Məhkəmə qərarları › İş №1(101)-989/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-989/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-989/2022 18.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1991-ci ildə Laçın rayonu, Cicimli kəndində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu, 205-ci məhəllə, “Socar” şirkətinin Ekologiya laboratoriyasının yataqxanası, mənzil 9 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 17.10.2021-ci il tarixdə saat 05:10 radələrində yaşadığı Bakı şəhəri Nərimanov rayonu, 205-ci məhəllə ünvanında yerləşən “Socar” şirkətinin Ekologiya laboratoriyası yataqxanasının 9 saylı otağında anası Zərərçəkmiş şəxs evə gec gəldiyini və müxtəlif kişilərlə görüşdüyünü irad bildirməsi ilə bağlı aralarında yaranmış münaqişə zamanı yaşadıqları mənzildə sonuncunu yumruq və təpiklə vurmuş, Zərərçəkmiş şəxs onun hərəkətlərindən yayınaraq pilləkənlərə tərəf getdiyini görüb sonuncunu öldürmək niyyəti ilə otaqda olan masanın üstündən zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı götürüb anasının arxasınca getmiş və yaşadıqları yataqxananın həyətinə çıxdıqları zaman Zərərçəkmiş şəxs qaçmaq istədikdə sonuncunu arxadan tutub yumruq və təpiklə vuraraq, üzərində olan mənzildən götürdüyü bıçağı çıxarıb Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək, sağ süd vəzisinin aşağı bayır kvadratında 2,3x0,2sm (1 ədəd), döş qəfəsinin sağ yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə 2x0,2sm (1 ədəd), qarının ön səthinin sağ yarısında 2x0,2sm (1 ədəd), qarının sol yarısının bayır səthində 3x0,2sm (1 ədəd), sol bel nahiyəsində 2,3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd), sol sarğı nahiyəsinin yuxarı bayır kvadratında 2x0,2sm (1 ədəd), aşağı bayır kvadratında 1,8x0,2sm (1 ədəd), sol saidin yuxarı orta və aşağı üçdə birinin ön səthində 3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd) 1,8x0.2 sm (1 ədəd), yuxarı üçdə birinin arxa səthində 3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd), sol mil-bilək oynağının arxa səthində 2x0,2sm (1 ədəd), sol əlin İİİ barmağın dırnaq falanqasının bayır səthində 1x0,2sm (1 ədəd), sağ bud çanaq oynağının ön səthində 2x0,2sm (1 ədəd), sol budun yuxarı üçdə birinin bayır səthində 2,5x0,2sm (1 ədəd) 2,3x0,2sm (1 ədəd), ön səthində 1,8x0,2sm (1 ədəd) ölçülərdə cəmi 19 (on doqquz) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, qarının ön divarının sağ yarısında qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 ədəd həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid deşilmiş-kəsilmiş yarası bədən xəsarətləri yetirmiş, həmin vaxt siqaret çəkmək üçün həyətə çıxmış qonşuluqda yaşayan Şahid1 ona müdaxilə etməsi nəticəsində Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə bir ünvanda yaşamışdır. Anası Bənövşə ünvan 2da aşpaz işləmiş, hər gün saat 09:00 radələrində işə getmiş və axşam saat 23 radələrində evə qayıtmışdır. Hadisə baş vermədən son 2-3 ay əvvəl anası gecə 03-04 radələrində evə gəlmiş və bu barədə anası ilə dəfələrlə aralarında mübahisə olmuşdur. Anasından evə gec gəlməsinin səbəbini soruşanda, anası işdə olduğunu və ona hesabat verməli olmadığını demişdir. O, anasının kiminləsə görüşdüyünü fikirləşmiş, bu barədə anasından soruşanda sonuncu heç kimlə görüşmədiyini demişdir. 16 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində evdən çıxıb işə getmiş, anası isə xəstə olduğuna görə işə getməyib evdə qalmışdır. O, saat 22 radələrində evə qayıtmış, lakin anasının evdə olmadığını görmüşdür. Yorğun olduğundan anasının qonşuda və ya məhəllədə ola biləcəyini düşünüb yatmışdır. Gecə saat 04:40 radələrində yuxudan oyandıqda anasının evə qayıtmadığını görmüş və oturub anasının evə gəlməsini gözləmişdir. Saat 05:10 radələrində anası evə gəlmiş, anasından harada olduğunu soruşduqda, anası bacısı Baharın oğlu Musanın xəstəxanada olduğu üçün Musanın yanına getdiyini demişdir. O, anasının bu sözünə inanmamış və telefonla Bahar xalasına zəng etmişdir. Bahar özünün xəstəxanada Musanın yanında olduğunu, lakin anasının gecə xəstəxanaya gəlmədiyini demişdir. Anasına əsəbləşərək onu əlləri və ayaqları ilə vurmağa başlamış, anası qapıdan koridora çıxıb pilləkənlərə tərəf getmişdir. O, evə qayıdıb yemək stolunun üzərində olan çörək doğradığı bıçağı götürüb şalvarının belinə taxıb anasının arxasınca getmişdir. Anası yataqxananın həyətinə çıxdıqda anası qaçmaq istəmiş, o, anasına yenə harada olduğunu soruşduqda xəstəxanada olduğunu dediyi üçün daha da qəzəblənib üzərində olan bıçağı çıxarıb ona ardıcıl çoxsaylı zərbələr endirmişdir. Onun səsinə qonşuları Müstəcəb gəlmiş, Müstəcəb ona “eləmə” dediyi üçün anasını daha vurmamış və qaydıb evə getmişdir. Sonra əlinin qanını yuyub telefonla DİN-nin 102 xidmətinə zəng edərək anasını bıçaqladığını, ölübölmədiyini bilmədiyini demişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Anasını öldürmək niyyəti olmamış, onu qorxutmaq üçün bıçaqla vurmuşdur. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1990-cı ildə Laçın rayonu Cicimli kəndində qeyri-rəsmi olaraq X3 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən oğlu Təqsirləndirilən şəxs olmuşdur. Müşfiqlə 1-2 ay evli olduqdan sonra ayrılmışdır. 1992-ci ildən məcburi köçkün kimi Laçın rayonundan çıxaraq bir müddət Sumqayıt şəhərində, 2006-cı ildən isə Bakı şəhərinə gələrək Bakı şəhəri Nərimanov rayonu, 205-ci məhəllə, “Socar” şirkətinin Ekologiya laboratoriyasının yataqxanasıda mənzil 9 ünvanında oğlu Rövşənlə yaşamağa başlamışdır. O, yaşadığı məhəllədə yerləşən kafedə aşpaz olaraq işləmiş, hər gün səhər saat 09 radələrində işə getmiş, axşam 23 radələrində evə qayıtmışdır. Oğlu Rövşən ilə əvvəllər münasibəti yaxşı olmuşdur. Hadisə olmamışdan 2 ay əvvəl Eşqin adlı şəxslə münasibəti yaranmış, evə gec gəldiyi vaxtlar Rövşən əsəbiləşib onunla sözlü mübahisələr etmişdir. 16 oktyabr 2021-ci il tarixdə evdə olmuş, Rövşən isə saat 13 radələrində işə getmişdir. Axşam saat 20 radələrində Eşqinlə görüşüb adını xatırlamadığı otelə getmişlər. Orada yemək yeyib söhbət etmiş və qarşılıqlı razılıq ilə cinsi münasibətdə olmuşlar, saat 05 radələrində evə gəldiyi zaman Rövşənin oyaq olduğunu görmüşdür. Rövşən əsəbi halda harada olduğunu soruşmüş, qorxduğu üçün bacısı Baharın oğlu Musanın xəstələndiyini, xəstəxanada olduğunu və Musanın yanına getdiyini demişdir. Rövşən Bahara zəng etmiş, Bahar onun xəstəxanaya gəlmədiyini demişdir. Rövşən daha da əsəbiləşmiş, onu əlləri və ayaqları ilə vurmuş, o, qapını açaraq koridora çıxmış, Rövşənə sakit ol deyib pilləkənə tərəf getmişdir. Sonra Rövşənin evdən çıxıb gəldiyini görüb pilləkənlə aşağı düşmüş, Rövşən ona çatmış onu əli və ayığı ilə vurmuşdur. Rövşən yenə də ondan harada olduğumu soruşmuş, o, xəstəxanada olduğunu deyəndə Rövşən əsəbləşib üzərindən bıçaq çıxarıb ona ardıcıl çoxsaylı zərbələr endirmişdir. Sonra qonşu Müstəbəc gəlmiş, Rövşən ondan aralanıb evə tərəf getmişdir. Müstəcəb təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım əməkdaşları gəlib onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsin onun oğlu olduğunu, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Nərimanov rayonu, 205-ci məhəllə, “SOCAR” şirkətinə məxsus Ekologiya laboratoriyasının yataqxanasında qanşuluqda yaşamışdır. 17 oktyabr 2021-ci il tarixdə saat 05:10 radələrində yuxudan oyanıb siqaret çəkmək üçün yaşadığı evin həyətinə çıxmışdır. Həyətdə olan zaman küçədən səs-küy gəldiyini eşitdib dərhal qapıya çıxmışdır. Bu zaman Bənövşənin yerdə yıxılmış vəziyyətdə olduğunu, Rövşənin isə əlində bıçaqla Bənövşəyə zərbələr vurduğunu görmüşdür. Onlara yaxınlaşıb Rövşənin üstünə qışqırmış və tutub Bənövşədən kənara itələmişdir. Bundan sonra Rövşən çıxıb evinə tərəf getmiş, Bənövşə isə, dəmir boruya söykənmişdir. O, Təcili tibbi yardıma zəng edib məlumat vermiş, bir az sonra Təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Bənövşə bacısı, Rövşən isə bacısı oğludur. O, Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, Socar Ekologiya labarotoriyası yataqxanasında yaşamışdır. Bənövşə və Rövşən də həmin yataqxanada ayrı-ayrı mənzillərdə yaşamışlar. Rövşən sakit təbiətli insan olmuşdur. Bənövşənin isə əvvəldən taleyi gətirməmiş, 15 yaşında evlənmiş, 1-2 ay evli olduqdan sonra ərindən ayrılmış, evlilikdən Rövşən dünyaya gəlmişdir. Bənövşə 4 dəfə qeyri-rəsmi evlənmiş, bir müddət həmin şəxlərlə yaşadıqdan sonra ayrılmışdır. Bənövşə ilə çox da yaxın münasibəti olmamış, bir-birlərinə gec-gec gedib gəlmişlər. 17 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Rövşənin Bənövşəyə bıçaqla xəsarətlər yetirməsi barədə məlumatı olmuşdur. Həmin gecə yatmış olduqlarından hadisəni görməmişdir. Həmin gün günorta saatlarında polis əməkdaşları ora gələn zaman hadisə barədə məlumatı olmuşdur. Sonradan eşidib bildmişdir ki, Bənövşə evə gec gəldiynə görə Rövşən onu bıçaqla vurmuşdur. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verməmişdən 2 ay əvvəl tanımış və onunla yaxın münasibəti olmuş, Təqsirləndirilən şəxs isə Bənövşənin oğlu kimi tanımışdır. Bənövşə ilə bir neçə dəfə qarşılıqlı razılıq əsasında adını bilmədiyi otelə getmiş və orada cinsi əlaqədə olmuşlar. 16 oktyabr 2021-ci il tarixdə Bənövşə ilə yenə görüşüb otelə getmişlər, orada yemək yeyib, cinsi münasibətdə olmuşlar, təxminən gecə saat 04:30 radələrində oteldən çıxmışlar. Taksi ilə Bənövşəni yaşadığı yataqxananın yanına qoymuş və evinə getmişdir. 17 oktyabr 2021-ci il tarixdə axşam saatlarında məhəllədə olan zaman Rövşənin anası Bənövşəni bıçaqladığını eşidib bilmişdir. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərində yaşamışdır. Bacısı Bənövşə və sonuncunun oğlu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, 205-ci qəsəbə, Socar Ekologiya labarotoriyası yataqxanasında yaşamışlar. Rövşən sakit təbiətli insan olmuşdur. Bənövşə 15 yaşında evlənmiş, 1-2 ay evli olduqdan sonra ayrılmış və evlilikdən Rövşən dünyaya gəlmişdir. Bənövşə bir neçə dəfə qeyri-rəsmi evlənmiş, bir müddət həmin şəxlərlə yaşadıqdan sonra ayrılmışdır. Oğlu Musa epilepsiya xəstəsi olduğu üçün oğlunu hadisədən bir neçə gün əvvəl Ağciyər İnstitutuna yerləşdirmişdir. Bütün günü Musa ilə birlikdə xəstəxanada olmuş, gecəni də orada qalmışdır. 17 oktyabr 2021-ci il tarixdə saat 05 radələrində xəstəxanada olduğu zaman Rövşən ona zəng etmiş və Bənövşənin xəstəxanaya gəlib-gəlmədiyini soruşmuşdur. O da Bənövşənin xəstəxanaya gəlmədiyini demiş və Rövşən telefonu söndürmüşdür. Xəstəxanada qaldığı üçün hadisədən 2-3 gün sonra Rövşənin Bənövşəni bıçaqla vurub xəsarət yetirməsini öyrənib bilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 17 oktyabr 2021-ci il tarixli protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12.11.2021-ci il tarixli 854 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarının ön divarının sağ yarısında qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara 1 ədəd, sağ süd vəzisinin aşağı bayır kvadratında 2,3x0,2sm (1 ədəd), döş qəfəsinin sağ yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə 2x0,2sm (1 ədəd), qarının ön səthinin sağ yarısında 2x0,2sm (1 ədəd), qarının sol yarısının bayır səthində 3x0,2sm (1 ədəd), sol bel nahiyəsində 2,3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd), sol sarğı nahiyəsinin yuxarı bayır kvadratında 2x0,2sm (1 ədəd), aşağı bayır kvadratında 1,8x0,2sm (1 ədəd), sol saidin yuxarı orta və aşağı üçdə birinin ön səthində 3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd) 1,8x0.2 sm (1 ədəd), yuxarı üçdə birinin arxa səthində 3x0,2sm (1 ədəd) 2x0,2sm (1 ədəd), sol mil-bilək oynağının arxa səthində 2x0,2sm (1 ədəd), sol əlin İİİ barmağın dırnaq falanqasının bayır səthində 1x0,2sm (1 ədəd), sağ bud çanaq oynağının ön səthində 2x0,2sm (1 ədəd), sol budun yuxarı üçdə birinin bayır səthində 2,5x0,2sm (1 ədəd) 2,3x0,2sm (1 ədəd), ön səthində 1,8x0,2sm (1 ədəd) ölçülərdə cəmi 20 (iyirmi) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən, qərarın təsviri hissəsində qeyd olunan 17.10.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə istərsə də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Ekspertizaya hadisə yerindən götürülmüş bıçaq təqdim edilmədiyindən xəsarətləri hansı bıçağın tiyəsi ilə yetirməsi barədə fikir söyləmək mümkün deyildir. Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 28.03.2022ci il tarixli 11/854 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan 17.10.2021-ci il tarixdə ekspertizaya təqdim olunmuş mətbəx bıçağının və ya ona oxşar bıçaqların tiyəsinin iti ucunun təsirindən əmələ gələ bilər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09.12.2021-ci il tarixli 860/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: B (İİİ)( axtarış vəsiqəsinin ksera sürətinə əsasən). Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: B (İİİ)( axtarış vəsiqəsinin ksera sürətinə əsasən ). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs, Müşfiq oğluna məxsus köynək, Zərərçəkmiş şəxs qızma məxsus kofta, kofta qolu, şalvar, liftçik, kofta kəsiyi, bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alındı. Həmin qan ləkələri B alfa (İİİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus vodalaska üzərində qana şübhəli ləkələr aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş 03 ədəd çübuglu pambıq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının 09.12.2021-ci il tarixli 744-2021/MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs qızma məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 05 (beş) ədəd, ön səthinin sağ yansının yuxarı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 11 (on bir) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 05 (beş) ədəd; şalvarın ön səthinin sağ yansımn yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yansımn yuxarı hissəsində 02 (iki) ədəd və sol ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd; həmçinin təqdim olunmuş 2 №-li parça fraqmentinin sol yarısının aşağı hissəsində 06 (altı) ədəd, sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və sağ yarısının yuxarı hissəsində 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və qabırğaları zəif dərəcədə büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs qızma məxsus geyim əyşaları üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və X1 məxsus bir ədəd köynək, bir ədəd şalvarın və 1 №-li parça fraqmentinin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05.11.2021-ci il tarixli 2600 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları düzgün idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində anası Bənovşə Nəcəfovanı öldürmək niyyətində olmaması, onu qorxutmaq niyyəti ilə bıçaqla vurması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşman olması, DİN 102 xidmətinə zəng edərək törətdiyi cinayət əməli barədə məlumat verməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə görə isə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasının son həddinin (on dörd il müddətə azadlıqdan məhrumetmə) dörddə üçünün dördə üçündən yəni 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasından artıq cəza təyin oluna bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət işi üzrə məhkəmə xərcləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd büstqalter, bir ədəd şalvar və iki ədəd parça fraqmenti, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 17 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Arbitrium»Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd büstqalter, bir ədəd şalvar və iki ədəd parça fraqmenti, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının « Arbitrium»Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar