Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-990/2025 10.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 fevral 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Məşədi” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, aralarındakı razılaşmaya əsasən həmin cinayətin həyata keçirilməsi üçün “Məşədi” adlı şəxsdən digər naməlum şəxslərə satmaq məqsədi ilə sonuncunun təqdim etdiyi +**********55 saylı mobil nömrənin M10 mobil pul qabı tətbiqi hesabına 15 fevral 2023-cü il tarixdə saat 15:06 radələrində ünvan 2 ünvanında “Bazarstore” marketdə yerləşən ödəmə terminalı vasitəsilə 125 (yüz iyirmi beş) manat pul göndərmiş, “Məşədi” adlı şəxsin ona göndərdiyi məkan məlumatı və oxlarla istiqamətlənmiş fotoşəkillər əsasında istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,582 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,719 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 15 fevral 2023-cü il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə 1-ci mədən ərazisində özünü şübhəli apararaq polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb idarə etdiyi “Khazar" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvandan yayınmağa çalışarkən Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi "xxxx" ASC-nin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada videçəkilişlə onun üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen bükümdə külli miqdarda təmiz çəkisi 3,582 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd şəffaf rəngli polietilen bükümdə xeyli miqdarda təmiz çəkisi 0,719 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə öz istifadəsi üçün narkotik vasitə götürmək üçün ona atılan konuma, yəni Ramana qəsəbəsinə getmişdir. Həmin vaxt Yasamalda tanış olduğu Sübhan adlı şəxs də onun yanında olmuşdur. Bu vaxt atılan konumda heç nə tapa bilməmiş və həmin vaxt polis əməkdaşları ona yaxınlaşan zaman dostu Sübhanla maşına oturub qaçmağa başlamışdır. Qaçmalarının səbəbi Sübhanın üzərində narkotik vasitə olması olmuşdur. Onlar Balaxanı qəsəbəsinə qədər getmiş və orada polislər tərəfindən tutulmuşlar. Onları polis maşını ilə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə aparmışlar. Orada ona həm fiziki, həm də psixoloji təsir göstərilmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Polislər zorla təzyiq göstərmiş və 5 qram narkotik vasitə olan heroini üzərinə götürməsini istəmişlər. O da təzyiqlərə dözməyərək şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni aradabir istifadə etmişdir. İran əsilli narkotik vasitə satan şəxsləri şəxsən tanımır. Sübhanı narkotik vasitəyə görə tanımışdır. Sübhan ilə birlikdə narkotik vasitə istifadə etmişlər. Tutulduğu vaxt idarə etdiyi nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. İran əsilli şəxsin narkotik vasitəni götürmək üçün konumu ona atmışdır. Həmin 5 qram narkotik vasitə olan heroinə görə Sübhan 125 manat pul ödəmişdir. Həmin narkotik vasitəni Sübhan almışdır. Narkotik vasitə almağı ilə bağlı sms yazışmaları olmuşdur. Onlar göndərilən konuma getsələr də həmin yerdə narkotik vasitə olmamışdır. Polislər gələn vaxt Sübhan polislərə təslim olmuş, özü isə qaçmışdır. Şokda olduğu üçün qaçmışdır. Tutulduğu zaman ayağı büdrəyib yıxılmışdır. Həmin vaxt xəsarət almamışdır. Polislər onun qaçdığı zaman iki dəfə xəbərdarlıq atəşi açmışdır. Əvvəllər İran əsilli şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitənin alınmasında hər hansı bir maddi marağı olmamışdır. Ödənişi “Milli ön” aparatından etmişlər. Ödənişi İranlının verdiyi nömrəyə etmişdir. Narkotik vasitəni tapa bilmədiyi vaxt İranlıya zəng etmişdir. Ödənilən 125 manat puldan ona heç nə çatmamışdır. Polislər onu qovan zaman üzərində narkotik vasitə olsaydı onu çölə atmaq imkanı olmuşdur. Polislər onu qovduğu zaman qəza edib digər maşına dəymişdir. Polislər onun üzərindən narkotik vasitə aşkar edə bilməmişlər. Üzərinə birinci dəfə axtarış keçirilən zaman heç bir videoçəkiliş və fotoçəkiliş aparılmamışdır. Polislər qovduğu zaman durduqdan sonra qaçmamışdır. Məmmədov Arzu adlı polis əməkdaşını tanımır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı xəsarət yetirilmişdir. Xəsarət ilə bağlı protokola imza etməmişdir. Müstəntiq tərəfindən çağırıldığı vaxt həmişə getmişdir. Bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Sübhanı narkotik vasitə istifadə etdiyi məclislərdən birində tanımışdır. Həmin gün Sübhana narkotik vasitə almaq üçün getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır narkotik vasitə istifadə edir. 15 fevral 2023-cü il tarixdə o, İran İslam Respublikasının vətəndaşı ilə telefon vasitəsi ilə danışdıqdan sonra onunla razılaşmış və həmin şəxs ona narkotik vasitə olan 4 qram kakos və 1 qram patı satacağını bildirmişdir. O, razılaşaraq İran İslam Respublikasının vətəndaşının kartına 125 manat pul köçürmüş və həmin şəxs konum ataraq onu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə yönəltmişdir. O, dostu Sübhan Quliyev ilə birlikdə idarə etdiyi “Khazar” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin əraziyə getmiş, qeyd edilən yerdən narkotik vasitə olan kakos və patını götürdükdən sonra avtomobilə əyləşmişdir. Bu zaman Post Patrul Xidməti Bölüyünün əməkdaşlarını görmüş, dərhal onlardan yayınmağa çalışmış və avtomobilə əyləşmişdir. Lakin polis əməkdaşları Sübhanı saxlamış, özü isə avtomobil ilə bir qədər irəlilədikdən sonra polis əməkdaşları onu da saxlamış və ondan şübhələnərək Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Sabunçu rayon Polis İdarəsinin 12- ci polis şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkiliş ilə axtarış keçirilmişdir. Axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə və bir ədəd ağ sellofana bükülmüş İçərisində kristal formalı maddəni, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı telefonu çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilərək götürürmüş kakosu və patını 15 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən qabaqcadan İran İslam Respublikasının vətəndaşının M10 hesabına 125 manat pul göndərmiş və konum əsasında qeyd edilən ərazidən götürərək öz istifadəsi üçün üzərində saxlamışdır (cild 1, iş vərəqi 102-103). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə, təxminən 20:50 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə, 1-ci mədən ərazisində xidmətdə olan zaman yolun kənarında bir maşının dayandığını və maşının yanında 2 nəfərin nəyisə axtardıqlarını görmüşlər. Həmin şəxslərin özlərini şübhəli apardıqlarına görə xidməti maşınla onlara tərəf yaxınlaşmışlar. Onların yanına gəldikdə şəxslərdən birinin yolun kənarında olan avtomobilə minərək onlardan uzaqlaşmaq istəmişdir. Həmin ərazidə daima xidmətdə olduqları üçün və ərazini tanıdıqları üçün maşınla onlardan uzaqlaşan digər şəxsin nəticədə geri qayıdacağını bilmişlər. Digər şəxs geri qayıdanadək Sübhan Quliyevi saxlamışlar və onu xidməti maşına əyləşdirmişlər. Digər şəxs geri qayıdan zaman maşını onların üzərinə tərəf sürmüşdür. Şəxsin maşını yüksək sürətlə idarə etdiyi üçün xidməti maşını sağa çəkmişlər. Maşını Təqsirləndirilən şəxs idarə etmişdir. Sonradan həmin şəxsi saxlamaq üçün YPX-dən onlara köməklik göstərilməsini xahiş etmişlər. Şəxs Binəqədi yolunda nəqliyyat hadisəsi törətmiş və maşından düşərək hadisə yerindən uzaqlaşmaq istəmişdir. Ancaq artıq həmin ərazidə onlardan başqa bir neçə PPX-nin və YPX-nin əməkdaşları olduğuna görə şəxs hadisə yerindən uzaqlaşa bilməmiş və tərəflərindən saxlanılmışdır. Sonra şəxsləri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə aparmışlar. Orada onlar ifadə verərkən həmin ərazidə narkotik vasitə axtardıqlarını, narkotik vasitəni əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” sosial şəbəkəsi üzərindən əlaqə saxladıqlarını və həmin vətəndaşa 125 AZN məbləğində pul vəsaiti göndərək narkotik vasitə aldıqlarını etiraf etmişlər. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, onlar həmin ərazidə xidmət aparmışlar. Həmin ərazi neft ərazisi olduğuna görə, həmçinin şəxslərin axşam saatlarında həmin ərazidə fənərlə nə isə axtarmaqları onlarda şübhə yaratmışdır. Təqsirləndirilən şəxs xidməti maşınla təqib etmişlər. Təqsirləndirilən şəxs təqib edən zaman onun yolda nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs nəqliyyat hadisəsi törətdikdən sonra maşından düşərək hadisə yerindən uzaqlaşmaq istəmiş, ancaq torpaqlıq ərazidə ayağı sürüşmüş və yıxılmışdır. Təqsirləndirilən şəxs saxlayarkən onun üzərinə şəxsi axtarış keçirməmişlər. Təqsirləndirilən şəxs “Khazar” markalı maşını idarə etmişdir. Təqsirləndirilən şəxs yıxılarkən xəsarət almışdır. Şəxsin aldığı xəsarətin sənədləşdirilməsi ilə məşğul olmur. Xəsarətlə bağlı sənədi imzaladıqlarını xatırlamır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Şəxslərin üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şəxslərin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə, təxminən 20:50 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə, 1-ci mədən ərazisində xidmətdə olan zaman iki nəfər vətəndaşın yolun kənarında nə isə axtardıqlarını görmüşlər. O, Şahid2 xidməti maşınla onlara tərəf getmələrini xahiş etmişdir. Onların yanına gəldikdə şəxslərdən biri yolun kənarında olan avtomobilə minərək uzaqlaşmışdır. Digər şəxs geri qayıdanadək onlar Sübhan Quliyevi saxlamış və onu xidməti maşına yerləşdirmişlər. Digər şəxs qarşıda yol bitdiyindən geri qayıtmış və daşlıq ərazidən keçərək onlardan uzaqlaşmışdır. Sonradan həmin şəxsi saxlamaq üçün YPX-dən köməklik göstərilməsini xahiş etmişdir. Onlar həmin şəxsi xidməti maşınla təqib etmişlər. Şəxs Binəqədi yolunda nəqliyyat hadisəsi törətmiş və maşından düşərək, əlində onlara məlum olmayan sənədlərlə hadisə yerindən uzaqlaşmaq istəmişdir. Ancaq artıq həmin ərazidə onlardan başqa bir neçə PPX-nin və YPX-nin əməkdaşları olduğundan şəxs hadisə yerindən uzaqlaşa bilməmiş və saxlanılmışdır. Sonra şəxsləri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə aparmışlar, orada şəxslərin üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı şəxslərin üzərindən narkotik vasitəyə bənzər maddələr və bir neçə qəbz aşkar olunmuşdur. Baxış keçirildikdən sonra şəxsləri təhqiqatçıya təhvil vermişlər. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Elvin adlı şəxs maşına oturaraq onlardan uzaqlaşdığından onlar ilk başda digər şəxsi saxlamışlar. Elvin və Sübhan adlı şəxslər hadisə yerində nə isə axtarsalar belə onların həmin ərazidə hər hansı əşya və ya predmet tapıb-tapmadıqlarını görməmişdir. Elvin adlı şəxs onlardan uzaqlaşdıqdan sonra nəqliyyat hadisəsi törətməsinə qədər təxminən 5-10 dəqiqə keçmiş olar. Onlar Elvin adlı şəxsə məxusu maşının təkərlərini açmamışlar. Elvin adlı şəxs yıxılarkən xəsarət almışdır. Onlar Elvin adlı şəxsi saxladıqdan sonra əməliyyat qrupu vasitəsi ilə onu Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə aparmışlar. Artıq digər məsələləri əməliyyat qrupu həyata keçirmişdir. Güman edir ki, xəsarətlə bağlı sənədin məzmununda adı keçən şəxs nəqliyyat hadisəsi törədilən zaman digər maşının sürücüsü olmuşdur. Şöbədə şəxslərin üzərlərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış nəticəsində onların üzərlərindən narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. İbtidai istintaqda verdiyi ifadəni təstiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, öz istifadəsi üçün narkotik əldə etmək istəmiş və bu məqsədlə İranlı şəxsə yazmışdır. Bu vaxt İranlı da ona yer demiş və o, Təqsirləndirilən şəxsla həmin narkotik vasitəni götürməyə getmişlər. İranlının dediyi yerə getdikləri vaxt orada heç bir narkotik vasitə olmadığını görmüşlər. Bu vaxt ərazidə olan polislər onlara yaxınlaşanda Elvin oradan qaçmış, onu isə idarəyə aparmışlar. Elvini yenidən idarədə görmüşdür. Şahid X4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, narkotik vasitə alacaqları şəxsi tanımamışdır. Narkotik vasitəni satan şəxsi Elvin tanıyırdı. Narkotikin pulunu özü milli ön aparatı vasitəsi ilə ödəmişdir. Həmin narkotik vasitəni yalnız istifadə üçün almışlar. Elvini idarədə görən zaman onun xəsarət aldığını görmüşdür. Getdikləri yerdə narkotik vasitə yox idi. Polislər birinci onu tutmuşdular. Narkotik vasitə almağı Elvin təklif etmişdir. Narkotiki götürməyə Elvinin maşını ilə getmişlər. Elvinin polislərdən qaçan zaman qəzaya düşdüyünü eşitmişdir. İbtidai istintaqda adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs hadisə yerində narkotik vasitələri götürərək avtomobilə əyləşib polislərdən uzaqlaşdığını bildirmişdir (cild 1, iş vərəqi 106- 107). Həmin ifadənin məzmunundan görünür ki, şahid X4 işin faktiki hallarına uyğun ifadə vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli 6/962 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr; saxlanılan şəxs Təqsirləndirilən şəxs - imza; imzalar, tərtib etdi: Əvəz Məmmədov - imza... yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,582 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindır; 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,719 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: 1. Heroinin təmiz çəkisi 3,582 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3,482 qram. 2. Metamfetaminin təmiz çəkisi 0,719 qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 0,669 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəiər”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (cild 1, iş vərəqi 46-50). Məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 18 aprel 2023-cü il tarixli 2286 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 215-216). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 12-ci PŞnin inzibati binasında Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış zamanı sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni, 1 ədəd şəffaf rəngli polietilen bükümdə ağ rəngli kristallardan ibarət maddəni və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqi 32-33). Cinayət işinin materiallarında olan 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən diskə keçirilmiş baxışdan görünür ki, 15 fevral 2023-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş və polis əməkdaşlarından yayınmağa çalışarkən yıxılaraq xəsarət aldığını bildirmişdir (cild 1, iş vərəqi 135). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, şəxsi axtarış istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatının yaddaş qurğusundan və arxivdə olan məlumatların köçürüldüyü CD diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Qaqasim istiyib yiğiram da sənə, vezyetin pis olmasın deyə elimnen gelir, deyirəm budu. Nie belə qrubu danisirsan menen her halda olani senen esirgemirem, ozum eleyib vezyetivi bile bile oz vezyetivi duzeltmeyi ozu pazvalit elemire, Hecne atam nəsə alinsa xeberlesərsən qaqasim. Gedmirəm, saxliram 5-i bu gel goturecem deyir vezyet pisdi gedib orda gozdemey hey yoxdu”, “Bibioğlu basva donerem eseblesme qaqasim. Nese bir xeber yoxdu qaqasim. Bir xeber yazda qaqasimsan.” Məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən cavab olaraq “Yox vallah atam alinsin deyecem” məzmunlu, ***-***-**-** saylı mobil nömrədən “Yaxsi gozel qardasim. Sebrli ol brat eseblesme yaxsi olar sixma ureyvi. Das da olsa deyersen biyaqki usaq goturmey istirdi məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “ Qaqas sene 5diy kola 5 diy pati lazimdi? Deqiq yaz burda marglanim basqa yerdeyem ona gore deyirem”, “Nurlan yanindadinsa vacib yigsin meni tez”, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqas Nurlan gelib cixmadi?”, ***-***-**-** saylı mobil nömrədən “Yox qaqam zengde catmir”, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Oldu, 15 fevral 2023- cü il tarixdə saat 19:26 radələrində ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Elvin mene Nurlan pati gotur qalxag şahin gile”, “Qaqa menem Şahindi musait olanda vzv at da zehmet olmasa”, “qaqa. Nigaran qalmisjg bidene vaxt ele yigim xeber gozduyurem qaqa”, 15 fevral 2023-cü il tarixdə saat 21:50 radələrində 055- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Qaqam yigiram zanit verirsen bidene deyerdinde mene ise gedim men ya gozduyum birazda sennen gederem", “Bibiogli zanit vermeydense ac bir soz dede brat heden yoxdan gozduye qalmisiq axi” məzmunlu sms mətnlərinin daxil olması və çıxması, həmçinin məkan məlumatı, ox ilə işarələnmiş fotoşəkillər, 15 fevral 2023-cü il tarixdə saat 15:06 radələrində +994 ********* saylı mobil nömrənin M10 hesabına 125 manat pulun köçürüldüyünü əks etdirən ödəniş qəbzi, həmçinin “X9” adlı qovluğuna daxil olduqda Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə digər şəxslərlə audioyazı formatında mesajları öz əksini tapmışdır. Həmin qovluqda 15 fevral 2023-cü il tarixinə aid “PTT-20230215-WA0001” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi nə var vəziyyət necəsən, neyniyirsən”, “PTT-20230215- WA0002” adlı faylda Təqsirləndirilən şəxs “Aleykum salam sən necəsən, salamatçılıqdı? Yığmışdın sən 2-3 dəfə yoxuydun salamatçılıqdı Məşədi, sən mənə hə yox denən”, PTT- 20230215-WA0003” adlı faylda Təqsirləndirilən şəxs “Çeki atandandan sonra 2-3 saata əmələ gəlir? Temanı atırlar, elədisə mənə hə de danışım bununla”, “PTT-20230215- WA0005” və “PTT-20230215-WA0005” adlı fayllarda Təqsirləndirilən şəxs “danış yoluna qoy mənə xəbə elə", “niyə əmələ gəlmir, gəlir, sən xəbər elə”, PTT-20230215-WA0007” adlı faylda Təqsirləndirilən şəxs “Hə indi danışıram elə başa salım hə Məşədi deyim çeki atandan sonra 2-3 saata bizdədi hə?”, PTT-20230215-WA0008” adlı faylında Təqsirləndirilən şəxs “ hə qardaş hə ”, PTT- 20230215-WA0009” adlı faylında Təqsirləndirilən şəxs “yaxşı danışıb xəbər eliyərsən setdəsən hə?” PTT-20230215- WA0010” adlı faylında Təqsirləndirilən şəxs “hə setdəyəm”, PTT-20230215- WA0036” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi mən hardasa 5-10 dəqiqəyə çıxıram, hardasa 30- 40 dəqiqə çəkəcək, 100 manatdıda ? əlavə nəsə olsa deyəcəm”, PTT-20230215- WA0037” adlı faylında Təqsirləndirilən şəxs “Neyniyək hazır oldu mənə de kart atım”, PTT- 20230215-WA0041” adlı faylında Təqsirləndirilən şəxs “Samir danışdım mən dedi 4 dənənin pulu var, əmanəti götürüb sənə xəbər edəndə kartı atarsan atarıq, kurs qoymuşam, belə amma 4 dənənin puludur”, PTT-20230215-WA0042” adlı faylında Təqsirləndirilən şəxs “dur gəl əla qaqaş gəl yolda söhbət eliyə eliyə gedək”, PTT- 20230215-WA0043” adlı faylında Təqsirləndirilən şəxs “qaqaş səndən xahiş edirəm yubanma, çox xahiş edirəm”, PTT-20230215-WA0045”. adlı faylında Təqsirləndirilən şəxs “qaqaş maşını qızdırıram çatanda xxəbər edəcəm sənə”, PTT-20230215-WA0049” adlı faylında Təqsirləndirilən şəxs “beşini də torpaq atacam, daş zaydı”, PTT-20230215- WA0050” adlı faylında Təqsirləndirilən şəxs “beşini də torpaq eliyərsən keyfiyyətlidi də torpaq hə? Məşədi?”, PTT-20230215-WA0051” adlı faylında Təqsirləndirilən şəxs “hə torpaq yaxşı torpaqdı”, PTT-20230215-WA0052” adlı faylında Təqsirləndirilən şəxs “hə ondan beşini də torpaq atarsan 125 manat pul atacam sənə kartı atarsan İnşAliah”, PTT- 20230215-WA0055” adlı faylında Təqsirləndirilən şəxs “aparatdan atacam Məşədi”, PTT- 20230215-WA0056” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi atıram kartı kart dəyişməyib?”, PTT-20230215-WA0059" adlı faylında Təqsirləndirilən şəxs “ Məşədi atdım da 125 manatdı, beşini də kola atarsan yəqin, elə də dedim patın yoxdu, 5 dənə kola. Gözdüyürəm səndən cavab. Yasamal tərəfdəyəm gpr imkan olsa bu yanlara at keçən dəfə dedin sənlik deyil.”, PTT-20230215-WA0068” adlı faylında Təqsirləndirilən şəxs “set getmişdi ay Məşədi", PTT-20230215-WA0069” adlı faylında Təqsirləndirilən şəxs "haradı bura ay Məşədi yerini de”, PTT-20230215-WA0070” adlı faylında Təqsirləndirilən şəxs “konumu vu mən bilmirəm” PTT-20230215-WA0071” adlı faylında Təqsirləndirilən şəxs “yaxşı Məşədi vurdum, salamatçılıq olsun əlaqə saxlayacam”, PTT-20230215- WA0073” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi salfetkaya bükülüb”, PTT-20230215-WA0074” adlı faylında Təqsirləndirilən şəxs “yaxşı yol gedirəm Məşədi, başına dönüm salfetkaya bükülübdə?”, PTT-20230215-WA0075” adlı faylında Təqsirləndirilən şəxs “Qədeş salam brat bir də zümə hərəsindən yarım-yarım neçəyə mənə gəlir, lazımdı. 05 brat bezmişəm ora-bura gör- götə pul verirəm, hərəsindən yarım yarım neynəməy olar?”, PTT-20230215- WA0077” adlı faylında Təqsirləndirilən şəxs “Ay Məşədi tapa bilmiriy, daşın altına baxırıq tapa bilmiriy, düz konumun yanındayıq, sən maraqlan”, PTT-20230215-WA0079” adlı faylında Təqsirləndirilən şəxs “ Oxun qabağına bax iki ağac var, ha ağacın istiqamətində getsən görərsən”, PTT-20230215- WA0082” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi tapa bilmiriy. Ə bu dolaşıq yerə daşın altına atır”, PTT-20230215-WA0083” adlı faylında Təqsirləndirilən şəxs “mən işarə elədiyim ağacları görə bilmirsən ? asfaltın qırağında asfalta bax ”, PTT-20230215-WA0084” adlı faylında Təqsirləndirilən şəxs “iki dənə ağac görə bilirsən ya bilmirsən?”, PTT-20230215-WA0085” adlı faylında Təqsirləndirilən şəxs “iki dənə yan yana şam ağaclarını deyirsən?”, PTT-20230215-WAQ086” adlı faylında Təqsirləndirilən şəxs “burda tək şam ağacı var, gölməçənin yanında, bir də onun o tərəfində 2 dənə yan-yana şam ağacı var. Bildin necə? İndi hansındadır?”, PTT- 20230215-WA0087” adlı faylında Təqsirləndirilən şəxs “iki dənə asfaltın qırağında ağac var e, asfaltdan bəri. Onun izi ilə gəlsən rahat taparsan”, PTT-20230215-WA0088” adlı faylında Təqsirləndirilən şəxs “ o iki dənə şam ağacının içi ilə bax gpr oxu haraya qoyub ordan bir dənə şəkil çəkə bilsən, kino çək mənə deyim hardadı”, PTT-20230215-WA0091” adlı faylında Təqsirləndirilən şəxs “sən düz getməyibsən”, PTT-20230215-WA0001” adlı faylında Təqsirləndirilən şəxs “konum buranı göstərir, bura gəlmişəm. Ay Məşədi başına dönərəm Ay Məşədi. Ağaclar, gölməçə burdadı, dediyin daş maş teması yoxdur.”, PTT- 20230215-WA0094” adlı faylında Təqsirləndirilən şəxs “ bax oğ ağaclardan düz gələrsən, işarələdiyim yerə 10-15 metr”, PTT-20230215-WA0096” adlı faylında Təqsirləndirilən şəxs “Ay Məşədi bir dənə mənə başa sal da nəyin altında nəyin içindədir burda? Heç salfetka yoxdur”, PTT-20230215-WA0097” adlı faylında Təqsirləndirilən şəxs “ Salfetkadadı daşın dibində daşın altında deyil”, PTT-20230215-WA0103” adlı faylında Təqsirləndirilən şəxs “Məşədi haraya getdin baxmadın atdıqlarıma?” səsli mətnlərin daxil olması və çıxması aşkarlanmışdır (cild 2, iş vərəqi 72-74). Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus 055-662-14- 41 və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zəng, sms mətnləri olan diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrə daxil olan, yəni xx-xx-2022 17:06:35 xx-xx-2022 17:06:35 0.1.********** 1.1.**********90 Salam xeyaldi xx-xx-2022 17:06:35 0.1.********** 1.1.**********90 Salam xeyaldi xx-xx-2022 11:18:32 xx-xx-2022 11:18:32 1.1.**********48 1.1.**********90 Qaqaw Men saat 10 olardi daniwanda dedi otaydayam goturub gelecem yazdim bir dene 5 diy hell ele isdeyen var dedi goturmemiwem hele yarim saata goturub gelirem xx-xx-2022 17:06:00 1.1.**********55 1.1.**********90 Goture bilirsense us cetin o qeder pul yoxumdur brat indi gele bilirsen gelde xx-xx-2022 17:09:50 xx-xx-2022 17:09:50 1.1.**********55 1.1.**********90 Qaqas birazda olsa k xx-xx-2022 17:10:38 xx-xx-2022 17:10:38 1.1.**********55 1.1.**********90 Cox pis incidir meni xx-xx-2022 17:35:16 xx-xx-2022 17:35:21 1.1.**********11 1.1.**********90 sonra mene de Ne qeder tez atsan yaxcı olacaq xx-xx-2022 15:29:54 xx-xx-2022 15:30:06 1.1.**********11 1.1.**********90 ulu vurandan sonra Elvin Çeki tulama Yaxşı.. Karta pulu vurdun men xx-xx-2022 19:12:55 1.1.**********75 1.1.**********90 Goturdun?wwhere qalxmaq isiyirdim ona gore xx-xx-2022 19:14:23 1.1.**********75 1.1.**********90 Yaxsii.tez ele. xx-xx-2022 21:00:34 xx-xx-2022 21:00:34 1.1.**********84 1.1.**********90 Elvin o kimdise denenki harda gorulubki tutu ağacda satir bu bir ikincisideki dunenen bura firlayir o pul menimdir 15m vur karta men basqa adama demiwem xx-xx-2022 21:00:48 xx-xx-2022 21:00:50 1.1.**********84 1.1.**********90 5 m lazim idise deyerdinki mene 15 m lazumdir vererdim amma duz hereket etmirsenpulu vur karta gozdeyirem DELİVERED xx-xx-2022 23:17:18 1.1.**********84 1.1.**********90 Menem Elvin teli niye acmirsan ne oldu neyniye bildin dermani qaqaw? xx-xx-2022 21:36:30 0.1.********** 1.1.**********90 Qaqa ya 10manatyada he xx-xx- 2022 22:08:06 1.1.**********30 1.1.**********90 Brat gotr sabah kelben atram günorta sene. Qedew sen ol buğun pul vermedler. Axwamda teman gotrerem sennen xx-xx-2022 00:01:37 1.1.**********50 1.1.**********90 Qaqaw eleduyun hereketin mene qarwi yeri yoxdu,bratka camatdan pul gotrub sene tema goturmuwemki yaxw olasan.Men qoyram qaqaw onu.xow deil goturme.Menim pulum var qaqaw.Vezyetmide yaxw bilirsen.Azdi ya çoxdu qaqaw goturme.Xowva gelmirse goturme,meni pis vezyetde qalam qaqaw allaha and,pul para olmadiginda men mal cekmirem qaqaw. Beledeki mene hec lazim deil qaqaw. xx-xx-2022 00:21:15 1.1.**********50 1.1.**********90 İki balamin cani senden gozlemezdim. Qaqaw vallah camat qalib lomkada.pul para yoxdu.Qapilar baglanir diye senin iwvi awirdiq.Pul at kartina ruhinin.Anam cani lomkaciliqdi. xx-xx-2022 15:48:50 1.1.**********72 1.1.**********90 İlkin burdadı qoymur qaqa cieyir birdə versən sən adda adam tanımıra xx-xx-2023 23:04:34 xx-xx-2023 23:04:35 1.1.**********13 1.1.**********90 Emioglu balamin cani pul kocmuyub utanidigimnan zengde eliye bilmirem qadan alaram xeyala ozun kurs qoyda 2 gun sebrli olsun 1 ci 2 ci gune kimi telefonun pulu ne qeder elese verecem xx-xx-2023 00:21:02 1.1.**********46 1.1.**********90 **********521487 Quliyev Sübhan.leobank xx-xx-2023 17:23:25 xx-xx-2023 17:23:25 1.1.**********56 1.1.**********90 Heri brat 2neferikde birwey elesin bawiva donerem xx-xx-2023 17:23:25 1.1.**********56 1.1.**********90 Heri brat 2neferikde birwey elesin bawiva donerem xx-xx-2023 17:26:22 1.1.**********56 1.1.**********90 Ozun gersen qaqa Allah canvu sag elesin texmin ne vaxta gelersen inwaAliah at qaqa prablem yoxdu. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən göndərilən ismarıclar: xx-xx-2022 16:06:53 xx-xx-2022 16:06:53 1.1.**********90 1.1.**********48 Mitti amma caliw kecen dafeki kimi olsun hec olmasa xx-xx-2022 16:06:53 1.1.**********90 1.1.**********48 Mitti amma caliw kecen dafeki kimi olsun hec olmasa xx-xx-2022 16:08:53 1.1.**********90 1.1.**********48 Ok xx-xx-2022 16:21:09 1.1.**********90 1.1.**********48 Qaqa catirlar qarinim içidir meni.blokun qabagindayamda Qaqa ozun gelirsen bura kitabxananin dalimdayam masinda xx-xx-2022 17:05:56 1.1.**********90 1.1.**********55 Goture bilirsense ustunda gotur yol ustu goruseyda atam.birda keçmiyim o terefe bratka.2dene xx-xx-2022 17:09:45 1.1.**********90 1.1.**********55 Qaqas birazda olsa kola duzub qosa bilersen hec olmasa qaqam.qarnim sakitleserdi xx-xx-2022 17:10:33 1.1.**********90 1.1.**********55 Cox pis incidir meni brat qarnim xx-xx-2022 09:34:41 1.1.**********90 1.1.**********84 Normal olsa zor olar.2gun burda olmayacam brat xx-xx-2022 10:04:27 1.1.**********90 1.1.**********62 Qaqaw iwden cixib gelmisem 2gunda burda olmayacam gor duzub qosmag olarsa hell eleda qaqas xx-xx-2022 16:58:20 1.1.**********90 1.1.**********18 Qaqa ozum catiram 15 20 deqeye .dostum usagini mektebden goturur ustunde goturmuyub temani eve qoyub .men çatana oda qayidar mektebden.yig meni qaqa xx-xx-2022 15:54:52 xx-xx-2022 15:54:52 1.1.**********90 1.1.**********18 Qaqa 120manat eliyirde 2dene xx-xx-2023 15:20:20 xx-xx-2023 15:20:21 1.1.**********90 1.1.**********42 Seid patini ver getsin bularin benzini qutarib yolda qaliblər xx-xx-2023 17:23:55 xx-xx-2023 17:23:55 1.1.**********90 1.1.**********46 Qardäsim 3 neferiy normal eliyersende.qaqa lOmanatda butovdu narahat olma xx-xx-2023 10:06:41 1.1.**********90 1.1.**********76 Yeke oğlansan qaqas deyirsen var sonra deyirsen xeber ederem.qaqas sen yat amma men pis veziyyetde qalimda he seid xx-xx-2023 10:07:27 1.1.**********90 1.1.**********76 15deqe yatma gelim 5diy ver mene veziyyetden ciximda atam xx-xx-2023 10:09:49 1.1.**********90 1.1.**********76 O gun qaqas imkanim oldu yari aidim hamiviz veziyyetden cixdizda qaqas.adamin Smanati olanda bucur edirler seid xxxx-2023 05:23:53 1.1.**********90 1.1.**********02 Adas gelmeyive deymez pox boydadi vallah.acib baxdim indi xx-xx-2023 16:36:51 1.1.**********90 1.1.**********17 Qaqas biraz tema saxlamisdim ki seninle cekim veziyyetin pisidise.sende axsam danisag deyirsen xx-xx-2023 17:22:28 1.1.**********90 1.1.**********56 Qaqas 10manatlig kola lazimdida size? xx-xx-2023 17:23:42 1.1.**********90 1.1.**********56 Sonradan nese lazim olmayacagki?gucnen basa salmisam ki usagin veziyyeti pisdi xx-xx-2023 17:24:34 1.1.**********90 1.1.**********56 Yaxsi gelsin goturub gelirem bileceriye insaAllah.pulu kart atacam vurun karta 10manat xx-xx-2023 17:27:37 xx-xx-2023 17:27:38 1.1.**********90 1.1.**********56 Saat 6ya olaram bileceride yeqin buda novxanidan cixib gelir yanima goturub gelirem xx-xx-2023 17:30:59 1.1.**********90 1.1.**********56 5374 3951 6606 3652 azer turk bankdi.imkan varsa 11 manat vurki buna temiz 10manat verim xx-xx-2023 20:55:30 xx-xx-2023 20:55:31 1.1.**********90 1.1.**********46 Qaqas wifi olan yere gedirem 15deqeye atiram 35manati.usagin kartindan atacam sene karta oturanda xeber edersen mene zehmet olmasa məzmunlu sms mətnləri aşkar edilmişdir (cild 2, iş vərəqi 68-70). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində və həmçinin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və əvvəllər anoloji cinayətlərə görə məhkum edilmiş şəxslərlə aparılmış əməliyyat sorğusu zamanı müəyyən edilmişdir ki, daş, kola, patı və kokos sözləri məhkumlar arasında jarqon danışığına daxil olmaqla daş və patı psixotrop maddə olan metamfetamin, kakos və kola isə narkotik vasitə olan heroin hesab edilir (cild 1, iş vərəqi 210). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona işgəncə verildiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqlərə məruz qalması ilə bağlı iddiaları Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi, Əhmədov Mir-Abbas Əhməd oğlu tərəfindən 1 sentyabr 2023-cü il və 9 fevral 2024-cü tarixlərdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları ilə təkzib edilmişdir (cild 1, iş vərəqi 245- 254). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 3,582 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdəki təmiz çəkisi 0,719 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 15 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefon aparatının yaddaş qurğusundan və arxivdə olan məlumatların köçürülmüş CD disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglər, sms mətnləri olan diskə, təqsirləndirilən şəxsin telefon məlumatlarının köçürüldüyü CD disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra narkotik vasitə heroinin 3,482 qram çəkidə, psixotrop maddə metamfetaminin 0,669 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, disk və mobil telefon isə cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 75-95, 98). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 166). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 16). Cinayət işinin materiallarında olan 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 129). Məhkəmə baxışında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmadığını, polislər tərəfindən fiziki təzyiqə məruz qaldığını, təzyiqlərə dözməyərək şəxsi axtarış zamanı güya üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Qeyd edilən xüsusat məhkəmədə araşdırılmış və öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə saxlayan diskə baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən edilmiş, həmin videoda təqsirləndirilən şəxs polis əməkdaşlarından yayınmağa çalışarkən yıxılaraq xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb xəsarət alması barədə iddiaları iş üzrə toplanmış sübutlarla təkzib olunduğundan məhkəmə onun bu cür ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirərək sübut hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanlsiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edillən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 10 mart 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,482 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 0,669 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -15 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş mobil telefonun yaddaşının köçürüldüyü CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edillən cəzaya hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 10 mart 2026-cı il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,482 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 0,669 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -15 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş mobil telefonun yaddaşının köçürüldüyü CD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-990/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-990/2025
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver