Məhkəmə qərarları › İş №1(101)-991/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-991/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-991/2025 19.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanda yaşayan, 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2024-cü il tarixdə saxlanıldığı Suraxanı Rayon Polis İdarəsinin müvvəqqəti saxlanma yerindən azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-202/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində 22 oktyabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 06 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində saxlanılmış, 08 dekabr 2024-cü tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 20 iyun 2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,023 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 02 (iki) ədəd üzərilərində “Methadone 40” göstəricisi olan blisterdə tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edən 18 (on səkkiz) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman tabletlərindən ibarət xeyli miqdarda narkotik vasitə metadon və 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,23 qram, 0,23 qram, 0,20 qram, 0,16 qram, 0,19 qram, 0,22 qram, 0,26 qram, 0,23 qram, 0,23 qram, 0,21 qram, 0,27 qram, 0,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə saat 10:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci PŞ-yə aparılmış və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan boz rəngli idman şalvarının bel hissəsindən təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,023 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 02 (iki) ədəd üzərilərində “Methadone 40” göstəricisi olan blisterdə tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edən 18 (on səkkiz) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman tabletlərindən ibarət xeyli miqdarda narkotik vasitə metadon, üzərində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin izləri aşkar edilmiş 01 (bir) ədəd elektron tərəzi və 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,23 qram, 0,23 qram, 0,20 qram, 0,16 qram, 0,19 qram, 0,22 qram, 0,26 qram, 0,23 qram, 0,23 qram, 0,21 qram, 0,27 qram, 0,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrdən asılılığı əvvəllər sevgili münasibətində olduğu Anar Qədəşovla tanışlığından sonra yaranmışdır. Belə ki, o, sonuncu ilə 2023-cü ilin iyul ayında tanış olmuş, bu tanışlıqdan sonra o, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Bir dəfə polis əməkdaşları Anarı saxlamaq üçün ondan sonuncunun yerini soruşsa da, o bu barədə polis əməkdaşlarına heç bir məlumat verməmişdir. Şübhəli şəxs qismində tutulduğu gün sonuncular onun yaşadığı evdə daxil olaraq, onu yatdığı yerdə götürüb polis bölməsinə aparmışlar. Həmin vaxt anası da evdə olmuşdur. Polis bölməsində olarkən “Elxan” və “Orxan” adlı polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq olunmuşdur. “Nurlan” adlı polis əməkdaşı ona narkotik vasitələrin istifadəçisi kimi ittiham ediləcəyini demişdir. Buna baxmayaraq o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Anar Qədəşovdan ayrıldıqdan sonra sonuncu onun başqa sevgilisi olduğunu öyrənmişdir, bu səbəbdən də Anar telefonuna cinayət işinin materiallarına olan SMS-ləri göndərmişdir. Smsdə nəzərdə tutulan dərman “viaqra” olub. Üzərində axtarış aparılan zaman müdafiəçisi olmayıb. İbtidai istintaq zamanı vəkildən imtina etməyib, bu barədə ərizəyə məcbur qaldığı üçün imza atıb. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda yaşadığı ünvan 4in yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Polis şöbəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığına getmişlər. Saat 10:30 radələrində ünvan 4 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və sonuncuya narkotik maddə qəbul etməsi barədə məlumat olduğunu bildirib, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla 31-ci PŞ-yə gəlmişdir. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da əynindəki boz rəngli idman şalvarının bel hissəsindən 01 (bir) ədəd şəffaf rəngli sellofanı çıxararaq təqdim etdi. Bundan sonra İahənin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf sellofana baxış keçirmişlər. Baxış zamanı həmin sellofan torbada 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan büküm, üzərində “Methadon M40” yazısı olan çoxsaylı həblər, 01 ədəd elektron tərəzi və çoxsaylı kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəkilər müxtəlif növlü narkotik vasitələrdir, həmin narkotik vasitələri 20 iyun 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində tanımadığı İİR vətəndaşından onlayn qaydada sifariş edib 200 AZN ödəniş etməklə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, sonuncu da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olub və müqavimət göstərməyib. Təqsirləndirilən şəxsə qarşı fizik və psixi zorakılıq olmayıb. Sonuncunu Y/Suraxanı qəsəbəsində saxlayıblar, evinə daxil olmayıblar. Tədbirdə Orxan və o iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatlan təsdiq etmiş və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda Nurlan və o iştirak edib. Təqsirləndirilən şəxsi səhər saatlarında Suraxanı rayonu, Y/Mədən küçəsində saxlayıblar. Sonuncu saxlanılan zaman heç bir müqavimət göstərməyib. Əməliyyat məlumatı Nurlana daxil olmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 21 iyun 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı ünvan 4in yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Polis şöbəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığına getmişdir. Həmin gün təxminən saat 10:45 radələrində onlar Təqsirləndirilən şəxs 31-ci PŞ-yə gətirmişlər. Daha sonra Polis şöbəsinin rəhbərliyi kimi Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun qaydada üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi və üzərindən narkotik vasitələr aşkar olunması səbəbindən sənədləşdirilməsi barədə ona məruzə olunmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, videoçəkilişdə iştirak etməyib. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmayıb. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 070 *** ** ** saylı mobil nömrədən istifadə edib. Təqsirləndirilən şəxsdən “kola” istəməyi yadında deyil. İlahədən heç vaxt narkotik vasitə almayıb. Sonuncu ilə aralarında yaxın münasibət olub, sonra ayrılıblar. 2023-cü ildən narkotik vasitələrdən istifadə edir. İlahə ilə birlikdə narkotik vasitədən istifadə etməyiblər. İlahə ilə heç bir ədavətim yoxdur. Narkotik vasitəni İran vətəndaşından alıb. Heroindən istifadə etməyib. Təqsirləndirilən şəxsin narkotik vasitələri istifadə etməsi və ya satması barədə məlumatı olmayıb. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, İlahəni 2 gün idi ki, tanıyırdı. Sonuncudan narkotik vasitə almayıb. Anar ilə münasibəti olub. İlahə ilə birlikdə narkotik vasitədən istifadə etməyib. Polis əməkdaşları ilə əməkdaşlığı yoxdur. Əməliyyat müvəkkili Nurlan Vəlizadəni tanıyır. İlahənin yaşadığı evə kənar şəxslərin gəlib getdiyini bilirdi. Sonuncu narkotik vasitələrin satışı ilə məşğul olurdu. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 21 iyun 2024-cü il tarixdə, saat 10:00-11:00 radələrində İlahəgilin evlərinə yaxın mağazaya gedərkən orada tanış olmayan iki maşının dayandığını görmüşdür. Bundan sonra bir nəfərin İlahəgilin evinin hasarına çıxdığının şahidi olmuşdur. Daha sonra o, görmüşdür ki, İlahə ev geyimində çölə çıxarılmış və maşına mindirilib aparılmışdır. Bu zaman İlahə ilə aralarında 100-150 metr məsafə var olmuşdur. İlahənin əynində boz pijama var idi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı qızıdır, sonuncu saxlanılandan sonra 31-ci PB-nə iki dəfə yemək aparıb. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ibtidai zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qızna qarşı söyləyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 21 iyun 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının bel hissəsindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbam çıxarıb təqdim edir. Həmin 01 ədəd şəffaf sellofan torbanın içərisindən 01 (bir) ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan büküm, 18 (on səkkiz) ədəd üzərində “Methadon M40” yazısı olan həb, 01 (bir) ədəd elektron tərəzi və 13 (on üç) ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan boz rəngli idman şalvarının bel hissəsindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan torbanın içərisindəkilər müxtəlif növlü narkotik vasitələrdir və həmin narkotik vasitələri 20 iyun 2024cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində tanımadığı İİR vətəndaşından onlayn qaydada sifariş edib 200 AZN ödəniş etməklə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və onun üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan büküm, 18 (on səkkiz) ədəd üzərində “Methadon M40” yazısı olan həb, 01 (bir) ədəd elektron tərəzi və 13 (on üç) ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 195 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin materiallarında məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/1017 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri və imzalar olan kağız paketdə 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri - 0,26qram; 0,23 qram; 0,23 qram; 0,20 qram; 0,16 qram; 0,19 qram; 0,22 qram; 0,26 qram; 0,23 qram; 0,23 qram; 0,21 qram; 0,27 qram; 0,23 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 2,92 qramdır. Cinayət işinin materiallarında məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/3329 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri və imzalar olan kağız paketdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,023 qram olan ağ rəngli kristailik hiussəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 (iki) ədəd üzərilərində “Methadone 40” göstəricisi olan blisterdə 18 (on səkkiz) ədəd açıq qəhvəyi rəngli T/M 40” göstəricili dərman tabletlərinin əsas təsiredici maddəsi metadondur və həmin tabletlərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktubun qoşması olan CD diskə tərəfimdən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə 20:24:11-də 070 906-71- 00 saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 732-18-69 saylı mobil nömrəyə «Kola lazimdi var tez di», xx.xx.2024-cü il tarixdə 17:17:35-də 070 *** ** ** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 732-18- 69 mobil nömrəsinə «Salam ilahe bir saata geliceyem 1 saata geliceyem o terefe qeiyanımla o bir dene dermanı verersen mene işdi oğlanınla gedib eleson anova diyersen o verer», xx-xx-2024-cü il tarixdə 21:25:09-da 070 906-71-00 saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 732-18-69 mobil nömrəsinə «das lazimdi varindi?» və xx.xx.2024-cü il tarixdə 11:00:47-də 055 395-85-15 saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 732-18-69 mobil nömrəsinə «saat 12-də sənnən ya temani ya da pulu alacam» mətnli mesajlar göndərmişdir. Cinayət işinin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli, 4410 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, sonuncunun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə 14 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 ifadələri, üzləşdirmə protokolları, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmə zamanı video çəkilişin görüntüləri olan bir ədəd CD disk, Təqsirləndirilən şəxs 055 *** ** ** saylı mobil nömrəyə dair daxil olmuş və xaric olmuş zənglər, daxil olmuş və xaric olmuş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk, diskə baxış keçirilməsi barədə protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1017, 6/3329 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli, 4410 nömrəli rəyləri və digər zəruri istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi sübutlar üzrə gəldiyi nəticələri şərh etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmunundan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının bel hissəsindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd sellofanda olan 01 (bir) ədəd şəfaf sellofana bükülmüş içərisində ağ rəngli spesifik iyə malik olan bükümün içərisindəki psixotrop maddə sayılan metamfetamin, üzərində “Methadon M40” yazılı 18 (on səkkiz) ədəd həbdə eynilə psixotrop maddə sayılan metadon, 13 (on üç) ədəd ağ rəngli kağız parçalarına bükülmüş bükümlərin içərisindəki isə narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Halbuki cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı bir ədəd diskə baxış keçirilərkən 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilənlərdən fərqli olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən sonuncuya Azərbaycan Respublikası CPM-in 19-cu, 20-ci, 26-cı və 90-cı maddələrində nəzərdə tutulmuş hüquqlarının izah edilməsi müəyyən olunmur. Bundan başqa 21 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən qeydə alınmış videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən keçirilmiş şəxsi axtarış zamanı sonuncunun təqdim etdiyi bir ədəd sellofonda olan maddələr stolun üzərinə qoyulmuş, bundan sonra sellofonda olan maddələr Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı Namiq Məmmədov tərəfindən bir-bir çıxarılmış, ardıcıllıqla əvvəlcə psixotrop maddə metamfetamin həbləri sayılaraq iştirakçılara təqdim olunmuş, bundan sonra həmin sellofan torbanın içərisində olan 13 ədəd bükümdəki maddənin nə olması ilə bağlı təhqiqatçının sualına təqsirləndirilən şəxs “Ot” deyə cavab vermiş, təhqiqatçının “Ot nəyə deyirsiniz? Marixuanaya deyirsiniz?” sualını Təqsirləndirilən şəxs “Bəli” deyə cavablandırmış, bundan sonra bir ədəd şəffaf sellofonda olan kristalşəkilli maddənin nə olması ilə bağlı təhqiqatçının sualına Təqsirləndirilən şəxs “Bu insana yaxşı əhval ruhiyyə verir, dedim axı, ağrılarım var.” deyə cavab vermiş, təhqiqatçı bir daha həmin maddənin metamfetamin, heroin yaxud kokain olub-olmadığını soruşmuş, bundan sonra İlahə Məmmədova həmin maddənin “daş” olduğunu bildirmiş, təhqiqatçı yenidən sual verərək həmin maddənin “patı” olub-olmadığını soruşmuş, təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofonda olan kristalşəkilli maddənin “patı” olduğunu təsdiq etmiş, sonda təhqiqatçı “Bunu “patı” kimi tanıyırsız da hə? Bunun əsl adı metamfetamindir, psixotrop maddədir.” demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona göstərilən narkotik vasitələri özü tanımadığı halda təhqiqatçı tərəfindən 21 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs narkotik vasitələri adları ilə yəni, marixuana və metamfetamin olaraq deməsi qeyd edilmişdir. Həmçinin təhqiqatçının “nə vaxt əldə etmisiniz?” sualına təqsirləndirilən şəxs “dünən olar” deyə cavab vermiş lakin protokolda bu “bir gün öncə” alması kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən qeydə alınmış videogörüntüləri nəzərdən keçirərək hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol həmin istintaq hərəkətinin gedişatını düzgün şəkildə əks etdirmir. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, № 8 saylı Qərarının 37-ci bəndində qeyd edilir ki, şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməlidir. Cinayət işinin materiallarında olan 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və şəxsi axtarış həyata keçirilərkən qeydə alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncunun müdafiəçisi orada iştirak etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, № 8 saylı Qərarının 37-ci bəndində həmçinin qeyd edilir ki, faktiki tutulub saxlanılmış şübhəli şəxsin müdafiəçisi olduqda və yaxud CPM-in 92.3-cü maddəsində göstərilən əsasların olmasına görə ona təqdim edilmək üçün vəkil dəvət olunduqda, yalnız CPM-in 92.12-ci maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxsin müdafiəçidən və yaxud müdafiəçi qismində təqdim olunması üçün dəvət olunmuş vəkildən imtina etməsi və bu imtinanın qəbul edilməsi halında şübhəli şəxsin tutulmasının tutulma protokolu ilə rəsmiləşdirilməsində, müvafiq olaraq da şübhəli şəxsin barəsində keçirilən şəxsi axtarışda və şübhəli şəxs qismində ilk dindirmədə müdafiəçinin iştirak etməməsinə yol verilir. Hazırki cinayət işinin materiallarını araşdıran məhkəmə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda müdafiəçinin iştirak etməməsinə yol verilən hallardan hər hansı birini müəyyən etməmişdir, buna görə də, məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən müdafiəçisinin iştirak etməməsini sonuncunun müdafiə hüququnun pozulması kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın təsdiqində mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan başqa şahidlər, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, şahidlərin ifadələri biri digərindən köçürülmüşdür və bu da həmin ifadələrin inandırıcı olmasına dair şübhələri daha da artırır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda adları çəkilən şahidlərin Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin və narkotik vasitənin aşkarlanması barədə ifadələri 21 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin axtarış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Şahid2 və Şahid3 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa cinayət işinin ibtidai istintaq materiallarını araşdıran məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını, bunun nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitənin və psixotrop maddələrin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən məhkəmə iclası zamanı vermiş olduğu ifadələrlə anoloji məzmunda ifadə vermişdir. Cinayət işinin bütün ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun polis əməkdaşları tərəfindən saxlanılma yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanın qarşısı olaraq göstərilsə də, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə yaşadığı evin qarşısında saxlanılmadığını, həmin tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz ünvanda yatarkən polis əməkdaşlarının yaşadığı evə daxil olaraq onu oradan polis şöbəsinə apardıqlarını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 Təqsirləndirilən şəxs yuxarıdakı ifadəsi ilə anoloji məzmunlu ifadə verərək, 21 iyun 2024-cü il tarixdə, saat 10:00-11:00 radələrində İlahəgilin evlərinə yaxın mağazaya gedərkən orada tanış olmayan iki maşının dayandığını, bundan sonra bir nəfərin İlahəgilin evinin hasarına çıxdığının şahidi olduğunu, daha sonra İlahənin ev geyimində çölə çıxarılaraq maşına mindirilib aparıldığını gördüyünü, bu zaman sonuncunun əynində boz rəngli pijama olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış həyata keçirilərkən qeydə alınmış videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncunun əynində boz rəngli pijama olmuşdur. Məhkəmə hesab edir ki, həm şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı, barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən, həmçinin məhkəmə iclasında dəfələrlə anoloji məzmunda məzmunda ifadələr verməsi, bundan başqa şahid X6 təqsirləndirilən şəxsin saxlanılması şəraiti ilə bağlı ifadəsini təsdiq etməsi Təqsirləndirilən şəxs ifadəsinin həqiqiliyinə inandırıcılığı artırır. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, bunun nəticəsi olaraq irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin 27 iyun 2024-cü il tarixli, 461 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazunun və sol sağrının qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin göstərdiyi tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X10 tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarın məzmunundan görünür ki, Məhkəmə- Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 27 iyun 2024-cü il tarixli, 461 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs sol bazunun və sol sağrının qançırları müəyyən edilmiş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, şəxsin göstərdiyi tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir, xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Təqsirləndirilən şəxsin eyni məzmunlu ifadələri, Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 27 iyun 2024-cü il tarixli, 461 saylı rəyi, habelə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilə bilər. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etməyi, aclığa, hipnoza məruz qoymağı, tibbi yardımdan məhrum etməyi, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etməyi, habelə buna bənzər hər hansı digər sınaqlar keçirməyi; şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Əlavə olaraq qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokola, 21 iyun 2024-cü il tarixli məktubda, 23 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərara, 24 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin Suraxanı rayon prokurorluğuna və məhkəməsinə etap edilməsi barədə” qərara, qərarın icrası ilə əlaqədar məktuba, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-202/2024 saylı, 24 iyun 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2024-cü il tarixli məktubla tutma haqqında protokolun icra edilməsi üçün zəruri sənədlər Suraxanı Rayon Polis İdarəsinin MSY-nin rəisinə göndərilmiş, 23 iyun 2024-cü il tarixdə barəsində ittiham elan olunmaması ilə əlaqədar saxlanıldığı Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerindən azad olunmuş, 24 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılması üçün Suraxanı rayon prokurorluğuna və məhkəməsinə etap edilməsi ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerindən etap edilməsi qərara alınmış, həmin qərar icra edilməsi üçün aidiyyatı üzrə Suraxanı Rayon Polis İdarəsinin rəisinə göndərilmiş, məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır. Cinayət Prosessual-Məcəllənin 90.1.2-ci və 90.2.1-ci maddələrinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs sayılır. Cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi — 48 saatdan artıq (bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) müddətdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil. Göründüyü kimi cinayət işinin materiallarına 23 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərar əlavə edilmiş olsa da, Təqsirləndirilən şəxs faktiki olaraq 48 saatdan artıq (hətta 3 gündən da artıq) müddətində şübhəli şəxs vəziyyətində saxlanılmışdır, belə ki, sonuncu 24 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, təqsirləndirilən şəxsin Suraxanı RPİ-nin MSY-dən Suraxanı rayon prokurorluğuna və məhkəməsinə etap edilməsi məqsədi ilə qəbul edilmiş qərar müvafiq məktubla birlikdə icra edilməsi üçün Suraxanı RPİ-nin MSY-ə göndərilmiş, həmin tarixdə məhkəmənin qərarı ilə məhkəmə iclas zalından azad olunmuşdur. Təqsirləndirilən şəxs 48 saatdan artıq müddətdə şübhəli şəxs vəziyyətində Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılması ibtidai istintaq orqanının sonuncuya qarşı olan qərəzli münasibətini bir daha təsdiq edir. Məhkəmə "xxxx" MMC-dən əldə olunmuş diskin təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut əhəmiyyəti ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona güya onun narkotik vasitələrin satışı ilə məşğul olması məzmununda SMS-lər göndərən şəxsin onun əvvəllər sevgi münasibətində olduğu Anar Qadaşev olduğunu, sonuncunun məhz aralarında baş vermiş ayrılığa görə qərəzli olaraq həmin SMS mətnlərini göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrə ilə SMS mətnləri göndərmiş şəxs - şahid X19 təqsirləndirilən şəxsdən narkotik vasitə almadığını, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-dən əldə olunmuş diskdəki SMS mətnləri təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Həmcinin SMS mətnlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən digər şəxslərə narkotik vasitələrin satışı ilə bağlı hər hansı mesaj göndərilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/1017 nömrəli ekspert rəyində və məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/3329 nömrəli ekspert rəyi isə bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələrlə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və psixotrop maddəni növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli, 4410 nömrəli rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirsə də, sözügedən şahidin bu ifadəsi cinayət işinin materiallarında olan heç bir mötəbər sübutla təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yekun olaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi üçün, həmin sənədlər mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Bundan başqa cinayət işinin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X12-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli, 4410 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur və sonuncunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsiri sübuta yetirilmədiyi üçün bəraət verildiyindən, sonuncu barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün hazırki cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 182 (yüz səksən iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 2,66 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 17 ədəd narkotik vasitə - metadon həbi, 3,923 qram psixotrop maddə - metamfetamin və 01 (bir) ədəd elektron tərəzi materiala əlavə edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Mətin İsmayılov, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədov, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilməlidir. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş EO-2410VK-9323/25 saylı elektron orderdən görünür ki, vəkil Müdafiəçi Məmmmədxan oğlu Təqsirləndirilən şəxs ilə 07 mart 2025-ci il tarixdə müqavilə bağlamışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixə qədər məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 29 (iyirmi doqquz) iş saatı üçün 174 (yüz yetmiş dört) manat məbləğində vəsait «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən 2,92 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 18 ədəd narkotik vasitə metadon həbi, 4,023 qram psixotrop maddə - metamfetamin və 01 (bir) ədəd elektron tərəzi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut qismində tanınan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 2,66 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 17 ədəd narkotik vasitə - metadon həbi, 3,923 qram psixotrop maddə - metamfetamin və 01 (bir) ədəd elektron tərəzi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 182 (yüz səksən iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Mətin İsmayılov, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədov, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 29 (iyirmi doqquz) iş saatı üçün 174 (yüz yetmiş dört) manat məbləğində vəsait «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar