düşüb, birbaşa piyada həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs2 mağazasına getmişdir. Mağazanın qarşısına çatdıqdan sonra yerdən götürdüyü daşla mağazanın pəncərəsini sındırıb, pəncərədən mağazaya daxil olmuşdur. Əlində olan alışqanın işığı ilə mağazadan siqaret, sabun, şampun, iki ədəd kişi köynəyi, sayını və neçə manatlıq olmasını bilmədiyi danışıq konturlarını götürüb, əvvəlcədən özü ilə götürdüyü sellofan torbaya yığmış və daxil olduğu pəncərədən çıxmışdır. Bundan sonra yaşadığı küçə ilə geri qayıdıb, küçənin girişində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus mağazanın qarşısında dayanaraq əlində olan torbanı çəpərin yanına qoyub, mağazanın yanındakı hasardan çıxaraq dükana bitişik tikilinin şiferinin üstü ilə Zərərçəkmiş şəxs3 həyətinə keçmişdir. Həyətə düşdükdən sonra mağazanın həyətə açılan qapısının qıfılını həyətdən götürdüyü dəmir parçası ilə sındırmış və qapını açaraq mağazaya daxil olmuşdur. Əlində olan alışqanın işığı ilə mağazanı işıqlandıraraq mağazanın piştaxtasında olan müxtəlif markalı ətir məmulatlarını, kolbasa, siqaret, corab, energetik içkiləri, sabun, şampun və dəmir materialından olan balaca kassanı içərisindəki dəmir pulları və danışıq konturlarını kassa ilə birlikdə götürüb, mağazaya daxil olarkən Zərərçəkmiş şəxs3 həyətindən götürdüyü kisəyə (xaşaya) yığıb, həyətə keçdiyi yerdən yola çıxmışdır. Yola çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 mağazasından oğurladığı və çəpərin yanına qoyduğu torbanı da götürüb asfalt yolun kənarına gəlmişdir. Qaranlıq olduğu üçün rəngini və markasını görmədiyi, tanımadığı şəxsin idarə etdiyi avtmobilə əl edib saxlatmış, həmin şəxsdən onu da Füzuli rayonu, Qarabağ kəndinin yoluna aparmasını xahiş etmişdir. O, həmin avtomobillə gəlib, Şahid1 onu gözlədiyi kafedən götürüb, Füzuli rayonu, Əhmədbəyli kəndi istiqamətinə doğru yolun kənarı ilə kafedən biraz aralaşıb, yolun kənarında yerləşən təpənin arxasında gecələyərək gecəni çöldə yatmışlar. Səhər tezdən yuxudan ayılaraq yola yaxınlaşıb, tanımadığı şəxsin idarə etdiyi, markasını xatırlamadığı avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndinə, Dörd yol adlanan əraziyə gəlmiş və oradan Bakı şəhərinə getmək üçün mikroavtobusa minmişlər. Bundan bir qədər sonra mikroavtobus yola düşmüşdür. İmişli rayonu ərazisində qara rəngli “Mercedes” markalı avtomobil arxadan gələrək onların olduğu mikroavtobusu saxlatmış və həmin avtomobildən düşən iki nəfər polis əməkdaşı mikroavtobusa yaxınlaşmış, ona və Şahid1 Füzuli rayon Polis şöbəsinə getməli olduqlarını deyərək onları oğurladığı əşyalarla birlikdə polis şöbəsinə aparmışlar. O, hər iki mağazadan oğurluğu tək etmiş, Şahid1 onun yanında olmamış, onun oğurluğa getməsindən xəbərsiz olmuş, geri qayıtdıqdan sonra Şahid1 mağazalardan oğurluq etməsini demişdir. xx xxxxxx 2017-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 mağazasından oğurluq etdikdən 5-10 dəqiqə sonra piyada yola çıxmış, daha sonra Zərərçəkmiş şəxs3 mağazasına çatmış, oradan da oğurluq etmiş və Zərərçəkmiş şəxs3 mağazasından saat təxminən 24 radələrində çıxıb getmişdir. O, nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs3 mağazasından kağız pul götürməmiş, hər iki mağazadan 3-4 manat qəpik pul götürmüş, oğurladığı əşyalardan heç kimə verməmiş, oğurladığı bütün əmlakları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, 2017-ci ilin noyabr ayının təxminən 24-də əvvəllərdə Şahid1 ilə Bakı şəhərində gəzərkən Sara ona Gürcüstana gedib orada gəzməyi təklif etmiş, o, Saraya işinin polisdə olduğunu və xarici pasportunun olmadığını demişdir. Şahid1 ona yaşadığı kəndin yaxınlığında bir yer olduğunu və oradan hamının Gürcüstana keçdiyini onu Gürcüstana sərhəddən keçirə biləcəyini demişdir. Füzuli rayonu, Kürdmahmudlu kənd sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mağazalarından etdiyi oğurluqlara görə məhkəməsinin olacağı günədək qayıdacağını düşünüb, Şahid1 “hamı keçirsə bizdə keçək, gəzək, sonra qayıdarıq” sözlərini demiş və bununla da Gürcüstana getməyə razılıq vermişdir. Bundan sonra onlar Bakı şəhərindən avtobusla Qazax rayonuna getmiş, gecə saatlarında Qazaxa çatmışlar. Həmin gün orada gəzərək gecəni Qazax rayonunda olan keçid məntəqəsinin yanındakı kafedə keçirmişlər, səhər açılmış, onlar həmin gün Qazax rayonunda gəzərək havanını qaralmasını gözləmişdər. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində “Qırmızı körpü” keçid məntəqəsindən təxminən 50 metr irəliyə gedərək orada yerləşən iri dəmir su borusunun üzərindən Sara qabaqda o, isə onun ardınca keçərək Dövlət Sərhədini pozub Gürcüstana keçmişlər. O, Gürcüstan tərəfdə bir maşına əyləşərək sürücüdən onları Marneula aparmasını xahiş etmişdir. Sürücü onları Merneul bazarının yanında maşından düşürmüş, Sara onu tanıdığı bir azərbaycanlının evinə aparmışdır. Onlar həmin evdə bir həftə kirayəşin qalmışlar. Sonra Sara onu Tbilisi şəhərinə gəzməyə aparmış və orada kirayəşin qalmağa başlamışlar. xx xxxxxx 2017-ci il tarixdə Şahid1 ilə küçədə gəzərkən bir nəfər Gürcüstanlı qadının əlindən sumkasını alıb qaçmış, həmin gün polislər tərəfindən tutulmuş və həmin cinayətə görə Tiblisi məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzasını çəkib qurtardıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasına eksdradisiya olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində hadisə zamanı zərərçəkmiş şəxs Cavidə Səmidova zərbə endirdiyi əşyanın taxta olmasını bildirdiyi üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 vurduğu alət dəmir parçası olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadənin həmin hissəsinin düz yazılmadığını, ifadənin həmin hissəsini təsdiq etmədiyini, Zərərçəkmiş şəxs1 zərbə endirdiyi əşyanın dəmir yox, taxta olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə, saat 00:30 radələrində icarə qaydasında işlətdiyi «Ağsu» kafesinə tanımadığı iki nəfər kişi və bir nəfər qadın gələrək kafedə ofsiant işləyən Şahid4 yemək və bir ədəd 0,5 litrlik spirtli içki sifariş vermişlər. Həmin şəxslər yeyib içəndən sonra, saat 01:30-da rəqs etmək üçün mahnı sifariş verərək rəqs etmişlər. Adının sonradan Elçin olmasını öyrəndiyi oğlan əynində olan paltarlarını soyunaraq kafedə lüt rəqs etməyə başlamış, onun bu hərəkətləri kafedə olan digər müştərilər iradlarını bildirmişlər. Bundan əsəbləşən Elçin bel nahiyəsindən bıçaq çıxarıb müştərilərin üzərinə hücum etmişdir. Həmin vaxt kafedə olan digər müştərilər Elçinin əlindən bıçağı almışlar. Elçin və onunla gələn Şahid2 müştəriləri söydüklərinə görə kafedə mübahisə yaranmışdır. Kafedən çıxıb yaxınlıqda xidmət aparan post-patrul xidməti əməkdaşlarını köməyə çağırmışdır. Polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə dəvət etmişlər. O, bölmədə hadisə barədə ərizə ilə müraciət etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə, saat 03 radələrində kafedə olan zaman Elçin və Famil 3 gün əvvəl gəldikləri həmin qadınla kafeyə gəlmişlər, Famil ona bir neçə gün əvvəl kafedə baş vermiş mübahisə zamanı 600 manat dəyərində saatının itdiyini bildirmiş və ondan Nəriman rayon Polis İdarəsinin 17-ci polis bölməsinə şikayət etməsinin səbəbini soruşmuşdur. Şahid2 ondan saatının pulunu tələb etmiş, o, üzərində 600 manat pulunun olmadığını bildirərək sabah gələrsə həmin pulu verə biləcəyini bildirmişdir. Həmin vaxt Elçin söhbəti davam etdirmək üçün onu kafedən bayıra çağırmışdır. O, kafedən çölə çıxaraq söhbət edə-edə 5- 10 metr aralanmışdır. Kafenin qarşısında Şahid2 və Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək sifət nahiyəsinə yumruqla zərbələr vurmuşlar. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin altından alət çıxarıb onun baş nahiyəsindən bir neçə zərbələr vurmuş, Famil isə onun qollarından tutaraq müqavimət göstərməsinə imkan verməmişdir. Zərbələrdən huşunu itirib yerə yıxılmış, özünə gələndə Familin Elçinə onun şalvarının cibinə baxmasını, pul varsa götürməsini dediyini eşitmişdir. Elçin onun əynində olan şalvarının cibinə əlini salaraq cibində olan 270 manat pulu götürmüşdür. Elçin pulu götürəndən sonra həmin qadınla oradan qaçaraq uzaqlaşmışdır. Şahid2 isə cibindən bıçaq çıxarıb həmin bıçaqla bir dəfə onun kürək nahiyəsindən, daha sonra sol qolundan vurmuşdur. Bundan sonra Şahid2 Elçinin qaçdığı istiqamətdə qaçmışdır. O, kənardan taksi avtomobilinin gəlməsini görüb həmin avtomobilə tərəf qaçmış, avtomobili saxladaraq qapısını açıb qan itirdiyinə görə avtomobilin salonuna uzanmışdır. Taksi sürücüsü kafedən Şahid3 çağırmış və onu Cəlalla Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Kliniki xəstəxanasına aparmışlar. Həmin xəstəxanada onun üzərində cərahiyyə əməliyyatı aparılmış, bir ayadək müalicə olunduqdan sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yaşayır. Evinin həyətində mişar daşından tikilmiş, taxta qapısı və küçəyə açılan pəncərəsi olan ərzaq və sənaye mallarının satışı mağazası vardır. xx xxxxxx 2017-ci il tarixdə, saat 23 radələrində mağazasını bağlayıb evinə getmiş, səhər tezdən, saat təxminən 08 radələrində yuxudan oyanmış, qonşusu Polad Əliyevin azyaşı oğlu Kənan Əliyev onu çağıraraq mağazasının pəncərəsinin şüşəsinin sındığını demişdir. Tez mağazasının pəncərəsinin yanına getmiş və pəncərənin şüşəsinın sınıb dağılmasını, çöl tərəfdən çəkilmiş dəmir torun cırılıb dağılmasını, pəncərənin çərçivəsində palçıq izləri olmasını görmüşdür. Mağazanın qapısını açaraq içəri keçmiş və mağazasından ümumi dəyəri 20 (iyirmi) manat olan sim danışıq konturlarının, ümumi dəyəri 70 (yetmiş manat) olan mütəlif adda təxminən 40 qutu siqaretlərin, 2 ədəd hər biri 15 (on beş) manat olan iki ədəd kişi köynəyinin, dəyəri 8 (səkkiz) manat olan əl-üz sabunu və şampunun, piştaxtanın üzərində olan kağız qutunun içərisində olan səkkiz manat pulun və həmin qutunun yanında olan dəftərin altına qoyduğu bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq olmaqla 50 (əlli) manat pulu oğurlanmasını görüb Füzuli rayon Polis şöbəsinə gedərək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Həmin gün həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus mağazanın da qapısının sındırılmasını və onun mağazasından da oğurluq edilməsini eşitmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 250 (iki yüz əlli) manat maddi ziyan dəymişdir. O, sonradan polis əməkdaşlarından mağazasından oğurluq edən şəxsin qonşusu Təqsirləndirilən şəxs olmasını öyrənmiş, xx xxxxxx 2017-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mağazasından oğurlanmış 6 ədəd qalın “Vest” markalı siqaret, 3 ədəd qalın “Yava”markalı siqaret, bir ədəd qalın ”Vinçester” markalı siqaret, 3 ədəd nazik “Palma” markalı siqaret, 1 ədəd qırmızı rəngli “Diplomat” etiketli, 34 ölçülü kişi köynəki, 1 ədəd çəhrayı rəngli “Diplomat” etiketli, 29 ölçülü kişi köynəyi, 2 ədəd “Pooneh” markalı diş pastası, 2 ədəd “Torento” markalı diş fırçası, 5 ədəd “Patron” markalı günəbaxan tumu, 3 ədəd “Dirol” və 2 ədəd “Balon” markalı saqqız, bir ədəd 200 ml “Baby Snampoo” markalı uşaq şampun, 1 ədəd “Arko” markalı kişi üz sabununu, 2 ədəd “Olove” markalı sabunu, 3 ədəd “Shorooh” markalı sabunu, 2 qutu “Rapira” lezvası,8 (səkkiz) manat (bir manatlıq və qəpik pulları) pulu, 5 ədəd 2 manatlıq və 10 ədəd 1 manatlıq “SİM” danışıq konturu və 50 (əlli) manat nəğd pul ona qaytarılmışdır. Ona görə də hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yaşayır. Yaşadığı evin həyətində özünə məxsus ərzaq və sənaye mallarının satışı mağazası vardır. Həmin mağazanı onunla birlikdə yaşayan oğlu Elşən Əlişov işlədir. xx xxxxxx 2017-ci il tarixdə, saat təxminən 23 radələrində o, mağazasının qapısını qıfılla bağlayıb evinə getmiş, xx xxxxxx 2017-ci il tarixdə, saat təminən 07:30 radələrində mağazanı açmaq üçün həyətində olan qapıdan mağazaya yaxınlaşdıqda, mağazanın qapısının yarım açıq olmasını və qıfılın sındırılmasını görmüşdür. Mağazaya daxil olub mağazanın vitrinində olan malların az olmasını və soyuducunun üzərində olan, kassa kimi istifadə etdiyi dəmir qutunun yerində olmadığını görmüş və mağazasından təxminən 600-650 manat dəyərində olan ərzaq, ətriyyat, sabun, şampun və müxtəlif danışıq operatorlarına aid danışıq konturları oğurlanmasını görmüşdür. Füzuli rayon Polis şöbəsinəgedərək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Həmin gün həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus mağazadan da pəncərənin şüşəsinin sınıdırılması yolu oğurluq edilməsini eşitmişdir. Bir neçə gün sonra polis əməkdaşlarından mağazasından oğurluq edən şəxsin qonşusu Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. xx xxxxxx 2017-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mağazasından oğurlanmış 2 ədəd, 0,6 ml “İpək” markalı şampun, 0,70 ml “Belux” markalı şampun, 2 ədəd, 0,5 ml “ Hacı Şakir” markalı şampun, bir ədəd 0,750 ml “Biofin” markalı şampun, 1 ədəd 0,60 ml “Aventos“ markalı ətir, 1 ədəd 0,5 ml “Noble” markalı ətir, bir ədəd 100 ml, “Xcel” markalıətir, 1 ədəd 50 ml “Lune D ete” markalı ətir, 9 ədəd oyun kart, bir ədəd 1 ml “Fanta” içkisi, 1 ədəd “Bayram” kremi, bir ədəd 400 qram “Servelat” markalı kolbasa, 2 ədəd, 200 ml “ Bonjus” markalı uşaq çöplü soku, 26 cüt “Massimo” markalı, qara rəngli kişi corab, bir ədəd “Sinigeris” şokolad,12 ədəd “Marlboro”markalı alışqan, 2 ədəd nazik ”Kent-4” markalı siqaret, 4 ədəd nazik “LD” markalı siqaret , 7 ədəd qalın “İmperial Classig” markalı siqaret, 4 ədəd nazik “Milano” markalı siqaret, 8 ədəd qalın “ Visoe“ markalı siqaert, 10 ədəd nazik “GM” markalı siqaret, 11 ədəd nazik ”Manchester” markalı siqaret, 5 ədəd qalın“Vinchester” markalı siqaret, 7 ədəd qalın “Vest” markalı siqaret, 13 ədəd nazik “İmperial Classig” markalı siqaret, 9 ədəd nazik “RC” markalı, 3 ədəd “King” markalı siqaret , 40 (qırx) manat nəğd pul, 32 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq Sim danışıq konturlarını, 4 ədəd 2 manatlıq Nar danışıq konturlarını və 9 ədəd 2 manatlıq «Bakcell» danışıq konturları ona qaytarılmışdır. Ona görə də hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, Füzuli rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. Füzuli rayonu Kürdmahmudlu, Qarabağ, Mahmudlu-2, Əhmədbəyli, Bala Bəhmənli, Araz Dilağarda və Araz Zərgər kəndlərində xidmət aparır. xx xxxxxx 2017-ci il tarixdə, saat 08:15 radələrində Füzuli rayon Polis şöbəsinin növbətçi hissəsindən radiostansiya vasitəsi ilə Füzuli rayonu, Kürdmahmudlu kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat almış, həmin məlumat əsasında polis serjantları Şahid8 və Şahid7 ilə birlikdə hadisə yerində olmuşlar. Bakı şəhərinə sərnişin daşımaqla məşğul olan Füzuli rayonu, Bala Bəhmənli kənd sakini Şahid9 zəng edib, ondan tanımadığı və şübhəli şəxslərin onunla Bakı şəhərinə gedib-getməməsini soruşmuş, Səyavuş ona idarə etdiyi ** NV *** dövlət qeydiyyat nişanlı mikroavtobusda biri qadın biri kişi olmaqla iki nəfər tanımadığı şəxsin olduğunu, onların bir kisə və 3-4 torba yüklərinin olmasını və Bakı şəhərinə getmək istəmələrini bildirmişdir. Səyavuşa mikroavtobusun surətini azaltmasını və onun arxasınca gəlməsini demişdir. O, polis serjantları Şahid8 və Şahid7la birlikdə Səyavuşun idarə etdiyi mikroavtobusun ardınca getmiş və İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində çataraq mikroavtobusu saxlaması üçün işarə vermişdir. O, əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, barəsində yığım işi apardığı Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Təqsirləndirilən şəxs tanımış, onun əl yüklərə baxanda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mağazasından oğurlanmış əşyaları tanımışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərini etiraf edərək oğurladığı ərzaq və sənaye mallarını təqdim etmişdir. Təqsirləndirilən şəxs və onun tanışı Şahid1 Füzuli rayon Polis şöbəsinə apararaq oğurladığı əmlakla birlikdə istintaqa təhvil vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahid Füzuli rayon Polis şöbəsinin əməkdaşları Şahid8 və məhkəmədə ibtidai istintaq dövrü verdiyi ifadəsi məhkəmədə elan olunsmları X12 Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə, saat 00:30 radələrində Elçin və Elçinin tanışı qadınla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən, “Baksol yolu” adlanan ərazidə fəaliyyət göstərən «Ağsu» kafesinə getmişlər. Onlarla kafedə olan digər müştərilər arasında mübahisə yaranmış və dava düşmüşdür. Kafedə olan şəxslər onları döymüşlər, sonra Elçinlə onun Nərimanov rayon polis İdarəsinə aparmışlar. Onları polis idarəsində də polislər döymüşlər. Nərimanov rayon polis idarəsindən onları səhərisi güni buraxmışlar. «Ağsu» kafesində dava zamanı onun qol saatı itdiyi üçün 3 gündən sonra Elçinlə təkrar həmin «Ağsu» kafesinə getmişlər. Kafeyə getməkdə niyyətləri qol saatını axtarmaq üçün olmuşdur. Kafenin çölündə Elçinlə o, Cavidlə kafedə itən saatı və onları keçən səfər kafedə döyməkləri barədə söhbət etmişlər. Yenidən Cavidlə onların arasında mübahisə yaranmış, Elçin əlində olan taxta ilə Cavidə zərbə endirmişdir. O, Elçini hadisə yerindən uzaqlaşdırmış, Elçini oradan uzaqlaşdırdıqdan sonra o, yenidən Cavidin yanına qayıdaraq sonuncunu özündə olan bıçaqla vurmüşdür. Hadisənin bütün təfərrüatları hadisə yerini çəkən kameraya da yazılmışdır. Cavidin üzərində olan 270 manat məbləğində pulu nə o, nə də ki Elçin götürməmişlər. Cavidi bıçaqladıqdan sonra oradan uzaqlaşmışdır. Şahid3 oğlnun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayından Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Dərnəgül qəsəbəsi, Ələsgər Qayıbov küçəsi, Baksol yolunda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Ağsu» kafesində musiqiçi işləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:30-da kafeyə sonradan adının Elçin və Famil olduğunu bildiyi şəxslər bir nəfər qadınla həmin kafeyə gəlmişlər və onlara Leyla adlı ofisiant qulluq etmişdir. Onlar yeyib içəndən sonra Elçin kafenin içərisində paltarlarını soyunub lüt rəqs etdiyinə görə kafedə olan müştərilər ona öz iradını bildirmişdir. Elçin müştərilərin üzərinə bıçaq çıxarıb onların ünvanına nalayiq söyüşlər söymüşdür. Kafedə olan müştərilər Elçinin əlindən bıçağı almışlar, Elçin söyüşlərini davam etdirdiyinə görə kafeni işlədən Zərərçəkmiş şəxs1 post-patrul xidməti əməkdaşlarını çağırmış, polis əməkdaşları Elçini, Famili və onlarla gələn qadını aparmışlar. xx xxxxxxx 2017-ci il tarixdə, saat 03 radələrində Elçin, Famil və həmin qadın kafeyə gəlmişlər. Elçin Cavidi çölə çağırmış, o, Cavidin arxasınca çıxanda, Cavid onu geri qaytarmış və tez qayıdacağını demişdir. O, kafeyə qayıdaraq işlərini davam etdirmişdir. Təxminən 10 dəqiqə sonra üzdən tanıdığı taksi sürücüsü kafeyə daxil olub qışqıraraq Cavidin iki nəfər tərəfindən vurulduğunu bildirmişdir. O, kafedə işləyən müğənni ilə çölə çıxmış, Cavidin halsız vəziyyətdə, qan içində olduğunu görmüşdür. O, həmin sürücü ilə Cavidi Sabuncu rayonu ərazisində yerləşən 3 saylı şəhər kliniki xəstəxanaya aparmış, xəstəxanada Cavidin üzərində cərrahiyə əməliyyatı aparılmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Şahid5 oğlnun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, özünə məxsus «VAZ-21074» markalı,**-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Ağsu» kafesinin yanında dayanır. Həmin kafeni işlədən Zərərçəkmiş şəxs1 tanıyır. xx xxxxxxx 2017-ci il tarixdə, saat 03 radələrində «Ağsu» kafesinin yaxınılığında avtomobilinin içərisində oturub müştəri gözləyərkən kafeni işlədən Cavidin tanımadığı iki nəfər şəxslə birlikdə kafedən çölə çıxdıqlarını görmüşdür. Cavidin arxasınca kafedə musiqiçi işləyən Cəlal da çölə çıxıb yenidən içəriyə qayıtmışdır. Cavid yanında olan iki nəfər oğlanla kafedən aralınb onlarla söhbət etmiş, avtomobilin açıq pəncərəsindən Cavidin qışqıraraq kömək istəməsini eşitmişdir. Həmin şəxslərin birinin əlində dəmir parçası, digərinin əlində isə bıçaq olmuşdur. O, avtomobilinin qabaq işıqlarını yandırıb mühərrəkini işə salmış, həmin şəxslərdən biri ağ rəngli, markasını və nömrəsini görmədiyi avtomobilə minib oradan uzaqlaşmış, digərinin isə hansı istiqamətdə qaçmasını görə bilməmidir. O, avtomobilini Cavidin yanına sürmüş, həmin vaxt Cavid qan içində halsız vəziyyətdə, yerə uzanmış vəziyyətdə olmuşdur. Cavid xırıldaya-xırıldaya ona “ölürəm məni tez xəstəxanaya çatdır” sözlərini demişdir. O, kafeyə daxil olub kömək çağırmış və kafedə musiqiçi işləyən Cəlal adlı oğlanla Cavidin avtomobilinə uzandırıb Sabuncu rayonu ərazisində yerləşən 3 saylı şəhər kliniki xəstəxanaya aparmış, xəstəxanada Cavidin üzərində cərahiyyə əməliyyatı aparılmışdır. Şahid9 oğlnun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır və özünə məxsus “Ford” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. Füzuli rayon Avtovağzalının rəhbərliyinin təsdiq etdiyi sərnişin daşıma qrafikinə uyğun olaraq hər gün səhər saat 08:00-da Füzuli rayonu, Bala Bəhmənli kəndindən Bakı şəhərinə, Beynəlxalq Avtovağzala, saat 15:00-da isə oradan Füzuli rayonu, Bala Bəhmənli kəndinə sərnişin daşıyır. xx xxxxxx 2017-ci il tarixdə, saat 07:30 radələrində Füzuli rayonu Bala Bəhmənli kəndində yerləşən «Dörd yol» adlanan ərazidə mikroavtobusda oturub sərnişini gözləyərkən bir nəfər cavan oğlan bir nəfər qadınla ona yaxınlaşıb nə vaxt yola düşəcəyini soruşmuş, o, saat 08 radələrində yola düşəcəyini demiş, onlar əllərində olan sayı dəqiq yadında qalmayan 2-3 sellofan torbanı və bir ədəd isə dolu kisəni mikroavtobusun yük yerinə yerləşdirdikdən sonra mikroavtobusa minmişlər. Saat 08:00-da Bakı şəhərinə yola düşmüş, Beyləqan rayonu, Xalac kəndi ərazisində olan zaman Füzuli rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid6 ona telefonla zəng edərək, mikroavtobusunda tanımadığı şəxslərin olub-olmamasını soruşmuş, o, mikroavtobusda olan altı nəfər şəxsdən dördünü tanıdığını, lakin bir nəfər cavan oğlan və bir nəfər cavan qadını tanımadığını demişdir. Şahid6 ona mikroavtobusu saxlamamağı, lakin aşağı sürətlə sürməyi tapşıraraq arxasınca gəldiyini demişdir. O, mikroavtobusu aşağı sürətlə sürmüş və Sabir Mirzəyin ona çatmasını gözləmişdir. İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisində Şahid6 arxadan idarə etdiyi «Mercedes» markalı avtomobilin işıqlarını yandırıb söndürməklə saxla işarəsi vermiş, idarə etdiyi mikroavtobusu yolun sağ kənarına çəkib saxlamışdır. Şahid6 polis əməkdaşları Şahid8 və Elvin Cəfərovla mikroavtobusa yaxınlaşaraq həmin cavan oğlanı və qadının düşürərək, onları yükləri ilə birlikdə öz avtomobilinə əyləşdirib Füzuli rayonu istiqamətində aparmışlar. Sonradan eşitmişdir ki, Şahid6 onun idarə etdiyi mikroavtobusdan düşürdüyü cavan oğlan Təqsirləndirilən şəxs Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən iki mağazadan oğurluq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Nizami küçəsində yaşayan X4 ərə getmiş, bir qız övladı olmuş, əri Yasin tanımadığı şəxsi bıçaqla vurub xəsarət yetirdiyi üçün həbs olunmuşdur. O, Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında kirayədə yaşamış və Dərnəgül qəsəbəsində “Ağdam” kafesində xadimə işləmişdir. Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Təqsirləndirilən şəxslə 2017-ci ilin avqust ayında tanış olmuş, Elçin tikintilərdə fəhləlik etmiş və birlikdə kirayədə yaşamışlar. xx xxxxxx 2017-ci ildə Elçin telefonla ona zəng edərək Füzuli rayonuna yaşayan valideynlərinin yanına getmək üçün yola düşdüyünü bildirmiş, o, Elçinlə Füzuli rayonuna getmək üçün işlədiyi kafedən işdən çıxmış və onun ardınca 20 yanvar metrosu yaxınlığında özünə məxsus mobil telefonu 40 manata satıb, oradan Füzuli rayonuna gələn mikroavtobusa minərək saat təxminən 14-15 radələrində Füzuli rayonuna gəlmişdir. Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində «Dörd yol» adlanan ərazidə avtobusdan düşmüş Təqsirləndirilən şəxs onu qarşılamışdır. Elçinlə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində «Dörd yol» adlanan yerdə yerləşən kafedə oturub çay içmiş və saat 23 radələrində həmin kafedən çıxıb Təqsirləndirilən şəxslə birlikdə Füzuli rayonu, Kürdmahmudlu kəndinə doğru gedən zaman ayaqyoluna getmiş, geri qayıdanda Elçinin bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxt oraya polis əməkdaşları gəlmiş və onların şəxsiyyətlərini təsdiq edən sənədləri olmadığı üçün onları Füzuli rayon Polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsiyyətləri müəyyən ediləndən sonra buraxılmışlar. Təqsirləndirilən şəxs sonradan ona həmin şəxsin guya onun haqqında danışdığı üçün mübahisə etməsini demişdir. Ertəsi gün, saat təxminən 11 radələrində həmin yerdən Füzuli rayonu, Qarabağ kəndinə dönən yolda asfalt yolun kənarında yerləşən kafeyə gələrək kafedə oturub çay içərək vaxt keçirmişlər. Təqsirləndirilən şəxs gecə saat təxminən 23 radələrində evlərinə gedib gələcəyini demiş və ona həmin kafedə gözləməsini bildirmişdir. Elçini kafenin həyətində oturub gözləmiş, Təqsirləndirilən şəxs təxminən 2-3 saat sonra əlində torbalarla gələrək onu tanımadığı bir yerə aparmışdır. Təqsirləndirilən şəxs ona özü ilə gətirdiyi malları mağazadan oğurladığını demişdir. xx xxxxxx 2017-ci il tarixdə, Füzuli rayonu, Bala Bəhmənli kəndində «Dörd yol» adlanan ərazidən mikroavtobusla Bakı şəhərinə gedərkən Elçin torbadakı siqaret, ətir və müxtəlif şampunları ona göstərmişdir. Yolda polis əməkdaşları avtomobili saxladaraq onları Füzuli rayon Polis şöbəsinə gətirmişlər. Elçinin əvvəlcədən oğurluq edəcəyini bilməmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə Elçin ona axtarışda olduğunu, buna görə də Gürcüstana getmək istədiyini demişdir. O, Elçinə köməklik edəcəyini bildirərək xx xxxxxx 2018-ci il tarixdə onunla Bakı şəhərindən Qazax rayonuna getmiş və xx xxxxxx 2018-ci il tarixdə, saat 04 radələrində Qazax rayonu Şıxlı sərhəd məntəqəsinə gələrək körpünün yanı ilə Ehram çayının sahilinə düşmüş, çayı keçib Gürcüstana getmişlər. Gürcüstanda Elçin oğurluq etdiyinə görə polislər tərəfindən tutulmuş, özü isə xx xxxxxx 2018-ci il tarixdə, saat 03 radələrində sınıq körpünün yanı ilə hərəkət edib Ehram çayını keçərək Azərbaycan Respublikasının ərazisinə keçmişdir. xx xxxx 2018-ci il tarixdə Qazax rayonu ərazisində dilənçilik edərkən sərhədçilər onu saxlamışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X14 tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tələblərini pozduğu üçün onun barəsində xx xxxxxx 2018-ci il tarixdə axtarış elan edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərkibində nümayəndəliyi tərəfindən göndərilmiş xx xxxxxx 2018-ci il tarixli, GE/RofMİA-29-18 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını tərk edərək Gürcüstana getmiş və xx xxxxxx 2017-ci il tarixdə Gürcüstanın Tibilisi şəhəri, Didube-Çuqureti rayonu ərazisində Gürcüstan vətəndaşı Yelena Avtandilovaya qarşı soyğunçuluq etdiyinə görə barəsində Gürcüstan CM-nin 178.2-ci maddəsinin “a” bəndi ilə (soyğunçuluq) cinayət işi başlanılaraq Gürcüstanın Tibilisi şəhəri, Didube-Çuqureti rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tələblərini pozması və onun ekstradisiya olunmasının təşkil edilməsi məqsədi ilə barəsində “Həbs” qətimkan tədbirinin seçilməsinin zəruriliyi nəzərə alınaraq xx xxxxxx 2018-ci il tarixli qərarla cinayət işi üzrə icraat Füzuli rayon Polis şöbəsinin müstəniqi polis baş leytenantı Adil Səmədov tərəfindən təzələnmiş və onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, xx xxxxxx 2018-ci il tarixdə Füzuli rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat müstəntiq polis baş leytenantı Adil Səmədovun xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İşdə olan Bakı şəhəri, Nərimanov rayon X10 şöbəsindən Azərbaycan Respublikasının Baş Prokuroruluğu vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş ********* nömrəli cinayət işinin materiallarından görünür ki, həmin cinayət işi Bakı şəhəri, Nərimanov rayon X10 şöbəsinin baş müstəntiqi, polis mayoru Mirata Seyidov tərəfindən istintaqı aparılmış ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə xx xxxx 2018-ci il tarixdə ayrıca icraata ayrılmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon X10 şöbəsinin baş müstəntiqi, polis mayoru Mirata Seyidov tərəfindən Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx xxxx 2018-ci il tarixdə cinayət işi üzrə icraat baş müstəntiq, polis mayoru Mirata Seyidov tərəfindən təzələnmiş və həmin tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri, Nərimanov rayon X10 şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X2 xx xxx 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə xx xxxx 2018-ci il tarixdə Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş ********* nömrəli cinayət işinin materiallarından görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, ədliyyə baş leytenantı X7 xx xxx 2018-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ayrıca iraata ayrılmış və xx xxxx 2018-ci il tarixli qərarla cinayət təqibinin bir icraatda aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir.Təqsirləndirilən şəxs müstəntiq, ədliyyə baş leytenantı X7 xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin qərardan görünür ki, Əliyev X6 getmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə birlikdə xx xxxxxx 2018-ci il tarixdə, saat 04 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxlış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstana keçmişlər. Həmin cinayət işi xx xxxx 2018-ci il tarixli qərarla ********* nömrəli cinayət işinə birləşdirilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarından məlum olur ki, xx xxxxxx 2019-cu il tarixdə Gürcüstan Respublikasında Azərbaycana verilmək üçün tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə, saat 12:25 radələrində Təqsirləndirilən şəxs 46 nömrəli aktla Gürcüstandan Azərbaycan Respublikasına dustaq qismində ekstradisiya olunmuş və həmin gün saat 19-da Füzuli rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Füzuli rayon məhkəməsinin sədri X1 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək və xx xxxx 2020-ci il tarixli qərarı ilə 1 (bir) ay, 21 (iyirmi bir) gün, yəni xx xxx 2020-ci il tarixədək, Füzuli rayon məhkəməsinin hakimi X3 xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni xx xxxx 2020-ci il tarixədək, xx xxxx 2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2017-ci il tarixli,1062 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ gicgah nahiyəsinin bir ədəd kəsilmiş yarası, sağ təpə nahiyəsinin bir ədəd kəsilmiş yarası,sağ qaşaltı nahiyəsinin bir ədəd kəsilmiş yarası, sol bazu oynağının bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ ağciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sağ yarısnın daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası - Qeyd olunan xəsarətlər deşici-kəsici alətin( alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdilər. -Bu xəsarətlər sağ gicgah nahiyəsinin bir ədəd kəsilmiş yarası, sağ təpə nahiyəsinin bir ədəd kəsilmiş yarası, sağ qaşaltı nahiyəsinin bir ədəd kəsilmiş yarası, sol bazu oynağının bir ədəd deşilmiş-kəsilmiş yaroası həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ ağciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaəitə olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 492/2017-MTKŞ rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO stistemi qan qrupu O/İ/,ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus köynək və mayka üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupp mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutiininləri idə alındı. Beləliklə, bu qan ləkələri O,alfa, beta/İ/ qruplu şəxs, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2017-ci il tarixli,4922017-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın arxa hissəsinin orta nahiyəsində bir ədəd, köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin eyni alətlə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində aşkar olunmuş zədələrə əsasən demək olar ki, bu zədələri törədən alətin daxil olma səviyyəsində eni 2,7 santimetr-2,9 santimetr olmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.3.3-cü, 177.2.2-ci, 177.2.3-cü və 318.2-ci maddələrind nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 181.3.3-cü, 177.2.2-ci, 177.2.3-cü və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 dəmir parçası ilə yox, taxta ilə vurması, sonuncuya qarşı quldurluq cinayəti törətmədiyi və onun cibindən 270 manat pulun götürməməsi barədə məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmlərin sürətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 4 il, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən onun əməlində cinayətin residivi nəzərə alınmayacıqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halllar yoxdur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsininə əsasən o, ilk dəfə xüsusi ilə ağır cinayət törətdiyi üçün cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət hesablanıb təyin olunan cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Gürcüstan Respublikasında Azərbaycana verilmək üçün tutulduğu vaxtdan- xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mağazalarından oğurlanmış malların onlara qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 50 manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslərdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü, 177.2.2-ci 177.2.3-cü və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək tutularaq saxlanıldığı 02(iki) gün müddət hesablanıb çıxılaraq onun üzərində 12 (on iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddiasının mulki icraat qaydasında verilməsi izah edilsin. İş üzrə maddi olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mağazalarından oğurlanmış malların onlara qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar