Məhkəmə qərarları › İş №1(101)-989/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-989/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-989/2020 02.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçiX10 qızının iştiraklarıilə xx.xx.1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azəbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakışəhəri, Binəqədi rayonu, Xocasənqəsəbəsi, Sulutəpə yaşayış sahəsi, RuslanAllahverdiyevküçəsi, döngə 11, ev 21 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan PərdiliFuadEldar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cümaddələriilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: PərdiliFuadEldaroğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Səccat adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun Yasamal rayonu B.Vahabzadə küçəsi 14 ünvanında yerləşən 5 mərtəbəli binanın qarşısında istifadəsiz avtomobil təkərinin içərisində gizlədilmiş külli miqdarda 585 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda 154,074 qram çəkidə psixotrop maddə olan metamfetamini xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 05:30-da Binəqədi RPl-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 10 ünvanının qarşısında saxlanılaraq 40-cı PB-nə gətirilmiş və orada saat 06:35-də üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı üzərində «Zəfəran Hospital» sözləri yazılmış 1 ədəd polietilen torbanın içərisində iki ədəd polietilen torbasına yerləşdirilmiş təmiz çəkisi 585 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 154,074 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsPərdiliFuadEldaroğlu məhkəməiclasındaifadə verərəkgöstərdiki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində tanıdığı İran vətəndaşı onun wotsap nömrəsinə zəng edib Elimlər Akademiyası metrosunun yaxınlığında yolun kənarında istifadəsiz olan təkərin içində sellafonda narkotik vasitə olduğunu, həmin narkotik vasitə heroini həmin yerdən götürüb özündə saxlamasını, saat 06-da Binəqədi rayonu Sulutəpə qəsəbəsində «Dörd yol» adlanan yerə aparacağını tapşırmışdır. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində tanımadığı taksi ilə Elimlər Akademiyası metrosunun yaxınlığına gəlmiş, yolun kənarına baxmış, həmin vaxt ara küçədə yerdə yararsız bir avtomobil təkəri görmüş, həmin avtomobil təkərinin içinə əli ilə nəzər salmış, oradan bir sellafon tapmış, sellafonun üzərində «Zəfəran Hospital» yazları olmuşdur. Həmin sellofanın içinə baxdıqda içində bir ədəd ağ şəffaf sellofanda heroin, digər şəffaf sellofanda isə «şüşə», yəni metamfetamin olduğunu görmüşdür. Həmin sellofanı götürüb yolun kənarında olan tanımadığı taksiyə əyləşib kirayədə yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsinə evə gəlmiş, saat 06 olanda deyilən yerə atacağını düşünmüşdür. Kirayədə yaşadığı evlə həmin «Dörd yol» adlanan yer arasında məsafə 5-6 dəqiqəlik yol olmuşdur, həmin günü saat 05:30-da kirayədə yaşadığı evə bir tin qalmış, yəni Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi döngə 10-da üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Binəqədi polis əməkdaşları kimi təqdim edərək onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkilidir. Daxil olmuş məlumata əsasən Bakı şəhəri, Sulutəpə qəsəbəsi, fərdi yaşayış evində yaşayan şəxsiyyəti məlum olmayan şəxsin qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, cinayət əməllərinin ifşa olunması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə raportla bölmə rəisinə məruzə edilmişdir. xx xxxx 2020-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 5:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 10 ünvanının qarşısında saxlanılmış və Binəqdi Rayon Polis İdarəsinin 40-cı PB-nə gətirilərək təhvil verilmiş, daha sonra həmin şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçıya həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşarkən, həmin vaxt o, əlində olan üzərində «Zəfəran Hospital» sözləri yazılmış sellofanın içindən iki ədəd ayrı ayrı sellofanları çıxararaq masanın üzərinə qoymuş, daha sonra əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 2 ədəd mobil telefonu və əynindəki qara rəngli cins şalvarın sol cibindən pul əskinazlarını masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin sellofanın birinin içində heroin, digərinin içində isə «şüşə» kimi adlandırdığı metamfetamin olmasını, həmçinin həmin heroin və metamfetaminlə bağlı sorğu edilərkən bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə İranlı ona zəng edərək Elimlər Akademiyası metrosunun yaxınlığında yolun kənarında istifadəsiz olan təkərin içində sellafonda narkotik vasitə olmasını deyib, həmin narkotik vasitəni oradan götürüb özündə saxlamasını və deyiləndə harasa atacağını, qarşılığında isə 500 manat pul alacağını demişlər. Məhkəməiclasında şahid qismində Şahid2, Şahid4 və iş üzrə şahid qismində dindirilmiş X2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/188 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” olan paketdəki 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 585 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış nrkotik vasitə olan heroindir və 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 154,074 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli, 2063 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CinayətMəcəlləsinin -nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi ifadə verib peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 056 Hərbi Hissənin xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 uğrunda gedən döyüşlrdə yaralanaraq xx xxxxxxxx 2020-ci il tarixdə hərbi hospitala “Barotravma” diaqnozu ilə daxil olmuş, müalicə olunaraq xx xxxxxxx 2020-ci il tarixdə öz hərbi hissəsinə yazılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddindəazadlıqdanməhrumetmənövündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaümumirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdanməhrum etmə cəzasınınəvvəlionunşübhəlişəxsqismindətutulduğuxx xxxx 2020-ciiltarixdənhesablanmalıdır. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi RPİ-nin təchizat şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 584.8 qram narkotik vasitə olan heroin və 153,924 qram psixotrop maddə-metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cübəndinəvə AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri05saylıvəkilbürosununvəkiliX5, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pulödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli14mart 2020-ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin vəəraziüzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi RPİ-nin təchizat şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 584.8 qram narkotik vasitə olan heroin və 153,924 qram psixotrop maddə-metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. X5, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkilbürosununhesabına90 (doxsan) manat pulödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiyaqaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar