Məhkəmə qərarları › İş №1(101)-99/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-99/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-99/2025 11.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Yardımlı rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Ərus ərazi dairəsi, Məlikli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində qisas niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ona hansı səbəbə görə yanından keçən zaman görüb salam verməməsinə dair irad bildirməsi ilə əlaqədar sonuncunun təklifi ilə onunla təklikdə görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətirərək, heç bir dava olmadan mehriban şəkildə ayrılmalarına baxmayaraq, sonradan qohumunun rəhmətə getməsi ilə əlaqədar yas mərasimində iştirak etmək üçün 2 aya yaxın Göyçay rayonunda olduğu müddətdə qəsəbədə yaşayan həmyaşıdları, ortaq tanışları arasında barəsində xoşagəlməz ifadələr işlədərək guya onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymamazlıq etdiyi üçün hətta qəsəbədən qovması və məhz bu səbəbdən də son zamanlar qəsəbədə görünməməsi kimi həqiqətə uyğun olmayan məlumatların yayılmasına Zərərçəkmiş şəxs səbəbkar olduğunu düşünüb onun bu hərəkətini özünə təhqir kimi qəbul edib hiddətlənərək yayılmış söz-söhbətə son qoymaqdan ötrü ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı qatlanmayan ov bıçağı ilə silahlanaraq rastlaşdıqları məqamda cinayətkar niyyətini həyata keçirmək üçün üzərində gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində dostu Şahid1 ilə birlikdə çay içmək üçün ünvan 2 ünvanında yerləşən “Park kafe” adlanan obyektə gedən zaman təsadüfən Zərərçəkmiş şəxs özünün də həmin kafenin qarşısındakı bağ sahəsində olan masada müştəri kimi əyləşdiyini görüb ona yaxınlaşaraq hansı səbəbə görə barəsində yalan məlumatlar uydurmasını irad tutub artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas niyyəti ilə qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün qəflətən belində saxladığı bıçağını çıxardıb Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona ənsə nahiyəsinin 1 (bir) ədəd, sol çənə nahiyəsinin 1 (bir) ədəd, sağ qulaq seyvanının 1 (bir) ədəd, sağ qulaq önü nahiyənin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının 1 (bir) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd ümumilikdə və biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid cəmi 12 (on iki) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaralar, sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid cəmi 2 (iki) ədəd olmaqla ümumilikdə 14 (on dörd) ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirsə də, Zərərçəkmiş şəxs aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də hadisə vaxtı yanında olan dostu Şahid1 isə onu tutub saxlamağa çalışdığından növbəti zərbələri vurmaq imkanından məhrum olsa da, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncu ətrafda olan şəxsin köməkliyi ilə vaxtında X20 X19 çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində təxminən saat 15 radələrində Sabunçu qəsəbəsində, 62 nömrəli avtobusun sonuncu dayanacağının yanında keçən zaman onun istifadəsində olan ***-***- **-** nömrəli telefonuna tanımadığı hazırda səhv etmirəmsə sonu 40-40 nömrəsi ilə başa çatan telefondan zəng gəlmiş, dəstəyi qaldıranda zəng vuran şəxsin Natiq olduğunu görmüşdür. O, Natiqlə salamlaşıb, hal-əhval tutmuş, danışıq zamanı Natiq bildirmişdir ki, telefon var, onu satıb türmədə olan dostlarına pul göndərəcək, bundan sonra onunla görüşmək istəyir. O da Natiqə etiraz etməmiş, zəngini gözləyəcəyini bildirmişdir. Təxminən bir saat sonra Natiq yenidən həmin nömrədən zəng vurub onun harada olmağı ilə maraqlanmış, o isə cavabında 62 nömrəli avtobusun sonuncu dayanacağında olduğunu demişdir. O isə tez bir zamanda onun yanına gələcəyini, onu həmin yerdə gözləməyini demişdir. O, Natiqi gözləyən zaman görmüşdür ki, dövlət nömrə nişanı 444 olan bənövşəyi rəngli və nömrəsini unutduğu başqa bir göy rəngli “Niva” markalı avtomobillər yol boyunca sağ-sola doğru hərəkət edir, içərisində olan sürücü və yanında əyləşmiş sərnişinlər ona baxırlar. O, həmin şəxslərə heç bir söz demədən Natiqin ona zəng etdiyi nömrəni yığıb harada olması ilə maraqlanmış və həmin “Niva” markalı avtomobilləri idarə edən şəxslərin kim olduqlarını soruşmuşdur. Natiq isə cavabında yolda olduğunu deyib, həmin şəxslər barədə heç bir məlumat verməmişdir. Təxminən 10-15 dəqiqədən sonra dövlət nömrə nişanı 444 olan “Niva” onun yanında dayanmış, görmüşdür ki, avtomobili Natiq özü idarə edir, yanında isə 3-4 nəfər tanımadığı şəxslər var. Onlar maşını saxlayandan sonra avtomobildə olan həmin şəxslər maşından düşmüş, Natiq özü də maşından düşüb onunla görüşdükdən sonra ona bildirmişdir ki, maşına əyləşib, kənara çəkilib söhbət etmək istəyir. O da Natiqə etiraz etməmiş və sakit şəkildə avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Natiq özü də onunla mehriban danışır, bir-birlərinə “qardaş” deyə müraciət edirmişlər. Onlar maşına əyləşəndən sonra Natiq avtomobili Sabunçu qəsəbəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə tərəf sürüb yolun kənarında olan zibil qutularının qarşısında saxlamışdır. Maşın saxlayan kimi Natiq ona bildirmişdir ki, “bu nə hərəkətlərdir mənə qarşı edirsən, maşınımın qarşısından keçib mənə salam vermirsən”. Bu sözləri deyib maşından düşərək əynində olan qolsuz jileti çıxartmış və avtomobilin qabaq sol qapısının içliyindən bir ədəd markasını dəqiq bilmədiyi tapançanı çıxardığını görmüşdür. O, tez maşından düşüb arxa tərəfdən fırlanaraq onun qarşısına keçmişdir. Natiq əlində olan silahı onun qarın nahiyəsinə dirəmiş, o isə sol əli ilə onun yaxasından tutub “bu nə hərəkətdir edirsən” deyə soruşmuşdur. Ona silahı onun üstünə çıxartmaqla düzgün hərəkət etmədiyini, ona qarşı heç bir səhvinin olmadığını demişdir. “Silahı kiminsə anasına, bacısına sataşdıqda çıxardarlar”-deyə qışqıraraq ona irad bildirmişdir. Bu zaman səsə qonşular çıxdıqları üçün onlar yenidən maşına əyləşmiş və Natiq maşını yaşadığı Ramana qəsəbəsi istiqamətində sürmüşdür. Yolda gedən zaman ona bildirmişdir ki, bu hərəkətinə son qoysun, ikisi arasında qalsın, elə bilsin ki, aralarında belə bir xoşagəlməz hadisə olmayıb. O isə onun bu sözləri ilə razılaşdığı üçün onlar sakit şəkildə yenidən Natiqin onu avtomobilə mindirdiyi 62 nömrəli avtobus dayanacağının yanına gəlmişlər. Ora çatanda görmüşdür ki, Natiqin Etibar adlı əmisi və yanında olan təxminən 10 nəfər tanımadığı şəxslər onları gözləyirlər. O, maşından düşüb Etibarla görüşmüş, Etibar ondan “salamatçılıqdır?” deyə soruşduqda, “məndə hər şey qaydasındadır, ancaq görürəm ki, sizdə salamatçılıq deyil”-deyə cavab vermişdir. Bu sözündən sonra Etibar ona heç bir söz deməyib “Mercedes Vita” markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilə əyləşib çıxıb getmişdir. Onun yanında olan tanımadığı şəxslər də Natiqlə birlikdə ondan aralanmışlar. Həmin gün nə Natiqlə, nə də ki, onun yanında olan şəxslərlə arasında heç bir dava olmamış, kimsə-kimisə vurmamışdır. Bu hadisədən sonra Natiqlə heç bir əlaqəsi olmamışdır. Təxminən 10 gündən sonra qaynanası rəhmətə getdiyi üçün o, Göyçay rayonuna getmiş, təxminən 2 aya yaxın rayonda qalmışdır. Bu ilin may ayının sonlarında isə Bakı şəhərinə qayıtmışdır. Qayıdıb gələndən sonra tanışlarından eşitmişdir ki, guya Natiq qəsəbə uşaqlarına onu maşınla harasa aparıb cəzalandırmasını, onu görəndə dik-dik gəzməməyini demiş, onun barəsində artıq-əskik ifadələr işlətmişdir. Guya təklikdə aparıb onu sındırmış, qəsəbədən qovmuş, bu səbəbdən də bir müddətdir ki, qəsəbədə görünmür. O da yalnız bundan sonra tanış uşaqlara əslində Natiqin dediklərinin uydurma olduğunu, aralarında belə bir hadisənin olmadığını demişdir. Buna qədər Natiqlə aralarında olan söhbət barəsində heç kimə heç nə deməmişdir. Natiqin onunla arasında olan söhbəti öz uydurduğu şəkildə kimlərə danışdığını bilmir. Sonradan Natiqə zəng vurmamış, rastlaşacaqları halda ondan nə üçün barəsində belə bir yalanlar uyğurduğunu soruşacaqdı. Natiqin onun üstünə tapança çıxartması, habelə, dalınca xoşagəlməz sözlər işlətməsi səbəbindən onunla görüşdükdə lazım gəlsə özünü müdafiə etməkdən ötrü üzərində bıçaq gəzdirmişdir. Həmin bıçağın tiyəsi və dəstəyi qara rəngli dəmir materialdan olub təxminən 15-20 sm uzunluqda olmuş, bıçağı 3-4 gün əvvəl Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan yerdən almışdır. 7 iyun 2023-cü il tarixdə günortaya qədər evdə olmuş, təxminən saat 14 radələrində Sabunçu qəsəbəsinə atasının işlətdiyi kafeyə baş çəkməyə getmişdir. O, qəsəbəyə gedib kafeyə baş çəkdikdən sonra yolda təsadüfən dostu X1 ilə görüşmüş, bundan sonra qabaqcadan özü ilə gətirdiyi idman çantasının içərisində olan paltarları Məhərrəmin istifadəsində olan “Mercedes Benz C klass” markalı maşınına qoymuşdur. Onlar əvvəlcə yoldaşına məxsus telefonu təmir etdirmək üçün Nizami rayonu, “Neftçilər” metrostansiyasına tərəf getmişlər, həmin telefonun 1 saat yarıma təmir edəcəklərini bildirdiklərindən o, dostu ilə birlikdə qərara gəlmişdir ki, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsində yerləşən parkdakı kafeyə gedib çay içib söhbət etsinlər. Dostu ondan əvvəl çayxanaya daxil olmuş, o, avtomobildən düşüb telefonla danışmağa başlamışdır, o, çayxanaya çatanda görmüşdür ki, Natiq özü də kafenin qarşısında parka olan masada əyləşib çay içir. Əvvəlcə Məhərrəm kafeyə daxil olub Natiqlə salamlaşmışdır. Həmin vaxtı onun yanında 3-4 nəfər şəxs əyləşmişdir. O, həmin şəxsləri əvvəllər üzdən tanısa da, onlarla tanışlığı və yaxın münasibəti olmamışdır. Məhərrəmin ardınca isə parka girib onların əyləşdikləri masaya yaxınlaşaraq salam verib Natiqdən nə üçün barəsində yalan sözlər danışdığını soruşmuşdur. Bu zaman masada onun yanında əyləşmiş şəxslər müdaxilə etmədən durub kənara çəkilmişlər. O, Natiqə sual verən kimi sonuncu sağ əlini belinə tərəf aparıb ayağa qalxaraq üstünə tərəf gəlib “əcəb etmişəm”-deyə kobud şəkildə ona cavab qaytarmışdır. O, Natiqin əvvəl də üstünə tapança çıxartmasının şahidi olduğu üçün bu dəfə də belində silah olacağından ehtiyatlanmış, buna görə də dərhal sağ tərəfdən bel nahiyəsində şalvarının kəmərinə keçirdiyi bıçağı çıxardıb ona tərəf zərbələr vurmuşdur. Bu zərbələrin dəqiq olaraq Natiqin hansı nahiyəsinə dəydiyini bilməmişdir. Bu zərbələrdən sonra Natiq yerə yıxılmamış, kafenin içərisində doğru əlini belinə ata-ata qaçmışdır. Natiq kafenin içərisinə qaçdığından o, Natiqin arxasınca qaçmamış, həmin ərazidən uzaqlaşmışdır. Hadisədə istifadə etdiyi bıçağı da götürüb cibində saxlamışdır. Zərərçəkmiş şəxs Sabunçu qəsəbəsində onun dalınca xoşagəlməz ifadələr işlətməsi səbəbindən bıçaqla vurmuşdur. Əslində onu qabaqcadan bıçaqlamaq fikri olmamışdır. Kafedə də onunla təsadüfən rastlaşmışdır. O, istəmişdir ki, Natiqlə söhbət edib aralarında olan anlaşılmazlığı aydınlaşdırsın. Natiq isə bunun əvəzində “əcəb etmişəm” demiş, sonunucunun kobud danışmasından, əlini belinə atmasından əsəbləşib özünü qorumaq üçün ona bıçaq zərbələri vurmuşdur. Onun bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Həyəcanlı olduğu üçün hadisə zamanı ona dəqiq olaraq neçə bıçaq zərbəsi vurduğunu, həmin bıçaq zərbələrinin onun hansı nahiyələrinə dəyməsini xatırlamır. Zərərçəkmiş şəxsla əvvəllər aralarında heç bir dava, mübahisə olmamışdır. Yalnız yuxarıda qeyd etdiyi hadisə olmuşdur ki, həmin vaxtı da onlar sadəcə söhbət etmiş, birbirlərini vurub, təhqir etməmişlər. O, Natiqin hərəkətlərindən, ona cavab qaytarmasından çox əsəbləşmiş, həyəcandan ona dəqiq olaraq neçə bıçaq zərbəsi vurduğunu, həmin zərbələri onun hansı nahiyəsinə yetirdiyini xatırlamır. Dediyi kimi Natiq əlini belinə atmış, o da onun belində tapança və ya hər hansı bir alət olacağından, həmin əşya ilə onu vura biləcəyindən ehtiyatlanıb ona zərbələr vurmuşdur ki, belində gizlətdiyi əşyanı çıxara bilməsin. Lakin belində dəqiq olaraq hər hansı bir əşya olub-olmamasına fikir verə bilməmişdir. Natiqlə ilk dəfə görüşərkən Natiqin üzərinə çıxartdığı tapançanın markasını bilmir. Ümumiyyətlə tapancanın həqiqi və ya oyuncaq olması barədə də dəqiq bir söz deyə bilmir. Lakin Natiqin uzun müddət həbsdə yatması, habelə Sabunçu qəsəbəsində özünə görə hörmətinin olması onu deməyə əsas verir ki, həmin silah həqiqi olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, Natiqin həmin çayxanada olduğunu bilməmişdir. Natiqin onun arxasınca dediyi sözlərlə bağlı Natiqlə hadisədən sonra rastlaşmamışdır. Çayxanada Natiqlə qarşılaşmağı təsadüf nəticəsində baş vermişdir. O, Natiqə arxasınca dediyi sözlərlə bağlı iradını bildirdikə sonuncu “əcəb etmişəm”-deyib stoldan ayağa qalxmış və əlini belinə atdığını görüb ona zərbə vurmağa başlamışdır. Natiq əlini belinə atarkən onun belində silah və ya bıçaq olduğunu görməsə də, əvvəllər üstünə silah çıxartdığından onun belində silah olduğunu zənn etmişdir. Natiq əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunduğundan onun üzərində silah və bıçaq olması ehtimalı ona özünü müdafiə etmək üçün hərəkətə keçməyə vadar etmişdir. Natiq belində olan əşyanı çıxartmaq, onun üzərinə stol və stul atmağa çalışmış, lakin o, buna imkan vermədiyinə görə, sonuncu qaçıb kafenin içərisinə daxil olmuşdur. Natiq kafenin içərisinə daxil olduqda o, həmin ərazidən uzaqlaşmışdır. Kafenin şüşəsinin sınmasından xəbəri olmamışdır. Natiqin düşmənli şəxs olduğunu bilib həmin şəxsin belində silah və ya bıçaq olmasından əmin olmuşdur. Natiq qəsəbədə olan şəxslərə onu sındırdığını, onun qarşısında dizlərini yerə atdığını demişdir. O, heç vaxt Natiqə zəng edib onun arxasınca dediyi sözlərə görə izah tələb etməmiş, lakin onunla kafedə qarşılaşdıqda hansı səbəbdən arxasınca yalan məlumat yaydığını soruşmuşdur. O, cinayət törətmək istəmədiyi üçün Natiqə nə zəng etməmiş, nə də onunla görüşmək istədiyini kiməsə bildirmişdir. O, rayondan qayıtdıqdan sonra bilmişdir ki, bütün Sabunçu rayonuna Natiq onun haqqında yalan məlumatlar yaymışdır. Məhərrəm ondan əvvəl çayxanaya daxil olub Natiqlə salamlaşmışdır, Məhərrəm və Natiqin yaxın münasibətləri olmuşdur. O, planlı şəkildə Natiqi vurmaq istəsə çayxanada onunla mübahisə etməz, kənar və gözdən uzaq yerdə bunu edərdi. O, Natiqi öldürmək istəsə, ona 14 bıçaq yox, yalnız bir bıçaq zərbəsi ilə onun ürəyinə zərbə yetirib onu öldürərdi. Natiq belindəki əşyanı çıxartmaqla üstünə hücum çəkmiş, o, da özünü qorumaq üçün ona bir neçə dəfə zərbə yetirmişdir. Kafenin içərisinə qaçdıqda Natiqin ayağı sürüşüb yıxılmış və o, əgər onu öldürmək istəsəydi, orada rahat öldürərdi. Əvvəllər Natiq qarnına silah dirədiyindən, qsədən adam öldürməyə görə əvvəllər məhkum olunduğundan və öldürdüyü şəxsin yaxınları ilə düşmən olması onun üzərində silah olduğuna güman etməyinə əsas vermişdir. Onun vurduğu zərbələrin nəticəsində 2-si ağır xəsarət, digərləri isə yüngül xəsarətlər hesab edilmişdir. Natiqi saxlayıb ona bıçaqla zərbə vurmamışdır. Natiq daim hərəkət edib onun üzərinə əşya atmağa çalışmışdır ki, belindəki əşyanı çıxartsın, o da buna görə bıçaqla özünü müdafiə etmişdir. Natiqlə aralarında əlinin ona çatacaq qədər məsafə var idi. Yalnız bir bıçaqla xəsarət yetirmişdir. Natiq yıxıldıqda ona zərbə yetirməmiş və sonuncu ayağa qalxıb kafenin içərisinə daxil olmuşdur. Natiq kafeyə daxil olduqdan sonra silahı çıxardıb onu vurmağı fikirləşməmiş, çünki Natiq kafeyə daxil olan kimi o, oradan uzaqlaşmışdır. Bıçağı təslim olarkən təhvil vermişdir. Məhkəmədə zərərçəkmiş şəxsin elan olunmuş ifadəsinin onun kafedə oturub yemək yeməsi və bərbərdə saçını düzəltdirib pul verməməyi ilə bağlı hissəsini təkzib edir. Natiqi arxadan vurmamışdır. Hadisə zamanı Natiqin kafedə olmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmədə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə elan edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, orta təhsilini Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbdə aldıqdan sonra ali məktəbə qəbul olunmamış, əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi xidmətə aparılmamışdır. Orta təhsilini başa çatdırdıqdan sonra atasına kömək etmək üçün müxtəlif şirkətlərdə mühafizəçi işləmiş, bundan başqa telefon alqı-satqısı ilə məşğul olmuşdur. 2013-cü ilin sentyabr ayının 14-də qəsdən adam öldürdüyü üçün həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin sentyabr ayında isə cəzasını tam çəkib başa çatdırdıqdan sonra azadlığa buraxılmışdır. O, azadlığa çıxandan sonra heç bir yerdə işləməmiş, bu illər ərzində spirtli içki qəbul etməmiş, siqaret çəkməmiş, narkotik vasitələrdən istifadə etməmişdir. Azadlığa çıxandan sonra da bütün dostları, tanışları ilə münasibəti yaxşı olmuş, heç kimlə arasında düşmənçilik, ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımasa da, sonuncunun qardaşı Hamlet İbayev onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün normal münasibətləri olmuşdur. Hamletlə söhbət əsnasında bilmişdir ki, onun Bəhram adlı qardaşı var. Onlar ailədə səhv etmirsə 5 qardaş olmuş, hamısı Yardımlı rayonunda yaşamışlar. Hətta eşitmişdir ki, ataları Sabunçu qəsəbəsində kafe işlədir. O, azadlığa çıxandan sonra Bəhrəmlə rastlaşıb salamlaşmış, aralarında normal münasibət olmuşdur. Təxminən 2023-cü ilin aprel ayında dəqiq yadında qalmayan tarixdə saat 17 radələrində öz istifadəsində olan “Niva” markalı **-ZS-*** dövlət nömrə nişanlı avtomobillə Sabunçu qəsəbəsi, 62 nömrəli avtobusun sonuncu dayanacağının yanından keçən zaman görmüşdür ki, Bəhrəm dayanacağın yanında dayanıb onun idarə etdiyi avtomobilə tərəf baxır. O, özü də Natiqə tərəf baxmışdır ki, sonuncu onunla salamlaşsın, lakin hiss etmişdir ki, Bəhrəm ona salam vermək istəmir. Buna görə də öz istifadəsində olan telefondan Bəhrəmin hazırda unutduğu telefon nömrəsinə zəng vurub hansı səbəbə görə ona salam vermədiyini soruşmuş və telefon dükanına gedib, qayıdıb gələndən sonra onunla görüşmək istədiyini demişdir. Bəhrəm isə buna etiraz etməmişdir. O, bundan sonra “Neftçilər” metro stansiyasına tərəf gedib telefonunu satdıqdan sonra yenidən həmin ünvana qayıtmış, Bəhrəmin yolun kənarında dayandığını görüb maşından düşüb onunla əl verib görüşmüş, həmin vaxtı yanında olan Məhərrəm adlı dostu da onunla səmimi şəkildə salamlaşmışdır. Bundan sonra Bəhrəmə təklif etmişdir ki, onun istifadəsində olan avtomobilə əyləşsin, birlikdə gedib kənarda söhbət etsinlər. Bəhrəm buna etiraz etməyib sakit şəkildə avtomobilə əyləşmiş, o, maşını Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Sabunçu rayon şöbəsinin yaxınlığında yerləşən zibil qutuları yığılmış sakit bir yerə sürmüşdür. Maşını saxladıqdan sonra aşağı düşmədən onunla söhbət edib, hansı səbəb görə ona salam vermədiyini soruşmuş, Bəhrəm isə cavabında ona salam verdiyini, ola bilsin ki, onun salamını görmədiyini demişdir. Onlar bir qədər sakit şəkildə söhbətləşmiş, o, Bəhrəmə izah etmişdir ki, kasıb, zəif insanları incitməsin, onlarla işi olmasın. Çünki qəsəbədə kafedə, eləcə də saç ustası işləyən şəxslər ona tez-tez Bəhrəmdən şikayətlənir, gəlib saçını kəsdirdiyini, yemək yediyini, lakin pulunu ödəmədiyini deyib, Bəhrəmi tanıdığından ondan xahiş etsin ki, belə işlər tutmasın. O da buna görə Bəhrəmə öz iradlarını demiş, Bəhrəm də onun bu iradlarına etiraz etməmiş, onlar bir-birlərini başa düşdükdən sonra yenidən 62 nömrəli avtobusun dayanacağına tərəf qayıtmışlar. Söhbət zamanı onunla Bəhrəm arasında heç bir dava olmamış, nə o, Bəhrəmi, nə də ki, Bəhrəm onu təhqir etməmiş, kimsə-kimisə vurmamışdır. Onlar maşından düşən kimi Bəhrəm onun boynunu qucaqlayıb öz dostlarına bildirmişdir ki, Natiq onun qardaşıdır, onlar öz aralarında olan anlaşılmazlığı həll etmişlər. Hətta bu zaman əmisi Etibarda maşınla onların yanından keçəndə onu görüb maşını saxlamış, Bəhrəmin özü ilə də salamlaşmışdır. Bəhrəm isə evə qayıtmasını demişdir. Bundan sonrakı günlərdə Bəhrəmlə rastlaşmamış, aralarında heç bir telefon danışığı olmamışdır. O da Bəhrəmdən şikayətlənən şəxslərə bildirmişdir ki, Bəhrəmlə görüşüb-danışmış, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonradan həmin şəxslərin Bəhrəmə onun bu sözlərini necə çatdırdıqlarını bilmir. xx.xx.2023-cü il tarixdə bütün günü evdə olub, saat 15 radələrində evdən çıxıb ünvan 3 ünvanında yerləşən tanışı Ruslan adlı şəxsin işlətdiyi “Park kafe” adlanan obyektdə getmişdir. Ora çatanda görmüşdür ki, sinif yoldaşı Şahin, kafeni işlədən Ruslan və bərbər işləyən Füzuli adlı şəxs kafenin qarşısında olan parkdakı masada əyləşmişlər. O, özü də onlarla salamlaşıb həmin masada əyləşmiş, hətta sonradan qonşuluqda yaşayan Anar adlı şəxs də gəlib onlarla salamlaşaraq çıxıb getmişdir. Onlar masada əyləşdikdən sonra bir-birləri ilə hal-əhval tutmuş, sakit şəkildə söhbət etməyə başlamışlar. Ruslan kafedə işləyən işçisinən xahiş etmişdir ki, onlara çay gətirsin. Təxminən 15-20 dəqiq birlikdə əyləşib çay içdikdən sonra Ruslan kafenin içərisinə getmiş, bu zaman Məhərrəm adlı qəsəbədən tanıdığı şəxs gəlib onların əyləşdikləri masaya yaxınlaşaraq hər biri ilə mehriban şəkildə salamlaşmışdır. Sonra isə onun özü də səhv etmirsə kafenin içərisinə tərəf getmişdir. Həmin an qəflətən kimsə onu arxadan başından bilmədiyi alətlə vurmuşdur. O, bu zərbədən sonra bir qədər özünü itirmiş, buna baxmayaraq özünü cəmləyib ayağa qalxmaq istəmişdir ki, onun bədəninin müxtəlif nahiyələrindən bıçaq zərbələri dəyməyə başlamışdır. Bu zərbələrdən gözü qaraldığından ətrafda kimlərin olduğunu, ona bıçaq zərbələrini kimin və ya kimlərin vurmasını görə bilməmişdir. Onu bıçaqla vuran şəxs dayanmadan zərbələr atmış, o isə əllərini qabağa vermişdir ki, özünü qoruya bilsin. O, bir təhər çevrilib kafenin içərisinə tərəf qaçmışdır ki, içəridən özünü qorumaq üçün bıçaq götürsün, bu zaman həmin şəxs onun kürəyindən də zərbələr vurmuşdur. O, kafeyə daxil olanda artıq taqəti qalmadığından arxası üstə divanın üstünə yıxılmışdır. Səs-küyə mətbəxdən kafeni işlədən Ruslan adlı şəxs və kafenin qadın işçiləri də gəlmişlər. Artıq ona bıçaq zərbəsi vuran şəxs qaçıb getmişdir. Bundan sonra Şahin adlı dostu da gəlib ona kömək etmiş və Ruslanla birlikdə onu çölə çıxardaraq öz istifadəsində olan “Volksvagen Passat” markalı avtomobilə mindirib X20 X19 çatdırmışlar. O, maşında qan itirmədən tam halsızlaşmış, buna görə də sonradan baş verənlərin heç biri yadında deyil. Hazırda səhhəti normallaşmışdır, vaxtında onu xəstəxanaya çatdırdıqlarından, həmçinin həkimlər vaxtında tibbi yardımı göstərdiklərindən həyatı xilas olunmuşdur. Yalnız bir neçə gündən sonra özünə gələndə eşitmişdir ki, Təqsirləndirilən şəxs ona bıçaq xəsarətləri yetirməsi səbəbindən tutulmuşdur. Təqsirləndirilən şəxs ilə arasında əvvəllər heç bir ədavət, düşmənçilik olmamış, ümumiyyətlə onu yalnız azadlığa çıxandan sonra tanımışdır. Onların ailə üzvləri arasında da heç vaxt düşmənçilik olmamışdır. Yuxarıda da qeyd etdiyi kimi azadlığa çıxandan sonra qəsəbədə müxəlif bərbərxanalarda, kafelərdə işləyən şəxslərdən eşitmişdir ki, Bəhrəm onlarla kobud rəftar edir, özünü hörmətli oğlan kimi aparıb ona göstərilən xidmətlərin pulunu verməmişdir. Həmin şəxslər ondan xahiş etmişlər ki, Bəhrəmlə görüşsə, ona izah etsin ki, belə hərəkətlərə son qoysun. Çünki özləri ondan çox çəkinmişlər. O da buna görə Bəhrəmlə aprel ayında görüşəndə salam vermək məsələsi ilə yanaşı bu söhbəti də açmış və onlar söhbət etdikdən sonra bir-birlərini başa düşmüşlər. Bəhrəm özü də onun bu iradlarına etiraz etməmiş, mehriban şəkildə sağollaşıb ayrılmışdır. Sonradan Bəhrəmdən şikayətlənmiş şəxslərə onunla söhbət etdiyini, oxşar hadisələrin yəqin ki, təkrarlanmayacağını demişdir. Onun bundan başqa Bəhrəmlə arasında heç bir söz-söhbət olmamışdır. Onun hansı səbəbə görə ona bıçaq zərbələri vurduğunu bilmir. Vuran zaman da heç bir söz deməmişdir. Ola bilsin ki, aralarında olan söhbətlə bağlı kimlərsə ona düzgün məlumat çatdırmamış, o da bundan əsəbləşib belə bir hərəkət etmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vuran zaman onlar həmin vaxtı masada əyləşmişlər. Yanında Şahin adlı sinif yoldaşı və Füzuli adlı bərbər işləyən şəxs olmuşdur ki, sonradan onlar özləri də kənara çəkilmişlər. O özü isə həmin kafeyə tək getmişdir. Təqsirləndirilən şəxs həmin kafeyə gələcəyindən qabaqcadan məlumatı olmamışdır. Ümumiyyətlə həmin gün onunla arasında heç bir danışıq olmamışdır. Onun kafeyə necə və kiminlə gəldiyini də bilməmişdir. Onun tanışlarından yalnız Məhərrəm adlı şəxsi görmüşdür ki, Məhərrəm də ona salam verib kafeyə keçmiş, sonra isə harasa getmişdir. Məhz bundan sonra ona arxadan hücum edilmiş, ona vurulan zərbələrdən gözü qaraldığı üçün onu bıçaqla vuran şəxsin Bəhram olmasını görə bilməmişdir. Ümumiyyətlə ona bıçaq zərbələrini Bəhrəmin tək və ya başqa kimlərləsə vurmasını bilmir. Yuxarıda da qeyd etdiyi kimi əvvəlcə başının arxasından hansısa küt əşya ilə zərbə almış, sonra isə ayağa qalxmağa çalışmışdır ki, yarım oturaqlı vəziyyətində ona bədəninin müxtəlif nahiyələrindən bıçaq zərbələri dəyməyə başlamışdır. O, birtəhər qaçıb kafeyə getmək istəyəndə isə kürəyindən bıçaqla zərbələr vurulmuşdur. İçəri daxil olandan sonra isə huşu özündən getdiyindən həmin şəxsin kafenin içərisində də ona zərbələr vurub-vurmadığını bilmir. O, özünü qorumaq üçün gah əlini qabağa verir, gah da ayaqlarını göyə qaldırmışdır. Ona ümumumilikdə neçə bıçaq zərbəsi dəydiyini bilmir. Yəqin ki, vaxtında özündə güc tapıb kafeyə daxil olmasaydı, ona daha çox bıçaq zərbəsi yetiriləcəkdir. Bəhrəm ona bu zərbələri yəqin ki, öldürmək məqsədi ilə yetirmişdir, tez bir zamanda ona çoxsaylı zərbə vurmaqda məqsəd də onu öldürmək olmuşdur. Məhərrəm adlı şəxs hadisə vaxtı onu nə yumruqla, nə də ki bıçaqla vurmamışdır. Heç Bəhrəmin özünün də onu necə vurmasını görməmişdir. Bir daha bildirmişdir ki, o, özündə olmadığı üçün hadisə vaxtı ona bıçaq xəsarətini dəqiq olaraq kimin və ya kimlərin yetirdiyini bilmir. Yalnız hadisədən sonra eşitmişdir ki, onu Bəhrəm adlı şəxs bıçaqlamışdır. Bıçaq xəsarətlərini ona Bəhrəmin tək özünün yetirdiyini və ya bir neçə şəxsin köməkliyi ilə yetirib-yetirmədiyini dəqiq bilmir, görməmişdir. Təqsirləndirilən şəxs bıçağı haradan əldə etdiyini bilmir. Bıçağı görməyə macal tapmadığı üçün təsvir edə bilmir. Şahin və Füzulinin onu necə bıçaqlanmağına şahid olub-olmamalarını bilmir. Hadisədən sonra da onlarla arasında bu barədə söhbət olmamışdır. Ümumiyyətlə hadisəyə başqa kimlərin şahidlik etməsindən xəbəri yoxdur. Kafenin giriş qapısının necə və kimin tərəfindən qırılmasını bilmir. Hadisə baş verən zaman təxminən saat 15-16 radələri olmuş, günorta saatları olduğundan səhv etmirsə kafedə başqa müştəri olmamışdır. Onun heç vaxt silahı olmamış, üzərində nə bıçaq, nə də ki, silah gəzdirməmişdir. Onlar Bəhrəmlə söhbət edən zaman da onun üstünə heç bir alət çıxartmamış, sadəcə sakit şəkildə maşından düşümədən söhbət etmişlər. O, yuxarıda da qeyd etdiyi kimi kiməsə onu cəzalandırmağı barədə bir söz deməmiş, yalnız Bəhrəmlə görüşüb söhbət etməyi xahiş etmiş, zəif insanlara bildirmişdir ki, xahişlərini yerinə yetirmişdir. Bəhrəmə izah etmişdir ki, özündən zəiflərlə işi olmasın. Ola bilsin ki, onun bu sözlərini Bəhrəmə başqa formada çatdırmışlar ki, bu da onun başqa verənləri düzgün başa düşməməsinə səbəb olmuşdur. Hadisə vaxtı Bəhrəm ona yaxınlaşıb heç bir söz deməmiş, nə də ki, o, Bəhrəmə “əcəb etmişəm”-deyə cavab qaytarmamışdır. Göstərdiyi kimi onu qəflətən arxadan hücum edib vurmuşdur. Hadisə vaxtı üzərində heç bir alət və ya əşya olmamışdır. Bəhrəm yəqin ki, bu dediklərini özünü müfadiə etmək məqsədi ilə bildirmişdir. Onun bütün bu hərəkətlərinə baxmayaraq başqa vermiş hadisə ilə bağlı nə Təqsirləndirilən şəxs, nə də ki, başqa bir şəxsdən şikayəti, tələbi yoxdur, onunla barışmışdır, onu bağışlamışdır (cild 2, iş vərəqi 51-58). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 62 nömrəli avtobus dayanacağının yanında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında ilk dəfə mübahisə baş vermişdir. Əsas hadisə həmin mübahisədən iki ay sonra baş vermişdir. Hadisə Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsində yerləşən kafedə olmuşdur. Kafenin sahibi onların dostudur. Onlar Bəhrəmlə həmin kafeyə mütəmadi olaraq getmişlər. Hadisə günü Bəhrəmlə kafeyə gedən zaman Natiq artıq kafedə əyləşmişdir. Maşından əvvəlcə o, düşmüş və Natiqlə salamlaşmışdır. Bir müddət sonra Bəhrəm maşından düşmüş və Natiqə yaxınlaşaraq onun bədəninə zərbələr endirməyə başlamışdır. Bəhrəm tərəfindən Natiqə vurulmuş xəsarətlərin bıçaq vasitəsi ilə yetirildiyi ona sonradan məlum olmuşdur. Hadisədən qabaq Bəhrəmlə Natiqin aralarında mübahisələr olmuş və həmin hadisə onların aralarında olan müxtəlif mübahisələrin nəticəsində baş vermişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Natiqin yanında onun dostları olmuşdur. Hadisə zamanı dava anidən baş vermişdir. Hadisədən qabaq Bəhrəmlə Natiqin arasında olan mübahisələr barədə bütün qəsəbə sakinləri danışmışdır. 62 saylı avtobus dayanacağının yanında olan hadisə zamanı Natiq əvvəlcədən Bəhrəmlə əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirmiş, sonradan onların yanına maşınla yaxınlaşmışdır. Onlarla salamlaşdıqdan sonra Bəhrəmdən maşına əyləşməsini və onunla birlikdə danayacaqdan bir qədər kənarda söhbət etmək istədiyini bildirmişdir. Bəhrəm maşına əyləşmiş, onlar dayanacaqdan uzaqlaşmış və bir qədər sonra geri qayıtmışlar. Qəsəbədə, sakinlər arasında olan söhbətlər guya Natiqin Bəhrəmlə görüşüb onu cəzalandırması barədə olmuşdur. Bəhrəm 2 ay müddətində rayonda olmuşdur. Bəhrəmin qəsəbədə kimisə incitməyi və ya kiminsə pulunu verməməsi barədə ona heç kim heç nə deməmişdir. Hadisə zamanı Natiqin kafedə olması barədə Bəhrəmin və ya onun məlumatı olmamışdır. Kafeyə ona məxsus olan maşınla getmişlər. Hadisə zamanı və ya hadisədən qabaq Natiqin əlində silah olmasını görməmişdir. Bəhrəmlə Natiqin arasında dava olan zaman o, sonunucuların arasında girərək davaya son qoymağa çalışmışdır. Həmin vaxt Natiq kafenin içərisinə daxil olmuş və qapını bağlamışdır. Bərhəm isə onunla birlikdə hadisə yerindən uzaqlaşmışdır. Kafenin qapısının şüşəsini Natiq sındırmışdır. Hadisə zamanı Bəhrəm Natiqə yaxınlaşan zaman sonuncu əlini kürəyinin arxasına tərəf aparmış və Bəhrəm bunu gördükdən sonra Natiqə xəsarətlər yetirməyə başlamışdır. Bəhrəm Natiqdən başqa heç kimə xəsarət yetirməmişdir. Bəhrəm tərəfindən Natiqə yetirilən xəsarətlərin tam olaraq bədənin hansı nahiyyələrinə yetirildiyini xatırlamır. İbtidai istintaqda verdiyi ifadəni təstiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, evlərdə təmizlik işlərində işləyir. Əvvəllər kafedə də işləmişdir. Hadisə baş verən gün işlədiyi həmin kafedə olmuşdur. Bir an səs-küy olmuş, onlar səs-küyə çıxan vaxt Natiq adlı şəxsin divanda yaralı vəziyətdə uzandığını görüb ona kömək etməyə başlamışlar. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Natiqi kimin bıçaqladığını görməmişdir. Hadisə baş verən vaxt onlar mətbəxdə olmuşlar. Hadisə baş verən vaxt giriş qapısının şüşəsi sınmışdır. Həmin qapı onlar içəri daxil olan vaxt açıq vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, kafedə olmuşdur. Həmin kafedə mətbəx işçisi kimi işləmişdir. Hadisə baş verən zaman oranın müdiri Ruslan ilə sabun qabı düzəltmişlər. Səs-küy yaranmış, Ruslan çölə çıxmış, o isə içəri girmişdir. Hadisə baş verdikdən sonra çölə çıxanda Natiqin divanda qan içində uzanıqlı olduğunu görmüş və ona kömək etmişdir. Sonra Natiqi xəstəxanaya aparmışlar. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, baş verən hadisə barədə kafenin ofisantı Rəhiməxanım məlumat vermişdir. Səs-küy qutardıqdan sonra orada əlavə hadisə baş verməmişdir. Hadisə nəticəsində kafenin qapısının şüşələri sınmışdır. Hadisə baş verən zaman mətbəxdə olmuşdur. Mətbəxin bir qapısı var idi, o da zala açılırdı. Hadisə zamanı həmin qapı açıq idi. Natiq hadisədən sonra qan içində zaldakı divanın üstündə uzanmışdır. Natiqi bıçaqlayan şəxsi görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisəni görməmişdir. Hadisədən əvvəl Natiq adlı şəxs Bəhrəmin arxasınca danışmışdır. Bəhrəmi gördüyü vaxt baş verənləri, Natiqin dediklərini soruşanda o, Natiqlə danışdığını və məsələni həll etdiyini bildirmişdir. Bundan sonra isə baş verən hadisə barədə məlumat almışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə günü Bəhrəmin Natiqi bıçaqlamasını eşitmişdir. Natiqin Bəhrəmə qarşı silah çıxartdığını eşitmişdir. Bəhram barəsində qəsəbədə mənfi heç nə eşitməmişdir. Hadisə baş verdikdən sonra Bəhrəmin polisə gedib təslim olduğunu eşitmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Park kafe” adlı obyektin qarşısıdır. Həmin kafe fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmişdir. Kafenin giriş qapısından 2 metr irəlidə müxtəlif ağac və kol bitkilərindən ibarət park kimi istifadə olunan sahə vardır. Həmin parkda yay aylarında insanların istirahəti üçün nəzərdə tutulmuş 5 ədəd taxta və plastmas masa yerləşdirilmişdir. Parkın döşəməsi daş piltələrlə, kafenin girişi ilə parkın arasında olan sahə isə asflat örtüklə əhatə olunmuşdur. Kafenin giriş qapısı qarşısında yerdən hündürülüyü 25.3 sm olan üzərində ağ naxışları olan qara və solğun bənövşəyi rəngli kafellə əhatə edilmiş hissə vardır. Adı çəkilən kafenin giriş qapısı plastik materialdan hazırlanmış, qapının ortası list şüşədən ibarətdir. Giriş qapısının tutacağı gümüşü rəngli, dəmir aliminiumdan hazırlanmışdır. Qapının sol tərəfində üzərində böyük hərflərlə, latın qrafikalı Azərbaycan əlifbası ilə qırmızı rəngli “PARK KAFE” sözləri, həmin yazının altında isə bir sıra yemək adları olmaqla, həmin yeməkləri əks etdirən fotoşəkillər yapışdırılmış list şüşə mövcuddur. İçəri daxil olduqda sağ tərəfdə kafenin ümumi zalı yerləşir. Zalda sol tərəfdə dəmir stol, stul, sağ tərəfdə isə dəri materialdan olan divanlar yerləşir. Kafenin daxili sol divarı və tavan hissəsi bir-birinə keçmə taxta materialdan hazırlanmışdır. Üzərində 1 ədəd televizor asılmış divarı isə daş materialdan ibarətdir. Kafenin girişi ilə 2 metr irəli hərəkət etdikdə sol tərəfdə bar kimi istifadə olunan mebel dəsti, ondan sonra ayrıca giriş qapısı olub, sol tərəfdə yerləşən mətbəx otağı, ona paralel isə tualet otağı yerləşir. Kafenin giriş qapısını qarşısında, eləcə də zalında qeyri-müəyyən formalı qanabənzər ləkələr oluduğu üçün həmin ləkələr iş üçün əhəmiyyət kəsb etdiyindən tampon vasitəsi ilə hopdurulmaqla qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən kafenin qarşısındakı asfalt örtüyü ilə sol tərəfdə yerləşən poçt istiqamətində hərəkət etdikdə yerdə müxtəlif formalı uzanan qana bənzər ləkələr olduğu aşkar edildi. Həmin ləkələr iş üçün əhəmiyyət kəsb etdiyindən tampon vasitəsi ilə hopdurulmaqla qablaşdırılaraq götürülmüşdür. Bundan başqa kafenin giriş qapısı ilə üzbəüz səki boyunca uzanan müxtəlif növ ağac və kolların torpağa basdırılmış hissəsində üzəri qana bənzər ləkələrlə bulaşmış olan sınmış şüşə qırıntıları mövcuddur. Həmin şüşə parçası iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zaman kafenin içərisində və giriş qapısı qarşısında video müşahidə kameralarının quraşdırıldığı aşkar edildi. Həmin kameraların yaddaş qurğusuna baxış zamanı müəyyən edilmişdir ki, qurğu “Prolens” markalıdır. Həmin yaddaş qurğusunun arxiv görüntülərində sonuncu çəkilişin xx.xx.2023-cü il tarixdə qeydə alınması aşkar edildi. Həmin tarixdən sonra hər hansı bir çəkiliş qeydə alınmamış, texniki nasazlıq səbəbindən video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülər qurğunun yaddaşında arxivləşdirilməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə qeydə alınmış hər hansı bir görüntü aşkar edilmədi (cild 1, iş vərəqi 6-14). Cinayət işinin materiallarında olan DİN-in X8 Xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ9-017 nömrəli kamerası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12dən 18-dək qeydə alındığı görüntülərin əks olunduğu diskdə olan məlumatlara baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:27-də “Mercedes E” klass markalı **-HY-*** dövlət nömrə nişanlı açıq göy rəngli avtomobil Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayam küçəsi ilə hərəkət edib, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi istiqamətində dönərək hərəkətini davam etdirir. Görüntülərdən görünür ki, avomobildə sürücü ilə yanaşı, qabaq sərnişin oturacağında bir nəfər şəxs əyləşmişdir. Göstərilən tarixdə saat 15:33-də həmin avtomobil yüksək surətlə Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsindən geri qayıdaraq, Ə.Məmmədəliyev küçəsinə sağ tərəfə doğru dönüb hərəkət edərək dəmiryol stansiyasına tərəf gedir. Saat 15:36-da isə “Wolksvagen Passat” markalı **-CM-*** dövlət nömrəli nişanlı avtomobil sürətli şəkildə Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsindən çıxaraq Xəstəxanayanı küçəsi istiqamətində X20 X19 doğru hərəkət edir. Həmin avtomobilin qabaq sərnişin oturacağında və onun arxasında bir nəfər şəxs əyləşmişdir. Baxış zamanı görüntülərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kafeyə gəlməsi, hadisəni törədib geri qayıtması cəmi 6 dəqiqə çəkmiş, hadisə xx.xx.2023cü il tarixdə saat 15:30-da baş vermişdir (cild 2, iş vərəqi 38). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair qərarına əsasən götürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlara xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, sms məlumatlarına, istifadədə olduğu ərazi üzrə antena məlumatlarına dair baxış protokolundan görünür ki, ***-***-**-** nömrəli mobil nömrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsində əsasən internet yəni GPRS xidmətindən istifadə edilmişdir. Onun digər günlərdə əsas danışıqları ailə üzvləri və tanışları ilə olmuşdur. Həmin telefon nömrəsi ilə göstərilən müddətdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında hər hansı bir danışıq qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixdə gün ərzində əsas danışıqları ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə olmuşdur. Həmin telefon nömrələri ilə əlaqə saxlayan zamanı müəyyən edildi ki, ***-***-**-** nömrəsi sönülü olduğu üçün şəbəkə dairəsi xaricindədir. ***-***-**-** nömrəsi X6 məxsusdur, lakin həmin şəxs Təqsirləndirilən şəxs tanımır, bu danışığın nə ilə bağlı olmasını xatırlamır. ***-***-**-** nömrəsi dostu Şahid1 məxsus olmuş, həmin gün saat 13:15 və 13:45-də iki dəfə aralarında danışıq olmuş, bu danışıq görüşüb birlikdə çayxanaya getmək məqsədi ilə edilmişdir. ***-***-**-** nömrəsi ilə saat 13:50-dən 15:18-ə qədər bir neçə dəfə danışıq olmuşdur ki, həmin telefon nömrəsi qaynı X3 məxsus olmuşdur. Həmin şəxsin dediyinə görə Bəhrəmlə danışıqları o özü deyil bacısı Aydan İslamzadə yəni Bəhrəmin arvadı aparmış, həmin gün bacısı Aydanm telefonu xarab olduğu üçün düzəltdirmək üçün öz telefonunu Bəhrəmə vermiş, bu səbəbdən də Aydan Bəhrəmlə ona məxsus nömrə ilə danışmış, danışıq zamanı Bəhrəm onlara hər hansı bir cinayət törətməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə 15:46-dan etibarən daxil olan və çıxan zənglər qeydə alınmamışdır. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilmədi. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon xx.xx.2023- cü il tarixdə saat 10:16-dan 12:53-ə qədər Abşeron rayonu, Məmmədli qəsəbəsinin, saat 13:29-dan 15:02-ə qədər ünvan 4 ünvanlarının, saat 15:02-də Sabunçu rayonu, Şəhər Şosessi, Balaxanı yolu sol tərəf, 15:11-də Nizami rayonu, A.Manafpv küçəsi, X16, saat 15:15-də Nizami rayonu Əlif Hacıyev küçəsi ev 40, saat 15:46-da isə ünvan 6 ünvanının anten dairəsində olmuşdur (cild 2, iş vərəqi 89-92). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair qərarına əsasən götürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, istifadə olunduğu ərazi üzrə anten məlumatlarına baxış protokolundan görünür ki, həmin telefon nömrəsindən əsasən internet, yəni GPRS xidmətindən istifadə edilmişdir. Onun digər günlərdə bir neçə danışığı qeydə alınmışdır ki, bu da ailə üzvləri və tanışları X5 məxsus ***-***-**-**, X11 məxsus ***-***-**-** nömrəli telefonlarla olmuşdur. Həmin telefon nömrəsi ilə əlaqə saxlanılan zaman onlar bildirdilər ki, Zərərçəkmiş şəxs Sabunçu qəsəbəsində yaşayan şəxs kimi tanımışlar, onun bıçaqlanması hadisənin şahidi olmamış, hadisənin kimin tərəfindən, hansı səbəbdən törədildiyini bilmir, Təqsirləndirilən şəxs tanımırlar. Danışıqlara dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs telefon nömrəsi ilə göstərilən müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** və ***-***-**-** nömrələri arasında hər hansı bir danışıq qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixdə gün ərzində heç bir danışıq olmamış, əsasən GPRS xidmətindən istifadə etmişdir. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, əsasən mobil operatorlardan daxil olmuş smslər olmuş, yazışmalarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilmədi. Anten məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan telefon xx.xx.2023-cü il tarixdə saat 13:40-a qədər Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev 5 ünvanının, saat 13:53-dən 14:40-a qədər ünvan 8n dairəsində olmuşdur (cild 2, iş vərəqi 44-47). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məlumatdan görünür ki, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs azadlığa buraxıldıqdan sonra tanımışdır. Zərərçəkmiş şəxs türmədən çıxdıqdan sonra küçədə Təqsirləndirilən şəxs ona salam verməməsi pis təsir etmişdir. Buna görə aralarında söz-söhbət yaranmışdır. 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Sabunçu qəsəbəsində görüşdükdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs maşına oturmasını bildirmiş, Bəhrəm də maşına oturduqdan sonra Ramana qəsəbəsi istiqamətinə getmişlər. Yolda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs silah çəkərək yerini bilməsini, ona hörmətlə davranmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yardımlı rayonuna getmiş, bir müddət rayonda qalmışdır. Rayondan qayıdandan sonra Təqsirləndirilən şəxs eşitmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində şəxsiyyətini alçaldan söhbətlər aparır. Bundan sonra Təqsirləndirilən şəxs ondan qisas almaq fikirinə düşür. xx.xx.2023-cü il tarixdə hər ikisinin tanışı olan X2 ilə Təqsirləndirilən şəxs Sabunçu qəsəbəsində yerləşən “Park Kafe”də çay içmək üçün obyektə girdikdə Zərərçəkmiş şəxs orada oturduğunu görmüşlər. Bu zaman Şahid1 Zərərçəkmiş şəxs yaxınlaşaraq görüşərkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb barəsində nəyə görə belə danışdığını bildirmişdir. Zərərçəkmiş şəxs ona “əcəb etmişəm” deyərək cavab vermişdir. Bu zaman Təqsirləndirilən şəxs üstündə olan bıçağı çıxardaraq onun bədəninin müxtəlif yerlərinə bıçaqla zərbələr endirərək kafedən getmişdir. Kafedən çıxdıqdan sonra əlində gəzdirdiyi idman sumkasından təmiz paltarlarını çıxardaraq paltarını dəyişmiş, polis idarəsinə gedib könüllü olaraq təslim olmuşdur (cild 2, iş vərəqi 49-50). Cinayət işinin materiallarında olan Sabunçu RPİ-nin 12-ci PŞ-dən əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yəni guya onu təklikdə aparıb özündən üzr istəməsi, ona saymamazlıq etdiyi üçün qəsəbədən qovması barədə Zərərçəkmiş şəxs onun barəsində qəsəbədə xoşagəlməz ifadələr işlətməsi səbəbindən baş vermişdir. Hadisə yerinə Şahid1 ilə birlikdə gəlsə də, həmin şəxsin baş vermiş cinayətdə hər hansı bir iştirakı müəyyən edilməmiş, hadisəni Təqsirləndirilən şəxs özü tək törətmiş, hər hansı bir kənar şəxsin təhrikçiliyi, iştirakı müəyyən olunmamışdır. Hadisə şahidləri müəyyən edilərək ifadələrinin alınması üçün rayon prokurorluğuna gəlmələri təmin edilmişdir. Tərəfimizdən keçirilmiş tədbirlər zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarları atması ehtimal olunan ünvan 9 ünvanına baxış keçirilsə də, paltarların tapılması mümkün olmamışdır. 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan “Niva” markalı avtomobillə SHXÇX-nin Sabunçu rayon idarəsinin yaxınlığına aparıb üzərinə silah çıxartması hadisəsi ilə bağlı keçirilmiş tədbirlər nəticəsində hər hansı bir şəxsin belə bir hadisəyə şahidlik etməsi müəyyən edilməmiş, qəsəbə sakinləri ilə keçirilmiş profilaktik söhbətlər zamanı Zərərçəkmiş şəxs nə vaxtsa silah gəzdirməsi faktı aşkar edilməmişdir (cild 2, iş vərəqi 23). Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd (cəmi 2 ədəd), ənsə nahiyəsinin 1 (bir), sol çənə nahiyəsinin 1 (bir) ədəd, sağ qulaq seyvanının 1 (bir) ədəd, sağ qulaq önü nahiyənin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının 1 (bir) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd (cəmi 12 ədəd) nüfuz etməyən, ümumilikdə 14 (on dörd) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ dirsək sümüyünün az yerini dəyişən, qapalı sınığı müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş xarakterli yaralar deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, eyni bir alətin, eləcə də ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər, sağ dirsək sümüyünün az yerini dəyişən, qapalı sınığı isə bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti onun X18 müraciətindən (xx.xx.2023-cü il) az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaralan ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya; sağ dirsək sümüyünün az yerini dəyişən, qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya; ənsə nahiyəsinin 1 (bir), sol çənə nahiyəsinin 1 (bir) ədəd, sağ qulaq seyvanının 1 (bir) ədəd, sağ qulaq önü nahiyənin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının 1 (bir) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd (cəmi 12 ədəd) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlər qısa zaman çərçivəsində yetirildiyindən, yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs xəsarətləri alarkən hücum edən şəxslə müxtəlif duruş vəziyyətlərində (ayaq üstü, oturaq, yerə yıxılmış və s.) ola bilərdi. Xəsarətlərdən sol əlin 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları Zərərçəkmiş şəxs özünü müdafiəsi zamanı törənə bilərdi. Xarakter və lokalizasiyasma görə xəsarətlər müxtəlif şəraitlərdə törənə bilər. Xəsarətlərdən deşilmiş-kəsilmiş xarakterli yaraların yıxlıma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Sağ dirsək sümüyünün az yerini dəyişən, qapalı sınığının müayinə olunan şəxsin öz boyu hündürlüyündən yıxılma nəticəsində törənməsi də ististna edilmir (cild 2, iş vərəqi 76-81). Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli, 1274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ saidin qançırı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 168-169). Kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 362/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/. (Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, qısaqol köynək, mayka, şüşə parçası üzərindəki ləkələrdə və hadisə yerindən 4 ədəd ağ plastik qablı polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambıqa hopdurulunb götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar, qısaqol köynək, mayka, şüşə parçası və bıçaq üzərində dəri toxumasına (epidermisə) şübhəli hər hansı bir hissəcik aşkar olunmadı (cild 2, iş vərəqi 70-74). Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 268/MTKŞ- 2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftann ön səthinin sağ və sol yarısında, arxa səthinin sol yarısında və orta hissəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, cins şalvarın sol ayağının arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələr eyni bir alətin, yaxud oxşar konstruksiyalı bir neçə alətin təsirindən törənə bilər. Zərərçəkmiş şəxs məxsus paltarların (kofta, mayka və şalvar) üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələr yetirilərkən, zərərçəkənlə zərbəni endirən şəxs və ya şəxslər müxtəlif qarşılıqlı vəziyyətdə ola bilər. Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön səthində bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə, şalvarın həmin hissədən dartılması nəticəsində törənmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. Təqdim edilmiş bıçağın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarların (kofta, mayka və şalvar) məhkəmə-tibbi-bioloji tədqiqatı zamanı aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: qısaqol koftanın üzərində olan ləkələrdən bir qrupu qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, bir qrup ləkələr qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən (bəzisi bucaq altında olmaqla) düşən damcı xarakterli və qan mənbəyindən əlavə kinetik implus verməklə düşən sıçrantı xarakterli ləkələr, bəzi ləkələr isə qan mənbəti ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Qolsuz maykanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Cins şalvarın üzərində olan ləkələrdən şalvarın arxa səthinin sol yarısında olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki kapillyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, şalvarın ön səthinin sağ yarısında və arxa səthində olan bəzi ləkələr qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən (bəzisi bucaq altında) olmaqla düşən damcı xarakterli və qan mənbəyi ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir (cild 2, iş vərəqi 62- 68). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqdarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun nəticədən görünür ki, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqi 83-87). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı kafedən, asfalt örtüyü üzərindən götürülmüş, qana bənzər ləkələrdən nümunələr, üzərində qana bənzər ləkələr olan bir ədəd şüşə parçası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qısaqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli mayka, bir ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 105-139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 215-216). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə bıçaqlanması ilə bağlı Təqsirləndirilən şəxs və ya hər hansı bir şəxsdən şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır, onu bıçaqladığına görə Bəhrəmi bağışlamışdır (cild 2, iş vərəqi 60). Cinayət işinin materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs 8 iyun 2023-cü il tarixdə könüllü olaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlib təslim olduğundan həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 48 və 65). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 8 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 154-158). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3 və 60.1-ci maddələrinə əsasən həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə ona təyin ediləcək cəzanın müddəti sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı kafedən, asfalt örtüyü üzərindən götürülmüş, qanbənzər ləkələrdən nümunələr, üzərində qanabənzər ləkələr olan 1 ədəd şüşə parçası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli qısaqol kofta, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli mayka və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzsı təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı kafedən, asfalt örtüyü üzərindən götürülmüş, qanbənzər ləkələrdən nümunələr, üzərində qanabənzər ləkələr olan 1 ədəd şüşə parçası, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli qısaqol kofta, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli mayka və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar