Məhkəmə qərarları › İş №1(101)-992/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-992/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-992/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X6 və X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan-rus dillərinin tərcüməçiləri X5 və X2, Təqsirləndirilən şəxs, müdafiəçi, “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 110 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin şəxsin göstərişinə əsasən külli miqdarda 36,752 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 93,035 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,08 qram olan 02 ədəd həbləri, 164,076 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib, narkotik vasitə heroinin 35,56 qram hissəsini, narkotik vasitə metadon həblərini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 110 ünvanında, narkotik vasitə heroinin 1,192 qram hissəsini isə üzərində saxlamaqla daşımış, 29 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 18:55-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 75 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının cibindən satış məqsədi ilə saxladığı 02 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,337 qram və 0,855 qram olmaqla ümumi təmiz çəkisi 1,192 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:05-də yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 110 ünvanına keçirilmiş baxış zamanı mətbəxdə olan şkafdakı bir ədəd sellofan paketdən 03 bükümdə ayrı-ayrılıqda çəkiləri 14,824 qram, 17,280 qram və 1,570 qram olmaqla ümumi təmiz çəkisi 33,674 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 07 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,133 qram, 0,125 qram, 2,429 qram, 0,353 qram, 54,695 qram, 22,821 qram və 12,479 qram olmaqla ümumi təmiz çəkisi 93,035 qram təşkil edən külli miqdarda həmin psixotrop maddə metamfetamin, 04 bükümdə ayrı-ayrılıqda çəkiləri 59,410 qram, 96,839 qram, 3,608 qram və 4,219 qram olmaqla ümumi təmiz çəkisi 164,076 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, bir ədəd dəmir qabda tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 02 ədəd həb, 01 bükümdə 1,886 qram çəkidə narkotik vasitə heroin, narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, axşam vaxtı dükana gedərkən üç nəfər ona yaxınlaşmış, özlərini təqdim edib ona maşına əyləşib idarəyə getməyini demişlər və oradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Yarım saat ərzində polislər onun üzərinə baxış keçirtməmişlər. Bu vaxt ərzində polislər onu əvvəl əlləri ilə, sonra isə taxta və dəyənək ilə döymüşlər. Onun üzərində heç bir şey olmamışdır. Sonradan üçüncü şəxs otağa daxil olmuş, özü ilə çəkisi 2 qram olan heroin gətirmiş və heroinin onun cibindən düşdüyünü demişdir. Ondan narkotik maddələrin harada olduğunu soruşmuşlar. O da özündə narkotik maddə olmadığını demişdir. İki saatdan sonra onlar 28 May küçəsində olan evinə getmişlər. Evə daxil olandan sonra o, qonaq otağındakı kresloda əyləşmiş, polislər isə dərhal mətbəxə keçmişlər və 10-15 dəqiqə sonra onu mətbəxə çağırmışlar. Polislər mətbəxdən sellofan torba çıxartmışlar. Onun özünün 7 qram heroini olmuşdur. Polislərin çıxartdığı sellofan torbada “patı”, “nəşə” və “kakos” olmuşdur. Polislər ona çəkiliş olacağını və sellofan torbadakıların onun olduğunu deməklə boynuna götürməsini bildirmişlər. Ona narahat olmamasını, bu videoyazının heç kimə göstərilməyəcəyini, maddəsinin başqa olacağını, ona sonra kömək edəcəklərini demişlər. Çəkiliş zamanı torbadan kiçik bükümlərdə olan “patı”, “nəşə” və “kakos” çıxartmışlar. Çəkilişdən sonra polislər ona videoyazını sildirdiklərini və ona veriləcək maddənin yüngül olacağını vəd edərək kömək edəcəklərini demişlər. Sonra ona vəkilin gələcəyini və artıq söz danışmamağını söyləmişlər. Hamının iştirakı ilə cəkiliş zamanı dəhlizə çıxmışlar, daha sonra mətbəxə daxil olmuş, bununla da çəkiliş bitmişdir. Daha sonra idarəyə getmişlər. İkinci çəkiliş idarədə davam etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs onda olan heroini aldığı adamın adını Kənan kimi xatırladığını, valideynlərinin onun narkotik vasitə istifadə etdiyini bilmədiklərini bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, bir neçə müddətdir “kakos” deyilən narkotik vasitə və “patı” deyilən psixotrop maddədən yandırıb tüstüsünü çəkmək yolu ilə, “nəşə”dən onu siqaretə doldurub çəkməklə istifadə edir. 29 iyun 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində narkotik maddə “kakos” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin polis idarəsinə gəlmişdir. Daha sonra polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik maddələr olduğunu bildirmiş, daha sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü, 01 ədəd pul kisəsini, həmin şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd açarı çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş və həmin gümüşü rəngli kağız bükülünün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddələrin olmasını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan mobil telefona baxış keçirilmişdir. Mobil telefon qara rəngli korpuslu “Redmi” markalı olmuşdur. Mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi pul kisəsinə baxış keçirilmişdir. Pul kisəsinin içərisində 35 manat pul, 01 ədəd bank kartı olması müəyyən edilmişdir. Həmin pulun özünə məxsus olmasını, hər hansı bir qanunsuz yolla həmin pulu əldə etmədiyini bildirmişdir. Daha sonra 01 ədəd bank kartına baxış keçirilmişdir. Bank kartının üzərində 4169 7413 1910 2776 rəqəmləri yazılmışdır. Bank kartının da özünə məxsus olmasını bildirmişdir. Daha sonra təqdim olunan 01 ədəd açara baxış keçirilmişdir. Qeyd olunan açarın hazırda faktiki olaraq yaşadığı ünvana məxsus olmasını bildirmişdir. Daha sonra təqdim olunan 01 ədəd gümüşü rəngli kağız bükülüyə baxış keçirilmişdir. Kağız bükülünün içərisində 02 ədəd qara rəngli sellofan büküm olması müəyyən edilmişdir. Bu bükümlərin hər biri videoçəkilişdəki şəxslərin iştirakı ilə açılmışdır. Hər iki sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan “kakos” adlı narkotik maddənin adını bilmədiyi, təxminən 6-7 ay müddətdir ki, tanıdığı İran İslam Respublikasının vətəndaşından onlayn üsulla əldə etdiyini, həmin şəxsin Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitə və psixotrop maddə yerləşdirməsini, bundan sonra həmin maddələri yerləşdirdiyi ünvanın şəklini ona göndərməsini, onun da bu maddələri qeyd olunan ünvanlardan götürərək başqa ünvanlarda tanımadığı müştərilər üçün aparıb yerləşdirməyini, həmin müştərilərin onunla birbaşa əlaqəsinin olmamasını, satdığı narkotik maddələrin pulunu daha sonra həmin İran İslam Respublikasının vətəndaşına onlayn olaraq göndərməyini, analoji halların təxminən 10- 12 dəfə təkrar olunmasını, göstərdiyi qanunsuz fəaliyyətin müqabilində ona bu işdən müxtəlif məbləğlərdə qazanc qalmasını, həm də öz istifadəsi üçün müxtəlif narkotik tərkibli maddələri əldə etməyini, sonuncu dəfə təxminən 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində olarkən analoji üsulla üstündən aşkar olunan narkotik tərkibli maddələri əldə etməyini, bu maddələrin bir hissəsinin də yaşadığı ünvanda olmasını, ünvana polis tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik maddələr polis tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd plastik bank kartı polis tərəfindən götürülmüşdür. 35 manat pul isə 01 ədəd pul kisəsi İlə birlikdə ona geri qaytarılmışdır. 01 ədəd açar da müvəqqəti olaraq özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra yaşadığı ünvana polis əməkdaşları ilə birlikdə yollanmışlar. Ünvana üzərində olan açarla girmişlər. Burada tərcüməçi Camal Bədəlovun da iştirakı ilə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra o, mətbəxdə olan şkafı açaraq 01 ədəd sellofan paketi və 03 ədəd elektron tərəzini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən baxış keçirilməyə başlanmışdır. İlkin olaraq sellofan paketin içərisində olan 01 ədəd dəmir qaba baxış keçirilmişdir. Dəmir qabın içərisində 01 ədəd konvalyutda 02 ədəd dərman həbləri və qara rəngli narkotik maddələr olması aşkar edilmişdir. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə polis tərəfindən baxış keçirilmişdir. Bu bükülünün içərisində “heroin” olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün içərisindən “patı” olaraq tanıdığı maddə olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində “marixuana” olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində “patı” olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində “heroin” olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün içərisində “patı” olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Bu bükümün içərisində “patı” olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd qırmızı rəngli sellofan bükümə baxış keçirilmişdir. Bu bükümün içərisindən isə “marixuana” olması aşkar edilmişdir. Bundan sonra 01 ədəd polietilen qabın içərisinə baxış keçirilmişdir. Burada da “patı” olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Kağız bükümün içərisində 02 ədəd qara rəngli sellofan büküm olması müəyyən edilmişdir. Hər iki sellofan bükümün içərisində “patı” olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd sellofan bükülünün içərisinə baxış keçirilmişdir. Bu bükülünün içərisindən də “heroin” adlı maddə aşkar edilmişdir. Daha sonra 01 ədəd polietilen qabın içərisinə baxış keçirilmişdir. Burada da “marixuana” olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. Bu bükümün də içərisində 01 ədəd qara rəngli sellofan bükülüdə “marixuana” olması aşkar edilmişdir. Daha sonra 03 ədəd elektron tərəziyə baxış keçirilmişdir. Tərəzilərdən 02 ədədi göy rəngdə olmuşdur. Həmin tərəzilərin üzərində hər hansı bir marka yazısı olmamışdır. Digər 01 ədəd tərəzinin üzərində isə “constant” yazısı yazılmışdır. Daha sonra mənzilin qonaq otağı, dəhlizi, sanitar qovşağına baxış keçirilsə də, şübhəli əlavə əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şəxsi axtarış və götürmə zamanı bildirdiyi ifadələri bir daha təsdiq edərək yaşadığı mənzildən də aşkar olunan narkotik maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra 01 ədəd sellofan paketin içərisində olan narkotik tərkibli maddələr və 03 ədəd elektron tərəzi 01 ədəd sellofan paketdə polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşmandır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədi ilə əldə etmişdir (cild 1, iş vərəqi 189-192). Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, 29 iyun 2023-cü il tarixində Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin gün axşam saat 7 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına - Nəsimi rayonu, Azadlıq prospekti 75-ə gedilmiş, orada Elmana yaxınlaşıb özlərini təqdim etmiş və Elmanı Baş İdarəyə dəvət etmişlər. Elman etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Elmanın üzərinə baxış keçirilən zaman 2 büküm qanunsuz maddə aşkar olunmuşdur. Elman həmin maddələri 6 ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə edib, onlayn üsulla narkotik aldığı şəxslə əlaqə saxlayıb, narkotik vasitələri həmin şəxsin dediyi yerlərə qoymaqla müxtəlif müştərilərə çatdırıb, bunun müqabilində həmin narkotik vasitələrdən həm şəxsi istifadəsi üçün götürüb, həm də satışı ilə məşğul olaraq qazanc əldə etdiyini demişdir. Daha sonra onlar baxış keçirmək üçün Elmanin evinə yollanmışlar. Evində mətbəxdə şkafın içindən paket tapmışlar, həmin paketin içində müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr olmuşdur. Tapılan narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar etdikləri əşyaları da otaqda qablaşdırıb götürmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir fiziki və ya psixi təzyiq olunmadığını, təqsirləndirilən şəxsin evindən marixuana, metamfetamin, heroinə bənzər maddələr aşkar etdiklərini, təqsirləndirilən şəxsin evindən həmçinin 3 ədəd tərəzi də aşkar etdiklərini, təqsirləndirilən şəxsin heroindən istifadə etdiyini bildirdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsin saxlanılan zaman onun üzərində xəsarət olub-olmadığına baxmadıqlarını, Baş İdarəyə gəldikdən sonra təhqiqatçı, vəkil və tərcüməçi dəvət olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Elman" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, "Elman" adlı şəxs xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 110 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 29 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, üstündə saxlaması, eləcə də daşıması və satılmasında şübhəli bilinən xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 110 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 18:55-də ünvan 2 ünvanın qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü, 01 ədəd pul kisəsini, həmin şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd açarı çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin gümüşü rəngli kağız bükülünün içərisində "kakos" adı ilə tanıdığı narkotik maddələrin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim olunan 01 ədəd gümüşü rəngli kağız bükülüyə baxış keçirilərkən onun içərisində 02 ədəd qara rəngli sellofan büküm olması müəyyən edilmiş, bu bükümlərin hər biri videoçəkilişdəki şəxslərin iştirakı ilə açılmış, hər iki sellofan bükümün içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu maddələrın "kakos" olaraq adlanmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan "kakos" adlı narkotik maddəni adını bilmədiyi, təxminən 6-7 ay müddətdir ki, tanıdığı İran İslam Respublikasının vətəndaşından onlayn üsulla əldə etdiyini, həmin şəxsin Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitə və psixotrop maddə yerləşdirməsini, bundan sonra həmin maddələri yerləşdirdiyi ünvanın şəklini ona göndərməsini, onun da bu maddələri qeyd olunan ünvanlardan götürərək başqa ünvanlarda tanımadığı müştərilər üçün aparıb yerləşdirməsini, həmin müştərilərin onunla birbaşa əlaqəsinin olmamasını, satdığı narkotik maddələrin pulunu daha sonra həmin İran İslam Respublikasının vətəndaşına onlayn olaraq göndərməsini, 56 analoji halların təxminən 10-12 dəfə təkrar olunmasını, göstərdiyi qanunsuz fəaliyyətin müqabilində ona bu işdən müxtəlif məbləğlərdə qazanc qalmasını, həm də öz istifadəsi üçün müxtəlif narkotik tərkibli maddələri əldə etməsini, sonuncu dəfə təxminən 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində olarkən analoji üsulla üstündən aşkar olunan narkotik tərkibli maddələri əldə etməsini, bu maddələrin bir hissəsinin də yaşadığı ünvanda olmasını, ünavana polis tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon, 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 35 manat pul əskinasları isə 01 ədəd pul kisəsi ilə birlikdə və 01 ədəd açar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılmışdır (cild 1, iş vərəqi 34-37). - baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 29 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosessual hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında da narkotik maddələr olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına gedilmiş və qeyd olunan ünvanda baxış və götürmə keçirilməsinə başlanılmışdır. Qeyd olunan prosessual hərəkətinin keçirilməsinə 29 iyun 2023-cü il tarixdə, saat 22:04-də ünvan 6 ünvanın qarşısında video çəkilişdən istifadə edilməklə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o, cibində olan ünvanın açarı ilə ünvanın qapısını açaraq içəri daxil olmuşdur. Qeyd olunan ünvan 1 otaqdan ibarətdir. İlkin olaraq mənzilin sol tərəfində yerləşən mətbəx otağına daxil olunmuş, burada Təqsirləndirilən şəxs tərcüməçi Camal Bədəlovun da iştirakı ilə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mətbəxdə olan şkafı açaraq 01 ədəd sellofan paketi və 03 ədəd elektron tərəzini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə baxış keçirilməyə başlanmışdır. İlkin olaraq: sellofan paketin içərisində olan 01 ədəd dəmir qaba baxış keçirilmişdir. Dəmir qabın içərisində 01 ədəd konvalyutda narkotik vasitə metadona oxşar 02 ədəd dərman həbləri və qara rəngli narkotik tərkibli maddələrə oxşar kütlələr olması aşkar edilmişdir. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə baxış keçirilmiş, bu bükülünün içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edildmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, bu bükümün içərisindən ağ rəngli, kristallık formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində ot formalı, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirildi. Bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, bu bükümün də içərisində əlavə olaraq 01 ədəd qara rəngli sellofanın içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, bu bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd sellofan bükümə baxış keçirilmiş, bu bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd qırmızı rəngli sellofan bükümə baxış keçirilmiş, bu bükümün içərisindən isə ot formalı, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Bundan sonra 01 ədəd polietilen qabın içərisinə baxış keçirilmiş, burada da ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, kağız bükümün içərisində 02 ədəd qara rəngli sellofan büküm olması müəyyən edilmişdir. Hər iki sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd sellofan bükülünün içərisinə baxış keçirilmiş, bu bükülünün içərisindən də qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edilmişdir. Daha sonra 01 ədəd polietilen qabın içərisinə baxış keçirilmiş, burada da ot formalı, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Daha sonra 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, bu bükümün də içərisində 01 ədəd qara rəngli sellofan bükülüdə ot formalı, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Daha sonra 03 ədəd elektron tərəziyə baxış keçirilmiş, tərəzilərdən 02 ədədi göy rəngdə olmuşdur. Həmin tərəzilərin üzərində hər hansı bir marka yazısı olmamışdır. Digər 01 ədəd tərəzinin üzərində isə "constant" yazısı yazılmışdır. Hər üç tərəzinin üzərində narkotik tərkibli maddələrin izlərinə oxşar izlər olmuşdur. Mənzilin qonaq otağı, dəhlizi, sanitar qovşağına baxış keçirilsə də, iş üzrə şübhəli əlavə əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı bildirdiyi ifadələri bir daha təsdiq edərək yaşadığı mənzildən də aşkar olunan narkotik maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirdi. Daha sonra 01 ədəd sellofan paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr, narkotik vasitə heroinə oxşar maddələr, psixotrop maddə metamfetaminə oxşar maddələr, narkotik vasitə metadona oxşar maddələr və 03 ədəd elektron tərəzi 01 ədəd sellofan paketdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 40-43). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3578 nömrəli rəyindən görünür ki:

1. Tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs" sözləri və imzalar olan kağız paketdə 02 ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkisi 0,337 qram, 0,855 qram, ümumi çəkisi 1,192 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə əsasən eyni tərkibli narkotik vasitə olan heroindir.

2. Tədqiqata təqdim edilmiş üzərində: "..Təqsirləndirilən şəxs mənzilindən.." sözləri və imzalar olan polietilen torbada içərisində qəhvəyimtil və ağımtıl rəngli izlər olan 01 ədəd yaşıl rəngli folqa paketin içərisində 03 ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkisi 14,824 qram, 17,280 qram, 1,570 qram, ümumi çəkisi 33,674 qram olan qəhvəyimtil rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə əsasən eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd yaşıl rəngli folqa paketin içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinın miqdarını və təqdim edilən maddələrlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. 01 ədəd şəffaf polietilen torbacıqda olan 02 ədəd gümüşü rəngli folqa bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,133 qram, 0,125 qram, 05 ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkisi 2,429 qram, 0,353 qram, 54,695 qram, 22,821 qram, 12,479 qram, ümumi çəkisi 93,035 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 ədəd tərəzinin üzərində heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələrlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. 01 ədəd dəmir qabın içərisində 01 ədəd konvalyut kəsiyində üzərində "Methadone 40" yazısı olan cəmi 02 həb olan qəhvəyimtil rəngli həblər xarici əlamətlərinə və tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. 01 ədəd dəmir qabın içərisində təmiz çəkisı 1,886 qram olan qaramtıl rəngli maddə narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmış 05 ədəd polietilen bükümdə və 01 ədəd dəmir qabda olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə əsasən eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahisina daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 50-55). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan...” sözləri yazılmış sellofan torbada folqa paketin içərisində bir ədəd qırmızı rəngli polietilen torbada 59,410 qram, bir ədəd skoçla bağlanmış folqa bağlamada təmiz çəkisi 96,839 qram, bir ədəd sellofan paketdə təmiz çəkisi 3,608 qram, sellofan paketin içərisində bir ədəd folqa bükülüdə təmiz çəkisi 4,219 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 164,076 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd qırmızı rəngli polietilen torbada, bir ədəd skoçla bağlanmış folqa bağlamada, bir ədəd sellofan paketdə, bir ədəd folqa bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üç ədəd elektron tərəzinin üzərində və sellofan torbanın içərisində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 56-60). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 74-75). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* №li cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 36,152 qram qalmış narkotik vasitə heroin, 163,876 qram qalmış qurudulmuş marixuana, 92,685 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd qalmış metadon həbi və 03 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 108- 109). - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən qəbul edilmiş və İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 29 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 112). - xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni aldığı naməlum şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi ilə bağlı müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs başqa hər hansı bir cinayətin törədilməsində iştirakı ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır (cild 1, iş vərəqi 144). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqi 145). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 146-147). - məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 149- 151). - cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından naməlum İran İslam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 169-170). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 176-177). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 142-143). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın isə 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, özünün narkotik vasitələrin yalnız istifadəçisi olması, saxlanılan zaman onun üzərində ümumiyyətlə narkotik olmaması, evində isə cəmi 7 qram heroin olması, digər narkotiklərin ona aid olmaması, polislərin onu əlləri ilə, taxta və dəyənəklə döymələri, bundan sonra məcbur olub polislərin ona verdikləri narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilmiş və o, üzərində və mənzilində olan narkotikləri və elektron tərəziləri təqdim etmiş, sorğu zamanı uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən və mənzilindən aşkar olunan narkotikləri təxminən 6-7 ay müddətdir ki, tanıdığı İran İslam Respublikasının vətəndaşından onlayn üsulla əldə etdiyini, həmin şəxsin Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitə və psixotrop maddə yerləşdirməsini, bundan sonra həmin maddələri yerləşdirdiyi ünvanın şəklini ona göndərməsini, onun da bu maddələri qeyd olunan ünvanlardan götürərək başqa ünvanlarda tanımadığı müştərilər üçün aparıb yerləşdirməsini, həmin müştərilərin onunla birbaşa əlaqəsinin olmamasını, satdığı narkotik maddələrin pulunu daha sonra həmin İran İslam Respublikasının vətəndaşına onlayn olaraq göndərməsini bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmiş, saxlanılan zaman ona qarşı hər hansı təzyiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs tibbi kitabçasının surətini onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdə polislər tərəfindən dəyənəklə, taxta ilə və əllə döyülməsi barədə onun ifadələrini həqiqət kimi qəbul etsəydi, onda tutulandan iki sutka sonra bədənində xəsarət aşkar edilməli idi. Lakin göründüyü kimi onun bədənində hər hansı xəsarət izi aşkar olunmamışdır. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini və xırda bükümlərə bükülməsini, habelə ondan narkotiklərin çəkilməsində istifadə olunun avadanlığın - elektron tərəzilərin aşkar edilməsini, tərəzilərin üzərində heroinin və metamfetaminin izlərinin olması hallarını müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair “Elektron məhkəmə” informasiya sistemindən çıxarışından görünür ki, onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü Zarina Mikayılova adlı adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 102-107). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,152 qram narkotik vasitə heroin, 163,876 qram qurudulmuş marixuana, 92,685 qram psixotrop maddə metamfetamin, 01 ədəd metadon həbi və 03 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,152 qram narkotik vasitə heroin, 163,876 qram qurudulmuş marixuana, 92,685 qram psixotrop maddə metamfetamin, 01 ədəd metadon həbi və 03 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Əhməd Quliyev

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar