Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-993/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər – X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 3 noyabr 1984-cü il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(004)-55/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(002)-1174/2021 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, 5 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanası, 5-ci korpus, mərtəbə 1, mənzil 106 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 aprel 2024-cü il tarixdə, saat 17:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” sahəsinin torpaqla doldurulması işinə pul xərcləməklə əlavə qazanc əldə edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs2 həmin ərazidə 2017-ci ilin dekabr ayından 2018-ci ilin yanvar ayınadək olan müddət ərzində hissə-hissə olmaqla pul alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda, yəni 94.600 (doxsan dörd min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
2. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” sahəsinin torpaqla doldurulması işinə pul xərcləməklə əlavə qazanc əldə edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində fəaliyyət göstərən “Yadigar” marketin qarşısında 2022-ci ilin iyun ayının sonlarında 10.000 manat, 2022-ci ilin iyul aynının əvvəllərində 20.000 manat, 2022-ci ilin avqust ayında 32.000 manat və 2022-ci ilin oktyabr ayındək olan müddət ərzində hissəhissə olmaqla 15.030 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda, yəni 77.030 (yetmiş yeddi min otuz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 övladı X15 Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zakir Məmmədov 2023-cü ilin may ayının əvvəllərində ünvan 1 ünvanında yeləşən yataqxananın qarşısında 2500 manat və 22 may 2023-cü il tarixdə 2500 manat pulu Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X7 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
İşin halları və dəlilləri:
4. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs3la dayısı Məhəmmədin vasitəsilə ilə tanış olmuşdur. Belə ki, özü dayısına müraciət edərək daşıma işləri olduğu təqdirdə ona məlumat verməsini xahiş etmişdir. Bununla belə həmin işə görə ödənilməli olan xərcləri Orduxan ödəmiş, ödənişləri də dayısı özü alaraq ona vermişdir. Orduxanın bildirdiyi məbləğ həqiqəti əks etdirmir. Belə ki, işə görə Orduxan ona əlbəəl hissə-hissə olmaqla, ümumilikdə 17.500 manat pul vermişdir. Qalan pulu Orduxan özü yanacaq və tikinti materiallarına vermiş, həmin pulun ona aidiyyəti yoxdur. O, Orduxandan heç vaxt 77.030 manat məbləğində pul almamış, həmin məbləğ uydurmadır.
5. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, Zakir Məmmədovdan həqiqətən də sonuncunun bildirdiyi 5000 manat məbləğdə pulu almışdır. Belə ki, həmin pulu Zakirin oğlunun Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsi məqsədi ilə “qabiliyyət” imtahanına görə almış, lakin Zakir özü bundan imtina etdiyinə görə bu iş baş tutmamamışdır. Belə ki, o yalnız Zakirin oğlu Əlini fiziki hazırlıqla bağlı olan hissədə imtahandan keçməsinə köməklik etməyə vəd etmiş, Zakir isə sonradan ona oğlu Əlinin fiziki hazırlığı yaxşı versə də sonradan əsas imtahanı verə bilməyəcəyini bildirərək fiziki imtahanın da düzəlməsi işindən imtina etmişdir. Lakin o, Zakirdən aldığı pulu həmin vaxt məşğul olduğu yükdaşıma işi ilə əlaqədar yük maşınlarının yanacağına sərf etdiyinə görə geri qaytara bilməmiş və ondan vaxt istəmişdir. Zakir Məmmədovdan oğlunun Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsi üçün 2 dəfəyə 2500 manat olmaqla ümumilikdə 5 min manat məbləğində pul almış, lakin narazılıq etdiyindən aldığı pulu sonuncuya geri qaytarmışdır.
6. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs2 qarşı heç bir dələduzluq etməmiş, sonuncularla aralarında işgüzar münasibətlər olmuş, torpaq-qazıntı işləri görmüş və Azərbaycan Respublikasının Mənzil X13 ilə (bundan sonra mətndə - "xxxx" MMC) ilə qarşılıqlı iş görmüşlər. Bununla bağlı özündə qaimələr vardır və əməlində heç bir dələduzluq olmamışdır. Raqif, Orduxan və onun arasında yaranmış borc məsələsinin yaranma səbəbi "xxxx" MMC-nin ona və onun vasitəsi ilə həmin şirkətlə iş görən Orduxan və Raqifə verməli olduğu 860.000 manat pulu verməməsi olmuşdur. Hazırkı dövrdə də ona həmin pul verilmədiyindən o, Raqiflə Orduxana dedikləri məbləğlərdə olan pullarını verə bilməmişdir. O, Zakirə dəymiş ziyanı tam şəkildə bağlamış, bu hissədə Zakirin ondan heç bir şikayəti yoxdur. Zakirlə bağlı hissədə özünü təqsirli bilir və buna görə peşmandır.
7. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 dayısı ilə dostluq münasibətlərində olmuş, Raqifi də sonuncu vasitəsilə tanımışdır. Belə ki, o, Zərərçəkmiş şəxs2 daşıma işi gördüyü üçün 25 min manat pul almış, sonuncu ona daha əvvəl də verdiyi pulun müqabilində qazanc əldə edilməsi məqsədilə pul vermişdir. Ondan aldığı pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs3 da birlikdə yük daşıma işi ilə məşğul olduğu dayısı vasitəsilə tanımış, Zərərçəkmiş şəxs3 özündən şəxsən 17.300 manat pul almış, ittihamda göstərilmiş qalan məbləği yük daşıma üçün vermişdir. Onun borcları olmuş, iş gördüyü şirkətdən pullarını ala biməmiş, Orduxana zəng edib işləyə bilmələri üçün sürücülərə pul verməsini, habelə pulu sonuncudan alarkən verdiyi pulun qazanc gətirəcəyini də bildirmişdir. Onlar Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” adlı əraziyə qum və torpaq daşıyıb həmin gölün qurudulmasını təmin etmişlər. Zərərçəkmiş şəxslər pul qazanmaq məqsədilə ona pul vermişdir. "xxxx"dan verilməli olan pulların onlara verilməməsi səbəbindən zərərçəkmiş şəxslərə pullarını geri qaytara bilməmiş, buna görə də həmin məsələ ilə bağlı zərərçəkmiş şəxslərlə birlikdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət də etmişlər. Belə ki, o, Zərərçəkmiş şəxs2la daha əvvəl də iş barədə görüşmüş, sonuncu ona 8 min manat pul vermiş, 5 ay sonra isə 19 min manat pulu ona geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 iş üçün pul lazım olduğunu dedikdən sonra ona pul vermiş, lakin iş görüldükdən sonra pulu ala bilmədiyindən Raqifə ödənişi edə bilməmişdir. "xxxx"nın ona 480 min manat borcu qalmış, 860 min manat isə görülən işlər və alınan borclarla birlikdə olan məbləğdir. O, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 başqa Zabir Zeynalovla da birlikdə iş görmüşdür. O, Zərərçəkmiş şəxs3 “Qanlı gölü” doldurmaq üçün 77 min manat pul almamışdır. Zərərçəkmiş şəxs2la “Qanlı gölün” doldurulması ilə bağlı iş görmüş, işi görüb təhvil vermiş, ondan 94.600 manat deyil, 25 min manat pul almış, qalan məbləği Zərərçəkmiş şəxs2 özü maşınlara vermişdir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən təsadüf nəticəsində tanımışdır. Belə ki, Nizam həmin vaxt bina özülünün tikilməsi sahələrində işləyərək torpaq çıxarılması işə ilə məşğul olmuş, o isə həmin vaxt sifariş əsasında tikinti materiallarının daşınması ilə məşğul olmuşdur. Tanışlıqları zamanı Nizam ona “Qanlı Göl” deyilən ərazidə torpaq sahələrinin quruldulması ilə bağlı yüksək gəlirli iş olduğunu bildirərək həmin işi görməyi təklif etmişdir. Nizam həmin işlə bağlı pul yatırıb yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Belə ki, Nizam onu ərazinin qurudulması işini görməklə bir neçə yük maşını sürücüləri ilə işləyib pul qazandığını, yatıracağı pulun əsasən həmin sürücülərin əmək haqqına sərf ediləcəyini, buna baxmayaraq gəlirli iş olduğundan qoyulan pul ona bir neçə dəfə artıqlaması ilə geri qayıdacağına inandırmışdır. O, Nizamın sözlərinə inanaraq işə başlamış, hissə-hissə olmaqla 2017-ci ilin sonlarından 2018-ci ilin əvvəlinədək olan müddət ərzində Bakı şəhərinin Yasamal rayonu ərazisində Nizama bu məqsədlə ümumilikdə 94.600 manat pul vermişdir. O həmin pulu Nizama dörd dəfəyə olmaqla vermişdir. İlk əvvəl 25.000 ABŞ dolları, daha sonra 30.000 manat, daha sonra 18.000 manat, sonuncu dəfə də 4.100 manat pul vermişdir. Nizam ona pulun "xxxx" MMC tikinti işləri aparılan ərazidə işləyən sürücülərə əmək haqqı kimi payladığını, onların yanacaq pulu və s. kimi xərclərə sərf olunduğunu bildirmiş, o da Nizama inanıb pulu sonuncuya vermişdir. Lakin deyilən zaman çatanda heç bir qazanc əldə olunmamışdır. Belə ki, Nizam şirkətlərin pulları gah gecikdirdiyini, gah sistemdə problemlər yaşandığı üçün pulun hesaba yatmadığını və s. kimi bəhanələrlə hazırkı vaxtadək ona heç bir məbləğdə pul ödəməmişdir. Sonda o, Nizamdan heç bir qazanc istəmədiyini, sadəcə olaraq verdiyi pulu geri tələb edəndə Nizam müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Nizam qeyd edilən məbləğdə pulu ondan alarkən gölü qurutma işləri ilə bağlı müəyyən xərclərin olduğunu, özünün həmin xərcləri qarşılamalı olduğunu, daha sonra isə görülən işin müqabilində ödəniləcək puldan xərclər çıxıldıqdan sonra özlərinə də xeyir qalacağını bildirmişdir.
11. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs çox kömək etmiş, ona bir neçə dəfə pul vermiş, iş gördüyü adamları tanımaq istəmiş, lakin Nizam ona yalan deyərək həmin şəxslərlə tanış etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zakir Məmmədovdan 5 min manat almış, sonuncu da şikayətçi olduğundan Nizamın həbs edilməsini bilərək sonuncunun Zakirə olan borcunu qaytarması məqsədilə Zakir Məmmədova həmin pulu vermişdir. Zakir Məmmədova pulu ödədiyinə görə Təqsirləndirilən şəxs həbsdən ev dustaqlığına buraxıldıqdan sonra gedib onunla danışmış, lakin sonuncu ona yenidən yalan danışdığından Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs verdiyi pulları borca almışdır. Təqsirləndirilən şəxs ona vurduğu 94.600 manat məbləğində ziyan ödənilməmişdir. O, dəfələrlə sürücülərə Nizamın sözü ilə mənfəət əldə etmək məqsədilə təxminən 50 min manat məbləğində pul ödəmiş, Nizam da həmin pulları alıb ona geri ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs "xxxx" şirkətinin ona borcu olmasına dair dediyi sözlərə görə müxtəlif dövlət orqanlarına müraciət etmiş, lakin həmin fakt öz təsdiqini tapmamışdır. O, Cavid adlı şəxsə səs yazısı atmış, o da şantaj etmək məqsədilə yenidən həmin səsi ona geri göndərmişdir. O, Cavidi Nizam vasitəsilə tanımış, onlar bir-birləri ilə iş görmüşlər. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs pul vermiş, lakin ölkə hüdudlarından kənarda olduğundan ondan şikayət etməmişdir.
12. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2022-ci ildə dayısı X3 vasitəsilə tanımışdır. Belə ki, həmin ərəfədə özündə müəyyən məbləğdə pul olmuş, dayısına ona daha yüksək depozit faizi verən, həmçinin pulu banka qoyaraq aylıq faiz əldə edə biləcəyi bank məsləhət görməsini demişdir. Bu zaman dayısı ona bankın verdiyi faizin çox az olduğunu, bu işə girişməyin mənasız olduğunu, ona pulu hansısa işə yatırıb tutarlı qazanc əldə etməsini məsləhət görmüşdür. Dayısı ona müəyyən şəxslərin iş gördüyünü, lakin işlərini tamamlamağa əllərində pulları olmadığını bildirərək pulu həmin tanıdıqları şəxslərdən kiməsə verib işə yatırmaqla əlavə qazanc əldə etmək olacağını bildirmişdir. Belə ki, həmin ərəfədə dayısı ona tanışı olan Nizamın “Qanlı Göl” deyilən ərazidə torpaq sahələrinin qurudulması işi ilə məşğul olduğunu və onun da Nizama etibar edərək həmin işə pul yatırıb qazanc əldə edə biləcəyini bildirmişdir. Görüşüb danışan zaman Nizam ona həqiqətən də belə bir işlə məşğul olduğunu, ərazinin qurudulması işini görməklə bir neçə yük maşını sürücüləri ilə işləyib pul qazandığını və yatıracağı pulu əsasən həmin sürücülərin əmək haqqına sərf ediləcəyini, buna baxmayaraq gəlirli iş olduğundan yatırılan pulun bir neçə dəfə artıq geri qayıdacağını demişdir. Beləliklə də, o, hissə-hissə olmaqla ilk dəfə Nizama 2022-ci ilin iyun ayında Yeni Yasamal ərazisində yerləşən “Yadigar” marketin qarşısında dayısının iştirakı ilə 10.000 manat, daha sonra 2022-ci ilin iyul ayının əvvəlində həmin ərazidə ona 20.000 manat, bundan başqa 3-cü dəfə Nizama həmin marketin qarşısında 32000 manat pulu vermişdir. Bundan sonrakı vaxt onun əmisi dünyasını dəyişdiyi üçün o, Naxçıvan Muxtar Respublikasına getmiş və geri qayıdan ərəfədə, təxminən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayınadək olan müddət ərzində Nizam ondan hissə-hissə olmaqla xırda məbləğlərdə ümumilikdə 15.030 manat pul almışdır. O, Nizamın dediyi məbləğdə pulları hər dəfə dediyi tarixlərdə işinin ləngiməməməsi və özü tərəfdən bu işə maneçilik törədilməməsi üçün gecikdirmədən vermiş, lakin Nizamın dediyi müddət başa çatsa da, onun vəd etdiyi qazanc əldə olunmamışdır. Belə ki, Nizam ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. İlk əvvəl ona işi tam olaraq görüb, lakin müəyyən problemləri olduğu üçün pulu hələ verə bilmədiyini, sonraki vaxtlarda pulu "xxxx" şirkətindən almalı olduğunu bildirmiş, tez bir zamanda qazancla birlikdə verəcəyini desə də bildirdiyi müddət başa çatmış və heç bir məbləğdə pul verməmişdir. Sonda o, Nizamdan heç bir qazanc istəmədiyini, yanılaraq verdiyi pulu geri tələb edəndə belə Nizam müxtəlif bəhanalər gətirərək pulu geri qaytarmamışdır. O həmin pulu Nizama borc olaraq verməmiş, dayısının tanışı olduğuna görə Nizamdan şikayət etmək istəməmişdir. Əvvəl Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, onunla heç bir dost-qohumluq münasibəti olmamışdır. Dayısının onunla iş görmək təklifini qəbul emiş və əlavə qazanc əldə etmək məqsədi ilə Nizama 77.030 manat pul vermişdir. Nizamın yaxınları və özü ona pulu tez bir zamanda qaytaracaqlarını demişdir. Nizamın deməsinə görə göl qurutma işləri ilə bağlı müəyyən xərclər var ki, özü həmin xərcləri qarşılamalı, daha sonra isə görülən işin müqabilində ödəniləcək puldan xərclər çıxıldıqdan sonra özlərinə də xeyir qalmalıdır. İlkin ərizəsində “borc” məfhumunu Nizamın ona qaytarmalı olduğu pulu izah etmək məqsədilə bu cür qeyd etmişdir. O həmin vaxtlar Nizamı ümumiyyətlə tanımamış, ona qədər də aralarında hər hansı bir münasibət olmamışdır. Əlavə qazanc əldə etmək məqsədi ilə dayısına görə etibar edib Nizama 77.000 manat pul vermişdir.
13. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsində əlavə olaraq göstərdi ki, Nizamla dayısı oğlu Məhəmməd vasitəsilə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə pul vermiş, sonuncu ona həftəlik 2 min manat pul verəcəyini bildirmiş, lakin heç bir pul verməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan geri ödəniş etməmiş, onun “Qanlı göl” ərazisinin torpaqla doldurulması məsələsindən xəbəri olmamışdır. O, pulu təqsirləndirilən şəxsin özünə vermiş, pulu sonuncuya verməsinə dair əlində yazılı sənədi və ya hər hansı digər sübutu yoxdur. Təqsirləndirilən şəxs ona ümumilikdə 77.030 manat ziyan vurmuş, buna görə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində bunu təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla 77.030 manat ziyanının ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbiri məsələsinə apellyasiya məhkəməsində baxılarkən vəkilin xahişi ilə Nizamın həbsdən azad edilməsi üçün sonuncudan şikayətçi olmamasına dair ərizə vermişdir. Belə ki, vəkil Nizamın ona dəymiş ziyanı Nizamın həbsdən çıxdığı halda ödəyəcəyini bildirdiyi üçün həmin ərizəni təqdim etmiş, lakin sonradan Nizam ona dəymiş ziyanı hazırkı tarixədək ödəməmişdir. Buna görə də hazırda Nizamdan şikayətçi olmasını təsdiq edir.
14. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X11 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il olar tanıyır. Belə ki, həmin vaxt o, məcburi köçkün olaraq ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən 7 saylı yataqxanada məskunlaşaraq yaşamışdır. Həmin ərazidə də, yəni “Qanlı Göl” adlanan sahə “MİDA'’ya aid olaraq orada tikinti işləri getmişdir. O, yataqxananın mühafizəçisi kimi işləmiş, həmçinin orada işləyən iri tonnajlı avtomobillərin sürücüləri ilə gecə vaxtlarında təmasda olmuşdur. Həmin ərəfədə o, Nizam adlı şəxslə tanış olmuşdur. Nizam həmin ərazidə maşınlarda gedib-gəlmişdir. Nizamın "xxxx"nın işçisi olduğunu və həmin ərazidə işləməyini bilmişdir. Aralarında münasibət formalaşmışdır. 2019-cu ildə dövlət layihəsi əsasında o, ailəvi olaraq yaşadığı yataqxanadan daha şəraitli yerə köçmüş və ailəsi ilə hazırda yuxarıda qeyd olunan ünvana köçüb orada yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən Nizamla əlaqəsi kəsilmiş, onu ümumiyyətlə görməmişdir. 2023-cü ilin may ayının ortalarında o, yaşadığı ünvanın ətrafında gəzişən zaman təsadüfən Nizamla rastlaşmışdır. Bu zaman Nizamla salamlaşmış, hal-əhval tutmuşdur. Nizam ondan ailəsi və oğlu ilə maraqlanmışdır, o isə Nizama hər şeyin qaydasında olduğunu, oğlu X17 Nazirliyinin Akademiyasına hazırlaşdığını, lakin onun qəbul edilməsinə az ümid etdiyini bildirmişdir. Belə ki, oğlu fiziki cəhətdən zəif olduğundan qəbul komissiyasından keçə biləcəyini düşünməmişdir. Nizam bunu eşidib dayısının Fövqəladə Hallar Nazirliyində işlədiyini və həll edə biləcəyini bildirmişdir. Təxminən bir həftə sonra Nizam onu yığaraq 2500 manat hazırlamasını və dediyi elektron hesaba yollamasını, hətta kartının şəklini də ona yollamışdır. O isə bu işlərdən məlumatsız olduğundan Nizama pulu gəlib əlbəəl götürməsini bildirmişdir. Nizam da may ayının təxminən 20-22-də onun yaşadığı ünvana gələrək həyətdə ondan dediyi 2500 manat pulu almışdır. Həmin vaxt Nizamın hərəkətlərindən şübhələnmişdir. Belə ki, Nizam pulu saymadan ondan təhvil alaraq cibinə qoymuş və hər şey düzələcəyini bildirərək narahat olmamasını demişdir. Təxminən bir həftə sonra Nizam yenidən ona zəng edərək “qabiliyyət imtahanına” görə ayrıca 2500 manat pul lazım olduğunu bildirmişdir. Aralarında bu barədə danışıq olmasa da, o bu işi övladına görə etdiyi üçün məcbur olub bir söz deməmiş və Nizamın dediyi ilə razılaşmışdır. Həmin vaxt Nizam onun evinə gələrək onlarda nahar edib ailə üzvlərindən həyat yoldaşı və oğlunun yanında bu işi tez bir zamanda həll edəcəyinə söz verib elə ordaca ondan əlavə 2500 manat pulu almış, işin həll olunacağına and-aman etmişdir. Hətta söhbət zamanı oğlu Əli imtahandan keçə bilməsə pulu qaytaracağını da bildirmişdir. Belə ki, oğlu Əli 25 may 2023-cü ildə “qabiliyyət imtahanı” verməli olmuşdur. Nizam pulu alandan sonra oğlu Əlini özünün imtahana aparacağını, hətta imtahandan əvvəl “uşaqla bir söhbət etsinlər” adı ilə aparıb kiminsə qəbuluna salacağını bildirmişdir. Hətta oğlu üçün zəruri olan geyim formasını da ona aldırmışdır. Təxminən 24 may 2023-cü il tarixdə isə Nizam ona zəng edərək işi alındıra bilmədiyini və pulu qaytaracağını demişdir. Lakin sonrakı vaxtlarda Nizamdan dəfələrlə pulunu tələb etsə də Nizam müxtəlif bəhanələr gətirərək pulu ona verməkdən boyun qaçırmışdır. Belə ki, ilk əvvəl guya özü həmin pulu kiməsə verdiyini demiş, daha sonra isə həmin adamdan pulu ala bilmədiyini demişdir. Bu vaxt o, Nizama həmin şəxslə özünü görüşdürməyi tələb edəndə isə Nizam müxtəlif bəhanələrlə bundan boyun qaçıraraq pulu yalnız özündən tələb etməli olduğunu, pulunun məhz özündə olduğunu demişdir. Sonrakı vaxtlarda isə Nizam ümumiyyətlə pulu öz adına kredit götürüb verəcəyini demiş, onu uzun müddət aldadaraq qərəzli şəkildə gözlətmişdir. Nizamın onu aldatdığını başa düşüb barəsində şikayət etmək qərarına gəlmişdir. O, Nizama ümumilikdə 5000 manat pul vermişdir. Nizamla aralarında vatsap mobil tətbiqində olan səsli danışıqlar, ona göndərdiyi videogörüntülər də vardır. Onunla ilk əvvəl danışan zaman 2500 manat pulu o Nizama gördüyü işin əvəzində şirinlik məqsədi ilə vermişdir. Belə ki, deməsinə görə Fövqəladə Hallar Nazirliyində qohumu işlədiyi üçün daha rahat qaydada övladının Akademiyaya qəbulunu həyata keçirə biləcəyini bildirmişdir. Sonradan isə Nizam yenidən həmin məbləğdə pulu istəmiş, işin əlavə xərclər tələb etdiyini bildirmiş, deməsinə görə həkim komissiyası və zəruri müayinələrə xərclər olunmalı idi. Oğlunun işləyə bilməsi üçün təhsil alması məqsədi ilə Nizamın dediklərinə inanaraq razılaşmışdır. Lakin 5000 manat pulu Nizama verəndən sonrakı vaxtlarda işin həll olunmadığı ərəfədə pulu geri tələb edərkən Nizam ona demişdir ki, həmin pulu bu işi görən kiməsə verib. O isə elə bir şəxsi tanımadığı üçün onunla görüşmək istədiyini Nizama bildirəndə sonuncu bundan boyun qaçırtmışdır. Həmin danışıqlar onun dediklərini bir daha təsdiq edir. O, adı çəkilən məsələ ilə bağlı heç bir təşkilata müraciət etməmişdir.
15. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Z.F.Məmmədov ifadəsinə əlavə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona olan 5.000 manat borcunu ona Zərərçəkmiş şəxs2 vermişdir. Oğlunun imtahandan az bal yığacağını bildiyindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd vermək fikrindən daşınmış, buna görə də Nizamdan pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayətçi deyildir.
16. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, biznes fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxslə bir neçə dəfə iş görmüş, zərərçəkmiş şəxsləri isə qiyabi olaraq tanıyır. Belə ki, o, Orduxan, Raqif və Təqsirləndirilən şəxslə birgə iş görmüş, onlar Nizama pul vermiş, sonuncu da sürücülərə pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona 220 min manat borcu vardır. Başqa şəxslərin də Nizama borcu vardır. Buna görə də o, pulunun ödənilməsini gözləyir. X10 Xidmətinə dəvət edilib Günel adlı qadının və Elşad adlı şəxsin qəbulunda olmuşlar. X18 və X20 Mustafayevə həqiqətən də 980 min manat borcu olduğu təsdiq edilmiş, eyni zamanda onlara dəymiş ziyanın həmin puldan ödəniləcəyini bildirmişlər. Onlar bir neçə dəfə şirkətdən şikayət etmişlər. Zərərçəkmiş şəxslər Raqif və Orduxan verdikləri puldan qazanc əldə etmiş, hətta sonuncuların onunla özlərinin qazanc əldə etmələri barədə danışıqları da vardır. Onunla Təqsirləndirilən şəxs arasında işlərin görülməsi ilə bağlı şifahi razılaşmaları vardır. Onlar sürücülərə ödəniş etmiş, pul qazanılarkən pullar geri ödənilməmişdir.
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin (bundan sonra mətndə - BMCMİ) baş müstəntiqi, polis mayoru X12 tərəfindən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs birgə iş qurub əlavə qazanc əldə edilməsini vəd verib onu aldadaraq ümumilikdə 77.000 manat pulunu, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu eyni adla aldadıb ümumilikdə 94.000 manat pulunu və X5 isə Təqsirləndirilən şəxs onun övladının Fövqəladə Hallar Nazirliyinin Akademiyasına düzəldilməsinə köməklik göstərəcəyini vəd verib onu aldadaraq ümumilikdə 5.000 manat pulunu ələ keçirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).
19. Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış 22 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, 2017-2019-cu illər ərzində Təqsirləndirilən şəxslə birlikdə “Qanlı gölün” doldurularaq mənfəət əldə etmək məqsədi ilə daşıdıqları yükün müqabilində sonuncuya 94 min manat məbləğində pul vəsaiti verdiyini göstərək həmin pulun və ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir (Cild 1, i.v.7).
20. Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış 22 iyun 2023-cü il tarixli ərizədən görünür ki, 2022-ci ilin may ayında dayısı X6 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, ilkin tanışlıq zamanı Nizami Mustafayev ona tikinti işləri ilə məşğul olan şirkətinin olduğunu bildirmiş, iş görüb qazanc əldə etmək adı ilə sonuncuya 2022-ci ilin may ayından etibarən ümumilikdə isə 77 min manat pul vəsaiti verdiyini, həmin pulun qarşılığında Təqsirləndirilən şəxs 120 min manat qaytaracağını bildirsə də, keçən müddət ərzində ona hər hansı ödəniş edilmədiyini, Təqsirləndirilən şəxslə dəfələrlə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayındığını göstərərək verdiyi pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir(Cild1,i.v.8-9).
21. X11 tərəfindən BMCMİ-yə ünvanlanmış 13 iyul 2023-cü il tarixli ərizədən görünür ki, oğlunu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsinə köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs ondan 5 min manat məbləğində pul vəsaiti verdiyini göstərərək ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir (Cild 1, i.v.27-28;30;).
22. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 20 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, X11 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxslər qismində tanınmışlar (Cild 1, i.v. 33; 42;)
23. “Şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə, saat 17:35-də BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v 54-56).
24. “Üzləşdirmə” 22 iyul 2023-cü il tarixli protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X11 ifadəsində göstərdiyi halları şübhəli şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v 66-70).
25. “Üzləşdirmə” 22 iyul 2023-cü il tarixli protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi halları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üzünə qarşı deyilənlərlə razı olmadığını, sonuncunun ona əlbəəl cəmi 17500 manat pul verdiyini, qalan pulları isə özü işlə bağlı yanacağa və tikinti materiallarına verdiyini göstərmişdir (Cild 1, i.v 71-75).
26. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(005)- 1106/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmışdır (Cild 1, i.v.96-100;).
27. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 4 (103)-707/2023 saylı qərarından görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2023-cü il tarixli, 4(005)-1106/2023 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilərək məhkəmə iclas zalından həbsdən azad edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X11 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçi olmamalarına dair ərizələr təqdim edilmişdir(Cild 1, i.v 101-111).
28. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 113;)
29. “Üzləşdirmə” 1 avqust 2023-cü il tarixli protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X9 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə qarşı deyilənlərlə qismən razı olduğunı, sonuncunun ona əlbəəl heç bir məbləğdə pul vermədiyini, Raqifin 94600 manat pulu şəxsən özünün yük avtomobillərinin sürücülərinə və yanacağa sərf edilməsi üçün sürücülərə payladığını, 2020-ci ildə tutulduğuna görə həmin pulu qaytara bilmədiyini, kiçik də olsa qazanc əldə edildiyini, "xxxx" MMC-nin aparat rəhbəri Çingiz Qədimov və direktoru Fərhad Təhməzovla görüşən zaman ona görülmüş işlərin müqabilində təxminən 460000 manat pul verməyə maddi imkanlarının olmadığını, əvəzində 3 otaqlı ev və 160000 manat pul veriləcəyi, aylıq 2500- 3000 manat olan işlə təmin olunacağına söz verildiyini, lakin ona verilən sözlər yerinə yetirilmədiyinə görə aldığı pulları geri qaytara bilmədiyini göstərmişdir (Cild 1, i.v 123-128).
30. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 2 avqust 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Elxan Tağızadə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (Cild 1, i.v 129-130;).
31. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 4(005)- 1170/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, əvvəli 2 avqust 2023-cü il tarixdən hesablanmışdır(Cild 1, i.v 149-154;).
32. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” müstəntiq Elxan Tağızadənin 3 avqust 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə göndərilməsi məsələsinin həll edilməsindən ötrü cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmiş, cinayət işi 9 avqust 2023-cü il tarixdə Bakı şəhər prokurorluğundan Bakı şəhəri Qaradağ rayon prokurorluğuna, həmin prokurorluqdan isə iş üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 1, i.v.158-160;).
33. “Cinayət işinin icraata qəbul edilməsi barədə” 9 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X19 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir(Cild 1, i.v.161;).
34. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2023-cü il tarixli, 4 (103)-746/2023 saylı qərarından görünür ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2023cü il tarixli, 4(005)-1170/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır(Cild 1, i.v 101- 111;).
35. X5 26 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur(Cild 1,i.v 185).
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli məhkumluq haqqında arayış, müvafiq hökm və qərarlardan görünür ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(004)- 55/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021ci il tarixli, 7(002)-1174/2021 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, 5 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş (Cild 1,i.v 186-199;).
37. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 1(004)-55/2021 saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qeyd edilən cinayət işi üzrə iş materiallarında olan Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, 02-04/12/367 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ilə Agentlik, həmçinin tabeliyində olan "xxxx" MMC arasında hər hansı əmək münasibətlərinin olması faktı aşkar edilməmişdir (Cild 1, i.v 195;).
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 baş direktoru tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicə olmamışdır(Cild 1, i.v.200;).
39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.Ə.Həsənov tərəfindən 30 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.223-232;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
44. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
47. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır (X7 münasibətdə) və ağır (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə) cinayətlər kateqoriyasına aid edilir.
48. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
49. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
51. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). Qeyd edilən qərarın 33-cü bəndinin 2-ci abzasına əsasən dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.
52. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X5 müxtəlif pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsi epizodlarına münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmişdir.
53. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ittihamda göstərilən məbləğlərdə deyil, sonunculardan müvafiq olaraq 17.300 və 25.000 manat alması, onun törətdiyi əməllərin dələduzluq deyil, sonuncularla arasında olan işgüzar münasibətlərdən yaranması, digər şəxslərin də ona külli miqdarda borclarının olması, həmin borcları aldıqdan sonra zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytaracağı, edilən ödənişlərlə bağlı qaimələrinin olması ilə bağlı qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs az ağır (zərərçəkmiş şəxs Z.F.Məmmədovla bağlı epizod üzrə) və ağır (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la bağlı epizodlar üzrə) cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
54. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi qismən (zərərçəkmiş şəxs Z.F.Məmmədovun 5000 manat məbləğində əmlakının dələduzluqla ələ keçirilməsinə münasibətdə) etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, üzləşmədə dindirmə protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
55. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
56. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
57. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
58. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
59. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
60. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
61. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
62. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
63. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
64. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
65. Hökmün 36 və 63-64-cü bəndlərində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməlini törətməsi və cəzasını çəkib qurtardıqdan sonra hazırkı cinayət əməllərini törətməsi (zərərçəkmiş şəxslər Z.F.Məmmədov və Zərərçəkmiş şəxs3la bağlı epizodlara münasibətdə) onun əməlində cinayətlərin residivini yaradır.
66. Məhkəmə CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Z.F.Məmmədova münasibətdə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, onunla barışıq əldə edilməsini edilməsini, CM-in 59.2-ci maddəsinə əsasən özünü təqsirli bildiyi əmələ (zərərçəkmiş şəxs Z.F.Məmmədovla bağlı epizod üzrə) münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
67. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 36 və 65-ci bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
68. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsiinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
70. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
71. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2023-cü il tarixdə barəsində Bakı şəhəri, Nərimranov Rayon Məhkəməsinin qərarı ilə əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində həmin müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli qərarı ilə əvvəli 2 avqust 2023-cü il tarixdən hesablanmaqla barəsində 19 noyabr 2023-cü il tarixədək həbs qətimakn tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında olduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır.
74. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
75. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur.
76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında olduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.