Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2023 20.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Şamaxı şəhəri, X6 küçəsi, ev 19-da qeydiyyatda olub, ünvan 1-də kirayə yaşamış, Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, başqa mənbədən külli miqdarda, yəni təmiz çəkisi 4,762 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,67 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,771 qram narkotik vasitə heroin, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,08 qram olan, üzərində “F/M40” yazısı həkk olunmuş 27 ədəd narkotik vasitə metadon həbləri və tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,05 qram təşkil edən, “Alyse 150” markalanma göstəricili 27 ədəd güclü təsir edən preqabalin həbləri satış məqsədilə qanunsuz olaraq əldə edib kirayə yaşadığı ünvan 1 ünvanına daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı mənzildə saxlamış, 04 oktyabr 2021-ci il tarixdə satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin bir bükümdə 0,569 qram hissəsini tanışı Şahid1, psixotrop maddə metamfetaminin isə bir bükümdə 0,619 qram hissəsini tanışı Şahid2 pul müqabilində satmış və o, 05 oktyabr 2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri Nəsimi rayonu Xəqani küçəsində, yaşadığı binanın yaxınlığında özünü şübhəli apardığından DİN-in X2 üzrə X7 əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİnin 22-ci Polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən onun əlindəki pul qabının içərisindən satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin 1 bükümdə 0,062 qram hissəsi, 1 bükümdə psixotrop maddə metamfetaminin 0,041 qram hissəsi, 1 ədəd konvalyutda preqabalinin ümumi təsiredici maddəsinin miqdarı 1,95 qram olan 13 ədəd preqabalin həbləri, 1 ədəd konvalyutda metadonun ümumi təsiredici maddəsinin miqdarı 0,4 qram olan 10 ədəd metadon həbləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq onun kirayə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin qonaq otağındakı stolun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,056 qram, 0,055 qram, 0,181 qram, 0,208 qram, 0,382 qram, 0,360 qram, 0,293 qram, 0,566 qram, 1,003 qram, 0,453 qram olmaqla ümumi təmiz çəkisi 4,102 qram təşkil edən 12 bükümdə psixotrop maddə metamfetamin, ayrı-ayrı konvalyutlarda 10 ədəd, 6 ədəd və 1 ədəd olmaqla, ümumilikdə 17 ədəd, metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,68 qram təşkil edən, üzərində F/M40 yazısı həkk olunmuş “Metadone 40” markalanma göstəricili narkotik vasitə metadon həbləri, 14 ədəd preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 2,10 qram təşkil edən, üzərində “Alyse 150” markalanma göstəricisi olan güclü təsir edən preqabalin həbləri, narkotik vasitə heroinin ümumi çəkisi 0,140 qram olmaqla hər birinin içərisində 0,2 ml və 0,5 ml həcmində tünd qəhvəyi rəngli maye halında heroin məhlulu olan 02 ədəd şprislər, ayrı-ayrılıqda çəkiləri 0,32 qram, 0,26 qram və 0,09 qram olmaqla ümumi təmiz çəkisi 0,67 qram təşkil edən 3 bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan əməlləri törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, himayəsində iki azyaşlı uşağı vardır. Uşaqları atasından ayrı onunla yaşayırlar. Uşaqlara ataları baxmır və yardım etmir. Onlara özündən başqa baxan yoxdur. Özü də xəstədir, narkotik vasitələrin aludəçisidir. Heç yerdə işləmir. Maddi çətinlikləri olduğundan bir-iki dəfə məcbur olub narkotik vasitə və psixotrop maddə satmışdır. Narkotik vasitələri internetdə tanış olduğu ona özünü iranlı kimi təqdim edən Amid adlı şəxsdən almışdır. Amid narkotik vasitələr satışı ilə məşğul olduğunu, onun malını satacağı halda ona da xeyir verəcəyini dedi. O da maddi imkansızlıqdan onunla razılaşmışdır və bir-iki dəfə Amidin müxtəlif ərazilərə qoyduğu narkotik vasitə psixotrop maddələri, dərman preparatlarını götürüb yaxın tanışlarına satıb pulu onun kart hesabına göndərmişdir. Ona bu işdə tanışı Ceyhun kömək etmişdir. Ceyhunla birlikdə Amidin malları qoyduğu yerlərdən götürüb tanışları Nicata, Anara sataraq əldə etdiyi gəliri Amidin kart hesabına köçürürmüşdür. Amid də ona özünün istifadəsi üçün narkotik vasitə və psixotrop maddə vermişdir, lakin heç vaxt pul verməmişdir. 03 oktyabr 2021-ci il tarixdə Amid ona zəng vuraraq Binə qəsəbəsində yol kənarında satış üçün narkotik vasitə, psixotrop maddə və dərman preparatları qoyduğunu, götürüb sataraq pulunu göndərməyi tapşırdı. O da Ceyhunla əlaqə saxlayıb onunla birlikdə Binə qəsəbəsinə gedib Amidin dediyi yerdən selofan torbada olan həmin maddələri götürüb yaşadığı evə gətirib bir qismini yaşadığı evdə, bir qismini isə üzərində götürmüşdür. 04 oktyabr 2021-ci il tarixdə tanışı Anar yaşamağa evi olmadığı üçün müvəqqəti olaraq onun kirayə yaşadığı evə gəldi. Anar evdə ondan on beş manatlıq metamfetamin aldı və özündə marixuana olduğunu, onu da metamfetaminlə dəyişmək istədiyini dedi. O da Anara evində qalır deyə nə vaxt lazım olarsa dəyişə bildiyini demişdir. 04 oktyabr 2021-ci il tarixdə o, Nigar adlı rəfiqəsinə zəng edib onun üçün yemək hazırlayıb gətirməsini xahiş edib özü də təxminən saat 23:15 radələrində bəzi şeyləri almaq üçün şəhərə çıxıb təqribən on beş dəqiqə sonra evə qayıdanda Nigar və Nigarın əri Nicatın onun kirayə yaşadığı evdə olduqlarını görmüşdür. Nicat nisyə iyirmi manatlıq heroin istəyib pulunu sonra verəcəyini dedi. O da etiraz etməmiş və Amidin ona göndərdiyi heroinin qalan hissəsini nisyə Nicata satmışdır. Bundan sonra o, şirniyyat almaq üçün Nicatla birlikdə evdən çıxmışdır. Onları çöldə polislər saxlayıb narkotik satmaqda şübhəli olduqlarını bildirib polis şöbəsinə apardılar. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir bükümdə metamfetamin, bir bükümdə heroin, metadon və preqabalin həbləri aşkar edildi. Bundan sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirdi. Mənzildən də narkotik vasitələr, psixotrop maddələr, güclü təsiredicilər və tərəzilər aşkar edilərək götürüldü. Mənzilə baxışdan sonra Anarı və Nigarı polis əməkdaşları özləri ilə polis şöbəsinə apardılar. Onun üzərindən və yaşadığı evdən aşkar edilmiş maddələr ona məxsusdur. O, həmin maddələrin bir hissəsini Anara və Nicata satmışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində iki kiçik uşağı vardır. Baxanı yoxdur. Onlara baxa bilən anası da başından əməliyyət olunub. İndi baxan yoxdur. Uşaqları nəzərə alıb onu buraxmağı xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs, yoldaşı Şahid3 vasitəsi ilə tanıyır. 04 oktyabr 2021-ci il tarixdə yoldaşı Nigarla birlikdə Nərminin yaşadığı Nəsimi rayonu, Xəqani küçəsi 65, mənzil 21 ünvanına getmişlər. X9 adlı dostu da vardı. O, evə daxil olandan bir müddət sonra, artıq oktyabr ayının 5-nə keçmişdi, Nərmin dedi ki, “dükana gedib siqaret və şirniyyat alıb gələk”. O da onunla birlikdə blokdan çıxaraq gedərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları Nəsimi RPİ-nin 22-ci şöbəyə dəvət etdilər. O da Nərmin ilə birlikdə şöbəyə getmişdir. Şöbədə təhqiqatçı müdafiəçi dəvət etdi və mütəxəssisin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən Nərmindən aldığı 01 ədəd büküm aşkar edildi. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotik vasitə və psixotrop maddə qəbul etmədiyi təqdirdə ağrıları yaranır. 05 oktyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Nəsimi RPİ-nin 22ci PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən Nərmindən aldığı 01 bükümdə heroin aşkar edilmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, narkotik vasitələrdən, eləcə də psixiotrop maddə metamfetamindən istifadə edir. 01 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata iki kibrit qutuda marixuana və bir ədəd “Alyse ” adlı dərman istifadə etmək üçün üzərində saxlamışdır. 03 oktyabr 2021-ci il tarixdə qalmağa yeri olmadığı üçün tanışı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən mənzilinə getmişdir. Həmin ünvanda olarkən Nərmindən on beş manata bir bükümdə metamfetamin almışdır. O, Nərminə üzərində olan marixuananı metamfetaminlə dəyişməyi təklif etmişdir. Nərmin də dedi ki, hələlik onun evində qalır, lazım olanda dəyişər. Həmin gecəni Nərminin evində gecələmişdir. 04 oktyabr 2021-ci il tarixdə axşam saatlarında həmin evə əvvəllər bir neçə dəfə gördüyü Nərminin Nigar adlı rəfiqəsi və Nigarın qeyri rəsmi münasibətdə olduğu Nicat adlı şəxs də oraya gəldilər. Bir müddət keçəndən sonra Nərminlə Nicat mağazaya getdilər. Az sonra həmin evə polis əməkdaşları gəldilər və Nərminin icazəsi ilə evə daxil oldular. Onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək polis şöbəsinə gətirmişlər. Şöbəyə vəkil dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunub üstündə ola biləcək qanunsuz əşyaları təqdim etməyi təklif etdilər. O da əynindəki paltonun cibindən iki ədəd kibrit qutusunda olan marixuananı, bir ədəd selofana bükülmüş, metamfetamini və “Alyse ” adlı dərman kapsulunu masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış keçirildi, lakin hər hansı bir əşya aşkar edilməmişdir. O, üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda olan marixuananı, bir bükümdə olan metamfetamini və bir ədəd “Alyse ” adlı dərman kapsulunu təqdim edib özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. İfadələrinə başqa əlavələri yoxdur. Şahid6 ifadələrində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə gecə radələrində DİN-nin DNM-dən daxil olmuş raport əsasında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs PŞ-yə təqdim olunmuş və üzərində narkotik vasitə olması ehtimal olunduğundan şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Şöbənin sahə rəisi Şahid7 və Nəsimi RPİ-nin İTŞ-nin YYÇ PİTB-nin inspektrou Şahid8 da iştirakı ilə təhqiqatçı tərəfindən şəxsin üzərinə axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi pul qabından iki ABŞ dolları, iyirmi dörd manat, “Samsung” markalı mobil telefon, bir ədəd Beynəlxalq banka məxsus kart və bir ədəd Kapital banka məxsus bank kartı, «Umico» pul kartı, şəxsiyyət vəsiqəsi, bir konvolutda “ALYSE ” 150 mq-lıq 13 ədəd həb, bir konvolutda “Metodone” 40 mqlıq 10 ədəd həb, şəffaf sellofana bükülmüş bir ədəd krital hissəciklərdən ibarət metamfetamin, bir bükümdə heroin aşkar edildi. Nərmindən həmin narkotik vasitələri haradan əldə etməsini soruşduqda o, həmin dərman və narkotik vasitələri İran vətəndaşı Amid adlı şəxsdən Ceyhun adlı şəxsin vasitəsilə aldığını bildirdi. Bundan sonra Nərminin razılığı və iştirakı ilə onun yaşadığı ünvan 3 ünvanda axtarış və baxış keçirildi. Nərmin özü yaşadığı mənzildə qanunsuz maddələr olduğunu bildirdi. Mənzilə baxış keçirilərkən Şahid2 və Şahid3 da orada idilər. Nərminin vəkili də axtarışda iştirak edirdi. Axtarış keçirilən mənzilin yataq otağındakı masa üzərindən və dolabdan on iki bükümdə ayrı-ayrılıqda çəkilərdə psixotrop maddə metamfetamin, üzərində “Metadone 40” göstəricisi olan on yeddi ədəd dərman preparatı, “ALYSE 150” markalanma göstəricisi olan on dörd ədəd kapsulda dərman preparatlar və iki ədəd 1 mm-llik şprislərdə maye heroin məhlulu, heroin bükümü və marixuana, elektron tərəzilər aşkar edildi və götürüldü. Bundan başqa həmin otaqda masa üzərindən çoxsaylı mobil telefonlar aşkar edilərək götürüldü. İfadlərinə başqa əlavəsi yoxdur. Şahidlər Şahid7 və Şahid8 Şahid6 ifadəsinə uyğun məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 istintaq zamanı ifadələrində göstərmişdir ki, DİN-in X1 X7 Nəsimi rayonu ərazisi üzrə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. 04 oktyabr 2021-ci il tarixdən etibarən Bakı şəhəri Nəsimi rayonu ərazisində yerlən “Çin” səfirliyinin ərazisinin mühafizəsi naryadına təyin olunmuşdur. Həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu Xəqani küçəsində polis serjantı Şahid5 ilə patrul naryadında olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində iki nəfər şəxsin həmin ərazidə şübhəli hərəkət etdiklərini və qanunsuz olaraq narkotik vasitə dövriyyəsində şübhəli olduğunu görmüşdür. Bu zaman həmin şəxsləri müşahidə edərək onların arxası ilə düşmüşlər. Həmin şəxslər hazırda xatırlamadığı avtomobildən düşərək ünvan 4 ünvanında yerləşən mənzilə girmişdirlər. Bir qədər onları gözlədikdən sonra həmin gün saat 01 radələrində avtomobilə minmək istədikdə onları saxlamışlar və üzərlərində qanunsuz olaraq hər hansı əşya olub-olmadığını müəyyən etmək üçün taksi sürücüsü İlqar Süleymanlını, habelə iki nəfər şəxs, Təqsirləndirilən şəxs və Şahid1 Nəsimi RPİ-nin 22-ci PŞ-yə təhvil vermişdirlər. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxslərin üzərinə və mənzilinə baxış keçirilmiş və baxış zamanı üzərlərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, arabir metadon adlı güclü təsiredici dərmandan istifadə edir, əvvəllər isə “şüşə” adlanan psixotrop maddədən istifadə etmişdir. Təqsirləndirilən şəxs onun rəfiqəsidir. Təxminən 10 il olar ki, onu tanıyır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə, yəni, saat 01 radələrində Nərmin ona zəng edərək, xəstə olduğunu bildirib yanına gəlməyini xahiş etmişdir. Bu səbəblə Şahid1lə birlikdə həmin vaxt Nərminin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 65, mənzil 21 ünvanına getmişdir. Həmin evdə rəfiqəsi Nərminin tanışı olan Anar adlı şəxsin olduğunu da görmüşdür. Anar adlı şəxs bundan əvvəl bir neçə dəfə də Nərminin evində görmüşdür. Həmin evdə olarkən, Nərmin ondan körpə uşağını saxlamağını xahiş etmiş və o da bu səbəblə evin mətbəxində Nərminin körpə uşağına yemək verməklə məşğul olmuşdur. Digər otaqda isə Nicat, Anar adlı şəxs və Nərminin hansı işlə məşğul olmasından məlumatı olmamışdır. Bir müddət sonra həmin evə polis əməkdaşları gələrək evdə narkotik vasitə saxlamaqda məlumat olduğunu bildirərək Nərmindən icazə aldıqdan sonra mənzilə daxil olub baxış keçirimişlər. Nərminin narkotik vasitə satdığını bilməsə də əvvəllər Təqsirləndirilən şəxs ona metadon dərmanı bağışladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələrin və digər maddələrin istifadəsi üçün heç vaxt onlara şərait yaratmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid1 yanında təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Şahid2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs yanında təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən götürülmüş Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrəyə gələn smslərdən görünür ki, telefonun mesaj bölümündə “elə vermisən çünki həmişə patı istəmişəm, nə olar patını mən deyən kimi eləsən əla olar, kolanın birini 07 obirisini 08 elada, derman alınırsa 4 list 100 manata gətir, gəlirsənsə tez gəl heç nəyim yoxdur əlimdə olanıda verəcəm gedəcək istiyən çoxdu maraqlan gör neçə nəfərə yox demişəm, Nərmin danışdım deyir əgər varındırsa 4 list verim sənə sən də mənə 1 gram kola yarım patı bir də 70 manat pul ver, ay nəmiş yarım lazımdı qurban sənə, yarı patı var puluynan?, quzu patı varındı?, həyətdəyəm 1 dənə yarı patı, 2 dənə yarı patı elədə, 2 dənə yarı patı iki dənə də yarı kola, nərmin 1 kola, bidə alınırsa 7 manata yaxşı kola verə bilərsən mənə yoxumdu qalmayım bugunün yola verim 9 m patı verə bilərsən normal 2 dənə ayrı ayrı, 5 diy patı istirəm?” qeyd olunan yazışmaların olması müəyyən edilmişdir. Həmin yazışmalarla bağlı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə soruşulduqda sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmiş, habelə bir qismin də aludəçilərə yazığı gəldiyi üçün verdiyini bildirmişdir. Həmin narkotik vasitələri Amid adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli 7/1022 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “iştirak etdi Təqsirləndirilən şəxs imza”... sözləri olan zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,32 qram və bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 0,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 0,587 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “İştirak etdi imza Təqsirləndirilən şəxs” sözləri olan zərfdə bir ədəd çəhrayı rəngli selofan bükümdə təmiz çəkisi 0,09 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş zərflərdə bir ədəd selofan bükülüdə, bir ədəd şəffaf selofan paketdə və bir ədəd çəhrayı rəngli selofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli 6/4404 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “(imza) Təqsirləndirilən şəxs Zair qızı” yazısı olan zərflərdəki, 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qram, 0,060 qram, 0,056 qram, 0,055 qram, 0,181 qram, 0,208 qram, 0,485 qram, 0,382 qram, 0,360 qram, 0,293 qram, 0,566 qram, 1,003 qram, 0,453 qram, ümumi təmiz çəkisi 4,143 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,062 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlardakı ümumilikdə 27 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 27 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,08 qramdır (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Üzərində “Alyse 150” markalanma göstəricisi olan konvalyutlardakı ümumilikdə 27 ədəd kapsulda ağ rəngli tozşəkilli maddə preqabalin tərkibli dərman preparatıdır və 27 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,05 qramdır (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,015 qram preqabalin olmaqla). Kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. 2 ədəd 1 ml-lik şprislərdə ümumilikdə 0,7 ml həcmində (0,2 ml və 0,5 ml) tünd qəhvəyi rəngli maye heroin məhluludur və 0,7 ml-də heroinin ümumi təmiz çəkisi 0,140 qramdır (0,120 qr və 0,02 qr). Təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 0,202 qram təşkil edir. Şprislərdə heroin məhlul şəklində olduğu üçün, bükümdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli 6/4403 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən ...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,569 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 götürülmüş heroin Təqsirləndirilən şəxs götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə fərqlidir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 05 oktyabr 2021-ci il tarixli 6/4405 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid2 (imza)...” sözləri olan zərfədki 1 ədəd bükümdə təmiz çəkisi 0,619 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 dekabr 2021-ci il tarixli 6/4978 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış 2 nömrəli paketdəki 1 nömrəli zərfdə - 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 9 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və 2 nömrəli zərfdə - 3 üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 15 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,960 qram təşkil edir. 1 nömrəli zərfdə üzərində “Alyse 150” göstəricisi olan dərman konvalyutunda 11 ədəd ağ rəngli kapsulu və 2 nömrəli zərfdə üzərində “Alyse 150” göstəricisi olan dərman konvalyutunda 12 ədəd ağ rəngli kapsulları və 3 nömrəli paketdəki üzərində “...Şahid2 (imza)...” sözləri olan bir ədəd zərfin içərisində ½ hissə ağ rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 3,525 qram təşkil edir, həmin kapsullar xarici əlamətlərinə - (dərman forması, rəngli, üzərilərindəki göstəricilər) və əsas təsiredici maddənin növü və miqdarına görə eyni tərkiblidirlər. Üzərilərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış 2 nömrəli paketdəki 4 nömrəli zərfdə - 12 ədəd bükümdə ümumi təmiz çəkisi 3,570 qram olan psixotrop maddə- metamfetamin, 6 nömrəli zərfdə - bir ədəd bükümdə təmiz çəkisi 0,443 qram olan psixotrop maddə - metamfetamin və 3 nömrəli paketdə üzərində “...Şahid2 (imza)...” sözləri olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,569 qram olan psixotrop metamfetaminlər xarici əlamətlərinə və kimyəci komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan 2 nömrəli paketdəki 4 nömrəli zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan narkotik vasitə heroin və 1 nömrəli paketdəki üzərində “... Şahid1 üzərindən ...” sözləri olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,519 qram olan narkotik vasitə heroindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidir. Üzərində “...Elektron tərəzilər...” sözləri olan bir ədəd zərfdə 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 noyabr 2021-ci il tarixli 2615 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş ümumilikdə çəkiləri 2,206 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş ümumi təmiz çəkisi 4,762 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş ümumi təmiz çəkisi 0,771 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs götürülmüş metadeonun təsiredici maddəsinin ümumi miqdarı 1,08 qram təşkil edən 27 ədəd “Methadone 40” markalanma göstəricisi olan həblər, Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən 28 ədəd “Alyse 150” markalanma göstəricisi olan həblər, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 2 ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroin məhlulu olan 2 ədəd şprislər və narkotik vasitələri istifadə etmək məqsədilə istifadə olunan 2 ədəd kiçik ölçülü lampa və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Nəsimi RPİ-dən daxil olmuş məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olur. İstintaq orqanı Təqsirləndirilən şəxs elan olunmuş ittihama narkotik vasitələr, psixotrop maddələr, güclü təsir edən maddələrlə bərabər üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzini də daxil etmişdir. Məhkəmə, üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzini Təqsirləndirilən şəxs narkotik vasitələri satışını həyata keçirən vasitə kim qəbul edir, lakin tərəzinin sərbəst dövriyyəsinin qadağan olunmadığını nəzərə alıb Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan iki ədəd tərəzinin xaric edilməsini əsaslı sayır və ittihamdan xaric edir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsədən törədilməsinin sübuta yetirildiyinin, onun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 292 (iki yüz doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxsından tutlub Məhkəmə Ekspertizasının hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş ümumilikdə çəkiləri 2,206 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 4,762 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş ümumi təmiz çəkisi 0,771 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs götürülmüş metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,08 qram təşkil edən 27 ədəd “Methadone 40” markalanma göstəricisi olan həblər, Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən 28 ədəd “Alyse 150” markalanma göstəricisi olan həbləri sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi, içərisində narkotik vasitə heroin məhlulu olan 2 ədəd şprisi, narkotik vasitələri istifadə etmək məqsədilə istifadə olunan 2 ədəd kiçik ölçülü lampanı, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş iki ədəd elektron tərəzini istehlak dəyərlərini itirən əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rzayeva X5 rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr “Zəfər Günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 2.5ci bəndinin təsiri altına düşmüş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 17 dekabr 2021ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və 07 yanvar 2022-ci il tarixcdə Bakı şəhər Probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə əməli əvvəlki hökmlə təyin olunmuş cəzanı çəkdiyi dövründə törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 06 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234,4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək haqqında iltizam almaq seçilməsi, 23 iyun 2022-ci il tarixdə həbs edilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki nəfər az yaşlı uşağının olması, uşaqlara tək baxması, təqsirli bilindiyi cinayət əməllərinin törədilməsinin halları barəsində ətraflı ifadələr verib törətdiyi əməldən peşman olması müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs iki az yaşlı uşağının onun anasının himayəsində olmasını bildirib, uşaqlarının da anasının yanında qalmasını istədiyini bildirdi. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, həm bu halı, həm də yuxarıda göstərilən halları Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat və ailə şəraitini xarakterizə edən və ona təyin olunacaq cəzaya təsir edən əsas amil kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli 4366 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə ona 3 (üç ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş ) il 3 ( üç ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsın 05 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın, onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 5 (beş) il 2 (iki ) ay 28 (iyrmi səkkiz) gün kimi müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 23 iyun 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs himayəsində olan iki azyaşlı uşağ onun anasının himayəsində olması nəzarə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 292 (iki yüz doxsan iki) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş ümumilikdə çəkiləri 2,206 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 4,762 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş ümumi təmiz çəkisi 0,771 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs götürülmüş metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,08 qram təşkil edən 27 ədəd “Methadone 40” markalanma göstəricisi olan həblər, Təqsirləndirilən şəxs və Şahid2 götürülmüş preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən 28 ədəd “Alyse 150” markalanma göstəricisi olan həbləri sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, içərisində narkotik vasitə heroin məhlulu olan 2 ədəd şprisi, narkotik vasitələri istifadə etmək məqsədilə istifadə olunan 2 ədəd kiçik ölçülü lampanı, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş iki ədəd elektron tərəzini istehlak dəyərlərini itirmiş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-99/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver