Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2020 08.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərcüməçi x4 iştirakı ilə 1992-ci il martın 06-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, dediyinə görə müxtəlif restoranlarda aşpaz işləmiş, əvvəllər məhkum edilməmiş, ünvan 9 3, mənzil 10 ünvanında qeydiyyatda olmaqla ünvan 1 mənzil 19 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1957-ci il mayın 11-də Cəlilabad rayonunun Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında qeydiyyatdadır, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci və 320.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bilə-bilə saxta sənəddən istifadə edib təkrarən qabaqcadan əlbir olduqları bir qrup halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə anası Zərərçəkmiş şəxs1 xeyrinə bank əməliyyatlarını həyata keçirəcəyini vəd edib sonuncunun bank hesabları ilə bağlı pul vəsaitləri üzərindəki hüquqlarına dair öz adına Bakı şəhərinin 15 saylı notariat kontorunda almağa nail olduğu 2015-ci il 19 avqust tarixli etibarnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən «Azərbaycan Beynəlxalq Bankı»nın mərkəzi filialından Zərərçəkmiş şəxs1 məxsus hesablardan 2015-ci il sentyabrın 01-də 3.751,71 manat nisbətində 3.177 avro və 3.000 manat, 2015-ci il sentyabrın 07-də 4.194 manat nisbətində 4.000 ABŞ dolları və 1.311,28 manat nisbətində 1.122 avro, 2015-ci il sentyabrın 12-də 1.298 manat məbləğində pulunu çıxararaq vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirmiş, bununla da ümumilikdə 13.554,99 manat məbləğində, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə bir ay ərzində çıxarış alacağını vəd edib əvvəlcə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev və Nazim İsmayılov küçələrinin kəsişməsində yerləşən çayxanada 2017-ci il fevralın 02-də 8.000 manat, 2017-ci il fevralın 06-da 5.000 manat, 2017-ci il fevralın 17-də 5.000 manat, 2017ci il fevralın 23-də 4.500 manat, 2017-ci il martın 03-də Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində 3.500 manat, 2017-ci il martın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev və Nazim İsmayılov küçələrinin kəsişməsində 5.000 manat məbləğində pulunu alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirmiş, bununla da ümumilikdə 30.000 manat məbləğində, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci il aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 mülkiyyətindəki ünvan 9 3 ünvanında yerləşən 10 №-li mənzilin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmiş, həmin yaşayış sahəsinin guya Bakı şəhərinin 22 saylı notariat kontoru tərəfindən verilən 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli daşınmaz əmlakın bağışlama müqaviləsini əldə edərək bilə-bilə adı çəkilən saxta sənəddən istifadə etməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Təqsirləndirilən şəxs1 adına RX seriyalı ******* saylı çıxarışı alıb Zərərçəkmiş şəxs1 əmlak hüquqlarını əldə etdikdən sonra 2017-ci il aprelin 16-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 ünvanında fəaliyyətdə olan Bakı şəhərinin 21 saylı notariat kontorunda bağlanmış AN-İ nömrəli ******* seriyalı 4Ə-128 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən mənzili Zərərçəkmiş şəxs3 62.000 manata satmış, bununla da özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslər olan sonuncuya və Zərərçəkmiş şəxs1 qeyd edilən məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan savayı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci ilin may ayında Zərərçəkmiş şəxs1 mülkiyyətindəki ünvan 9 79 ünvanında yerləşən 14 №-li mənzilin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmiş, həmin yaşayış sahəsini Zərərçəkmiş şəxs1 Bakı şəhərindəki mənzillərindən istifadə etməyə, onları öz istədiyi qiymətə və sair icarəyə verməyə, bu məqsədlə müvafiq təşkilatlara lazım olan arayışları təqdim etməyə, hər hansı lazım olan vergiləri və rüsumları ödəməyə və başqa hərəkətləri yerinə yetirməsinə dair Litva Respublikasının Klaypeda şəhərinin 8-ci notarial bürosunda Təqsirləndirilən şəxs1 adına verilən 2016-cı il 10 iyun tarixli BV8-3308 reyestrli Azərbaycan dilinə tərcümə olunmuş mətninə sata biləcəyi və girov qoya biləcəyi barədə qanunsuz əlavə və düzəlişlər etmiş, saxtalaşdırılan etibarnaməni və guya Bakı şəhərinin 20 saylı notariat kontoru tərəfindən verilmiş 2017-ci il 16 iyun tarixli 4 Ə-186 reyestrli daşınmaz əmlakın bağışlama müqaviləsini əldə edərək bilə-bilə adı çəkilən saxta sənədlərdən istifadə etməklə Təqsirləndirilən şəxs1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində RX seriyalı ******* saylı çıxarışı alıb Zərərçəkmiş şəxs1 əmlak hüquqlarını əldə etdikdən sonra 2017-ci il iyunun 22-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 ünvanında fəaliyyətdə olan Bakı şəhərinin 21 saylı notariat kontorunda bağlanmış AN-İ nömrəli ******* seriyalı 4Ə-227 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən mənzili Zərərçəkmiş şəxs4 51.000 manata satmış, bununla da özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslər olan sonuncuya və Zərərçəkmiş şəxs1 qeyd edilən məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs1 onu uşaq yaşlarından övladlığa götürərək saxlamış, ailə qurmaqla Litva Respublikasına gedərkən ona 2015-ci il avqustun 19-da «Azərbaycan Beynəlxalq Bankı»ndakı pul vəsaitləri üzərində hüquqlarına aid Bakı şəhərinin 15 saylı notariat kontorunda təsdiqlətdiyi etibarnamə, mülkiyyətində olan ünvan 9 3, mənzil 10 və ünvan 9 79, mənzil 14 ünvanlarındakı yaşayış sahələrinə dair çıxarışlar verib mülkiyyətindəki mənzilləri icarəyə vermək, müxtəlif təşkilatlara sənəd təqdim etmək və sair məzmunda Litvadan 2016-cı il 10 iyun tarixli etibarnamə göndərmişdir. 2015-ci ildə maddi ehtiyacı olduğundan o, etibarnamə əsasında Elonanın bank hesabındakı təxminən cəmi 10.000 manat məbləğində pulunu icazəsiz hissə-hissə çıxararaq xərcləmişdir. Gəlir əldə etmək məqsədi ilə o, Elonanın xəbəri olmadan mənzilləri satmağı qərarlaşdırmışdır. 2017-ci il aprel ayında x12 adlı tanışının vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs2 Elonaya məxsus mənzilləri satmasında kömək edəcəyini bildirməklə internet saytlarında müvafiq elan yerləşdirmiş, həmin yaşayış sahələrinin Elona tərəfindən ona bağışlanmasına dair sənədlərə imza etməsini xahiş etdikdə o, dediyini yerinə yetirmiş, bu çür sənədlərin Abdullanın hansı yolla, kimdən və harada əldə etdiyi ilə maraqlanmamış, arvadı Şahid2 mənzillərin satılmasına etirazı olmaması barədə ərizələri notariusların yanında yazmışdır. 2017-ci il aprelin 16-da Abdulla, Zərərçəkmiş şəxs3 və sonuncunun övladı Şahid1 ilə görüşüb Bakı şəhərinin 21 saylı notariat kontorunda alqı-satqı sənədlərini imzalayaraq o, ünvan 9 3 ünvanında yerləşən 10 №-li mənzili Asiyaya 62.000 manata satmış, faizin az tutulması üçün müqavilədə qiymətini 45.000 manata rəsmiləşdirmiş, qalan 17.000 manatı nağd şəkildə almaqla Abdullanın istəyi ilə və daha sonra 3.000 manatı göstərilən şəxsə ötürmüşdür. 2017-ci il may ayında o, ünvan 9 79 ünvanındakı 14 №-li mənzili də satmaq qərarına gəlib Abdulla ilə birlikdə Bakı şəhərinin Nizami rayonundakı «Neftçilər» metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Şahid4 müraciət edərək müştəri tapmasını xahiş etmişlər. Zəhmət haqqı kimi o, alıcı Zərərçəkmiş şəxs4 beh verdiyi pulu ilə maklerə 1.000 manat ödəmişdir. 2017-ci il iyunun 22-də Abdullanın təklifinə görə Şahid5 adlı taksi sürücüsü və Elvin ilə Bakı şəhərinin 21 saylı notariat kontorunda görüşməklə o, qeyd edilən mənzili sonuncunun adına 50.000 manat müqabilində sənədləşdirmişdir. Elvinin «Muğan» bankının hesabına köçürdüyü puldan dövlət rüsumları çıxılandan sonra təxminən 48.000 manat məbləğində qalan pulu götürmüş, Vaqifin idarə etdiyi avtomobildə üçü birgə söhbət edib Abdullaya ötürdüyü 18.000 manatdan Vaqifə nəsə çatmasını görməmiş, ayrılaraq onlardan uzaqlaşmışdır. Əldə etdiyi 30.000 manat məbləğində pulu öz yeyib-içməyinə, gəzməyinə sərf etmişdir. 2016-cı il 10 iyun tarixli etibarnamənin məzmununa lazımınca diqqət yetirməmiş, sonradan mənzillərin satıla biləcəyinə dair da etibirnaməyə kiminsə saxta yolla əlavə edilməsi ona məlum olmuş, ona görə bu sənədin Azərbaycan dilinə tərcümə olunan nüsxəsini xatırlamadığı yerə atmışdır. Mülki mübahisələrinin nəticəsi olmaqla satdığı mənzillər Elonaya qaytarılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də daşınmaz əmlakla bağlı olan sənədləşmə prosesini yaxşı bildiyi üçün dosttanışın həmin məsələlərlə əlaqədar problemlərində bilavasitə iştirak etmişdir. 2016-cı ilin ortalarından Namaz adlı tanışı vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2la 2017-ci il yanvar ayının sonlarında söhbətləşərkən sonuncu Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yerləşən qeyri-yaşayış sahəsini x8 almaq istədiyini bildirib sənədləşmə işlərində köməklik etməsini xahiş edəndə o, Mübarizin təqdim etdiyi icarə müqaviləsini nəzərdən keçirəndən və qeyri-yaşayış sahəsinə baxandan sonra yalandan, guya bir ay müddətində hərrac yolu ilə sonuncunun və ya Təranənin adına çıxarış almaq üçün 30.000 manat lazım olacağını demişdir. 2017-ci il fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev və Nazim İsmayılov küçələrinin kəsişməsində yerləşən çayxanada Namazın iştirakı ilə 8.000 manat, sonrakı vaxtlarda isə hissə-hissə olaraq daha 14.000 manat, cəmi 22.000 manat Mübarizdən götürmüş, lakin hər hansı orqana müraciət etməmiş, pulu xərclədiyindən qaytara bilməmişdir. 2017-ci il aprel ayında tanışı x2 yaşadığı Təqsirləndirilən şəxs1 adlı şəxsin ünvan 9 3 ünvanındakı 10 №-li mənzili satmaq istədiyini danışdıqda o, evin sənədlərinin qaydasında olduğu təqdirdə kömək edəcəyini söyləmiş, Əziz və Vüqar evin yaxınlığındakı çayxanada görüşərkən mənzilə dair çıxarışın Əzizin anası Zərərçəkmiş şəxs1 adına olduğu gözünə çarpmış, qadının Litva Respublikasından göndərdiyi 2016-cı il 10 iyun tarixli etibarnamədə isə mənzilin satışına icazə verilməmişdir. Əzizin tapdığı Zərərçəkmiş şəxs3 müştərinin alqı-satqının tezləşdirilməsinə dair xahişinə biganə qalmamaqla eşitdiyinə görə əvvəllər BTİ deyilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində işləmiş Sədi adlı tanışının vasitəçiliyilə əldə etdiyi, Bakı şəhərinin 22 saylı notariat kontorunda təsdiq edilən 2017-ci il 07 aprel tarixli bağışlama müqaviləsinə əsasən Əziz öz adına çıxarış alaraq 2017-ci il aprelin 16-da Bakı şəhərinin 21 saylı notariat kontorunda Asiyaya mənzili 62.000 manata satsa da müqavilədə qiymətini 45.000 manata rəsmiləşdirmiş, qalan 17.000 manatı nağd şəkildə götürməklə ona cəmi 8.000 manat vermiş, o da öz növbəsində Sədiyə 5.000 manat ödəmişdir, bağışlama müqaviləsinin hansı yolla saxtalaşdırılmasını bilmir. Əziz Elonanın mülkiyyətində olan ünvan 9 79 ünvanındakı 14 №-li mənzili də satmağı qərarlaşdıranda Sədi əvvəl saxta alqı-satqı müqaviləsi hazırlamış, bu sənədi müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs4 imzalamaqdan imtina etdiyindən 2016-cı il 10 iyun tarixli etibarnaməni saxtalaşdırıb məzmununa mənzillərin satılmasına da icazə verildiyini qeyd etmiş və əlavə olaraq Bakı şəhərinin 20 saylı notariat kontorunda təsdiq edilən 2017-ci il 16 iyun tarixli saxta bağışlama müqaviləsini vermişdir. Eyni üsulla Əziz çıxarış almaqla bağışlama müqaviləsi əsasında 2017-ci il iyunun 22-də Bakı şəhərinin 21 saylı notariat kontorunda Elvinə mənzili 50.000 manata satmışdır. 2016-cı ildən taksi sürücüsü kimi tanıdığı Şahid5 Əzizlə onu idarə etdiyi avtomobillə «Muğan» bankına aparmış, orada Əzizin mənzilin alqısatqısından əldə edilən pulu bankdan götürüb ona verdiyi 4.000 manatdan 2.000 manatı o, Sədiyə ötürərək hazırda sonuncunun yerini tanımır, saxta alqı-satqı müqaviləsini harasa tullamışdır. Vaqifə ancaq gediş haqqını ödəməklə sonuncunu xırda tapşırıqlara cəlb etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2016-cı ilin ortalarından Təqsirləndirilən şəxs2 daşınmaz əmlakın sənədləşdirilməsi işi ilə məşğul olan adam kimi Namaz adlı şəxsin vasitəsi ilə tanımışdır. 2017-ci il yanvar ayının sonlarında o, tanışı x9 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yerləşən qeyri-yaşayış sahəsini razılaşıb almaq qərarına gələrək Abdulladan sənədləşdirmə işlərini həyata keçirməsi üçün kömək istəmiş, sonuncu hərracdan sonra bir ay müddətində göstərilən qeyri-yaşayış sahəsinə dair onun və ya Təranənin adına çıxarış əldə edə biləcəyini, buna görə 30.000 manat məbləğində pul lazım olduğunu söyləmişdir. 2017-ci il fevralın 02-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev və Nazim İsmayılov küçələrinin kəsişməsində yerləşən çayxanada Namazın iştirakı ilə 8.000 manat, 2017-ci il fevralın 06-da və 2017-ci il fevralın 17-də 5.000 manat olmaqla ümumi 10.000 manat, 2017-ci il fevralın 23-də 4.500 manat, 2017-ci il martın 19-da 5.000 manat, 2017-ci il martın 03-də Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində ikilikdə 3.500 manat, cəmi 30.000 manat Abdullaya versə də 2017-ci il aprel ayının axırlarında aldadıldığını başa düşmüş və sonuncudan polisə şikayət etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2017-ci ildə o, özünə ikiotaqlı ev almaq istədiyindən internetdə elanlara baxarkən Təqsirləndirilən şəxs1 adlı şəxsin ünvan 9 3 ünvanında yerləşən 10 №-li mənzili 65.000 manata satdığını görmüşdür, evə baxdıqda 62.000 manata razılaşmışlar. Bir qədər ötmüş Əziz onunla telefon əlaqəsi saxlayıb evi artıq öz adına keçirdiyini demişdir. Əzizin yanında dayısı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 adlı yaşlı bir kişi alqı-satqını Bakı şəhərinin 21 saylı notariat kontorunda etməyi təklif edəndə etiraz etməmiş, Əziz az faiz tutulması üçün müqavilədə 45.000 manat qeyd etməyi bildirərək xahişini sonradan Litva Respublikasına getməklə pulun yarısını bacısı Zərərçəkmiş şəxs1 verəcəyi ilə izah etmişdir. O, qeyd edilən məbləği «Muğan» bankına köçürmüş, yerdə qalan 17.000 manatı nağd şəkildə Əzizə ödəmişdir. Evi aldıqdan sonra çıxarışı öz adına keçirmiş, 2018-ci ilin may ayında almış olduğu evin saxta sənədlə ona satıldığını bilmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2017-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 66 ünvanında ev alqı-satqısı ilə məşğul olan riyeltor-makler Şahid3 ona yaxın ətrafda ikiotaqlı ev tapması barədə müraciət etdikdə bir neçə gündən keçmiş Çingiz ünvan 9 79 ünvanında yerləşən 14 №-li mənzilin satılmasını olmasını bildirmişdir. O, Çingiz və Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 88 ünvanındakı ofisdə ev alqı-satqısı ilə məşğul olan sonuncunun qardaşı Şahid4 ilə bərabər evə baxarkən Təqsirləndirilən şəxs1 adlı şəxslə danışıb mənzilin qiymətini 51.000 manata razılaşmışlar, onun beh kimi verdiyi 1.000 manatı Əziz Məcidə ötürmüşdür. 10-12 gün ötmüş Əziz zəng vuraraq Litva Respublikasında yaşayan anası Zərərçəkmiş şəxs1 adına olan mənzili bağışlama yolu ilə öz adına keçirdiyini söyləmişdir. O, 2017-ci il iyunun 22-də Əziz və Şahid5 adlı şəxs ilə Bakı şəhərinin 21 saylı notariat kontorunda görüşməklə rəsmi qaydada alqı-satqı müqaviləsi bağladıqdan sonra 50.000 manat məbləğində pulu «Muğan» bankına köçürmüş və mənzilə dair çıxarışı öz adına almışdır. 2017-ci il noyabrın 20-də Bakı şəhərinin Nizami Rayon Məhkəməsindən ona göndərilən bildirişdən evin saxta sənədlərə əsasən satıldığını başa düşmüşdür. İş üzrə şahid qismində dindirilən Şahid1 anası olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə analoji ifadə verməklə yanaşı alqı-satqı bağlanarkən anasının yanında olmasını, evin saxta sənədlər əsasında satıldığını bilmədiklərini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid3 və Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə oxşar ifadələr verməklə yanaşı evin saxta sənədlərə əsasən satıldığını bilmədiklərini göstərdilər. İş üzrə şahid qismində dindirilən Şahid5 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə uyğun ifadə verməklə yanaşı 2017-ci ilin may-iyun ayınlarında 2016-cı ilin ortalarından sərnişin kimi tanış olduğu Abdullanın yanında Əziz adlı şəxsi görüb tanıdığını, Abdullanın Əzizin aşpaz olduğunu, oğlunun toy mərasimində yeməyi bişirəcəyini deməsini, onun hörmət naminə Abdullanın bir sıra xırda tapşırıqlarını yerinə yetirilməsi müqabilində heç bir məbləğdə pul almadığını, ona yalnız gediş haqqı ödənildiyini, Zərərçəkmiş şəxs4 adlı müştəriyə mübahisəli mənzilin saxta sənədlər əsasında satılmasını sonradan bildiyini, Zərərçəkmiş şəxs1 adında qadını tanımadığını göstərdi. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı izahatında göstərmişdir ki o, Litva Respublikasının Klaypeda şəhərində yaşayır. 2006-cı ildə azyaşlı qardaşı Təqsirləndirilən şəxs1 övladlığa götürmüşdür. 2015-ci ildə o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindəki evini sataraq ünvan 9 79, ünvanında yerləşən 14 №-li mənzili 54.500 manata, eyni küçə, ev 3 ünvanındakı 10 №-li mənzili 64.800 manata öz adına almaqla açarlarını, həmçinin «Azərbaycan Beynəlxalq Bankı»nın mərkəzi filialındakı hesabında olan 4.299 avro, 4.000 ABŞ dolları və 3.000 manat məbləğində pulu milli manata çevrilməsi məqsədi ilə 2015-ci il avqustun 19-da Bakı şəhərinin 15 saylı notariat kontorunda etibarnamə ilə Əzizə vermişdir. 2015-ci il avqustun 20-də o, Litvaya getdikdən bir müddət keçmiş Əziz telefon əlaqəsi saxlayıb evlərin vergi pullarını ödəmək üçün ona etibarnamə verilməli olduğunu, bunsuz mənzilləri kirayə verə bilmədiyini söyləmişdir. Qardaşına inandığından Litvadan Əzizə müvafiq etibarnamə göndərmişdir. 2017-ci ilin oktyabr ayında o, Əzizlə əlaqə saxlayaraq Bakı şəhərinə qayıtdığını bildirəndə Əziz buna ehtiyac olmadığını, mənzilləri satıb bankdakı pulu çıxarmaqla xərclədiyini demişdir. O, Bakı şəhərinə gələndən sonra Əzizin onun mənzillərini saxta sənədlərə əsasən satmasına, bankda olan pulu çıxarmasına əmin olmuşdur (1-ci cild, iş vərəqi 210). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Təqsirləndirilən şəxs1 ilə rəsmi ailə həyatı qurmuş, əvvəlki nikahlardan iki övladı olmuşdur. Əziz çox az müddətdə onlarla birlikdə yaşamış, Zərərçəkmiş şəxs1 gah anası, gah da bacısı kimi qələmə vermişdir. Bir neçə dəfə gördüyü Elona Litva Respublikasında yaşayır. Ərinin sözlərinə görə Elonanın Bakı şəhərində olan iki mənzilə və bank hesabına dair sonuncu etibarnamələr vermişdir. Əziz kirayənişinlər tapıb həmin mənzillərə yerləşdirmişdir. 2017-ci il aprel ayının əvvəllərində Əziz mənzilləri sataraq pulunu Elonaya göndərəciyini söyləməklə onun notariat kontorunda razılıq ərizələr verməli olduğunu bildirmiş, o da ərinə inandığından 2017-ci il aprelin 09-da Bakı şəhərinin 9 saylı notariat kontorunda ünvan 9 3 ünvanında yerləşən 10 №-li mənzilin, 2017-ci il iyunun 20-də Bakı şəhərinin 21 saylı notariat kontorunda ünvan 9 79 ünvanındakı 14 №-li mənzilin satılmasına etiraz etməməsi barədə ərizələr yazmışdır. Həmin mənzillərin Əzizin adına hansı əsaslarla keçdiyini bilməmişdir. Saxta sənədlərin hansı yolla və kim tərəfindən hazırlandığını bilmir, hər iki ərizəni notariusda verdiyindən heç bir saxtalaşmadan şübhələnməmişdir, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid5 və Sədi adlı şəxsləri tanımır, Əziz ümumiyyətlə ona və ya uşaqlarına pul verməmişdir, mənzillərin satışından əldə edilən pulu hara xərclədiyindən məlumatı yoxdur (3-cü cild, iş vərəqi 247-249). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2014-cü il dekabrın 04dən Bakı şəhərinin 21 saylı notariat kontorunda notarius vəzifəsində işləyir. Litva Respublikası Klaypeda şəhərinin 8-ci notarial bürosunda 2016-cı il iyunun 10-da verilib Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim olunan BV8-3308 reyestrli nömrəli etibarnamə əsasında sonuncu Zərərçəkmiş şəxs1 adından razılıq ərizəsi yazmışdır, apostillə təsdiq olunan etibarnamənin surəti çıxarılaraq notariat işində saxlanılır. Təqsirləndirilən şəxs2 notariat hərəkətlərinin təsdiqi gedişində tanımış, əvvəllər sonuncu ilə münasibətləri olmamışdır (3-cü cild, iş vərəqi 203-205). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid7 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs2 əvvəllər Sabunçu Rayonu İcra Hakimiyyətində, 1993-cü ildən 1996-cı ilədək vergi müfəttişi vəzifəsində çalışmışdır. O, 2018-ci il aprelin 29-da ailə həyatı qurmuş, atası hazırda işləməməsinə baxmayaraq toydan 4 ay əvvəl yaşadıqları evi təmir etdirməklə 10.000 manata yaxın pul xərcləmiş, polisə dəvət edildikdən sonra həmin pulun cinayət yolu ilə əldə edildiyini bilmişdir (1-ci cild, iş vərəqi 244-245). İş materiallarında olan 2017-ci il 13 iyun tarixli 4Ə-186 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında ünvan 9 ünvanındakı 14 №-li mənzilinə dair bağışlama müqaviləsi Bakı şəhərinin 20 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir (1-ci cild, iş vərəqi 44). İş materiallarında olan faksla alınmış Bakı şəhəri 20 saylı notariat kontorunun 2017ci il 14 noyabr tarixli 288 №-li və Bakı şəhəri 22 saylı notariat kontorunun 2017-ci il 15 noyabr tarixli X/166 №-li məktublarından görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında ünvan 11 ünvanındakı 10 saylı və ünvan 9 79 ünvanındakı 14 saylı mənzillərə dair bağışlama müqavilələri rəsmiləşdirilməmişdir (1-ci cild, iş vərəqi 46-47). İş materiallarında olan faksla alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2018-ci il 05 mart tarixli 05/512-11 №-li məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemindəki yoxlama nəticəsində 2017-ci il aprelin 07-də Bakı şəhərinin 22 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında ünvan 9 3 ünvanındakı 10 saylı mənzilə dair 4Ə-59 reyestrli, eləcə də 2017-ci il iyunun 13-də Bakı şəhərinin 20 saylı notariat kontorunda ünvan 12 ünvanındakı yaşayış sahəsinə dair 4Ə- 186 reyestr nömrəli bağışlama müqavilələri ilə bağlı notariat hərəkətləri haqqında məlumat aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 48). İş materiallarında olan 2015-ci il 19 avqust tarixli 7E-19748 reyestrli etibarnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin mərkəzi və ya müvafiq filialında onu təmsil etməyi, adına olan hesab üzərində sərəncam verməyi, hesabdakı xarici valyuta vahidini milli pul vahidinə çevirməyi, bununla bağlı onun adına depozit hesabı açmağı, həmin pul vahidini və onun faizini yeni depozit hesabına qoymağı, bununla bağlı bütün bank sənədləşmə işlərini həyata keçirməyi, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün bank əməliyyatlarını yerinə yetirməyi Təqsirləndirilən şəxs1 1 il müddətinə etibar etməsi Bakı şəhərinin 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir (1-ci cild, iş vərəqi 65 «a»). İş materiallarında olan 2017-ci il 16 aprel tarixli AN-İ seriyalı ******* №-li 4Ə-128 reyestrli Bakı şəhərinin 21 saylı notariat kontoru tərəfindən təsdiq edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən 2017-ci il 14 aprel tarixli RX seriyalı ******* №-li çıxarışın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ona bağışlanan ünvan 9 3 ünvanındakı 10 №-li mənzili Zərərçəkmiş şəxs3 45.000 manata satmışdır (1-ci cild, iş vərəqi 94-95). İş materiallarında olan 2017-ci il 22 iyun tarixli AN-İ seriyalı ******* №-li 4Ə-227 reyestrli Bakı şəhərinin 21 saylı notariat kontoru tərəfindən təsdiq edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən 2017-ci il 20 iyun tarixli RX seriyalı ******* №-li çıxarışın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ona bağışlanan ünvan 9 79 ünvanındakı 14 №-li mənzili Zərərçəkmiş şəxs4 50.000 manata satmışdır (1-ci cild, iş vərəqi 101-102). İş materiallarında olan 2016-cı il 10 iyun tarixli BV8-3308 reyestrli Litva Respublikası Klaypeda şəhərinin 8-ci notarial bürosunun təsdiq etdiyi etibarnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 həmin etibarnamə ilə onun adından mənzillərini satmaq, girov qoymaq və almaq hüquqlarını Təqsirləndirilən şəxs1 verməmişdir (1-ci cild, iş vərəqi 113-114). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 19 mart və Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 10 avqust tarixli qətnamələrinin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli və 2017-ci il 13 iyun tarixli 4Ə-186 reyestrli bağışlama müqavilələri, ünvan 9 3, ünvanındakı 10 №-li mənzilə dair Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında Bakı şəhərinin 21 saylı notariat kontorunda bağlanmış 2017-ci il 16 aprel tarixli 4Ə-128 reyestrli AN-İ ******* saylı və ünvan 9 79 ünvanındakı 14 №-li mənzilə dair Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs4 arasında Bakı şəhərinin 21 saylı notariat kontorunda bağlanmış 2017-ci il 22 iyun tarixli 4Ə-227 reyestrli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqavilələri etibarsız sayılmaqla göstərilən yaşayış sahələri üzərində Zərərçəkmiş şəxs1 mülkiyyət hüquqları bərpa edilmiş, Təqsirləndirilən şəxs1 4.298 manat, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaiti tutulub Zərərçəkmiş şəxs1, 50.000 manat Zərərçəkmiş şəxs4 və 45.000 manat Zərərçəkmiş şəxs3 ödənilməsi qət olunmuş; Bakı Apellyasiya Məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs3 apellyasiya şikayəti qismən təmin edilərək Təqsirləndirilən şəxs1 62.000 manat pul vəsaiti tutulmaqla Zərərçəkmiş şəxs3 ödənilməsi qət olunmuşdur (1-ci cild, iş vərəqi 153-162; 2-ci cild, iş vərəqi 227-236). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x6 2018-ci il iyunun 21-də, 2019-cu il yanvarın 30-da və 2019-cu il iyunun 03-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 202; 2-ci cild, iş vərəqi 204; 3-cü cild, iş vərəqi 252-253). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2018ci il 09 iyul tarixli **********39 №-li məktubundan görünür ki, **********81-05101-093028 nömrəli ünvan 9 3 ünvanındakı 10 №-li mənzil Bakı şəhərinin 22 saylı notariat kontorunda rəsmiləşdirilən 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli, **********28-05101-093099 nömrəli ünvan 9 79 ünvanındakı 14 №-li mənzil Bakı şəhərinin 20 saylı notariat kontorunda rəsmiləşdirilən 2017-ci il 13 iyun tarixli 4Ə-186 reyestrli bağışlama müqavilələrinə əsasən Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmiş və göstərilən ünvanlarda yerləşən yaşayış sahələri digər şəxslərin adına özgəninkiləşdirilmişdir (1-ci cild, iş vərəqi 215). İş materiallarında olan BA seriyalı RAT********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 ünvan 9 79 ünvanındakı 14 №-li mənzili «Atəşgah» sığorta şirkətində 25.000 manat dəyərində sığortalatdırmışdır (1-ci cild, iş vərəqi 242). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 14 iyul tarixli protokollardan, 2018-ci il 16 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 2018-ci il iyulun 14-də Azərbaycan Respublikasının CM-nin 320.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulduqdan sonra 2018-ci il iyulun 16-da onlara həmin maddə ilə ittiham elan olunmuş, barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 10, 27, 43-44, 55-57 və 70). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 15 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 6-cı otağını göstərib Zərərçəkmiş şəxs1 məxsus mənzilləri öz adına rəsmiləşdirdikdən sonra Bakı şəhərinin 21 saylı notariat kontorunda hər iki mənzili satmasını rəsmiləşdirdiyini, mənzillərin satılıb sənədləşdirilməsində ona kömək edən Təqsirləndirilən şəxs2 38.000 manat məbləğində pul verdiyini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 35-38). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 15 iyul tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi isə Təqsirləndirilən şəxs1 dediklərini təkzib edərək sonuncudan 38.000 manat deyil, 12.000 manat aldığını göstərmişdir (2-ci cild, iş vərəqi 39-42). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* №-li RX seriyalı çıxarışının kserosurətindən görünür ki, ünvan 9 79 ünvanındakı 14 №-li mənzil Zərərçəkmiş şəxs4 xüsusi mülkiyyətindədir (2-ci cild, iş vərəqi 114). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 15 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikasının CM-nin 320.1.-ci maddəsindən həmin Məcəllənin 178.3.2.-ci və 320.2.-ci maddələrinə tövsif edilmişdir (2-ci cild, iş vərəqi 128-129). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 12 dekabr tarixli 27178 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsinin arxa tərəfində «hədiyyə alan» qrafasında «Təqsirləndirilən şəxs1» yazıları qarşısındakı imza, 2017-ci il 13 iyun tarixli 4Ə-186 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsinin arxa tərəfində «hədiyyə alan» qrafasındakı imza və «Qəhrəmanov» yazısı Təqsirləndirilən şəxs1 tərəfindən; 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsinin arxa tərəfində «hədiyyə verən» qrafasında «Zərərçəkmiş şəxs1» yazıları qarşısındakı imza, «Qəhrəmanova» yazısı Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən; 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli və 2017-ci il 13 iyun tarixli 4Ə-186 reyestrli daşınmaz əmlakın bağışlanması müqavilələrinin arxa tərəfində «Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxs» qrafasındakı imza müvafiq olaraq Şövkət Firudin qızı Gülməmmədova və x11 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertiza tədqiqatının dəyəri 105 manatdır (2-ci cild,iş vərəqi 160-163). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 30 noyabr tarixli 27327/28 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan 2017-ci il 13 iyun tarixli 4Ə-186 və 2017-ci il 07 aprel tarixli 4Ə-59 reyestrli daşınmaz əmlakın bağışlanması müqavilələrinin blankı mətbəə ofset çap üsulu ilə hazırlanmış, möhür əksi təqdim edilən eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməməklə relyef klişedən sənəd üzərinə vurulub əlyazmalar və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmiş; müqavilələrin əvvəlcə mətni çap edilmiş, sonradan isə əlyazma və imza icra edilərək möhür vurulmuşdur; ekspertiza tədqiqatının dəyəri 53,65 manatdır (2-ci cild, iş vərəqi 198-201). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x6 2019-cu il yanvarın 30-da və 2019-cu il iyunun 03-də tərtib etdiyi tələbnamələrdən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 10 may tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 2000-ci il sentyabrın 1-dək qüvvədə olan 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmişdir (2-ci cild, iş vərəqi 202-203 və 216-223; 3-cü cild, iş vərəqi 250-251). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-x1 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2019-cu il 08 yanvar tarixli 14 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin, eləcə də ittiham olunduğu əməllər dövründə hər hansı xroniki psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, təqsirləndirilən şəxs göstərilən müddətlərdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir (2-ci cild, iş vərəqi 225-226). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 09 fevral və 2019-cu il 24 aprel tarixli qərarlarından, tərtib etdiyi 2019-cu il 28 mart və 2019-cu il 22 may tarixli protokollardan, habelə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 28 mart və 2019-cu il 21 may tarixli protokollardan görünür ki, barələrində müvafiq qaydada 2019-cu il fevralın 09-da və 2019-cu il aprelin 24-də axtarış elan edilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 ay 19 gün və 27 gün sonra, yəni 2019-cu il martın 28-də saat 1030-da və 2019-cu il mayın 21-də saat 2300-da saxlanaraq polis şöbəsinə gətirilmiş, sonuncular barələrində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduqlarından birincisi 2019-cu il martın 28-də saat 1220-də, ikincisi 2019-cu il mayın 21-də saat 1600-da tutulmuşlar (2-ci cild, iş vərəqi 207-209, 241-244; 3-cü cild, iş vərəqi 59-61, 128-129). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 28 mart tarixli və 2019-cu il 23 may tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 245-246; 3-cü cild, iş vərəqi 148-150). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 29 mart və 2019-cu il 23 may tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli müvafiq qaydada 2019-cu il martın 28-dən və 2019-cu il mayın 21-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (3-cü cild, iş vərəqi 20-22 və 171-173). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət x13 2019-cu il 15 aprel tarixli 016-33613-1219 №-li məktubunun surətindən görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (3-cü cild, iş vərəqi 56). İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında x10 Araşdırılması Departamentinin 2019-cu il 17 aprel tarixli **********241400 №-li məktubundan görünür ki, «Vergi Ödəyicilərinin Dövlət Reyestri»nin məlumatı əsasında Təqsirləndirilən şəxs1 2017-ci il sentyabrın 11-də ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçota alınaraq fəaliyyəti aktivdir, Təqsirləndirilən şəxs2 vergi orqanında qeydiyyatda olması barədə məlumat mövcud deyildir (3-cü cild, iş vərəqi 57). İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2019cu il 17 aprel tarixli **********02 №-li və 2019-cu il 29 aprel tarixli **********64 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təvəllüdləri qeyd olunmadığından mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıbalınmaması barədə dəqiq məlumatın təqdim olunması mümkün olmamışdır (3-cü cild, iş vərəqi 58 və 92). İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının çıxarışlarının kserosurətindən görünür ki, 2015-ci il sentyabrın 01-də avronun kursu 1.1809 manat, 2015-ci il sentyabrın 07-də avronun kursu 1.1862 manat, dolların kursu isə 1.0485 manat olmuşdur (3-cü cild, iş vərəqi 230-235). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 04 iyun tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi isə deyilənləri qismən təsdiq etməklə Zərərçəkmiş şəxs2 30.000 manat deyil, 22.000 manat aldığını göstərmişdir (3-cü cild, iş vərəqi 242-245). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 05 iyun tarixli sübutların qiymətləndirilməsi və iş üzrə maddi sübut kimi tanıma, cinayət işindən ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi, cinayət işindən materialların ayrılması haqqında, habelə 2019-cu il 06 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 178.3.2.-ci və 320.2.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib onlara yeni məzmunda ittiham elan olunmuş; Zərərçəkmiş şəxs1 cinayət yolu ilə dəyən maddi ziyan – ünvan 9 3 ünvanındakı 10 №-li mənzilə dair əmlak hüquqlarının əldən çıxmasına görə 62.000 manat, ünvan 9 79 ünvanındakı 14 №li mənzilə dair əmlak hüquqlarının əldən çıxmasına görə 51.000 manat, bank hesabından çıxarılan 4.299 avro, 4.000 ABŞ dolları və 4. 298 manat məbləğində qiymətləndirilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 320.1.-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmiş; 2017-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında Sədi və ya Əliş adlı şəxsin saxta alqı-satqı müqaviləsi tərtib etdiyi xüsusiyyət üzrə cinayət hadisəsi olmadığından sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 320.1.-ci maddəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 320.2.-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; Şahid5, Şahid2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid3, Şahid4 və Şahid7 barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci, 320-ci və 307-ci maddələrinin, Bakı şəhəri 21 saylı notariat kontorunun notariusu Şahid6 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlək Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci, 320-ci və 307-ci maddələrinin tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş; ********* saylı cinayət işindən Sədi və ya Əliş adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 320.1.-ci maddəsi ilə, Bakı şəhəri 21 saylı notariat kontorunun notariusu Şahid6 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlək Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının CM-nin 308-ci və 309-cu maddələrinin tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün cinayət işindən ayrıca icraata materiallar ayrılmış; Bakı şəhərinin 22 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 3 ünvanındakı 10 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 07 aprel tarixli və Bakı şəhərinin 20 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 79 ünvanındakı 14 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 13 iyun tarixli saxta müqavilələrin iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 13-46, 48-51 53- 56, 61-64 və 78-81). Məhkəmə mövcud sübutlara qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törət-mələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özlərinin qismən etirafedici, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq olunan zərər çəkmiş şəxsin izahatı və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı özlərini tam təqsirli bilsələr də məhkəmə istintaqında eyni ifadələr verib təqsirlərini qismən qəbul etmələrini qeyd etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu və gəncliyini, Təqsirləndirilən şəxs2 yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 75-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 320.2.-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunmalarına əsas verən əməllər 2017-ci il aprelin 16-da və 2017-ci il iyunun 22-də törədilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq qaydada axtarışda olduqları 1 ay 19 gün və 27 gün çıxılmaqla hazırda cinayətin törədildiyi gündən iki ildən çox vaxt keçmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətməkdə təqsirli olmaları sübuta yetirildiyindən onlar Azərbaycan Respublikasının CMnin 178.3.2.-ci və 320.2.-ci maddələri ilə tövsif edilən cinayət əməllərini törətdiklərinə görə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 320.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlindən artıq 2 (iki) il ötməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara həmin maddə ilə cəza təyin edilməməli, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2018-ci il iyulun 14-dən 2018-ci il iyulun 16-dək tutulduqları 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutub hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhərinin 22 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 3 ünvanındakı 10 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 07 aprel tarixli və Bakı şəhərinin 20 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 79 ünvanındakı 14 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 13 iyun tarixli saxta müqavilələrin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə bununla yanaşı Zərərçəkmiş şəxs1 xeyrinə 4.298 manat, məhkəmə qətnamələrinin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitlərinin, Zərərçəkmiş şəxs3 xeyrinə 62.000 manat və Zərərçəkmiş şəxs4 xeyrinə 50.000 manat cavabdeh Təqsirləndirilən şəxs1 tutulmasının mülki mühakimə icraatı qaydasında qət olunduğunu nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un cinayət əməlləri nəticəsində iş üzrə Zərərçəkmiş şəxs2 30.000 manat və Zərərçəkmiş şəxs4 1.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə etməklə hesab edir ki, onlar cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən həmin şəxslərə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. İş üzrə 158,65 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 79,325 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri müvafiq qaydada x5 və x7 hər biri tərəfindən 79 iş saatı, məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər biri tərəfindən müvafiq qaydada 120 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x5 və x3 vəkil işlədikləri Bakı şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə 534 manat; Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 720 manat; Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 720 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu gündən, yəni müvafiq qaydada 2019-cu il mayın 21-dən və 2019-cu il martın 28-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 320.2.-ci maddəsi ilə təqsirli bilinib cinayət əməlindən artıq 2 (iki) il ötməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin, onun 2018-ci il iyulun 14-dən 2018-ci il iyulun 16dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il mayın 21-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 320.2.-ci maddəsi ilə təqsirli bilinib cinayət əməlindən artıq 2 (iki) il ötməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin, onun 2018-ci il iyulun 14-dən 2018-ci il iyulun 16dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il martın 28-dən hesablansın. Zərərçəkmiş şəxs1 xeyrinə 4.298 manat, məhkəmə qətnamələnin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 4.299 avro və 4.000 ABŞ dolları pul vəsaitlərinin, Zərərçəkmiş şəxs3 xeyrinə 62.000 manat və Zərərçəkmiş şəxs4 xeyrinə 50.000 manat Təqsirləndirilən şəxs1 tutulmasının mülki mühakimə icraatı qaydasında qət olunduğunu nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un cinayət əməlləri nəticəsində iş üzrə Zərərçəkmiş şəxs2 30.000 manat və Zərərçəkmiş şəxs4 1.000 manat məbləğində dəyən maddi ziyan ilə əlaqədar həmin şəxslərə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. 158,65 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 79,325 manat tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x5 və x3 vəkil işlədikləri Bakı şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə 534 manat; Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 720 manat; Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 720 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhərinin 22 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 3 ünvanındakı 10 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 07 aprel tarixli və Bakı şəhərinin 20 saylı notariat kontorunda tərtib edildiyi qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 79 ünvanındakı 14 №-li mənzili Təqsirləndirilən şəxs1 bağışlamasına dair 2017-ci il 13 iyun tarixli saxta müqavilələrin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isəhökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-99/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2020
08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver