Məhkəmə qərarları › İş №1(101)-990/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-990/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-990/2022 23.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 1 mart 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,527 qram, 0,529 qram, 0,422 qram, 0,432 qram, 0,401 qram, 0,303 qram, 0,312 qram, 0,259 qram, 0,492 qram, 0,391 qram, 0,266 qram, 0,529 qram, 0,294 qram, 0,423 qram, 0,466 qram və 0,431 qram, ümumi təmiz çəkisi 6,477 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 6 sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən qapağı yaşıl rəngli plastmas qabın içərisindən 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,527 qram, 0,529 qram, 0,422 qram, 0,432 qram, 0,401 qram, 0,303 qram, 0,312 qram, 0,259 qram, 0,492 qram, 0,391 qram, 0,266 qram, 0,529 qram, 0,294 qram, 0,423 qram, 0,466 qram və 0,431 qram, ümumi təmiz çəkisi 6,477 qram qəhvəyi rəngli maddələr öz aralarında və Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 1022,032 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək həmin narkotik vasitədən sataraq əldə olunan gəliri aralarında bərabər şəkildə bölmək üçün 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 külli miqdarda, yəni 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,527 qram, 0,529 qram, 0,422 qram, 0,432 qram, 0,401 qram, 0,303 qram, 0,312 qram, 0,259 qram, 0,492 qram, 0,391 qram, 0,266 qram, 0,529 qram, 0,294 qram, 0,423 qram, 0,466 qram və 0,431 qram olmaqla, ümumi təmiz çəkisi 6,477 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini vermiş, qalan narkotik vasitəni üzərində və yaşadığı evdə saxlamaqla daşımış və 6 sentyabr 2021-ci il tarixdə saat 13:30da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol yan cibindən 14 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,367 qram, 0,639 qram, 1,032 qram, 0,281 qram, 0,341 qram, 0,277 qram, 0, 249 qram, 0,759 qram, 0,528 qram, 0,431 qram, 0,503 qram, 0,425 qram, 0,336 qram, 0,188 qram olmaqla, ümumi təmiz çəkisi 6,356 qram qəhvəyi rəngli maddələr öz aralarında, yaşadığı evdən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında aparılan axtarış zamanı isə həmin evin qonaq otağında olan divanın alt hissəsindən 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357, 0,926, 0,874, 0,905, 0,393 və 0,744 qram olmaqla, ümumi təmiz çəkisi 4,199 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında, üzərindən, yaşadığı evdən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin evin qonaq otağında pərdənin arxasında saxlanc yerindən isə 1 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 1005 qram qəhvəyi rəngli maddə, üzərindən, yaşadığı evdən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, narkotik vasitə ilə bağlı tələbatını qardaşı Elxanın sayəsində ödəmişdir. Elxanın narkotik vasitələri kimdən və necə əldə etdiyini bilməmişdir. Hər dəfə Elxana ona narkotik vasitə alması üçün pul vermiş, Elxan da ona istifadəsi üçün narkotik vasitə alıb vermişdir. Sonuncu dəfə 5 sentyabr 2021-ci il tarixdə qardaşı Elxana 25 manat pul vermişdir. Elxan da ona 1 qrama yaxın 1 ədəd büküm narkotik vasitə heroin vermişdir. Özü həmin bir bükümdə olan narkotik vasitə heroini bükümlərə bölərək 16 büküm düzəltmişdir ki, sonradan özü üçün istifadə etsin. 6 sentyabr 2021-ci il tarixdə təxminən saat 10-11 radələrində yaşadığı məhəllədə evinin qarşısında olan zaman mülki geyimdə olan şəxslər yaşadığı həyətə daxil olub ona yaxınlaşaraq qardaşı Elxan barədə sorğu-sual etmişlər. O da Elxanın yaşadığı evi göstərmişdir. Daha sonra polis əməkdaşları onu da saxlayıb üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək ərazi üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. 31-ci PB-də polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş və müdafiəçi dəvət olunmuşdur. Bundan sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildikdə əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindəki qapağı yaşıl rəngli olan plastmas qabın içərisindəki bir gün əvvəl qardaşı Elxanın ona verdiyi 16 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümlər açıldıqda heroin kimi tanıdığı narkotik vasitələr aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarının təsiri ilə həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin vaxt təzyiq altında olduğundan həmin narkotik maddələri 6 sentyabr 2021-ci il tarixdə qardaşı Elxanın həm satmaq, həm də öz istifadəsi üçün ona verdiyini bildirmişdir. Lakin əslində həmin narkotik vasitələri qardaşı ona yalnız öz istifadəsi üçün verdiyi pul ilə alıb vermişdir. Daha sonra polis əməkdaşları üzərində şəxsi axatrışa davam etmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Ondan aşkar edilmiş bükümlər polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilərək protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi ev 9-da yaşamışdır. Yaşadığı evin həyətində bir neçə ev olmuş, qardaşı və o, bir həyətdə yerləşən ayrı evlərdə yaşamışlar. O, polis əməkdaşları gələn zaman həyətdə olmuşdur. Polis əməkdaşları 6 sentyabr səhər saat 9 radələrində gəlmişlər. Qardaşı narkotik vasitəni ona 1 büküm şəklində vermişdir. Gündəlik istifadəsi üçün 1 büküm heroini ayrı-ayrı bükümlərə bölmüşdür. Tutulan zaman 16 büküm narkotik vasitə üzərində olmuş, evdəkilər görməsin deyə üzərində saxlamışdır. Narkotik vasitədən gündə 2 dəfə istifadə etmiş, 16 bükümü 8 gün istifadə etməyi planlaşdırmışdır. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Polis əməkdaşları ona atasını da işə cəlb edəcəklərini demişlər. Polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Mobil telefonunda narkotik vasitənin satışı ilə bağlı hər hansı sms yoxdur. Tutulan zaman valideynləri evdə olmuş, polis əməkdaşları atası ilə anasını da evdən çıxarmışlar. Həyat yoldaşı işdə, uşaqları isə evdə olmuşdur. Polis əməkdaşları tutulan zaman evdə Elxanı döymüşlər. Elxanın döyülən zaman evdən qışqırıq səsləri gəlmişdir. Tutulan zaman polis əməkdaşları özünü təqdim etməyini tələb etməmişlər. Polis əməkdaşları qardaşını və onu Suraxanı RPİ-nin 31-ci PB-nə birlikdə aparmışlar. Elxanın üzərinə şəxsi axtarış keçirildiyini görməmişdir. Elxan özü üçün narrkotik vasitə alanda ona da almışdır. Polis əməkdaşları əvvəlcə onu, sonra qardaşını tutmuşlar. Polis əməkdaşları qardaşının harada olduğunu ondan maraqlandıqda evdə yatdığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilməmişdir. 6 sentyabr tarixində həyətin qapısı açıq olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə etmişdir. O, narkotik vasitə ilə bağlı tələbatını qardaşı Elxanın sayəsində ödəmiş, yəni Elxan ona narkotik vasitə heroini öz istifadə etməyi və satmağı üçün vermiş, o da həmin narkotik vasitədən həm istifadə etmiş, həm də sataraq pul əldə etmiş və bu yolla qazandığı pulu qardaşı Elxanla bölmüşdür. İndiyə kimi dəfələrlə qardaşı Elxan ona həm istifadə etməyi, həm də satmağı üçün narkotik maddələr vermiş, o da həmin narkotik maddələri tanımadığı şəxslərə satmış, həm də özü istifadə etmişdir. Sonuncu dəfə 6 sentyabr 2021-ci il tarixdə qardaşı Elxan ona 16 büküm narkotik vasitə heroin vermişdir. Həmin narkotik vasitə bükümləri həm özü istifadə etmək, həm də satmaq üçün qardaşından almışdır. Həmin gün, yəni 6 sentyabr 2021-ci il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı məhəllədə evinin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onun üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək onu ərazi üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. 31-ci PB-də polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş və daha sonra müdafiəçi dəvət olunmuşdur. Bundan sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O isə əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində olan qapağı yaşıl rəngli olan plastmas qabın içərisindəki biraz əvvəl qardaşı Elxanın ona verdiyi 16 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümlər açıldıqda heroin kimi tanıdığı narkotik maddələr aşkar edilmişdir. Sorğu zamanı həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri 6 sentyabr 2021-ci il tarixdə qardaşı Elxan həm satmağı, həm də özü istifadə etməyi üçün ona verdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onun üzərində şəxsi axatrışa davam etmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Ondan aşkar edilmiş bükümlər polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən aşkar edilmiş narkotik maddələri Elxan həm istifadə etməsi, həm də sataraq qazanc əldə etməsi və qazancı qardaşı Elxanla birlikdə bölməsi üçün ona vermişdir. Bundan əvvəl də tanımadığı şəxslərə narkotik maddələr satmışdır. Qardaşı Elxanın narkotik maddələri nə vaxt, kimdən, hansı üsulla əldə etdiyini bilməmişdir. Bu barədə qardaşı ona heç bir söz deməmişdir. Üzərindən aşkar edilmiş narkotik maddələrdən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Əldə etdiyi həmin narkotik vasitədən istifadə etməyə imkanı olmamışdır. Saxlanılarkən və ya üzərinə baxış keçirilən zaman ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqə 147-148 və 161-163). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, 6 sentyabr 2021-ci il tarixdə səhər saat 9 radələrində yaşadığı evdə yatdığı zaman 10 nəfərə yaxın polis əməkdaşı evinə daxil olaraq onu tutmuş və həm evində, həm də 31-ci PB-də onu döymüşlər. 31-ci PB-nə aparıldığı zaman üzərində cəmi 1 ədəd bükümdə 7 qrama yaxın narkotik vasitə heroin olmuşdur. Yaşadığı evdə üzərinə ilkin şəxsi axtarış keçirilən zaman həmin 1 ədəd bükümdə təxminən 7 qrama yaxın narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bir büküm heroin polis əməkdaşları tərəfindən xırda bağlamalara bölünüb 14 ədəd büküm formasına gətirilib cibinə qoyulmuş, qalan 6 ədəd büküm də polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuşdur. Daha sonra polis əməkdaşları 31-ci PB-də üzərimə videogörüntü ilə baxış keçirən zaman həmin 14 ədəd büküm aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının təsiri ilə həmin bükümlərin özünə məxsus olduğunu və satış məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra yaşadığı evə baxış keçirilmiş və baxış zamanı evindən 6 ədəd büküm heroin, 2 ədəd elektron tərəzi, mobil telefon və 1 ədəd iri rəngli qara bağlama aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin 6 ədəd bükümün, 1 ədəd elektron tərəzinin, 1 ədəd mobil telefonun ona məxsus olduğunu, 1 ədəd elektron tərəzinin və 1 ədəd iri qara rəngli bağlamanın isə ona məxsus olmadığını və içərisində nə olmasını bilmədiyini demişdir. Həmin elektron tərəzidən narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini əlavə etmişdir. Yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli iri bağlamada olan maddə ona məxsus olmamışdır. Həmin narkotik vasitə heroinləri öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman polis əməkdaşları onu döyüb fiziki və psixoloji təsir göstərmişlər. Polis əməkdaşlarının təzyiqi nəticəsində ilkin izahat və ifadələrində başqa cür ifadə vermişdir. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi ev 9-da yaşamış, yaşadığı evin həyətində bir neçə ev olmuş, qardaşı və o, bir həyətdə yerləşən ayrı evlərdə yaşamışlar. Polis əməkdaşları gələn zaman evində yatmış, polis əməkdaşları onu evinə daxil olub tutmuşlar. Evində narkotik vasitə olmamışdır. Onu tutan polis əməkdaşlarını ilk dəfə görmüş, əvəllər tanımamışdır. Təxminən 2 il narkotik vasitə istifadə etmişdir. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. 7 qram heroin 1 bükümdə olmuşdur. Üzərində şəxsi axtarış keçirilən zaman otaqda 2 polis əməkdaşı və 1 təhqiqatçı olmuş, polis bölməsində olan zaman vəkillə təmin olunmamışdır. Vəkili ilk dəfə evinə baxış keçirilən zaman görmüşdür. Qara rəngli iri bağlama polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuşdur. Polis əməkdaşları evdə də üzərində axtarış keçirmişlər. Polis bölməsinə getdikdən təxminən 2-3 saat sonra baxış keçirilməsi üçün yaşadığı evə gəlmişlər. Polis əməkdaşları polis bölməsində olan zaman belinə, qarnına və qolaltı nahiyələrinə dəyənək ilə vurmuşlar. Polis əməkdaşları əvvəlcə Etibarı tutmuşlar. Polis əməkdaşları atasını da işə cəlb edəcəklərini demişlər. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları atası və anasını da evdən çıxarmışlar. Polis əməkdaşları evinə qoyulan narkotik vasitələrin ona məxsus olduğunu bildirməyi üçün onu döymüşlər. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Evində tərəzi olmuş, tərəzidən narkotik vasitə alan zaman çəkisində aldanmamaq üçün istifadə etmişdir. Evinin qapısı açıq olmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Heç vaxt İran İslamm Respublikasının vətəndaşı ilə əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 6 sentyabr 2021-ci il tarixdə təxminən saat 13:30-da Suraxanı rayonu, Əmircan qəsəbəsində, Neftçi küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət elmişlər. Ona Suraxanı RPİnin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki qara rəngli cins şalvarın sol cibindən içərisində 14 ədəd şəffaf sellofana bükülmüş büküm və 8 ədəd açıq şəkildə olan şəffaf sellofan olan qara rəngli cüzdan təqdim etmişdir. Sorğu zamanı isə həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni İran vətəndaşından həm şəxsi istifadəsi üçün, həm də satmaq üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı ona verilmiş suala cavab olaraq evində də İran vətəndaşından aldığı narkotik vasitə olduğunu bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə heroini və yaşadığı ünvandan aşkarlanan narkotik vasitə heroini, 2 ədəd tərəzini onun iştirakı ilə qablaşdırılmış, möhürlə möhürlənərək götürülmüşdür. O, narkotik vasitə heroini 5 gün əvvəl İran vətəndaşından, şəxsi istifadəsi və satmaq məqsədi üçün əldə edib saxlamışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik maddələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşından “online” qaydada ödəniş edərək alıb əldə etmişdir. Üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Üzərində və yaşadığı evdə narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. O bu barədə heç kimə deməmişdir. Üzərində saxladığı narkotik vasitədən tanımadığı şəxslərə satmışdır (cild 1, iş vərəqə 47-48 və 67-69). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları onların ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və onun qardaşı Təqsirləndirilən şəxs2 narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra o və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 13:00 radəsində ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da razılaşaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs2 31-ci PB-nə təhvil verdikdən sonra ximdəti əraziyə qayıtmışlar. Həmin gün, yəni 6 sentyabr 2021-ci il tarixə saat 13:30 radəsində ünvan 5 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk Öncə Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən 14 ədəd bükümü və 8 ədəd açıq şəkildə olan qara rəngli şəffaf sellofan cüzdanı çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu və təqdim etdiyi 8 ədəd şəffaf sellofanların içərisində isə bundan əvvəl narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər və eləcə də, 1 ədəd qara rəngli cüzdan və 8 ədəd şəffaf sellofan üzərlərində heroin olması ehtimalı nəzərə alınaraq götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilib iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə də narkotik vasitə və elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 etirazının olmadığını bildirərək bu barədə tərtib edilmiş ərizəyə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 6 ünvanına gəlmişlər və həmin evə baxış keçirmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda saxlanması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 yaşadığı birotaqlı evdə divanın altında yaşıl qabda olan 6 ədəd bükümü və 2 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı həmin evə baxış keçirilmiş və evin televizor qoyulmuş pəncərəsinin alt hissəsində taxtalarla örtülmüş saxlanc yeri kimi istifadə olunan hissəsindən 1 ədəd qara rəngli iri həcimli sellofan büküm və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 6 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitənin olmasını, həmin narkotik vasitə olan heroinlərin və 2 ədəd elektron tərəzinin ona məxsus olduğunu, elektron tərəzi vasitəsilə narkotik vasitələri çəkdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd iri qara rəngli sellofan büküm, 6 ədəd büküm, 2 ədəd elektron tərəzi və 1 ədəd mobil telefon götürülərək qablaşdırılıb möhürlənmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilib iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 tutmağa digər əməliyyat müvəkkili Kamran Ramazanovla birlikdə getmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. 1 ədəd qara rəngli iri həcimli sellofan evin televizor qoyulmuş pəncərəsinin alt hissəsində taxtalarla örtülmüş saxlanc yeri kimi istifadə olunan hissəsindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyət qapısının qarşısında, gündüz saat 13:30 radəsində tutmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən açar aşkarlanmamış, sonuncunun evinin qapısı açıq olmuşdur. Təqsirləndirilən şəxs1 tutduqdan nə qədər vaxt sonra evə baxış keçirdiklərini xatırlamır. Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs2 tutulmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 tutan zaman ətrafda heç kim olmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroini 5 gün əvvəl İran İslam Respublikasının vətəndaşından onlayn qaydada hər bükümə 20 manat ödəniş etməklə həm öz istifadəsi, həm də satış məqsədi ilə əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 evindən aşkar olunan 1 ədəd iri həcimli qara rəngli sellofanın ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və evinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 6 sentyabr 2021-ci il tarixdə xidmətə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. 31-ci PB-də o və iş yoldaşı Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 əynində olan tünd boz rəngli şalvarın sağ cibindən yaşıl rəngli qapağı olan plastik qabın içərisindəki 16 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 16 ədəd büküm və 1 ədəd şəffaf plastik qab götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilib iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Gözəlov X5 RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 16 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarışda o, təhqiqatçı və digər əməliyyat müvəkkili Şahid4 iştirak etmişdir. Narkotik vasitə heroin mavi falqaya bükülmüş və plastik qabın içərisinə qoyulmuşdur. Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi zamanı müdafiəçisi iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş vəkilin ad və soyadını xatırlamır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən bükümləri qardaşı Təqsirləndirilən şəxs1 həm öz istifadəsi, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 6 sentyabr 2021-ci il tarixdə səhər saat 9 radələrində yaşadığı evdə yatdığı zaman səs-küy eşitmiş, dərhal otaqdan çıxdıqda polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs1 təzyiq göstərdiklərini görmüşdür. Polis əməkdaşlarından nə baş verdiyini maraqlanmaq istədikdə onun üzərini yoxlamağa başlamış və cibində olan 21 manat pulu götürmüşlər. Daha sonra polis əməkdaşları həyat yoldaşını və onu evdən həyətə çıxarmışlar. Həyətə çıxdıqda artıq oğlu Etibarın tutulduğunu görmüşdür. Polis əməkdaşları hər iki oğlunun üzərində axtarış etdikdən sonra evi də axtarmağa başlamışlar. Həmin şəxslər evi darmadağın etdikdən sonra modemi, ona məxsus xəncəri və balıq tutmaq üçün lazım olan alətlərini evindən götürüb oğulları ilə birlikdə aparmışlar. Bir qədər keçdikdən sonra polis əməkdaşları yenə evinə gəlmiş və ona həyətdə gözləməyi bildirilmişdir. Daha sonra polis əməkdaşları oğlu Elxanın evinə daxil olmuş, onun isə evə girməyinə mane olmuşlar. Bir müddət sonra sonuncular evdən çıxmışlar və görmüşdür ki, oğluna məxsus nərd taxtalarını özləri ilə aparmaq istəyirlər, onlara mane olub, buna imkan verməmişdir. Bundan sonra polis əməkdaşları evini tərk etmişlər. Onların ardınca dərhal Elxanın evinə daxil olmuş və görmüşdür ki, ev darmadağın edilmişdir. Həmin vaxt şübhələnmişdir ki, Elxanın evinə polis əməkdaşları tərəfindən nəsə qoyulmuşdur. Hadisələrin baş verdiyi gün polis əməkdaşları bu dəfə Elxanla birlikdə gəlib evə daxil olmuş, ona isə yenə həyətdə gözləməsi bildirilmişdir. Bir qədər keçdikdən sonra evdən çıxıb oğlu Elxanla birlikdə getmişlər. Daha sonra oğullarını görmək üçün 31-ci PB-ə getmişdir. Polis bölməsində olan zaman binanın içərisindən Elxan və Etibarın qışqırıq səslərini eşitmiş, həmin vaxt başa düşmüşdür ki, onları döyürlər. Orada olan şəxslərdən içərdə nə baş verdiyini soruşduqda isə ona narahat olmamasını bildirmişlər. Polis əməkdaşları oğlunun hər ikisini eyni vaxta tutub aparmışlar. Polis əməkdaşları evi darmadağın etmişlər. Elxanın evinin qapısı həmişə açıq olmuşdur. Ehtibar və Elxanı tutmağa 7-8 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evdə axtarış edilən zaman evə daxil olmağıma mane olmuşlar. Oğullarının narkotik vasitə istifadə etməsinin və ya satmasının şahidi olmamışdır. Oğullarında narkotik vasitə olmasından xəbəri olmamışdır. Polis əməkdaşları ilk gəlişlərindən təxminən 1 saat yarım sonra oğlu Elxanla birlikdə yenidən evə gəlmişlər. Etibar və Elxan adətən müxtəlif yerlərdə usta işləyərək gəlir əldə etmişlər. Məhkəmə şahid qismində dindirilmiş X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, yaxın qohumları olan təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “üzləşdirilmə” protokollarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 106-109 və 95-99). Cinayət işinin materiallarında olan “üzləşdirilmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 110-113). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən qara rəngli cüzdanın içərisindən 14 ədəd büküm və 8 ədəd açıq şəkildə olan şəffaf sellofan aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən yaşıl rəngli qapağı olan plastmas qabın içərisindən 16 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 121-122). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, axtarış zamanı həmin mənzildə divanın altından 2 ədəd elektron tərəzi, 6 ədəd büküm, evin pənrəcəsinin alt hissəsində olan qabağı taxtalarla örtülmüş saxlanc yeri kimi istifadə olunan yerdən isə 1 ədəd iri həcimli qara rəngli sellofan büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 34). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 6 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, axtarış zamanı həmin mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 128-130). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol cibindən qara rəngli cüzdanın içərisindən 14 ədəd büküm və 8 ədəd açıq şəkildə olan sellofan bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs1 həmin 14 ədəd bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, 8 ədəd açıq sellofanların içərisində isə bundan əvvəl narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 5 gün əvvəl İran İslam Respublikası vətəndaşından 20 manat ödəmək şərti ilə həm satış məqsədilə, həm də öz istifadəsi üçün aldığını, yaşadığı evdə də narkotik vasitə və elektron tərəzi olduğunu bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 56). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə sonuncunun özü və dövlət hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə polis əməkdaşları tərəfindən axtarış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs1 həmin birotaqlı mənzilində olan divanın altından göy rəngli qutunu çıxarıb içərisində olan 2 ədəd elektron tərəzini və 6 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi 6 ədəd bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs1 həmin 6 ədəd bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və onun özünə məxsus olduğunu, həmin narkotik vasitələri də İran İslam Respublikası vətəndaşından həm satış məqsədilə, həm də öz istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirməsi, bundan sonra polis əməkdaşları tərəfindən həmin mənzildə axtarış davam etdirilməsi və evin televizor və səsgücləndiricilər qoyulmuş üzərində qırmızı rəngli pərdəsi olan pəncərəsinin alt hissəsində qabağı taxta parçaları ilə örtülmüş saxlanc yeri kimi istifadə olunan yerdən 1 ədəd qara rəngli iri həcimli sellofan büküm və 1 ədəd mobil telefonun aşkar edilməsi və Təqsirləndirilən şəxs1 həmin iri bükümün içərisində nə olması barədə soruşulduqda ona məxsus olmadığını, həmin mobil telefonun isə ona məxsus olduğunu bildirməsi, daha sonra həmin bükümlərin və mobil telefonun qablaşdırılaraq üzəri imzalarla təsdiq edilməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 57). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs2 əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən qapağı yaşıl rəngli plastmas qabın içərisindən 16 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi 16 ədəd bükümin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs2 həmin 16 ədəd bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri qardaşı Təqsirləndirilən şəxs1 həm öz istifadəsi, həm də satış məqsədilə aldığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 193). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan 1 ədəd “X13 7” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən danışıqlar, sms mətnləri və digər hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 250). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 sentyabr 2021-ci il tarixli 6/3928 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan 4 ədəd paketdədi 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,367 qram, 0,639 qram, 1,032 qram, 0,281 qram, 0,341 qram, 0,277 qram, 0,249 qram, 0,753 qram, 0,528 qram, 0,431 qram, 0,503 qram, 0,425 qram, 0,336 qram və 0,188 qram, ümumi təmiz çəkisi 6,356 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,357 qram, 0,926 qram, 0,874 qram, 0,905 qram, 0,393 qram və 0,744 qram, ümumi təmiz çəkisi 4,199 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 1005 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd qara rəngli pul qabının içərisində 8 ədəd şəffaf polietilen kəsiklərinin və 2 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1015,555 qramdır (1 kq 15,555 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkisi 1005 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 1004,8 qram, heroinin təmiz çəkisi 6,356 qram, tədqiqata sərf olundu 0,28 qram, qalıq 6,076, heroinin təmiz çəkisi 4,199 qram, tədqiqata sərf olundu 0,12 qram qalıq 4,076 qram, cild 1, iş vərəqə 40-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 sentyabr 2021-ci il tarixli 6/3927 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2” yazısı və imzalar olan 2 ədəd paketdəki 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,527 qram, 0,529 qram, 0,422 qram, 0,432 qram, 0,401 qram, 0,303 qram, 0,312 qram, 0,259 qram, 0,492 qram, 0,391 qram, 0,266 qram, 0,529 qram, 0,294 qram, 0,423 qram, 0,466 qram və 0,431 qram, ümumi təmiz çəkisi 6,477 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd qapağı yaşıl rəngli şəffaf plastik qabın içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkisi 6,477 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 6,277 qram, cild 1, iş vərəqə 132-136). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 fevral 2022-ci il tarixli 6/134 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti № 59”-İi ştamp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş ümumilikdə 21 ədəd bükümdə olan heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 16 ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 7 sentyabr 2021-ci il tarixli 6/3928 saylı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 7 sentyabr 2021-ci il tarixli 6/3927 saylı ekspert rəylərində göstərilmişdir (Qeyd: heroinin təmiz çəkisi 6,277 qram, tədqiqata sərf olundu 0,16 qram, qalıq 6,117 qram, heroinin təmiz çəkisi 1014,955 qram, tədqiqata sərf olundu 0,21 qram, qalıq 1014,745 qram, cild 2, iş vərəqə 75-79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 4998 saylı 9 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 72-73). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 3787 saylı 5 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 197-198). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 1 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Suraxanı RPİnin 31-ci PŞ-nin polis əməkdaşları tərəfindən şöbənin inzibati binasında döyülməsi və törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 2, iş vərəqə 118-119). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,745 qram narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli cüzdan və 8 ədəd şəffaf sellofan və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq şəkisi 6,177 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri və mənzildə axtarış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 2 ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 170-184). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 199-200). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 14 may 2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respubloikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1 dekabr 2010-cu il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzasından azad olunmuşdur (cild 2, iş vərəqə 120-121, cild 3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.3.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 195). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 6 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-78). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 6 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 109). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 176-179). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 6 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 342 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 171 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,745 qram olan narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli cüzdan və 8 ədəd şəffaf sellofan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,177 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -istintaq zamanı şəxslərin üzərində şəxsi axtarış və götürmə, mənzildə axtarış aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 6 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 6 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 342 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 171 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,745 qram olan narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli cüzdan və 8 ədəd şəffaf sellofan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,177 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -istintaq zamanı şəxslərin üzərində şəxsi axtarış və götürmə, mənzildə axtarış aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar