Məhkəmə qərarları › İş №1(101)-990/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-990/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-990/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: X4 və X5 və Hüseynova Aytac Faiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Dəyyanov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2. 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzasının 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021 -ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aid hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək yekun qərarlardan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən-cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilərək apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2019- cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 il 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 36,90 qram çəkidə narkotik vasitə heroin, 17,143 qram çəkidə narkotik vasitə tiryək, 31,5 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümdə külli miqdarda 36,90 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə 17,143 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd bükümdə külli miqarda 31,5 qram çəkidə pşixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Xırdalan şəhərində olan iranlı şəxslə danışaraq 7 qram tiryək götürəcəyini bildirmişdir. İranlı şəxs ona zəng edərək ünvanı deyəcəyini və onun da Yasamal rayonundan gedib götürəcəyini bildirmişdir. O isə taksi sürücüsünə zəng edib Yasamal rayonuna getmişdir. Yasamal rayonuna çatdıqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu və taksi sürücüsünü tutmuşlar. Həmin taksi sürücüsü Masallı rayonundan olmuş və “Uber” taksi şikətində fəaliyyət göstərmişdir. Onları idarəyə aparmışlar. Ona 200 qram narkotik vasitə götürməyə getdiyini demişlər, o isə 200 qram yox, 7 qram narkotik vasitə götürməyə getdiyin bildirmişdir. Bundan sonra sağlamlığı üçün təhlükə yaratmış, bundan əlavə taksi sürücüsü olan şəxsi onunla qabaqcadan əlbir olmuş şəxs kimi məsuliyyətə cəlb etməklə hədələmişlər. O da məcbur olub razılaşmışdır. Ona əvvəlcə 200 qram narkotiki boynuna götürməli olduğunu demişlər, o da taksi sürücüsünü buraxsalar bunu edəcəyini demişdir. Sonra isə çəkilişlə 3 bükümü onun qarşısına qoymuşlar. Əynində hazırda üzərində olan gödəkcə olmuşdur. Gödəkcənin cibindən narkotiki çəkiliş zamanı çıxarmışlar. Guya həmin gödəkcə üzərində olarkən o, Yasamal rayonunda olmuşdur. Üzərində narkotik olsa imiş, o Yasamal rayonunda gözləməzmiş ki, gəlib onu tutsunlar. O, əvvəllər narkotiklə məhkum olmuşdur. Üzərində narkotik daşımağın cinayət olduğunu bilir. O narkotiki götürsə çıxıb gedər, orada dayanıb tutulmazmış. Həmin yerdən 7 qram tiryək götürəcəkmiş, ancaq heç avtomobildən düşməmişdir. Onu avtomobildə olarkən Yasamal rayonunda tutmuşlar. İranlı şəxsi əvvəllər qardaşı ilə İran İslam Respublikasına müalicəyə gedəndə taksi sürücüsü kimi tanımışdır. Azadlığa çıxandan sonra İnstagram sosial şəbəkəsi vasitəsilə həmin iranlı şəxsə yazmışdır. Tanışlıqları belə olmuşdur. Azadlığa 2 ay 11 gün imiş ki çıxmışdır. Bir dəfə “Whatsapp” mobil tətbiqi vasitəsilə iranlı şəxslə danışmışlar. İranlı şəxsdən 1 dəfə narkotik almaq istəmişdir, başqa vaxt belə bir hal olmamışdır. 7 qram üçün ödəniş etməmişdir, ona ödənişsiz, elə-belə verirmiş. Ona arabir baş ağrılarının olduğunu, narkotik qəbul etdiyini demişdir, iranlı da ona narkotik verə biləcəyini demişdir. Tiryəkdən başqa narkotik vasitədən istifadə etməmişdir. İranlı şəxsin adı Əli imiş. İbtidai istintaqdakı ifadəsini təsdiq etmir. O ifadəni polis əməkdaşları özləri yazmışlar. İş bağlandıqda o imza edərkən əlyazma ilə narkotik vasitələri yox, narkotiki götürəcəyini yazmışdır. İstintaqdakı ifadə ilə razılaşmağına səbəb sağlamlığı üçün təhlükənin olması və yanındakı məhəllə uşağı ilə onu əlbir kimi rəsmiləşdirəcəkləri ilə hədələmələri olmuşdur. Razılaşdığı üçün ona təzyiq olmamışdır. O Yasamal rayonunda ümumiyyətlə olmamış, yalnız tutulduğu vaxt orada olmuşdur. Saat təqribən 10-11 radələrində orada olmuşdur, ancaq tam dəqiq bilmir. O narkotikə görə heç bir ödəniş də etməmişdir. Üzərində narkotik olmamış, yalnız pul qabı olmuşdur. Üzərində narkotik vasitə olmamışdır, hələ 7 qram tiryək götürəcəkmiş. İttiham aktında onun Yasamal rayonundan müəyyən vaxtlarda narkotik götürməsi yazılıb, ancaq doğru deyil. Onun üzərində telefon və nömrə olmuşdur. Onun iranlı şəxsə 500 manat ödəyə bilməyi üçün, ona kart nömrəsi atılmalı idi, ancaq belə hal olmayıb. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. 16 sentyabr 2022-ci il tarixində məlumat daxil olmuşdur ki, Orxan adlı şəxs külli miqdarda narkotik vasitə satışı ilə məşğuldur. Bununla bağlı tədbir keçirilmişdir, şəxs həmin gün saat 22:00-23:00 radələrində axşam saatlarında Prius markalı avtomobildə saxlanılmışdır. Avtomobilə baxış və şəxsi axtarış keçirilmişdir. Şəxsin üzərindən 3 büküm-tiryək, heroin və metafetamin aşkar olunaraq götürülmüşdür. Amma 3-ü də birləşmiş formada olmuşdur. Həmin maddələr əynindəki gödəkcənin içindən aşkar olunmuşdur. Bundan əlavə üzərində telefon, pul da var imiş. Şəxs narkotiki iran vətandaşından 500 manata aldığını bildirmişdir. Pulu iranlıya kart vasitəsilə atmışdır. Sürücü də təqsirləndirilən şəxslə biryerdə olmuşdur. Sürücünün həmin şəxslə heç bir əlaqəsi yox imiş. Avtomobildən narkotik vasitə və ya psixtrop maddə aşkar edilməmişdir. Daxil olan məlumat istifadə və satışla bağlı olmuşdur. Tiryək, heroin və metafetamin olmaqla 3 ayrı büküm aşkar edilmişdir. Şəxs maşının yanında dayanan zaman onu saxlamışlar. Özü əməlini etiraf etmiş, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Müqavimət və zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan qara və boz rəngli idman gödəkçəsinin sol iç cibindən yapışqan lentlə birbirinə bağlanmış 03 ədəd qara rəngli sellofan bükümü, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən "Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini və 25 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümə baxış keçirilərkən 01 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli spesfik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddə və 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, üzərindən aşkar edilmiş 25 manat pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini, tiryəki və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxsdən 500 manat kart hesabına köçürərək aldığını, belə ki, pul vəsaitini "Əli” adlı şəxsə köçürdükdən sonra “Əli" adlı şəxs narkotik vasitələrin olduğu yerin şəklini ona göndərdiyini, həmin narkotik vasitələri həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisindən gedib götürdüyünü, şəxsi istifadə üçün üzərində gəzdirdiyini, üzərində aşkar edilən narkotik vasitələrdən Allahverdi İbayevin məlumatının olmadığını, Allahverdi İbayevin ona sürücü kimi xidmət göstərdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 6/5264 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No6” dairəvi möhür əksi və “.Təqsirləndirilən şəxs üzərindən...., şübhəli şəxs:Təqsirləndirilən şəxs-imza, Müdafiəçi:S.Mənsurova-imza: üç-imzalar. Qablaşdırdı: .Haqverdiyev- imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi- 17,143 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir; 01 ədəd bükümdəki təmiz çəkisi- 36,90 qram olan qəhvəyi rəngli toz çəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bükümdəki təmiz çəkisi-31,5 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ), Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ), metamfetamin- "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildirlər. Qeyd: Tiryəkin təmiz çəkisi 17,143 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 17,043 qram. Heroinin təmiz çəkisi 36,9 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 36,8 qram. Metamfetaminin təmiz çəkisi 31,5 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 31,4 qram. (Ekspertiza tədqiqatının dəyəri 92(doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1010/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-1173/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edən Fariz Vəliyev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə mənfi xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-365/18 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(106)-123/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza 06 ilə endirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-645/2021 saylı qərarı ilə 32.5, 206.3.2-ci maddələr hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il 06 ay cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 11 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən sorğu edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 il 05 ay 06 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən 11 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydiyyata götürülmüşdür. Cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay 04 gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin təhlükəli residivini yaradır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 6471 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin-tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 36,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 31,4 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-365/18 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(106)- 123/2019 saylı qərarı ilə 06 ilə endirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-645/2021 saylı qərarı ilə 05 il 06 aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 04 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 36,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 31,4 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar