Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-992/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 avqust 2008-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozu ünvanında kirayədə yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayan üçün penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, o cümlədən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, E.Məhərrəmov küçəsində yerləşən “Oba” marketdə, həmin marketin satıcı-kassiri işləyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadə işlətməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə sonuncunu Ramana-1 saylı “Oba market”in sağ yan tərəfinə aparıb ictimai yer hesab olunan yerdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafdakı insanların gözləri qarşısında ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuiiqanlıq hərəkətləri edərək aqressiv şəkildə əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını şalvarının sağ yan cibindən çıxararaq Zərərçəkmiş şəxs döş qəfəsinə bir zərbə vurub onun ölümünə səbəb olmaqla daxili və xarici qanitirməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edərək sol ağciyərin, diafraqmanın, qaraciyərin, qida borusunun və döş aortasının zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirmiş, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək mətbəx bıçağını silah qismində istifadə edib Zərərçəkmiş şəxs Əbüifət oğlunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs marketdə kassir işləmişdir. O, marketdən yağ alanda qəpik verməyə pulu çatmamış, Xəyal ona qəpiyi verməyinin lazım olmadığını demişdir. O, Zərərçəkmiş şəxs səhəri gün qalıq pulu gətirəcəyini demiş, sonra isə evə getmişdir. Evdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs və Elman adlı şəxs evlərinin qapısının qabağında olmuşdur. Orada Zərərçəkmiş şəxs ilə mübahisələri yaranmışdır. Orada Zərərçəkmiş şəxs qardaşı Röyyal Nağıyev də olmuşdur. Aralarında mübahisə olmasın deyə Zərərçəkmiş şəxs əmisioğlu ona Zərərçəkmiş şəxs üzr istəməyini demiş, amma o, üzr istəməmişdir. Onun əvəzinə qardaşı üzr istəmiş, sonra onlar işə qayıtmışlar. Səhəri gün içkili vəziyyətdə marketə gedərək Zərərçəkmiş şəxs salam vermiş, sonuncu ona söyüş söydüyündən aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs əlini hərəkət elətdirdiyi üçün onu vuracağını fikirləşmiş və sonuncuya bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs əyildiyi üçün bıçaq onun qabırğasına dəymişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxslə əvvəllər düşmənçiliyi olmamışdır. Hadisə günü Zərərçəkmiş şəxs üzrxahlıq etmək üçün yanına gedəndə sonuncudan ayağa qalxmağını xahiş etsə də Xəyal onun sözünə riayət etməmişdir. Zərərçəkmiş şəxslə hadisəyə qədər də mübahisələri olmuş, ilk mübahisələrindən sonra o, Zərərçəkmiş şəxs qardaşı Röyyal Nağıyevdən üzrxahlıq etmişdir. İlk mübahisələrinin həlli məqsədilə onlara yaxınlaşan Zərərçəkmiş şəxs əmisi oğlu Zərərçəkmiş şəxs toxunan şəxsi “ortadan böləcəyini” bildirdikdə, o Zərərçəkmiş şəxs onunla yüksək səs tonu ilə danışacağı təqdirdə sonuncunu vuracağını bildirmişdir. Həmin hadisədən bir neçə gün sonra o, kafedən qayıdanda marketdən araq alıb evə getmiş və evdən içkili vəziyyətdə daha sonra siqaret almaq üçün “Oba” marketə qayıtmışdır. Hadisə zamanı üzərindəki bıçaq mətbəx bıçağı olmuşdur. Marketə daxil olduqda əvvəlcə Zərərçəkmiş şəxs salam vermiş, daha sonra o, Zərərçəkmiş şəxs və tanımadığı digər şəxs çölə çıxıb maşına tərəf söhbət eləməyə getmişlər.O, Zərərçəkmiş şəxslə söhbət edərkən içkili olduğu üçün onu yola verməsini, onunla səs tonunu dəyişərək danışmamasını, əks təqdirdə onu vuracağını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, hadisədən əvvəl qardaşı Zərərçəkmiş şəxs ona problemi olduğunu bildirmişdir. Sonuncu qeyd etmişdir ki, marketdən alış-veriş edən Təqsirləndirilən şəxs qalıq pul təşkil edən qəpiyin qaytarılmasını xahiş etdikdə Təqsirləndirilən şəxs qardaşı Xəyala “üstümdə qəpik yoxdur vermirəm” məzmunda cavab vermişdir. Aralarında olan mübahisənin böyüməməsi üçün, yəni Təqsirləndirilən şəxs yenidən gələ biləcəyini ehtimal etdiyi üçün o, market ətrafında gözləmişdir. Təqsirləndirilən şəxs gəldikdən sonra Xəyala yaxınlaşaraq ona 50 qəpiyin söhbətini elədiyini deyərək mübahisə yaratmışdır. Kənardan tanımadıqları şəxslər onlara kömək etmək məqsədilə yaxınlaşmışlar. Köməyə gələn adamlardan biri qardaşı Zərərçəkmiş şəxs marketə aparan vaxt Təqsirləndirilən şəxs qardaşının kürəyində bıçaq olduğunu hiss etmişdir. O, Təqsirləndirilən şəxs qardaşını qırağa çəkərək söhbət etmək istəyəndə sonuncu qorxmadığını və 3000 manat pul verib çıxdığını demişdir. Bundan sonra onun Zərərçəkmiş şəxs qardaşı olduğunu başa düşmüş, əlini kürəyinə atıb bıçaq çıxardan zaman o, Elcanın qardaşını itələyib qaçmışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs özü ayıq, qardaşı isə içkili vəziyyətdə olmuşdur. Hadisədən sonra o, qardaşı Xəyalı marketə aparıb qapını bağlayaraq xalası oğluna zəng edib problemləri ona danışmışdır. Xalası oğlu və hadisə zamanı onlara kömək edən şəxslər də Təqsirləndirilən şəxs və qardaşını yola salıb marketə yanlarına gəlmişlər. Hadisənin ertəsi günü mübahisənin qarşısını almaq məqsədilə xalası oğlu ilə yenidən gəlib marketin ətrafında gözləmişlər. Təqsirləndirilən şəxs və qardaşı evdən çıxmış, Elcanın qardaşı Xəyala yaxınlaşaraq niyə 50 qəpiyin söhbəti etdiyini, niyə mübahisə yaratdığını bildirmişdir. Həmin vaxt mübahisə yaranmasın deyə o, araya girmişdir. Elcan qardaşı Zərərçəkmiş şəxs boğazını tutaraq sıxıb itələdiyi üçün o da onun köynəyindən tutub itələmişdir. Həmin vaxt onlar kameranın altında olmuş, daha sonra kameranın arxa tərəfində ara küçəyə getmişlər. Hər iki qardaş üzr istəməyəcəyini bildirərək, avtobusa minib getmək istəyəndə onlara yaxınlaşaraq barışıq təklif etmişdir. Daha sonra həm Elcan, həm də Feyruz ilə əl sıxışıb barışığa gəlmişlər. Sonra isə o, işə getmişdir. Təxminən bir neçə gün sonra isə qardaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Təqsirləndirilən şəxs bağışlamır. Məhkəmədən təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, qardaşı hadisə günü siqaret almaq üçün evdən çıxmış və geri döndüyündə Zərərçəkmiş şəxs qətlə yetirdiyini bildirmişdir. Hadisə günü evdə o və iki qardaşı olmuşdur. Elcan Xəyalı əvvəlcədən tanımışdır. Elcan və Xəyal arasında düşmənçilik münasibətləri olmamışdır. Elcanın Zərərçəkmiş şəxs öldürdüyünü görməmişdir. Elcan içkili olduğu üçün anlaqsız olduğunu və bu səbəbdən Zərərçəkmiş şəxs öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs 30 qəpiyə görə ona söyüş söymüş, mağazada olarkən özlərini “yekəxana” kimi aparmasını ona irad tutmuşdur. Bu sözləri qardaşında qıcıq yaratmış, sözlü mübahisə münaqişəyə çevrilmişdir. Lakin hadisənin ertəsi gün onlar arasında olan bu məsələni həll edib barışmışlar. Hadisə günü işdən gələrkən bir dostu ona yaxınlaşaraq qardaşının Zərərçəkmiş şəxs bıçaqladığını demişdir. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Elcan aradabir içki içmişdir. Zərərçəkmiş şəxslə Elcan əvvəllər dostluq münasibətlərində olmuşdur. Zərərçəkmiş şəxslə aralarında olan ilkin mübahisədən 15 gün sonra hadisə baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, bildiyinə görə təqsirləndirilən şəxsin qardaşının kassaya 30 qəpik borcu qalmış və Xəyal 30 qəpiyi verməsini istədiyində o, Xəyala “yoxumdur vermirəm” demişdir. Bu zaman Xəyalla aralarında mübahisə yaranmışdır.Daha sonra təqsirləndirilən şəxsin qardaşı mübahisə baş verən gün 1 manat gətirib kassaya ödəniş etmişdir. Həmin mübahisə ilə bağlı Xəyal ona zəng vuraraq belə məlumat vermişdir ki, təqsirləndirilən şəxsin qardaşı evə gedərək bıçaq gətirmiş və Xəyalı bıçaqlamaq istəmiş, lakin Xəyalın qardaşı bunun qarşısını almışdır. Həmin mübahisə gündən sonrakı günü o, Xəyalla təqsirləndirilən şəxsin qardaşı arasında baş vermiş mübahisəni həll etmək üçün onların yanına getmiş və aralarında barışıq olmuşdur. 01 oktyabr 2024-cü il tarixdə isə gecə saatlarında Xəyalın bıçaqlandığı xəbərini eşitmişdir. Şahid6 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxs xalasıoğludur. Hadisənin birbaşa şahidi olmamışdır. İlk əvvəl mübahisə Xəyalla Elcanın qardaşı arasında yaranmışdır. Mübahisənin baş verdiyi vaxt ayın 19-u olsa da, bıçaqlanma hadisəsi ayın 1-i baş vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozu ünvanında yerləşən “Oba” marketdə (Ramana-1) satıcıkassir kimi işləyir. Zərərçəkmiş şəxs işlədiyi marketdən tanımışdır. Belə ki, Xəyal onunla birgə “Oba” marketdə satıcı-kassir kimi işləmişdir. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə onlar işdə olarkən Xəyalın yanında bir nəfər tanımadığı fiziki cəhətdən güclü bir oğlanın olduğunu və onların marketin içərisində mübahisə etdiklərini görmüşdür. Bu zaman həmin oğlan Xəyalı marketdən çölə çıxardığından o da onlarla birgə çölə çıxmışdır. Həmin vaxt həmin şəxs Xəyaldan “Oba” marketdə işlədiyini, nə qədər maaş aldığını soruşduqda, Xəyal ona ”niyə soruşursan, gəlib burada işləyəcəksənmi?” demişdir. Qeyd etmişdir ki, həmin vaxt həmin şəxs Xəyalın ünvanına qarşı nalayiq ifadələr işlətsə də, Xəyal ona qarşı heç bir nalayiq söz deməmişdir. Həmin şəxs Xəyala “mənimlə dikbaş formada danışma” deyərək ani olaraq belində olan bıçağı çıxarıb Xəyalın qarın nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. O, dərhal marketə doğru qaçmış və onun ardınca Xəyal da qarın nahiyəsini tutaraq marketə girmiş və yerdə uzanmışdır. Bir qədər sonra həmin şəxs də onların ardınca əlində bıçaqla marketə girərək Xəyala doğru yaxınlaşmış, Xəyalın ünvanına qarşı nalayiq ifadələr işlətmiş, Xəyal isə həmin şəxsə onu vurmamasını demişdir. Sonra o, marketdən çölə çıxmış və az sonra yenidən marketə girib Xəyalın yanına yaxınlaşaraq yenidən onun ünvanına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, təpiklə Xəyalı vurmaq istəsə də, lakin vurmamış, yerə təpik vuraraq əlində olan bıçağı yerə atıb marketdən çıxmışdır. Bundan sonra o, əmisinin maşını ilə Xəyalı xəstəxanaya aparmışdır. Orada onlara Xəyalın vəziyyətinin ağır olduğunu, bir az keçdikdən sonra isə artıq öldüyünü demişlər. Bundan başqa ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, işə yeni başladığı üçün Xəyalı da yeni tanımışdır. Buna görə də, onun kimləsə ədavət və ya düşmənçiliyinin olub-olmaması barədə məlumatı yoxdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs Əbüffət oğlunu öldürən Təqsirləndirilən şəxs tanımır, hadisə zamanı onu ilk dəfə görmüşdür (cild 1, iş vərəqə 59-61). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ifadəsindən görünür ki, o, Xəyalla 1 ildən çox bir yerdə işləmiş, işlədiyi dövrdə onun heç kimlə ədavətinin, düşmənçiliyinin şahidi olmamışdır. Xəyalın maddi sıxıntıları çox olmuş, buna görə maaş daha çox olduğu üçün o, gecə növbəsində işləmişdir. Xəyal sağlığında mehriban, əliaçıq, xoşxasiyyətli biri olmuş və həmişə hamıya kömək etməyə çalışmışdır. Bildirmişdir ki, o, hadisədən öncə Elcanı marketdə müştəri kimi görmüş, lakin onu tanımamış, adının Elcan olduğunu hadisədən sonra öyrənmişdir. Bundan öncə o, Elcan və Xəyalın mübahisəsinin şahidi olmamışdır. Lakin bir dəfə Xəyal ona Feruz adlı şəxsin bıçaqla onun üstünə gəldiyini demişdir. Sonradan o, həmin Feruz adlı şəxsin Elcanın qardaşı olduğunu öyrənmişdir. Həmçinin bildirmişdir ki, Xəyal ona Ramanadan getmək istədiyini demiş, o da Xəyaldan bunun səbəbini soruşduqda, onu bıçaqlamaq istədiklərini, lakin buna mane olduğunu və buna görə də getmək istədiyini demişdir (cild 1, iş vərəqə 55-58). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 01 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən “OBA” marketin qarşısıdır. “OBA” marketin divarlarının əksəriyyəti şüşədən olmaqla market yerdəndir, iki giriş-çıxış qapısı var, marketin içəri tərəfindən şüşələrin qarşısına ərzaq və içkilər yığıldığından çöldən marketin içərisi görünmür. Marketin əsas girişinin qapıları şüşədən olmaqla avtomatik açılıb-bağlanan qapıdır. Marketin əsas girişinin qapısının qarşısındakı yol asfalt örtüklü olmaqla yolun eni 11 metrdir, həmin yol avtomobillər üçün işlək olmaqla həmin yolda avtomobillərin hərəkəti intensivdir.Yolda asfalt düz və hamardır, qazıntı və ya maneə aşkar olunmadı. “OBA” marketin əsas giriş-çıxış qapısı ilə üzbəüz dayanarkən sol tərəfdə marketin soyuducularının işlək vəziyyətdə olan mühərrikləri küçə tərəfdən quraşdırılıb. Yol süni işıqlandırıldığından küçədə görmə məhdudiyyəti yoxdur. “OBA” marketin içərisi işıqlıdır, marketdə rəflər, rəflərdə qida məhsulları vardır,merketdə yerə metlax döşənmişdir.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 2-5). 02 oktyabr 2024-cü il tarixli DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozunda “OBA” marketin qarşısında quraşdırılmış videomüşahidə kameralarında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi öz əksini tapmışdır. Belə ki, monitorda qeyd olunan xx.xx.2024-cü il tarixdə saat 22:26:55-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən “OBA” marketin qarşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla söhbət edirlər. Elcanın başında kepka, əynində qısa qol köynək və qısa qol gödəkçə, qara rəngli şalvar var, Zərərçəkmiş şəxs əynində boz rəngli şalvar, açıq rəngli gödəkcə var. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əl jestləri ilə danışırlar, biri-birilərini özlərindən uzaqlaşdırmaq məqsədi ilə itələyirlər. Onların yanında dayanan açıq rəngli qısa qol köynəkdə və açıq rəngli şalvarda olan oğlan mübahisələrini müşahidə edir, hərdən Təqsirləndirilən şəxs əl jesti ilə kənarlaşdırmaq istəyir. Mübahisələri zamanı Təqsirləndirilən şəxs sol əlini Zərərçəkmiş şəxs sol çiyninə qoyaraq özünə tərəf çəkir və sağ əlində olan aləti sonuncunun sol qarın boşluğuna vurur. Zərərçəkmiş şəxs dərhal qaçır, onun istiqamətində 3-cü şəxs də qaçır. Təqsirləndirilən şəxs isə iti yerişlə onların qaçdığı istiqamətdə gedir. Daha sonra görüntüyə “OBA” marketin içərisi gəlir, marketin işərisində Zərərçəkmiş şəxs yerdə qarın nahiyyəsini tutaraq qıvrılır, bu zaman marketə daxil olan Təqsirləndirilən şəxs əlində bıçaq Zərərçəkmiş şəxs başının üzərində dayanaraq ona qıcanır. Təqsirləndirilən şəxs marketdən küçəyə çıxsa da yenidən marketə qayıdaraq yenidən yerdə qıvrılan Zərərçəkmiş şəxs başının üzərində dayanır və marketdən küçəyə çıxır. Elcan marketdən çıxarkən monitordakı saat 22:28:20-ni göstərir (cild 1, iş vərəqə 6). 03 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında haqqında protokoldan görünür ki, baxış zamanı “OBA market” satış məntəqəsində quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 22:24-də qeydə alınmış görüntüdə Təqsirləndirilən şəxs marketə daxil olduqdan sonra şərxoş vəziyyətdə və ədalı formada Zərərçəkmiş şəxs Əbüifət oğlu ilə əllə salamlaşdıqdan sonra mübahisə etməyə başladığı, daha sonra hər ikisi marketin digər işçisi Şahid1 birlikdə marketdən çıxaraq sağ yan tərəfinə keçdiyi və orada Təqsirləndirilən şəxs onlarla əl-qol hərəkətləri ilə mübahisə etməyə davam etdiyi və anidən sağ cibindən bıçaq çıxardaraq Zərərçəkmiş şəxs qarın boşluğuna zərbə endirdiyi müşahidə edilmişdir. Davamı olaraq Zərərçəkmiş şəxs aldığı xəsarətdən sonra qarın nahiyəsini tutub qaçaraq marketin içinə daxil olub döşəmənin üzərində bükülü vəziyyətdə oturması, ardınca marketə daxil olan Təqsirləndirilən şəxs əlində bıçaqla yenidən ədalı formada özünü ətrafdakılara qarşı qoyaraq Zərərçəkmiş şəxs üzərinə getməsi, lakin zərbə endirmədən marketdən çıxıb yenidən sonuncunun üzərinə geri qayıdaraq başı üzərində nələrsə söyləyib ona hər hansı tibbi yardım üçün köməklik göstərməyərək əlindəki bıçağı yerə ataraq marketdən çıxması müşahidə olunur. Buna baxmayaraq o, yenidən geri qayıdaraq marketin giriş qapısına zərbə endirərək yenidən içəri daxil olub Zərərçəkmiş şəxs başı üzərində döşəməyə təpiklə vurub marketi tərk edərkən hadisənin şahidlərinə qarşı zorakı hərəkətlər edib üzərində olan baş geyimi və gödəkçəsini yerə ataraq saat 22:29-da hadisə yerini tərk etdiyi müşahidə edilir (cild 1, iş vərəqə 54). 03 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 75-79). 02 oktyabr 2024-cü il tarixli, 1/9017 nömrəli Azərbaycan Rspublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14dən daxil olmuş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş müayinə zamanı onun alkoqol sərxoşluğunun orta dərəcəsində olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 105). 02 oktyabr 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: daxili və xarici qanitirmə. Döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edərək sol ağciyərin, diafraqmanın, qaraciyərin, qida borusunun və döş aortasının zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Hemopnevmotoraks (döş boşluğuna sərbəst qanın və havanın yğılması). Xəsarətlər həyati olub, mərhumun X13 daxil olmasından (xx.xx.2024-cü il, saat 22:50) az əvvəl deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur. Ölüm xx.xx.2024cü il tarixdə, saat 00:30-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs xəsarət alarkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 150-155). 05 oktyabr 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əl nahiyəsinin kəsilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarət iti kənara malik əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 156-158). 06 noyabr 2024-cü il tarixli məhkəmə tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində 01 ədəd, maykanın ön səthində 01 ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində 01 ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar və papaq üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluver, mayka və şalvar üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 160-163). 18 oktyabr 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsəsən ABO sistemi üzrə A(ll)-dir. Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, mayka, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(ll) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, papaq, qolsuz gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müvafiq müayinə metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, meyitə və ya canlı şəxsə məxsus olub-olmaması barədə fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqə 165-169). 17 dekabr 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhfükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz maraqlarını üstün tutmaq, qıcığa qarşı həssaslıq, söz götürməmək, hirslilik, özünü nümayiş etdirməyə meyillilik, hövsələsizlik, eqoizm kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik, qıcığa qarşı həssaslıq yaranmış, həmin halların yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 174-176). 17 dekabr 2024-cü il tarixli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Rafael oğlundan götürülmüş sidik nümunəsində narkotik vasitələrin və psixotrop maddələrin istehlakı müəyyən edilməmişdir (cild 1, iş vərəqə 177). 14 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 12552 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 1, iş vərəqə 139). 10 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx/xx-11514 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 140). Elektron prokurorluq informasiya sistemi vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 115). 23 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, qara rəngli yun materialdan olan futbolka və ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus olan tünd boz rəngli cins şalvar, qara rəngli qısaqol köynək, qara rəngli qısaqol gödəkçə, tünd göy rəngli papaq, 01 ədəd bıçaq, hadisənin görüntülərini əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna təhvil verilmişdir (cild 1, iş vərəqə 189-200). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiəsinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, habelə zərərçəkmiş şəxslə aralarında əvvəllər mövcud olmuş münaqişə zəminində təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair müdafiə tərəfinin mövqeyini əsassız hesab edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilməsi barədə qənaətə gəlir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi həyatdan məhrum etmək istəməməsi barədə müdafiə tərəfinin dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra sonuncu qaçaraq marketə girmiş, onun ardınca Şahid1 marketin qapısını bağlamağa çalışsa da o, zorla həmin qapını açmış, əlində bıçaq nümayiş etdirdiyindən ətrafda olan hər kəs qorxaraq zərərçəkmiş şəxsdən uzaqlaşmış, belə hərəkətləri ilə həmçinin ona kömək edilməsinin qarşısını almışdır. İbtidai istintaq dövründə isə verilən suallara cavab verərkən marketə zorla daxil olmasının səbəbləri araşdırılarkən təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsin ölüb-ölməməsini müəyyən etmək istədiyini bildirsə də sonradan qəsdinin zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlmədiyini söyləmiş, məhkəmə iclasında isə eyni məzmunlu suallara “bilmirəm” məzmunda ifadə verməklə cavab verməkdən imtina etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ölümünə səbəbin döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə olması barədə 02 oktyabr 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan qarın nahiyəsinə xəsarət yetirdikdən sonra əlindəki bıçağı nümayiş etdirərək marketə zorla daxil olaraq, kənar şəxslərin qorxduğunu gördüyü təqdirdə həmin bıçağı yerə atmayaraq zərərçəkmiş şəxsə kömək edilməsinin qarşısını alması, o cümlədən zərərçəkmiş şəxsə tibbi yardım edilməsi üçün təcili yardım xidmətinə müraciət etməməsi kimi halları məcmu şəkildə müqayisə etməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir bıçaq xəsarəti yetirməsinə baxmayaraq qəsdinin Zərərçəkmiş şəxs həyatdan məhrum edilməsinə yönəlməsi barədə qənaətə gəlir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə ilə deyil, əvvəllər aralarında baş vermiş münaqişə zəminində qisas məqsədilə zərərçəkmiş şəxsə xəsarət yetirməsi ilə əlaqədar müdafiə tərəfinin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisələr bir neçə gün əvvəldən başlanmışdır. Həmin mübahisənin də başlanmasına səbəb məhz Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin işlədiyi marketdən alış veriş zamanı sonuncuya ödəməli olduğu 30 qəpik pul məbləği qalığının qalması ilə əlaqədar olmuşdur.Bu hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə münaqişə yaratmaq üçün dəfələrlə imkan axtarmışdır. Belə ki, həmin günün ertəsi gün də zərərçəkmiş şəxslə rastlaşarkən sonuncunu ondan bir gün əvvəl mal alışına görə qalıq borc təşkil edən 30 qəpiyin kassir kimi istəməsini bəhanə gətirərək boğmaq istəmiş, lakin Röyyal Nağıyevin müdaxiləsi ilə hadisə sonlanmışdır. Zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə bilavasitə şahidlik edən Şahid1 ibtidai istintaq dövründə verdiyi məhkəmə iclasında elan edilən ifadələrindən də görünür ki, həmin gün də təqsirləndirilən şəxs mübahisəni özü başlatmış, zərərçəkmiş şəxsin çölə çıxmasına nail olduqdan sonra “nə qədər maaş alırsan?” barədə sualına zərərçəkmiş şəxs “nəyinə lazımdır gəlib burada işləyəcəksən” məzmunda cavab verməsi səbəbindən nalayiq ifadələr işlədərək sonuncuya xəsarət yetirmişdir. Beləliklə məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs heç bir səbəb olmadan, yalnız təqsirləndirilən şəxsə xoşa gəlmədiyi üsulda cavab qaytarılmasına görə həyatdan məhrum edilməsini sonuncunun xuliqanlıq niyyətilə qəsdən adam öldürməsi kimi qiymətləndirir. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquq varisi, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri, hadisənin videogörüntülərini əks etdirən DVD disk və yuxarıda sadalanan digər mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması kimi cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə həmin Məcəlləsinin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 10cu bəndində göstərilir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CMnin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 oktyabr 2024-cü il tarixdə tutulmuş (cild 1, iş vərəqə 19-20), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 97-102). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, qara rəngli yun materialdan olan futbolka və ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus olan tünd boz rəngli cins şalvar, qara rəngli qısaqol köynək, qara rəngli qısaqol gödəkçə və tünd göy rəngli papaq və 01 ədəd bıçaq məhv edilməli, hadisənin görüntülərini əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına məhkəməyə qədər icraat dövründə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə zamanı Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir.Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına ibtdai istintaq mərhələsində göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı X1 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 272 (96+176) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar- Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, qara rəngli yun materialdan olan futbolka və ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus olan tünd boz rəngli cins şalvar, qara rəngli qısaqol köynək, qara rəngli qısaqol gödəkçə və tünd göy rəngli papaq və 01 ədəd bıçaq məhv edilsin; - hadisənin video görüntülərini əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X1 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 272 (iki yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-992/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-992/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver