Məhkəmə qərarları › İş №1(101)-989/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-989/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-989/2023 14.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 (bir) il müddətə azaldılmış, çəkilməmiş 21 (iyirmi bir) gün cəza müddəti qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, "xxxx" MTK-nın mexanik elektrik qrupunda elektrik vəzifəsində işləmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 sentyabr 2023-cü il tarixdə, saat 15:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur.

2. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında anası Şahid3 ilə qonşusu Şahid2 arasında pişiklərin səs-küy salması ilə bağlı yaranmış narazılıq nəticəsində məişət və birgəyaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı Şahid2 evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs mübahisə zamanı anası Şahid3 ilə nalayiq ifadələrlə danışması ilə bağlı Zərərçəkmiş şəxslə mübahisə edərək münaqişə zəminində orada olan hasarın üzərindən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs qəsdən 2 (iki) dəfə vuraraq ona sağ təpə sümüyünün basılmış, izolə olunmuş sınığı ilə müşayiət olunan, başın sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ çiyin nahiyyəsinin səthi əzilmiş yarası kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur.

İşin halları və dəlilləri:

3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxsə ağır xəsarət yetirmədiyini və hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirərək özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyul 2022-ci il tarixdə, təxminən saat 20:00 radələrində işdən evə gəlmiş, yorğun olduğu üçün yatmışdır. Təxminən saat 23:45 radələrində səs-küy eşidərək yuxudan oyanmış, pəncərədən həyətə baxarkən anası Şahid3 və əmisinin həyat yoldaşı, eyni zamanda qonşuları olan X4 qonşuları Şahid2, onlara qonaq gəlmiş Zərərçəkmiş şəxs və digər şəxslərlə mübahisə etdiklərini, sonuncuların anası Şahid3 təzyiq etdiklərini görmüşdür. Nə baş verməsini aydınlaşdırmaq üçün həyətə düşərək, onların yanına getmişdir. Sonradan bilmişdir ki, hadisə əmisinin həyat yoldaşı X4 pişiklərinin səs-küy salmaları səbəbindən baş vermişdir. Belə ki, anası Şahid3 Xatirə Rəcəbovaya pişikləri evə aparmasını bildirdikdə, Şahid2 anasının Xatirə Rəcəbovaya söylədiklərini guya onlara ünvanlamasını düşünərək mübahisə etmişlər. Həmin vaxt anası Şahid3 Xatirə Rəcəbovayla söhbət etdiyini bildirsə də, Zərərçəkmiş şəxs anasına “Özünü kimə göstərirsən? Konsert vermə, rədd ol evə” kimi ifadələr söyləmiş və anasının ünvanına digər nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs anası ilə danışığına görə irad bildirdikdə, sonuncu yenidən həmin nalayiq ifadələri işlətmişdir. Buna görə də Zaurla mübahisə etmiş, Zaur onun qolundan tutub möhkəm sıxmış, Zaurun dırnaqları dərisinə bataraq ona xəsarət yetirmişdir. Həmin an Zauru itələmiş, Zaur onunla mübahisə etmiş və o, Zaura bir dəfə yumruqla zərbə endirmişdir. Gecənin qaranlıq vaxtı olduğu üçün Zərərçəkmiş şəxs xəsarət alıb-almamasını görməmiş, sonradan onun baş nahiyəsindən xəsarət aldığını eşitmiş, lakin onun zərbəsi nəticəsində həmin xəsarətin yaranmasını güman etməmişdir. Hadisə zamanı əlində bıçaq, hər hansı dəmir alət və ya sair predmet olmamışdır. Zərərçəkmiş şəxs yerə yıxılandan sonra onun yaxınlığına getməmiş, hadisə yerindəki digər şəxslərlə mübahisə etməmişdir. Daha sonra hadisə yerindən uzaqlaşaraq xalasıgilə getmişdir. Sonradan “X16 Stansiyası”nın həkimlərinin gələrək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək getdiklərini və Zərərçəkmiş şəxs xəstəxanaya aparılmadığını öyrənmişdir. 25 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxslə təsadüfən rastlaşmış, ona əl uzadaraq üzrxahlıq etmiş, lakin Zərərçəkmiş şəxs onun üzrünü qəbul etməmişdir. O, istintaqdan yayınmamış, qaçıb gizlənməmişdir.

4. İfadəsinə əlavə edərək Təqsirləndirilən şəxs göstərdi ki, hadisənin baş verməsinə səbəb anası Şahid3 ilə qonşuları Şahid2 arasında baş vermiş anlaşılmazlıq nəticəsində Zərərçəkmiş şəxs və digər şəxslərin mübahisəyə qoşulması, onun mübahisə zamanı Zərərçəkmiş şəxs anasının ünvanına nalayiq ifadələr işlətməsini eşitməsi olmuşdur. Heç kim anasının təhqir edilməsinə bihanə qala bilməzO, Zərərçəkmiş şəxs anasının ünvanın nalayiq ifadələr işlətməsi ilə əlaqədar, Zərərçəkmiş şəxslə belə ifadələr işlətməsinin səbəbini aydınlaşdırmaq istəmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ona təpiklə vurmuş və qolundan tutaraq sıxmışdır. O isə yumruqla Zərərçəkmiş şəxs zərbələr vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, peşəkar idmanla məşğul olduğundan sərt yumruq vura bilir. Zərərçəkmiş şəxs vurduğu yumruğun təsirindən yerə yıxıldığını görüb mübahisənin daha da böyüməməsi üçün oranı tərk edib getmişdir. İfadəsinin sonunda bir il iki aya yaxın müddətdir həbsdə olduğunu, bu müddət ərzində törətdiyi əməl haqqında düşündüyünü, özünü təqsirli bildiyi əmələ münasibətdə və hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasına görə çox peşman olduğunu, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamaqla sonuncudan üzr istəməklə barışıq əldə etdiyini və atasının vəfat etməsini bildirərək qardaşı Elin Rəcəbovun 2-ci dərəcə əlil olmaqla, habelə anası Şahid3 şəkər, əsəb və sair xəstəliklərdən əziyyət çəkməklə onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxsin özünün olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə, saat 22:30 radələrində o, anası və qardaşı evdə yatmışlar. Saat 23:45 radələrində küçədən gələn səs-küyə oyanmış və anasının kimlərləsə mübahisə etdiyini görmüşdür. Əynini geyinib çölə çıxdıqda, qonşu Minəxanımı, sonuncunun qızı Zöhrəni, Minəxanımın qohumları olan adlarını bilmədiyi iki qadını və bir kişinin anası ilə mübahisə etdiyini görmüşdür. Anası ilə mübahisə edən kişinin adının Zaur olduğunu öyrənmişdir. Pişiklər səs-küy etdiyi üçün anası pişiklərin yiyəsi Minəxanıma irad bildirmiş və bu səbəbdən mübahisə başlamışdır. Kənardan mübahisəni müşahidə edən zaman, Zaur adlı şəxs anasının ünvanına nalayiq sözlər işlətmişdir. Bu zaman o, hadisə yerinə yaxınlaşmış, anasının qolundan tutaraq evə aparmışdır. Geri qayıdan zaman Zaurdan anasının ünvanına söyüş söyməsininin səbəbini soruşmuş, Zaur isə onu görüb bir daha anasının ünvanına nalayiq sözlər işlətmişdir. Bu zaman o hirslənmiş, Zaura yaxınlaşaraq əli onun sinəsindən itələmişdir. Buna cavab olaraq Zaur onun qolundan tutaraq sıxmış və dırnaqları ilə onun qolunu cızmışdır. O isə yumruqla Zaurun baş nahiyəsindən vurmuş, Zaur isə yerə yıxılmışdır. Bu vaxt o, hadisə yerindən uzaqlaşmışdır. Sonra isə gecəni xalası Laləgildə qalmağı düşünmüş, bu məqsədlə “İnşaatçılar” metrostansiyasının yaxınlığında xalasının yaşadığı evə getmiş, orada gecələmişdir. Sonradan eşitmişdir ki, polisə şikayət etmişdir. İki gün sonra isə Bakıya qayıtmışdır. Hadisə 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermiş, 8-10 dəqiqə davam etmişdir. Hadisə yerində anası Arzu, qonşusu Minə, qızları Zəhra və Zöhrə, yumruqla vurduğu Zaur adlı şəxsin arvadı Mətanət adlı şəxs və bundan başqa Zaur və Mətanətlə birlikdə Minəgilə qonaq gəlmiş tanımadığı başqa bir nəfər qız da olmuşdur. Hadisənin baş verməsinə səbəb Zaur adlı şəxsin onun anası Arzunun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Əslində onun mübahisəyə aktiv surətdə qoşulmaq fikri olmamışdır. Anasını evə apardıqdan sonra Zaurun ona xitabən anası barədə nalayiq sözlər işlətməsindən sonra Zaurun üstünə gedib itələmişdir. Zaur da cavab olaraq əli ilə onun qoluna xəsarət yetirdikdə Zauru yumruqla vurmuşdur. Hadisə vaxtı onun əlində nəinki dəmir, silah qismində istifadə edə biləcəyi heç bir əşya və ya predmet, yaxud silah olmamışdır. O, Zərərçəkmiş şəxs bir dəfə yumruqla zərbə vurmuş, onun zərbəsindən sonra Zaur yerə yıxılmış və bundan sonra o, Zaura yaxın getməmişdir. Uzun illər idmanın kikboksinq növü ilə məşğul olduğu üçün sərt və dəqiq yumruq zərbələri vura bilir. Dərhal oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı o, xəsarət almışdır. Belə ki, Zərərçəkmiş şəxs əli ilə onun qolundan tutaraq sıxmış, dırnaqlarının onun dərisinə batması nəticəsində xəsarət almışdır. Məhkəmə-tibb ekspert müayinəsindən keçmişdir. Aldığı xəsarətlə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs, yaxud mübahisə edən şəxslərdən hər hansı birinin əlində hər hansı silah, yaxud silah qismində istifadə edilə biləcək əşya və ya predmet olmamışdır. O evdən çıxanda həyətdə anası və qarşı tərəf arasında sözlə mübahisə davam etmişdir. Zaur onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Başqa heç kim digər şəxsin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir, sadəcə olaraq mübahisə etmişlər. Həmin vaxt gecə olduğu üçün başqa qonşular çölə çıxmamışdır. (cild 1, iş vərəqləri 56-60; 87-91; 184-186; cild 2 iş vərəqləri (bundan sonra mətndə - i.v.) 81-83;)

6. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadələrdə guya onun Zaurun arvadı Mətanətin orada olmasını bilməsi ilə bağlı hissələr müstəntiq tərəfindən yazılmışdır. Həqiqətdə isə orada çoxsaylı şəxslər olmuş və onların əksəriyyətinin, o cümlədən Zaurun arvadı Mətanətin kim olmasını bilməmişdir. Həqiqətdə isə məhz məhkəmədə verdiyi ifadəsi doğrudur.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 23 iyul 2022-ci il tarixdə, saat 21:15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 35 ünvanında yaşayan əmisi arvadı Minəxanımın evinə qonaq getmişdir. Təxminən saat 23:45 radələrində evdən çıxıb gedərkən, qonşu Xatirə adlı qadının pişiyi ilə rastlaşmışdır. Yoldaşı Mətanət həmin pişiyi götürüb, Xatirəyə verən zaman digər qonşu Arzu adlı qadın səs-küy salmış və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O, buna görə Arzu adlı qadına irad bildirərək “Ay xanım konsert vermə, gir evə, nə qədər istəyirsən söy” demiş, bu zaman isə Arzunun oğlu Elvin ona yaxınlaşaraq nə üçün anasına irad bildirdiyini soruşmuşdur və gözlənilmədən əlində olan konkret olaraq nə olduğunu görmədiyi, lakin parıldayan bir predmetlə əvvəlcə bir dəfə onun çiyninə, sonra isə bir dəfə başına zərbələr vurmuşdur. Üçüncü dəfə zərbə vurarkən o, özünü qorumaq üçün kənara çəkilmişdir. Bu vaxt orada olan şəxslər araya girərək onları ayırmışdır. Zərbənin təsirindən onun halı pisləşmiş, başı fırlanmış və o yerə oturmuşdur. Həyat yoldaşı Mətanət X16a zəng etmiş, bir neçə dəqiqə sonra gələn X16 ona ilkin tibbi yardım göstərmişdir. Bu zaman polis əməkdaşları da hadisə yerinə gəlmiş və yenidən X16 çağıraraq, onu 1 saylı X13 aparmışlar və başına cərrahiyyə tikişi qoyulmuşdur. Hadisənin baş verməsinə səbəb onun Arzu adlı qadına nalayiq ifadələr işlətməsi ilə bağlı irad bildirməsi olmuş, bu haqlı irad nədənsə Elvində aqressiya yaratmış və Elvin onu dəqiq görmədiyi hansısa parıldayan bərk predmetlə vurmuşdur. O, Elvini vurmamış, ümumiyyətlə Elvinə əli dəyməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində uzun parıldayan predmet olmuş, lakin nə onun, nə də digər şəxslərin əlində hər hansı əşya, yaxud silah olmamışdır. Hadisə yerində başqa tanımadığı şəxslər də olmuşdur. Hadisə zamanı Şahid3, yaxud digər şəxslərin onu tutaraq, yaxud başqa formada müdafiə olunmağına maneə yaradaraq Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinə köməklik göstərən, yaxud hər hansı formada şərait yaradan şəxs olmamış, mübahisəni sakitləşdirmək istəyən şəxslərdən də hər hansı şəxsə nə o, nə də Elvin xəsarət yetirməmişdir. Hadisədən sonra Elvinin ona xəsarət yetirdiyi predmeti hara qoyduğunu bilmir, ehtimal edir ki, Elvin gedəndə həmin predmeti özü ilə aparmışdır. Xəstəxanada baş nahiyyəsinə dörd ədəd tikiş qoyulmuş, sonrakı günlərdə şəkər və ürək xəstəliyindən də əziyyət çəkdiyi üçün müayinəyə gedib-gəlmişdir. Zərbədən sonra huşu özündə olmuş, özünü itirməmiş, sadəcə olaraq zərbənin təsirindən yerə oturmuşdur. Ətrafda çoxlu sayda şəxslər olduğundan kimin nə deməsi aydın olmurdu. Elvindən başqa ətrafda olan şəxslərdən kimsə ona vurmamış və başqa hər hansı şəxslə münaqişələri olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı xəsarət alıb-almamasını xatırlamır, Təqsirləndirilən şəxs qolunda olan xəsarətin necə yaranması barədə hər hansı məlumatı yoxdur.

10. Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə onunla qonşuluqda yaşayır. Əvvəllər aralarında hər hansı narazılıq olmamışdır. Hadisədən dərhal sonra həm Təqsirləndirilən şəxs özü, həm də sonuncunun qohumları və ailə üzvləri ondan üzrxahlıq etmiş və onunla barışıq əldə etməyə cəhd etmişlər. Hazırda aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs və ailə üzvlərinin onunla qonşuluqda qalmasını, ondan üzrxahlıq etməsini nəzərə alaraq onu bağışlayır və onunla barışmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsi gələcəkdə qonşu kimi aralarında narazılıq yaranmasına səbəb ola bilər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya tələbi olmadığını, onunla barışdığını, qonşu və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

11. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyətlər olduğundan həmin ifadələr elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadələrdə Elvinin əlində uzun dəmir parçasının olması və həmin dəmir parçası ilə onu vurmasına dair göstərilənlər doğru deyildir. Belə ki, o, hazırkı tarixədək Elvinin əlində konkret olaraq nə olduğunu və ona hansı predmetlə xəsarət yetirdiyi bilmir. Lakin Elvinin əlində uzun parıldayan predmet olduğunu və həmin predmetlə onu vurmasını dəqiq bilir. (cild 1, i.v. 69-72;)

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 23 iyul 2022-ci il tarixdə, saat 21:15 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs əmisi arvadı Minəxanımın yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 35 ünvanına qonaq getmişlər. Təxminən saat 23:45 radələrində evdən çıxıb gedərkən yolda qonşu Xatirə adlı tanıdığı qadının pişiyi ilə rastlaşmışlar. O, həmin pişik balasını yerdən qucağına götürmüş və bu vaxt Xatirə ona tərəf yaxınlaşmışdır. Pişiyi Xatirəyə verən zaman digər qonşu Arzu adlı qadın gözlənilmədən səs-küy salmış, pişiklərə görə yata bilmədiklərini bildirib “Mundar insanlar! Niyə bizi yatmağa qoymursuz.” deyərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həyat yoldaşı Zaur Arzu adlı qadına “Səs-küy salma, burada konsert vermə, keç içəri” deyib irad bildirmişdir. Bu vaxt Arzu adlı qadının övladı, Elvin adlı şəxs yaşadığı ev tərəfdən həyat yoldaşı Zaurun ünvanına nalayiq ifadələr işlədərək yaxınlaşıb, əlində olan uzun sərt əşya ilə Zaurun baş nahiyəsinə 2-3 dəfə vurmuşdur. Qaranlıq olduğundan Elvinin əlində belə əşya olduğunu zərbə vuran vaxt başa düşmüşdür. Sonra Elvin oradan cəld qaçaraq uzaqlaşmışdır və gedərkən həmin əşyanı da özü ilə birlikdə aparmışdır. Zərbədən sonra Zaur yerə oturmuş və özünü yaxşı hiss etməmişdir. O, Zauru danışdırmış və görmüşdür ki, huşu yerindədir, tez X16a zəng etmiş və bir neçə dəqiqə sonra X16 gəlib Zaura tibbi yardım göstərib getmişdir. Bundan sonra polis əməkdaşları da oraya gəlmişlər və polis əməkdaşları yenidən X16 çağırıb Zauru 1 saylı X13 aparmışlar. Orada Zaur müayinə olunmuş, müəyyən tibbi aparatlarla yoxlanışlar edilmiş və başına cərrahiyyə tikişi qoyulmuşdur. Hadisə 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermiş, təxminən 8-10 dəqiqə davam etmiş və hadisənin şahidləri Zaurun əmisi qızı Şahid2, o, Elvinin anası Arzu və həmin vaxt orada olan 7-8 nəfər tanımadığı məhəllədə yaşayan şəxslər olmuşdur. X7 hansısa sərt uzun əşya ilə vurub xəsarət yetirmişdir. Hadisə vaxtı onun, Zaurun, eləcə də başqa şəxslərin əlində hər hansı silah, yaxud silah qismində istifadə oluna biləcək əşya olmamış, həyat yoldaşı Zərərçəkmiş şəxs Elvini vurmamışdır. Elvin hadisə yerindən uzaqlaşan zaman əlində olan dəmir parçasını da özü ilə aparmışdır. Hadisə zamanı onu vuran olmayıb və buna görə də o heç bir xəsarət almamışdır. Mübahisəni sakitləşdirmək istəyən şəxslərdən hər hansı şəxsə nə həyat yoldaşı Zərərçəkmiş şəxs, nə də Elvin xəsarət yetirməmişlər. 23 iyul 2022ci il tarixdə saat 23:45 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 35 ünvanının yaxınlığında Elvin yaşadığı ev tərəfdən həyat yoldaşı Zaurun ünvanına nalayiq ifadələr işlədərək yaxınlaşmış və əlində olan uzun sərt əşya ilə Zaurun baş nahiyəsinə 2-3 dəfə vurmuşdur. Sonra Elvin oradan qaçaraq uzaqlaşmış və gedərkən həmin əşyanı da özü ilə birlikdə aparmışdır. Zərbədən sonra Zaur yerə oturmuş, özünü yaxşı hiss etməmiş və başından güclü qan axmışdır. Bu vəziyyəti görəndə onun da halı pisləşmişdir. Zaurun əmisi qızı Zöhrə onu nisbətən sakitləşdirmişdir. Sonra o və Zöhrə Zauru danışdırmış və görmüşlər ki, Zaurun huşu yerindədir, tez X16a zəng etmiş və bir neçə dəqiqə sonra X16 gəlib Zaura tibbi yardım göstərib getmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs övladıdır. 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində o, övladları Elvin və Elinlə evdə olmuşlar. Yatmağa hazırlaşarkən həyətdə pişiklərin səs-küy saldığını eşitmiş və şəkər xəstəsi olduğu üçün səs ona pis təsir etmişdir. Hava isti olduğu üçün pəncərəni də bağlaya bilməmişdir. O, pəncərədən baxarkən həyətdə 3-4 pişiyin bir-biri ilə dalaşdığını görmüşdür. Həmin pişiklər onun rəhmətə getmiş qaynı İsmayılın arvadı Xatirəyə məxsus olmuşdur. Belə ki, Xatirə həmin pişikləri yaşadığı evin həyətində saxlayır. O, Xatirənin gecə vaxtı pişikləri öz həyətindən çölə buraxmasına, pişiklərin səs-küy yaratmalarına səbəb olduğu üçün əsəbiləşmiş və pəncərədən irad tutub qışqıraraq “bu pişikləri salın həyətə, gecə vaxtı səs-küydən yatmaq olmur.” demişdir. Bu vaxt həyətdən Zöhrə adlı qonşusu ona demişdir ki, “sən kiminlə belə danışırsan?”. O isə Zöhrəyə “Səninlə işim yoxdur.” demişdir. Zöhrə isə “Görmürəm ki, sən bu sözləri mənə deyirsən?” demişdir. Bu sözdən sonra o, yaşadığı ikinci mərtəbədən həyətə düşmüş və həmin vaxt Zöhrənin yanında, onun evinə qonaq gələn əmisi oğlu Zaur, Zaurun arvadı Mətanət də olmuşdur. O, həyətə düşəndə Zöhrə, Zaur və Mətanət onunla sözlü mübahisə etməyə başlamışlar. Səs-küyə oğlu Elvin həyətə çıxmış və araya girib onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra Elvin qolundan tutub ona evə getməyini demişdir. Elvin onu evə tərəf aparmış və o evə qalxmışdır. Bu vaxt Zaur onun ünvanına nalayiq ifadələr işlətmişdir. Zaurun bu sözündən sonra Elvin geri qayıtmış və özü Zaurla sözlü mübahisə etməyə başlamışdır. Bu vaxt o, evinin pəncərəsindən həyətə baxmışdır. Zaur Elvinin sol qolunu əli ilə tutub sıxmış və Elvinə təpik atan vaxt Elvin yumruqla bir dəfə Zaurun başından vurmuşdur. Zərbənin təsirindən Zaur yerə oturmuşdur. Zərbədən sonra Elvin oradan uzaqlaşmış və harasa çıxıb getmişdir. Bu vaxt Zöhrə və Mətanət Zaurla maraqlanmağa başlamışlar. Bundan sonra o, həyətə düşmüş və Zaura yaxınlaşmışdır. Zaur və arvadı Mətanətə “Üzrlü sayın, hadisədir olub, cavandır, bunu nəzərə alın.” demişdir. Lakin Zaur və Mətanət “Xeyr, biz bu məsələdə axıra qədər gedəcəyik.” bildirmişlər. Bir neçə dəqiqə sonra həyətə polislər gəlmiş, daha sonra bacısı Lalə onun evinə gələrək Elvinin onun evinə gəldiyini, dalaşdığını bildirdiyini və məsələnin nə olması ilə maraqlanmışdır. O, baş vermiş hadisə barədə bacısı Laləyə danışmışdır. Hadisə 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermiş, təxminən 8-10 dəqiqə davam etmiş və şahidlər qonşusu Şahid2, Zaurun arvadı Mətanət adlı şəxs və özü olmuşdur. Hadisə vaxtı həyəcanlı və əsəbi olduğundan başqa şəxslərin oraya yaxınlaşıb-yaxınlaşmamağına fikir verməmişdir. Digər övladı Elin psixi problemləri olduğundan çox vaxt evdən çölə çıxmır və hadisə vaxtı da evdə olmuşdur. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi və oğlu Elvinin də buna görə əsəbiləşməsi olmuşdur. Hadisə vaxtı o heç kimi vurmamış, yalnız sözlü mübahisə etmişdir. Şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyindən hadisə günü dərman atıb, dincəlmək istəmişdir. Hadisənin baş verməsinə səbəb qaynı arvadı Xatirə Rəcəbovanın 5-6 ədəd pişiyi ilə əlaqədar yaranmış anlaşılmazlıq olmuşdur. Belə ki, hadisə günü saat 23:45 radələrində küçədəki pişiklərin səsindən narahat olduğu üçün o, qaynı arvadına “ Ay qız, çıx bu pişiklərini içəri sal.“ deyə irad bildirmişdir. Bir neçə dəfə təkrar etmiş, lakin qaynı arvadı çölə çıxmamışdır. Səsə qonşu Şahid2 çıxmış və “ Bizimləsən?” deyə sual vermişdir. O isə onunla olmadığını bildirmişdir. Lakin bu söz-söhbət uzanmış və Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərək ona “Rədd ol, keç içəri, konsert vermə.” deyə irad bildirmişdir. Bunu eşidən oğlu Təqsirləndirilən şəxs əsəbləşərək çölə çıxmış və Zərərçəkmiş şəxslə mübahisəyə başlamışdır. Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələrə davam etməsi ilə mübahisə dərinləşmişdir. Zaurla Elvin bir-birilərinə yumruq və təpik zərbələri vurmağa başlamışlar. Təqsirləndirilən şəxs əlində hər hansı bir predmet olmamışdır, Zaur Elvinin onu itələməsi nəticəsində yerə yıxılaraq başı orada olan daş hasara dəyərək xəsarət almışdır. İfadəsinin sonunda Şahid3 özünün şəkər, əsəb və onkoloji xəstəlikdən müayinə və müalicə olunduğunu, digər oğlu Elinin 2-ci dərəcə əlil olduğunu, ailədə yeganə qazanc gətirən şəxsin övladı Təqsirləndirilən şəxs olduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur. Hadisə günü əmisioğlu Zaurgil onlara qonaq gəlmiş, onlar evlərinə geri dönərkən əşyalarının qaldığını xatırlayıb geri qayıtmışlar. Yolda pişik balası görüb qonşunun itmiş pişiyi olduğunu zənn etmişlər. Lakin qonşu həmin pişiyin onun pişiyi olmadığını demişdir. Bu vaxt pəncərədən Şahid3 qışqıraraq ünvansız təhqir etməyə başlamışdır. Belə ki, Şahid3 “Mundarlar, Allah bəlanızı versin. Qoymursuz bizi yatmağa” deyə ünvansız söyüşlər söymüşdür. Arzu onunla qonşuluqda yaşasa da, əvvəllər aralarında ədavət və ya narazılıq olmamışdır. O, Şahid3dan “Bizləsən?” deyə soruşmuş, Şahid3 isə qışqırmağa davam edərək onlara aqressiv formada “Sənə nə var kiminləyəm. Pişiklərləyəm” və sair formada kobud şəkildə onlarla danışmışdır. Daha sonra Arzunun oğlu Təqsirləndirilən şəxs səs-küyü eşidib anasını sakitləşdirərək pəncərədən çəkib içəriyə doğru aparmışdır. Əmisi oğlu Zərərçəkmiş şəxs bu səsləri eşidib geri qayıtmış, bu vaxt Şahid3 2-ci dəfə pəncərəyə çıxaraq qışqırmağa başlamışdır. Arzu pəncərəyə yaxınlaşaraq “Nə dayanmısız burada, konsertdir?” demişdir. Zərərçəkmiş şəxs isə “Konserti sən verirsən, konsert vermə, keç içəri” deyərək Şahid3 irad bildirmişdir. Arzunun oğlu Elvin bir daha anasını sakitləşdirib pəncərədən çəkib aparmışdır. Zaur da ona “Arzunu oğlu apardı, sən də get evə sakitçilik olsun” demişdir. O, evinə qayıdarkən Təqsirləndirilən şəxs onu çağıraraq evindən çıxan kişinin kim olduğunu soruşmuşdur. Bunu eşidən Zərərçəkmiş şəxs isə geri qayıtmış və beləliklə, ikisi arasında küçədə mübahisə başlamışdır. Zərərçəkmiş şəxs arvadı Şahid1 və o isə mübahisənin böyüməsinin qarşısını almaq üçün onları ayırmağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs orada olan daş hasarın üstündən nə olduğunu bilmədiyi bir əşya çıxararaq Zərərçəkmiş şəxs vurmağa başlamışdır. O və Mətanət onları ayırmaq məqsədilə aralarına keçmişlər. Elvinin vurduğu zərbələrin Zərərçəkmiş şəxs dəyib-dəymədiyini görməmişlər. Təqsirləndirilən şəxs isə oradan uzaqlaşaraq getmişdir. Daha sonra o, əmisi oğlu Zərərçəkmiş şəxs tərəf baxarkən sonuncunun baş nahiyəsinin qan olduğunu görərək Təqsirləndirilən şəxs vurduğu zərbələrin Zərərçəkmiş şəxs başına dəydiyini başa düşmüşdür. Onlar dərhal təcili yardıma, daha sonra isə polisə zəng edib yaranmış vəziyyəti bildirmişlər. Təqsirləndirilən şəxs əlində mübahisə başlayarkən hər hansı bir əşya olmamışdır və o, əşyanı mübahisənin gedişində orada olan daş hasarın üstündən götürmüşdür. Zərbədən sonra Zaur yerə oturmuş və özünü yaxşı hiss etmişdir. Zauru danışdırdıqda onun huşunun yerində olduğunu görərək X16a zəng etmişlər və bir neçə dəqiqə sonra X16 gəlib Zaura tibbi yardım göstərib getmişdir. Bundan sonra polis əməkdaşları da oraya gəlmiş və polis əməkdaşları yenidən X16 çağırıb Zauru 1 saylı X13 aparmışlar. Orada Zaur müayinə olunmuş, müəyyən tibbi aparatlarla yoxlanışlar edilmiş və başına cərrahiyyə tikişi qoyulmuşdur. Hadisə 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermiş, təxminən 8-10 dəqiqə davam etmiş və şahidlər Zaurun arvadı Mətanət, o, Elvinin anası Arzu və həmin vaxt orada olan 2-3 nəfər tanımadığı şəxslər olmuşdur. Xatirə isə sözlü mübahisə başlayan vaxt pişiyi götürərək getmiş və sonradan nə baş verdiyini görməmişdir. Hadisənin baş verməsinə səbəb Arzunun ünvansız nalayiq ifadələr işlətməsi və Zaurun ona haqli irad bildirməsi olmuşdur. Elvin dəmir parçası ilə Zauru vurub xəsarət yetirmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində uzun dəmir parçası olmuşdur. Zaurun, eləcə də başqa şəxslərin əlində hər hansı silah, yaxud silah qismində istifadə oluna biləcək əşya olmamışdır. Sonradan Elvin həmin dəmir parçasını da gedəndə özü ilə aparmışdır. Zərərçəkmiş şəxs Elvini vurmamışdır. Elvinlə Zaur əvvəlcə yüksək tonla söhbət edərək mübahisə etmiş, sonradan Elvin Zauru itələmiş və onlar qarşılıqlı olaraq bir-birilərinə əl-qol atmışlar. Daha sonra Elvin hasarın üstündən götürdüyü uzun sərt əşya ilə bir neçə dəfə Zauru vurub oradan uzaqlaşmışdır. Həmin vaxt Arzu artıq evə getmişdi və pəncərədən onlara baxmışdır. Elvin Zauru vurduqdan sonra Zaur yerə yıxılmamış, zərbənin təsirindən yerə oturmuşdur. Sonra o və Mətanət ona yaxınlaşmışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və anası Şahid3 onunla qonşudur. 23 iyul 2022-ci il tarixdə saat 23:45 radələrində evdə olmuş və bu vaxt çöldən səs-küy gəlməyə başlamış, qonşu Arzunun qonşuluqda yaşayan qaynı arvadı Xatirəni söydüyünü eşitmişdir. Bu mütəmadi baş verən hal olduğu üçün o, əvvəl fikir verməmişdir. Sonradan səs-küyün artdığını, kişi səslərinin gəldiyini eşitmişdir. Səs-küy artdıqdan sonra çölə çıxmış və görmüşdür ki, qonşu Minəxanımın qohumu Zaurun başından qan gəlir. Zauru üzdən tanıyır, lakin hər hansı münasibətləri yoxdur. O da vəziyyətin belə olduğunu görüb onlara yaxınlaşmışdır. Bu vaxt Zaurun arvadı Mətanət və əmisi qızı Zöhrə Zauru ayağa qaldırmışlar. Arzu da evdən oraya qayıtmış və Zaurdan polisə şikayət etməməyi xahiş etmişdir. Lakin Zaur və arvadı Mətanət Elvinin etdiyi hərəkətə görə cavab verməli olduğunu bildirmişlər. Bundan sonra Zöhrə polisə zəng etmiş, bir neçə dəqiqə sonra polis əməkdaşları həyətə gəlmişlər. Orada olan zaman qonşuların deməsinə görə ona məlum olmuşdur ki, Elvin Zauru itələyərək onu vurub ona xəsarət yetirmişdir, lakin xəsarətin hansı qaydada və hansı əşya ilə yetirildiyini bilmir. O, qonşulardan öyrənmişdir ki, qonşusu Elvin və adını bilmədiyi qonşusu olan şəxs arasında dava olmuşdur. O, qarışıqlıq oluğundan kimin kimi vurduğunu öz gözü ilə görməmişdir. Qonşulardan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsi itələmiş və Zaurun başı dəmir qapıya dəyərək yaralanmışdır. Hadisə haqqında başqa heç bir məlumatı yoxdur.

16. Müdafiəçi tərəfindən verilmiş vəsatət əsasında məhkəməyədək icraat zamanı dindirilməsinə baxmayaraq, ittiham aktına əlavə edilmiş dindirilməli şəxslərin siyahısına əlavə edilməmiş X6 məhkəmədə şahid qismində dindirilmiş və o, məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qaynının oğlu olmaqla onunla qonşuluqda yaşayır. 23 iyul 2022-ci il tarixdə axşam saatlarında qonşusu Minəxanımın evində olarkən Zərərçəkmiş şəxs və arvadı da orada qonaq olmuşdur. Saat 23 radələrində oradan çıxıb evə gəlmişdir. 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində evdə olarkən pişiklərinin səs-küyü səbəbindən qaynı arvadı Şahid3 onu səslədiyini eşitmişdir. Bu vaxt çöldən də səs-küy gəldiyini eşitmişdir. Övladını çölə göndərərək pişikləri oradan uzaqlaşdırmasını demişdir. Əvvəl fikir verməmiş, amma 1-2 dəqiqə sonra səs-küy getdikcə çoxaldığı üçün özü də həyətə çıxmış və həmin vaxt qonşuları Zöhrə, Zöhrənin əmisi oğlu Zaur, Zaurun arvadı Mətanət, eləcə də qaynı arvadı Arzunun sözlü mübahisə etdiyini görmüşdür. Arzunun oğlu Elvinin də orada olduğunu və həmin vaxt anasını sakitləşdirdiyini görmüşdür. O, əvvəlcə yaxınlığa getməyərək sakitləşəcəklərini düşünmüşdür. Amma bir neçə dəqiqə sonra səs-küy daha da artmışdır. Belə ki, X11 Əliyevanın ünvanına nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Yaxınlığa gedərkən Zaurun başından xəsarət aldığını görmüşdür. Elvinlə Zaurun dalaşdığını görmüş, lakin konkret olaraq kimin kimi vurmasını görməmişdir. Belə ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bir-birilərini əl-qol ataraq dalaşmalarını görmüşdür. Lakin Zərərçəkmiş şəxs yerə yıxılmasını və ya hansı şəraitdə xəsarət almasını görməmişdir. Sonradan orada olanlardan baş vermiş hadisə barədə soruşduqda Elvinin Zauru vurduğunu, nəticədə Zaurun başının divara dəyərək xəsarət aldığını öyrənmişdir. Hadisə 23 iyul 2022-ci il tarixdə saat 23:45 radələrində Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermiş, təxminən 8-10 dəqiqə davam etmiş və şahidlər qonşu Şahid2, Zaurun arvadı Mətanət, qaynı arvadı Arzu, qonşusu Mətanət, orada olan tanımadığı 8-10 nəfər şəxs olmuşdur. Hadisənin baş verməsinə səbəb Zaurun Arzunun ünvanına nalayiq ifadələr işlətməsi və oğlu Elvinin də buna görə əsəbiləşməsi olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs, Zaurun, eləcə də başqa şəxslərin əlində hər hansı silah, yaxud silah qismində istifadə oluna biləcək əşya görməmişdir. O, kənarda olduğu və mübahisəni tam izləyə bilmədiyi üçün hadisənin necə baş verməsi barədə dəqiq fikir bildirə bilmir.

17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

18. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Kazımov tərəfindən 23 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Zərərçəkmiş şəxs ünvan 3 ünvanına nalayiq ifadələr işlədən Arzu adlı şəxsə irad bildirən zaman sonuncunun övladı Elvin adlı şəxsin heç bir əsaslı səbəb olmadan əlində olan dəmir parçası ilə onun baş nahiyyəsinə vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, i.v.1;)

19. Zərərçəkmiş şəxs 24 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanının yaxınlığında Arzu adlı qadının pişiklərin onu narahat etməsini bildirərək ünvansız küçə söyüşləri söyməsi ilə əlaqədar Arzuya səs-küy salmayıb evə keçməyi məsləhət görməsi və həmin vaxt Arzunun oğlu Elvinin anasına niyə elə sözlər deməyini irad tutaraq heç bir səbəb olmadan dəmir parçası ilə onun baş nahiyəsinə vuraraq xəsarət yetirməsi ilə bağlı Elvinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisinə ərizə ilə müraciət etmişdir. (cild 1, i.v. 5;)

20. “Baxış keçirilməsi haqqında” 24 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 35 ünvanının qarşısında baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs əyani olaraq hadisənin mezanizmini və baş verdiyi yeri göstərmişdir. Hadisə yerindəki asfalt örtüyünün üzərində qana bənzər ləkələr aşkar edilmişdir. (cild 1, i.v. 8-11;)

21. Şahid3 30 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Şahid3 23 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində qonşusu Minəxanımın evinə qonaq gələn Zaur adlı şəxsin aralarında yaranmış sözlü mübahisə zamanı onu söyüb təhqir etməsi ilə bağlı Zaurun barəsində qanunamüvafiq tədbir görülməsi üçün Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisinə ərizə ilə müraciət etmişdir. (cild 1, i.v. 21;)

22. “X14” X15 direktoru Könül Ələkbərovun 1 avqust 2022-ci il tarixli 3985 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs 24 iyul 2022-ci il tarixdə, saat 1:50-də X13 müraciət etmiş, deməsinə görə Şərifzadə 35-in qarşısında başına vurmuşlar. Xəstənin yarası birincili işlənmiş və xəstə stasionar müalicədən imtina etmişdir. Diaqnozu açıq kəllə beyin travması, sağ təpə sümüyünün qəlpəli sınığı, təpə nahiyəsinin əzilmiş yarası olmuşdur. (cild 1, i.v. 26;)

23. “Sağlamlığa zərər vurmanın təyini üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 10 avqust 2022-ci il tarixli, 738 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ təpə sümüyünün basılmış, izolə olunmuş sınığı ilə müşayiət olunan, başın sağ təpə nahiyəsinin əzilmiş yarası, sağ çiyin nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 23 iyul 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, i.v.29-32;)

24. “Canlı şəxsin bədən xəsarətlərinin təyininə dair təkrar məhkəmə-tibbi ekspertizası”nın 13 oktyabr 2022-ci il tarixli, T458 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ təpə sümüyünün basılmış, izolə olunmuş sınığı ilə müşayiət olunan, başın sağ təpə nahiyəsinin əzilmiş yarası və sağ çiyin nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 23 iyul 2022-ci il tarixdə dəmir parçası ilə yetirilən zərbə təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətin yumruqla yetirilən zərbə nəticəsində yaranması mümkün deyil. (cild 1, i.v.159-162;)

25. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs fiziki ziyan vurulması ilə əlaqədar o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v. 64;)

26. “Sağlamlığa zərər vurmanın təyini üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 11 avqust 2022-ci il tarixli, 801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol saidin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 23 iyul 2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, i.v.117-118;)

27. “Üzləşdirmədə dindirmə” 1 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs onun baş və çiyin nahiyyələrinə dəmir parçası ilə vurmasını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dəmir parçası ilə deyil yumruqla vurduğunu, həmçinin sonuncunun da onun sol qolunu tutub sıxmaqla ona xəsarət yetirdiyini bildirmişdir. (cild 1, i.v. 121-122;)

28. “Üzləşdirmədə dindirmə” 1 sentyabr 2022-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 və Zöhrə Alahverdiyeva bir daha ibtidai istintaqa verdikləri ifadələrini təsdiqləyərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və çiyin nahiyələrinə dəmir parçası ilə iki dəfə vurmasını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dəmir parçası ilə deyil yumruqla vurduğunu, həmçinin sonuncunun da onun sol qolunu tutub sıxmaqla ona xəsarət yetirdiyini bildirmişdir. (cild 1, i.v. 123-128;)

29. Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəisi vəzifəsini icra edən, polis polkovnik-leytenantı Anar Rüstəmovun 19 sentyabr 2022-ci il tarixli, 094-14997 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməkdə istifadə etdiyi alətin əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilməsi mümkün olmamışdır. (cild 1, i.v. 148;)

30. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 29 avqust 2022-ci il tarixli, 2321 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə cinayəti törətməzdən bilavasitə əvvəl və cinayət əməlini törədərkən reallığı, konkret vəziyyətin məzmununu düzgün dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman hərəkət və davranışının şüurlu olaraq idarə olunmasına mühüm təsir edəcək psixi-emosional vəziyyətdə (affekt (kumulyativ və ya fizioloji) kəskin stress, güclü ruhi həyəcan, psixi-emosional gərginlik və s.) olmamışdır. (cild 1, i.v. 149-152;)

31. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 12 yanvar 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş sol saidin sıyrığı kimi xarakterizə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətin Zərərçəkmiş şəxs tərəfindən yetirilməsi faktına dair cinayət işindən material ayrılmış və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. (cild 2, i.v.27-41;)

32. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirən zaman sonuncunun arvadı Şahid1 orada olduğundan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin bədən xəsarətini xüsusi amansızlıqla yetirilməsi qənaətinə gəlinmişdir. (cild 2, i.v. 44;)

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiq T.İ.Kazımov tərəfindən 21 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 24 fevral 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək həmin tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 27 fevral 2023-cü il tarixdə həmin məhkəməyə daxil olaraq icraata götürülmüşdür. (cild 3)

34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasından təqdim edilmiş arayışdan görünür ki, 31 may 1996-cı il təvəlüdllü X9 “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli” xəstəliyindən əziyyət çəkməklə və əmək qabiliyyətsiz olmaqla ikinci dərəcəli əlildir. (cild 3)

35. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis mayoru Elvin Nəsibovun 1 avqust 2023-cü il tarixli 3-xx-xx/45852/2023 saylı məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında barışıq olduğuna görə inzibati icraata xitam verilmişdir. (cild 3)

36. 19 nömrəli şəhər poliknikasının 15 fevral 2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şahid3 Qübət qızı “Xroniki gedişli şəkərli diabet 2-ci tip” xəstəliyindən əziyyət çəkir. (cild 3)

37. Müdafiə tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif ölkə daxili və beynəlxalq turnirlərdə idmanın ayrı-ayrı növlərində iştirak edərək çoxsaylı fəxri fərman və diplomlarla təltif olunmuşdur. (cild 3)

38. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 9 avqust 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı hər hansı şikayət və ya tələbi yoxdur, onu bağışlayır. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

40. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

42. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

43. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir.Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

45. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

47. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 126.2.3 və 126.2.4cü maddələri ilə düzgün olaraq tövsif edilməmişdir.

48. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 23 iyul 2022-ci il tarixdə saat 23:45 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında anası Şahid3 ilə qonşusu Şahid2, eləcə də sonuncunun evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs və Şahid1 ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığın pişiklərin səs-küy salması bəhanəsi ilə Şahid3 tərəfindən yenidən gərginləşdirilməsi nəticəsində məişət və birgəyaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs mübahisə zamanı guya onun anası Şahid3 ilə nalayiq ifadələrlə danışmasını bəhanə edərək, özünün şəxsiyyətini sonuncunun və həmin yerdə olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozaraq xuliqanlıq niyyəti ilə, yaşadığı evdən hadisə yerinə gələn zaman özü ilə gətirdiyi əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs arvadı Şahid1 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla qəsdən 3 dəfə vuraraq ona sağ təpə sümüyünün basılmış, izolə olunmuş sınığı ilə müşayiət olunan, başın sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ çiyin nahiyyəsinin səthi əzilmiş yarası kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətlər yetirməklə xüsusi amansızlıqa və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur.

49. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən hökmün 31-ci bəndində göstərilən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Göründüyü kimi mübahisə və dalaşma Zərərçəkmiş şəxs təşəbbüsü ilə deyil, Təqsirləndirilən şəxs anası Şahid3 təşəbbüsü ilə başlamış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və onun yanında olan digər şəxslərə qarşı nalayiq ifadələr işlədilmiş, Şahid3 yaşadığı evə getdikdən sonra Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan başa çatan sözlü mübahisə yerinə əlində dəmir parçası ilə gələrək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirmişdir.”

50. Həmçinin hökmün 32-ci bəndində göstərilən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Göründüyü kimi cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli xəsarət yetirən zaman sonuncunun arvadı Şahid1 orada olmuş və Təqsirləndirilən şəxs ağır dərəcəli xəsarəti zərərçəkmiş şəxsə xüsusi amansızlıqla yetirmişdir.“

51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır.

52. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.

53. Hökmün 52-ci bəndində qeyd edilən Plenum qərarının 8-ci bəndində isə göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.

54. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin və xüsusi amansızılığın mahiyyəti eynidir.

55. Belə ki, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs anası Şahid3 ilə qonşusu Şahid2 arasında pişiklərin səs-küy salması ilə bağlı yaranmış narazılıq nəticəsində məişət və birgəyaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı sonuncunun evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs mübahisə zamanı anası Şahid3 ilə nalayiq ifadələrlə danışması ilə bağlı Zərərçəkmiş şəxslə mübahisə edərək münaqişə zəminində dalaşma gedişində orada olan hasarın üzərindən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs qəsdən 2 (iki) dəfə vuraraq ona sağ təpə sümüyünün basılmış, izolə olunmuş sınığı ilə müşayiət olunan, başın sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ çiyin nahiyyəsinin səthi əzilmiş yarası kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur.

56. Məhkəmə hökmün 52-53-cü bəndlərində göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətləri vardır.

57. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, Təqsirləndirilən şəxs isə anası Şahid3 təşəbbüsü ilə başlaması, sonuncu tərəfindən zərərçəkmiş şəxs və onun yanında olan digər şəxslərə qarşı nalayiq ifadələr işlədilməsi, Zərərçəkmiş şəxs və digərlərinin Şahid3 ilə mübahisə etmələri, Təqsirləndirilən şəxs anasını iki dəfə sakitləşdirərək mübahisə etdiyi şəxslərdən uzaqlaşdırması, Zərərçəkmiş şəxs anasının ünvanına hansı səbəbdən nalayiq ifadələr işlətməsini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə əvvəlcə sözlü mübahisə etməsi, məhz həmin mübahisənin gedişində tərəflərin bir-birilə yüksək səslə danışmaları və qarşılıqlı itələşmələrinin münaqişəyə çevrilərək bir-birilərinə əl-qol atmalarının müəyyən edilməsi bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs E.S.Rəcəbəvoun əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir.

58. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə və dalaşma zamanı, ətrafda çoxlu sayda digər şəxslər də olmuş, həmin şəxslərdən Şahid1 Zərərçəkmiş şəxs arvadı olmaqla, yaxın qohumu olmasının təqsirləndirilən şəxsə məlum olmaqla məhz zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə ona qəsdən vuraraq xəsarət yetirməsi isə müəyyən edilməmişdir. Həm Şahid1, həm də Təqsirləndirilən şəxs bir-birilərini əvvəllər tanımadıqlarını bildirməklə təqsirləndirilən şəxsin hadisə zamanı Şahid1 zərərçəkmiş şəxsin arvadı olmasını bilməsi iş materiallarında olan hər hansı sübutla öz təsdiqini tapmır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi üsulu, həm də həmin əməli törədərkən xüsusi amansızlıq etməsini göstərən hər hansı hal da müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə ittiham verərkən isə yalnız Zərərçəkmiş şəxs arvadı Şahid1 orada olmasına istinad etmişdir ki, həmin halla da təqsirləndirilən şəxsin əməli törədərkən məhz ona və zərərçəkmiş şəxsə xüsusi əzab verməsini dərk etməsi sübuta yetirilməmişdir.

59. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

60. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli xəsarət yetirən zaman sonuncunun arvadı Şahid1 da orada olmaqla Təqsirləndirilən şəxs ağır dərəcəli xəsarəti zərərçəkmiş şəxsə xüsusi amansızlıqla yetirməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır.

61. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq sözlər söyləməsi və onun sol qolundan tutub möhkəm sıxaraq xəsarət yetirməsinə görə sonuncu ilə münaqişə zəminində dalaşma gedişində hadisə yerində olan daş hasarın üzərində olan dəmir parçasını götürərək həmin alətlə Zərərçəkmiş şəxs baş və çiyin nahiyələrindən qəsdən iki dəfə vuraraq insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur.

62. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

63. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

64. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

65. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edilir.

66. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

67. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

68. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

69. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

70. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

71. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində göstərilənləri rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətləri vardır.

72. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirməməsi, onun baş və çiyin nahiyələrindən dəmir parçası ilə deyil sərt yumruqla vurması, Zərərçəkmiş şəxs yıxılaraq başının orada olan hasara dəyməsinə görə xəsarət alması barədə məhkəmə və məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə həmin hissələrdə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, işin faktiki hallarından Təqsirləndirilən şəxs məhz münaqişə zəminində dalaşma gedişində Zərərçəkmiş şəxs baş və çiyin nahiyələrindən iki dəfə qəsdən vuraraq xəsarət yetirməsi müəyyən olunmuşdur.

73. Hökmün 2, 48, 55 və 57-ci bəndlərində qeyd edildiyi kimi, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı hadisənin məhz Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin anası Şahid3 ilə mübahisə ilə başlaması öz təsdiqini tapır.

74. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

75. Məhkəmə həmçinin Şahid3 da övladı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməməsi, sonuncunun aldığı xəsarətlərin isə övladı Təqsirləndirilən şəxs onu itələməsi nəticəsində yıxılaraq alması barədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi övladı Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımaqla sonuncunun ağır cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün və övladı Təqsirləndirilən şəxs işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

76. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 126.1ci maddəsinə tövsif edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

78. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

79. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

80. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

81. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Bakı şəhər Probasiya idarəsinin 24 noyabr 2022ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 2 mart 2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, hazırkı iş üzrə tutulduğu 11 avqust 2022-ci il tarixə cəzasının 1 (bir) il 5 (beş) ay 9 (doqquz) gününü çəkmiş və çəkilməmiş cəza müddəti 21 (iyirmi bir) gün təşkil edir. (cild 1, i.v 113-114; 133-146; 238, cild 3)

82. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

83. CM-in 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

84. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günün bərabər tutulur.

85. "xxxx" Mənzil Tikinti Koorperativindən əldə edilmiş 9 avqust 2023-cü il tarixli xasiyyətnamədən göstərilmişdir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdən "xxxx" MTK-nın mexanik elektrik qrupunda elektrik vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində o, özünü nizam-intizamlı, işgüzar və bacarıqlı göstərmişdir. Özünə qarşı tələbkar olmuşdur. Peşəkarlıq səviyyəsinin artırılması istiqamətində daim çalışmışdır. Yüksək icraçılıq qabiliyyətinə malikdir. İşlədiyi müddət ərzində iş yoldaşları arasında hörmət qazana bilmişdir. Müəssisənin ictimai həyatında yaxından iştirak etməyə çalışmışdır. Tutulan irad və göstərilən nöqsanlardan düzgün nəticə çıxarmağı bacarır. Özündən vəzifəcə böyük olanlara qarşı münasibətdə diqqətli, müraciətində isə nəzakətli olmuşdur. (cild 3)

86. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və ya tələbinin olmamasını, həmçinin CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yerindən müsbət xasiyyətləndirilməsini, atasının vəfat etməklə qardaşı Elin Rəcəbovun 2-ci dərəcə əlil olmaqla onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və gənc olmaqla idmanın ayrı-ayrı növləri üzrə müxtəlif turnirlərdə iştirak edərək nailiyyətlər əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

87. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

88. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

89. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

90. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

91. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

92. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

93. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən CM-in 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

94. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə törədilmiş əmələ görə cəza təyin edildikdən sonra CM-in 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 21 (iyirmi bir) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesabalanaraq 10 (on) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

95. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

96. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

97. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə, saat 18:00-dan şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 13 avqust 2022-ci il tarixdə əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 8 dekabr 2022 və 9 fevral 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 11 mart 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, i.v. 49; 98; cild 2, i.v.13-14; 67-71).

98. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.

99. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

100. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

101. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

102. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, iş yerindən müsbət xasiyyətləndirilməsi, atasının vəfat etməklə qardaşı Elin Rəcəbovun 2-ci dərəcə əlil olmaqla onun himayəsində olması, ailədə yeganə qazanc gətirən şəxs olması və gənc olmaqla idmanın ayrı-ayrı növləri üzrə müxtəlif turnirlərdə iştirak edərək nailiyyətlər əldə etməsi kimi yüngülləşdirici hallar, habelə təqsirləndirilən şəxsin bir ildən artıq müddətdə həbsdə olması nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.

103. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini, xüsusilə də 2-ci dərəcə əlil olan qardaşı və müxtəlif xəstəliklərdən, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkən anasını ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.

104. Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.

105. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulmalıdır.

106. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.

107. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

108. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır.

109. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırkı iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.

110. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və 17 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs qohumları tərəfindən “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X10 ilə müqavilə bağlandığından, Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi2 imtina etmiş, bu səbəbdən də həmin tarixli iclasda hazırkı iş üzrə onun müdafiəçi qismində iştirakına xitam verilmişdir. Başqa sözlə, məhkəmə hazırlıq mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi həm də “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə hazırlıq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi “PRO BONO” Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir.

111. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

112. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

113. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 21 (iyirmi bir) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesabalanaraq 10 (on) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il 10 (gün) müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1(bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutun, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Məhkəmənin hazırlıq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün “Pro Bono” Vəkil Bürosuna 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar