Məhkəmə qərarları › İş №1(101)-994/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-994/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-994/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X25 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmiş) məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əmirsəyyadov ev 45-də qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs dayısı oğlu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun faktiki olaraq satışı ilə məşğul olduğu istilik sistemləri olan kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarları nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özlərinə inam yaradaraq üzərlərinə götürdükləri öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan guya Şahid3 işlədiyi "xxxx" MTK-da təmir işlərini tamamlaması üçün 176.400 manat dəyərində kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarların lazım olması və həmin dəyərdə malı Şahid3 təqdim etmiş olduğu halda 2019-cu ilin may ayının ilk on günlüyündə pulunun tam olaraq ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 24 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şossesi “Çinar Plaza” ticarət mərkəzinin həyətində olan anbarından 176.400 manat dəyərində kombi aparatlarını, radiatorları və onların quraşdırılması üçün istifadə olunan aksesuarları Təqsirləndirilən şəxs iştirakı ilə yük avtomobilinə yükləyib aparmaqla ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 176.400 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən dayısı oğlu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuqlarını nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özlərini etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özlərinə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan 29 iyul 2019-cu il tarixdə qaynaq çubuqlarının pərakənədə satışını təşkil etdikləri Bərdə rayonunda olan tikinti materialları mağazasını həmin malla təmin etmək adı ilə aladaraq Zərərçəkmiş şəxs2 satış məntəqəsi olan ünvan 1 ünvandan satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə 13.600 manat dəyərində qaynaq çubuqlarını ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 13.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuqlarını nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alğı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin sentyabr ayının sonlarında qaynaq çubuqlarının pərakəndə satışını təşkil etdiyi Bərdə rayonunda olan tikinti materialları mağazasını həmin malla təmin etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 satış məntəqəsi olan ünvan 2 ünvandan 14.282 manat dəyərində qaynaq çubuqlarını ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14.282 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu tikinti materiallarının tenderdə qalib gəlmiş olduğu tikintilərdə təmir işlərində lazım olması, gələcəkdə də onunla tikintilərdə birlikdə işləyəcəyinə həvəsləndirməklə onu nisyə olaraq tikinti materialları ilə təmin etdiyi halda 1 ay müddətində pulunu tam olaraq qaytaracağına dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 10 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 satış məntəqəsi olan ünvan 3 ünvanda olan satış mağazasından 5.850 manat dəyərində, 16 yanvar 2020-ci il tarixdə həmin ünvandan eyni adla 7.300 manat dəyərində tikinti materialları, 23 yanvar 2020-ci il tarixdə həmin ünvandan eyni adla 13.350 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 26.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu sellofanların işlədiyi tikintilərin təmir işlərində lazım olması, gələcəkdə ondan mütəmadi olaraq mal alacağına həvəsləndirməklə onu nisyə sellofanla təmin etdiyi halda tikintiyə satmaqla 7 gün müddətində pulunun tam olaraq köçürüləcəyinə dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 oğlu Fuad Tağıyevdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Sulutəpə yolunun 2-ci kilometrliyində olan “Şam Bağı” restoranın qarşısında 1,5 ton çəkidə olmaqla 3.500 manat dəyərində, 2020-ci ilin fevral ayının sonlarında eyni ünvanda eyni adla 1,7 ton çəkidə olmaqla 4.200 manat dəyərində sellefonı Fuad Tağıyevdən vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7.700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə xatırlamadığı şəxsdən ilkin ödəniş edərək aylıq əl kreditinə bir ədəd «Mercedes Ateko» **-SB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili götürmüşdür. Qardaşı ilə birlikdə həmin avtomobili idarə etmək üçün sürücü götürmüş, bəzən isə özü də idarə etmişdir. Dərnəgüldə, 8-ci km bazarında, Sədərəkdə olan “1001 Xırdavat” mağazlarından tikinti materialları almış və avtomobillə həmin malları Respublikanın bütün rayonlarında olan tikinti materialları mağazalalarına satıb pərakəndə satış ilə məşğul olmuşdur. Sonra borcu olduğuna görə avtomobili satmaq qərarına gəlmiş və avtomobili satdıqdan sonra bir müddət avtomobil alveri və.s işlərlə məşğul olmuş, eyni zamanda münasib qiymətə mal istəyən olduqda alğısatqı işləri də görmüşdür. 2019-cu ilin aprel ayında dayısı oğlu X7 ***-***-**-** nömrəsindən istifasində olan ***-***-**-** və ya ***-***-**-** nömrələrinə zəng edərək görüşmək istədiyini bildirmişdir. Rəşad ona dayısı Rövşənlə işləyən zaman tanımış olduğu və işlədiyi mağazaya tikinti materialları və onun aksesuarlarını vermiş Əjdər adlı şəxslə görüşdüyünü, həmin görüşün təsadüf olmasını, Əjdərin Dərənəgül bazarında kombi, Biləcəridə tikinti materiallarının satışı mağazası olmasını və həmin şəxsin hazırda kombi radiatorların və onların quraşdırılması üçün istifadə olunan aksesuarların topdan satışı ilə məşğul olmasını bildirmişdir. O, Şahid3 və qardaşı Nəsimini kafenin qarşısında düşürüb şəxsi işləri olmasına görə həmin ünvandan getmişdir. Bir neçə saatdan sonra Rəşada zəng edib restoranın qarşısında olduğunu deyəndə Rəşad Əjdərlə yemək yediyini deyib onu kafeyə dəvət etmişdir. X24 tanış etmişdir. Rəşad onu Əjdərə işçisi olaraq təqdim etmiş, lakin sonra qohumu olduğunu bildirmişdir. Rəşad söhbət zamanı özünü "xxxx" MTK-ın müdiri İsfəndiyarın praravı kimi təqdim edib "xxxx" MTK-nın tikintilərinin izolyasiya işləri ilə məşğul olmasını bildirmişdir. Belə ki, həmin vaxta kimi Rəşadın həmin tikinti ilə taxta məsələsinə görə problemləri olmasını, işlərinin məhkəməyə getməsini və Rəşadla "xxxx" MTK arasında münasibətlərin pozulmasını bilməmişdir. Rəşad "xxxx" MTK-da əmisinin vasitəsi ilə işləmişdir. Lakin heç bir zaman həmin MTK-nın rəsmi olaraq işçisi olmamışdır. Kafedəki söhbətdən anlamışdır ki, Şahid3 Zərərçəkmiş şəxs1 külli miqdarda kombi alıb "xxxx" MTKnın Yasamal rayonunda olan tikintisində istifadə edəcək. Əjdərin yanından ayrıldıqdan sonra Rəşad ona Əjdərdən alacağı kombiləri "xxxx" MTK-ya satmağı planlaşdırdığını, lakin həmin MTK ilə münasibətləri pisləşdiyindən ona etibar etmədiklərini bildirmişdir. Buna görə Rəşad Əjdərdən alacağı kombilərin satış yerinin təşkil olunması üçün onun "xxxx" MTK ilə əlaqə yaratmasını istəmiş və İsəfəndiyarın qardaşı oğlu Məhəmmədin və köməkçisi Kənanın istifadəsində olan xatırlamadığı mobil nömrəni ona vermişdir. Bundan sonra o, istifadəsində olan mobil nömərdən Kənana zəng edib görüş təyin etmiş və həmin şəxslə Məhəmmədgilin Binəqədi, Azadlıq prospetində olan ofislərində görüşmüşdür. Görüş zamanı Rəşadın ona demiş olduğu müxtəlif ölçülü “Rossi” markalı kombilərin və həmin kombilərin quraşdırılması üçün aksesuarların topdan satışını həyata keçirdiyini bildirmişdir. Kənan ondan həmin kombilərin bazar qiymətini maraqlandıqda Rəşadın ona dediyi kimi kombinin 1 ədədini 570 manata satdığını bildirmişdir. Kənan isə həmin tikintinin müdiri ilə danışıb cavab verəcəyini demişdir. Bir neçə gün sonra yenə Kənanla danışıb Məhəmmədlə görüşmüş və Məhəmməd ondan əlində nə qədər kombi və aksesuarlarının olmasını soruşduqda 176.000 manata yaxın “Rossi” və “Casper” firmasına aid olan kombi və onun aksesuarları olmasını və həmin malı 2 partiyada gətirib verə biləcəyini, ilk öncə 93.000 manatlıq, daha sonra isə yerdə qalan 80.000 manatlıq malı isə bir neçə gün sonra verə biləcəyini bildirmişdir. Məhəmməd malın müəyyən hissəsini nağd olaraq deyil, ev verərək ödəməyi təklif etmişdir. Sonra o, Məhəmmədin təklifini Rəşada bildirmiş, Rəşad isə ona həmin şərti qəbul etməsini, ancaq evə dair onların adına hər hansı müqavilə bağlanmamasını tapşırmışdır. O da Rəşadın sözlərini eyni ilə Kənana çatdırmış və hər iki mal gədən zaman bir qədər ödəniş vermələrini bildirmişdir. Beləliklə, Kənanla qərara gəlmişlər ki, ilkin mal gələn zaman ona 13.000 manat, 2-ci partiya mal gələn zaman isə əlavə olaraq 20.000 manat pul verilsin. Həmin vaxt Kənan ona mənzillərə baxmağı bildirmiş, Telnov küçəsində yerləşən tikililərində olan komendantın nömrəsini vermişdir. Rəşadla birlikdə həmin ünvanda olan tikiliyə gedib 13 və ya 14-cü mərtəbədə olan mənzilə qalxmışlar. Mənzil təxminən 80 kv metrə yaxın olmuşdur. Həmin tikintiyə baxandan sonra Rəşad tikintinin satış nümayəndəsi olan Ağa adlı şəxsə zəng edib mənzili onlara təklif etmiş, lakin həmin şəxs mənzili almaq üçün müştərisi olmadığını demişdir. Bundan sonra Rəşad ona bildirmişdir ki, həmin mənzili "xxxx" MTK-ın özünə aşağı qiymətə təklif etsin. O da Kənanla danışıb ofislərinə gedib 90.000 manata hesabladıqları mənzili özlərinə satmaq istədiyini bildirdikdə Kənan həmin mənzili 52 və ya 53.000 manata alacaqlarını bildirmişdir. Bundan sonra Rəşada zəng edib məlumat verdikdə Rəşad razılıq vermişdir. Kənanla zəngləşib Zərifə göz klinikasının yanındakı çay evində görüşmüş və mənzili 53.000 manata razılaşmışdır. Kənan həmin ünvana 2-3 saatdan sonra müdirinin gələcəyini və onun da 2 saatdan sonra ora gəlməsini bildirmişdir. O, 2-3 saatdan sonra Kənanla həmin çayxanda görüşən zaman Kənan 53.000 manatı ona vermişdir. Həmin pulu alan zaman Şahid3 onu çay evinin həyətində gözləmiş və o, pulu Rəşada «Toyota Vits» markalı avtomobilində vermişdir. Rəşad həmin pulu sayıb qəbul etdikdən sonra ona 800 manat pul vermiş. Bir neçə gün sonra Rəşad ona Əjdərin sürücülərinin malın verildiyi yeri bildiyini, buna görə də artıq avtomobilə ehtiyac olmadığını və onun da tikintiyə gedib malı qarşılamaqla təhvil verməsini bildirmişdir. Bundan sonra o, tikintiyə gedib faktura üzrə 80.000 manata yaxın malı MTK anbardarına təhvil vermiş və Kənana da bu barədə məlumat vermişdir. 2-3 gün sonra Kənan ona zəng edib pulu götürməyini bildirdikdə gedib ilkin danışıqda olan kimi 20.000 manatı kassirdən götürmüş və pulu ofisin qarşısında Rəşada vermişdir. Rəşad bu dəfə ona pul verməmişdir. Rəşad ona yenə həmin evi aşağı qiymətə şirkətə təklif etməsini dedikdən sonra Kənanla danışıb 51.000 və ya 56.000 manata razılaşmışlar. Həmin gün Kənan pulu ofisdə ona vermiş, pulu götürüb Rəşadla zəngləşdikdə Rəşad onu “Kəmalə Nərmin” restoranın işıqforuna çağırmış və o, Rəşada pulu orada tam şəkildə vermişdir. Şahid3 həmin puldan ona 1.000 manat vermişdir. Təxminən 2019-cu il tarixdə Rəşad Bərdə rayonunda olarkən ona qaynaq çubuqları götürdüyü şəxsin rayonlara mal payladığını, həmin şəxsə zəng etməklə Bərdə rayonuna çağırdığını, dəyəri 10.500 manat olan qaynaq çubuqları sifariş etdiyini və gözlədiyini bildirmişdir. Rəşad həmçinin həmin şəxsə qaynaq çubuqlarını ona lazım olması adı ilə alacağını və onların qohum olmağı barədə bir söz deməyəcəyini bildirmişdir. O isə Rəşadın onun adı ilə mal götürməsinə narazılıq etdikdə Rəşad onun adını deməyəcəyini, yəni onu Orxan olaraq təqdim edəcəyini demişdir. Rəşad ona 6500 manat pul vermişdir ki, inandırıcı olması üçün həmin pulu Elnura versin. Elnuru həmin gün ilk dəfə Bərdədə görmüşdür. Şahid3 onu Elnura Orxan kimi təqdim edib onun Bərdə rayonunda olan tikinti materialları mağazalarını material ilə təmin etdiyini bildirmişdir. Rəşad Elnura 10.500 manat dəyərində malı ona verməsini bildirdikdə Elnur tərəddüd etmiş və bu zaman o, Elnura ortada Şahid3 olmasını söyləmiş, 10.500 manat dəyərində malın 6.000 manatını dərhal ödəmişdir. Elunara bildirmişdir ki, 3 gün müddətində malın qalan pulunu tam olaraq ona qaytaracaq. Elnur Rəşadın ortada qarant olmasına və dərhal ödənişin yarıdan artıq hissəsini ödədiyinə görə malı ona verib Bakı şəhərinə qayıtmışdır. Rəşad isə dərhal həmin malı maşın tutub yükləmiş və malı satandan sonra ona 200 manat pul vermişdir. Sonra o, yenə Rəşadla Elnurun Keşlədə olan ofisinə getmiş və orada əlbəəl 4.500 manatı Elnura ödəmişdir. Həmin ödənişi edən gün, yəni 29 iyul 2019-cu il tarixdə Elnurdan Rəşadın sözü ilə 13.600 manat dəyərində qaynaq çubuqları istəyib Bərdə rayonunda yenə həmin qaynaq çubuqlarını tikinti materialları mağazalarına paylamaqla bir həftə müddətində pulunu tam olaraq qaytaracağını bildirmişdir. Elnur razılaşmış və malı ona vermişdir. O bütün bunları Şahid3 sözü ilə etmiş və Rəşad malı 8-ci km, Dərnəgül və Sədərək bazarında xatırlamadığı şəxslərə satdıqdan sonra ona 300 manat pul vermişdir. Rəşad onun iştirakı olmadan ofisə getməklə Elnurdan özü qaynaq çubuqları götürmüşdür. Daha sonra Şahid3 Rusiya Federasiyasına getməsini eşitmişdir. Bundan Elnurun da xəbəri olmuşdur. Elnur ondan pulunu tələb edən zaman 13.600 manatlıq malın Şahid3 çatdığını bildirib Rəşadla əlaqə saxlamış və nəticədə, X12 telefon əlaqəsi saxlamaqa 13.600 manatın özündə olmasını və 1 ay müddətində qayıdıb pulu ödəyəcəyini bildirmişdir. Həmin ərəfədə o, Elnurla yaxınlıq edib ondan sentyabr ayının sonunda 14.282 manat dəyərində qaynaq çubuğu alıb bir həftə müddətində pulunu qaytaracağını deyib həmin qaynaq çubuqlarını bazarlarda pərakəndə satmışdır. Elnura isə bu ərəfədə bəhanələr deyib həmin pulu şəxsi işlərinə xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs4 uzun müddətdir ki, tanıyır və Zakirə 2012-ci il tarixədək olan müddət ərzində daimi olaraq dayısına aid olan firmadan mal vermişdir. Həmin tarixdən mağazadan çıxıb artıq mağazalara özü boya məhsulları verməyə başlamışdır. 2012-ci ildən sonra onun Zərərçəkmiş şəxs4 ilə arasında hər hansı görüş olmamış, yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin ərəfədə Zakirin istifadəsində ***-***-**-**, onun istifadəsində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. 2020-cu ilin yanvar ayında Zakirin işlədiyi mağazaya gedib hal-əhval tutaraq Sumqayıt şəhərində tikinti işləri götürdüyünü, Ağalar müəllim adlı yuxarı dairəli şəxsin tikintidə tender yolu ilə iş götürməsi barədə yalan məlumat verib tikinti işlərinin aparılması üçün özünün biriqadalarının olmasını bildirmişdir. Faktiki olaraq ortada Ağalar adlı şəxs olmamışdır. Zakirə ona mal verməsini və ondan götürmüş olduğu malların dəyərini 1 ay müddətində qaytaracağını bildirmişdir. 10.01.2021-ci il tarixdə 5.850 manat, 16.01.2020-ci il tarixdə 7.300 manat, 23.01.2020-ci tarixdə isə 13.350 manat dəyərində tikinti materialları olan lak boya emusya, dolğu, roliklər, fırçlar və selikonları götürmək üçün Zərərçəkmiş şəxs4 iş yerindən göndərdiyi taksi fəaliyyəti ilə məşğul olan və həmin işdən hər hansı xəbəri olmayan, Zakirə hər hansı bir vəd verməyən Babəki və fəhləsini göndərmişdir. Sonuncular Zakirdən malı qəbul edib ona gətirmişlər. Həmin malı hazırda xatırlamadığı ünvanlara topdan satış qiymətinə satmaqla əldə olunmuş pulu şəxsi işlərinə xərcləmişdir. Sonra Zakirə həmin malın pulunu verəcəyi ilə bağlı yalan vədlər verib vaxt qazanmışdır. Faktiki olaraq niyyəti Zakiri aldatmaq olmuşdur. Həmin puldan Babəkə, fəhləyə və ya hər hansı bir şəxsə pul verməmiş, onların və başqa hər hansı şəxsin əməlindən xəbəri olmamışdır. 2020-ci ilin əvvəllərində maddi vəziyyəti yaxşı olmadığından hər hansı bir şəxsə dələduzluq etmək yolu ilə pul qazanmaq istəmiş, buna görə də Dərnəgül bazarında işləyən zaman tanıdığı tikinti materiallarının satışı ilə məşğul olan şəxslərdən mal almaqla həmin malı satıb pul qazanmaq qənaətinə gəlmişdir. 2020-ci ilin yanvar və ya fevral ayında Zakir adlı 8-ci km bazarında işləyən tanışına tikinti sahəsində işlədiyinə görə ona həmin tikintilərdə istifadə olunması üçün sellofanlar lazım olmasını bildirmiş və Zakir ona Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil nömrəni verib həmin şəxsin Sumqayıtda yaşadığını və topdan qiymətinə sellofan alveri ilə məşğul olduğunu demişdir. O, Eldara zəng edib Zakirə söylədiklərini ona da təkrarlamış, həmçinin danışıq zamanı onun tanışı olan Zakirlə də işlədiyini və bir neçə məhşur tikinti şirkətlərinin adını çəkib təxminən 3 ton sellefon lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs3 səhhəti ilə əlaqədar olaraq onunla görüşüb üzbəüz söhbət edə bilməyəcəyini, ona görə görüşə oğlu Fuad Tağıyevi göndərəcəyini və onun nömrəsini Fuada verəcəyini demişdir. Fuad istifadəsində olan mobil nömrəyə zəng edib Zərərçəkmiş şəxs3 oğlu olduğunu, atasının ayaqları amputasiya olmasına görə görüşə gələ bilmədiyini və özünün görüşə gələcəyini bildirmişdir. O, X13 rayonu «Şam Bağı» restoranında görüşmüş və Fuada həmin masa ətrafında olan şəxslərdən birini qohumu Şahid3, digər 2 nəfəri isə fəhlələr olaraq təqdim etmişdir. Həmin şəxslər onunla Fuad Tağıyev arasında olan hər hansı söhbətə qarışmamışlar. O, "xxxx" MTK ilə işlədiyini və ona 3 ton sellefon lazım olmasını, digər tikintilərdə də həmçinin Eldarla işləyəcəyini bildirmişdir. Fuad Tağıyev ondan pulun necə veriləcəyini soruşduqda o, MTK ilə işlədiyinə görə bütün işlərin rəsmi olaraq bank köçürmələri ilə aparıldığını bildirib malın verilməli olmasını demişdir. Bundan sonra həmin söhbətləri telefonda Zərərçəkmiş şəxs3 də edib malın verilməsindən sonra 1 həftə müddətində pulun veriləcəyini bildirdikdə Zərərçəkmiş şəxs3 ona sellefonı zavoddan götürməsini söyləmişdir. Danışıqlardan sonra 2010-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 1,5 ton, yəni 3.500 manat dəyərində malı oğlu Fuad Tağıyev vasitəsilə ona göndərmişdir. Həmin malı «Şam Bağı»nın yanında götürmüşdür. 7 gündən sonra həmin pulu qaytara bilməyəcəyini bildiyinə görə Zərərçəkmiş şəxs3 hələ pulun köçürülmədiyini bildirmişdir. Ona görə Zərərçəkmiş şəxs3 500 manat pul verib ona 1,7 ton, yəni 4.200 manat dəyərində sellefon verməsini istəmiş və hər iki malın dəyərini tam olaraq bir həftə müddətində verəcəyini demişdir. Həmin miqdarda və dəyərdə olan malı Zərərçəkmiş şəxs3 ona oğlu Fuad Tağıyev vasitəsi ilə göndərmişdir. Fuad Tağıyev «Şam Bağı»nın yanında həmin malı ona çatdıran zaman Zərərçəkmiş şəxs3 7.200 manat pulunu tam olaraq verəcəyini bildirmiş və bir müddət sonra onlara bəhanələr gətirmişdir. Nəhayət, 16.03.2020-ci il tarixdə 7.200 manatla bağlı Eldara onun pulunu verəcəyinə dair əlyazma vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tikinti sahəsinə lazım olan taxta, armatur və sement istisna olmaqla bütün növ tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Qonşu mağazada işləyən və boya satışı ilə məşğul olan Şahid3 2009-cu il tarixdə tanımış, Rəşad əmisi Rövşənə aid olan mağazada satıcı işləmiş və o, Rəşadgilin mağazasına boya aksesuarları olan rolik, kist, əlcək və.s avadanlıqlar vermiş, beləliklə də Şahid3la münasibəti yaranmışdır. 2010-cu ildə Dərnəgüldə olan mağazasındakı tikinti materiallarının satışı sahəsindən kənarlaşmaqla həmin mağazanı qardaşına təhvil vermiş və istilik sistemlərinin satışı ilə məşğul olmağa başlamışdır. Bu məqsədlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Asəf Zeynallı küçəsində «Ağ Saray» şadlıq evin yaxınlığında 80 kv metr sahəsi olan yeri icarəyə götürməklə “1001 Xırdavat” və istilik sistemlərinin satışı ilə məşğul olmağa başlamışdır. Biləcəri qəsəbəsində fəaliyyətə başladıqdan sonra Şahid3la hər hansı əlaqəsi olmamış, istifadəsində olan mobil nömrəni belə bilməmişdir. 2019-cu il tarixdə Dərnəgül bazarında olan «Mərcan» kafesinin yaxınlığında siqaret alan zaman Şahid3 onu tanıyıb yaxınlaşmış, hal əhvalını xəbər almışdır. Şahid3 Biləcəri qəsəbəsində “1001 Xırdavat” mağazası işlətməklə yanaşı Bakı şəhərində istilik sistemləri, radiatorlar, o cümlədən onun aksesuarlarının satışı ilə məşğul olduğunu və Dərnəgüldə də eyni fəaliyyət sahəsi ilə qardaşının məşğul olmasını bildirmişdir. Şahid3 isə ona "xxxx" MMC-nin direktoru İsəfəndiyar Axundovun yanında prarav olaraq fəaliyyət göstərdiyini və tikilmiş binaların təmir və izolyasiya işləri ilə məşğul olmasını, özünün biriqadaları vasitəsi ilə həmin təmir və izolyasiya işlərini görməsini bildirmişdir. Şahid3 geyimi və.s xarici görkəmi onda yaxşı təəssürat bağışlamışdır. Görüş zamanı Şahid3 yanında bibisi oğlu kimi təqdim etmiş olduğu Nəsimi adlı şəxs də olmuşdur. Şahid3 Nəsiminin yük avtomobillərini sürdüyünü bildirmişdir. Rəşad "xxxx"ın bütün binalarını istilik izolyasiya işləri ilə təmin etdiyi üçün onda hansı kombi, raditorlar olmasını, həmin kombilərin iş prinsiplərini soruşub bazar qiyməti ilə maraqlandıqda kombilərin iş prinsipləri barədə Rəşada məlumat verməklə özünün həmin kombilərin satışını təşkil etdiyini bildirmişdir. Hətta Rəşad ondan tikintidə olan 1,2,3,4, otaqlı mənzillərə hansı kombilərin qoyulmasını maraqlanan zaman Rəşada «Novahot» və «Rossi» markalı Çin istehsalı kombilərin 24, 26, 28 və 32-lik olmasını, otaqların kvadratı ilə həmin kombilərin alınıb quraşdırılmasının məqsədə müvafiq olmasını bildirməklə iş prinsiplərini izah etmişdir. Bundan sonra Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəni onunla əlaqə saxlamaq üçün yazıb götürmüşdür. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsindən ona zəng edib hansı kombilərin məsləhətli olduğunu soruşduqda Rəşada «Rossi» firmasına aid kombilərin qiymətinin daha münasib olduğunu demişdir. Şahid3 həmin markadan 2 ədəd 32-lik kombi verməsini istəyib bildirmişdir ki, həmin kombiləri tikinti müdriyyətinə göstərəcək, əgər onlar razılıq versələr, sifariş edəcək. 2019-cu ilin fevral ayında Şahid3 istifadəsində olan mobil nömrədən zəng edib həmin kombilərdən 2 ədədini gəlib hardan götürə biləcəyini soruşduqda hazırda Dərnəgüldə olduğunu, «Elit» ticarət mərkəzinin yaxınlığına gəlməsini bildirmişdir. Rəşad 2 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 740 manat olan cəmi 1.480 manat dəyərində 32-li kombiləri «Elit» ticarət mərkəzinin yaxınlığında olan 2 mərtəbəli çay evinin yanına gətirməyini istəmişdir. Şahid3 Nəsimi adlı tanışının idarə etdiyi **-FT-*** dövlət qediyyat nişanlı avtomobillə həmin ünvana gəlmiş və bildirmişdir ki, əgər həmin kombilər müdiriyyəti qane etsə onda bütün tikintiləri üçün ondan kombi radiator və onun aksesuarlarını götürüb tikintilərinə quraşdıracaqlar. Nəsimi onun Rəşadla olan söhbətinə müdaxilə etməmişdir. Bundan sonra Şahid3 2 ədəd kombini götürüb avtomobilinə qoymuş və səhər ona məlumat verəcəyini bildirmişdir. X16 istifadəsində olan mobil nömrədən zəng edərək "xxxx" rəhbəri İsfəndiyar Axundovun həmin kombiləri və onun dəyərini bəyəndiyini, Yasamalda həmin MMC tərəfindən inşa olunmuş binalarda olan 361 ədəd mənzilinin kombi və radiatorlarının quraşdırma işlərinin onlara həvalə olunmasını və ona görə həmin mənzillərin sayına uyğun olaraq ona kombi radiator və onların aksesurlarını verməsini bildirdikdə Rəşada həmin sayda kombi olmadığını demişdir. Bundan sonra Rəşadla görüş təyin etmiş və Biləcəridə olan “Çətir” restoranında görüş zamanı Şahid3 yanında Nəsimidən başqa daha bir nəfər şəxs də gəlmiş və Rəşad həmin şəxsi Nəsiminin qardaşı Cavanşir kimi təqdim etmişdir. Rəşad ondan ilkin olaraq 42 ədəd kombi verməsini istəyib demişdir ki, müdiriyyət görsün, iş başlamışdır və onun üçün ilkin məbləğ ayrılsın. O da həmin tikintinin Yasamalda olmasını bildiyinə, Rəşadın əmilərini xeyli müddət olar ki, tanıdığına görə Rəşada inanıb razılıq vermiş və Rəşad ikin olaraq kombi radiator quraşdıracağı mənzillərin otaq sayını demişdir. Rəşadla 42 ədəd, yəni bir ədədinin dəyəri 740 manat olan cəmi 16 ədəd 32-lik kombi, bir ədədinin dəyəri 700 manat olan cəmi 18 ədəd 28-lik kombi, bir ədədinin dəyəri 680 manat olan cəmi 8 ədəd 24-lük kombini verməsi ilə əlaqədar razılıq əldə etmişdir. O həmin kombilərin yük avtomobili ilə hansı ünvana aparılmalı olduğunu soruşduqda Rəşad «Elit» ticarət mərkəzinin yanında olan 2 mərtəbəli çay evinin qarşısına gətirməyini və özünün yük avtomobili ilə həmin kombiləri aparacağını demişdir. O isə niyə artıq xərc etməsini soruşmuş, özünün yükləmiş olduğu avtomobili hansı ünvana deyirsə ora apara biləcəyini bildirmişdir. Rəşad isə birmənalı olaraq imtina etmişdir. 2019-cü ilin fevral ayının ilk 10 günlüyündə o, kombi dolu yük avtomobili ilə «Elit» ticarət mərkəzinin yanına gəlmiş, Rəşadın göndərmiş olduğu yük avtomobili də oraya gəlmişdir. Rəşad həmin avtomobilin özünün yük avtomobili olmasını və kombilərin həmin avtomobilə boşaldılmasını bildirməklə özünün başqa yerlərdə malı olmasını və həmin avtomobilin digər yerlərdə olan malları da yığmaqla tikintiyə gedəcəyini bildirmişdir. Rəşad ona bir ay müddətində, ən geci Novruz bayramı ərəfəsində pulunu tam olaraq bağlayacağını bildirmişdir. Belə ki, ilk dəfə götürülmüş malın dəyəri 19.360 manat olmuş və Rəşadın göndərdiyi avtomobilə yüklənərək aparılmışdır. İlkin kombilərin verilməsindən 2 gün sonra Şahid3 yenə zəng edərək bildirmişdir ki, "xxxx" rəhbərliyi ona 361 ədəd mənzilin kombi, radiator və izolyasiya işlərini vermişdir. O isə ilkin pulun ödənmədiyini Rəşada xatırlatdıqda Rəşad bir daha onu 1 ay müddətində pulu bağlayacağına arxayın etmiş və hər birinin dəyəri 680 manat olan 50 ədəd 24-lük «Rossi» markalı kombilər, 300 qutu 3.000 manat dəyərində 30.000 seksiyalı radiatorlar, 1 ədədinin dəyəri 30 manat olan cəmi 3.000 manat dəyərində 100 ədəd kombistablizatoru, 1 ədədinin dəyəri 14 manat olan cəmi 1.400 manat dəyərində 100 ədəd qaztənzimləyici, 160 metirlik 30 ədəd tonqid ipi 14 manat dəyərində cəmi 420 manat, 1 ədədinin dəyəri 1 manat olan cəmi 150 manat dəyərində 150 ədəd kombi keçidi, 1 ədədinin dəyəri 5 manat olan cəmi 750 manat dəyərində 150 ədəd qaz şlankı, 1 ədədinin dəyəri 3 manat olan cəmi 450 manat dəyərində 150 ədəd qaz vintilinin Rəşada göndərilməsinə razılıq vermişdir. Şahid3 ondan həmin əşyaları 8-ci mikrorayonda olan “Çənlibel” restoranın yaxınlığına çatdırmasını istəmiş və malı özünün yük avtomobili ilə aparacağını bildirmişdir. O isə razılıq verməmiş və bildirmişdir ki, “Çənlibel”in yanında hər hansı fəhlə olmayacaqdır, ona görə də mal tikintiyə onun dediyi yük avtomobili ilə getməlidir. Razılaşmamaqda məqsədi malın hansı tikintiyə getməsini bilmək olmuşdur. Rəşad telefonda onunla razlaşmış və həmin ünvanda bibisi oğlu Təqsirləndirilən şəxs onu qarşılayacağını demişdir. Həmin malları tanışı X1 idarə etdiyi «İsuzu» markalı ** VS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədib 8-ci mikrorayonda olan “Çənlibel” restoranın yanına çatdırmış, orada onları Cavanşir qarşılamış və malı Cavanşirə təhvil vermişdir. Telefon əlaqəsi saxlayan zaman Rəşad Cavanşirin yük avtomobilini idarə edən şəxslə malı dediyi ünvana aparmasını bildirmişdir. Rövşən bir neçə saatdan sonra zəng edib ona bildirmişdir ki, malı Yasamalda "xxxx"ın tikilisinin anbarına boşaltmış və Cavanşirə bir daha malı həmin ünvanda saymasını bildirmişdir. Artıq Novruz bayramı bitmiş, lakin Rəşad ona hər hansı miqdarda pul verməmişdir. Təxminən 25 və ya 26 mart 2019-cu il tarixdə Şahid3 onunla zəngləşib “Elit” ticarət mərkəzinin içərisində olan kafedə görüş təyin etmişdir. O həmin ünvana tək getmiş və Rəşadla söhbət zamanı Rəşad ondan həmin vaxta qədər aldığı malın dəyəri olan 89.530 manatdan yalnız 24.500 manat pul vermiş və həmçinin bildirmişdir ki, 361 mənzilin kombi, radiator və aksesuarları tam olaraq ona verilməlidir ki, "xxxx"ın rəhbəri İsfəndiyar Axundov tərəfindən ona pul verilsin və o da həmin pulla borcunu tam olaraq ödəsin. Rəşad həmin vaxt ondan yenə kombi və aksesuarlar istəmiş, bir daha onu arxayın etmişdir ki, pulu 1 ay müddətində ödəyəcək. O isə Rəşada ilkin götürmüş olduğu malın pulunu bağlamasını bildirmişdir. 30 və ya 31 mart 2019-cu il tarixdə Şahid3 “Nərimanov” metrostansiyasının çıxışında olan «Metropark» ticarət mərkəzinin qarşısına qohumu Nəsimi ilə gəlib ona 30.000 manat pul vermiş və təkrar olaraq mal istəmişdir. O isə yenə pulun qalan 35.030 manatını bağlamasını bildirmişdir. Daha sonra Rəşad qaz tənzimləyici və stablizatorun ona lazım olmadığını bildirib ondan 2-ci dəfə aldığı malın içərisində olan 1 ədədinin dəyəri 14 manat olan cəmi 1.400 manat dəyərində 100 ədəd qaztənzimləyici, 1 ədədinin dəyəri 30 manat olan cəmi 3000 manat dəyərində 100 ədəd kombistablizatoru, ümumilikdə 4.400 manatlıq malı ona qaytarmışdır. Beləliklə, Şahid3 ona 30.630 manat borcu qalmış və ondan əlavə olaraq 200 ədəd hər birinin dəyəri 600 manat olan cəmi 120.000 manat dəyərində «Caster» markalı kombilər, 600 qutu yəni 6000 seksiyalı bir seksiyasın dəyəri 8 manat olan cəmi 48.000 manat dəyərində radiator, 1 ədədinin dəyəri 3 manat olan cəmi 1.800 manat dəyərində 600 ədəd bağlantı, 1 ədədinin dəyəri 4 manat olan cəmi 4800 manat dəyərində radiator vintili, 1 ədədinin dəyəri 5 manat olan cəmi 1.000 manat dəyərində 200 ədəd qaz şlankı, 1 ədədinin dəyəri 3 manat olan cəmi 600 manat dəyərində 200 ədəd qaz vintili, 1 ədədinin dəyəri 1 manat olan cəmi 200 manat dəyərində 200 ədəd kombi qaz keçidi, ümumilikdə 176.400 manatlıq mal istəmişdir. O isə Rəşada yenə pulu bağlaması şərtini qoymuşdur. Bu zaman Rəşad 3-4 gün müddətində ilkin götürmüş olduğu malın pulunu tam olaraq ödəyəcəyini demişdir. Bundan sonra 8 aprel 2019-cu il tarixdə Rəşadla zəngindən sonra M.Rəsulzada qəsəbəsində görüşmüş və Rəşad ona heç kimin iştirakı olmadan 13.000 manat pul vermiş, 14.04.2019-cu il tarixdə Biləcəridə iş yerinin yanında görüşmüş və Rəşad ona 10.000 manat pul vermiş, 22.04.2019-cu il tarixdə Rəşad Nəsimi ilə ona 10.000 manat pul göndərmişdir. Beləliklə, Rəşad ilk 2 dəfə almış olduğu malın pulunu tam olaraq bağlamış və ona 2.370 manat borcu qalmışdır. Rəşad ondan 4 ədəd bir ədədinin dəyəri 600 manat olan cəmi 2.400 manat dəyərində «Caster» markalı kombilər verməsini istədikdə o razılaşıb həmin malı Dərnəgüldə olan mağazasından taksi ilə Rəşada göndərmişdir. Rəşad ona olan borcunu ödədiyi üçün istədiyi 176.400 manat məbləğində olan malı Rəşada vermək qərarına gəlmişdir. O, 176.400 manat dəyərində olan malı Rəşadın göndərmiş olduğu 2 ədəd yük avtomobilinə Dərnəgül şosesi Çinar plazanın həyətində olan mağazadan yüklətmişdir. Bundan sonra Rəşadla yaxın münasibətləri yarandığından Rəşadı 2019-cu ilin aprel ayının sonlarında oğlunun kiçik toy mərasiminə dəvət etmişdir. Artıq müddət bitmiş, lakin Rəşad pulu ödəməmişdir. O hər dəfə Rəşaddan malın pulunu tələb etdikdə Rəşad müxtəlif bəhanələr gətirmişdir. Beləliklə, məcbur olub Rəşadın barəsində şikayət etmiş və bundan sonra Rəşad ona 2.370 manat pulu Rəsulzadə qəsəbəsinə taksi ilə göndərmiş, 3.000 manat pulu isə Nəsimi Dərnəgül yolunda gətirib vermişdir. Onun Rəşada olan zənglərindən sonra Rəşad 8.000 manat dəyərində məftil-mismarı taksi ilə Dərnəgülə göndərmişdir. Daha sonra Rəşad qalan 160.030 manat borcunu ödəməmişdir. Rəşad ondan aldığı bəzi malların pulnu qaytarmaqla özünə inam yaratmış və onun 176.400 manatlıq malını ələ keçirmişdir. O bu hadisədən sonra "xxxx" MMC-yə getmiş və onu İsfəndiyarın qardaşı İmran qarşılamışdır. O, İmrana işlədiyi firmanın kombilərinin onun tikintisinə verildiyini bildirmiş, İmran isə həmin kombilərin oğlu Məhəmməd tərəfindən Cavanşir adlı şəxsdən alındığını və Rəşadı tanısalar belə onunla işləri olmadığını və MTK-ın kombi işlərini Şahid3 vermədiklərini bildirmişdir. Daha sonra kombilərin həmin tikintiyə verildiyini və bunun müqabilində tikinti tərəfindən pul əvəzinə Cavanşirin adına 2 mənzil verildiyini öyrənmiş və Cavanşirə zəng etmişdir. Cavanşir isə kombilərin Rəşad tərəfindən verildiyini, onun yalnız vasitəçi olduğunu bildirmişdir. Cavanşir və Rəşad ona ümumilikdə 160.030 manat miqdarında ziyan vurmuşdur. İstilik avadanlıqlarını ondan Rəşad istəmişdir. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından «GEDİK ÇARÇİ» şirkətində Azərbaycan istehsalı olan qaynaq çubuqlarının alqı-satqısı ilə məşğul olur. İşlədiyi ofis ünvan 1 ünvanda yerləşir. 2019-cu ilin iyun ayında istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş və zəng edən şəxs özünü Şahid3 olaraq təqdim etməklə tikinti sahəsində çalışdığını və ondan topdan satış qiymətinə qaynaq çubuqları almaqla idarə, müəssisə və təşkilatlara qaynaq çubuqları satmaq istədiyini, özünün yuxarı dairəli şəxslər ilə əlaqəsi olmasına görə həmin idarə və təşkilatlar tərəfindən qeyd edilən işlərin ona həvalə olunmasını, hətta Lökbatan qəsəbəsində Gəmiqayırma tərsanəsi ilə işlədiyini bildirmişdir. O da Rəşada üzbəüz söhbət etməyi təklif edib ofisin Bakı şəhəri, Keşlə qəsəbəsi Məktəbli küçəsində yerləşdiyini bildirmişdir. Həmin gün tanımadığı, yalnız adını bildiyi Şahid3 işçisi olduğunu bildirdiyi Nəsimi adlı şəxslə ofisinə gəlmişdir. Şahid3 Nəsimi adlı şəxsi ona Elşən olaraq təqdim etmişdir. O, qaynaq çubuqlarının bir qutusunun 8 manat 60 qəpik olduğunu bildirmiş və həmin gün, 2019-cu ilin iyun ayının 18-də Rəşad ondan 13.000 manat dəyərində qaynaq çubuğu alıb dərhal həmin pulun 10.000 manatını ofisdə ona ödəmişdir. Qalan pulu isə səhər tezdən ödəyəcəyini bildirmişdir. O razılaşmış və 13.000 manat dəyərində qaynaq çubuqlarını yük daşıma xidmətini həyata keçirən Elgün adlı tanışının avtomobilinə yükləmişdir. Elgün malı boşaldıb gəldikdən sonra həmin malı Binəqədi qəsəbəsində Daş bazarının yanında olan «Qardaşlar» marketin arxasına boşaltdığını demişdir. Rəşad həmin vaxt qeyd etdiyi ərazinin anbar olaraq tərəfindən icarə əsasında götürüldüyünü bildirmişdir. Nəsimi həmin vaxt ona hər hansı vəd verməmiş, söhbəti yalnız Şahid3 aparmışdır. Səhərsi Rəşad borclu olduğu 3.000 manatı tanımadığı yük taksisi ilə ona göndərib əlavə olaraq 15.000 manat dəyərində qaynaq çubuqları verməyini istəmiş, bir həftə müddətində həmin pulu tam olaraq ödəyəcəyini bildirmişdir. O, Rəşada artıq bir dəfə ondan mal alıb sözünə əməl etdiyinə görə inanıb həmin miqdarda qaynaq çubuqlarını verməyə razılaşmış və malı Şahid3 göndərmiş olduğu yük taksisi aparmışdır. O həmçinin yük avtomobilləri ilə Azərbaycanın bütün bölgələrinə və Bakı şəhərinə qaynaq çubuqlarının topdan satışı ilə məşğul olmuşdur. Təxminən 26 iyun 2019cu il tarixdə Yevlax rayonunda olan zaman Rəşad istifadəsində olan mobil nömrəyə zəng edərək Bərdə rayonunda olduğunu bildirib 10.500 manat dəyərində qaynaq çubuqları sifariş etmiş, həmin malı gətirib Bərdədə təhvil verməyini istəmişdir. Həmin gün Bərdə rayonuna sürücü Elgün ilə birlikdə getdikdə orada onları Şahid3 və adını Orxan kimi təqdim etdiyi, sonradan bibisi oğlu Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs qarşılamışdır. Həmin vaxt Şahid3 Cavanşirin Bərdə rayonu tikinti materialları mağazalarını qaynaq çubuqları ilə təmin etdiyini və ona görə həmin 10.500 manat dəyərində olan malı Cavanşirə verməsini bildirmişdir. O da Şahid3 həmin şəxsi tanımadığını və ona mal verməyinin mümkün olmayacağını bildirən zaman Cavanşir ortada Şahid3 olduğunu və sifariş etdiyi 10.500 manat dəyərində olan malın 6.000 manatını dərhal ödəyəcəyini, ən geci 3 gün müddətində pulu tam olaraq verəcəyini demişdir. Rəşadın ortada olmasına, ödənişin yarıdan artıq hissəsini dərhal ödəməsinə görə həmin malı Cavanşirə vermiş və Bakı şəhərinə qayıtmışdır. Həmin 3 gün ərzində Cavanşir Rəşadla onun Keşlədə olan ofisinə gəlib 4500 manat ödəmişdir. Cavanşir həmin ödənişi edən gün, yəni 29 iyun 2019-cu il tarixdə ondan 13.660 manat dəyərində qaynaq çubuqları istəmişdir. Cavanşir həmin qaynaq çubuqlarını Bərdə rayonunda tikinti materialları mağazalarına paylamaqla bir həftə müddətində pulu tam olaraq qaytaracağını demişdir. Bundan sonra həmin gün Şahid3 iştirakı ilə 13.660 manat dəyərində malı Cavanişirə vermişdir. 2019-cu ilin iyul ayının ilk yarısında Şahid3 ofisinə gəlib 24.500 manat dəyərində təcili qaynaq çubuqları lazım olduğunu və pulun 4.500 manatı nağd olaraq dərhal ödəyəcəyini, həmin miqdarda qaynaq çubuqlarını aparıb təhvil verməklə ilkin olaraq ona olan borcu 15.000 manatı və yerdə qalan 20.000 manatı səhər Lökbatanda saat 9 radələrində görüşüb verəcəyin bildirmişdir. O, yenə Rəşada inanıb razılıq verdikdən sonra Rəşad yük avtomobilini ofisinə göndərmişdir. Səhərsi Şahid3 zəng etmiş, lakin Rəşada zəng çatmamışdır. Bundan sonra Cavanşir və Nəsimiyə zəng etmiş, onlar isə Rəşadın Rusiyaya getdiyini bildirmişlər. O, Cavanşirdən pulunu tələb etdikdə Cavanşir Şahid3 ona çatdırması üçün 13.600 manat verdiyini bildirmişdir. Daha sonra Rəşad Rusiyadan onunla telefon əlaqəsi saxlayıb həmin 13.600 manatın özündə olmasını və 1 ay müddətində qayıdıb pulunu ödəyəcəyini demişdir. O, Şahid3 digər qaynaq çubuğu aldığı Şahin Hacıyevlə əlaqə saxladıqda Şahin Rəşadın xaricə getməsindən 1 gün əvvəl ondan da 19.400 manat dəyərində «Azelektrot» markalı qaynaq çubuğu alıb səhər pulunu tam olaraq qaytaracağı adı ilə aldatdığını bildirmişdir. Bundan sonra Şahinlə o, yük avtomobilinin sürücüsü İlhamı tapmış və İlham bildirmişdir ki, həmin malı Sədərəkdə qaynaq çubuqları və digər tikinti materiallarının topdan satışı ilə məşğul olan Mədət adlı şəxsə satmışdır. 1 aydan sonra Rəşad ona və Şahinə 1.000 manat pul vermişdir. Həmin vaxt Cavanşir onunla yaxınlıq edib Rəşad yalan danışsa belə özünün həqiqəti deyəcəyini, düz insan olduğunu bildirmiş və ondan sentyabr ayında ilk öncə 1.000 manat, daha sonra 2.000 manat mal alıb dərhal pulunu ödəmişdir. Sentyabr ayının sonunda ondan 14.282 manat dəyərində qaynaq çubuğu alıb bir həftə müddətində pulunu qaytaracağını bildirsə də, sözünə əməl etməyib bəhanələr gətirmişdir. Beləliklə, Rəşad və Cavanşir əlbir olub onu aldatmış, Rəşad 13.600 manat, Cavanşir isə 14.282 manat pulunu dələduzluqla ələ keçirmişdir. Rəşad və Cavanşir ona ümumilikdə 27.882 manat dəyərində ziyan vurmuşlar. O verdiyi mallara görə heç bir sənəd tələb etməmişdir. Həmin qaynaq çubuqları «GEDİK ÇARÇİ» şirkətinə məxsus olmuş və o yalnız həmin çubuqların satışı işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl zavodda işləmiş, son zamanlar isə parniklər üçün istifadə olunan sellofanların satışı ilə məşğul olmuşdur. Həmin sellefonlar Sumqayıt şəhərində zavodda hazırlanan sellefonları ucuz qiymətə almaqla öz tanışlarına və müxtəlif ticarət mərkəzlərinə getməklə üzərinə kiçik məbləğ qoyub topdan satışını təşkil etmişdir. 2020-ci ilin yanvar və ya fevral ayında Cavanşir adlı şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək özünün tikintidə işlədiyini, tikintidə istifadə olunması üçün ona sellefonlar lazım olduğunu və nömrəsini tikinti materiallarının satışı ilə məşğul olan Zakirdən aldığını, özünün işlədiyi bir neçə məhşur şirkətin adını çəkib təxminən 3 ton sellefon lazım olmasını bildirmişdir. O isə Cavanşirə səhhəti ilə əlaqədar olaraq görüşüb üzbəüz söhbət edə bilməyəcəyini deyərək oğlu Fuad Tağıyevi göndərmiş və Cavanşirin istifadəsində olan mobil nömrəni oğluna vermişdir. Görüşdən sonra oğlu ona Cavanşirin 1,5 ton, yəni 3.500 manat dəyərində sellofan istədiyini dedikdə ona həmin dəyərdə olan sellofanı aparıb verməsini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında oğlu Fuad 1,5 ton 3.500 manat dəyərində sellofanı aparıb Cavanşirlə görüşmüş, Cavanşir isə 7 gündən sonra pulun köçürüləcəyini və gətirib pulu verəcəyini bildirmişdir. 7 gündən sonra Cavanşir onunla əlaqə saxlayaraq pulun hələ köçürülmədiyini və şəxsi hesabından 500 manat verməklə ona əlavə olaraq 1,7 ton, yəni 4.200 manat dəyərində sellefon verməyini istəyib 7 gün müddətində hər iki sellofana görə ödənişləri bağlayacağını bildirmişdir. 4.200 manat dəyərində olan malı Cavanşirə verməsi üçün oğlu Fuad Tağıyevi göndərmiş və Cavanşir oğluna 7 gün müddətində 7.200 manat pulu tam olaraq verəcəyini bildirmişdir. Müddət bitmiş, lakin Cavanşirin telefon nömrəsinə zəng çatmamışdır. Zakirlə əlaqə saxlayan zaman Zakir ona Cavanşirin onu da aldadıb 20.000 manatdan yuxarı tikinti materialını sataraq pulunu qaytarmaq adı ilə ələ keçirdiyini bildirmişdir. Bundan sonra Cavanşirin barəsində ərizə ilə Binəqədi RPİ-nə müraciət etmişdir. 2020-ci ilin mart aynın əvvəllərində Cavanşir onunla əlaqə saxlayıb 16.03.2020-ci il tarixdə 7.200 manatı onlara qaytaracağına dair əlyazma yazmış və o həmin əlyazmanı Binəqədi RPİ-nə araşdırma materiallarına əlavə olunması üçün təqdim etmişdir. Cavanşirin ondan aldığı sellofanı kimə satdığını bilmir. Cavanşirdən malin pulunu istədiyi zaman hər dəfə bir bəhanələr gətirmişdir. Cavanşirin əvvəllər məhkum olunduğunu bilməmişdir. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 8-ci km bazarında işləyən zaman tanımış və Cavanşirin işlədiyi mağazaya boya məhsulları vermişdir. Onun Cavanşirlə münasibəti yaxşı olmuşdur. 2012-ci il tarixdən Bakı şəhəri «Ramal» ticarət mərkəzinin yaxınlığındakı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində tikinti materillarının satışı ilə məşğul olmağa başlamışdır. 2012-ci il tarixdə Cavanşir ona dayısına aid işlədiyi firmadan çıxdığını demişdir. Həmin söhbətdən sonra 8 il Cavanşiri görməmiş, yalnız telefonla əlaqə saxlamışdır. 2020cu ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəlmiş və onlar görüşüb hal-əhval tutmuşlar. Cavanşir ona Sumqayıt şəhərində tikinti işləri götürməsini, Ağalar müəllim adlı yuxarı dairəli şəxsin tikintisində tender yolu ilə işlər götürməsini, təmir işləri aparmasını, həmin tikinti işlərinin aparılması üçün özünün biriqadaları olmasını, bacanağının həmin tikintidə işləməsini və onun vasitəsi ilə həmin tikintiyə getməsini bildirmişdir. Onun Təqsirləndirilən şəxs dayılarını və qohumlarını tanıdığına, bir-birlərinin xeyir-şər mərasimində iştirak etdiklərinə görə inamı olmuşdur. Təqsirləndirilən şəxs ondan mağazada olan tikinti materiallarının qiymətini maraqlanmış, tikinti sahəsində olan rəhbər şəxslərlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Cavanşir 10 yanvar 2020-ci il tarixdə 5.850 manat dəyərində, 16 yanvar 2020-ci il tarixdə 7.300 manat və 23 yanvar 2020-ci il tarixdə 13.350 manat dəyərində olan tikinti materialları sifariş etmişdir. Təqsirləndirilən şəxs zəng edərək qardaşı Babək və fəhlə kimi yanlarında işləyən Mehdi adlı şəxsin gəlib malı aparacaqlarını bildirmiş və sonuncular birlikdə mağazasına gəlmişdir. Həmin vaxt yanında yan mağazada işləyən Vüqar adlı şəxsdə olmuşdur. Cavanşirin ona dediyi 5.850 manat dəyərində tikinti materiallarını Babəkə vermiş və onlar həmin malları avtomobilə yükləmişlər. Babəklə həmin malın verilməsi ilə bağlı hər hansı söhbət aparılmamışdır. Onunla malın verilməsi və pulun 1 ay müddətində ödənəcəyinə dair söhbəti Cavanşir özü aparmışdır. 2-ci dəfə Mehdi qazel sürücüsü ilə mağazasına gəlib 7.300 manat dəyərində malı həmin qazelə yükləmişdir. Cavanşir ona hər dəfə narahat olmamağını, onların köhnə tanışlar olduqlarını bildirməklə malın pulunun 1 ay müddətində ödəyəcəyini bildirmişdir. 3-cü dəfə Cavanşirin zəngindən sonra Mehdi yenə həmin qazel markalı avtomobillə onun mağazasına gəlib 13.350 manat dəyərində tikinti materiallarını qazelə yükləmişdir. Artıq 1 ay keçdiyindən Cavanşirə zəng edib pulu tələb edən zaman Cavanşir seçkidən sonra pulunu verəcəyini, ondan aldığı malın dəyəri olan 26.500 manatı tam olaraq ödəyəcəyini, işlədiyi tikintidə hələ təmir işlərinin davam etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onunla görüşdən yayınmağa başlamış, telefonlara cavab verməmiş və hər dəfə bir bəhanə gətirib sonda isə istifadəsində olan mobil nömrəni dəyişmişdir. Bununla da Cavanşir onun etibarından sui-istifadə edərək ona 26.500 manat dəyərində ziyan vurmuşdur. Cavanşirin əvvəllər məhkum olunduğunu bilməmişdir. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2009-cu il tarixdə Dərnəgül qəsəbəsində tanımış və həmin vaxt əmisi Rövşənə aid olan mağazalarda satıcı olaraq işləmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 onun işlədiyi mağazaya boya aksesuarları olan rolik, kist, əlcək, və.s avadanlıqlar vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs1la münasibəti yaranmışdır. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1la əlaqəsi kəsilmiş, hətta onun istifadəsində olan mobil nömrəni belə bilməmişdir. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 Dərnəgül bazarında olan «Mərcan» kafesinin yaxınlığında görəndə tanımış, yaxınlaşıb hal-əhval tutan zaman Əjdər ona “1001 Xırdavat” mağazası işlətməklə yanaşı Bakı şəhərində istilik sistemləri radiatorlar, o cümlədən onun aksesuarlarının satışı ilə məşğul olduğunu demişdir. X14 "xxxx" rəhbəri ilə yaxın münasibəti olmuşdur. Əmisinin mağazasından həmin tikintiyə boya, emusya, divar kağızları və.s tikinti materialları verilmişdir. Əmisi ilə birlikdə həmin tikintiyə gedən zaman tikinti rəhbəri, o cümlədən Məhəmməd və atası ilə münasibəti yaranmışdır. Həmin MTK-ya aid olan işləri müqavilə ilə rəsmiləşdirmə aparmadan görmüşlər. "xxxx" MTK tərəfindən inşa olunmuş Yasamal, 9-cu mikrorayon və s. ünvanlarda yerləşən yeni tikililərdə su və nəmə qarşı izolyasiya işləri görmüşdür. O, tikintidə olan izolyasiya işlərini İsfəndiyar, qardaşı və onun oğlu ilə danışmışdır. Əsas söhbətləri onunla İsfəndiyar aparmış, yekunda olan bütün pul söhbətlərini isə əmisi ilə İsfəndiyar danışmışdır. Beləliklə, onun "xxxx"la münasibəti yaranmışdır. Heç vaxt həmin tikintilərin rəsmi olaraq işçisi olmamışdır. Təqsirləndirilən şəxs və X9 onun bibisi oğullarıdır. Onlar da pərakəndə olaraq tikinti materiallarının alğı-satqı işləri ilə məşğul olmuşlar. Onların hər biri müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşlar. Onun isə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi istintaq olunmaqla Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin nəticəsi olaraq barəsində bəraət hökmü çıxarılmışdır. Bəraət hökmü çıxarılan iş üzrə o, yenə Dərnəgül bazarından əldə etmiş olduğu taxtaları "xxxx"a aparıb satmış və həmin iş üzrə "xxxx"da ciddi problemlər yarandığından ona tikintilərinə getməyi qadağan etmişlər. Ona görə də o həmin şirkətin hər hansı rəhbər və icraçı şəxsləri ilə əlaqə yarada biləmişdir. O, Zərərçəkmiş şəxs1la görüşən zaman "xxxx" MMC-in direktoru İsfdənyar Axundovun yanında prarav olaraq fəaliyyət göstərdiyini və binaların təmir işləri ilə məşğul olduğunu, özünün birqadaları olmasını və onların təmir izolyasiya işlərini apardığını, həmçinin özünün yük avtomobillərinin olmasını və həmin avtomobillərlə daşıma xidməti həyata keçirdiyini bildirmişdir. Əjdərlə görüş zamanı yanında bibisi oğlu Nəsimi də olmuşdur. Nəsiminin onun yük avtomobillərini sürdüyünü bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 «Şərur İnşaatın» bütün binalarının istilik izolyasiya işlərini təmin etdiyini bildirib Əjdərdə hansı kombi, radiatorlar olduğunu soruşmuş və kombilərin iş prinsipi və bazar qiymətləri ilə maraqlanmışdır. Əjdər ona kombilərin iş prinsipləri barədə məlumat verməklə özünün həmin kombilərin satışını təşkil etdiyini bildirmişdir. Hətta Əjdərdən tikintidə olan 1,2,3,4, otaqlı mənzillərə hansı kombilərin uyğun olduğunu maraqlanan zaman Əjdər kombilərin «Novahot» və «Rossi» markalı 24, 25, 28, 32-lik Çin istehsallı kombilər olmasını, otaqların kvadratı ilə həmin kombilərin alınıb quraşdırılmasının məqsədə müvafiq olmasını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 Nəsiminin iştirakı ilə işlədiyi "xxxx" MMC-ə həmin kombilərdən lazım olan zaman müraciət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 etiraz etməyib istifadəsində olan ***-***- **-** mobil nömrəsini ona vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində istifadəsində olan ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib hansı kombiləri məsləhət gördüyünü soruşmuş, Əjdər isə «Rossi» firmasına aid kombilərin qiymətlərinin daha münasib olmasını bildirəndə həmin markada olan 2 ədəd 32lik kombini ona verməsini istəmişdir. Əjdərə həmin kombiləri tikinti müdiriyyətinə göstərəcəyini və onlar razılıq verərsə kombilərdən sifariş edəcəyini demişdir. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 zəng edib həmin kombilərdən 2 ədədini gəlib haradan götürəcəyini soruşduqda Əjdər hazırda Dərnəgüldə olduğunu, «Elit» ticarət mərkəzinin yaxınlığına gəlməyini bildirmişdir. O da həmin ünvana Nəsimin idarə etdiyi **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Əjdərə bildirmişdir ki, əgər müdiriyyəti həmin kombilər qane etsə onda bütün tikintiləri üçün kombi radiator və onun aksesuarlarını ondan alacaqlar. Həmin kombiləri o heç kimə göstərməmiş, faktiki olaraq niyyəti aldatmaq olmuş və kombiləri Əjdərdən götürməkdə məqsədi Əjdəri həqiqətən həmin kombiləri müdiriyyətə göstərməyi barədə dediyi sözlərə inandırmaq olmuşdur. O, kombiləri həmin vaxt Cavanşirə göstərməmiş və avtomobilində gəzdirmişdir ki, bir gün sonra kombiləri müdiriyyət tərəfindən bəyənilməsi adı ilə Əjdəri aldadıb əlavə kombilər alsın. Nəsimi isə həmin vaxt hər hansı söhbətə müdaxilə etməmişdir. O, 2 ədəd kombini götürüb avtomobilinə qoyaraq Əjdərə səhər ona məlumat verəcəyini, həmçinin "xxxx" MMC-in Yasamal rayonunda inşa olunmuş binasının kombiləşməsi üçün ona kombilər lazım olacağını bildirmişdir. Səhərsi Əjdərə zəng edib "xxxx" MMC-in rəhbəri İsəfəndiyar Axundovun həmin kombiləri və dəyərini bəyəndiyini deyib Yasamalda həmin MMC tərəfindən inşa olunmuş binanın 361 ədəd mənzilinin sayına uyğun olaraq kombi radiator və onun aksesuarlarını verməsini istədikdə Əjdər həmin sayda kombiləri olmadığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la görüş təyin edib Biləcəridə olan «Çətir» restoranına getmiş, görüş zamanı yanında Nəsimi və onun qardaşı Cavanşir də olmuşdur. O, X2rdaşı olaraq təqdim etmişdir. Əjdərdən ilkin işlərin başlanması üçün heç olmasa 42 ədəd kombi verməsini istəyib 1 ay müddətində həmin əşyaların dəyərini tam olaraq verəcəyini bildirmişdir. Nəsimi onun niyyətini bilməsə də, Cavanşir görüşdə niyyətini tam olaraq anlamışdır. Onu tikintidə tanıdıqlarına görə həmin kombiləri Cavanşir tikintiyə aparıb göstərmişdir. Əjdər onun sözlərinə inanaraq razılıq vermişdir. İlk olaraq Əjdərdən 42 ədəd hər birinin dəyəri 740 manat olan cəmi 16 ədəd 32-lik, 1 ədədinin dəyəri 700 manat olan cəmi 18 ədəd 28-lik kombi, 1 ədədinin dəyəri 680 manat olan cəmi 8 ədəd 24-lük kombini verməsini istəmişdir. Əjdər həmin kombilərin yük avtomobili ilə hansı ünvana aparılmalı olduğunu soruşduqda «Elit» ticarət mərkəzinin yanında olan 2 mərtəbəli çay evinin yanına gətirməsini və özünün yük avtomobili ilə aparacağını bildirmişdir. Əjdər isə ona artıq xərc etməməyini, yüklədiyi avtomobili hansı ünvana deyirsə ora apara biləcəyini demişdir. Onun birmənalı olaraq imtina etməkdə məqsədi Əjdərin kombiləri apardığı ünvanı bilməməsi və sonrakı əməllərini də rahat həyata keçirmək olmuşdur. Tanımadığı yük avtomobilinin sürücüsü malı götürüb Binəqədi daş bazarının yanında icarə götürdüyü yerə gətirmişdir. Həmin yeri Rasim adlı şəxsə vermişdir. Əjdərə 1 ay müddətində, ən geci Novruz bayramı ərəfəsində pulunu tam olaraq bağlayacağını bildirmişdir. İlk dəfə götürdüyü malın dəyəri 19.360 manat olmuşdur. İlk dəfə kombilərin ona verilməsindən 2 gün sonra yenə Əjdərə zəng edib "xxxx" MMC-in rəhbərliyinin ona 361 ədəd mənzilin kombi radiator və izolyasiya işlərini verdiyini demiş, Əjdər isə dediyi sayda deyil, yalnız hər birinin dəyəri 680 manat olan 50 ədəd 24-lük «Rossi» markalı kombilər 300 qutu 3.000 manat dəyərində 30000 seksiyalı radiatorlar, bir ədədinin dəyəri 30 manat olana cəmi 3.000 manat dəyərində 100 ədəd kombistablizator, 1 ədədinin dəyərin 14 manat olan cəmi 1.400 manat dəyərində 100 ədəd qaz tənzimləyici, 160 metirlik 30 ədəd tongit ipi 14 manat dəyərində cəmi 420 manat, 1 ədədinin dəyəri 1 manat olan cəmi 150 manat dəyərində 150 ədəd kombi keçidi və bir ədədinin dəyəri 5 manat olan cəmi 750 manat dəyərində 150 ədəd qaz şlankı və bir ədədinin dəyəri 3 manat olan cəmi 450 manat dəyərində 150 ədəd qaz vintilini verməyə razı olmuşdur. Əjdərə həmin əşyaları 8-ci mikrorayonda yerləşən “Çənlibel” restoranın yaxınlığında ona çatdırmasını bildirmişdir. Əjdər birmənalı olaraq razılıq verməyib “Çənlibel”in yanında hər hansı fəhlə olmayacağını və buna görə malın tikintiyə özünün dediyi yük avtomobili ilə getməsini istəmişdir ki, malın "xxxx" MMC-yə gedibgetməməsinə əmin olsun. O, telefonda Əjdərlə razılaşıb həmin ünvanda onu Təqsirləndirilən şəxs qarşılayacağını bildirmişdir. Əjdər “Çənlibel” restoranın yanına malı qeyd edilən sayda çatdırdıqda o, Əjdərə zəng edib malı Cavanşirə təhvil verməsini və Cavanşirin də malı sayıb qəbul etməsini bildirmişdir. Bundan sonra sonuncu dəfə Əjdəri aldadıb almış olduğu kombiləri Cavanşir "xxxx" MMC-yə satmışdır. "xxxx" MMC-in rəhbərliyi ilə əlaqələri olduğundan tikinti rəhbərlərindən olan İsfəndiyarın qardaşı oğlu Məhəmmədin və iş icraçısı olan Kənanın mobil nömrələri onda olmuşdur. O həmçinin Cavanşirə Məhəmməd və Kənanın istifadəsində olan mobil nömrələri verib həmin MMC ilə necə danışmalı olmasını və kombiləri hansı qiymətə qədər düşürə biləcəyini bildirmişdir. Cavanşir onun sözü ilə həmin MMC rəhbərliyinə müraciət edib Məhəmməd və Kənan ilə danışdıqda onlar həmin miqdarda və dəyərdə olan kombilərin müqabilində verməyə pulları olmadığını, yalnız kombilərin müqabilində 90.000 və 80.000 manat dəyərində 2 ədəd ev və az miqdarda üzərində pul verə biləcəkləri ilə bağlı razılaşmışlar. Cavanşirə kombilər müqabilində MMC tərəfindən təklif olunan evlər Xətai rayonu, Telnov küçəsində yerləşmişdir.O, həmçinin 2-ci dəfə xərci çıxmasın deyə Cavanşirə bildirmişdir ki, evləri onların adına deyil, MMC tərəfindən onların deyəcəyi adamların adına sənədləşdirilsin. Faktiki olaraq məqsədi adlarının MMC-də iz saxlamaması olmuşdur. Daha sonra o həmin MTK-ya gedib mənzillə tanış olmuş və mənzilləri satmaq üçün MTK nəzarətçiləri ilə yanaşı daha bir neçə şəxsə müraciət etsə də, onları sata bilməmiş və Cavanşirə bildirmişdir ki, həmin mənzilləri MTK-ın özünə təklif etsin. MTK həmin mənzillərə görə onlara ayrıayrılıqda 51 və 52.000 manat pul təklif etmişdir. Cavanşirə həmin məbləğə razılıq verməsini bildirmiş və evlərə görə olan ödənişlərdən Cavanşirə də pul vermişdir. Cavanşir qeyd edilən epizodda onun əməlindən xəbərdar olmuş və işləri Cavanşir icra etmişdir. Nəsiminin isə həmin əməllərdən xəbəri olmamış, işlərinə qarışmamışdır. Novruz bayramı bitmiş, lakin o, Əjdərə hər hansı miqarda pul verməmişdir. Bayramdan sonra təxminən 25 və ya 26 mart 2019-cu il tarixdə Əjdərlə zəngləşib «Elit» ticarət mərəkəzinin içərisində olan kafedə görüş təyin etmişdir. Əjdərlə bir masa ətrafında söhbət edib keçmişdə aldığı malın dəyəri olan 89.530 manatın yalnız 24.500 manatını vermişdir. Bir daha Əjdəri pulunu 1 ay müddətində bağlayacağına arxayın etmişdir. Əjdər ona ilkin olaraq götürdüyü malın pulunu bağladığı təqdirdə yenə kombi verəcəyini demişdir. Bundan sonra Əjdərlə 31 mart 2019-cu il tarixdə “Nərimanov” metrostansiyasının çıxışında olan “Metropark” ticarət mərkəzinin qarşısında qohumu Nəsimi vasitəsilə Əjdərə 30.000 manat pul vermişdir. Təkrar olaraq Əjdərdən mal istədikdə Əjdər yenə pulun 35.030 manatının bağlanmalı olduğunu bildirmişdir. Daha sonra tikinti rəhbəri ona qaz tənzimləyici və stablizatorun lazım olmadığını bildirmiş, o da Əjdərdən 2-ci dəfə aldığı malın içərisində olan 1 ədədinin dəyəri 14 manat olan 1.400 manat dəyərində 100 ədəd qaz tənzimləyici, 1 ədədinin dəyəri 390 manat olan cəmi 3.000 manat dəyərində 100 ədəd kombi stablizatoru, yəni ümumilikdə 4.400 manat dəyərində malı Əjdərə taksi ilə qaytarmış və beləliklə, onun Əjdərə 30.630 manat borcu qalmışdır. O, Əjdərdən 200 ədəd hər birin dəyəri 600 manat olan cəmi 120.000 manat dəyərində «Caster» markalı kombilər, 600 qutu, yəni 6000 seksialı 1 seksiyanın dəyəri 8 manat olan cəmi 48.000 manat dəyərində radiatorlar, 1 ədədin dəyəri 3 manat olan cəmi 1.800 manat dəyərində 600 ədəd bağlantı, 1 ədədinin dəyəri 4 manat olan cəmi 4.800 manat dəyərində radiator vintili, 1 ədədinin dəyəri 5 manat olan cəmi 1.000 manat dəyərində 200 ədəd qaz şlankı, 1 ədədinin dəyəri 3 manat olan cəmi 600 manat dəyərində 200 ədəd qaz vintili, 1 ədədinin dəyəri 1 manat olan cəmi 200 manat dəyərində 200 ədəd kombi qaz keçidi, ümumilikdə 176.400 manatlıq mal istəmişdir. Əjdər isə ona pulu bağlamadığı təqdirdə bunun mümkün olmadığını demişdir. O isə Əjdərə 3-4 gün müddətində ilkin götürmüş olduğu malın pulunu tam olaraq ödəyəcəyini bildirmişdir. 8 aprel 2019-cu il tarixdə M.Rəsulzadə qəsəbəsində Zərərçəkmiş şəxs1la görüşmüş, həmin ünvana idarə etdiyi “Volksvagen Toureg” markalı **-SJ-*** dövlət qediyyat nişanlı avtombili ilə getmişdir. Əjdərə görüşdə 13.000 manat, 14 aprel 2019-cu il tarixdə 10.000 manat vermiş, 22 aprel 2019-cu il tarixdə isə Nəsimi vasitəsilə 10.000 manat göndərməklə 2 dəfə almış olduğu malın pulunu tam olaraq bağlamışdır və beləliklə, Əjdərə 2.370 manat borcu qalmışdır. Buna görə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona 1 ədədinin dəyəri 600 manat olan 4 ədəd 2.400 manat dəyərində «Caster» markalı kombilər versin. Əjdər də ona razılıq vermiş və həmin 4 ədəd kombini taksi ilə ona göndərmişdir. Əjdərdən ilkin 2 dəfəyə götürdüyü malın dəyəri olan 89.530 manatı tam şəkildə ödəmişdir. Həmçinin digər aldatmış olduğu şəxslərin pulunu da Əjdərdən almış olduğu malın puluna yönəltmişdir ki, Əjdərin pulunu tam olaraq bağlamaqla özünə inam yaradıb 176.400 manat dəyərində mal alsın. Lakin onun bu dəfə Əjdərin pulunu bağlamaq fikri olmamış, məqsədi malı satıb pulunu vermək adı ilə aldatmaq olmuşdur. Əjdər 176.400 manat dəyərində malı ona verəcəyini bildirmişdir. Əjdərə dediyi malları Dərnəgül şossesi «Çinar Plaza»nın həyətində olan mağazadan yüklətmişdir. Əjdər onu aldadacağına hər hansı ehtimal verməmiş və o da müddət dolandan sonra Əjdərin pulunu ödəməmişdir. Həmin malı Cavanşir aparıb "xxxx" MMC-yə vermiş, "xxxx" MMC tərəfindən isə Cavanşirə həmin mal dəyərindən aşağı qiymətə 2-3 gün müddətində qeyrirəsmi olaraq ev verilmişdir. Daha sonra isə həmin evin dəyərindən aşağı qiymətə satılması ilə "xxxx" 2 dəfə pul qazanmışdır və Cavanşirin adına hər hansı mənzil rəsmiləşdirilməmişdir. O, Əjdərə 2.370 manat, 3.000 manat, 8000 manatı isə məftil mismar olaraq göndərmişdir. Zərərçəkmiş şəxs1 160.030 manat dəyərində malını satıb pulunu vermək adı ilə ələ keçirmişdir. Əjdərdən birinci dəfə aldığı kombi və aksesuarlarının pulunun hamsını ödəmişdir. Zərərçəkmiş şəxs2 «Gedik Çarçı» şirkətində qaynaq çubuqlarının alğısatqısı ilə məşğul olmuşdur. 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs2 ***-***-**-** və ***- ***-**-** nömrələrinə zəng edib adının Şahid3 olduğunu və tikinti sahəsində çalışdığını bildirmişdir. Topdan satış qiymətinə qaynaq çubuqları almaqla idarə, müəsissə, təşkilatlara qaynaq çubuqları satdığını və yuxarı dairəli şəxslərlə əlaqəsi olduğunu, hətta Lökbatan qəsəbəsində Gəmiqayırma tərsanəsində işlədiyini demişdir. Zərərçəkmiş şəxs2lə görüşüb üzbəüz söhbət etmək istədikdə Elnur ofisinin Bakı şəhəri, Keşlə qəsəbəsi, Məktəbli küçəsində olduğunu bildirmişdir. Nəsimi ilə həmin ünvana getmiş və Zərərçəkmiş şəxs2 ilk dəfə orada görmüşdür. Gələcəkdə əməllərindən əziyyət çəkməsin deyə X10raq təqdim etmişdir. Elnur qaynaq çubuqlarının bir qutusunun 8 manat 60 qəpik olduğunu bildirmiş və Elnurdan ilk dəfə həmin gün təxminən 18 iyun 2019-cu il tarixdə 13.000 manat dəyərində qaynaq çubuqları alıb pulun 10.000 manatını ofisdə ödəmiş, yerdə qalan pulu isə səhər tezdən ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. Bundan sonra o, 13.000 manat dəyərində qaynaq çubuqlarını yük daşıma xidməti aparan tanışının avtomobilinə yükləyib ofisi tərk etmişdir. Həmin malları Binəqədi qəsəbəsində Daş bazarının arxasında olan “Qardaşlar” marketin arxasına boşaltmışlar. Elnura həmin yerin tərəfindən icarəyə götürüldüyünü bildirmişdir. Pulu dərhal ödəməkdə məqsədi özünə inam yaratmaq olmuşdur. Nəsimi isə həmin vaxt Zərərçəkmiş şəxs2 hər hansı vəd verməmiş, söhbəti Elunurla yalnız o aparmışdır. Səhərsi 3.000 manatı yük taksisi ilə Elunara göndərib bildirmişdir ki, əlavə olaraq 15.000 manat dəyərində qaynaq çubuqları lazım olacaq və bir həftə müddətində həmin pulu tam olaraq ödəyəcək. Elnur ona bir dəfə mal alıb sözünə əməl etdiyinə görə inanmış, buna görə də həmin miqdarda qaynaq çubuqlarının verilməsinə razılıq vermişdir. Həmin malları Sədərəkdən tanımadığı şəxs Cavanşirə vermişdir. 26 iyun 2019-cu Zərərçəkmiş şəxs2 zəng edib Bərdə rayonunda olduğunu bildirmiş və 10.500 manat dəyərində qaynaq çubuqları sifariş etmişdir. Həmin vaxt X8raq təqdim etmişdir. Cavanşir isə Elnura özünün Bərdə royonunu qaynaq çubuqları ilə təmin etməsini bildirmiş və 10.500 manatlıq qaynaq çubuqlarını Elnur Cavanşirə onun sözü ilə vermişdir. Sifariş olunmuş 10.500 manat dəyərində olan malın 6.000 manatını Elnura dərhal ödəyib ən geci 3 gün müddətində pulu tam olaraq qaytaracağını bildirmişdir. Elnur isə onu tanıdığına, ödənişin yarıdan artıq hissəsinin ödəndiyinə görə həmin malı Cavanşirə verməyə razı olmuşdur. Sonra Bakı şəhərinə qayıtdıqda Cavanşirlə o, Elnurun Keşlədə olan ofisinə getmişlər və orada Zərərçəkmiş şəxs2 4.500 manat ödəmişlər. Cavanşir həmin ödənişi edən gün, yəni 29 iyul 2019-cu il tarixdə Elnurdan 13.600 manat dəyərində qaynaq çubuqları istəyib Bərdə rayonunda həmin qaynaq çubuqlarını tikinti materialları mağazlarına paylamaqla bir həftə müddətində pulunu tam olaraq qaytaracağını demişdir. Həmin gün Elnur onun iştirakı ilə həmin dəyərdə olan malı Cavanşirə vermişdir. O, 2019-cu ilin iyul ayının ilk yarısında Elnurun ofisinə gedib ona təcili 24.500 manat dəyərində qaynaq çubuqları lazım olduğunu və pulun 4500 manatını dərhal ödəyəcəyini bildirmişdir. Elnura həmin miqdarda qaynaq çubuqlarını satmaqla ona 15.000 manat, yerdə qalan 20.000 manatı isə səhər saat 9 radələrində görüşüb verəcəyini bildirmişdir. Elnur yenə ona inanıb razılıq verdikdə o, yük avtomobilini ofisə göndərmiş və həmin dəyərdə malı avtomobilinə yüklətmişdir. Səhərsi telefonlarını söndürüb Rusiyaya getmiş, Elnur Cavanşirdən 13.600 manatı tələb etdikdə isə Rusiyadan Elnurla telefon əlaqəsinə girib vaxt qazanmaq üçün həmin pulu 1 ay müddətində verəcəyini bildirmişdir. İnam yaratmaq üçün Cavanşirin də Elunura verməli olduğu pulu öz üzərinə götürmüşdür. Sonra öyrənmişdir ki, Cavanşir Elnurdan qaynaq çubuqları götürüb satmaqla pulunu qaytarcağına dair vəd verib, sözünə əməl etməmişdir. O, Elnurun 35.000 manat, Cavanşir isə 27.642 manat dəyərində qaynaq çubuqlarını ələ keçirmişdir. Belə ki, ilk öncə özü Elnuru aldadıb onun etibarını qazanmaq üçün pul ödəmək yolu ilə mal almış, daha sonra Cavanşir ilə birlikdə Elnuru aldatmış, lakin Cavanşir sonradan özü Zərərçəkmiş şəxs2 aldadıb pulu ödəmək adı ilə qaynaq çubuqları alıb vədinə əməl etməmişdir. Əjdərdən birinci dəfə aldığı kombi və aksesuarlarının pulunun hamsını ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 fevral 2018-ci il tarixdən "xxxx" MTK-da mal təchizatçısı olaraq işləyir. Lakin MTK ilə arasında rəsmi əmək müqaviləsi bağlanmamışdır. Məhəmməd X4 olmaqla 2018-ci il tarixdən "xxxx" MTK-nın direktoru olmuş və 2019-cu il ildə həmin MTK-ın fəaliyyətinə xitam verildikdən sonra "xxxx" MMC-də mütəxəssis olaraq işləyərək televizya, internet yayımı ilə məşğul olmuşdur. Həmin MMC ünvan 11 ünvanında yerləşir. Şahid1 "xxxx" MTK ilə bir müddət hər hansı əlaqəsi olmamışdır. O, MTK-ın rəhbəri tərəfindən işə qəbul olunmuşdur. Onun MTK-ın mal təchizatçısı olaraq vəzifəsi MTK tərəfindən inşa olunan yeni tikililərin təmir və tikintisi zamanı tələb olunan tikinti materiallarının alışı ilə məşğul olmaqdır. Mal təchizatçısı kimi ona tikinti aparılan binaların briqadirləri tərəfindən tələb olunan tikinti mallarına dair siyahı təqdim olunur, o həmin siyahı əsasında malları sifariş edir və alışı ilə məşğul olur. Bundan sonra malı satan şəxs göndərmiş olduğu malın qaiməsini onların Binəqədi rayonu S.S.Axundov küçəsində olan ofisinə gəlməklə təqdim edir. Bu barədə tərəfindən xəzinədara məlumat verilir. Hüquqi şəxslərdən mal alması isə şirkət rəhbəri tərəfindən bağlanmış müqavilələr əsasında həyata keçirilir. Sifariş olunmuş mala dair ödənişlər isə bank köçürmələri ilə şirkətin mühasibi tərəfindən həyata keçirilir. Şahid3 əmisi Rövşən Məmmədov vasitəsi ilə tanımış, Rövşən Məmmədov təxminən 2000-ci il tarixdən «Şərur İnşaat” şirkəti ilə işləmiş, onun Rövşənlə tanışlığı isə 2016-ci ildə olmuşdur. O həmin ərəfədə şirkətdə operator işləmişdir. Həmin şəxsin onunla münasibəti olmasa da, "xxxx" MMC-in rəhbər şəxsləri ilə işgüzar münasibətləri olmuş və MMC tərəfindən tikilmiş tikintilərdə boya, izolyasiya işləri görmüşdür. Rövşən Məmmədov şirkətə qardaşı oğlu kimi təqdim etdiyi Şahid3 gətirib artıq işlərinə Rəşad tərəfindən köməklik olunacağını, onun yerinə tikintiyə gəlməklə sifarişləri qəbul edib tikinti üçün zəruri olan təmir avadanlıqları ilə təmin edəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Şahid3 mütəmadi olaraq tikintiyə gələrək tikinti təmir materiallarını qaimə faktura əsasında anbardara təhvil vermiş və həmin qaimə fakturanın bir surəti MTK-ya, digər bir surəti isə Rəşada verilmişdir. Hesablaşma nağd olaraq həyata keçirilmişdir. Şahid3la 2018-ci il tarixə kimi işlədiyi dövrdə aralarında hər hansı narazılıq olmamışdır. 2018-ci il tarixdə Şahid3 tərəfindən onların Xətai rayonu, Telnov küçəsində olan tikintisinə taxta materialları verilmiş və həmin məhsulları bazar qiymətinə uyğun olaraq almaqla pulu ödəmişlər. Sonradan Şahid3 həmin taxta materiallarını dələduzluq yolu ilə ələ keçirib şirkətə satdığı məlum olmuş, buna görə də həmin vaxtdan etibarən şirkət Şahid3la hər hansı iş görməmişdir. Bundan sonra Şahid3 bir neçə dəfə şirkətə mal satmaq üçün cəhd etsə də, hər dəfə yox cavabı almışdır. 2019-cu il tarixdə Məhəmmədə tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs zəng etməklə xaricdən kombi radiator və onların quraşdırılması üçün tələb olunan aksesuarlar gətirdiyini, həmin malların gömrükdə qaldığını və malları topdan satış qiymətindən bir qədər ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin malları 2 dəfə onların Yasamalda yerləşən tikintilərinə gətirmişdir. Sonrakı mal isə təxminən 80.000 manat civarında olmuşdur. Həmin şəxs ofisə gəlib kombininin qiymətini onlarla 570 manata razılaşmış və bu qiymət bazar qiymətindən 10-20 manat fərqli olmuşdur. Beləliklə, onlar malın gətirilməsinə razılıq vermişlər. Malların qiymətinə dair söhbətlər onunla olmuş, lakin sonradan Cavanşir ilə Məhəmməd arasında necə razılıq əldə olunduğunu bilməmişdir. Bildiyinə görə, Cavanşir malın pulunu nağd olaraq götürmüşdür. Malların tikintiyə təhvil verilməsi ilə bağlı 3 mart 2019-cu il tarixli 91.900 manatlıq qaimə mövcuddur, lakin digər qaiməni tapa bilməmişdir. Cavanşir həmin kombi və radiatorların pulunu "xxxx" MTK-nın kassasından almışdır. Cavanşir ilə "xxxx" arasında kombi və radiatorların alınması ilə bağlı alğı-satqı müqaviləsi imzalanmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 171-174). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı zərçəkmiş şəxs ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini ifşa etmişdir (cild 2, iş vərəqə 229-238). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini ifşa etmişlər (cild 2, iş vərəqə 220-244). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olaraq təqim etdiyi üzərində Cavanşir adı yazılmış 10 yanvar 2020-ci il tarixdə 5.850 manata, 16 yanvar 2020-ci il tarixdə 7.300 manata və 23 yanvar 2020-ci il tarixdə 13.350 manata dair qaimələr, Zərərçəkmiş şəxs3 təqdim etmiş olduğu 16.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 7.200 manatı qaytaracağına dair yazmış olduğu əlyazma sübut növü hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 3, iş vərəqə 8-33). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 6 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqə 177-178; 207-213). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə ilə ona təyin edilmiş sınaq müddəti başa çatmadan yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə ona cəza təyin edilməldir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 7 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 9). İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 9 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 48-53). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olsa da, əvvəllər azadlıqdan məhrum etmə cəzası çəkmədiyindən yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 noyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs4 təqim etdiyi üzərində Cavanşir adı yazılmış 10 yanvar 2020-ci il tarixdə 5.850 manata, 16 yanvar 2020-ci il tarixdə 7.300 manata və 23 yanvar 2020-ci il tarixdə 13.350 manat dair qaimələr, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 7.200 manatı qaytaracağına dair yazmış olduğu əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 7 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs4 təqim etdiyi üzərində Cavanşir adı yazılmış 10 yanvar 2020-ci il tarixdə 5.850 manata, 16 yanvar 2020-ci il tarixdə 7.300 manata və 23 yanvar 2020-ci il tarixdə 13.350 manat dair qaimələr, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 7.200 manatı qaytaracağına dair yazmış olduğu əlyazma cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar