Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2024 17.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 və onun nümayəndəsi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakı ilə 7 iyun 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 32.4, 312.2-ci maddəsi ittihamdan xaric edilmiş və üzərində 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir: belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə tanışı Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs 05 fevral 2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Palma lounge” kafesində Zərərçəkmiş şəxs4 həmin dövrün məzənnəsi ilə 75.518 manat təşkil edən 95.000 ABŞ dolları, ünvan 4 ünvanda yerləşən yaşayış binasının qarşısında üç dəfəyə 14 iyul 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 112.264 manat təşkil edən 107.000 ABŞ dolları, 18 yanvar 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 155.526 manat təşkil edən 98.000 ABŞ dolları və 12 mart 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 78.988 manat təşkil edən 48.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Nəriman Nərimanov heykəlinin yaxınlığında iki dəfəyə 07 avqust 2017-ci i! tarixdə həmin dövrün məzənnəsi ilə 93.544 manat təşkil edən 55.000 ABŞ dolları və 13 yanvar 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 113.906 manat təşkil edən 67.000 ABŞ dolları olmaqla, ümumilikdə məzənnəyə görə 629.746 manat təşkil edən 470.000 ABŞ dolları pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xüsusilə külli miqdarda - 629.746 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs 22 iyul 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialının qarşısında Zərərçəkmiş şəxs5 17.000 manat, 03 sentyabr 2017-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının qarşısında 5.000 manat, növbəti dəfələrdə ünvan 8 ünvanında fəaliyyət göstərən “Olimp” marketinin qarşısında dörd dəfəyə 19 sentyabr 2017-ci il tarixdə 20.000 manat, 29 oktyabr 2017-ci il tarixdə 110.000 manat, 17 dekabr 2017-ci il tarixdə 17.000 manat və 2018-ci ilin yanvar ayının ortalarında 27.000 manat olmaqla, ümumilikdə 196.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 külli miqdarda - 196.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə qohumu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs 2016-cı ildən 2018-ci ilin mart ayına qədər olan müddət ərzində ünvan 9 ünvanının yanında, ünvan 10 ünvan 11n «Lider TV»nin yanında, eləcə də ünvan 12üxtəlif yerlərində 267.528 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, sonrakı müddətdə aldığı pul vəsaitini vəd etdiyi kimi birgə ticarət fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 külli miqdarda - 267.528 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya X2 pul borcunun olduğunu və həmin pul borcunu ödəyə bilmədiyini bildirmiş, həmin pul borcunun əvəzində Zərərçəkmiş şəxs1 məxsus olan, ünvan 17- də yerləşən 4 saylı mənzilin müvəqqəti olaraq formal qaydada Fariz Süleymanova satmağı təklif etmiş, 20 gün müddətində Fariz Süleymanova olan borcu qaytaracağını və həmin evi Fariz Süleymanovdan geri alaraq qaytaracağını Zərərçəkmiş şəxs1 vəd verərək sonuncunun etibarından sui-istifadə edərək aldatmış, Zərərçəkmiş şəxs1 də qohumluq münasibətinin olmasına görə inanmış və evinin formal olaraq Fariz Süleymanovun adına rəsmiləşdirilməsinə razı olmuş, bundan sonra 06 aprel 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisində həqiqi dəyəri 120000 manat olan həmin mənzilin Fariz Süleymanova 60000 manat müqabilində satılması barədə pərdələnmiş alqı-satqı müqaviləsi bağlanılmış, lakin Təqsirləndirilən şəxs həmin mənzili geri qaytarmamaqla Zərərçəkmiş şəxs1 külli miqdarda - 120000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir ticarət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə qohumu Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edərək özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da Öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 5 A ünvanında yerləşən «Olimpik star» əyləncə mərkəzinin qarşısında 5700 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 14 ünvanında yerləşən «Moskva univermağı»nın qarşısında 13000 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Laçın» ticarət mərkəzində 6000 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin fevral ayında Bakı şəhərində həmin dövrün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 dollar dəyərində brilliant daşı, 2020-ci ilin mart- avqust aylarında Bakı şəhərində 16440 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin may-iyun aylarında həmin dövrün məzənnəsi ilə 76500 manat təşkil edən 45000 dollarlıq qızıl əşyalarını, ümumilikdə 115040 manat dəyərində qızıl əşyalarını, 2020-ci ilin iyun ayında ümumi dəyəri 11200 manat olan 06 ədəd «Apple 11 pro max» markalı, dəyəri 3765 manat olan 01 ədəd «Apple 11 pro» markalı, dəyəri 3150 manat olan 01 ədəd «Samsunq ultra» markalı mobil telefonları, ümumilikdə 18115 manat dəyərində mobil telefon aparatlarını vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda - ümumilikdə 133.155 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, 2017-ci ilin ortalarında Zərərçəkmiş şəxs5 əlində bir az pulunun olduğunu bildirmiş, həmin pulu ona verərsə onun Namiqə hər ay faiz verə bilib-bilməyəcəyini soruşmuşdur. O, Namiqdən faizə pul götürməyi qərara almışdır. Namiq ona ümumilikdə 22 oktyabr 2017-ci ilə qədər 157.000 manat pul vermişdir. O, Namiqə 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər hissə-hissə olmaqla cəmi 108.600 manat faiz vermişdir. Araşdırma dövründə də o, Namiqə 7400 dollar, yəni 12.580 manat pul ödəmiş, Namiqə hazırda 64.820 manat pul borcu olmuşdur. Namiqin ərizəsində göstərdiyi məbləğlə, yəni 196.000 manat məbləğlə razı deyil, onun Namiqə həmin məbləğdə borcu olmamışdır; Zərərçəkmiş şəxs4 isə təxminən 5 ildir ki, tanıyır, onunla dostluq münasibəti olmuşdur, onun Raminə borcu olmamışdır. 2014-cü ildə o, ticarətlə məşğul olmuş, mobil telefonların alqı-satqısı ilə məşğul olmuşdur. Onun bu işlə məşğul olduğunu Ramin də bilmiş, 2014-cü ilin sentyabr ayında Raminin xalası oğlu və onun da yaxın dostu olan X17 əlində bir az pul olduğunu bildirmiş, Raminin həmin pulu ona vermək istədiyini və hər ay faiz almaq istədiyini bildirmişdir. Ramin tanışı Murad vasitəsi ilə ona 95.000 dollar pul göndərmiş, o da həmin pulu məşğul olduğu telefon biznesinə sərf etmiş, 2014-cü ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına qədər ona hər ay olmaqla, cəmi 250.000 dollar faiz vermişdir. Raminə 470.000 ABŞ dolları deyil, 80.000 ABŞ dolları pul borcu olmuşdur. Hazırda isə onun Raminə borcu yoxdur; Zərərçəkmiş şəxs6 da heç bir borcu olmamış, Aygün onunla şərik olmaq üçün ona pul məbləği vermiş, hər ay da ondan qazanc olaraq pul almışdır. Bir müddət sonra onun işləri yaxşı davam etməmiş, buna görə də Aygün və qeyriləri ondan şikayət etməyə başlamışlar; Zərərçəkmiş şəxs2 ilə qızıl alveri ilə məşğul olmuş, Şərəfdən təxminən 30.000 manat dəyərində qızıl əşyaları almış, həmin məbləğin çox hissəsini Şərəfə qaytarmışdır. Hazırda onun Şərəfə 6.000 manat pul borcu qalmışdır; o, Zərərçəkmiş şəxs1 aldatmamışdır. 2018-ci ildə onun və Qafarın pula ehtiyacı olmuşdur, buna görə də tanışı Fariz Süleymanovla danışıb həm özü üçün, həm də Qafar üçün borca pul istəmişdir. Farizdən borca götürəcəkləri pulun əvəzində hansısa daşınmaz əmlakı Farizə girov kimi vermək lazım olmuşdur, o da bu barədə Qafara demiş, Qafar razılaşmış, bundan sonra 2018-ci ildə Qafar və o, birlikdə Farizdən 65.000 manat borca pul almış, həmin pulun qarşılığında Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən mənzilini Farizin adına alqı-satqı etmişdir. O, Qafarı heç nəyə məcbur etməmiş, Qafar öz istəyi ilə öz evini Farizin adına keçirmişdir. O, Farizə olan borcunu geri qaytarmış, lakin Qafar Farizə olan borcunu geri qaytarmadığı üçün Fariz həmin mənzili Qafardan almışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Qafarın bibisi oğludur, 2018-ci ildə X14 Süleymanov adlı bir nəfər şəxsə 60.000 manat borcu olduğunu, Farizin həmin borcu təcili şəkildə tələb etdiyini, lakin onun (Fəxrəddinin) həmin borcu qaytara bilmədiyini demiş və xahiş etmişdir ki, onların yaşadıqları evi, yəni ünvan 15 ünvanında yerləşən evi müvəqqəti olaraq Farizin adında girova qoysun, Fəxrəddin tezliklə, yəni 20 gün müddətində Farizin borcunu ödəyəcəyini və evi girovdan çıxardacağını bildirmişdir; Qafar da qohum olduğu üçün Fəxrəddinin dedikləri ilə razılaşmış, təxminən 20 gün keçməsinə baxmayaraq Fəxrəddin evi qaytarmamış, Qafar da Fəxrəddindən evini geri qaytarmasını tələb etmiş, Fəxrəddin də hər dəfə müxtəlif bəhanələr gətirmiş, alqı-satqı olmuş, Fəxrəddin evi Fariz adlı şəxsə satmışdır. 2019-cu ildə Yasamal rayon məhkəməsi tərəfindən ona bildiriş göndərilmiş, həmin bildirişdə onun mənzildən çıxarılmalı olduğu göstərilmişdir. Onlara dəymiş ziyan 150.000 manat olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanımış, həmin ərəfədə həyat yoldaşı X3 tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır; Fəxrəddin həmin vaxt onun qızıl alveri ilə məşğul olmağını bilmiş və onunla birlikdə qızıl alveri ilə məşğul olmasını xahiş etmiş, o da inanaraq Fəxrəddinə satması üçün çox sayda qızıl-zinət əşyaları vermiş, lakin Fəxrəddin həmin qızılların pulunu ona qaytarmamışdır; 2020-ci ildə isə pandemiya vaxtı Fəxrəddin onun adına 11 ədəd kreditə mobil telefon götürmüş və həmin telefonları satıb pullarını verəcəyini, krediti isə özü ödəyəcəyini desə də, bundan sonra o, nə qızılların pullarını, nə də ki, mobil telefonların kreditini ödəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır, Fəxrəddin ona birlikdə iş görməyi təklif etmiş, həmin ərəfədə Fəxrəddin telefon alveri ilə məşğul olduğunu bildirmiş, bu işə pul qoyduğu halda hər 25 gündən bir ona pul ödəniləcəyini demişdir; o, Fəxrəddinin təklifi ilə razılaşmış, həmin gündən başlayaraq birlikdə iş görməyə başlamışlar və o Fəxrəddinə pul verməyə başlamış, Fəxrəddinə hissə-hissə olmaqla verdiyi pulun ümumi məbləği 267.528 manat təşktl etmişdir, verdiyi pulların bir neçəsini çıxmaq şərtilə qalanlarını Bakı şəhərində «Lider TV»-nın yanında yerləşən və özünü sahibi kimi təqdim etdiyi “Luxor” restoranında vermişdir. Bütün bu məbləğdən əlavə Fəxrəddinə 18.468 manat 50 qəpik borc vermiş, Fəxrəddin həmin borcu “Luxor” restoranın kommunal xərcləri və digər ödənişləri adı ilə almışdır. Fəxrəddin ondan aldığı 18.468 manat 50 qəpik borcu da qaytarmamışdır. İş qurmaq adı ilə Fəxrəddinə verdiyi pulları hansı tarixlərdə verdiyini xatırlamır. Verdiyi pulların qarşılığında Fəxrəddin ona bir dəfə 600 manat, hissə-hissə hər dəfə 200 manat olmaqla, ümumilikdə ona olan borcundan 2400 manat pul vermişdir. Fəxrəddin iş qurmaq adı ilə aldığı pullardan ona qazanc vermiş, sadəcə nə qədər verdiyi yadında deyil. Fəxrəddin ilk dəfə 2018-ci ildə həbs olunan zaman aldadıldığını başa düşmüşdür. Fəxrəddinə verdiyim pullar barədə heç bir şahidi olmasa da, qeyd dəftərində ona verdiyi pulların təhvil alıb-verməyi barədə onun və Fəxrəddinin imzası var. Fəxrəddinə ilk dəfə Nərimanov heykəlinin yanında 10.000 ABŞ dolları vermiş, ümumiyyətlə pulların çoxunu Nərimanov heykəlinin yanında vermişdir. Fəxrəddinə ilk dəfə verdiyi pulu maya və qazancla birlikdə ona qaytarmışdır, lakin Fəxrəddinin ona nə qədər qazanc verdiyini xatırlamır. Fəxrəddinlə ondan başqa anası, qardaşı, dayısı qızı Gülnarənin, bibisi Nigarın da söhbətləri olmuş, hamısı ayrı-ayrılıqda Fəxrəddinə pul vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş və Şahid7 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir . Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə mobil telefonların alğı-satqısı ilə məşğul olmuş, bu iş üçün Fəxrəddinə bir hissəsi özünə məxsus və qalanını dostlarından topladığı cəmi 470.000 ABŞ dolları pul vermiş, həmin puldan cəmi 130.000 ABŞ dolları ona məxsus olmuş, qalanları isə dostlarından götürüb Fəxrəddinə vermişdir. Bir müddət sonra Fəxrəddinə verdiyi pullardan 100.000 ABŞ dollarını sahibi ondan pulunu geri tələb etməyə başladığından o da Fəxrəddindən pulları geri tələb etmiş, Fəxrəddin problemləri olduğundan pulu qaytara bilməyəcəyini bildirmişdir; Fəxrəddinə verdiyi 470.000 ABŞ dollarından sonuncu ona 100.000 ABŞ dolları xeyir vermiş, qalan 370.000 ABŞ dollarından isə Fəxrəddinlə cəmi 200.000 ABŞ dollarını qatyaracağı ilə bağlı şifahi razılığa gəldiklərindən o, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyanın ödənilməsini tələb etmir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, bu barədə notarial qaydada təsdiqlənmiş ərizsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2005-ci ildən tanımışdır. 2017-ci ilin sonlarında Fəxrəddin ona mobil telefon, telefon aksesuarları və qol saatlarının alveri ilə məşğul olduğunu demişdir. Fəxrəddin həmin bizneslə yaxşı şərait qurduğunu demişdir. Fəxrəddin ona da bu işə şərik olmağı məsləhət bilmiş, lakin o, biznesə yatırmaq üçün böyük məbləğdə pulunun olmadığını bildirmişdir. Fəxrəddin isə ona əlində nə qədər pul varsa, bu biznesə yatarmasını məsləhət bilmişdir. O, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayına olan müddət ərzində Fəxrəddinə ümumilikdə 196.000 manat pul vermişdir. Lakin sonradan başa düşmüşdür ki, Fəxrəddin birgə biznes qurmaq adı ilə həmin pulların hamısını ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qafarı 20 ildən çoxdur ki, tanıyır, Nuranə ilə qrup yoldaşı olmuşlar. 2018-ci ildə Nuranədən Qafarın bibisi oğlu Fəxrəddinin borcu olduğunu, Fəxrəddinin evi girov qoyub, alqı-satqı edərək pul götürdüyünü öyrənmişdir. Nuradədən hər dəfə bu barədə soruşanda, o işin uzandığını, evin də qaytarılmadığını söyləmişdir. Qafarın heç kəsə pul borcu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Şahid1 Zərərçəkmiş şəxs1lə evlənəndən sonra ünvan 16 ünvanında yaşamışlar, həmin ev Qafarın adına olmuşdur, 2018-ci ildə Qafarın bibisi oğlu Təqsirləndirilən şəxs Qafara müraciət edərək bir nəfər şəxsə borcunun olduğunu, həmin borclu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir, Fəxrəddin Qafara vaxt qazanmaq üçün borclu olduğu şəxslərə hansısa bir daşınmaz əmlakı girov kimi verməli olduğunu bildirmiş, Qafardan kömək istəmişdir; Fəxrəddin Qafardan öz evini borclu olduğu şəxsin adına keçirtməsini xahiş etmiş, qısa müddətdə həmin adamın borcunu ödəyib və Qafarın evini girovluqdan çıxardacağına dair vəd vermişdir. Qafar Fəxrəddinin dediklərinə inanmış və onun təklifi ilə razılaşmışdır. Buna görə də Qafar 06 aprel 2018-ci ildə Bakı şəhəri 53 nömrəli notariat kontoruna getmiş, oraya Fəxrəddinin borclu olduğu Fariz adlı şəxsin nümayəndəsi Murad adlı şəxs gəlmiş, orada alqı-satqı müqaviləsi bağlanılmış, Qafar alqı-satqı müqaviləsinə razı olmamış, lakin Fəxrəddinin alqı-satqı müqaviləsinin formal olaraq bağlanıldığına onu inandırmışdır. Bundan sonra Qafar razılaşmış və həmin müqaviləni bağlamağa razı olmuşdur. Alqı-satqı müqaviləsi bağlanandan xeyli müddət keçəndən sonra Qafar Fəxrəddinlə danışmış və evi nə zaman qaytaracağını soruşduqda Fəxrəddin bu məsələni qısa müddətdə həlf edəcəyini söyləmişdir. Lakin evin yeni sahibi Qafarın və ailəsinin evdən çıxarlıması barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmiş, məhkəmə də onların evdən çıxarılması ilə bağlı qətnamə çıxarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, X10 və Şahid4 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2018-ci ildə yaxın tanışı və dostu X6 Bakı şəhərində ev almaq istəmiş və özü Şəkidə yaşadığı üçün Bakıda satış üçün ev olacağı təqdirdə ona xəbər verməsini xahiş etmişdir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs ona Bakı şəhəri Yasamal rayonu ərazisində təcili ev satıldığını bildirmiş, o da bu barədə Farizə məlumat vermişdir. Fariz evi onun adından alqısatqı etməsi üçün mülki etibarnamə vermiş, daha sonra o, evin sahibi Qafar adlı şəxs və həyat yoldaşı ilə birlikdə notariat orqanına getmişlər. Nəticədə evi 63.000 manat müqabilində alqı satqı edərək rəsmiləşdirmişlər. Sonradan Zərərçəkmiş şəxs1 evdən çıxmamış və Fariz Süleymanov evdən məcburi qaydada çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Evin alqı-satqısınadək o və X15 Babayevi tanımamışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. 12 oktyabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 60-62, 293-299). 12 oktyabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 57-59, 275-287). 09 avqust 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, baxış zamanı həmin diskdə səs yazılarının olması müəyyən edilmiş və həmin səs yazılarından görünür ki, Məlikov X9 Cavanşirova: «Sən o evi götürəndə Qafara demisən ki, mənə 20 günlük lazımdır, qaytaracam, düzdür?»,- məzmunlu sual vermiş, Təqsirləndirilən şəxs isə: «Bəli, demişəm»,- məzmunlu cavab vermişdir. Şahid2: «İndi niyə qaytarmırsan?»,- məzmunlu sual vermiş, Təqsirləndirilən şəxs isə «Tez bir zamanda həll olunacaq»,- məzmunlu cavab vermişdir. Səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs: «Dostu salam, necəsən, nə var nə yox, kefin əhvalın necədir? Dostu mən Bakıda deyiləm, amma mənim nəzarətim altındadı, onsuz da o qərarın mənə aidiyyəti yoxdur, məsələ tez bir zamanda həll olunur, qaydasına düşəcək, o qərarın bir mənası yoxdur»,- məzmunlu, «Hər şeydən xəbərim var, sən mənə səs göndərirsən mən səsi aça bilmirəm, yaza bilirsənsə yaz, özüm gedəcəm, heç kim heç yerə getməsin, ehtiyac yoxdur, 10 gün ərzində onsuz da məsələ həll olunacaq, keçəcək sənin adına, narahat olma, özüm gedib müavinlə zadla hər şeyi özüm görüşəcəm, həll edəcəm, sənə dediyim kimi, sözümüz sözdür, qüvvəsindədir»,- məzmunlu ifadələr işlətmişdir (cild 3, iş vərəqi 9). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 18 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xarici ölkələrdən mobil telefon aparatları, mobil telefon aksessuarları və qol saatlarının Azərbaycan Respublikasına gətirilməsi barədə Bakı Baş Gömrük İdarəsinin elektron bazasında heç bir məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqi 1). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 30 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xarici ölkələrdən mobil telefon aparatları, mobil telefon aksessuarları və qol saatlarının Azərbaycan Respublikasına gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin elektron bazasında heç bir məlumat qeydə alınmamışdır (cild 2, iş vərəqi 288). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 29 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən baş idarədə heç bir yük rəsmiləşdirilməyib (cild 2, iş vərəqi 311). Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmündən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 32.4, 312.2-ci maddəsi ittihamdan xaric edilmiş və üzərində qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 94). İş materiallarına əlavə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, onlaraq qarşı heç bir maddi və mənəvi iddia tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 cəmi 157.000 manat pulu, sonradan faizi ilə birlikdə ödəmək şərtiylə aldığını, Namiqə 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər hissə-hissə olmaqla cəmi 108.600 manat faiz verdiyini, ibtidai araşdırma dövründə də o, Namiqə 7400 dollar, yəni 12.580 manat pul ödədiyini, Namiqin ərizəsində göstərdiyi məbləğlə, yəni 196.000 manat məbləğlə razı olmadığını, onun Namiqə həmin məbləğdə ümumiyyətlə pul borcu olmadığını bildirmiş, hazırda pul borcu olmadığını söyləmiş; Zərərçəkmiş şəxs4 ilə mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olmaq üçün birlikdə iş qurmaq məqsədi ilə 95.000 dollar pul aldığını, həmin pulu məşğul olduğu telefon biznesinə sərf etdiyini, 2014cü ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına qədər Zərərçəkmiş şəxs4 hər ay olmaqla, cəmi 250.000 dollar faiz verdiyini, Raminə 470.000 dollar deyil, 80.000 dollar pul borcu olduğunu, hazırda isə Raminə pul borcu olmadığını bildirmiş; Zərərçəkmiş şəxs6 ilə şərik qaydada iş gördüklərini, Aygünün onunla şərikli iş qurmaq üçün pul verdiyini, əvəzində isə Aygünə hər ay qazanc olaraq pul qaytardığını bildirmiş; Zərərçəkmiş şəxs2 ilə birlikdə qızıl alveri ilə məşğul olduğunu, Şərəfdən təxminən 30.000 manat dəyərində qızıl əşyaları aldığını, həmin məbləğin çox hissəsini Şərəfə qaytardığını, hazırda ona borcu olmadığını bildirmiş; Zərərçəkmiş şəxs1 aldatmadığını, onun və Qafarın pula ehtiyacı olması səbəbindən, tanışı Fariz Süleymanovdan 65.000 manat borca pul aldıqlarını, həmin pulun qarşılığında Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən mənzilini Farizin adına alqı-satqı etdiyini, Qafarı heç nəyə məcbur etmədiyini, Qafarın öz istəyi ilə öz evini Farizin adına keçirdiyini, sonradan Qafarın Farizə olan borcunu geri qaytarmadığı üçün Farizin həmin mənzili Qafardan məhkəmə qaydasında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 aldığı pullarla iş görüb onlara müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə qazanc və faiz vermiş, Namiq Hüseynov ona 157.000 manat pul vermiş, Namiqə 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər hissə-hissə olmaqla cəmi 108.600 manat faiz vermiş, ibtidai araşdırma dövründə də Namiqə 7400 ABŞ dolları, 12.580 manat pul ödəmiş, Namiqə hazırda 64.820 manat pul borcu olmuşdur, Zərərçəkmiş şəxs4 tanışı Murad vasitəsi ilə ona 95.000 dollar pul göndərmiş, o da həmin pulu məşğul olduğu telefon biznesinə sərf etmiş, 2014-cü ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına qədər ona hər ay olmaqla, cəmi 250.000 dollar faiz vermişdir. Raminə 470.000 ABŞ dolları deyil, 80.000 ABŞ dolları pul borcu olmuşdur, hazırda isə onun Raminə borcu yoxdur, Zərərçəkmiş şəxs6 da heç bir borcu olmamış, Aygün onunla şərik olmaq üçün ona pul məbləği vermiş, hər ay da ondan qazanc olaraq pul almışdır. Bir müddət sonra onun işləri yaxşı davam etməmiş, buna görə də Aygün və qeyriləri ondan şikayət etməyə başlamışlar; Zərərçəkmiş şəxs2 ilə qızıl alveri ilə məşğul olmuş, Şərəfdən təxminən 30.000 manat dəyərində qızıl əşyaları almış, həmin məbləğin çox hissəsini Şərəfə qaytarmışdır. Hazırda onun Şərəfə 6.000 manat pul borcu qalmışdır. Təqsirləndirilən şəxs qeyd edilən ifadələri işdə olan materiallara və ümumiyyətlə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 18 oktyabr 2019-cu il tarixli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 30 oktyabr 2019-cu il tarixli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 29 oktyabr 2019-cu il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xarici ölkələrdən mobil telefon aparatları, mobil telefon aksessuarları və qol saatlarının Azərbaycan Respublikasına gətirilməsi barədə Bakı Baş Gömrük İdarəsinin elektron bazasında heç bir məlumat qeydə alınmamış, sonuncu tərəfindən heç bir yük rəsmiləşdirilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına mobil telefon aparatları və akssesuarları, qol saatları idxal etməmiş, zərərçəkmiş şəxslərlə heç bir ortaq kommersiya fəaliyyəti ilə məşğul olmamış, birlikdə iş qurmaq adı ilə həmin şəxslərdən əldə etdiyi pul vəsaitlərini öz şəxsi məqsədləri üçün istifadə etmiş, zərərçəkmiş şəxslərin etibarını qazanmaq üçün isə birlikdə kommersiya fəaliyyətindən əldə etmiş gəlirdən deyil zərərçəkmiş şəxslərin özlərinə məxsus pulların bir hissəsini əldə edilmiş qazanc adı ilə sonunculara qaytarmış və yaranmış etibardan istifadə edərək və pulların qalan hissəsini qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmiş, bununla da zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Fariz Süleymanova pul borcunun olduğunu və həmin pul borcunu ödəyə bilmədiyini Zərərçəkmiş şəxs1 bildirərək, sonuncu ilə aralarında olan qohumluq münasibətlərindən sui-istifadə etmiş, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 17 ünvandə yerləşən 4 saylı mənzilin müvəqqəti olaraq formal qaydada Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığı Fariz Süleymanovla alqı satqı müqaviləsi bağlamağa razılıq verməsini xahiş etmiş, 20 gün müddətində Fariz Süleymanova olan borcu qaytaracağını və həmin evi Fariz Süleymanovdan geri alaraq Zərərçəkmiş şəxs1 qaytaracağını vəd vermiş, lakin sonuncunun etibarından sui-istifadə edərək onu aldatmış, mənzilin Fariz Süleymanova faktiki bazar dəyərindən xeyli aşağı dəyərində - 60.000 manat müqabilində satılması barədə pərdələnmiş alqı-satqı müqaviləsi bağlanmasına nail olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs həmin mənzili və yaxud da mənzilin dəyərində pul məbləğini geri qaytarılmalı olmasını inkar edərək və həmin pulu qaytarmayaraq Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs tərəfindən aldadılmış, onlara məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildikdən sonra müəyyən müddət özlərinə geri qaytarılmasını ehtimal edərək gözləmiş lakin Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərini qaytarmaq niyyətində olmadığından, öz ehtiyaclarına sərf etmişdir. İşdə olan diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazılarında Şahid2: «Sən o evi götürəndə Qafara demisən ki, mənə 20 günlük lazımdır, qaytaracam, düzdür?»,- məzmunlu sualına cavab olaraq, Təqsirləndirilən şəxs: «Bəli, demişəm»,- məzmunlu cavab vermiş, Şahid2: «İndi niyə qaytarmırsan?»,- məzmunlu sualına isə cavab olaraq, Təqsirləndirilən şəxs: «Tez bir zamanda həll olunacaq»,- məzmunlu cavab verərək Zərərçəkmiş şəxs1 məxsus mənzili ona qaytaracağına dair vəd vermiş və bununla da faktiki olaraq törətdiyi əməli etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı ayrı-ayrı cinayət epizodları üzrə təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi xüsusatları işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolları və digər istintaq materialları ilə təkzib olunmuş və təsdiqini tapmamışdır. Habelə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin özünün təqsirsizliyinə dair göstərdiyi dəlilləri təsdiq edən hər hansı maliyyə, gömrük və sair rəsmi sənədlər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır; belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin - əmlakını külli miqdarda və xüsusilə külli miqarda ələ keçirərək dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında on ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 178.4-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 32.4, 312.2-ci maddəsi ittihamdan xaric edilmiş və üzərində qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixdən 05 iyun 2019-cu il tarixədək həbsdə saxlanılmış, 26 aprel 2021-ci il tarixdə tutularaq hazırki müddətə qədar həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 66.5ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə saxlanılmış 5 (il) 6 (altı) ay müddətə azdalıqdan məhrum etmə cəzasının hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cəzası təyin edilməsini, Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixdən 05 iyun 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 7 ay 25 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə nəzərə alınmalı, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, cəza çəkməsinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmasını, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd CD disk (ibtidai istintaq zamanı əldə olunmuş məlumatların audioyazılarına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş optik diskdə saxlanılan danışıq səsləri) cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs Şahid1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək onun mülki iddiaçı qismində tanınması, maddi ziyanın əvəzi olaraq 120000 (yüz iyirmi min) manat, əldən çıxmış fayda olaraq 44800 (qırx dörd min səkkiz yüz) manat pulun və ödənilmiş 455 (dörd yüz əlli beş) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddianı icraata qəbul etmiş, Şahid1 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddiaçı Şahid1 verdiyi mülki iddia ilə bağlı belə nəticəyə gəlir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində mülki iddiaçı Şahid1 mənzilinin bazar dəyərində (sonuncu tərəfindən qiymətləndirilmiş) 120.000 (yüz iyirmi min) manat məbləğində zərər dəymiş, mülki iddiada əldən çıxmış fayda olaraq göstərilmiş 44800 (qırx dörd min səkkiz yüz) manat məbləğində tələbin isə ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olması əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, 120.000 (yüz iyirmi min) manat məbləğində maddi ziyan və ödənilmiş 455 (dörd yüz əlli beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 120.455 (yüz iyirmi min dörd yüz əlli beş) manat məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Şahid1 ödənilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə saxlanılmış 5 (il) 6 (altı) ay müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2018-ci il tarixdən 05 iyun 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 7 ay 25 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 il 10 ay 5 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 mülki iddiası qismən təmin edilsin və 120.000 (yüz iyirmi min) manat bləğində maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 455 (dörd yüz əlli beş) manat, ümumilikdə 120.455 (yüz iyirmi min dörd yüz əlli beş) manat məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Şahid1 ödənilsin. İş üzrə məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-99/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver