Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-990/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi– Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 10.07.1977-ci il tarixdə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Şuşa şəhəri, N.Nərimanov küçəsi, ev 24 də qeydiyyatda olmaqla, Bakı şəhəri, suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» massivi, ev 131, mənzil 17də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdikləri və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yol nişanının altında gizlədib yerləşdirdikləri kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 5242,365 qram təmiz çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 974,16 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib özünün faktiki yaşadığı ünvan 1 ünvanına daşıdıqdan sonra aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxsin təlimatı üzrə hərəkət edib həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsini öz üzərində, qalan hissələrini isə faktiki yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 22:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitənin və psixotrop maddənin bir hissəsi olan 177,365 qram təmiz çəkidə narkotik vasitə heroin və 154,160 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 27 dekabr 2020-ci il tarixdə saat 00:15-dən etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitənin və psixotrop maddənin qalan hissələri olan külli miqdarda ümumilikdə 5065 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1010 qram, 2000 qram və 1020 qram olmaqla 04 ədəd şəffaf sellofan torbalarda, külli miqdarda 820 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə 01 ədəd şəffaf sellofan torbada olmaqla üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs qeyd edilən mənzildə girişdən sağ üst tərəfdə yerləşən saxlanc yerində saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli kağız torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dolanışıq xatirinə Bakıda işləyib kirayə qalmış, ailəsi Qusarda yaşamışlar, heç vaxt narkotiklə əlaqəsi olmamışdır. İllər qabaq idmanla, ağırlıq qaldırmaqla məşğul olub pəhlivanlıq etmişdir. Bir il qabaq 8-ci kilometr bazarında bir İranlı Möhsün adı adamla tanış olmuşdur. Aralarında yoldaşlıq yaranmış, Möhsünlə mobil telefon nömrələrini bir-birilərinə vermişlər. Hərdən votsapla danışmışlar. Hadisədən 4 ay qabaq, 2020-ci ilin sentyabr ayında Möhsün zəng edib bildirmişdir ki, İrandan Azərbaycana bir az heroin və bir az metamfetamin göndərib, malı Qaradağ rayonunda Azpetrol yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yol nişanının altına bir ədəd qara sellofan torbada qoydurmuşdur. Möhsün xahiş etmişdir ki, həmin torbanı götürüb özündə saxlamış, sonradan kimin gəlib ondan götürməli olmasını deyəcək. Möhsün demişdir ki, narahat olma, pul göndərəcək. o razı olmuşdur. 2020-ci ilin sentyabrında gecə həmin yerə gedib torbanı götürüb kirayə yaşadığı evə gətirmişdir. Möhsün zəng eləmişdir ki, torbada olan heroini və metamfetamini ayrı-ayrı sellofanlarda hissələrə bölüb ayır onlar torbalarda bütöv halda olmuşdur. O torbanı evdə saxlayıb gözləmişdir ki, Möhsünün dediyi hansısa adam gəlib onu götürər, özünə də pul hörməti edər. Bir müddət Möhsün zəng etməmişdir. 4-5 gün sonra Möhsün Vatsapla zəng etmişdir ki, heroindən və metamfetamindən hərəsindən bir qədər sellofan torbada ayırıb götür, aparıb Neftçilər metrosuna yaxın ərazidə bir yerə aparıb qoy, kimsə gəlib götürəcək. Möhsün demişdir ki, nömrəni verəcək ki, həmin şəxs onunla əlaqə saxlayacaq, maddələri qoyandan sonra həmin nömrə istifadəçisinə zəng edib bildir. Torbanın içində elektron tərəzi də olmuşdur. O da evdə saxladığı həmin heroindən və metamfetamindən təxminən 150 qram götürüb iki sellofan torbalara yığıb gödəkçəsinin cibinə qoymuş, qalan heroini dörd sellofan torbalara bölüşdürmüş, bbir sellofan torbada da metamfetamin qalmışdır. Onların hamısını elektron tərəzi ilə birlikdə kağız torbaya qoyub mənzilimdə giriş yerinin sağ üst tərəfindəki rəfin içinə qoymuşdur. 26 dekabr 2020-ci ildə axşam saat 20:30 da küçələri ilə piyada gedəndə mülki geyimli üç nəfər şəxs yaxınlaşıb bildirmişlər ki, polislərdir, onlarda onda narkotik olmağı barədə məlumat var. Polislər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə ona təklif etmişlər ki, üzərində qanunsuz nə varsa təqdim edəcək. O da videçəkilişlə gödəkçəsinin sağ yan cibindən heroin, o biri cibindən metamfetamin olan sellofan bağlamaları çıxarıb təqdim etmişdir. Polislər narkotiki hardan əldə etməyini soruşduqda o da səmimi etiraf edərək heroini və metamfetamini İranlı Möhsün adlı şəxsin tapşırığı ilə Qaradağdan götürmüş, Möhsünün deyəcəyi yerə aparıb qoymaq üçün üstündə saxlamışdır. Sorğu sual zamanı özü polis əməkdaşlarına bildirmişdir ki, Möhsünün göndərdiyi heroinin və metamfetaminin qalan hissələri də kirayə qaldığı mənzildədir. Polislərlə birlikdə kirayə qaldığı mənzilə gəlmişlər. Mənzildə videoçəkilişlə mənzildə giriş yerinin sağ üst tərəfindəki rəfin içindən kağız torbanı çıxardıb polislərə təqdim etmişdir. Torbanın içindən dörd ədəd sellofan torbalarda heroini və bir ədəd sellofan torbada metamfetamini, bir də elektron tərəzini aşkar edib götürmüşlər. O bildirmişdir ki, həmin narkotik və psixotrop maddələri Möhsün adlı İranlı şəxsin tapşırığı ilə Qaradağ rayonu ərazisindən götürüb saxlamışdır. Möhsün demişdi ki, heroin və metamfetamin bükümlərini kiminsə üçün nümunə olaraq aparıb harasa qoy, hara aparıb qoymalı olduğunu deyəcək, lakin hansı müştərinin, yaxud kimin gəlib onu götürəcəyini deməmişdir. Möhsünün deməsinə görə həmin nümunə onu götürən adamın xoşuna gəlsəydi, özü evdə saxladığı maddələri də onun sözü ilə harasa aparıb qoyacaqdı ki götürsün. Qazancı Möhsünün deməsinə görə təxminən ***-**** manat göndəriləsi pul olacaqdı, çünki adam narkotiki götürüb yerinə ***-**** manat pul qoyduracaq, o da həmin pulu gedib götürəcək. Ona yazılmış ittihamdakı narkotikin çəkisi ilə razı deyil. İttiham aktında artıq çəki yazıblar. Möhsünlə bir il qabaq 8-ci kilometr bazarında tanış olmuşdur. Möhsün narkotik və psixotrop maddələri İrandan Azərbaycana necə, hansı yolla, kimlərin vasitəsi ilə göndərdiyini bilmir. O ilk dəfədir ki, Möhsünün sözü ilə belə bir iş törətmiş, əvvəllər heç vaxt narkotik və psixotrop maddələr əldə etməmiş, nə də saxlamamışdır. Narkotiki götürməyə tək getmiş, yoldan taksi tutub getmişdir. O narkotik heç vaxt qəbul etməmiş, o pəhləvan olmuş, müxtəlif dövlət tədbirlərində həmişə yaxından iştirak etmişdir. Narkotiki 4 ay yox cəmi 3 gün saxlamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 26 dekabr 2020-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə əslən Qusar rayonunun Suvacal kəndindən olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 daxil olmuş bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə olunmuşdur. Keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində özləri 26 dekabr 2020-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar kişini müəyyən edib onu dərhal saxlamış və özlərini ona təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təkliflərinə əsasən həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı da elan edib saxlanılmasının səbəbini ona izah etmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmişdir. Sonra isə əvvəlcə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə hərəkəti aparılmağa başlanmışdır. Həmin proses zamanı təhqiqatçı Nəcəf Aburşu tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərar elan edilmiş, sonra ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet, narkotik vasitə və ya psixotrop maddə varsa özü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan bükümü və içərisində ağ kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olan digər bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd «Xiaomi» markalı mobil telefonu, bir ədəd «Bakı kart» plastik kartı, 30 manat pulu, özünün şəxsiyyət vəsiqəsi və bir ədəd də açar aşkar olunmuşdur. Aşkar olunmuş, içində psixotrop maddə metamfetaminə bənzər kristal kütlə olan həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 160 qram olduğu, içində narkotik vasitə heroinə bənzər maddə olan büküm elektron tərəzidə çəkildikdə isə çəkisinin 183 qram olduğu müəyyən edilmişdir. Sonra həmin bükümlər götürülüb zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və bir ədəd mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, onun 30 manat pulu, «Bakı kart» plastik kartı və bir ədəd açarı isə özünə qaytarılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı, İran İslam Respublikasının vətəndaşı olan Möhsün adlı şəxs satmaq məqsədi ilə ona göndərmişdir, belə ki, özü həmin maddələri Möhsünün sözü ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində əvvəldən qoyulmuş yerdən götürmüş və Möhsünün ona deyəcəyi yerə, ünvana aparıb çatdırmaq fikrində olmuşdur. Yaşadığı evində bu kimi maddələr olubolmaması barədə soruşulduqda Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, hazırda Bakı şəhəri Nizami rayonunda yaşadığı mənzildə də narkotik və psixotrop maddələr saxlamaqdadır, təqdim edə bilər və evinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Bu prosesə dair videoçəkiliş başa çatandan sonra təhqiqatçı Nəcəf Aburşu tərəfindən müvafiq protokol tərtib edilərək ucadan oxunmuş və doğruluğu imzaları ilə təsdiq edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı mənzilə də baxış keçirilməsi zərurəti olduğundan onun öz razılığı əsasında özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. 27 dekabr 2020-ci il tarixə keçən gecə saat 00:15-dən etibarən həmin mənzilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Bu barədə qəbul edilmiş qərar təhqiqatçı Nəcəf Aburşu tərəfindən bir daha Təqsirləndirilən şəxs elan edilərək ona təklif edilmişdir ki, mənzildə qanunsuz saxladığı narkotik və psixotrop maddələr varsa yerlərini özü göstərsin və təqdim etsin. Təqsirləndirilən şəxs da heç bir etirazı olmadan mənzilin giriş qapısından içəridə sağ üst tərəfdə yerləşən saxlanc yerindən bir ədəd ağ rəngli kağız torbanı çıxarıb təqdim edərək bildirmişdir ki, narkotik və psixotrop maddələr onun içindədir. Əlverişli şəraitdə baxış keçirilməsi üçün həmin torba mənzilin qonaq otağındakı stolun üzərinə qoyulandan sonra baxış keçirildikdə həmin torbanın içərisindən dörd ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd də elektron tərəzi aşkar edilmişdir. İçində psixotrop maddə metamfetaminə bənzər kütlə olan həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 821 qram olduğu, içində narkotik vasitə heroinə bənzər maddələr olan həmin dörd ədəd bükümlər elektron tərəzidə çəkildikdə isə çəkisinin ümumilikdə 5 kiloqram 123 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələrin olduğu bükümlər və bir ədəd elektron tərəzi yenidən ağ kağız torbaya yerləşdirilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bunun ardınca mənzilin digər otaqlarına da baxış keçirilmiş, lakin başqa qanunsuz saxlanılan heç bir əşya, predmet aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, mənzildə saxladığı və aşkar olunmuş həmin narkotik və psixotrop maddələri tanışı, İran İslam Respublikasının vətəndaşı olan Möhsün adlı şəxsin sözü ilə onun Bakı şəhəri Qaradağ rayonu ərazisində əvvəldən qoydurduğu yerdən götürmüş, özü narkotik maddələrdən istifadə edən deyildir, bu qanunsuz işlə məşğul olmasından heç kimin xəbəri və məlumatı olmamışdır. Bütün bu proses də videoçəkilişlə həyata keçiriləndən sonra özləri yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıdıb gəlmiş və orada təhqiqatçı Nəcəf Aburşu tərəfindən mənzilə baxış keçirilməsinə və aşkar olunanlara dair protokol yazılab tərtib olunmuşdur. Həmin protokol da iştirakçılara ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və götürmə, eləcə də mənzilə baxış keçirmə prosesləri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, digər hər hansı qanunsuz hərəkətlər edilməmiş, bu kimi hallara yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 da analoji ifadə verərək Şahid2 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarışın aparılması və götürmə haqqında protokolun məzmunundan görünür ki, 02 yanvar 2021-ci-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs Pərvin Quliyevin üzərinə video kamera vasitəsi ilə video cəkliş aparılmaqla şəxsi axtarış aparılmış, o, könüllü olaraq sağ əlində saxladığı qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içində 06 ədəd bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6,145 qram narkotik vasitə heroinə bənzər kütlələr aşkar olundu. Təqsirləndirilən şəxs X3 üzərinə video kamera vasitəsi ilə video çəkliş aparılmaqla şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 dekabr 2020-ci il tarixli, həmçinin mənzilə baxış keçirilməsi və götürmə haqqında 27 dekabr 2020-ci il tarixli protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 53 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 22:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüş, həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 27 dekabr 2020-ci il tarixdə saat 00:15-dən etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı 04 ədəd şəffaf sellofan torbalarda narkotik vasitə heroinə bənzər, 01 ədəd şəffaf sellofan torbada psixotrop maddə metamfetaminə bənzər maddələr, eləcə də 01 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs qeyd edilən mənzildə girişdən sağ üst tərəfdə yerləşən saxlanc yerində saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli kağız torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2020-ci il tarixli 6/2794 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və sair qeydlər olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 154,160 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə psixotrop maddə metamfetamindir. Həmin bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 177,365 qram olan qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” və sair qeydlər olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 820 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə psixotrop maddə metamfetamindir. Həmin bağlamadakı 4 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1010 qram, 2000 qram, 1020 qram –ümumi təmiz çəkisi 5065 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə – heroindir. 1 ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyi üçün onların çəkisini və digər heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi qeyd edilən heroin və metamfetaminlə yaşadığı mənzilindən aşkar olunması qeyd edilən heroin və metamfetaminlər tərkiblərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən 2 büküm ümumi 974,160 qram təmiz çəkidə metamfetaminin ümumi 0,1 qramı tədqiqata sərf edildikdən sonra ümumi 974,060 qram qalıq çəkidə metamfetamin qalmışdır. 5 büküm ümumi 5242,365 qram təmiz çəkidə heroinin ümumi 0,15 qramı tədqiqata sərf edildikdən sonra ümumi 5242,215 qram qalıq çəkidə heroin qalmışdır. İş materiallarından görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər, ekspertiza tədqiqatından sonrakı ümumilikdə 5242,215 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 974,060 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi istintaq zamanı maddi sübutlar hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 15.03.2021ci il tarixli 797 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr üzrə telefonla aparılan danışıqların və məlumatların «xxxx» MMC-dən ələ keçirilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarına əsasən «xxxx» MMC-dən 18.02.2021-ci il tarixli AZF/LGL-81/21 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** və ***-***-**-** mobil nömrələrin «xxxx» MMC-də Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən 03.06.2019-cu il tarixdə saat 13:35-də “kola 12 pati qram yarim” məzmunlu, həmin mobil nömrədən 26.06.2019cu il tarixdə saat 18:05-də “Brat kola 8. fanta 2 ki” məzmunlu, həmin mobil nömrədən 04.07.2019-cu il tarixdə saat 15:22-də “Brat 7.kola 1.fanta” məzmunlu, həmin mobil nömrədən 08.07.2019-cu il tarixdə saat 21:02-də “Brat man cixmisam sahara .kola.7.fanta.1.q.birda yarim Brat sumqayiti kecdim” məzmunlu, həmin mobil nömrədən 17.07.2019-cu il tarixdə saat 08:24 və saat 08:30-da “Kola .10 fanta qram Brat xais ediram biraz tez olsun oluram aqsaqqal cani” məzmunlu, həmin mobil nömrədən 22.07.2019-cu il tarixdə saat 16:34-də “Brat kola 2 .fanta 1.qram” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən 04.08.2019-cu il tarixdə saat 15:04-də “Brat salam necesan dunan masin xarab olub yolda qalmisam indi duzaltib qutardilar xirdalanda qalmisam kola 7 fanta yari” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən 10.08.2019-cu il tarixdə saat 15:56-da “Brat salam kola sekkiz fanta bir dene butov” məzmunlu, həmin mobil nömrədən 21.09.2019-cu il tarixdə saat 17:38-də “Brat kola 8 fanta 1 bir” məzmunlu, həmin mobil nömrədən 26.09.2019-cu il tarixdə saat 17:04-17:07-də “Brat sahara qaliram Xabar et Kola 8 .fanta 1 q sahara az qalmisam” məzmunlu, həmin mobil nömrədən 26.09.2019-cu il tarixdə saat 17:12də “Brat fantanin qurusu varsa əla olar” məzmunlu, həmin mobil nömrədən 01.10.2019-cu il tarixdə saat 14:21-də “Kola 8 fanta 1q” məzmunlu, həmin mobil nömrədən 07.10.2019-cu il tarixdə saat 19:34-də “Kola 4 fanta 1” məzmunlu, həmin mobil nömrədən 09.10.2019-cu il tarixdə saat 19:13 və saat 19:15-də “Brat ucdana amala qalar, Brat cekmaqa yolda pati varindisa ver” məzmunlu, həmin mobil nömrədən 15.10.2019-cu il tarixdə saat 15:36-da “Brat ozun basa dus .k.8.f.1.” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə yuxarıda qeyd edilən, istifadəçiləri istintaqa məlum olmayan mobil nömrələrdən daxil olmuş, narkotik vasitə heroinə “kola”, yaxud “fanta”, psixotrop maddə metamfetaminə “pati” adları altında işarə edilməklə göstərilən məzmunda SMS mətnlərinin göndərilməsi faktlarının aşkar edilməsi Təqsirləndirilən şəxs əvvəlki ötən dövr ərzində də narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması, qəbul edilməsi, daşınması, göndərilməsi və satılması, bu kimi qanunsuz maddələrin digər naməlum şəxslər tərəfindən əldə edilməsi üçün onlardan sifarişlər qəbul etməklə qanunsuz ticarət dövriyyəsini həyata keçirməsi fəaliyyəti ilə məşğul olduğunu xarakterizə edir İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 29.03.2021-ci il tarixli 008- 2364-1221 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş heroin və metamfetaminin satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Möhsün” adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsinə, “Möhsün” adlı şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiyini, Təqsirləndirilən şəxs da narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri Bakı şəhəri ərazisində qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına dair əlavə məlumatlar daxil olmuşdur. Lakin Möhsün” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhədkeçməsinə dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədindən Biləsuvar sərhəd nəzarət məntəqəsindən 01.08.2018-ci il tarixdə saat 01:14-də çıxışına və həmin məntəqədən 02.08.2018-ci il tarixdə saat 04:40-da əks istiqamətdə girişinə, həmin məntəqədən 02.10.2018-ci il tarixdə saat 23:31-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 05.10.2018-ci il tarixdə saat 02:13-də əks istiqamətdə girişinə, həmin məntəqədən 11.10.2018-ci il tarixdə saat 19:19-da İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 14.10.2018-ci il tarixdə saat 02:44-də əks istiqamətdə girişinə, həmin məntəqədən 28.10.2018-ci il tarixdə saat 00:20-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 30.10.2018-ci il tarixdə saat 05:30-da əks istiqamətdə girişinə, həmin məntəqədən 17.11.2018-ci il tarixdə saat 03:27-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 19.11.2018-ci il tarixdə saat 02:24-də əks istiqamətdə girişinə, həmin məntəqədən 07.12.2018-ci il tarixdə saat 12:44-də İran İslam Respublikası istiqamətində çıxışına və Culfa sərhəd nəzarət məntəqəsindən 08.12.2018-ci il tarixdə saat 10:00-da əks istiqamətdə girişinə, Culfa sərhəd nəzarət məntəqəsindən 08.12.2018-ci il tarixdə saat 12:50-də İran İslam Respublikası istiqamətində çıxışına və Biləsuvar sərhəd nəzarət məntəqəsindən 09.12.2018-ci il tarixdə saat 02:04-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən 07.01.2019-cu il tarixdə saat 18:49-da İran İslam Respublikası istiqamətində çıxışına və Culfa sərhəd nəzarət məntəqəsindən 08.01.2019-cu il tarixdə saat 11:00-da əks istiqamətdə girişinə, Culfa sərhəd nəzarət məntəqəsindən 08.01.2019-cu il tarixdə saat 13:34-də İran İslam Respublikası istiqamətində çıxışına və Biləsuvar sərhəd nəzarət məntəqəsindən 10.01.2019-cu il tarixdə saat 04:39-da əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən 21.01.2019-cu il tarixdə saat 23:58-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 22.01.2019-cu il tarixdə saat 01:36-da əks istiqamətdə girişinə, həmin məntəqədən 04.03.2019-cu il tarixdə saat 08:08-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 04.03.2019-cu il tarixdə saat 13:30-da əks istiqamətdə girişinə, Astara sərhəd nəzarət məntəqəsindən 08.05.2019-cu il tarixdə saat 16:40-da İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 08.05.2019-cu il tarixdə saat 18:54-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən 20.08.2019-cu il tarixdə saat 23:32-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 22.08.2019-cu il tarixdə saat 01:14-də əks istiqamətdə girişinə, həmin məntəqədən 19.10.2019-cu il tarixdə saat 05:29-da İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 20.10.2019-cu il tarixdə saat 03:47-də əks istiqamətdə girişinə, həmin məntəqədən 21.01.2020-ci il tarixdə saat 00:38-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 21.01.2020-ci il tarixdə saat 04:23-də əks istiqamətdə girişinə, həmin məntəqədən 26.01.2020-ci il tarixdə saat 00:10-da İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 27.01.2020-ci il tarixdə saat 03:45-də əks istiqamətdə girişinə dair sərhədkeçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1 30.03.2021-ci il tarixli qərarına əsasən əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarından görünür ki, maddi sübutlardan şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılır, ekspertiza tədqiqatından sonrakı ümumilikdə 5242,215 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 974,060 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi isə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 dekabr 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.02.2021-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün ilkin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı ümumilikdə 5242,215 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 974,060 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 108 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi X9 qızının vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli X3 tutulduğu gündən, yəni 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11(on bir) il 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dinspanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı ümumilikdə 5242,215 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 974,060 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 108 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs oğluna göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından məhkəmədəki müdafiəçisi X9 qızının vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 manat köçürülsün. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs oğluna hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-990/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-990/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver