Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-989/2025 06.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 mart 2025-ci il tarixdə, saat 11:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Həsən Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində əkilib becərilməsi qadağan olunmuş 34 (otuz dörd) ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib xx.xx.2024-cü il tarixədək kultivasiya etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş- 2024” şərti adlı “Tədbirlər planı”-nın icrası ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində aparılmış axtarış, baxış və götürmə zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən onun tərəfindən əkilib-becərilməklə kultivasiya edilmiş, ümumi sayı 34 (otuz dörd) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 16 kiloqram 265 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi külli miqdarda miqdarda aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində nömrəsiz fərdi evdə yaşamaqla, həmin evin həyətində polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 2 ay əvvəl 10-11 ədəd çətənə kolu əkmişdir. Dəqiq xatırlamadığı tarixdə polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olub əkdiyi çətənə kollarını aşkar etdikdən sonra həmin kolları kimin əkdiyini soruşduqda, o da özünün əkdiyini söyləmişdir. Bundan sonra polis əməkdaşları ona oğlunu da onunla birlikdə aparacaqlarını söylədikdə razı olmamış, ardınca polis əməkdaşları çətənə kollarının sayının daha artıq sayda qəbul etməsini ona təklif etdikdə, o da məcbur qalıb razılaşmışdır. Təklifi qəbul etməsə, oğlunu da onunla birgə tutulacağını polis əməkdaşları demiş, hətta əlil olan oğlunun da saxlanılacağı ona bildirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evin sahəsinin 20 sot təşkil etdiyini, həyətdə göy-göyərti əkməklə məşğul olduğunu, daha sonra əkdiyi göy-göyərtini satdığını, marixuana istifadəçisi olduğunu, çətənə kollarını əkdiyini, çətənə kollarını göy-göyərtidən ayrı yerdə, qapalı şəkildə əkdiyini və istixana formasında yetişdirdiyini, 10 ildir ki, narkotik tərkibli maddə istifadəçisi olduğunu, 1 ildir ki, çətənə kolları əkdiyini, 9 il müddətində marixuananı müxtəlif şəxslərdən əldə etdiyini, çətənə kolunun toxumlarını mağazadan əldə etdiyini, çətənə kolunun toxumunu toxum satan mağazadan aldığını, çətənə toxumunu əkdikdən sonra üzərinə su tökərək yetişdirdiyini, evdəkilər görməsin deyə onu ayrıca sahədə əkərək üzərini örtdüyünü, ailə üzvlərinin heç nədən məlumatının olmadığını, polis əməkdaşlarının 02 iyul 2024-cü tarixdə həyətə gələrək əkdiyi kolları aşkar etdiklərini, təxminən 5 nəfər polis əməkdaşının yaşadığı evə gəldiyini, polis əməkdaşlarının həyətdə videoçəkiliş apardıqlarını, övladlarını da polis şöbəsinə apardıqlarını, lakin övladlarının bu hadisə ilə heç bir əlaqəsinin olmadığını, çünki kolları özünün əkdiyini və yetişdirdiyini, təxminən 11-12 ədəd çətənə kolu əkdiyini, ittiham aktında qəsdən 34 ədəd çətənə kolunun yazıldığını, polis əməkdaşlarının onunla birlikdə övladlarını da polis şöbəsinə apararaq 2 gün orada saxladıqlarını, 34 ədəd çətənə kolunun ona məxsus olduğunu qəbul etdikdən sonra övladlarının buraxıldığını, övladlarını onun 34 ədəd çətənə kolunu qəbul etməsinə görə təqdim edilmiş sənədlərə qol çəkdirmək üçün saxladıqlarını, digər övladı əlil olduğuna görə sonuncunu buraxdıqlarını, polis əməkdaşlarının həyətdə videoçəkiliş həyata keçirtdiklərini, polis əməkdaşlarının çətənə kollarının sayını videoda çəkmədiklərini, əvvəllər heç bir məhkumluğunun olmadığını, həm özünün, həm də övladlarının heç vaxt polis bölməsinə çağırılmadıqlarını, onu övladları ilə qorxutduqlarına görə 34 ədəd çətənə kolunu əkməsinə dair sənədləri imzaladığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, uzun müddətdən bəri narkotik vasitənin marixuana növündən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitə olan marixuanadan istifadə etdiyi müddətdə Sabunçu rayonu ərazisində tanımadığı müxtəlif şəxslərdən almışdır. Bu səbəbdən də, o, özü yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əkmək qərarına gəlmişdir. Təxminən bir ay əvvəl narkotik vasitə marixuananın toxumlarını tapmış və hazırda yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində 34 ədəd narkotik vasitə marixuana toxumlarını əkmiş və daha sonra həmin toxumlara qulluq etməyə başlamışdır. O, ailə üzvlərinə əkib becərdiyi şitillərin narkotik vasitə marixuana toxumları olduğunu söyləməmiş, ailə üzvləri onun marixuana istifadəçisi də olduğunu bilməmişlər. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Həsən Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində olarkən qapı döyüldüyündən küçəyə çıxdıqda, evinə polis əməkdaşlarının gəldiyini görmüş, polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə marixuana kolları əkib-becərməyi barədə əməliyyat məlumatının olmasını bildirmiş, bu səbəbdən də yaşadığı ünvanda videoçəkilişlə axtarış aparmalı olduqlarını izah etmişlər. O, çıxış yolu olmadığından etiraz etməmiş, polis əməkdaşları ilə birgə evin həyətyanı sahəsinə daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaşadığı evdə və həmin evin həyətyanı sahəsində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi deyildikdən sonra o, çıxış yolu olmadığı üçün yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkib-becərdiyi narkotik vasitə olan marixuana kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları axtarış keçirərkən həyətyanı sahəsindən 34 ədəd marixuana kolu aşkar etmiş, aqronom olan şəxs də bildirmişdir ki, həmin kollara qulluq olunmuşdur. O da səmimi olaraq etiraf etmişdir ki, kolları özü əkmiş və öz istifadəsi üçün qulluq etmişdir. Kollar polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu və kolların qablaşdırılmasını imza etmişlər. Yaşadığı evin həyətyanı sahəsində marixuana kolları əkib becərməyi ilə bağlı heç kimlə razılaşmamış, heç kim, hətta ailə üzvləri də onun yaşadığı evin həyətyanı sahəsində marixuana kolları əkib becərdiyini bilməmişdir. O, ilk dəfə yaşadığı evin həyətyanı sahəsində marixuana kolları əkib becərmiş, heç vaxt heç bir yerdə marixuana kolları əkib becərməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. İstifadə etdiyi mobil telefon nömrəsi ***-***-**-**-dir. Başqa mobil nömrəsi yoxdur. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü il tarixdə narkotik vasitələrin kultivasiyasının qarşısının alınması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə, yəni “Damla” adlı restoranın arxa tərəfinə yaxınlaşıb evin qapısını döydükdən sonra razılıq əsasında evə daxil olmuş, həyətə baxış zamanı istixanada (xüsusi qulluq yeri) çətənə kollarınının əkilməsini aşkar etmişlər. Əməliyyat qrupunun tərkibində ondan başqa həmin polis idarəsinin əməliyyat müvəkkili Şahid4 və təhqiqatçı iştirak etmişdir. Həyətə daxil olduqdan sonra 20 metr irəlidə sol tərəfdə qapalı vəziyyətdə istixana və həmin istixanada təxminən 32-34 ədəd çətənə kolunun əkildiyi aşkarlanmış, evin sahibindən, yəni Təqsirləndirilən şəxs hansı məqsədlə həmin kolları əkdiyini soruşduqda sonuncu şəxsi istifadəsi məqsədilə qeyd edilən kolları əkdiyini söyləmişdir. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs saxlanılarkən o və digər polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs oğlunun da polisə tabesizlik göstərdiyinə görə polis şöbəsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs çətənə kollarını özünün əkdiyini könüllü şəkildə etiraf etdiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun övladlarına qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında evə daxil olduqlarını, həmin həyətə heç bir polis əməkdaşı hasardan aşıb girmədiyini, Təqsirləndirilən şəxs övladlarının hansı müddətdə polis şöbəsində olduqlarını, ümumiyyətlə polis şöbəsində saxlanılıb-saxlanılmadıqlarını bilmədiyini, aşkarlanmış çətənə kollarının torpaqdan çıxarılma prosesində iştirak etdiyini, şəxsən özünündə həmin çətənə kollarını torpaqdan çıxartdığını, çətənə kollarının sayının 34 ədəd olduğunu, Təqsirləndirilən şəxs övladları ilə bağlı hədə-qorxu gəlinmədiyini, polis əməkdaşları ilə birgə aqronomun da həmin əməliyyat tədbirində iştirak etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 02 iyul 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz kultivasiyasına qarşı keçirilmiş “Xaşxaş 2024” adlı əməliyyat tədbirlərinə uyğun olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən yaşadığı evin həyətinə polis əməkdaşları tərəfindən baxış həyata keçirilən zaman həmin həyətdəki istixanada təxminən 32 ədəd və ya bir qədər çox sayda çətənə kolunun əkildiyi aşkar edilmişdir. Bu barədə soruşulduqda Təqsirləndirilən şəxs könüllü şəkildə həmin çətənə kollarını əkdiyini etiraf etmiş, daha sonra həmin kollar polis əməkdaşları tərəfindən çıxarıldıqdan sonra qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Təqsirləndirilən şəxs oğlunun da polis şöbəsinə aparıldığını, lakin sonradan buraxıldığını, hətta cinayətin izlərini itirmək məqsədilə Təqsirləndirilən şəxs oğlunun o və digər polis əməkdaşlarını ilk öncə həyətin sağ tərəfinə, yəni çətənənin əkilmədiyi yerə doğru aparmağa çalışdığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun oğullarına qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, polis əməkdaşlarının hasardan aşıb həmin evə daxil olmadıqlarını, Təqsirləndirilən şəxs övladlarının hansı müddətdə polis şöbəsində olduqlarını, ümumiyyətlə polis şöbəsində saxlanılıb-saxlanılmadıqlarını bilmədiyini, Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında sonuncunun yaşadığı evə daxil olub axtarış, baxış və götürmənin həyata keçirildiyini, Təqsirləndirilən şəxs oğullarının da cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı sonuncuya hər hansı hədə-qorxu gəlinmədiyini, Təqsirləndirilən şəxs böyük oğlunun könüllü şəkildə anası ilə birlikdə 14-cü Polis Şöbəsinə gəldiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun atası olmaqla, sonuncu ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Dəqiq xatırlamadığı tarixdə yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində iş görərkən kiminsə hasardan həyətə tullandığını görmüş, yaxınlaşdıqda həmin şəxsin polis əməkdaşı olması ona məlum olmuşdur. Polis əməkdaşları onun əl-qolunu bağlayıb xidməti avtomobilə əyləşdirmiş, daha sonra o, buraxılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 qonşusunun həyətində çətənə kolu aşkarlandıqdan sonra polis əməkdaşları onun yaşadığı evin həyətinə də baxış keçirmək üçün gəldiklərini, polis əməkdaşları tərəfindən əl-qolu bağlanarkən həyətdə 4 nəfər polis əməkdaşının olduğunu, həmin polis əməkdaşlarının mülki geyimdə gəldiklərini, yaşadığı evin həyətindən çətənə kollarının aşkarlandığını, verilən suallara cavab olaraq atası həmin çətənə kolunu əkdiyini söylədiyini, həmin evdə atası, anası və qardaşı ilə birgə yaşadığını, polis əməkdaşlarının həmin evin həyətindəki istixanada qeyd edilən çətənə kollarını aşkarladığını, həyətin həmin tərəfinə heç vaxt getmədiyindən, onun içərisində çətənə kolları əkilmiş istixanadan məlumatının olmadığını, həmin istixanada qərənfillərin əkildiyini bildiyini, hasardan 2 nəfər polis əməkdaşı həyətə tullandıqdan sonra həyətin qapısının açıldığını, qapını polis əməkdaşının, yoxsa atasının açdığını dəqiq bilmədiyini, həyətə daxil olarkən mülki geyimdə olduqlarına görə həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmədiyini və bu səbəbdən həmin şəxslərlə həyətə daxil olduqlarına görə mübahisə etdiyini, 2 gün ərzində polis şöbəsində saxlanıldıqdan sonra buraxıldığını, polis əməkdaşlarının həyətə günorta radələrində gəldiklərini bildirdi. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz evdə atası Fərhad, anası Səbinə, qardaşı Nəzərlə birgə yaşamaqla, dolanışıq məqsədilə fərdi olaraq evlərdə işləyir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz evə gəldikdə, anası Səbinə ona evə polis əməkdaşlarının gəldiyini demişdir. Həmin vaxt polis əməkdaşları evdə axtarış aparan zaman evin həyətyanı sahəsindən sayını bilmədiyi marixuana bitkisinin kollarını aşkar etmişlər. Atası Fərhad da həmin vaxt həmin marixuana bitkisini özü əkdiyini və özü qulluq etdiyini etiraf etmişdir. Polis əməkdaşları da atasını bundan sonra 14-cü Polis Şöbəsinə aparmışlar. Bundan sonra o, 14-cü Polis Şöbəsinə getdikdə, polis əməkdaşları ona atasının marixuana bitkisini əkdiyi üçün saxlanıldığını bildirmişlər. xx.xx.2024-cü il tarixdə də o, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə getmiş, orada ona atasının barəsində cinayət işi başlanıldığını söyləmişlər. O, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, narkotik vasitə və psixotrop maddələrin görünüşü barədə də məlumatı yoxdur. Evinin həyətyanı sahəsində 34 ədəd marixuana bitkisinin əkilməsindən heç vaxt xəbəri olmamış, o, heç vaxt həmin predmetlərə qulluq etməmişdir. Bundan başqa inanmır ki, evininin həyətyanı sahəsində 34 ədəd marixuana bitkisi əkilməsindən anası Səbinə və qardaşı Nəzərin xəbəri olsun. Atası o və digər ailə üzvlərindən xəbərsiz 34 ədəd marixuana bitkisi əkmiş və qulluq göstərmişdir. 14-cü Polis Şöbəsində olarkən polis əməkdaşlarından biri atasının narkotik vasitə marixuana çəkdiyini ona bildirmişdir. O, heç vaxt evdə onlara narkotik vasitə marixuana çəkməsini hiss etdirməmişdir. Məhkəmədə məhkəməyədək ifadəsi elan edildikdən sonra Şahid1 ona verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini özünün yazmadığını, həmin ifadənin polis əməkdaşı tərəfindən yazıldığını, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu, ona azadlığa buraxılması üçün həmin ifadəni imzalamalı olması söylənildiyindən, ibtidai istintaq zamanı adından yazılmış ifadəni imzaladığını bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, 1981-ci ildən həmin vaxta qədər “Maştağa” kənd təsərrüfatı məhsullarının istehsalı müəssəsində baş aqronom vəzifəsində işləyir. 02 iyul 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları onu ünvan 3 ünvanına dəvət edib həmin evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə bağlı məlumat əldə edildiyini, məlumatın dəqiqləşdirilməsi üçün həmin evin həyətyanı sahəsinə axtarış və baxış keçiriləcəyini, baxış zamanı onun da iştirakının zəruri olduğunu bildirmişlər. O, təhqiqatçının dəvəti ilə polis şöbəsinə gəlmiş və şöbədə olan zaman təhqiqatçı tərəfindən qəbul edilmiş qərar ona elan olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, 14-cü Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Həsən Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi evə gəlmiş, təhqiqatçı qeyd olunan ünvanda yerləşən evin həyət darvazasını döymüş və sonradan adı ona bəlli olan Təqsirləndirilən şəxs qapını açaraq küçəyə çıxmışdır. Təhqiqatçı özünü təqdim edib Təqsirləndirilən şəxs həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin olması barədə onlarda məlumat olduğunu, bu səbəbdən yaşadığı evə və həyətyanı sahəsinə axtarış keçirilməsinin zəruri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını, müdafiəçinin iştirakını tələb etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları və o, Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı həmin həyətyanı sahəyə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələri könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən istixanada əkib-becərdiyi və xüsusi qulluq etdiyi 34 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən istixanaya baxış keçirilən zaman ümumilikdə 34 ədəd çətənə kolları aşkar edilmişdir. Baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə koludur və aqrotexniki qaydada becərilmiş, suvarılmış və qulluq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkiləri şəxsi istifadəsi məqsədilə əkmiş və xüsusi qulluq edərək yetişdirmişdir. Bundan sonra aşkar olunmuş 34 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılmış və 7 ədəd kisədə qablaşdırılmış, möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol və qablaşdırmalar polis əməkdaşları və onun tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş çətənə bitkiləri ilə bağlı rəy yazaraq imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində əkilməsi və becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolunu əkib becərməsi ehtimalı vardır. “Xaşxaş 2024” tədbirlər planına əsasən həmin ünvanda baxış keçirilməsi zəruridir. (Cild 1, iş vərəqə 3) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-xxxx/7522/2024 nömrəli əmrindən görünür ki, həmin polis idarəsində “Xaşxaş 2024” şərti adlı tədbirlər planının icra edilməsi məqsədilə qruplar yaradılmışdır. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, həmin tarixdə “Xaşxaş 2024” adlı tədbirlər planı əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə əməliyyat-axtarış tədbirləri çərçivəsində baxış keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 8) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ərizə ilə müraciət edib ünvan 5 ünvanın həyətyanı sahəsinə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 18) xx.xx.2024-cü il tarixli “Axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli “CD-R diskə baxış keçirilməsi barədə” diskdən görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada əkib-becərdiyi və qulluq etdiyi 34 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini bir ay bundan əvvəl öz istifadəsi üçün əkib qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada təqdim etdiyi 34 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 07 ədəd kisədə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin axtarış və götürmə davam edərək Təqsirləndirilən şəxs yaşadığı mənzilə axtarış və baxış keçirilmiş, axtarış zamanı mənzildən dövriyyəsi və əkilib becərilməsi qanunla qadağan olmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 19-21; 60-61) “Maştağa” kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aqronomiki rəydən görünür ki, Şahid2 həmin müəssisədə aqronom işləyir. xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis əməkdaşlarının dəvəti ilə Bilgəh qəsəbəsində yerləşən nömrəsiz evin həyətyanı sahəsinə keçirilən baxışda aqronom-mütəxəssis qismində iştirak etmişdir. Həyətyanı sahəyə daxil olduqda qərənfil gülü əkilmiş istixananın yaxınlığında təxminən 30 kv.m ərazisi olan, sellofan örtüklə bağlanmış yerdə 150-170 sm müxtəlif hündürlükdə 20 ədəd, 20-80 sm hündürlükdə 14 ədəd olmaqla, cəmi 34 ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq edilmişdir. Bu bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. (Cild 1, iş vərəqə 22) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 26; 35) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1088 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 34 (otuz dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 16 kq 265 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənənin ümumi çəkisi 16 kq 265 qram olmuş, tədqiqata 0,68 qram sərf edildikdən sonra (hər obyektdən 0,02 qram) 16 kq 264,32 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 48- 51) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 64-65) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-405/2024 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş. (Cild 1, iş vərəqə 88-94) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ümumi sayı 34 (otuz dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 16 kq 265 qram olan bitki maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 kq 264,32 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 95) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3/13-49/2-15612 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin toxumlarını əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəqə 102) xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin müdafiəsindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 109-112) xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 122) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 130-131) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 6329 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 132-133) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 12501 nömrəli məktubundan görünür ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 135) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (Cild 1, iş vərəqə 153-154) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarxili “Axtarış, baxış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş 01 (bir) ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 156-164) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirərək onun həyətyanı sahəsindəki istixanaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən orada 11-12 ədəd əkilmiş halda çətənə kolu aşkar etdiklərini, lakin ittiham aktında onun həyətyanı sahəsindəki istixanadan 34 ədəd əkilmiş halda çətənə kolunun aşkar edildiyinin yazıldığını qeyd etmiş və bunun səbəbinin isə ibtidai istintaq zamanı övladlarının da həbs ediləcəyi ilə hədələnməsi olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı hər hansı məlumat verməmiş, bu halı mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hər hansı fiziki zorakılığın edilməməsi işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona polis əməkdaşları tərəfindən psixoloji təsir və təzyiq olduğunu iddia etdiyindən, həmin xüsusat məhkəmə tərəfindən araşdırılmışdır. Məhkəmədə şahidlər Şahid3 və Şahid4 dindirilərkən qeyd edilən xüsusatla bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həqiqəti danışmadığını, sonuncunu övladlarından biri və ya hər ikisinin cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı hədələmədiklərini, Təqsirləndirilən şəxs hər hansı formada psixoloji təsir göstərilmədiyini söyləmişlər. Şahidlər Şahid3 və Şahid4 məhkəmədə verdiyi ifadələrində onlar sözügedən evin həyətinə daxil olarkən təqsirləndirilən şəxsin oğlu Şahid1 onlarla mübahisə etməklə, tabesizlik göstərdiyindən sonuncunu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət etdiklərini, müvafiq izahlardan sonra buraxıldığını bildirmişlər. Bu halı məhkəmədə dindirilərkən Şahid1 da evin həyətinə daxil olmuş şəxslərin kim olduğunu bilmədiyindən mübahisə etdiyini söyləməklə təsdiqləmişdir. Şahid1 həmçinin məhkəmədə verdiyi ifadəsində 2 gün ərzində polis şöbəsində saxlanıldıqdan sonra azadlığa buraxıldığını bildirsə də, bu, cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, Cinayət-Prosessual Məcəlləsinin 90.2.1-ci maddəsinə (bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) əsasən, fiziki şəxs 48 saat müddətində şübhəli şəxs qismində tutula bilər. Lakin cinayət işinin materialları və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin oğlu Şahid1 şübhəli şəxs qismində hazırki iş üzrə tutulması müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bundan başqa, həmin xüsusatla bağlı məhkəmə onu da qeyd edir ki, Şahid1 Ənvər oğlu məhkəməyədək icraat zamanı atası tutulduqdan sonrakı 2 gün ərzində, yəni Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddətdə polis şöbəsinə getdiyini bildirmişdir. Habelə, cinayət işinin materiallarının 1-ci cildinin 62-ci vərəqində olan “şahidin dindirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə dindirilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Beləliklə, məhkəmə Şahid1 təqsirləndirilən şəxsin yaxın qohumu, yəni övladı olmasını, Şahid1 atasının şübhəli şəxs qismində tutulması ilə əlaqədar ailə üzvündən nigaran qaldığına görə polis şöbəsinə getməsi ehtimalının ağlabatanlığını, Şahid1 xx.xx.2024-cü il tarixdə şahid qismində dindirilməsini nəzərə alıb, Şahid1 məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxsin xeyrinə, sonuncunu müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qəbul edir və onun məhkəmədə verdiyi ifadəsini sübut kimi qiymətləndirmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ona psixoloji təsir göstərilməsi ilə bağlı ifadəsinə münasibət bildirməklə qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısında durarkən o, fiziki və ya psixi zorakılığın təsiri altında ifadənin alınmasına dair hər hansı dəlil irəli sürməmiş, habelə müdafiəçisi də həmin xüsusatı mübahisələndirməmiş, eləcə də onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə şikayət etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Təqsirləndirilən şəxs psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə əlaqədar dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun özünü qismən təqsirli bilməsi ilə əlaqədar vermiş olduğu ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində təxminən 10-12 sayda çətənə kolunu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən yaşadığı evin həyətində əkib qulluq etdiyini söyləsə də, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada əkib-becərdiyi və qulluq etdiyi 34 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini bir ay bundan əvvəl öz istifadəsi üçün əkdiyini, qulluq etdiyini bildirmişdir. Videoçəkilişdə də aşkar surətdə görünür ki, təqsirləndirilən şəxsin evinin həyətində olan çətənə kollarının sayı 34 ədəddir, bu iştirakçıların iştirakı ilə bir-bir sayılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanada təqdim etdiyi 34 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 07 ədəd kisədə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1088 nömrəli ekspert rəyinə əsasən, ümumilikdə sayı 34 (otuz dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 16 kq 265 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkarlanması, aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri bilir ki, cinayət işinin 1-ci cildinin 18-ci vərəqində olan ərizədən də görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ərizə ilə müraciət edib ünvan 5 ünvanın həyətyanı sahəsinə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Həmin ərizə məhkəmə iclasında təqsirləndirilən şəxsə təqdim edildikdə, sonuncu həmin sənədi şəxsən imzaladığını söyləmişdir. Cinayət-Prosessual Məcəlləsinin 177.6-cı maddəsinə əsasən, yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şahid2 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxs məhkəmə iclasında iştirak etməmişdor. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə müraciət edib Şahid2 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlməsini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 141.2 və 337.2-ci maddələrinə əsasən, Şahid2 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid3 və Şahid4 məhkəmədə və məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi və ittihama uyğun hissədə məhkəmədə verdiyi ifadəsini, Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə cinayət məsuliyyəti müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz kultivasiyası hesab edilir. Həmin qanunun 1.0.7-ci maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən qanunun 5.2-ci maddəsindən görünür ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961- İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə araşdırması zamanı belə nəticəyə gəlinmişdir ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsindəki istixanada tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, yəni polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı onun yaşadığı evinin həyətyanı sahəsindəki istixanada aşkar edilərək götürülmüş 34 ədəd əkilmiş halda olan çətənə kollarına aqrotexniki qaydada qulluq etmiş, həmin çətənə kollarını vaxtı-vaxtında suvarmış və böyüməsi üçün lazım olan istiliklə təchiz etmişdir. Bu faktları iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmədə verdiyi ifadələrində səmimi şəkildə təsdiqləmişlər. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndinə əsasən, tərkibində narkotik tərkibli bitki olan çətənə tərkibli bitkilərin (onların hissələrinin) xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) olduqda, külli miqdarı 16-800 ədəd (31- 1550 hissə) və xüsusilə külli miqdarı isə 801 ədəd (1551 hissə) olduqda yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkisi (kannabis) yaş halda 16 kq, 265 qram olmaqla, 34 ədəddir və külli miqdarının aşağı həddindən kifayət qədər çoxdur. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə barədə əməliyyat məlumatı olduğundan, təqsirləndirilən şəxsin evinin həyətyanı sahəsindəki istixanada 34 ədəd əkilmiş halda çətənə kolu aşkar edildiyindən, təqsirləndirilən şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasına yönəldilmiş bütün hərəkətlər edildiyindən, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, oğlunun 3-cü qrup əlilliyini, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, irəli sürülmüş ittihamın ağır cinayətlər təsnifatına aid olduğunu, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-405/2024 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 02 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli qərəra əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 6329 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 kq 264,32 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, xx.xx.2024-cü il tarixli “Axtarış, baxış və götürmə aparılması haqqında” protokola əlavə olunan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və həsbdə saxlanıldığı 02 (iki) ay müddət, bir günə bir gün hesabı ilə cəmi 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 kq 264,32 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. xx.xx.2024-cü il tarixli “Axtarış, baxış və götürmə aparılması haqqında” protokola əlavə olunan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-989/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-989/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver