Məhkəmə qərarları › İş №1(101)-992/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-992/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-992/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri- X3, X6 və X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X7, X4 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 12:10-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,955 qram, 1,185 qram olmaqla, ümümi təmiz çəkisi 2,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib, üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,955 qram, 1,185 qram olmaqla, ümümi təmiz çəkisi 2,140 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,781 qram, 2,733 qram, 3,173 qram olmaqla, ümumi təmiz çəkisi 8,687 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üstündə saxlamaqla daşımış, 19,09.2022-cİ il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Kamal market” ərzaq dükanının yaxınlığında saxlanılıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,781 qram, 2,733 qram, 3,173 qram olmaqla, ümumi təmiz çəkisi 8,687 qram olan xarici görnüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, heç vaxt narkotik vasitə olan heroin istifadə etməmiş, yalnız bir dəfə ad günü tədbirində marixuana çəkmişdir. 2022-ci ilin may ayında polis əməkdaşları tərəfindən tutulduğu vaxt üzərində narkotik vasitə olan heroin olmamış, təqdim edilmiş sənədləri imzaladığı təqdirdə azadlığa buraxılacağına inanıb razılaşaraq sənədləri imzalamışdır. Bundan başqa, 19 sentyabr 2022-ci il tarixdə, saat 14-15 radələrində polis əməkdaşları yaşadığı evin pəncərəsinin şüşələrini sındıraraq daxil olub özlərini təqdim etmədən barəsində olan oğurluq cinayətini törətməsi ilə bağlı şikayət əsasında onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılmış, şikayətçilər həmin bölmədə şifahi surətdə, ərizə vermədən şikayət edərək ondan şübhələndiklərini bildirmişlər. Oğurluq ittihamı ilə bölməyə gətirilsə də, razılaşmamış, polis əməkdaşları ona fiziki zorakılıq etdikdən sonra heroin olan narkotik vasitəni cibinə qoyaraq, guya narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirməsini tələb etmiş, edilmiş zorakılığa görə videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu söyləmişdir. Zorakılıq nəticəsində bədənində hər hansı xəsarət yaranmamış, təcridxanaya daxil olarkən məlumat vermədiyindən hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, çəkmək yolu ilə istifadə etdiyi narkotik maddə olan heroini Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 09 may 2022-ci il tarixdə axşam saatlarında Yeni Günəşli qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün şəffaf rəngli sellofana bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni alıb üzərində saxlamışdır. 10 may 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təhvil vermiş, həmin polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış istintaq hərəkəti həyata keçirilən zaman üzərində olan 02 ədəd şəffaf rəngli sellofana bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə götürülüb zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, 18 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün narkotik vasitənin “kakos” kimi tanıdığı növünü alıb üzərində saxlamaqla daşımışdır. 19 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Kamal” ərzaq dükanının yaxınlığında olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdə, üzərində narkotik vasitə olduğundan qorxduğu üçün özünü itirib həyəcanlı şəkildə cavablar verdiyinə görə həmin polis əməkdaşları onu 30-cu Polis Şöbəsinə gətirib təhvil vermişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığı 03 ədəd içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan bükümü çıxarıb təqdim etmiş, aşkarlananlar götürülüb zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil əməliyyat məlumatı əsasında o və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 may 2022-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında müşahidə apardıqları zaman xarici əlamətlərinə görə uyğun gələn şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğundan, üzərində şəxsi axtarış aparılması zərurəti yarandığına görə 30-cu Polis Bölməsinə dəvət etdikdə, Təqsirləndirilən şəxs razılaşmış, həmin bölmədə hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs könüllü olaraq cins şalvarının sağ cibindən 2 bükümü çıxardaraq təhvil vermiş və həmin bükümlərin içərisində heroin olduğunu bildirərək Yeni Günəşli qəsəbəsində tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkarlananlar zərfə qoyulub möhürləndikdən sonra ekspertiza keçirilməsi üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı barədə məlumat daxil olsa da, sübuta yetirilməmişdir. Tutulan zaman Təqsirləndirilən şəxs o və ya başqa polis əməkdaşı tərəfindən hər hansı zorakılıq edilməmiş, nümayiş etdirməsi üçün ona əlavə kütlə təqdim olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2022-ci il sentyabr ayında qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi “Kamal market” ərzaq mağazasının yaxınlığında saxlanılaraq 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, xidməti iş otaqlarının birində onun və digər polis əməkdaşının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldığı zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs barəsində oğurluqla şübhəli bilinməsi ilə bağlı məlumat daxil olsa da, həmin fakt öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi “Kamal market” ərzaq mağazasının yaxınlığında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar, əmr və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkiləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə, saat 21:00 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 12- 13) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf ağ rəngli sellofana bükülmüş bükümü təqdim etdikdən sonra həmin bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 18 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılaraq, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 31; 33-34) xx.xx.2022-ci il tarixli “Mənzilə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 38-39) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/5343 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,781 qram, 2,733 qram, 3,173 qram olmaqla, ümumi təmiz çəkisi 8,687 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyindirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 48-49) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, yaşadığı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 68) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 69) xx.xx.2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar, əmr və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkiləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 70-73) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 13:00 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 92- 93) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və “Samsung J3” markalı mobil telefonu təqdim etdikdən sonra həmin bükümləri açaraq içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik maddəni xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu ərazisində yerləşən Yeni Günəşli qəsəbəsində tanımadığı şəxsdən 30 manat pul ödəyərək şəxsi istifadəsi üçün almasını bildirmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılaraq, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 96; 98-99; 135) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/2705 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi təmiz çəkisi 0,955 qram, 1,185 qram olmaqla, ümumi təmiz çəkisi 2,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görnüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 110-112) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 125-126) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair 12 may 2022-ci il tarixli vəsatətin təmin edilməsindən imtina olunmuşdur. (Cild 1, iş vərəqə 148-149) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 150-151) xx.xx.2022-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 166) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 168-169) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-551/2022 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-23/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 19 fevral 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 195-199; 247-251) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli barədə hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 201-202) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X2 üzrə xx.xx.2022-ci il tarixli, 5095 nömrəli və xx.xx.2022-ci il tarixli, 6903 nömrəli ekspert rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 210-211; 212-213) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Pxisoloji Ekpsertizasının xx.xx.2022-cü il tarixli, 2410 nömrəli və xx.xx.2022-ci il tarixli, 2675 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intelektual imkanıları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. ( Cild 1, iş vərəqə 215-217; 219- 221) “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi nəzərə alınmır, 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,781 qram, 2,733 qram, 3,173 qram olmaqla, ümumi təmiz çəkisi 8,687 qram olan tünd-qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,955 qram, 1,185 qram olmaqla, ümumi təmiz çəkisi 2,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,537 qram və 2,040 qram olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış videogörüntünün olduğu 02 ədəd “DVD” disk, mənzilə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd “DVD” disk sübut növü kimi tanınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq hərəkəti protokolları sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 254-264) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini əldə etdiyi şəxsin müəyyən edilməsi ilə bağlı hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 267-269) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 276-278) Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 183-c-23 nömrəli məktuba əlavə edilmiş həmin tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu vaxt polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində işgəncə faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 8857/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar edilmədi” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-dən 04 sentyabr 2023-cü il tarixli, AZF/LGL-2901/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan “+994-77-764-34-64” saylı mobil nömrəyə “+994-51-565-90-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 18:43:36-da “He qaqaw men 10 deyqe gellem oraliqa 1.5 torpaq 45 manata rovno yani oyan buyan Olmasn” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:37:25-də “Mecid blokdayam pati almaga gelmiwem gozdedir peyser cixsin gelirem” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:49:37-də “Mecid meleyimin cani hecne goturmemiwem siqaretimde yoxdu ureyim partdiyir yat birteher” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:26:30-da “Mecid ama men sen agriyanda gozde 1 dene cet verim dimirdim eybi yox bele qalmiyacam ki pis gunun omru az olar” məzmununda, “+994-51-565-90-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 02:45:44-də “Qaqa oyaqsan brat. İmkanin olsaydi 5manatda mene borc vererdin yadaki daw vererdim evezne” məzmununda, “+994-51-565-90-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 15:56:49-da “Qaqa varundi 10 manat mene veresen pulum catmir. Gelirem siz terefe elave de varsa bayaq dediyim kimi eliyek” məzmununda, “+994- 51-565-90-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 20:21:39-da “Qaqa gelirem siz terefe bayaqki qalan pul duzeltseydun onu da goturum qoyum ustune” məzmununda, “+994-51-565-90-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 20:21:39-da “Sen mene ne geder pul vere bilessen obwi” məzmununda, “+994-51-444-77- 92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:15:57-də “Qaqa pul negeder duzeltmisen” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 18:34:56-də “Satdim daw” məzmununda, “+994-77-312-98-60” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:42:47-də “20 dewe sizdeyem” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:16:40-da “5 man varimdi” məzmununda, “+994-50-311-80-63” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 07:00:16-da “Sen cani nolar kak to 1.80 tap mene gore. Umolayu. Men ayxani gondermesem iwe on mne nikoqda ne pomojet bolwe” məzmununda, “+994-70- 806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:58:53-də “Mecid utandim zeng eliyim deyim 4 man pul varimdi imkan olar ko goturmeye?” məzmununda, “+994-70- 806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 08:33:23-də “Brat wehere getmeliyem 5 man pulum var nese elemey olar burnum bawim axir imkan” məzmununda, “+994-70-817-68-50” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:21:12-də “Qaqaw pulu duzeltmiwem seni gozduyurem” məzmununda, “+994-70-817-68-50” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:18:51-də “Qaqaw 1 dene 10 um var gelim deyimde tez bazar” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022ci il tarixdə, saat 11:57:42-də “Brat pis cixmasin 5 man varimdi imkan olsa bir az tez xeber ele” məzmununda”, “+994-51-444-77-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 04:29:52-də “yetim polis saxlamişdi yolda yoxlirdilar mali da tapa bilmədim əsəb” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 04:29:54-də “dən bilkirəm neyniyim,indi gəlmisəm eve” məzmununda, “+994-70-806-49- 29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:32:26-da “Brat senden xaiwim var eger imkan varsa birtke torpagdan vere bilersen acigi sende qerdes evdekiler qizdirma var cixa bilmirem eger imkanin olsa mehleye” məzmununda, “+994-55-374-70-09” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 12:26:17-də “Brat 1dene oldu.alinsa 2 yarida geder...” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 12:06:33-də “4 man varimdi duzelirse gelim duzelmirse qalsin allah komeyin olsun” məzmununda, “+994-50-311-80-63” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 20:53:57-də “Sliwiw, ya seycas Ayxana poydu vstrecat.. tam poka jdala eqo temani cekdim, patina saxladim. Mene birazda vere bilersen? Obewayu posledniy raz” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:05:13-də “5 man var bir wey emele geler” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 17:54:25-də “Brat topag qurtarib imkan var 5 man veresen amma pulun seher verim gor imkan var oldu olmadi sagol” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:19:46-da “Eve geldin xeber brat dawim var ureyin isdiyirse cekerdiy” məzmununda, “+994-77-317-09-39” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:38:46-da “Yetim necesen sene iwim duwub hemewe yaniva gelende ancaq pulnan gelirem indi veziyet pisti agriyiram dvijenyaya gede bilmirem belke imkan olar mene biraz kola” məzmununda, “+994-77-316- 60-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:11:04-də “Qaqaş gəlmiyib hələ gələndə zəng vuracam sənə narahat olma” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:25:20-də “Özüdə balamın canı 0.22 mal varıydı tərəziyə məndə atıb vermişəm sənə” məzmununda, “+994-51-502-18-65” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 04:42:19-də “Brat 40m versam 04-pat 05-kol alinar? Sanida samo-saboy goracam Alinirsa neca saat gabag deyim ki gala mana olsun sannan goturum da oul verib gozlamayim?” məzmununda, “+994-70-806-49-29” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 18:13:09-da “Senide bezdirdim alinmadi brat gor imkan varsa 5 man olsun amma seher valla verecem imkan varsa” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 02:09:58-də “Mecid 11 manata 02 den zaddan verersen” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:17:07-də “салам гага я 25манат в долг взял у тебя сколько есть давай по быст” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 04:55:51-də “Mecid qurban olum mene biraz kpla verde canim pis agriyir lazimdi 1. 2. Manatda verim sene” məzmununda, “+994-60-234-21- 11” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 06:11:57-də “Qaqas sen allah bu nedi qaytariram bunu mecid ac telefonu” məzmununda yazıların olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs adına olan “+994-77-764-34-64” saylı mobil nömrədən “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 12:00:24-də “Qusi patı kola lazımdı” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 12:36:04-də “Qusi 30 manat var birazda patı ver” məzmununda, “+994-51-565-90-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 18:12:35-də “Ha yox dida qaqaş alınmırsa man götürüm başqasıınnan” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 18:25:42-də “Qusi 30 mamat veram narmalni birşey verda heç olmasa 08 olsunda” məzmununda, “+994-77- 316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:56:09-da “Qusi 8 manatim var kola var ? Galim?” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 08:36:49-da “Qaqaş sanda kola qalıb 8 manat var verim sana” məzmununda, “+994-70-626-76-16” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 21:29:58-də “Qaqaş budu sizin kişiliyviz agzivizdan çıxan söza yiya dura bilmirs” məzmununda, “+994-70-626-76-16” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 21:30:01-də “iz geca 12 qadar amanati çatdirmasoz man diycam siza sözümü” məzmununda, “+994-70-860-32-44” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 21:49:23-də “Qaqaş san mana verdiyin 10 luq çetdi bu günün sabahıda var sagol” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 04:32:22-də “Qusi kola var?” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 01:54:39-da “Qaqaş sanda ot qalıb? Bidana isdiyan var” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 22:18:53-də “Yeka oglansan bayag 01 malı soxdun mana 20 manata varyoxun sikim ya” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 22:18:55-də “lan diyanin tarazimda var iki dana çet yoxuydu içinda indida bururs” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 22:18:59-da “anki yoxdu heçna” məzmununda, “+994-55-417-99-88” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:22:10-da “Sahar damir şotçikin içinda olcey götürarsan” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 02:10:01-də “Mecid 11 manata 02 d” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:05:37-da “Qaqaş dasi bir ela o4 vericam ona gora” məzmununda, “+994-51-444-77-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 03:07:04-da “Qaqaw soxum m 40a mal var?” məzmununda, “+994-55-417-99-88” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 22:19:58-də “Na kola var nada pati naya galirsan” məzmununda, “+994-51-444-77-96” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:00:22-də “Pul vurum 20” məzmununda, “+994-70-500-94-74” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 03:46:05-də “nolbir qalib saba bew manat gatir verim sana” məzmununda, “+994-70-732-32-92” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 04:37:01-də “6 manata cet vere bi” məzmununda, “+994-51-336-74-34” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 20:39:42-də “qaqaw bawim qariwigdi qardawimin evin vurublar bolma 7 nafar apariblar” məzmununda, “+994-55-713-73-58” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 14:39:08-də “**********870893” məzmununda, “+994- 51-565-90-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 02:58:32-də “Sanda kola qalib” məzmununda, “+994-70-821-36-77” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 21:13:29-da “05 ele brat sehf sal” məzmununda, “+994-70-821-36-77” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 17:38:20-də “Brat 05 ele” məzmununda, “+994-77- 316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 20:57:12-də “10 manat verim sana 1 sot torpaq vera bilirsan ozum galim?” məzmununda, “+994-55-402-64-30” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 12:44:46-da “Kanalva zang vur gor iki qram var?” məzmununda, “+994-51-444-77-96” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 01:21:18-də “25 verim sana butov verda mana” məzmununda, “+994-77-316-60-26” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 23:49:34-də “Qusi mana bir tika kola vera bilarsan ya pulnan ya daw verim olurame” məzmununda yazılar müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində oğurluq cinayətinin törədilməsi ilə bağlı həmin polis şöbəsində hər hansı material yoxdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə aldadıldığına, xx.xx.2022-ci il tarixdə isə saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadələr verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü tərəfindən məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırmamışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunması təsdiqini tapmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olubolmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 183-c-23 nömrəli məktuba əlavə edilmiş həmin tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu vaxt polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə verdiyi məlumat əsasında aparılmış araşdırma nəticəsində işgəncə faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 8857/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar edilmədi” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 suallar verilmiş, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən təqdim edilmiş sənədləri imzalayacağı təqdirdə azadlığa buraxılacağı barədə vədə aldanıb narkotik vasitənin özünə məxsus olduğunu bildirərək videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən nümayiş etdirdiyini, 19 sentyabr 2022-ci il tarixdə tutulmasının səbəbi barəsində olan oğurluqla bağlı şikayətin olduğunu, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldıqdan sonra cibinə qoyulmuş narkotik vasitəni şəxsi axtarış istintaq hərəkəti zamanı təqdim etdiyini, heç vaxt narkotik vasitə olan heroindən istifadə etmədiyini desə də, şahidlər Şahid1 və Şahid2 xx.xx.2022-ci il tarixdə, şahidlər Şahid3 və Şahid4 isə xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutularkən və tutulduqdan sonra Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılığın edilmədiyini, Təqsirləndirilən şəxs barəsində oğurluqla bağlı hər hansı şikayət olmadığını, özü könüllü olaraq bükümlərdə olan narkotik vasitəni təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olam xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişlərə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq istintaq hərəkətləri zamanı könüllü olaraq cibində olan bükümləri təqdim etmiş, aşkarlananlar zərflərdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazıların tədqiqindən də görünür ki, videogörüntülərdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Aşkarlananlarla bağlı məhkəməkimyəvi ekspertizası təyin edilərək göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/2705 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi təmiz çəkisi 0,955 qram, 1,185 qram olmaqla, ümumi təmiz çəkisi 2,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görnüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022cü il tarixli, 6/5343 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,781 qram, 2,733 qram, 3,173 qram olmaqla, ümumi təmiz çəkisi 8,687 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyindirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsini əsas götürür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə, yəni təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü madddələrinə görə, təkrarən, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi 02 ədəd bükümdəki narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 2,140 qram, xx.xx.2022-ci il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi 03 ədəd bükümdəki narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 8,687 qram təşkil edir və həmin bükümlər xırda olmaqla bərabər bükümlərə bölünmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, “AZE-MİS” Elektron informasiya sistemindən çıxarışdan görünür ki, “+994-77-764-34-64” saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. Həmin mobil nömrəyə dair məlumatların ələ keçirilməsi ilə bağlı məhkəmə qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskdən və həmin diskə baxış keçirilməsindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+994-77-764-34-64” saylı mobil nömrə vasitəsilə müxtəlif şəxslərlə “sms” yazışmaları aparmışdır. Belə ki, müxtəlif şəxslərin fərqli tarixlərdə onunla “He qaqaw men 10 deyqe gellem oraliqa 1.5 torpaq 45 manata rovno yani oyan buyan Olmasn” məzmununda, “Mecid blokdayam pati almaga gelmiwem gozdedir peyser cixsin gelirem” məzmununda, “Mecid meleyimin cani hecne goturmemiwem siqaretimde yoxdu ureyim partdiyir yat birteher” məzmununda, “Mecid ama men sen agriyanda gozde 1 dene cet verim dimirdim eybi yox bele qalmiyacam ki pis gunun omru az olar” məzmununda, “Qaqa oyaqsan brat. İmkanin olsaydi 5manatda mene borc vererdin yadaki daw vererdim evezne” məzmununda, “Qaqa varundi 10 manat mene veresen pulum catmir. Gelirem siz terefe elave de varsa bayaq dediyim kimi eliyek” məzmununda, “Qaqa gelirem siz terefe bayaqki qalan pul duzeltseydun onu da goturum qoyum ustune” məzmununda, “Sen mene ne geder pul vere bilessen obwi” məzmununda, “Qaqa pul negeder duzeltmisen” məzmununda, “Satdim daw” məzmununda, “20 dewe sizdeyem” məzmununda, “5 man varimdi” məzmununda, “Sen cani nolar kak to 1.80 tap mene gore. Umolayu. Men ayxani gondermesem iwe on mne nikoqda ne pomojet bolwe” məzmununda, “Mecid utandim zeng eliyim deyim 4 man pul varimdi imkan olar ko goturmeye?” məzmununda, “Brat wehere getmeliyem 5 man pulum var nese elemey olar burnum bawim axir imkan” məzmununda, “Qaqaw pulu duzeltmiwem seni gozduyurem” məzmununda, “Qaqaw 1 dene 10 um var gelim deyimde tez bazar” məzmununda, “Brat pis cixmasin 5 man varimdi imkan olsa bir az tez xeber ele” məzmununda, “yetim polis saxlamişdi yolda yoxlirdilar mali da tapa bilmədim əsəb” məzmununda, “dən bilkirəm neyniyim,indi gəlmisəm eve” məzmununda, “Brat senden xaiwim var eger imkan varsa birtke torpagdan vere bilersen acigi sende qerdes evdekiler qizdirma var cixa bilmirem eger imkanin olsa mehleye” məzmununda, “Brat 1dene oldu.alinsa 2 yarida geder...” məzmununda, “4 man varimdi duzelirse gelim duzelmirse qalsin allah komeyin olsun” məzmununda, “Sliwiw, ya seycas Ayxana poydu vstrecat.. tam poka jdala eqo temani cekdim, patina saxladim. Mene birazda vere bilersen? Obewayu posledniy raz” məzmununda, “5 man var bir wey emele geler” məzmununda, “Brat topag qurtarib imkan var 5 man veresen amma pulun seher verim gor imkan var oldu olmadi sagol” məzmununda, “Eve geldin xeber brat dawim var ureyin isdiyirse cekerdiy” məzmununda, “Yetim necesen sene iwim duwub hemewe yaniva gelende ancaq pulnan gelirem indi veziyet pisti agriyiram dvijenyaya gede bilmirem belke imkan olar mene biraz kola” məzmununda, “Qaqaş gəlmiyib hələ gələndə zəng vuracam sənə narahat olma” məzmununda, “Özüdə balamın canı 0.22 mal varıydı tərəziyə məndə atıb vermişəm sənə” məzmununda, “Brat 40m versam 04-pat 05-kol alinar? Sanida samosaboy goracam Alinirsa neca saat gabag deyim ki gala mana olsun sannan goturum da oul verib gozlamayim?” məzmununda, “Senide bezdirdim alinmadi brat gor imkan varsa 5 man olsun amma seher valla verecem imkan varsa” məzmununda, “Mecid 11 manata 02 den zaddan verersen” məzmununda, “салам гага я 25манат в долг взял у тебя сколько есть давай по быст” məzmununda, “Mecid qurban olum mene biraz kpla verde canim pis agriyir lazimdi 1. 2. Manatda verim sene” məzmununda, “Qaqas sen allah bu nedi qaytariram bunu mecid ac telefonu” məzmununda, “Qusi patı kola lazımdı” məzmununda, “Qusi 30 manat var birazda patı ver” məzmununda, “Ha yox dida qaqaş alınmırsa man götürüm başqasıınnan” məzmununda, “Qusi 30 mamat veram narmalni birşey verda heç olmasa 08 olsunda” məzmununda, “Qusi 8 manatim var kola var ? Galim?” məzmununda, “Qaqaş sanda kola qalıb 8 manat var verim sana” məzmununda, “Qaqaş budu sizin kişiliyviz agzivizdan çıxan söza yiya dura bilmirs” məzmununda, “iz geca 12 qadar amanati çatdirmasoz man diycam siza sözümü” məzmununda, “Qaqaş san mana verdiyin 10 luq çetdi bu günün sabahıda var sagol” məzmununda, “Qusi kola var?” məzmununda, “Qaqaş sanda ot qalıb? Bidana isdiyan var” məzmununda, “Yeka oglansan bayag 01 malı soxdun mana 20 manata varyoxun sikim ya” məzmununda, “lan diyanin tarazimda var iki dana çet yoxuydu içinda indida bururs” məzmununda, “anki yoxdu heçna” məzmununda, “Sahar damir şotçikin içinda olcey götürarsan” məzmununda, “Mecid 11 manata 02 d” məzmununda, “Qaqaş dasi bir ela o4 vericam ona gora” məzmununda, “Qaqaw soxum m 40a mal var?” məzmununda, “Na kola var nada pati naya galirsan” məzmununda, “Pul vurum 20” məzmununda, “nolbir qalib saba bew manat gatir verim sana” məzmununda, “6 manata cet vere bi” məzmununda, “qaqaw bawim qariwigdi qardawimin evin vurublar bolma 7 nafar apariblar” məzmununda, “**********870893” məzmununda, “Sanda kola qalib” məzmununda, “05 ele brat sehf sal” məzmununda, “Brat 05 ele” məzmununda, “10 manat verim sana 1 sot torpaq vera bilirsan ozum galim?” məzmununda, “Kanalva zang vur gor iki qram var?” məzmununda, “25 verim sana butov verda mana” məzmununda, “Qusi mana bir tika kola vera bilarsan ya pulnan ya daw verim olurame” məzmununda mesaj vasitəsilə yazışmaları müəyyən edilir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin yazışmalardakı “kola” sözünün narkotik vasitə olan “heroin”-ə, “patı” sözünün isə psixotrop maddə olan “metamfetamin”-ə deyildiyini bildirmişdir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin məbləğini, çəkisini və sayını yazmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, hazırki iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərin ondan pul müqabilində narkotik vasitə və ya psixotrop maddə istəmələrini göstərən “sms” yazışmalarının olmasına, aşkarlanmış narkotik vasitə olan heroinin bərabər çəkidə xırda bükümlərə bükülməsinə əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-551/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-23/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 19 fevral 2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 02 ədəd bükümdə 2,040 qram və 03 ədəd bükümdə 8,537 qram narkotik vasitə olan heroin məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disk, “Mənzilə baxış” protokoluna əlavə edilmiş 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X12 xx.xx.2022-ci il tarixli, 5095 nömrəli və xx.xx.2022-ci il tarixli, 6903 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 02 ədəd bükümdə 2,040 qram və 03 ədəd bükümdə 8,537 qram narkotik vasitə olan heroin məhv məhv edilsin, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disk, “Mənzilə baxış” protokoluna əlavə edilmiş 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar