Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2022 21.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X18, X19, Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərəçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X17, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. «Verdiktum» Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxxxx 1977-ci ildəFüzuli rayonunun Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, məhkumluğu olmayan, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunan niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi Şahid4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 01.05.2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid3 həbsdən azad edilməsi, məsuliyyətinin yüngülləşdirilməsi və həmin cinayət işi üzrə cərimə meydançasında saxlanılan ona məxsus **-GK-*** dövlət qeydiyyat nişanlı,«Land Rover» markalı avtomobilin buraxılmasını həll edəcəyini Şahid3 qardaşı Zərərçəkmiş şəxs yalandan vəd verib aldatmaqla,ondan avtomobilin buraxılmasıüçün müstəntiqə verilməsi adı ilə 2019-cu ilin may ayının sonlarında ünvan 2 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin inzibati binasının qarşısında 4.000 (dörd min) manat, daha sonra Şahid3 ibdtidai istintaq dövründə həbsdən azad edilməsi üçün istintaqı aparan şəxslərə verilməsi adı iləBakı şəhəri, Yasamal rayonu, İpək yolunda yerləşən «Maşın bazarı»nın qarşısında 50.000 (əlli min) manat, 2019-cu ilin sentyabr ayının ortalarında Şahid3 həbsdən azad edilməsinə mane olmamalarıüçün prokurorluqda polisə nəzarət qurumuna verilməsi adı ilə Yasamal rayonu, X39 prospekti 181 ünvanında yerləşən «BakuMall» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs bacısı oğlu Şahid1 Zərərçəkmiş şəxs məxsus 10.000 (on min) manat pulu aldıqdan sonra ibtidai istintaqda işi həll edə bilməməsinə baxmayaraq, məhkəmədə vədini yerinə yetirəcəyinə Zərərçəkmiş şəxs inandırıb, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə mahiyyəti üzrə baxılan zaman Şahid3 elan olunmuş ittihamın Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilməsi üçün məhkəmənin sədrinə verilməsi adı ilə Xətai rayonu ərazisində yerləşən «Ağşəhər» bulvarında Zərərçəkmiş şəxs 75.000 (yetmiş beş min) manat olmaqla, ümumilikdə 139.000 (yüz otuz doqquz min) manat pulu vahid qəsdləəhatə olunan niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yeddi-səkkiz ildir tanıdığı Elbəyi Bağırovun vasitəsilə təxminən iki il əvvəl Şahid1lə tanış olmuşdur. 2019-cu ilin iyul ayının sonunda Elşən ona zəng edərək görüşmək istədiyini bildirmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kəndimiz» restoranında görüşmüşlər. Həmin vaxt Elşən ona bildirmişdir ki, dayısı Şahid3 barəsində narkotik maddəsi ilə cinayət işi açılıb, dayısını şərləyiblər,Xətai Rayon Polis İdarəsində saxlanılır və onun barəsində məlumat almaq üçün müstəntiqlə əlaqə qura bilmirlər. Elşən ondan həmçinin müstəntiq iləəlaqə yaratmaq üçün köməklik istəmiş, ona heç bir vəd etmədən bu məsələ ilə maraqlanacağını bildirmişdir. Bundan təxminən üç gün sonra Elşən ona yenidən zəng vuraraq görüşmək istədiyini demiş, «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən «Anatoliya» restoranında görüşmüşlər. Elşənin digər dayısı Zərərçəkmiş şəxs də görüşdə idi və onunla ilk dəfə həmin gün orada tanış olmuşdur. Səfər ondan qardaşı Tarixin azadlığa çıxması üçün kömək istəmiş, ona da məsələ ilə bağlı maraqlanıb xəbər edəcəyini demişdir. 2019-cu ilin yay aylarında Şahid7lə birlikdə «20 Yanvar» metrosu yaxınlığındakı çay evində olduqları vaxt orada Elnurun vasitəsilə Şahid4 ilə tanış olmuşdur. Həmin ərəfədə Elnura kirvəsinin polis tərəfindən narkotik vasitənin qanusuz dövriyyəsində şübhəli bilinərək tutulduğunu demiş, çay evində olduqları vaxt Elnur Samirə onun dediyi məsələ barədə danışmış, sonuncu bu barədə maraqlanıb ona xəbər verəcəyini deyib, Elnurdan onun əlaqə nömrəsini götürmüşdür. 2019-cu ilin iyul ayında, dəqiq xatırlamadığı tarixdə Samir ona zəng vuraraq Tbilisi prospektində görüşməyi təklif etmiş, prokurorluq orqanlarındakı general rütbəli şəxsin bacısı oğlunun da görüşdə olacağını demişdir. Samirin ona zəng etdiyi mobil telefon nömrəsini xatırlamır. Həmin gün Samirlə birlikdə Azərbaycan Sənaye Kooperasiyasına gedib orada Şahid9lə görüşmüşlər. Samir onu Calal ilə tanış edib, prokurorluqdakı general Namiq Abbasovun bacısı oğlu olduğunu bildirmiş, Calal da bu faktı təsdiq etmişdir. Calala kirvəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulduğunu bildirmiş, Calal ona Tarix haqqında suallar verməyə başlamış, o da cavablandırmışdır. Daha sonra Calal onlara«ağsaqqala zəng vurum görüm nə deyir» deyib, çölə çıxmış və bir neçə dəqiqədən sonra geri qayıdaraq ağsaqqalla danışdığını, lakin sonuncu ilə görüşdükdən sonra dəqiq söz deyəcəyini bildirmiş və elə həmin gün axşam saatlarında ona zəng vuraraq məsələnin 50.000 (əlli min) manata həll olunacağını demişdir. Səfərə zəng vurub 50.000 (əlli min) manata məsələnin həll olunacağını demiş, Səfər də razılaşmışdır. Səhəri gün Yasamal rayonunda yerləşən «Maşın bazarı» adlanan yerdə Səfərlə görüşmüş və Səfər ona 50.000 (əlli min) manat pul vermişdir. Bundan təxminən on beş-iyirmi dəqiqə sonra Samir ona zəng vuraraq məsələnin böyüdüyünü, buna görə dəartıq 50.000 (əlli min) manata deyil, 60.000 (altmış min) manata həll olunacağını bildirmiş, o da Səfərdən əlavə 10.000 (on min) manat pul istəyə bilməmiş, buna görə dəözüəlavə olaraq həmin pulun üstünə 10.000 (on min) manat pul qoyaraq həmin gün Calalın ofisində, Samirin yanında Calala 60.000 (altmış min) manat pul vermiş, sonra Calalın iş yerinin aşağısında yerləşən qaraja düşmüşlər. Həmin ərəfədə Xətai Rayon Polis İdarəsində işləyən dostuna məxsus qandal və ratsiya onun avtomobilində olmuşdur. Avtomobilin qapısını açanda Samir avtomobildəki həmin əşyaları Calala göstərərək zarafatca onun polis işçisi olduğunu, buna görə də iş alınmadığı təqdirdə pulu onlardan artıqlaması ilə alacağını bildirmişdir. Calal ona Tarixin bir ay on beş gün müddətinə azadlığa buraxılacağını söyləmiş, həmin ərəfədə Tarixin işi istintaqda olmuş və o, mütəmadi olaraq Calalla əlaqə saxlamış, sonuncu ağsaqqalla danışdığını desə də, ağsaqqalın kim olduğunu bildirməmişdir. Calala 10.000 (on min) manatı verdikdən sonra Elşənə zəng edərək əlavə 10.000 (on min) manat da lazım olduğunu demişdir ki, öz cibindən verdiyi həmin məbləğdə pulu Səfərgildən ala bilsın. Elşənlə təxminən avqust ayının 24-də Yasamal rayonunda yerləşən «BakuMall» ticarət mərkəzinin qarşısında görüşmüşlər və Elşən ona özünə məxsus qeydiyyat nömrəsini xatırlamadığı«Land Rover» markalı avtomobilində 10.000 (on min) manat pul vermişdir. Calalın təklifinə əsasən 2019-cu ilin iyun-iyul aylarında «Atatürk» parkında yerləşən çay evində Calal, Şahid13 və adını xatırlamadığışəxs görüşmüşlər. Görüşə gəlməmişdən əvvəl Calal ona hakim dostunun adının Elçin olduğunu söyləmiş, lakin görüş zamanı Elçinlə yanındakı digər şəxsdən hansı işlə məşğul olmaları barədə soruşmamışdır. Elçinə kirvəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Xətai Rayon Polis İdarəsi tərəfindən tutulduğunu deyib, kömək etməsini xahiş etmiş, elə həmin vaxt Səfər ona zəng edib məsələnin nə yerdə olduğunu soruşmuşdur, Səfərlə danışan zaman Calal ona telefonu Elçinə verməsini söyləmiş, o da telefonu Elçinə vermişdir. Elçin Səfərlə danışaraq narahat olmamağı, məsələnin həll olunacağını söyləmiş, bundan sonra sağollaşaraq Calalla birlikdə çay evindən çıxmışlar. Bu zaman Səfər yenidən ona zəng edərək pulu geri qaytarmağını istəmiş, öz növbəsində Calala pulu geri qaytarmağı demiş, Calal da axşama kimi ona konkret söz deyəcəyini bildirmişdir. Axşam saat 20:00 radələrində Calalla «Xətai» metrosunun yanında yerləşən «50 Qəpik» restoranının qarşısında görüşmüşlər. Calala məsələni dəqiqləşdirməyi demiş, Calal da kiməsə zəng edib danışandan sonra«ağsaqqalın» Şıxovda «Dərya» restoranında olduğunu demiş, Calaldan ağsaqqalın kim olduğunu soruşmadan sağollaşıb çıxıb getmişdir. Gecə saat 01:00 radələrindəElçin xatırlamadığı mobil nömrədən ona zəng edib, Calalın ona 50.000 (əlli min) manat pul verdiyini və tez bir zamanda məsələnin həll olunacağını, bundan sonra yalnız onunla əlaqə saxlamasını tapşırmışdır. Həmin gündən sonra Tarixin məsələsi ilə bağlı yalnız Elçinləəlaqə saxlamışdır. Onlar Tarixin maddəsinin istintaq dövründə 234.4.3cü maddədən 234.1-ci maddəyə tövsif edilməsi barədə razılığa gəlsələr də, istintaq dövründə məsələ həll olunmadığıüçün cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmədə olanda 2019-cu ilin sonlarında tanışı Şahid12la birlikdə «Nərimanov» metrosunun yanındakı parkda yerləşən çay evində Elçinlə görüşmüşlər. Seymurla Elçin əvvəllər qonşu olmuşlar. Parkda çay evində olduqları vaxt Seymura zəng gəlmişvə o, telefona cavab vermək üçün masadan durub kənarlaşanda Elçin ona Seymurun ailəsinin normal insanlar olmadığını, buna görə də, onu uzaqlaşdırmağı demiş, bu səbəbdən Seymuru kənarlaşdırmışdır. Elçinlə təklikdə qalan zaman Elçin ondan əlavə olaraq 75.000 (yetmiş beş min) manat pul istəmiş, Elçindən 100.000 (yüz min) manata razılaşdıqları halda və ilkin olaraq 60.000 (altmış min) manat verildiyi halda əlavə 75.000 (yetmiş beş min) manat verilməli olmasının səbəbini soruşmuş, Elçin isə Calalın ona 50.000 (əlli min) manat verdiyini, qalan 50.000 (əlli min) manatın işin həll olunması, 25.000 (iyirmi beş min) manatın isəBakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə verilməsi üçün lazım olduğunu söyləmiş və razılaşmışlar. Bu söhbətdən on-on beş gün sonra Səfərlə «Ağşəhər» bulvarında görüşüb ondan 75.000 (yetmiş beş min) manat pul almış və elə həmin gün Elçinə zəng vurub pulu Nərimanovdakı eyni çay evində 75.000 (yetmiş beş min) manat pulu kağıza bükülü formada ona vermiş, Elçin özünə məxsus qara rəngli «Hyundai Sonata» markalı avtomobilə əyləşib pulu saymış, sonra isə sağollaşmışlar. Cinayət işi məhkəmədə olan müddətdə mütəmadi olaraq Elçinlə əlaqə saxlayıb işin gedişatı ilə maraqlanmış, Elçin hər dəfə müxtəlif sözlər, hətta bir dəfə bu işə görə Baş Prokurorun müavini Rüstəm Usubovun qəbulunda olduğunu söyləmişdir. Elçinin fondun işçisi olduğunu bildikdə, Cəlaldan Elçini ona hakim kimi qələmə verməsinin səbəbini soruşmuş, Calal da Elçini hakim kimi tanıdığını bildirmişdir. Bir müddət sonra Səfər ondan pulu geri tələb etməyə başlamış, 2019-cu ilin təxminən 08-15-i arası Elşən və Səfərləbirlikdə «Ağşəhər» bulvarında görüşmüşlər. Görüş zamanı Səfər onu Elçinlə görüşdürməsini istəmiş, Elçinə zəng vursa da, Elçin onun zəngini açmamış, sonra Səfər kənara çəkilib kiməsə zəng vurmuş, daha sonra isə onların yanına qayıtmış və bundan sonra Elçin ona zəng vuraraq Səfərin onu Əli adlı ortaq tanışlarının vasitəsilə tapdığını və Səfərlə Babək prospektində yerləşən «Qəbələ» restoranında görüş təyin etdiyini söyləmiş, hərəsi öz avtomobili ilə həmin restorana getmişlər. OradaElşən Elçindən işin nə yerdə olduğunu soruşduqda, Elçin on gün ərzində Tarixin azadlığa çıxacağınıdemişdir. Elşən Elçindən «haqq-hesab sənəçatıb ya yox» deyə soruşanda Elçin cavabında «çatıb» demiş, bununla da sağollaşıb çıxıb getmişlər. Məhkəmədə iş yekunlaşana yaxın Elçin ona zəng edib, Mahmud Nəbiyevə əlavə olaraq 50.000 (əlli min) manat pul verilməli olduğunu, hazırda Rusiya Federasiyasına getməli olduğundan hava limanında olduğunu demiş, bu barədə Elşənə danışmış, Elşən də Səfərlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Elşən ona zəng vurub onunla görüşmək istədiyini demiş və Rəşid Behbudov prospektində yerləşən Zamiq adlışəxsin ofisində görüşmüşlər. Azər adlı şəxs də orada olmuşdur. X32 tanışları idi. Bir qədər sonra Səfər oraya gəlmiş və onlar onun Səfərdən pul almağı barədə yazılı qeyd aparmasını tələb etmişlər. Ofisdə video müşahidə kamerası olduğundan buna etiraz edərək lazım olan məlumatları kamera vasitəsilə çıxartmalarını təklif etmişdir. Bundan sonra Səfər Elçinlə əlaqə saxlaya bilmədiyini deyib, Elçinin yerini deməyi istəmiş, Elçinlə özünün də əlaqə saxlaya bilmədiyini, «mənə vaxt verin» demiş, lakin Zamiq onun sözlərinə məhəl qoymayaraq Azərə demişdir ki, «get qal bunun evində, nə qızılı varsa götür və evi keçirdin Səfərin adına». Çıxılmaz vəziyyətdə qaldığı üçün onlardan «mənə vaxt verin pulu götürən adamı tapım» deyə xahiş etmiş, yalnız bundan sonra onu buraxaraq pulun geri qaytarılmasıüçün bir gün vaxt vermişlər. Həmin gün onu üç-dörd saat ərzində ofisdə saxlamışlar. Səhəri gün məsələni dostu Şahid8 danışmış, Bəxtiyar da Əhmədlidəki özünün adına olan dörd sot torpağı onların adına keçirməyi məsləhət görmüşdür. Bəxtiyardan torpağın sənədini götürüb, X7rşısında Azərlə görüşmüş və Zamiqlə görüşmək üçün Yasamalda yerləşən Nəşriyyat Evinin qarşısına getmişlər. Zamiq həmin sənədə baxıb Azərə tapşırmışdır ki, «bu işi həll edin». Səhəri gün Azər onu Bəxtiyarla birlikdə Nərimanov rayonunda yerləşən «Lİfe centre»in qarşısına çağırmışdır. Orada Zamiq, Azər, Elşən və Səfər olmuşlar. Zamiq ilə Səfər ona qarşı nalayiq sözlər işlədərək demişlər ki, «torpaq bizə lazım deyil pulun yerini de». Onlara özünüzdə bilirsiniz ki, pul haradadır demişdir. Bundan sonra Zamiq ilə Səfər Azərə demişlər ki, «get qal evində nə qızılı varsa götür və evi keçirdin bacım oğlunun adına», daha sonra isə əlindən avtomobilini alaraq «Qış parkının» altındakı dayanacağa yerləşdirmişlər. Səhəri gün Elşənə zəng edib, onlardan şikayət edəcəyini demiş, Elşən də ona, «lazım deyil dayımla danışıb işləri yoluna qoyacağam, gəl mən sənə maşını qaytarım». Bir gündən sonra Elşənlə «Qış» parkında görüşmüşlər və sonuncu avtomobili qaytarıb, demişdir ki, «dayımın xəbəri yoxdur mən bu maşını sənəözüm verirəm, dayım bilsə məni danlayacaq». 2019-cu ilin dekabr 2020-ci ilin yanvar aylarında Elçinlə Rusiya Federasiyasına məxsus mobil nömrə ilə«whatsApp» proqramı vasitəsilə danışmış, Elçin həmin proqram vasitəsilə pulun onda olması barədə etirafedici smslər yazmış, həmin mesajları Elşənədə göstərmişdir. 2020-ci ilin mart ayında «Xalqlar Dostluğu» metrosunun yaxınlığındakı parkda Rabil adlı tanışı ilə birlikdə olan zaman mobil telefonunu həmin parkda itirdiyi üçün Elçinin ona yazdığı yazışmaları istintaqa təqdim edə bilməmişdir. Elçinin pulu qaytarmasıüçün ona yalandan Səfərin onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinəşikayət etdiyini demiş, Elçin isə həmin idarədə tanışları olduğunu, onu tapşıra biləcəyini söyləmişdir. Hətta Elşənə,birlikdə Elçindən şikayət etməyi də təklif etmişdir. Çünki, işi Elçin həll etməli idi. Səfər Elçini tanımırdı. Bu işlə əlaqədar ona ümumilikdə 135.000 (bir yüz otuz beş min) manat pul verilmiş və həmin məbləğdə pulu Calal və Elçinə vermişdir. Həmçinin Elçinin bu işlə bağlı ona göndərdiyi sms-ləri Səfərə göndərirdi. Cəlalın adınıçəkməməsinə səbəb o idi ki, Cəlal Səfərlə onun yanında demişdir ki, «mənlik heçnə yoxdur, mən gedirəm, siz öz işinizi özünüz danışın». İş alınmayanda Elçindən pulu geri istədikdə, Elçin demişdir ki, «mən pulu vermişəm yuxarıya, iş məndən çıxıbdır». Əvvəllər belə işlərlə məşğul olmadığından həbsdə olan şəxsə necə köməklik edilməsi barədə bilmir və bu işlərdən anlayışı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi, şahidləri dindirərək,habelə işüzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsqismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Şahid3 01 may 2019-cu il tarixdəetibarnaməəsasında idarə etdiyi **-GK-*** dövlət qeydiyyat nişanlı«Land Rover» markalı avtomobillə hərəkətdə olan vaxt Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşlarıtərəfindən saxlanılaraq idarəyə, avtomobili isə «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən avtodayanacaqda cərimə meydançasına aparılmışdır. Tarix yaşlı və xəstə anası, arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Tarixin Polis İdarəsinə aparılması barədə evlərinə xəbər verildikdə, anasının ürəyi getmiş, ailəsi cox ciddi sarsıntı keçirmiş, çıxılmaz vəziyyətdə qalmışlar. Xətai Rayon Polis İdarəsi iləəlaqə saxlayıb öyrənmişdir ki, Tarix narkotiklə bağlı saxlanılıb. Bu barədə bütün qohumları, tanışları bilmiş və hər kəs onlara kömək etmək istəmişdir. Tarix tutulandan təxminən on gün sonra həmyerlisi Elbəyi Bağırov və bacısı oğlu Şahid1ona demişlər ki, «bir nəfər var, söhbət etmişik, yaxşıəlaqələri var, belə işləri həll etmək onun üçün heçnədir və danışıb razılaşsalar bir neçə günə qardaşı X38 Polis İdarəsindən buraxdıra bilər» və həmin şəxslə görüşüb söhbət etməyi məsləhət görmüşlər. Bundan təxminən iki gün sonra, yəni 2019-cu ilin may ayının 14 və ya 15-də, saat 16 radələrindəElbəyi və Elşənin sayəsində «Neftçilər» metrosunun yaxınlığında yerləşən kafelərin birindəonların dediyi Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Hadisə barədə Niyəməddinə danışmışdır. Söhbət əsnasında Niyəməddin özünün əlaqələrindən, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla və lazım gələrsə, digər şəxslərin köməyindən istifadə etməklə işi aşıra biləcəyini bildirmiş, sonda isə Xətai Rayon Polis İdarəsinə gedib məsələni dəqiq öyrənməsi üçün ona bir neçə gün vaxt vermələrini istəmişdir. Bu söhbətdən təqribən üç gün sonra Elbəyi və Elşən ona demişlər ki, Niyəməddin Polis İdarəsinə gedib işi öyrənib, tanışları ilə danışıb, onlar da kömək edəcəklərinə söz veriblər və əgər 100.000 (bir yüz min) manat olarsa, may ayının axırına kimi Tarixi Bakıİstintaq Təcridxanasından buraxacaqlar, eyni zamanda avtomobilini də cərimə meydançasından çıxarda bilər. Onlara 100.000 (bir yüz min) manata imkanı olmadığını, yalnız borc-xərc 50.000-60.000(əlli min-altmış min) manat tapa biləcəyini demiş, onlar da Niyəməddinlə yenidən söhbət etmək üçün iki gün vaxt istəmişlər, lakin iki gündən sonra işin 100.000 (bir yüz min) manatdan aşağı mümkün olmadığını, həll olunması üçün pulu mümkün qədər tez vermək lazım olduğunu, əks təqdirdə yuxarıdakıların fikir dəyişdirə biləcəklərini demişlər. Xəstə anasını, Tarixin azyaşlı uşaqlarınıfikirləşib razı olmuş və Niyəməddinlə görüşərək pulu tapmaq üçün vaxt istəmişdir. Tarixin avtomobilini cərimə meydançasından çıxartmaq üçün Niyəməddin 4.000 (dörd min) manat lazım olduğunu demişdir. Bundan təxminən iyirmi-iyirmi beş gün sonra Niyəməddinlə Xətai Rayon Polis İdarəsinin yanında görüşmüş, həmin vaxt Elşən də yanında olmuşdur. Tarixin avtomobilini cərimə meydançasından çıxartmasıüçün Niyəməddinə birinci dəfə 4.000 (dörd min) manat pul vermiş, Niyəməddin pulu aldıqdan sonra idarəyə girmiş, təqribən iki saatdan sonra geri qayıdaraq avtomobili cərimə meydançasından çıxartmaq üçün icazə aldığınıdeyib, polisin məktubunu ona vermiş vəüçü birlikdə cərimə meydançasına gedərək, avtomobili cərimə meydançasından götürmüşlər. May ayının sonlarında saat 14-15 radələrində tanışıŞahid2 iləonun «Prado Cip» markalı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Maşın Bazarı»nın yanına getmiş, Niyəməddin də taksi ilə həmin yerə gəlmişdir. Özündə olan 50.000 (əlli min) manatı Niyəməddinə vermiş vəbeş-on dəqiqə ərzində söhbət etmişlər. Niyəməddin ona qəti olaraq narahat olmamağı, may ayının axırı Tarixin buraxılacağını və buraxılandan bir gün əvvəl pulun qalanını, yəni 50.000 (əlli min) manatı da alacağını bildirmişdir. Lakin may ayının sonu Tarix buraxılmamışdır. Sonradan Niyəməddin iyun ayının 15-də Tarixin buraxılacağını bildirmiş, lakin Tarix yenə də buraxılmamış və məsələ avqust ayının sonunadək uzanmışdır. Avqustun sonunda Tarixin işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, bu müddət ərzindəElbəyi, Elşən və Niyəməddinlə dəfələrlə söhbət etmiş, Niyəməddin də narahat olmamağı, sentyabr ayının 10-da Tarixin məhkəmədən buraxılacağını bildirsə də, deyilən müddətdəTarix buraxılmamışdır. Sentyabr ayının ortalarında Niyəməddin demişdir ki, «polisə nəzarət deyilən orqan var, onlar Tarixin Bakı Ağır Cinayətlər Məhkəməsindən buraxılmasına razı olmur, razı olmaq üçün 10.000 (on min) manat pul istəyirlər». Başqa yol olmadığını görüb, yenidən 10.000 (on min) manat verməyə razı olmuş və iki gün sonra «Sədərək»ticarət mərkəzindəüçüncü dəfə 10.000 (on min) manatıNiyəməddinə çatdırmaq üçün Elşənə vermiş və sonuncu da pulu aparıb Yasamal rayonu ərazisindəki «BakıMall» ticarət mərkəzinin yanında Niyəməddinə vermiş, lakin bundan sonra da Tarix buraxılmamışdır. Sentyabrın sonuna yaxın, Qaraçuxurda yerləşən «Neftçilər» parkındakı çayevində Elşənlə birlikdə Niyəməddinlə görüşüb sohbət etmişlər. Söhbət zamanı Niyəməddin demişdir ki, işdə bir az səhv olub, onlar 100.000 (yüz min) manata razı olmuşdular, əlavə olaraq 25.000 (iyirmi beş min) manat da vermək lazımdır. Həmin 25.000 (iyirmi beş min) manat ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinəçatacaq. Niyəməddin sentyabr ayının sonunda 75 000 (yetmiş beş min) manatı tələb etməyə başlamış, o da deyilən pulu verməsə, qardaşına daha ağır cəza verəcəklərindən qorxmuş, buna görə də, deyilən məbləği tapıb verməyə razı olmuşdur. 2019-cu ilin sentyabr ayının sonuna yaxın,saat 18:00 radələrindəXətai rayonunda yerləşən «Ağşəhər» bulvarındaNiyəməddinlə görüşüb 75.000 (yetmiş beş min) manatıona vermişdir. Niyəməddin pulu aldıqdan sonra, eyni sözləri təkrarlayaraq narahat olmamasını, Tarixin sentyabr ayının axırı məhkəmə zalından buraxılacağını bildirmiş, sonra isə onun yanında kiməsə zəng vuraraq pulu aldığını vəon beş dəqiqəyəçatdıracağını söyləmişdir. Sentyabr ayının axırıda Tarix buraxılmamış, məhkəmə prosesi davam etdirilmiş və bundan sonra Niyəməddinlə görüşmək mümkün olmamış, onunla telefon əlaqəsi saxlayıb Tarixin buraxılmama səbəbini soruşmuş, Niyəməddin ona narahat olmamağı, pulun lazım olan şəxslərəçatdırıldığını, tezliklə məhkəmənin qurtaracağınıTarixi də buraxacaqlarını bildirmişdir. Noyabr ayının ortalarına kimi Niyəməddinlə ancaq telefonla əlaqə saxlaya bilmiş, dəfələrlə görüşüb üz-üzə söhbət etmək istədiyini bildirsə də, Niyəməddin onunla görüşməmişdir. Niyəməddinin onu aldatdığını başa düşüb onunla əlaqə saxlaya bilmədiyi üçün Elbəyi ilə Elşəndən Niyəməddinə verdiyi 135.000 (bir yüz otuz beş min) manat pulu alıb qaytarmağı istəmişdir. Bundan bir neçə gün sonra əvvəllər tanımadığı Şahid13 «Sədərək» ticarət mərkəzinə gələrək, onunla başqa bir yerdə görüşmək istədiyini bildirmiş, Elşən vətanışı Şahid11lə birlikdə«Romance Palace» restoranında onunla görüşmüşdür. Elçin özünü«X23» adamı kimi təqdim edərək yenidən 56.000 (əlli altı min) manat pul istəyərək, pulu vermədiyi təqdirdə məhkəmənin Tarixi buraxmayacağını bildirmiş, bu dəfə deyilən məbləği verməyə razı olmamışdır. Noyabr ayının axırında səhər saatlarında Elşənlə birlikdə «AğŞəhər» bulvarında Niyəməddinlə görüşmüş, axşam isə Niyəməddin, Elçin, Elşən və o birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Qəbələ» restoranında oturmuşlar. Söhbət əsnasında onlar tezliklə Tarixin buraxılacağına söz versələr də, sonradan Elçin işdən imtina etdiyini bildirmiş, Niyəməddin isə yoxa çıxmışdır. 26 fevral 2020-ci il tarixdə məhkəmə başa çatmış və məhkəmənin hökmü ilə Tarix 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da, Niyəməddin onun etibarından sui-istifadə edib aldatmaqla Tarixin Xətai Rayon Polis İdarəsindən və Bakı Ağır Cinayətlər Məhkəməsindən buraxdırmaq üçün 135.000 (bir yüz otuz beş min) manat və avtomobilini cərimə meydançasından çıxartmaq üçün 4.000 (dörd min) manat olmaqla, ümumilikdə 139.000 (bir yüz otuz doqquz min) manat pulunu almışdır.Niyəməddin ona pulları Elçinə verdiyini və işi Elçinin həll edəcəyini söylədiyindən, Elçin də ilk vaxtlar pulu aldığını etiraf etdiyindən, sonradan sonuncudan pulu geri qaytarmasını istəmiş, lakin Elçin ona «sən mənə pul verməmisən ki, pulu məndən geri alasan» sözlərini demişdir. Həqiqətdə məsələ belə olmuşdur ki, 2019-cu ilin noyabr ayının sonlarında Elşən, Elçin və Niyəməddinlə «Babək» prospektində yerləşən «Qəbələ» restoranında görüşməmişdən bir neçə saat əvvəl Elşənlə birlikdə pulun Elçinəçatırıbçatırmadığını dəqiqləşdirmək üçün «Ağşəhər» bulvarında Niyaməddindən soruşanda, sonuncu pulu Elçinə bütövlükdə verdiyini bildirmiş, lakin Niyaməddinə inanmayaraq onu Elçinləüzləşdirmək istəmiş, buna görə dəaxşam saat 19:00 radələrində Babək prospektində yerləşən «Qəbələ» restoranında görüşmüşlər. Hələ yolda olarkən Elçin ona zəng edərək «Niyəməddin mənə 46.000 (qırx altı min) manat pul verib, 54.000 (əlli dörd min) manatı isədörd-beş günəçatdıracaq, lakin görüşdə mən sənə deyəcəm ki, Niyəməddin mənə pulun hamısını verib» sözlərini demiş, görüş zamanı Elçindən Niyəməddinin ona pulu tam olaraq verib-vermədiyini soruşmuş, Elçin də Niyəməddinin pulu tam verdiyini bildirmişdir. Görüşdən təxminən beş gün sonra Elçin ona zəng edərək Niyəməddinin onu aldatdığını bildirmiş, o da Elçindən 46.000 (qırx altı min) manat pulu geri istəmiş, lakin Elçin ona «sən mənə pul verməmisən ki, pulu məndən geri alasan» demişdir. Sonradan 2019-cu ilin dekabr ayının sonlarında Niyəməddin ona zəng edərək 135.000 (bir yüz otuz beş) manat borcun yerinə «Əhmədli» metrostansiyasının yaxınlığında yerləşən dörd sot torpaq sahəsi təklif etmiş, 130.000 (bir yüz otuz min) manat puldan 100.000 (bir yüz min) manatını dostu Zamiq adlı şəxsdən götürdüyü üçün Zamiqə zəng edərək Niyəməddinin torpaq məsələsini danışmış, Zamiq isə ondan həmin torpağın sənədini istəmişdir. Həmin gün Elşən, Niyəməddin vəsonuncunun dostu Şahid8la birlikdə Nərimanov rayonu ərazisində yerləşən «Lifecentre» ticarət mərkəzinin yaxınlığında görüşərək torpağın sənədini Niyəməddindən götürmüş və «whatsApp» proqramı vasitəsi ilə həmin sənədin şəklini Zamiqə göndərmiş, Zamiq isə həmin sənədi yoxlatdıraraq saxta olduğunu öyrənmişdir. Bundan sonra Niyəməddinə torpağın lazım olmadığınıdeyib, pulunu geri tələb etmiş, Niyəməddin isə borcun əvəzinəavtomobilini və evini verə biləcəyini söyləmiş, daha sonra öz istəyi ilə özünə məxsus olan «Volkswagen Passat» markalı avtomobilini «Qış» parkının altında yerləşən avtomobil dayanacağına qoyaraq açarı Elşənə vermişdir. İki gündən sonra həmin avtomobilin dəyərsiz olduğunu bilmiş və Elşən avtomobili Niyəməddinə qaytarmışdır. 2019-cu ilin dekabr ayının sonlarında Zamiq ondan borc verdiyi pulu geri qaytarmağı xahiş etmiş, Zamiqə həmin pulları Tarixin azadlığa buraxılmasıüçün hissə-hissə Niyəməddinə verdiyini, sonuncunun isə həmin pulu mənimsədiyini bildirmişdir. Zamiq ona köməklik məqsədi ilə Niyəməddinləözünün danışmasını təklif etmiş və Elşənin vasitəsi ilə Niyəməddini öz ofisinə dəvət etmişdir. Saat 17:00 radələrində Niyəməddin, Elşən və o, birlikdə ofisdə olmuşlar. Ofisdə təhlükəsizlik kameraları olmuş və heç kim Niyəməddini zorla və ya hədə-qorxu gələrək ofisə gətirməmişdir. Niyəməddin həmin ofisəöz iradəsi ilə gəlmiş, Zamiq də onunla söhbət edərək verdiyi pulu geri istəmiş, Niyəməddin isə onlara borcun əvəzinəöz evini onun adına keçirəcəyini bildirmiş və onlar razılaşaraq çıxıb getmişlər. Səhəri gün Elşən və Niyəməddinlə «Əhmədli» metrostansiyasının yaxınlığında görüşmüşlər. Niyəməddin israr etmişdir ki, borcun əvəzinə onlara torpaq sahəsi versin. Bundan sonra onlar Bakı şəhəri, Xətai rayonu 261 saylı məktəbin yaxınlığında yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Torpaq tikintiyə yarasız olduğundan Niyəməddinin təklifini rəd etmiş və ondan borcunu geri istəyərək borcun əvəzinə evini onun adına keçirməyi təklif etmiş, lakin Niyəməddin evin baldızının adına olduğunu, buna görə dəonun adına keçirə bilməyəcəyini demişdir. Bundan sonra Niyəməddinlə əlaqəsi kəsilmişdir. Bundan başqa Tarix Bakı İstintaq Təcridaxnasında saxlanılan vaxt onunla görüşməsi müqabilində heç kimə 200 (iki yüz) manat pul verməmiş, Tarix azadlığa çıxacağı təqdirdə Niyəməddinə 15.000 (on beş min) manat verəcəyini vəd etməmişdir. Niyaməddin ondan aldığı pulları qaytaracağı barədə Elşənə söz versə də, bir manatda olsun qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs Niyaməddin Məmmədzadə ilə barışmamışdır, ondan şikayətçidir və pulunu qaytarmağı tələb edir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səfər və Şahid3 qardaşları onun doğma dayılarıdır. Tarix 2019-cu ilin may ayında narkotik cinayətinə görəBakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılmış, işin istintaqınımüstəntiq Şahid4 aparmışdır. Tarix tutulanda həm uzaq qohumu, həm də həmyerlisi olan Elbəyi Bağırov ona tanışı Təqsirləndirilən şəxs əvvəllər Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətində işlədiyini, hazırda təqaüdə çıxdığını və onun genişəlaqələri olduğundan Tarixin azadlığa buraxılmasında köməklik göstərə biləcəyini demişdir. Elbəyi onu Niyəməddinlə təklikdə görüşdürmüşdür. Niyəməddin ona yuxarı təbəqəli adamlarla tanışlığı olduğunu deyib, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri X20 Prokurorunun müavini vəzifəsində işləyən qardaşı Məhərrəm Talıbovun, Azərbaycan Respublikası sabiq Baş Prokurorunun müavini Namiq Əsgərovun, Azərbaycan Respublikası Prezidentinin dayısı Cəmil Əliyevin adlarını çəkmişdir. İkinci dəfə Elbəyi və Səfərlə birlikdə Niyəməddinlə kafedə görüşüb çörək yemişlər. Görüş zamanı Niyəməddin sabiq Baş Prokurorun müavini Namiq Əsgərovun vasitəsi ilə Tarixi həbsdən azad edəcəyini, bunun müqabilində onlara 100.000 (bir yüz) manat pul lazım olacağını bildirmişdir. Məbləğ çox olduğu üçün əvvəlcərazılaşmasalar da, sonradan Tarixin həbsdən azad olunacağına inandıqları üçün razılıq vermişlər. Beləliklə ilk dəfəBakı şəhəri, Yasamal rayonuda yerləşən «Maşın bazarı» deyilən yerdə Səfər xalası oğlu Şahid2la birlikdə Niyəməddinlə görüşüb, sonuncuya 50.000 (əlli min) manat pul vermişlər. Bundan təxminən iki ay sonra Niyəməddin daha 10.000 (on min) manat pul istəmiş və demişdir ki, həmin pul Xətai rayonunda olan PolisəNəzarət İdarəsinə veriləcək, onlar da öz paylarını götürəcəklər ki, Tarix azad olunsun. Həmin pulu şəxsən özü Yasamal rayonunda «Qələbə» dairəsi deyilən yerdə yerləşən «BakıMall» ticarət mərkəzinin yanında, özünəməxsus olan «Toyota Land- Cruizer» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Niyəməddinə vermiş, Niyəməddin də avtomobildən çıxıb ondan təxminən on metr aralıda dayanmış ağ rəngli **- MM-*** dövlət qeydiyyat nişanlı «Prado» markalı avtomobilin sükanı arxasında oturan kişiyə sayıb 5.000 (beş min) manat vermişdir. Niyəməddin pulu verdikdən sonra onun yanına qayıdıb, həmin şəxsə 5.000 (beş min) manat verdiyini və həmin şəxsin Tarixin həbsdən azad edilməsi üçün arayış verəcəyini, 5.000 (beş min) manatı isə gələcəkdə lazım olacağıüçün özündə saxladığını bildirmişdir. Bundan bir ay sonra Niyəməddin onlardan 75.000 (yetmiş beş min) manat pul istəyərək həmin puldan 50.000 (əlli min) manatın Xətai Rayon Polis İdarəsinin İstintaq İdarəsinə veriləcəyini, 25.000 (iyirmi beş min) manatın isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə veriləcəyini söyləmişdir. Niyəməddin onlara demişdir ki, Tarixin azad olunmasınısabiq Baş Prokurorun müavini Namiq Əsgərov Bakışəhər prokuroru İlqar Abbasova tapşırıb. Niyəməddin Tarixin həbsə alındığı ilk vaxtlarda ona məxsus avtomobilin cərimə meydançasından buraxılmasıüçün Xətai Rayon Polis İdarəsinin rəisi İlqar müəllim və onun müavinin razılığı ilə istintaqı aparan müstəntiq Şahid4 tərəfindən məktub veriləcəyini və həmin məktub əsasında avtomobilin cərimə meydançasından buraxılacağını demiş, bunun qarşılığında 4.000 (dörd min) manat pul lazım olduğunu deyib Səfərdən Xətai Rayon Polis İdarəsinin qarşısında həmin məbləğdə pulu alıb idarəyə girmiş və təxminən qırx dəqiqədən sonra məktub gətirmiş vəbu məktub əsasında «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasından avtomobili götürmüşlər. NiyəməddinTarixin həbsdən azad olunması məsələsində köməklik göstərməsi ərəfəsində onları Xətai Rayon Polis İdarəsində baş leytenant rütbəli polis əməkdaşı Şahid6la tanış edərək Hikmətin dostu olduğunu demişdir. Niyəməddin onu tez-tez Xətai Rayon Polis İdarəsinə dəvət etmiş və onlar Hikmətin xidməti otağında olmuşlar. X11 Rayon Polis İdarəsinin inzibati binasına sərbəst şəkildə girib-çıxmışdır. Niyəməddin, Hikmət, Səfərləbirlikdə dəfələrlə bir yerdə restoran, kafe vəçay evlərində oturub çörək yeyib, çay içmişlər. Tarixin həbsdən azad olunması məsələsi uzananda Niyəməddindən səbəbini soruşsalar da, Niyaməddinkonkret fikir bildirməmişdir. Bir dəfə Niyəməddin Bakışəhərindən Naxçıvan şəhərinə təyyarə ilə gəlmiş, o özü şəxsən Niyaməddinə elektron formada bilet almış və Naxçıvanda onu qarşılamış, Niyəməddin Tarixin işini tezləşdirmək üçün Naxçıvan Prokurorluğuna gedib xahiş etdiyini bildirmişdir. Tarixin azad olunmasının uzanmasının səbəbini Hikmətdən də soruşmuşlarvə sonuncu hər şeyin yaxşı olacağını, narahat olmamalarını, Niyəməddinin bu işi axıra çatdıracağınıbildirmişdir. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman özünü«X35»nun işçisi kimi təqdim edən Şahid13 Niyəməddinin adından gələrək onunla və Səfərlə görüşmüş və Niyəməddinin onları aldatdığını, ona pul çatmadığını, buna görə də işin həll olunmasıüçün ona 56.000 (əlli altı min) manat pul verilməli olduğunu demiş, lakin onlar Elçinə pul veməmişlər. Niyəməddin, Elçin, Səfər və o birlikdə görüşəndə Elçin tamamiləəks fikir söyləyərək onları sakitləşdirərək işin sonunun yaxşı olacağını bildirmiş, lakin nəticədə Tarix azadlığa buraxılmamışdır. 2019-cu ilin dekabr ayının təxminən sonlarında Niyəməddin ona zəng edərək 135.000 (bir yüz otuz beş min) manat borcun əvəzinə «Əhmədli» metrostansiyasının yaxınlığında yerləşən dörd sot torpaq sahəsi təklif etmiş, onlar həmin gün Niyəməddin vəsonuncunun dostu Şahid8la birlikdə 6 saylınotariat kontorunda görüşmüşlər. Bəxtiyar etibarnamə ilə həmin torpağı onun adına keçirmişdir. Səfər 130.000 (bir yüz otuz min) manat puldan 100.000 (bir yüz min) manatı Zamiq adlışəxsdən borc götürdüyündən Səfər Zamiqə zəng edərək Niyəməddinin torpaq məsələsini demiş, Zamiq isə həmin torpağın sənədini ona göndərməsini istəmişdir. Həmin gün Səfər, Niyəməddin, Bəxtiyarla birlikdə Bakı şəhəri, Nərimanov rayonuərazisində yerləşən «Life centre» ticarət mərkəzinin yaxınlığında görüşərək torpağın sənədini Niyəməddindən götürmüş və«WhatsApp» proqramı vasitəsi ilə Səfər həmin sənədin şəklini Zamiqə göndərmiş, Zamiq də tanışlıq yolu ilə həmin sənədin saxta olduğunu öyrənmişdir. Bundan sonra Səfər Niyəməddinə torpağın lazım olmadığını deyib, ondan borcunu ödəməsini tələb etmiş, Niyəməddin də Səfərə borcun əvəzinə avtomobilini və evini verə biləcəyini söyləmişdir. Bundan sonra Niyəməddin öz iradəsi iləözünə məxsus «Volkswagen Passat» markalı avtomobillə«Qış» parkının altında yerləşən avtomobil dayanacağına getmiş və avtomobilini oraya yerləşdirərək açarıona vermişdir. İki gün sonra onlar avtomobilin dəyərsiz olduğunu başa düşüb Niyəməddinə geri qaytarmışlar. 2019-cu ilin dekabr ayının təxminən sonunda Zamiq Səfərdən borca verdiyi pulu geri qaytarmağı xahiş etmiş, Səfər də Zamiqə pulları Tarixin azadlığa buraxılmasıüçün hissə-hissə Niyəməddinə verdiyini, Niyəməddinin isə həmin pulu mənimsədiyini bildirmişdir. Bu zaman Zamiq köməklik məqsədilə Səfərə Niyəməddinlə danışmaq istədiyini deyib, ondan xahiş etmişdir ki, Niyəməddini ona məxsus olan ofisə dəvət etsin. Həmin ofis hadisə baş verən zaman turizm şirkəti kimi fəaliyyət göstərmiş, lakin hazırda həmin yer sökülmüşdür və fəaliyyət göstərmir. Saat 17 radələrində Niyəməddinlə birlikdə ofisə gəlmiş və bir qədər sonra Səfər dəoraya gəlmişdir. Ofisdə təhlükəsizlik kameraları olmuş və heç kim Niyəməddini zorla və ya hədə-qorxu gələrək ofisə gətirməmişdir. Niyəməddin həmin ofisəöz iradəsi ilə gəlmiş və Zamiq onunla söhbət edərək pulu geri qaytarmasını istəmiş, Niyəməddin isə Zamiqə və ona borcun əvəzinəöz evini Səfərin adına keçirəcəyini demiş, Səfər bu təkliflə razılaşmışdır. Səhəri gün Səfərlə birlikdə «Əhmədli» metrostansiyasının yaxınlığında Niyəməddinlə görüşmüşlər. Niyəməddin onları Xətai rayonu 261 saylı məktəbin yaxınlığında yerləşən torpaq sahəsinə baxmağa aparmış, torpaq tikintiyə yararsız olduğundan Səfər Niyəməddinin təklifini rədd etmiş və ondan borcunu geri istəyərək, borcun əvəzinə evini Səfərin adına keçirməsini təklif etmiş, lakin Niyəməddin evinin baldızının adına olduğunu deyərək bu təklifdən imtina etmişdir. Bundan sonra Səfər ona demişdir ki, «nə edirsən, et mənim borcumu qaytar». Bundan təxminən dörd-beş gündən sonra ona həmin torpaq sahəsinin adından çıxması ilə bağlı sms gəlmişdir. Daha sonra Niyəməddin onlardan gizlənməyə başlamış və Tarixin məhkəmə prosesi başa çatandan sonra ortaya çıxmışdır. Məhkəmədəşahid qismində dindirilmişŞahid2 ifadəsində göstərmişdir ki,Səfər və Şahid3 qardaşları onun doğma dayıları, Şahid1doğma xalası oğludur. 2019-cu ilin may ayının axırlarında Tarix narkotik cinayətinə görə həbs olunmuş, may ayının təxminən 20- 25-i arası Səfər ona zəng vuraraq Tarixin buraxılmasıüçün pul vermək lazım olduğunu deyib, avtomobillə«Sədərək»ticarət mərkəzinə gəlib onu bir yerə aparmağı xahiş etmiş, etiraz etməmişdir. Səfərlə birlikdə günortadan sonra ona məxsus **-XO-*** dövlət qeydiyyat nişanlı«Prado» markalı avtomobilləBakı şəhəri, Yasamal rayonu ərazisində «Maşın bazarı» deyilən yerə gedib, orada «Socar» yanacaqdoldurma məntəqəsinin yanında dövlət qeydiyyat nişanına fikir vermədiyi boz metalik rəngli, furqon tipli «Mercedes» markalı taksi ilə gələn Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Səfər 50.000 (əlli min) manat pulu sayıb Niyəməddinə vermiş və sonuncu pulu götürdükdən sonra bu işi gizli gördüyünü, bu haqda heç kimə məlumat verməməyi, pulu Şahid13 verəcəyini və tez bir zamanda Tarixin buraxılacağını söyləmişdir. Təxminən bir neçə gündən sonra Səfər yenə ona zəng vurub Niyəmədinlə görüşə getməli olduqlarınıdemiş, birlikdəBakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində olan parkın içərisində yerləşən «Yaşıl Məkan» çay evində Niyəmədinlə görüşmüşlər. Niyəməddin Tarixin barəsində məlumatlar toplayandan sonra onlar yaxınlıqda yerləşən poçta getmiş, orada Niyəməddin öz xətti ilə Tarixin məhkumluğunun olmaması, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması və barəsində digər yüngülləşdirici halları qeyd edərək Bakı şəhəri Xətai Rayon Prokurorluğunun adına məktub yazmış, poçtun operatoru isə həmin yazıları kompüterə köçürüb teleqram göndərmişdir. Həmin gün Səfərin təklifi ilə hər üçü onun avtomobili ilə Bakıİstintaq Təcridxanasına gedib Tarixlə görüşmüşlər. Səfər Tarixlə görüşmək üçün təcridxanaya daxil olduqda onlardan hər hansı buraxılış vərəqəsi tələb olunmamış və onları ləngitmədən içəriyə buraxmışdırlar. Görüş zamanı Niyəməddin Tarixə demişdir ki, «sən artıq Səfərin yox, mənim qardaşımsan, tez bir zamanda azad olunacaqsan». Bundan bir müddətsonra Səfər vəElşəndən eşitmişdir ki, Tarixin həbsi zamanı cərimə meydançasına qoyulmuş avtomobilini oradan çıxartmaq üçün Niyəməddin onlardan 4.000 (dörd min) manat pul alaraq avtomobili cərimə meydançasından çıxartmışdır. Niyəməddin onlardan həmin məbləğdə pulu alan zaman Xətai Rayon Polis İdarəsinin rəisinə verəcəyini və rəisin verdiyi razılıq kağızı ilə avtomobili götürəcəklərini söyləmişdir. Niyəməddin onun iştirakı ilə baş tutan görüşlər zamanı Elçinlə telefonla danışmış və onlara «Sakit, səsinizi çıxartmayın, mən «müəllimlə» danışıram» deyərək həmin şəxsdən Tarixin buraxılmasını tezləşdirməsini xahiş etmişdir. Tarixin həbsdə olmasından təxminən üç ay keçməsinə baxmayaraq sonuncu azadlığa buraxılmamış, Səfər işlərin düzəldiyini vəon gün ərzindəTarixin buraxılacağını, əlavə olaraq Niyəməddinə 75.000 (yetmiş beş min) manat pul verdiyini söyləmiş, lakin müddət keçsə də, Tarix buraxılmamışdır. Bir müddətdən sonra NiyəməddinElşənə daha 10.000 (on min) manat əlavə xərc üçün pul lazım olduğunu demiş və Elşən aparıb ona həmin məbləğdə pul vermişdir. Lakin Tarix buraxılmamış və onun barəsində aparılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Niyəməddin bu dəfə Tarixin məhkəmədən buraxılacağınıdemiş, bir dəfə də məhkəmə prosesinin sonuna yaxın onları məhkəmənin yanında gözlədərək Elçin gəlib onları məhkəmənin sədri ilə görüşdürəcəyini bildirmiş, lakin üç saat gözlətdikdən sonra Elçin gəlməmiş və onlar çıxıb getmişlər. Artıq Niyəməddinin onları aldatdığını başa düşüb, ondan işlərindən aralanmağı, aldığı pulları geri qaytarmağı xahiş etmişlər. Niyəməddin pulları lazım olan adamlara payladığı üçün geri qaytara bilməyəcəyini demişdir. Məhkəmə prosessi təxminən iki ay çəkmiş, yekun olaraq Tarix buraxılmamış və01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Tarix buraxılmadığına görə Niyəməddindən pulu geri tələb etdikdə sonuncu onlardan gizlənməyə başlamışdır. Niyəməddinə inanmaqlarına səbəb onun Xətai Rayon Polis İdarəsinin əməkdaşı Şahid6la birlikdə söhbət əsnasında Hikmətin də Niyaməddinin pulları paylaması məsələsindəşəxsən iştirak etdiyini, işin yaxşı olacağını, narahat olmamalarını, Tarixin buraxılacağınıdeməsi idi. Bu işdə polis əməkdaşı Hikmətin iştirak etdiyinə görəNiyəməddinə daha çox inanmışlar, lakin sonuncu onları aldatmışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin baş müstəntiqi vəzifəsində işləmişdir, hazırda Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqidir. 14 aprel 2019-cu il tarixdə, saat 12 radələrindəXətai Rayon Polsi İdarəsinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində Məhəmməd Məmmədzadəsatış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlaması səbəbindən Xətai rayonu, Nobel prospekti 92 ünvanında saxlanılaraq idarəyə gətirilmişdir. Polis İdarəsində Məhəmmədin üstünə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmiş və faktla bağlı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanaraq istintaq aparılmışdır. Apardığı istintaqla müəyyən etmişdir ki, Şahid3 Məhəmməddən 01 aprel 2019-cu il tarixdə istintaqa məlum olmayan vaxtda Astara rayonunun Təngərüd kəndində satış məqsədi iləümumi təmiz çəkisi 9,926 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 13,620 qram olan xaşxaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etdikdən sonra, həmin tiryəki yaşadığı ünvan 6 ünvanına daşıyaraq orada saxlamış, digər 9,926 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini isəüzərində daşıyaraq saxlamış, 01 may 2019-cu il tarixdə Xətai Rayon Polis İdarəsinin ÇAŞ-nin əməkdaşları tərəfində keçirilmişəməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanının qarşısında saxlanılaraq Polis İdarəsinə aparılmışdır. Elə həmin tarixdə Tarix idarənin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid5 tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iləşübhəli şəxs qismində tutulmuş və 03 may 2019-cu il tarixdə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi 04 sentyabr 2019-cu il tarixdə baxılmasıüçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 vəTəqsirləndirilən şəxs tanımır. Tarixin işi ilə bağlı istintaq dövründə heç kim ondan onun azadlığa buraxılması, ona ittiham edilən maddənin daha yüngül maddəyə tövsif edilməsi və ya digər formada köməklik göstərilməsi iləəlaqədar müraciət etməmiş, cinayət işi üzrə obyektiv istintaq aparılmışdır. Tarixin avtomobilinin cərimə meydançasına salınması və buraxılması barədə məlumatı olmamışdır. Baş təhqiqatçı, polis mayoru Şahid5 Tarixə məxsus **-GK-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobilə baxış keçirməsi və avtomobildə heç bir narkotik vasitə aşkar olunmaması haqqında protokolu ona təqdim etmiş,həmin protokolu cinayət işinin materiallarına əlavə etmişdir. Məhkəmədəşahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 25 iyun 2019-cu il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində xidmət etmişdir. Aprel ayının əvvəllərində Vadim Kazımov və Məhəmməd Məmmədzadənin qanunsuz olaraq narkotik maddələrin satışıilə məşğul olmaları barədə toplanmış təhqiqat materialınıidarənin istintaq şöbəsinə təhvil vermişdir. Toplanmış material əsasında müstəntiq Şahid4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. 01 may 2019-cu il tarixdə işdə olduğu vaxt Polis İdarəsinin rəisinin göstərişinəəsasən sözügedən cinayət işi üzrəşübhəli şəxs qismində tutulmuşŞahid3 məxsus **-GK-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobilə baxış keçirmiş, baxışda əməliyyat müvəkkilləriİbrahim, Amiq, ictimai təhlükəsizlik şöbəsinin rəisi Bayram iştirak etmişdir. Baxış keçirilən zaman Tarixə məxsus avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir narkotik və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edərək raportla müstəntiq Şahid4 təhvil vermişdir. Həmin vaxt Tarixə məxsus avtomobilin açarı Bayramda olmuş və sonradan avtomobilin haraya aparılması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid6 Gülbla oğlu ifadəsində göstərmişdir ki,2017-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təxminən 1999-cu ildə«Sədərək»ticarət mərkəzində işləyərkən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə hərbi xidmətdə olmuşdur. Həm Səfər, həm də, Niyəməddinlə aralarında dostluq münasibəti var. 2019-cu ilin təxminən may ayında işyoldaşı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi vəzifəsindəçalışan Şahid4 xidməti otağında gəldikdə, Səfərlə, Şahid1 orada görmüş, birlikdəçay içmişlər. X27 yanına gəlmə səbəbi barədə heç bir məlumatı olmamışdır.Niyəməddin ona Şahid3 məsələsi barədə müraciət etməmiş, Niyəməddinin Səfərəpul borcu olması ilə bağlı hər hansı bir məlumatıolmamışdır. Səfərlə Niyəməddin onun vasitəsilə tanış olmamışlar. Ümumiyyətlə Niyəməddinin hansı işlə məşğul olmasını bilməmişdir. Onlarla birlikdə heç bir restoranda olmamış, xidməti otağına bir yerdə və ya ayrı ayrılıqda gəlməmişlər. Səfəri Samirin xidməti otağında görmüş və orada bir yerdəçay içmişlər. Səfər 2020-ci ilin təxminən avqust ayında ona müraciət edərək Niyəməddinin ona pul atdığını bildirmiş, o isə Səfərə bu məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etməyi məsləhət görmüşdür. Məhkəmədəşahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı tarixlərdəatası Elxan Qəniyevin komandiri olduğu «N» saylı hərbi hissədə xidmət etmişdir. İki-üç il bundan qabaq təsadüfən ortaq tanışlarıvasitəsilə Niyəməddinlə qarşılaşmış, sonuncu onu atasına görə tanımış və aralarında dostluq münasibəti başlamışdır. Həmin vaxtdan sonra Niyəməddinlə bir neçə dəfə görüşmüşlər. 2019-cu ilin yay aylarında Niyəməddin ondan «eşitdim prokurorluqda yaxın adamın var» deyə soruşmuş, o da ona əlindən gələn köməyi etməyə hazır olduğunu demişdir. Bundan sonra Niyəməddin ona yaxın bir tanışının narkotik vasitələrin qanunsuz dövriyəsinə görə tutulduğunu və prokurorluq orqanlarındakı tanışının vasitəsilə ona kömək etməyi xahiş etmiş, tutulan şəxsin yaxınlarının ümumilikdə 40.000 (qırx min) manat pulları olduğunu söyləmiş, ona danışıb xəbər edəcəyini demişdir. Həmin vaxt azadlıqda olan Samir Nəsirova bu barədə danışmış, Samir də Niyəməddinlə görüşmək istədiyini demişdir. Niyəməddin ondan Samirə zamin olub-olmadığımı soruşanda, Samiri uzun illərdir tanıdığımdan ona etibar edə biləcəyini demişdir. Samir Niyəməddinə ilkin olaraq 5.000 (beş min) manat verilməli olduğunu demişdir. Təxminən bir aydan sonra Niyəməddin ona zəng vuraraq «BakuMall» ticarət mərkəzinin qarşısında görüşməyi təklif etmiş, həmin gün deyilən ünvana gedib onunla görüşmüşdür. Niyəməddin ona bir nəfərin ona pul gətirəcəyini və həmin pulu aparıb Samirə verəcəyini bildirmiş, bir qədər gözlədikdən sonra «X36» markalı avtomobil gəlmiş, Niyəməddin gedib həmin avtomobiləəyləşmiş, o da avtomobilindən aşağı enmişdir. Bir neçə dəqiqədən sonra Niyəməddin həmin avtomobildən düşərək onun avtomobilinə əyləşib, həmin şəxsdən aldığı 5.000 (beş min) manatı aparıb Samirə verəcəyini demişdir. Birlikdəonun avtomobili ilə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən çay evlərindən birinə gedib orada Samirlə görüşmüşlər. Bundan başqa Niyəməddinlə Şahid8 adlı ortaq dostları olmuş, onunla birlikdə bir neçə dəfə Elşənlə görüşmüşlər. Bakı şəhəri Xətai rayon prokurorluğunda istintaq aparılan zaman bilmişdir ki, «BakuMall» ticarət mərkəzinin qarşısında Niyəməddinin görüşdüyü «Land Cruiser» markalı avtomobilin sahibi Şahid1 imiş və Niyəməddin sonuncunun dayısına qarşı dələduzluq etmişdir. Elşəni tanısa da, Niyəməddinin «BakuMall»un qarşısında 5.000 (beş min) manat pulu aldığı şəxsin Elşən olduğunu bilməmişdir, çünki həmin vaxt Niyəməddinin görüşdüyü şəxs avtomobildən yerə düşmədiyindən onu görə bilməmişdir. X2rşı dələduzluq etməsi ilə Samirə pul verdiyi məsələnin arasında hər hansı bir bağlılıq olduğunu bilmirdi. Məhkəmədə dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki,2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə bir məclisdə tanış olmuş, Niyəməddin ona əvvəllər Daxili İşlər Nazirliyinin 102 xidmətində işlədiyini, hazırda sərəncamda olduğunu bildirmiş, həmin vaxtdan münasibətləri yaranmışdır. Demək olar ki, hər gün görüşmüşlər, bəzi vaxtlarda Niyəməddin ona məxsus mənzilə gəlib onunla qalmışdır. Niyəməddinlə münasibətə başladıqdan bir neçə ay sonra onun dostu Şahid9 tanımış, birlikdə bir neçə dəfə eyni məclisdə olmuşlar. 2020-ci ilin sentyabr-oktyabr aylarında Niyəməddin onun yanında Calala zəng edərək ona 2.000 (iki min) manat borca pul lazım olduğunu demiş, Calal həmin məbləği tapıb ona verəcəyini bildirmiş və səhəri gün bildiyinə görə Calal Niyəməddinə 800 (səkkiz yüz) manat pul vermişdir. Həmin gün gecə Niyəməddinlə birlikdə olmuş və Niyəməddin sərxoş olduğundan avtomobilini onun yaşadığı məhəllədə saxlayıb evə taksi ilə getmiş, avtomobilin açarlarınıda ona vermişdir. Səhəri gün Niyəməddin ona zəng vuraraq avtomobillə gedib Tbilisi prospektində Calaldan 1.000 (bir min) manat götürərək gətirib ona verməyidemiş, o da Niyəməddinin avtomobili ilə Tbilisi prospektinə gedib Calalla görüşmüşdür. Orada Calal avtomobiləəyləşmədən qapını açıb 700 (yeddi yüz) ABŞ dolları pulu avtomobilə qoymuş və oradan Niyəməddinin yaşadığıBakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsinə gedib pulu ona vermişdir. 2021-ci ilin yanvar ayında Niyəməddinin həbs olunduğunu eşitmişdir. Məhkəmədəşahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Tarix və Zərərçəkmiş şəxsonun əmiləridir. Təxminən on ilə yaxındır ki, Səfərlə birlikdə «Sədərək» ticarət mərkəzində icarəyə götürdükləri mağazada xalça satışı ilə məşğul olur. Tarix 01 may 2019-cu il tarixdə polis tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham edilərək tutulmuş, bundan sonra Səfər Tarixin azadlığa çıxmasıüçün öz əlaqələrindən istifadə etməyə başlamışdır. Əmisigildən eşitdiyi söhbətlərdən belə başa düşmüşdür ki, Tarixin azadlığa buraxılmasıüçün Səfər Təqsirləndirilən şəxs pul vermişdir. Səfərin Niyəməddinə hansı məbləğdə pul verdiyini bilməmişdir. 2019-cu ilin sentyabr ayında işdə olanda xatırlamadığı mobil nömrədən ona zəng gəlmiş və zəng edən şəxs özünü Şahid13 kimi təqdim edərək onunla görüşmək istədiyini demiş, on-on beş dəqiqədən mağazaya gəlib, Tarixin məsələsi ilə bağlıSəfərlə görüşməli olduğunu bildirmiş, səbəbini soruşanda, Elçin ona «Fondun işçisi» olduğunu vəSəfərlə Tarixin məsələsi ilə bağlıgörüşmək istədiyini bildirmişdir. Səfərə zəng edib, Elçinin söylədiklərini ona demiş, Səfər isə Elçinin əlaqə nömrəsini götürməyi, axşam Elçinlə görüşəcəyini demişdir. Onlar Elçinlə saat 19:00-a «Romance Palace» restoranında görüş təyin etmişlər, sonra Elçin çıxıb getmişdir. Həmin gün saat 19 radələrində Səfər, bibisi oğlu Şahid1lə birlikdə Elçinlə qeyd edilən restoranda görüşmüşlər. Söhbət zamanı Elçin Tarixin işinə görəümumilikdə 46.000 (qırx altı min) manat pul verildiyini və bundan əlavə 54.000 (əlli dörd min) manat da pul verilməli olduğunu demiş, lakin 46.000 (qırx altı min) manat pulun konkret olaraq ona və ya kiməsə verildiyini söyləməmişdir. Səfər bütün pulu Niyəməddinə verdiyini və bundan sonra daha pul verməyəcəyini dedikdə, Elçin «mənə yalnız 46.000 (qırx altı min) manat pul çatıb» sözlərini demiş, həmçinin bildirmişdir ki, 54.000 (əlli dörd min) manat pul çatmasa, Tarix on il müddətə azadlıqdan məhrum edilə bilər. Bundan sonra Niyəməddinlə Elçini üzləşdirmək qərarına gəlmişlər, daha sonra isə sağollaşıb çıxıb getmişlər. Və o, bui şlə əlaqədar sonrakı görüşlərdə iştirak etməmişdir. Məhkəmədə dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs on ilə yaxındır tanıyır, onunla təsadüfən tanışlarından birinin məclisində tanış olmuş və teztez görüşüb vaxt keçirmişlər. 2019-cu ilin yay aylarında Niyəməddinlə birlikdəBakı şəhəri, Yasamal rayonu ərazisindəki çay evlərinin birində olanda Niyəməddin ona «Nərimanov» metrosunun yaxınlığında bir nəfər şəxslə işi olduğunu və onunla birlikdəoraya getməyi demiş, etiraz etməmiş, birlikdəçayxanadan çıxıb Niyəməddinə məxsus «Passat CC» markalı avtomobillə«Nərimanov» metrosunun yanında yerləşən parka getmişdirlər. Oraya çatdıqda Niyəməddin avtomobili parkın yanında saxlayıb bir nəfər şəxsə zəng vuraraq çatdğını söyləmiş, həmin şəxsdə Niyəməddinə parkın içinə girməyi demiş, birlikdə avtomobildən düşərək parka getmişlər. Orada Niyəməddinin görüşdüyü şəxsin Şahid13olduğunu görmüşdür. Elçini ailəsi ilə birlikdə«Qara Qarayev» metrosunun yaxınlığında yaşadığı müddətdətanımışdır. Belə ki, Elçin onlara yaxın məhəllədə yaşamış, atasının Elçinlə yaxın münasibəti olmuşdur. Görüşdükdən sonra parkın içərisindəki çay evinə daxil olduqda masaya əyləşməmiş Niyəməddin ona Elçinlə şəxsi işi olduğunu, on-on beş dəqiqəlik ayrı masada əyləşməyi, işləri bitdikdən sonra ona xəbər verəcəyini demiş, Niyəməddinin sözündən inciyərək ona, «əgər şəxsi işin var idisə, məni niyə bura gətirmisən» deyib iradını bildirmişdir. Bu zaman Elçin ona birlikdəəyləşməyi təklif etmiş, lakin Niyəməddinin sözündən incidiyi üçün onlarla əyləşməmiş və Elçinlə sağollaşıb oradan çıxıb taksi ilə yenidən Yasamal rayonuna geri qayıtmış, təxminən bir saatdan sonra Niyəməddin ona zəng vursa da, onun zəngini açmamışdır. Məhkəmədəşahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2015-ci ildən özünə məxsus «Lord» tikinti şirkəti yaradıb, tikinti işləri ilə məşğul olur. İşi iləəlaqədar böyük məbləğdə pul lazım olduqda, özünə lazım olan məbləği adətən «ƏmrahBank»ın filial müdiri Hacıİlham adı ilə tanıdığışəxsdən borc götürür, sonra isəborcunu faizi ilə qaytarırdı. 2019-cu ilin iyun ayında işi ilə bağlıHacıİlhamdan borc olaraq 50.000 (əlli min) manat pul götürmüş, lakin həmin pulu İlhama nə vaxt qaytaracağı barədə aralarında heç bir danışıq olmamışdır. Həmin ilin sentyabr ayında Hacı İlham ona tanışı Şahid9 dostu Təqsirləndirilən şəxs qardaşının polis tərəfindən narkotik vasitələrin dövriyyəsində günahlandırılaraq tutulduğunu və Niyəməddinin qardaşına kömək etmək lazım olduğunu bildirərək həmin şəxslərlə görüşməyi təklif etmişdir. 10-15 sentyabr aralığında Hacı İlham, Calal və Niyəməddinlə birlikdə «Atatürk» parkı adlanan yerdə adını xatırlamadığıçay evində görüşmüşlər. Həmin vaxtadək nə Calalı, nə də Niyəməddini görmüşdir. X34 Calal və Niyəməddinlə tanış etmişdir. Söhbət zamanı Niyəməddin ona əvvəllər Bakı şəhəri Nizami Rayon Polis İdarəsində, hazırda isəserjant rütbəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsində işlədiyini, balaca qardaşının Xətai polisi tərəfindən narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olmaqda şərlənərək tutulduğunu və barəsində aparılan cinayət işinin 234.4.3-cü maddədən 234.1-ci maddəyə dəyişdirilməsində ona kömək etmək lazım olduğunu demişdir. Niyəməddindən Xətai Rayon Polis İdarəsində işlədiyi halda qardaşına kömək edə bilməməsinin səbəbini soruşduqda, Niyəməddin idarədə bu məsələni həll edə bilmədiyi cavabını vermiş, ona hüquqşünas tanışlarından maraqlanıb kömək etməyəçalışacağını bildirmişdir. Söhbət əsnasında Niyəməddin bir nəfərə zəng edərək demişdir ki, «Qardaş, gəlmişəm burdayam, narahat olma, hər şey yaxşı olacaq». Niyəməddindən kiminlə danışdığını soruşduqda, böyük qardaşı Hacı Səfərlə danışdığınıdemiş və sağollaşmışlar. X33 Niyəməddinin normal insana oxşamadığınıdeyib, Səfərin kim olduğunu soruşmuş, İlham Calaldan eşitdiyi qədər onun «Sədərək» ticarət mərkəzində xalça işi ilə məşğul olduğunu bildirmişdir. Həmin görüşdən təxminən beş gün sonra Hacı İlhamla yenidən görüşmüşlər və İlham ona Calaldan aldığı məlumat əsasında tutulan şəxsin Niyəməddinin qardaşı olmadığını, sonuncunun onlara yalan danışdığınıöyrəndiyini deyib, tutlan şəxs Şahid3 şəxsiyyət vəsiqəsinin surətini verib qardaşı Zərərçəkmiş şəxs tapmasını xahiş etmişdir. Bir neçə gündən sonra Hacı İlham ona Calalın ondan əl çəkmədiyini, onun Niyəməddinin böyük qardaşı Səfərlə danışmasını xahiş etdiyini demiş, hüquqşünas tanışlarından məsələ ilə bağlı maraqlandıqda, ona bunun çətin iş olduğunu bildirmişlər. Sentyabr ayının sonlarında «Sədərək» ticarət mərkəzinə gedərək xalça satılan yerə yaxınlaşıb Hacı Səfərin kim olduğu ilə maraqlandıqda, oradakışəxslər Səfərin yox, qardaşı oğlu Şahid11 orada olduğunu bildirmişlər. Rizvanla görüşüb, Tarixin məsələsi ilə bağlı Səfəri axtardığınıdemiş, Rizvan da onun əlaqə nömrəsini alıb Səfərin sonra onunla əlaqə saxlayacağınıdemişdir. Səhəri gün Rizvan ona xatırlamadığı mobil nömrədən zəng vuraraq saat 19:00 radələrində «Romance Palace» restoranında görüşməyi təklif etmiş və həmin gün Rizvan, Səfər, sonuncunun bacısı oğlu Şahid1lə birlikdə «Romance Palace»də görüşmüşlər. Görüş zamanı Səfərə xoş niyyətlə gəldiyini deyib, Niyəməddinin onun qardaşı olub-olmadığını soruşmüş, Səfər isə Niyəməddinin onun qardaşı olmadığını bildirib,öz-özünə Niyəməddini təhqir etmişdir. Səfərə Niyəməddinin dörd-beş gün əvvəl Calalın vasitəsilə ondan Tarixə kömək etməsini xahiş etdiyini, lakin Niyəməddindən şübhələndiyini deyib, ondan ehtiyatlı olmağı bildirmişdir. Səfər bunu eşitdikdə təəccüblü formada Niyəməddinə may ayından etibarən ümumilikdə 110.000 (bir yüz on min) manat pul verdiyini, dörd-beş gün əvvəl onunla baş verən görüşdən xəbərsiz olduğunu deyib, onun kim və məsələ ilə nə kimi əlaqəsi olduğunu soruşmuş, o da Səfərə Niyəməddinlə aralarında baş verən bütün söhbətləri danışıb, Niyəməddinə etibar etməməyi söyləmişdir. Söhbət əsnasında Səfər bu işin hansı məbləğ qarşılığında həll olunacağını soruşduqda təxminən 55.000 (əlli beş min) manat qarşılığında həll oluna biləcəyi cavabını vermişdir. Bu söhbətin səhəri Hacı İlham ona zəng vuraraq Niyəməddingilin ümumilikdə 46.000 (qırx altı min) manat pulları olduğunu, Calalın ona 20.000 (iyirmi min) manat pul verdiyini, 19.000 (on doqquz min) manatı bir neçə günə, qalan 7.000 (yeddi min) manatı isə Tarixin bacısının adına kredit götürüb verəcəklərini deyib, işi həll edə biləcəyini soruşmuş, ona tanışlarından maraqlanıb xəbər verəcəyini bildirmişdir. Sonradan Calalın 19.000 (on doqquz min)manatı da verdiyini, 7.000 (yeddi min) manatı isə tez bir zamanda çatdıracağını bilmişdir. Bir neçə gündən sonra Səfər ona zəng vuraraq Elşənlə birlikdə Niyəməddini «Ağşəhər» bulvarında saxladığını, Niyəməddinin hazırda sanitar qovşağında olduğunu söyləmiş və tez bir zamanda Babək prospektində yerləşən «Qəbələ» restoranında görüşməyi təklif etmiş, razılaşmışdır. Təxminən bir-iki dəqiqədən sonra Niyəməddin ona zəng vuraraq «Ağşəhər» bulvarında Səfərlə birlikdə olduğunu söyləmiş və onlarla görüşməyini xahiş etmiş, bundan başqa Niyəməddin ona yalvarıb xahiş etmişdir ki, görüş zamanı rəqəm adıçəkməsin və Səfərə desin ki, «Narahat olma, hər şey qaydasındadır, iş tez bir zamanda həll olunacaq». Niyəməddinlə danışıb bitirən kimi Səfərə zəng vurub Niyəməddinin ona söylədiklərini Səfərə demiş və bildirmişdir ki, «Niyəməddinə verilən puldan mənə 46.000 (qırx altı min) manat çatıb, başqa heç bir məbləğ verilməyib, lakin mən görüş zamanı yalandan hər şeyin qaydasında olduğunu bildirəcəyəm». Səfər ona həqiqəti danışmağı söyləsə də, Niyəməddinin ona and-aman etdiyini, yalvardığını, ona yazığı gəldiyini bildirmiş, təxminən bir saatdan sonra «Qəbələ» restoranında görüşmüşlər. Görüş zamanı Səfər ondan işin nə yerdə olduğunu soruşduqda, ona mütəmadi olaraq hüquqşünaslarla maraqlandığını və işin tez bir zamanda həll olunacağını bildirmişdir. Səfər acıqlı-acıqlı hamının yanında Niyəməddinə may ayından 135.000 (bir yüz otuz beş min) manat pul verdiyini, lakin bu günədək işin həll olunmadığını demişdir. Bu görüşdən təxminən üç-dörd gün sonra Səfər ona zəng vuraraq Niyəməddinin yoxa çıxdığınıdeyib, onun harada olduğunu soruşmuş, Səfərə Niyəməddindən xəbərsiz olduğunu söyləmişdir. Bundan sonra Səfər bir neçə dəfə ona zəng vuraraq 46.000 (qırx altı min) manat pulu ona geri qaytarmasını tələb etmiş, o da pulun X37 verildiyini, pulunu onlardan tələb etməyi demişdir. 2019-cu ilin noyabr ayının sonlarında Türkiyə Respublikasında olduğu vaxt Hacı İlham «whatsApp» proqramı vasitəsilə ona zəng vuraraq verilən 46.000 (qırx altı min) manatı başqa bir işə yatırdığını, Niyəməddinlə Calalın isə hazırda ona verilən pulu geri tələb etdiklərini söyləmiş və ona olan 50.000 (əlli min) manat borcunu geri istəmişdir ki, onların pulunu geri qaytarsın. Hacı İlhama Bakıya qayıtdıqda onun pulunu qaytaracağınıdemişdir. Türkiyədə olanda özünə məxsus mobil telefonu itirdiyivə Hacı İlhamın nömrəsini bilmədiyi üçün onunla əlaqə saxlaya bilməmiş, 2020-ci ilin mart ayında Bakıya qayıtdıqda «Zorgi» parkında təsadüfən Hacı İlhamla qarşılaşmışdır. Hacı X1, ona olan borcunu geri istəmiş, bundan başqa Zamiq adlışəxsin də Niyəməddini sıxışdırdığınıbildirmişdir. 2020-ci ilin avqust ayının sonlarında X28 qəsəbəsində görüşüb, ona olan 50.000 (əlli min) manat borcunuözünə geri qaytarmışdır. Tarixin barəsində olan cinayət işinin yüngülləşdirilməsi və ya onun azadlığa buraxılmasıüçün ona heç bir məbləğdə pul verilməmiş, bu işlərdə iştirak etməmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyiifadə elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxsonun doğma qardaşı, Şahid1vəŞahid2 isə doğma bacısı oğlanlarıdır. 01 may 2019-cu ildəBakı şəhəri Xətai Rayon Polis İdarəsinin adlarını bilmədiyi əməliyyat müvəkkilləri onu idarəyə dəvət etmiş, özünə məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı«Land Rover» markalı avtomobili iləidarəyə getmiş və orada ona Məhəmməd Məmmədzadənin onun külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat verdiyini bildirmiş və bu səbəbdən də onu həbs edərək Bakıİstintaq Təcridxanasına göndərmişlər. Bir müddət sonra ya qardaşı Səfər, ya da bacısı oğlanları Elşən və ya Vüsal onunla mobil telefon vasitəsilə danışarkən Niyaməddin adlı tanışlarının olduğunu, sonuncunun onun həbsdən azad olunmasına köməklik edəcəyini, eyni zamanda cərimə meydançasına yerləşdirilən ona məxsus avtomobilin götürülməsi üçün ona 4.000 (dörd min) manat pul verdiklərini bildirmişdir. O, çox əsəbiləşərək nə səbəbə avtomobilin cərimə meydançasından götürülməsi üçün pul alındığını soruşmuş və onun həbsdən azad edilməsi üçün heç bir kəsə pul vermək lazım olmadığını bildirmişdir. 29 may 2019-cu il tarixdə Təcridaxanada olduğu zaman Səfər, Vüsal və Təqsirləndirilən şəxs onunla görüşə gəlmiş və söhbət zamanı Niyəməddin ona demişdir ki, «sən artıq mənim qardaşımsan, narahat olma, sənin azad olunmağına mən köməklik edəcəyəm». O, Niyəməddinin kimin vasitəsilə ona köməklik edəcəyini bilməmiş, sonrakı dövrlərdə ona məlum olmuşdur ki, Səfərgil onun həbsdən azad olunmasıüçün Niyəməddinə hissə-hissə olaraq ümumilikdə 139.000 (bir yüz otuz doqquz min) manat pul vermiş və 2019-cu ilin noyabr ayından sonra Niyəməddin qeyd olunan məbləğdə pulları götürdükdən sonra gizlənmişdir. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən artıq Niyəməddin ortada olmamış, məhkəmə prosesində müəyyən olunmuşdur ki, ona əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilib, buna görə də onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək barəsində01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına dair 19 fevral 2020-ci il tarixdə hökm oxunmuş, 01 (bir) il cəza çəkdikdən sonra 30 aprel 2020-ci il tarixdə azadlığa buraxılmışdır. Niyəməddinin onun qohumlarından 139.000 (bir yüz otuz doqquz min) manat pulu alarkən kimə verəcəyi barədə heç bir məlumatı olmamışdır(cild 01, i.v. 69-71). Məhkəmədə Şahid8 ibtidai istintaq zamanı verdiyiifadə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, bir vaxtlar Bakışəhər prokuroluğunda işləmiş Samir Nəsirov onun dostudur, belə ki hər ikisi də Yevlax rayonundandırlar. Samir hazırda cəzaçəkmə müəssisəsindədir. Samir azadlıqda olduğu müddətdə onun Şahid7 adlı sürücüsü var idi. Sonradan Elnur «Azfen»şirkətinə sürücüişinə düzəlmişdi. Elnur həmin şirkətdə işlədiyi müddətdə Samirə sürücülük edir, avtomobilini yuduzdurur, ailə və bu kimi digər işlərini görürdü. Sonradan Elnurun vasitəsilə Təqsirləndirilən şəxs tanımış, bir neçə dəfə onunla görüşüb çörək yemişlər. Elnur onların görüşlərində iştirak etsə də, bəzi görüşlərdə yalnız Niyəməddinlə ikisi olmuşdur. Görüşlər zamanıƏhmədli qəsəbəsindəözünəməxsus torpaq sahəsini 20.000 (iyirmi min) manata satmaq istədiyini demişdir. 2020-ci ilin yanvar ayında Niyəməddin ona zəng vurub görüşmək istədiyini demiş, onu yaşadığı Xətai rayonu, «UPD» qəsəbəsinəçağırmışdır. Niyəməddin yaşadığı məhəlləyə gəlib, təcili olaraq 139.000 (bir yüz otuz doqquz min)manat pul verməli olduğunu deyib, pulun qarşılığında Əhmədli qəsəbəsindəki ona məxsus dörd sot torpaq sahəsini borclu olduğu şəxsin adına keçirməsini təklif etmiş, iki ay ərzində torpaq sahəsinin qarşılığında 200.000 (iki yüz min) manat pul verəcəyini bildirmişdir. Niyəməddindən nə baş verdiyini soruşduqda, demişdir ki, iş həll etmək adı ilə bir nəfərdən pul alıb və həmin pulu işin həll olunmasıüçün başqa bir şəxs verib, həmin şəxs də hazırda Rusiya Federasiyasındadır, buna görə də pis vəziyyətdə qalmışdır. Niyəməddinəonu həmin şəxslərlə görüşdürməyi demiş, Niyəməddinin avtomobili ilə birlikdəBakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Life Centre» ticarət mərkəzinin qarşısına getmişlər. Orada sonradan adlarınıöyrəndiyi Səfər, Elşən, Zamiq və Azər ilə görüşmüşlər. Görüş zamanı həmin şəxslərin deməyindən başa düşmüşdür ki, Niyəməddin Səfərin qardaşını həbsdən buraxdırmaq üçün onlardan 139.000 (bir yüz otuz doqquz min) manat pul almış, lakin işi həll edə bilməmişdir. Niyəməddinin pis vəziyyətdə olduğunu görüb, ona yazığı gəldiyi üçün Niyəməddini vəziyyətdən çıxarmaq məqsədilə, həmçinin Niyəməddin iki ay ərzində həmin torpaq sahəsinin qarşılığında ona 200.000 (iki yüz min) manat pul verəcəyini söylədiyi üçün həmin pulun qarşılığında özünə məxsus torpaq sahəsini onlara verməyə razı olmuşdur. Bir neçə gündən sonra o, Niyəməddin, Elşən və Azər Xətai rayonu ərazisində6 saylınotariat kontorunun qarşısında görüşmüşlər. Elşənlənotariat kontoruna daxil olub, orada özünə məxsus torpaq sahəsi barədə Elşənə etibarnamə vermişdir. Onda həmin torpaq sahəsinə dair Xətai Rayon İcra Hakimiyyətinin sərəncamı var idi. İki aydan sonra Niyəməddin 139.000 (bir yüz otuz doqquz min) manatı bir nəfər şəxsə verdiyini və həmin şəxsin hazırda Rusiya Federasiyasında olduğunu, hələ dəölkəyə geri qayıtmadığını və həmin şəxs Bakışəhərinə geri qayıtdıqda onun 200.000 (iki yüz min) manatımı verəcəyini bildirmişdir. 2020-ci ilin noyabr ayında Elşən ona zəng vuraraq torpaq sahəsinin artıq onlara lazım olmadığını və həmin torpağı geri qaytarmaq istədiyini bildirmiş, o da 6 saylınotariat kontoruna gedərək ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Niyəməddinin Samirə pul verməsi ilə bağlı heç bir məlumatı olmamış, lakin 2019-cu ilin yay fəslində, dəqiq xatırlamadığı vaxtda o, Niyəməddin, Elnur və Samir «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən, adını xatırlamadığı restoranda oturub çörək yeyən zaman Niyəməddin onların yanına gəlib Samirlə görüşmüş və onlar kənara çəkilib nədənsə söhbət etmişlər, sonra isə Niyəməddin çıxıb getmişdir. Bundan başqa zaman onları birlikdə görməmiş, lakin bildiyinə görə Niyəməddin mütəmadi olaraq Samirlə görüşürdü, çünki Niyəməddin onun yanında dəfələrlə mobil telefon vasitəsilə Samirlə əlaqə saxlamış, həmçinin özü Samirlə mütəmadi görüşdyünüetiraf etmişdir. (cild 02, i.v. 47-48). Məhkəmədə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki,2017-ci ildə Samir Nəsirovla təsadüfən tanış olmuş, aralarında dostluq münasibəti yarandıqdan sonra Samirin əvvəllər prokurorluq orqanlarında işlədiyini və işdən çıxarıldığını bilmişdir. 2019-cu ilin yay aylarında adətləri üzrə Samirlə Tbilisi prospektində yerləşən adını xatırlamadığıçayxanada görüşən zaman Samir ona Niyəməddin adlı dostu olduğunu və Niyəməddinin qardaşının narkotik vasitə istifadə etdiyinə görə polis tərəfindən tutulduğunu söyləmiş və ona köməklik etməkdə tanışlarının olub-olmadığını soruşmuş, o isə Samirə heç bir vəzifədə işləmədiyini və onun belə bir tanışının olmadığını, lakin hər ehtimala qarşı tanışlarından bu barədə maraqlanacağını söyləmişdir. Bundan sonra onlar sağollaşmış və o, çıxıb getmişdir. Həmin gündən sonra Samir dəfələrləözünə məxsus 055 ***-**-** mobil nömrədən ona zəng vurub məsələni maraqlanıb-maraqlanmadığını soruşmuş, o isə Samirə heç bir müsbət nəticə olmadığını bidirmişdir. Əvvəllər «TuranBank»ın Nəsimi rayonu filialında xəzinədar işlədiyindən «ƏmrahBank»ın Azadlıq prospektində yerləşən Azadlıq filialının kredit şöbəsində işləyən İlham Qasımovla dostluq münasibəti yaranmış və İlhamla tez-tez görüşmüşdür. İlham dindar, həmçinin Həcc ziyarətində olduğundan hamı ona Hacı İlham deyə müraciət etmişdir. Bir gün İlhamla çayxanada oturub çay içən zaman Samir adi qaydada onazəng vurub məlum məsələ ilə bağlımaraqlanıb-maraqlanmadığını soruşmuş, o isə Samirə yenə eyni cavabı vermişdir. Bu zaman İlham onun yanında olduğundan onun Samirlə olan söhbətini eşitmiş və ondan nə baş verdiyini soruşmuş, o da Samirin ona söylədiklərini İlhama danışmışdır. Bunu dedikdən sonra İlham ona yaxın bir tanışının olduğunu və həmin şəxsdən bu məsələ ilə bağlı maraqlanacağını bildirmişdir. Bir neçə gündən sonra İlham ona zəng vuraraq Niyəməddinlə görüşüb onu tanımaq istədiyini söyləmiş, o da Samirə zəng vurub ondan Niyəməddinin nömrəsini götürmüş və Niyəməddinə zəng vurub qardaşının məsələsi ilə bağlı bir nəfər şəxsin onunla görüşmək istədiyini söyləmiş, Niyəməddin də görüşə razı olmuşdur. Bundan sonra onlar Niyəməddinin təyin etdiyi yerə uyğun olaraq «Atatürk parkı»nda yerləşən çayxanada görüşmüşdürlər. Görüşəİlhamla birlikdə sonradan adınıöyrəndiyi Elçin adlışəxs də gəlmiş, İlham Elçini ona dostu kimi təqdim etmişdir. Görüş zamanı Niyəməddin Xətai Rayon Polis İdarəsindəəməliyyatçı işlədiyini, Tarix adlı qardaşının narkotik vasitələrin qanunsuz istifadəsindəşübhəli bilinərək polis tərəfindən tutulduğunu, buna görə də anasının günlərdir gözü yaşlı qaldığını söyləmiş və Tarixin işinin yüngülləşməsində ona hər hansı bir yolla kömək etmələrini xahiş etmişdir. O vəİlham Niyəməddindən polisdə işlədiyi təqdirdə nəüçün qardaşına özünün kömək edə bilmədiyini soruşmuş, Niyəməddin isə polisdə işlədiyi üçün bu işə qol qoya bilmədiyini söyləmiş, onlar da Niyəməddinə bu barədə artıq sual verməmişdirlər. Söhbət əsnasında Niyəməddin böyük qardaşı Hacıyla əlaqə saxlamaq istədiyini bildirmiş və mobil telefon vasitəsilə kiməsə zəng vurub «Qardaş narahat olma, bir-iki nəfərlə görüşmüşəm. Görək kimin əlindən nə gəlir. Sonra sənə xəbər edəcəyəm» sözlərini demişdir. İlham Niyəməddinə tanışlarından bu məsələ ilə bağlı maraqlanacağını söyləmiş və onlar sağollaşıb getmişdirlər. Görüşün sonunda Niyəməddinləİlham bir-birilərinin əlaqə nömrələrini götürmüşdürlər. Təxminən bir həftədən sonra İlham ona zəng vuraraq görüşmək istədiyini söyləmiş və onlar həmişəki qaydada Tbilisi prospektində yerləşən çayxanada görüşmüşdürlər. Görüş zamanıİlham ona bir nəfər tanışı ilə həmin məsələ ilə bağlı maraqlandığını və həmin şəxsin 60.000 (altmış min) manat qarşılığında bu işi həll edə biləcəyini, bu barədə artıq Niyəməddinlə danışdığını söyləmiş, lakin həmin şəxsin kim olduğunu və hansı vəzifədə işlədiyini ona deməmişdir. Bu zaman o, İlhamın yanında Niyəməddinə zəng vurub məsələnin nə yerdə olduğunu soruşmuş, Niyəməddin də ona artıq İlhamla danışdığını vəİlahamın vasitəsilə bu işi 60.000 (altmış min) manata həll edəcəklərini bildirmiş, o isə Niyəməddinə daha onu bu işə qarışdırmamasını və məsələni İlhamla aralarında həll etmələrini söyləmiş, sonradan Niyəməddinin İlhama pul verib-verməməsi barədə heç bir məlumatı olmamışdır. Təxminən on-on beş gündən sonra İlham yenidən ona zəng vuraraq görüşmək istədiyini söyləmiş və onlar yenidən eyni yerdə görüşmüşdürlər. Görüş zamanıİlham ona Niyəməddinin dələduz olduğunu söyləmiş, o isəİlhamdan nəüçün belə dediyini sorudşuqda, İlham ona Niyəməddindən 60.000 (altmış min) manat pul aldığını, lakin Niyəməddinin sonradan ona zəng vuraraq məsələni başqa şəxsin əli ilə həll etdiyini söylədiyini və verdiyi pulu geri istədiyini bildirmişdir. Bu zaman o, Niyəməddinə zəng vurub İlhamın dediklərinin həqiqət olub-olmadığını soruşmuş, Niyəməddin dəİlhamın dediklərini təsdiqləyib məsələni başqa şəxsin vasitəsilə həll etdiyini, buna görə dəİlhamdan pulu geri istədiyini söyləmiş və bundan əlavə artıq İlhamla danışdığını və sabah pulun qaytarılacağı barədəİlhamla razılığa gəldiklərini bildirmişdir. O, İlhama bunun daha yaxşı olduğunu və Niyəməddinin pulunu qaytarmasını söyləmiş, İlham da ona sabah günün birinci yarısı Niyəməddinin pulunu qaytaracağını bildirmiş və onlar sağollaşmışdır. Səhəri gün o, İlhama zəng vurub pulu qaytarıb-qaytarmadığını soruşduqda, İlham ona Niyəməddinin pulunu qaytardığını bildirmiş, bunun ardınca o, Niyəməddinə zəng vurub İlhamın ona pulu qaytarıbqaytarmadığını soruşmuş, Niyəməddin isə ona İlhamın ona 59.000 (əlli doqquz min) manat pul qaytardığını və 1.000 (bir min) manat borcu qaldığını söyləmişdir. O, nəüçün İlhamın 1.000 (bir min) manat borclu qaldığını soruşduqda, Niyəməddin ona söyləmişdir ki, «Narahat olma. Bu Həciylə mənim aramda olan məsələdir. Mən həmin pulu üç-beş günə Həcidən alacağam». Bundan sonra o, yenidən İlhama zəng vurub nəüçün Niyəməddinə 1.000 (bir min) manat borclu qaldığını soruşmuş, İlham da ona həmin pulu bir neçə günə qaytaracağını bildirmişdir. Təxminən on gündən sonra o, Niyəməddinə zəng vuraraq 1.000 (bir min) manat pulu İlhamdan alıb-almadığını soruşmuş, Niyəməddin də ona həmin 1.000 (bir min) manat pulu lhamdan aldığını vəİlhamın ona heç bir borcu qalmadığını söyləmişdir. Həmin danışıq zamanıNiyəməddindən qardaşı Tarixin məsələsinin nə yerdə olduğunu soruşduqda, Niyəməddin ona qardaşının işini artıq başqa bir şəxsin vasitəsilə həll etdiyini söyləmişdir. Təxminən yeddi-səkkiz gündən sonra İlhamla «Atatürk parkı»nda yerləşən çayxanada görüşmüş, görüş zamanıİlham ona Tarixin Niyəməddinin qardaşı, ümumiyyətlə həmin ailə ilə heç bir əlaqəsi olmadığını, Tarixin qardaşının Səfər olduğunu, Səfərgilin Naxçıvanlı, Niyəməddinin isə başqa bir bölgədən olduğunu söyləmiş, bundan başqa Niyəməddinə olan 1.000 (bir min) manat borcunu da geri qaytardığını bildirmişdir. O, İlhamdan bu məlumatları haradan öyrəndiyini soruşduqda, İlham ona bunlarıöz tanışları vasitəsiləöyrəndiyini bildirmişdir. Həmin vaxt o, dəqiqləşdirmək üçün yenidən Niyəməddinə zəng vurub İlhamın ona borcu olub-olmadığını soruşmuş, Niyəməddin isəİlhamın ona heç bir borcu qalmadığını, İlhamın 60.000 (altmış min) manatın hamısını ona qaytardığını bildirmişdir. Həmin danışıq zamanıİlham onların telefon danışığına müdaxilə edərək Niyəməddindən nəüçün Tarixi yalandan öz qardaşı kimi qələmə verdiyini soruşmuş, Niyəməddin isə söyləmişdir ki, «Nə fərqi var. Tarix mənə elə qardaş kimidir». 2020-ci ilin sentyabr-oktyabr aylarında Niyəməddin ona zəng vuraraq ondan 2.300 (iki min üç yüz) ABŞ dolları borc istəmiş, o isə təxminən bir həftədən sonra Tbilisi prospektində yerləşən çayxanada Niyəməddinə 2.300 (iki min üç yüz) dollar borc vermiş, Niyəməddin dəon-on beş günə borcunu qaytaracağını söyləmişdir. Bundan təxminən on gün sonra Niyəməddin yenidən ona zəng vuraraq anasının xəstə olduğunu söyləyib ondan əlavə olaraq 2.000 (iki min) manat borc pul istəmiş vəon-on beş gün ərzində borcun hamısını birlikdə qaytaracağını bildirmişdir. Səhəri gün Niyəməddinlə yaşadığı binanın qarşısında görüşüb ona 1.200 (bir min iki yüz) manat pul vermiş, qalan 800 (səkkiz yüz) manatı da sabah tapıb verəcəyini söyləmişdir. Səhəri gün Niyəməddin ona zəng vuraraq pulu tapıbtapmadığını soruşmuş, o da Niyəməddinə pulu düzəltdiyini söyləmişdir. Niyəməddin ondan harada olduğunu soruşduqda, o, Niyəməddinə Tbilisi prospektindəki çayxanaya getdiyini və hazırda yolda olduğunu söyləmiş, Niyəməddin də ona Nara adlı bir qızın ona məxsus avtomobillə gəlib 800 (səkkiz yüz) manatı ondan götürəcəyini söyləmişdir. O, Tbilisi prospektində dayanıb Naranı gözləyən zaman Niyəməddin ona 050979-00-06 mobil nömrəni verib, həmin nömrənin Naraya məxsus olduğunu və zəng edib Nara iləəlaqə saxlamasını söyləmişdir. O, həmin nömrəyləəlaqə saxlayıb yolun kənarında onunla görüşmüş, həmin qız Niyaməddinə məxsus markasını xatırlamadığı ağ rəngli avtomobillə gəlmişdir. Xatırladığına görə avtomobilin dövlət qeydiyyat nişanı ya «960», ya da «961» olmuşdur. O, avtomobiləəyləşmədən pəncərədən 800 (səkkiz yüz) manat pulu həmin qıza vermiş və Niyəməddinə zəng edərək pulu verdiyini söyləmiş, həmin qız da onun mobil telefonu vasitəsilə Niyəməddinə pulu götürdüyünü bildirmiş və Niyəməddinə Niyam deyə müraciət etmişdir. Bir həftədən sonra o, Niyəməddinə zəng vuraraq borcunu geri qaytarmasını tələb etmiş, Niyəməddin də yaxın müddətdə pulunu qaytaracağını söyləmişdir. Bundan sonra o, dəfələrlə Niyəməddinə zəng vurub pulunu geri qaytarmasını tələb etdikdə, Niyəməddin hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və sonradan ona məlum olmuşdur ki, Niyəməddin həbs olunub. İlham səhhəti iləəlaqədar tez-tez Türkiyəyə gedib-gəldiyindən bəzən onunla əlaqə saxlaya bilməmişdir. İlhamla sonuncu dəfə 2020-ci ilin noyabr ayının sonlarında görüşmüş, həmin görüş zamanıİlham yaxın günlərdə Türkiyəyə gedəcəyini bildirmişdir. Sonradan İlhama məxsus 051 ***-**-** mobil nömrəyə dəfələrlə zəng eləsə də, onun mobil nömrəsinə zəng çatmamış, sonradan ona məlum olmuşdur ki, İlham 2020-ci ilin dekabr ayında vəfat etmişdir(cild 02, i.v. 130-135). Bundan başqa işmateriallarındakıAzərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 26.11.2020-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 117-125). İşmateriallarındakıAzərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 27.11.2020-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 126-131). İş materiallarındakı Azərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 25.12.2020-ci il tarixli protokolundan məlum olur ki, telefon danışıq məlumatlarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 050 ***-**-** mobil nömrəsi 08.05.1974-cü il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan Şahid13 (ŞV: AZE0*******) məxsusdur və 25.10.2020-ci ildən etibarən aktiv deyildir. Həmin nömrədən 2019-cu ilin noyabr ayında dəfələrlə Zərərçəkmiş şəxs istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsinə və Şahid6 istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsinə uzun müddətli zənglər daxil olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs istifadə etdiyi 050222-53-52 mobil telefon nömrəsindən 15.11.2019-cu il tarixdən 21.11.2019-cu il tarixə qədər Şahid13 istifadə etdiyi 050212-05-18 mobil telefon nömrəsinə, 29.05.2019-cu il tarixdən 26.05.2019-cu il tarixinə qədər Təqsirləndirilən şəxs istifadə etdiyi 055255-55-08 mobil telefon nömrəsinə dəfələrlə zəng daxil olmuş və uzun müddətli danışıqlar olmuşdur. Əlavə olaraq müəyyən edildi ki, Şahid1 istifadə etdiyi 050574-76-71 mobil telefon nömrəsindən 14.06.2019-cu il tarixdən 31.12.2019-cu il tarixinə qədər Təqsirləndirilən şəxs istifadə etdiyi 055255-55-08 mobil telefon nömrəsinə dəfələrlə uzun müddətli zənglər daxil olmuşdur; disk protokola əlavə edilmişdir (cild 01, i.v. 162-163). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin 06.01.2021-ci il tarixli ***-**** nömrəli məktubundan məlum olur ki, İdarənin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu olunan «Toyota Land-Gruiser- Prado» markalı, ağ mirvari rəngli, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.03.2018ci il tarixdən ünvan 9 ünvanında qeydiyyatda olan 27.12.1982-ci il təvəllüdlü X9 adında qeydiyyatdadır (cild 01, i.v. 167-168). İş materiallarındakıBakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2020 nömrəli 19.02.2020-ci il tarixli hökmünün surətindən məlum olur ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, i.v. 181-195). İş materiallarındakı Azərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun19.01.2021-ci il tarixli protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:45-də Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdəşübhəli şəxs qismindətutulmuşdur (cild 01, i.v. 196-197). İş materiallarındakı Azərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 21.01.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 01, i.v. 226-227). İş materiallarındakı Bakışəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-22/2021 nömrəli 21.01.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 249-253). İş materiallarındakı Azərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 25.01.2021-ci il tarixli protokolundan məlum olur ki, telefon danışıq məlumatlarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 055 ***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsi və Şahid13 istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsinə 2019-cu il ərzində dəfələrlə qarşılıqlı zənglər edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Şahid7 istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsinə 26.09.2019-cu il tarixdə, saat 09:08-də zəng etmiş, bundan sonra həmin tarixdə müxtəlif saatlarda və müxtəlif tarixlərdə dəfələrlə aralarında telefon danışıqları olmuşdur; disk protokola əlavə edilmişdir (cild 01, i.v. 259-260). İş materiallarındakı Azərbaycan RespublikasıBaş Prokurorluğu Bakı şəhəri Xətai Rayon Prokurorluğunun08.02.2021-ci il tarixli protokolundan məlum olur ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə istintaq edilən hissədə xitam verilmişdir(cild 01, i.v. 287-289). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün surətindən məlum olur ki, X5 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-131/2018 nömrəli, 25.06.2018ci il tarixli hökmüiləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 5.000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 26.04.2018-ci il tarixdən 27.04.2018-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu nəzərə alınaraq həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş 5.000 (beş min) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək 4.500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilmişdir (cild 01, i.v. 153-154; cild 02, i.v. 17-25). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindənməhkəməyə daxil olmuş 27.12.2021-ci il tarixli 21-1/3-12864 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə məhkum olunduğu 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzası Füzuli Rayon Məhkəməsinin 7(064)-19/2020 nömrəli 31.08.2020-ci il tarixli qərarına əsasən aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay islah işləri cəzası ilə əvəz edilmişdir. Sözügedən qərar hazırda Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon İcra və Probasiya Şöbəsinin «Amnistiya aktının tətbiq edilməsi barədə 29.12.2021-ci il tarixli Qərardan məlum olur ki, «8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Məmmədzadə (Mamedov) Niyəməddin Məmməd oğlu cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin19.02.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Şahid7 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 33-39). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin 23.02.2021-ci il tarixli 016-20869-1221 nömrəli məktubundan məlum olur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadzadə küçəsində yerləşən 20 saylı müvəqqəti avtomobil dayanacağının qeydiyyat kitabında «Land-Rover» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə heç bir məlumat aşkarlanmamışdır (cild 02, i.v. 79). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin05.03.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Şahid13 arasında keçirilmişüzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər (cild 02, i.v. 117-124). İş materiallarındakı Füzuli Rayon İcra Hakimiyyəti Böyük Bəhmənli Kəndi üzrə Nümayəndəsinin 559 nömrəli 12.03.2021-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs həqiqətən Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatdadır (cild 02, i.v. 127). İş materiallarındakı Füzuli Rayon İcra Hakimiyyəti Böyük Bəhmənli Kəndi üzrə Nümayəndəsinin xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir (cild 02, i.v. 128). İş materiallarındakı Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin18.03.2021-ci il tarixli protokolundan məlum olur ki, sənədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrə ilə Şahid13 istifadəsində olan 050 ***-**-** mobil nömrə arasında 26.09.2019-cu il tarixdən 05.12.2019-cu il tarixədək qısa vaxt kəsiyi ilə müxtəlif vaxtlarda ümumilikdə səksən iki telefon zənginin, 055 ***-**-** mobil nömrə ilə isə səksən telefon zənginin, bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan 055255-55-08 mobil nömrə ilə Şahid9 istifadəsində olan 050221-88-01 mobil nömrə arasında 04.09.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək qısa vaxt kəsiyi ilə müxtəlif vaxtlarda ümumilikdə xeyli sayda telefon zənginin; həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 055255-55-08 mobil nömrə ilə İlham Qasımovun istifadəsində olan 051 ***-**-** mobil nömrə arasında 23.09.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək beş telefon zənginin qeydə alındığı müəyyən edildi (cild 02, i.v. 143). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin05.04.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır (cild 02, i.v. 167-171). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 06.04.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır(cild 02, i.v. 172-175). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 06.04.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Şahid13 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdikləri ifadələrin bir qismini bir-birinin üzünə qarşı bildirmişlər, lakin Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində Şahid13 ümumilikdə 135.000 (bir yüz otuz beş min) manat pul verdiyini bildirsə də, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid13 ilk dəfə«Nərimanov» metrosunun yanındakı parkda 50.000 (əlli min) manat və 24.08.2019-cu il tarixdə Eksperimental Xəstəxanasının qarşısında 10.000 (on min) manat pul verməsi faktlarını təkzib etmiş, 60.000 (altmış min) manat pulu Tbilisi prospektində Şahid9 verdiyini bildirmişdir(cild 02, i.v. 180-188). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 07.04.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Şahid9 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid9 Təqsirləndirilən şəxs ilə ilk dəfə 2019-cu ilin sentyabr ayının əvvəllərində «Atatürk» parkında Şahid13, İlham Qasımov və Samir Nəsirovun iştirakı ilə görüşdüyünü, üç-dörd gün sonra İlhamın deməsinəəsasən Niyəməddindən 60.000 (altmış min) manat pul alıb, həmin puldan ilk öncə 46.000 (qırx altı min) manatı, daha sonra isə 4.000 (dörd min) manatıİlhama verdiyini, 2019-cu ilin sentyabr ayının sonlarında Niyəməddin pulunu geri tələb etdiyindən özündə olan 10.000 (on min) manatı vəəlavə olaraq 1.000 (bir min) manatı hissə-hissə Niyəməddinə qaytardığını, bildiyinə görə isəİlhamın da Niyəməddinə 50.000 (əlli min) manatı qaytardığını bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid9lə ilk dəfə 2019-cu ilin iyul ayında sonuncunun işlədiyi Azərbaycan Sənaye Koorperasiyasında Samir Nəsirovun iştirakı ilə görüşdüyünü və həmin ayda Calalın ofisində Samirin iştirakı ilə ona 60.000 (altmış min) manat pul verdiyini, sonradan 2019-cu ilin sentyabr ayında həmin pulu Calaldan tələb etdikdə Calalın onu «Atatürk» parkında İlham və Elçinlə görüşdüyünü, görüş baş tutduqdan sonra həmin gün Elçinin ona zəng vuraraq pulun onda olmasını etiraf etdiyini bildirmişdir(cild 02, i.v. 189-198). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 07.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından məlum olur ki, "xxxx"MMC-dən 19.01.2021-ci il tarixli, BKC/LGL-454/21 nömrəli məktubladaxilolmuşvə iş materiallarına əlavə edilmişbirədəd CD disksübut əhəmiyyəti daşıdığıüçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 02, i.v. 201-229). İşmateriallarındakıAzərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 08.04.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 231-233). Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə daxil olmuş maddi-mənəvi zərərin ödənilməsi barədə 04.05.2021-ci il tarixli iddia ərizəsindən məlum olur ki,cavabdeh Təqsirləndirilən şəxs 135.000 (bir yüz otuz beş min) manat maddi, 100.000 (bir yüz min) manat mənəvi olmaqla, cəmi 235.000 (iki yüz otuz beş min) manat miqdarında pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməmövcudsübutlaraqiymətverərəkhesab edir ki, Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununlada onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hər tərəfli araşdırılmış zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətinin aparılması haqqında protokollar, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin məhkəmənin hökmündə mülki iddianın həllindən bəhs edən 354cü maddəsində göstərilir ki, «məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi 135.000 (bir yüz otuz beş min) manat maddi, 100.000 (bir yüz min) manat mənəvi olmaqla, cəmi 235.000 (iki yüz otuz beş min) manat miqdarında mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin məzmunu yuxarıda göstərilən 180.3-cü maddəsində nəzərdə tutulan hüququ izah olunmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012- ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və ya vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1- ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3- cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutlduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəzaçəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət dədaxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 19 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin344-347, 349, 351-353, 356, 358 və 384 -385- ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı)Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi 135.000 (bir yüz otuz beş min) manat maddi, 100.000 (bir yüz min) manat mənəvi olmaqla, cəmi 235.000 (iki yüz otuz beş min) manat miqdarında mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin məzmunu yuxarıda göstərilən 180.3-cü maddəsində nəzərdə tutulan hüququ izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş "xxxx"MMC-dən daxil olmuş bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Məmməd oğluna hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-99/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver