Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-990/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, Gədəbəy rayonunun, X3 küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında daimi yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanda yerləşən evdə olarkən aralarında olan borc məsələsinə aydınlıq gətirmək üçün əvvəlcədən xəbərdar etmədən onun evinə gəlmiş tanışı Zərərçəkmiş şəxs onu evin qarşısına çağırmış, söhbət zamanı Zərərçəkmiş şəxs heç bir borcunun olmamasını bildirdikdə sonuncu razılaşmayaraq onun müəyyən məbləğdə borcunun olduğunu təkidlə israr edərək mübahisə yaradıb onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək yumruqla sinəsindən vurmuş, belə olan halda Zərərçəkmiş şəxs aqressiv hərəkətlərinə görə əsəbləşərək ondan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub sonuncuya bir ədəd döş qəfəsinin sol yarısının daxilə keçməyən kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol budun iki ədəd kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, bir ədəd qarının ön divarlarının sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, yoğun bağırsağın zədələnməsi, böyük piyliyin eventerasiyası, daxili qanaxma kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, Zərərçəkmiş şəxs ağır xəsarət almasını və üzərində qanabənzər ləkələrin yaranmasını bildikdə hərəkətlərini dayandırıb hadisə yerinə gəlmiş şəxslərin köməkliyi ilə ona təxirəsalınmaz tibb yardım göstərilməsinin təmin edilməsi üçün zərərçəkmiş şəxsi xəstəxanaya yola salmış, sonra hadisə yerini tərk edib könüllü olaraq Yasamal RPİ-nin 26cı PB-nə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında olan pul mübahisəsilə əlaqədar olaraq 06 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı Yasamal rayonu Zərgərpalan küçəsi 113-ə gəlmişdir. O, Zərərçəkmiş şəxs evə dəvət etmiş lakin o, evə gəlməyərək onun dalana çıxmasını bildirmiş və o dalana çıxmışdır. Aralarında yaranmış mübahisə nəticəsində birbirilərini vurmuş, Hüseyin yerə yıxılıb durarkən əlində iti alət olduğunu görmüşdür. Həmin iti aləti onun əlindən almaq istəsə də buna nail ola bilməmişdir. Sonra onlar aralanmış və o, həyətə girmiş, sonra qonşular ona xəbər vermişlər ki, Hüseyn yaralanıbdır. O, Zərərçəkmiş şəxs yaralandığını bilən kimi onu öz sürdüyü maşınla xəstəxanaya aparılmasını təşkil etmiş və bu haqda atasına xəbər vermişdir. Səhəri günü polis bölməsinə gedərək hadisə barədə polisə məlumat vermiş, sonra onu Yasamal baş polis idarəsinə apararaq orada həbs etmişlər. O, günahkar olmadığını bildirsə də Hüseynin xəsarət aldığını bildirərək ona kağıza qol çəkdirmişlər. Ona demişlər ki, “sən Zərərçəkmiş şəxs xəsarət aldığını bilirsənsə qol çəkməlisən”. Kağızı oxumadan təqdim edilən kağıza qol çəkmişdir. O, Kürdəxanı təcridxanasında izolyatorda olarkən vəkil Əhmədova Samirə və müstəntiq Namazov Kamran onun yanına gələrək onu təbrik edib ona azadlığa çıxacağını bildirərək bir neçə kağıza da o, oxumadan qol cəkdirmişlər. Ona demişlər ki, “tez ol qol çək başqa məhbuslarıda dindirməliyik vaxtımız yoxdur”. Sonra o, ev dustaqlığına qandalla buraxılmış və hal-hazırda qandalla ev dustağıdır. Müstəntiq və vəkil S.Əhmədova işin Prokurorluğa verilməsinin gecikdiyini ona bildirərək sonradan ona bir neçə kağıza da o, oxumadan imza atdırmışlar. Onunla Hüseyn arasında heç bir üzləşmə aparılmamış, hadisə yerinə onunla birgə gedilməmişdir. Ona və ailə üzvlərinə heç bir qərar barədə məlumat verilməmiş, sonralar o, ittihamla burada tanış olarkən onun aldadıldığını bilmişdir. Müstəntiq onun ifadəsində dəyişikliklər etmiş, o, bu vaxta qədər heç Sədərək Ticarət mərkəzində olmamış, nə də ki, oradan bıçaq almamışdır. Hadisədən əvvəl Zərərçəkmiş şəxs dəfələrlə onun yaşadığı yerə gələrək nalayiq ifadələr işlədib, avtomobilinə təpiklər atmışdır. Onunla görüşmək istəyib, lakin əksər vaxt o, işdə olmuş, ibtidai istintaq zamanı sənədlərlə tanış olmaq imkanı olmamış, ona elan olunmuş ittihamla razı deyil. O, hazırda Zərərçəkmiş şəxsla barışmış, Hüseynin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında pulla əlaqədar narazılıqları olmuşdur. O, Sadiqin ona 1000 manat verəcəyinin olduğunu Sadiqin isə ona borcu olmadığını bildirməsi ilə əlaqədar aralarında 3-4 gün telefon danışığı olduğuna baxmayaraq anasının xəstəliyi ilə bağlı pula təcili ehtiyacı olduğu üçün 06 iyul 2023-cu il tarixdə saat 23:30 radələrində Sadiqin yaşadığı Zərgərpalan küçəsi 113-ə getmişdir. Sadiq onu evə dəvət etmiş, o, isə evə getməyərək onun küçəyə çıxmasını bildirmişdir. Sadiq dalana gələrkən aralarında yaranmış münaqişə nəticəsində bir-birilərini vurmuşlar. Sadiq onu itələyərkən o yerə yıxılmış, işi ilə əlaqədar olaraq həmişə üstündə bıçaq gəzdirirmişdir. O, yıxılan zaman böyrünün sol tərəfində saxladığı bıçaq qarın nahiyəsini zədələmiş və yerə düşmüşdür. O, bıçağı götürüb cibinə qoymaq istəmiş, bu zaman Sadiq onun biləyindən tutmuş, bıçağı əlindən almaq istəmişdir. O, bıçağı Sadiqə verməmiş, bıçaqla ehtiyatsız davrandıqları üçün bıçaq bədəninin digər yerlərini də az da olsa zədələmişdir. Onlar ayrılmış və o, pilləkəndə oturanda sol böyründə istilik hiss etmişdir. Baxanda görmüşdür ki, qarın nahiyəsində yara vardır. Onun xəsarət aldığını Sadiq bilən kimi öz maşını ilə qohumları tərəfindən onun xəstəxanaya aparılmağının təşəbbüskarı olmuşdur. Həkim onun əməliyyat olacağını bildirmiş və əməliyyat olmuşdur. Əməliyyatdan ayıldıqdan sonra ona bildirmişlər ki, Sadiqin atası bütün gecəni xəstəxanada keçirib və xəstəxanada yatdığı bütün müddətdə onu daim nəzarətdə saxlamış lazım olan dərmanları alaraq vermiş, onu daim yeməklə, soklarla, zəruri geyim əşyaları ilə təmin etmiş, həkimlərin və digər tibb işçilərinin onun qulluğunda durmaqları üçün əlindən gələni etmişdir. O, xəstəxanada yatarkən Sadiqin vəkili və notarius işçisinin iştirakı ilə Sadiqin günahsız olduğunu, ona dəyən zərərin tam ödənildiyini və ondan heç bir şikayəti olmadığı və gələcəkdə də olmayacağını bildirmiş və imzası ilə ifadəsini təsdiq etmişdir. Sadiqin günahsız olduğunu, onda bıçaq olmadığını və onu bıçaqla vurmadığını təsdiq etmişdir. Yasamal rayon Polis idarəsində vermiş olduğu ifadələri və imzaları aldadılaraq yazdığını, imzaladığını və o, ifadələrinin düzgün olmadığını təsdiq etdiyini, Sadiqin ona xəsarət yetirməsini təsdiq etmədiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 kompleks məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 850 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qarının ön divarının sol yan səthinin boşluğuna nüfuz edən çənbər bağırsağın zədələnməsi və böyük piyliyin eventrasiyası ilə müşayət olunan 1 (bir) ədəd, deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya , döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1(bir) ədəd, sol budun 2(iki) ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş vərəqə 96-99) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2681 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və aparılmış psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə 92-25) İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:10 radələrində Yasamal RPİ-nin 26-cı PB-nə könüllü şəkildə gələrək, tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (iş vərəqə 04) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisəsi baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan 113 ünvanının qarşısıdır. (iş vərəqə 31-33) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 06 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Yasamal rayonu Zərgərpalan 113 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı bıçaqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. (iş vərəqə 59) Beləliklə məhkəmə, məhkəmədə zərərçəkmiş şəxsin, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 850 saylı rəyini, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2681 saylı rəyini, xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” və xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokollar, eləcə də, 01 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu və məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqəsinin olmaması, Zərərçəkmiş şəxs onun bıçaqlamaması barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. 06 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Yasamal rayonu Zərgərpalan 113 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı bıçaqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. (iş vərəqə 101-103) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə iş üzrə ekspertiza rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 64) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən və xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan aradan qaldırılmış, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. (iş vərəqə 47; 78) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, AR CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, AR CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəymiş zərərin azaldılmasını, AR CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna almasını, AR CM-in 59.1.12-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanın ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə AR CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 17; 54-58) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətini uzadılmasına dair vəsatət və təqdimat təmin edilməmiş və müdafiəçi X1 vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 84-58) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan edildiyi vaxta, yəni, 01 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza təyin edilərkən hesablanmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-990/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-990/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver