Məhkəmə qərarları › İş №1(101)-994/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-994/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-994/2022 14.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1969-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən "xxxx" ASC-nin “Neftçilər” filialında Zərərçəkmiş şəxs 12000 manat məbləğində pul əldə etdiyini gördükdən sonra tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə sonuncunu təqib edərək Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığındakı sanitar qovşağa daxil olduqdan sonra arxası ilə həmin sanitar qovşağa daxil olaraq orada Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb üzərində gəzdirdiyi, sellofana bükülmüş, təyinatı istintaqa məlum olmayan, silah qismində istifadə edilən əşya tətbiq etməklə həmin əşya ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə sonuncuya təpə nahiyəsinin əzilmiş yaraları, alının şişkinlik halında əzilməsi, hər iki gözaltı nahiyənin hematomalarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə cibində olan 12000 (on iki min) manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Sabirabad rayonu, Muğan Gəncəli kəndində quşçuluq fermer təsərrüfatı qurmaq qərarına gəlmiş, həm tikinti materialları, həm də quşçuluq təsərrüfatı üçün yem almış, təxminən 30000 (otuz min) manat borclanmışdır. Belə ki, Salyan rayonunda yerləşən “Fərid” tikinti materialları mağazasını işlədən Fəridə 7800 (yeddi min səkkiz yüz) manat, yaşadığı kənddə yem-arpa satan Tarverdiyə 10000 (on min) manat, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov 22 ünvanında yerləşən çörək sexinin yanında olan mətbəədə işləyən Vahidə 2000 (iki min) manat pul borcu yaranmışdır. Adlarını göstərdiyi şəxslər daim ondan pullarını tələb etmişlər. Bununla belə, quşçuluq təsərrüfatında işləri yaxşı getməmiş, ona görə ki, təsərrüfatda olan təxminən 3000 (üç min) yaxın ev quşları xəstəlik nəticəsində məhv olmuşdur. Beləliklə, o, borclarını ödəyə bilmədiyi üçün asan pul qazanıb borclarını qaytarmaq fikrinə düşmüşdür. Onu da qeyd edir ki, o, ünvan 4 ünvanında yerləşən çörək sexinin yanında olan mətbəədə sifarişlə dəvətnamə hazırlayıb rayonlara çatdırmışdır. Dəvətnamənin pullarını isə istifadəsində olan "xxxx"ya məxsus sahibkarlıq kartına alıcılar tərəfindən pul göndərilmişdir. 23 dekabr 2021-ci il tarixdə səhər saat 11 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən "xxxx"nun “Neftçilər” filialına getmiş, məqsədi sifariş verilən dəvətnamələrin pullarının kartına gəlib-gəlməməsini yoxlamaq olmuşdur. O, bir qədər bankda olan stulda əyləşib kartına pul gəlməsini gözləmiş, bu vaxt əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs bankın xəzinədarının qarşısında dayanıb əlində pul saymasını görmüşdür. Ellər pulları sayıb sellofana büküb sağ yan cibinə qoymuşdur. Bu vaxt o, Ellərin cibindən həmin pulları oğurlamaq qərarına gəlmişdir. Ellər bankdan yanında bir qadınla çıxmışdır. O, bir qədər Elləri müşahidə etmiş, Ellər bankdan çıxaraq bir neçə metr getdikdən sonra, yaxınlıqda olan ticarət mərkəzinin içərisində yerləşən sanitar qovşağa daxil olmuşdur. Ellərin yanında olan qadın isə Elləri bayırda gözləmişdir. O, əlinə düşən bu fürsəti qaçırtmamaq üçün dərhal Ellərin ardınca sanitar qovşağa daxil olmuş, içəridə heç kimin olmamasına əmin olduqdan sonra Ellərin daxil olduğu kabinəyə yaxınlaşmışdır. Kabinənin qapısı açıq olmuş, o, sakitcə arxadan Ellərə yaxınlaşmış və yumruqla Ellərin başından 5-6 dəfə zərbə ilə vurmuşdur. Zərbənin gücündən Ellər yanı üstə yerə yıxılmış və plastik materialından olan qapı sınaraq yerə düşmüşdür. O, tez Ellərin cibindən sellofana bükülmüş pulları götürüb bayıra qaçmışdır. Həmin vaxt sanitar qovşağın giriş hissəsində dayanmış oranı işlədən qadın qışqırmış, lakin o, qadına heç bir məhəl qoymadan qaçıb getmişdir. O, pilləkənlərlə aşağı düşüb metronun yanından yolun əks istiqamətinə keçib Rüstəm Rüstəmov küçəsi ilə Xəzər Universiteti tərəfə piyada getmişdir. O, Rüstəm Rüstəmov 25 ünvanında yerləşən “Azza” şirniyyat evinin yaxınlığında “Hyundai” markalı taksi avtomaşının qabaq sağ tərəfində əyləşmiş, sürücüyə onu Babək prospektində yerləşən "Gəncə” mərasim evinin yaxınına aparmasını xahiş etmişdir. O, sürücüyə törətdiyi cinayət əməli barədə bir kəlmə belə deməmişdir. O, ünvana çatmış, maşından düşüb taksiyə özünə məxsus puldan 20 manat verib pulunu çıxmasını xahiş etmişdir. Sürücü 4 manat çıxıb ona 16 manat pul qaytarmış və maşından düşüb keçmiş arvadına məxsus ünvan 6 ünvanında yerləşən evə getmişdir. Evdə həmin günü heç kim olmamış, o, evdə olan zaman quldurluq yolu ilə əldə etdiyi pulları saymış, həmin pulların hamısı 100 (yüz) manatlıq əksinaslar olmaqla ümumilikdə 10000 (on min) manat olmuşdur. O, pulları cibinə qoyub Salyan rayonuna getmişdir. Həmin günü axşam həmin puldan borclu olduğu “Fərid” tikinti materialları mağazasını işlədən Fəridə 3000 (üç min) manat, yaşadığı kənddə yem-arpa satan Tarverdiyə 5000 (beş min) manat, 24 dekabr 2021-ci il tarixdə isə mətbəədə işləyən Vahidə 2000 (iki min) manat vermiş və yenidən rayona qayıtmışdır. Kənddə özünə məxsus təsərrüfatda olan ev quşlarını kəsib satmaq üçün 30 dekabr 2021-ci il tarixdə həmkəndlisi, Bakı - Salyan marşurutu üzrə taksi işləyən Şahid5 məxsus "Mercedes" markalı **-GB-*** dövlət nömrə nişanlı avtomaşına yükləyib Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə gətirmişdir. Əmircan qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişdilər. Polis şöbəsində o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Əvvəllər idman müəllimi işləmiş, hazırda isə heç yerdə işləmir. Şəkər xəstəsidir, ürəyində isə stend var. X2 onun arvadıdır. Mahiyyəti üzrə bildirir ki, 23 dekabr 2021-ci il tarixdə özünə məxsus 5300 (beş min üç yüz) dollar pulu milli valyutaya çevirmək qərarına gəlmiş, bunun üçün arvadı Rəsmiyyə ilə birlikdə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindən taksi ilə metronun “Koroğlu” stansiyasına, oradan da metro ilə “Neftçilər” stansiyasına getmişlər. Stansiyadan çıxıb metronun yaxınlığında, Qara Qarayev prospekti 61 ünvanında yerləşən "xxxx"nun filialına daxil olaraq xəzinədara yaxınlaşmış və üzərində olan 5300 dollar pulu xəzinədara təqdim edərək milli pula dəyişməsini xahiş etmişdir. Xəzinadar pulu dəyişərək ona 9010 (doqquz min on) manat nağd pul ödəmişdir. O, həmin pulu əvvəlcədən cibində olan sellofanın içərisinə qoyduğu 3000 (üç min) manatla birlikdə büküb, ümumilikdə 12000 (on iki min) manat pulu əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra arvadı Rəsmiyyə ilə birlikdə bankdan çıxmışlar. Bu vaxtı o, yüngül təbii ehtiyacını ödəmək üçün bankın yaxınlığında olan pilləkənlərdən qalxaraq ticarət mərkəzinin içərisində olan sanitar qovşağa getmək qərarına gəlmişdir. Rəsmiyyə isə onu bayırda gözləmişdir. O, sanitar qovşağa daxil olmuş və kabinəyə keçmişdir. Kürəyi qapıya tərəf olmuşdur. Onu da qeyd edir ki, sanitar qovşaqda olan kabinələrin qapıları qısadır yəni ki, uzunluğu tavana çatmır. İstənilən şəxs başını qaldırıb qapının üzərindən içəriyə baxa bilər. O, yüngül təbii ehtiyacını ödəyən zaman qəfildən arxadan bir nəfər şəxs ona məlum olmayan predmetlə qapının üzərindən başına 3 dəfə zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən özünü itirmişdir. Dərhal qapıya tərəf çevrilmiş və təpiklə qapıya bir dəfə zərbə ilə vuraraq plastik materialından olan qapını sındırmış, qapı açılaraq yerə düşmüşdür. Qarşısında təxminən ondan hündür, dolu bədən quruluşlu, başında idman papağı, əynində tünd yaşıl rəngli gödəkçə və boz rəngli şalvar geyinən bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ibtidai istintaq vaxtı tanıdığı bu iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Raiqin sağ əlində “Bazarstore” mağazasına məxsus sellofan və içərisində ona məlum olmayan predmet olmuşdur. Raiq yenə onu vurmuşdur. O isə Raiqin qolundan tutmuş və çəkişməyə başlamışdır. Bu vaxtı onların ayağı sürüşmüş və o, yerə yıxılmışdır. Sonra Raiq qaçıb çölə çıxmışdır. O, aldığı zərbələrdən özünü bir anlıq halsız hiss etmişdir. Lakin bir təhər ayağa qalxmış və bayıra çıxmışdır. O, çölə çıxandan sonra bilmişdir ki, yerdə olan zaman Raiq onun əynində olan gödəkçəsinin sağ çöl cibində olan sellofana bükülmüş pulunu götürmüşdür. Bu vaxtı sanitar qovşağı işlədən Dürdanə adlı xanım ona yaxınlaşmış, o, Dürdanəyə olanları danışmışdır. Həmin vaxtı başından qan axmışdır. Rəsmiyyə onun başından qan axmasını görüb tez ona yaxınlaşmışdır. Ətrafdakıların köməyi ilə ona ilkin yardım olunmuş, bir az keçmiş hadisə yerinə Təcili tibbi yardım və Nizami rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Ellər şəkər xəstəsidir, eyni zamanda ürəyində stend mövcuddur. Daimi dərman vasitələrindən istifadə edir. Mahiyyəti üzrə bildirir ki, 23 dekabr 2021-ci il tarixdə Ellər özünə məxsus 5300 (beş min üç yüz) dollar pulu milli valyutaya çevirmək qərarına gəlmiş, bunun üçün onlar birlikdə yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsindən taksi ilə metronun “Koroğlu” stansiyasına, oradan da metro ilə “Neftçilər” stansiyasına gəlmişlər. Stansiyadan çıxıb metronun yaxınlığında, Qara Qarayev prospekti 61 ünvanında yerləşən "xxxx"nun filialına daxil olmuşlar. Ellər filialda olan zaman xəzinədara yaxınlaşmış və üzərində olan 5300 (beş min üç yüz) dollar pulu xəzinadara təqdim edərək milli pula dəyişməsini xahiş etmişdir. Xəzinədar pulu dəyişərək Ellərə 9010 (doqquz min on) manat nağd pul ödəmişdir. Ellər həmin pulu əvvəlcədən cibində olan sellofanın içərisinə qoyduğu 3000 (üç min) manatla birlikdə büküb ümumilikdə 12000 (on iki min) manat pulu əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra onlar birlikdə bankdan çıxmış, bu vaxt Ellər yüngül təbii ehtiyacını ödəmək üçün bankın yaxınlığında olan pilləkənlərdən qalxaraq ticarət mərkəzinin içərisində olan sanitar qovşağa getmək qərarına gəlmişdir. O isə Elləri pilləkənlərdə gözləmişdir. Təxminən 4-5 dəqiqədən sonra Ellərin sanitar qovşaqdan çıxdığını və baş nahiyəsindən qan axmasını görmüşdür. O, tez Ellərə yaxınlaşmış və nə baş verməsini soruşmuşdur. Ellər ona sanitar qovşaqda bir nəfər tanımadığı şəxsin başından dəmirlə vurmasını demişdir. Orada pulun Ellərin cibində olmadığını, Ellərin dediyi şəxsin pulları götürüb qaçmasını bilmişlər. O, tez ətrafda olan adamların köməkliyi ilə Ellərə ilkin tibbi yardım göstərmiş, bir az keçmiş hadisə yerinə Təcili tibbi yardım və Nizami rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən sanitar qovşaqda 5 ildir ki, xadimə işləyir. Hadisədən sonra istintaq vaxtı adları ona məlum olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. 23 dekabr 2021-ci il tarixdə səhər saat 11 radələrində işdə olan zaman Zərərçəkmiş şəxs əvvəlcədən 20 qəpik ödəniş edərək sanitar qovşağa daxil olmuşdur. Bundan təxminən 1 dəqiqə sonra Təqsirləndirilən şəxs da Ellərin arxasınca sanitar qovşağa daxil olmuşdur. O isə bu vaxtı xadimə üçün nəzərdə tutulmuş otağına keçmişdir. Bir az keçmiş sanitar qovşaqdan tappıltı səsini eşitmiş, dərhal otaqdan çıxıb sanitar qovşağın qapısına yaxınlaşdıqda Təqsirləndirilən şəxs qapıdan tez tələsik qaçaraq çıxıb getməsini müşahidə etmişdir. Bu zaman o, içəriyə daxil olduqda sanitar qovşağın qapısını sınıdırılmış vəziyyətdə yerdə görmüşdür. Bundan başqa Ellərin üzünün və baş nahiyəsinin qanamasını görmüşdür. O, Ellərdən nə baş verdiyini soruşmuş, Ellər bir nəfər şəxsin onu vurduğunu demiş, ancaq nə səbəbə vurulmasını bilmədiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, hadisə vaxtı Raiq Elləri vururaraq onun cibində olan pulları götürüb qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “Hyundai Avante” markalı **-OT-*** dövlət nömrə nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. O, şəxsi avtomaşını ilə daim Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 25 ünvanında yerləşən "Azza" şirniyyat evinin yaxınlığında dayanıb müştəri gözləyir. Mahiyyəti üzrə bildirir ki, 23 dekabr 2021-ci il tarixdə saat 13 radələrində qeyd etdiyi ünvanda maşınanda əyləşib müştəri gözləyən zaman əvvəllər tanımadığı bir nəfər şəxs onun avtomaşının qabaq sağ qapısını açaraq özünü Babək prospektinə aparmasını istəmişdir. Həmin şəxs qapını qəflətən açdığı üçün o, bir az səksənmişdir. Həmin şəxs hündürboylu, dolu bədən quruluşlu plmuş, əyninə tünd yaşıl rəngli gödəkçə, boz rəngli şalvar geyinmişdir. Əlində heç bir şey olmamışdır. Həmin şəxs ibtidai istintaq vaxtı tanıdığı bu iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. O, Raiqə əyləşməsini demiş və onun sifariş verdiyi ünvana sürmüşdür. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, Babək prospektinə çatdıqda o, Raiqə hara getməli olduğu barədə sual vermiş, Raiq "Gəncə" mərasim evinin yaxınlığında düşəcəyini bildirmişdir. O, həmin ünvana sürmüş, bundan sonra Raiq maşından düşmüş və ona 20 manat pul təqdim edərək pulunu çıxmasını bildirmişdir. O isə həmin 20 manatı götürmüş və cibində olan xırda pulları sayıb Raiqə 16 manat qaytarmışdır. Bundan sonra Raiq çıxıb getmişdir. O isə əvvəlki dayandığı ünvana gəlmişdir. Həmin günü axşam saat 21 radələrində ona Nizami rayon Polis İdarəsinin əməkdaşları zəng edib polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olanda bilmişdir ki, günorta saatlarında onun avtomaşınında əyləşən Raiq quldurluq cinayətini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla yaşayır, taksi sürücüsüdür, özünə məxsus "Mercedec-Benz C" markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomaşını ilə Salyandan Bakıya və əks istiqamətdə sərnişin daşıyır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Raiqin həm ev quşu olan qaz saxlamasını, həm də kənddə dəvətnamə hazırlayıb satmasını bilmişdir. O, Raiqi bir neçə dəfə Bakı şəhərinə gətirib aparmışdır. Mahiyyəti üzrə bildirir ki, 29 dekabr 2021-ci tarixdə axşam saatlarında Bakıda olan zaman Raiq ona zəng edib ertəsi gün onunla Bakıya gedəcəyini, eyni zamanda qaz əti aparacağı üçün maşının yük yerində yer saxlamağı ondan xahiş etmişdir. 30 dekabr 2021-ci il tarixdə, saat 07 radələrində Raiqi yaşadıqları Muğan Gəncəli kəndindən fermasının yanında yerləşən evindən götürüb birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində maşında olan digər sərnişinləri ünvana düşürdükdən sonra Raiq ona qaz ətini Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən marketlərə paylamaq üçün ora sürməyi xahiş etmişdir. O da Raiqlə birlikdə Əmircan qəsəbəsinə getmiş, Əmircan qəsəbəsində olan zaman arxadan gələn yol polisi maşını ona avtomaşını saxlamağı üçün işarə etmişdir. Maşını kənara sürüb saxlamış, polis əməkdaşları maşına yaxınlaşaraq qabaq sağ qapını açmış və Raiqə özlərini təqdim edərək birlikdə onları Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, həmkəndlisi Raiq 23 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən sanitar qovşaqda olan zaman bir nəfər şəxsə arxadan yaxınlaşaraq əlində olan predmetlə baş nahiyəsindən vurub cibində olan 10 min manat pulu ələ keçirərək quldurluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, ünvan 14 ünvanında qeydiyyatda olmaqla yaşayır, ünvan 15aterialları mağazasını işlədir. Təqsirləndirilən şəxs tanıyır. Raiqlə münasibətləri normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Sabirabad rayonu, Muğan Gəncəli kəndində ev quşları təsərrüfatında 3 mindən çox ev quşu olan qazları olmuşdur. Raiq həmin təsərüfatda istifadə etdiyi əksər inşaat mallarını onun mağazasından borca götürmüşdür. Raiqin ona təxminən 7900 manat borcu qalmış, Raiq həmin borcu sentyabr-oktyabr aylarında bağlayacağını bildirmişdir. Lakin Raiq dediyi vaxtda pulları gətirib ona çatdırmamışdır. Bir müddət sonra Raiqin mobil telefonuna zəng çatmamışdır. Raiq təxminən 2021-ci ilin dekabr ayının əvvəlində mağazaya gəlmiş və evini satdığa qoymasını, dekabr ayının sonunda ona olan borclarını ödəyəcəyini bildirmişdir. Beləliklə, 25 dekabr 2021-ci il tarixdə Raiq mağazaya gəlmiş, ona 3000 manat pul ödəniş edərək qalan borcunu da yaxın vaxtlarda verəcəyini bildirmişdir. Sonradan onu Nizami rayon Polis İdarəsinin əməkdaşları polis idarəsinə dəvət edəndə bilmişdir ki, Raiq Bakı şəhəri, Nizami rayonunda quldurluq cinayətini törətmiş və nəticədə bir nəfər şəxsin başına predmetlə vuraraq cibindən pulunu götürüb qaçmışdır. Raiqin ona vermiş olduğu həmin 3000 manat pulun həmin cinayət yolu ilə əldə etdiyi pulun olub-olmamasını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Sabirabad rayonunun Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təxminən 10 ildir həmin kənddə yem-arpa satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibətləri normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs kənddə ev quşları üçün təsərrüfat qurmasından, Raiqin həmin təsərrüfatda üç mindən çox ev quşu olan qazlarının olduğundan məlumatlı olmuşdur. 2021-ci ilin sentyabr ayında Raiq ona zəng edərək onu öz təsərrüfatına dəvət etmiş, o, həmin yerə getmişdir. Həyətdə oturub çay içə-içə Raiqin təsərrüfatında olan qazlara baxmışlar. Bu vaxtı Raiq ona həmin qazları yemləmək üçün Raiqə arpa və yem satmasını xahiş etmiş, qazları satdıqca onun pulunu qaytaracağını bildirmişdir. O, Raiqin babasını və digər qohumları tanıdığından, eyni zamanda kənd camaatı olduqları üçün Raiqə köməklik etmək qərarına gəlmişdir. Beləliklə, Raiqə sentyabr ayından oktyabr ayınadək 10500 manat dəyərində yem-arpa satmışdır. Sonuncu dəfə Raiq ondan təkrar borca yem-arpa istədikdə o, Raiqə borcunun çox olmasını nəzərə alaraq mal verməmiş, Raiqə gətirib borcunu qaytarandan sonra yem-arpa verə biləcəyini bildirmişdir. Raiq 2021-ci ilin noyabr ayının 25-də ona olan borcunun bir qismini qaytaracağını demişdir. Raiq söz verdiyi kimi həmin tarixdə ona 500 manat ödəniş etmişdir. Lakin o, Raiqə narazılığını bildirərək, borcun əhəmiyyətli hissəsini qaytarmasını demişdir. Raiq yenə ondan 2021-ci ilin dekabr ayının 25-dək gözləməyi xahiş etmiş, o da razılaşmışdır. Beləliklə, 23 dekabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində Sabirabad rayonu Muğan Gəncəli kəndində evdə olan zaman Raiq ona zəng edərək hazırda Bakıdan gəldiyini, yolda olmasını və ona olan borcunu gətirib axşama verəcəyini bildirmişdir. O da Raiqə zəngini gözləyəcəyini demiş, həmin gün axşam saat 17 radələrində Raiq onun qapısına gəlmiş və ona 5000 manat pul ödəmişdir. O isə Raiqdən qalan pulu nə vaxt ödəyəcəyi barədə soruşduqda Raiq yenə ona 1 ay vaxt verməsini xahiş etmişdir. Bundan 10-15 gün sonra kənddə evdə olan zaman televizora baxanda Raiqin Bakı şəhəri, Nizami rayonunda quldurluq cinayətini törətməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ünvan 16 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 37 ünvanında yerləşən "Meqas Print" mətbəəsi ona məxsusdur. Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. Raiqlə münasibətləri normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Sabirabad rayonu, Muğan Gəncəli kəndində ev quşları üçün təsərrüfat qurmasından xəbərdar olmuşdur. Bundan başqa Raiq onun mətbəəsində sifarişlə dəvətnamə hazırlayıb satmışdır. Raiqin dəvətnamə hazırlaması üçün lazımi materialları o, vermiş, sonra Raiq həmin dəvətnamələri satıb ona olan borcunu qaytarmışdır. Beləliklə, Raiqin ümumilikdə ona 5000 manat borcu olmuşdur. O, Raiqə borcunun çox olmasını bildirərək Raiqə material verməyi dayandırmış və borcunu ödəməsini istəmişdir. Raiq isə ona rayonda olan təsərrüfatından qazları satacağını, eyni zamanda dəvətnamə satışından əldə edəcəyi pullardan ona olan borcunu ödəyəcəyini bildirmişdir. O, Raiqi sonuncu dəfə 2021-ci ilin dekabr ayının ortalarında mətbəəyə gələndə görmüşdür. Ondan sonra Raiqdən heç bir xəbəri olmamışdır. 2021-ci ilin dekabr ayının 30-da axşam saatlarında evdə televizora baxanda Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda quldurluq cinayətini törətməsini və nəticədə bir nəfər şəxsin başına predmetlə vuraraq onun cibindən 12000 manat pulunu götürərək quldurluq etməsini bimişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid6 bildirdi ki, Raiq qeyd edilən hadisədən sonra ona pul verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən ticarət mərkəzində olan sanitar qovşaqdır. Ticarət mərkəzində müxtəlif təyinatlı iaşə obyektləri yerləşir. Ticarət mərkəzinin pilləkənlərindən içəriyə daxil olan zaman uzun koridor mövcuddur. Sanitar qovşaq koridorun sonunda yerləşir. Baxış istintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, hadisədən əvvəl həmin sanitar qovşağa daxil olmuş, bu vaxt üzərində 12000 manat nəğd pul olmuşdur. Zərərçəkmiş şəxs sanitar qovşaqda olan kabinetdə təbii ehtiyacını ödəyən zaman əvvəllər tanımadığı bir nəfər şəxs bağlı qapının arxasında ona məlum olmayan predmetlə onun başından vurmuşdur. Bundan sonra aralarında olan mübahisə zamanı həmin naməlum şəxs Zərərçəkmiş şəxs üzərində olan 12000 manat pulunu ələ keçirərək hadisə yerindən qaçıb getmişdir (cild 1, iş vərəqi 5-17). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 18-19). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, 23 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosu yaxınlığında yerləşən sanitar qovşaqda olan zaman əvvəllər tanımadığı şəxs tərəfindən dəmir parçası ilə başından vurularaq üzərində olan 12000 manat pulu götürərək hadisə yerindən qaçmışdır. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və pullarının geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Neyro Cərrahiyyə xəstəxanası tibb bacısı Mirzəyevanın məruzəsinə əsasən vətəndaş Zərərçəkmiş şəxs 23 dekabr 2021-ci il tarixdə, saat 13:50-də başın əzilmiş-kəsilmiş yarası ilə müraciət etmişdir (cild 1, iş vərəqi 53). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Nizami rayonu, “Dakar” dairəsinin yaxınlığında yerləşən sanitar qovşağında olan zaman naməlum şəxs tərəfindən baş nahiyəsindən dəmir parçası ilə vurulması və cibində olan 12000 manat nağd pulun oğurlanması ilə bağlı müraciəti daxil olmuşdur (cild 1, iş vərəqi 59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə çıxarılan Təqsirləndirilən şəxs bildirmişdir ki, 23 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən "xxxx" ASC-nin “Neftçilər fillialı"nda Zərərçəkmiş şəxs xeyli miqdarda pulu cibinə qoymasını gördükdən sonra Elləri təqib etmiş, Zərərçəkmiş şəxs “Neftçilər” stansiyası yaxınlığındakı sanitar qovşağa daxil olmasından sonra ardınca həmin qovşağa daxil olmuş, Zərərçəkmiş şəxs qovşağın kabinəsində təbil ehtiyacını ödəməsindən istifadə edərək arxadan yaxınlaşıb üzərində gəzdirdiyi silah qismində istifadə edilən taxta qırıntılarından xüsusi preslənərək hazırlanmış taxta parçası ilə Zərərçəkmiş şəxs başından vurararaq cibində olan pulları götürüb hadisə yerindən qaçmışdır (cild 1, iş vərəqi 73-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin tanınması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ona tanınmaya təqdim olunmuş şəxslərin arasında ona qarşı quldurluq cinayətini törədərək üzərində olan pulları götürüb qaçan sıra nömrəsi ilə 2 rəqəmini əlində tutan Təqsirləndirilən şəxs tanımışdır (cild 1, iş vərəqi 76-78). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 722 saylı məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətcillik, emosionallıq, ola biləcək nəticələri düşünmədən davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq qavramaq, baş verənləri təsvir edərək bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Əli oğlu cinayət əməlini törədən zaman fizioloji-affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam idarə etmək qabiliyyətə malik olmuşdur (cild 1, iş vərəqi 158-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 04/1080 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin 2 ədəd cərrahi tikilmiş və 2 ədəd cərrahi tikişə ehtiyacı olmayan əzilmiş yaraları; alının şişkinlik halında əzilməsi; hər iki gözaltı nahiyənin hematomaları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi və ya özü yıxılması nəticəsində alınmaları inandırıcı deyil (cild 1, iş vərəqi 158-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən sanitar qovşağa Zərərçəkmiş şəxs arxasınca daxil olması və bir neçə dəqiqə sonra isə qaçaraq oradan çıxması sanitar qovşağın videomüşahidə kamerasında əks olunmuşdur (cild 1, iş vərəqi 171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən sanitar qovşağa Zərərçəkmiş şəxs arxasınca daxil olması və bir neçə dəqiqə sonra isə qaçaraq oradan uzaqlaşması əks olunan videogörüntü bir ədəd CD diskə yazılmışdır (cild 1, iş vərəqi 177). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, HD- 028/22 saylı məktubundan görünür ki, Bankın Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən “Neftçilər filialı”nın müştəri qəbulunun həyata keçirildiyi zalın müşahidə kameralarının videogörüntüləri ibtidai istintaqa təqdim edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə həmin filialın kassasında xarici valyutada olan vəsaiti milli valyutaya dəyişdirdiyi bildirilmişdir (cild 1, iş vərəqi 156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 23 dekabr 2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən "xxxx" ASC (“Neftçilər” filialı) zalında müştərilər üçün nəzərdə tutulmuş oturacaqda əyləşib Zərərçəkmiş şəxs müşahidə etməsi əks olunmuşdur (cild 1, iş vərəqi 176). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 178-188). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs niyyətinin soyğunçuluq olması, Zərərçəkmiş şəxs başına zərbələri əli ilə yetirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələrini müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, habelə həmin ifadələr cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək quldurluq cinayəti törətməsi təsdiq olunur, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli, hökmünə əsasən Azərbaycan SSR CM-in 83-cü madəsinin 3-cü hissəsi, 194-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə 03 (üç) il şərti sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqi 146-147). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 dekabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 87, 123-126). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar