Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-994/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurou Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, müdafiəçi «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci il tarixdə Samux rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işlməyən, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evin qarşısından keçən zaman sonuncunun ailə üzvləri ilə birlikdə evi tərk etdiyini görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə kənarda dayanıb bir qədər ətrafı müşahidə etdikdən sonra həmin gün saat 22 radələrində evin açıq pəncərəsinin üzərində olan toru çıxardıb oradan evə qanunsuz daxil olaraq yataq otağındakı dolabın içərisindən 01 ədəd 340 manat dəyərində sarı qızılı rəngli, eni 1,5 sm enlikdə, 0,2 sm qalınlığında, kvadrat formalı və bir-birinə bağlanmış, üzərində heç bir naxışı və qaşı olmayan, 583/585 əyarlı, 4 qram çəkidə qadın qolbağını, 01 ədəd 170 manat dəyərində sarı qızılı rəngli, bir-birinə bağlanmış zəncirvari, üzərində heç bir naxışı və qaşı olmayan, 583/585 əyarlı, 2 qram çəkidə uşaq qolbağını, 01 ədəd 180 manat dəyərində «Bosch» firmasına məxsus, «Bosch GLM 50C» modelli uzunluq ölçən cihazı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 400 manat dəyərində sarı qızılı rəngli, üzərində yumru xırda-xırda ağ rəngli sadə qaşları olan, 583\585 əyarlı, 6 qram çəkidə qızıl üzüyü, 01 ədəd 300 manat dəyərində ağ qızılı rəngli, üzərində yumru xırda-xırda ağ rəngli sadə yumru qaşları olan, 583\585 əyarlı, 4 qram çəkidə qızıl üzüyü, 01 ədəd 400 manat dəyərində sarı qızılı rəngli, paxlava formalı, 583\585 əyarlı, 5 qram çəkidə, üzərində yumru xırda-xırda ağ sadə qaşlı qızıl üzüyü, 01 ədəd 120 manat dəyərində sarı qızılı rəngli, 583\585 əyarlı, 2 qram çəkidə, üzərində tək yumru ağ sadə qaşlı qızıl üzüyü, 01 cüt 500 manat dəyərində sarı qızılı rəngli, briliant qaşlı, yumru formalı, 583\585 əyarlı, hər biri 3 qram çəkidə sovet istehsallı qızıl sırğanı, otaqda olan kosmetika masasının üzərindən 01 ədəd 120 manat dəyərində «CAT» firmasına məxsus «CAT b30» modelli mobil telefonu və evin qonaq otağında olan televizorun qarşısından 15 manat məbləğində qəpikləri gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2545 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 18 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Malakan bağı” adlanan yerdə olarkən şəxsiyyəti istintaqla müəyyən edilməyən “Nihad” adlı şəxsin orada dayanmış azyaşlı qızın ayaqqabısını kənara atmasına görə həmin şəxsə iradını bildirməklə sözlü mübahisə edib söhbətlərini davam etdirmək üçün “Nihad” adlı şəxs və sonuncunun yanında olan tanışları Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 ilə birlikdə piyada ünvan 1 ünvanda yerləşən «Qara Qarayev» adına park istiqamətində gedərkən planlaşdırdığı cinayəti törətmək üçün istintaqla müəyyən edilməyən mağazadan 02 ədəd bıçaq əldə edib üzərində saxlamaqla ictimai yer hesab edilən «Qara Qarayev» adına parka çatdıqda əvvəlcədən aralarında olan sözlü mübahisəni davam etdirib nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla “Nihad” adlı şəxsin azyaşlı qıza qarşı etdiyi hərəkəri cüzi səbəb kimi bəhanə edib üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını çıxararkən həmin bıçağın çıxarılmasından qorxu hissi keçirərək oradan qaçmağa başlayan “Nihad” adlı şəxs, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs2 arxasınca qaçaraq sonuncuya çatıb silah qismində istifadə etdiyi bıçaqla heç bir səbəb olmadan 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 zor tətbiq edərək bədən nahiyəsindən bir dəfə qəsdən vurub qərəzli xuliqanlıq hərəkətləri etmiş və nəticədə Zərərçəkmiş şəxs2 sol sağrı və büzdüm nahiyəsinin düz bağırsağın ampulyar hissəsinə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Samux rayonu Qarayeri qəsəbəsində doğulsa da Gəncə şəhərində yaşamışdır. Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 qəsəbə sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Sadəcə olaraq Maşallahın imkanlı olmasını düşünərək evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 03 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus olan evin yanından həmin evi gizlin olaraq müşahidə etmiş, Maşallahın yaşadığı evdən ailəsi ilə birlikdə çıxıb getdiyini görərək əvvəlcə havanın birazda qaralmasını gözləmiş, evin ətrafında kimsənin olmadığını gördükdən sonra Zərərçəkmiş şəxs1 evinin həyətini əhatə edən qapıdan həyətə keçib evin açıq pəncərəsində olan toru çıxardıb içəri daxil olmuşdur. Evin otaqlarını gəzərək yataq otağına daxil olmuş, orada olan şkafın içərisindən üçüncü siyirtmədən paltarların arasında olan qaba rast gəlmiş, qabı açdıqda içində qızıl zinyət-əşyalarının olmasını görmüşdür. Həmin qabı götürüb pəncərədən çıxıb Gəncəyə getmişdir. İttihamda göstərilən qızıl-zinyət əşyalarının oğurlamasını etiraf edir. Lakin ittihamda göstərilən «BOSCH» firmasına məxsus məsafə ölçən cihazı «CAT» firmasına məxsus mobil telefonu və 15 manat məbləğində qəpikləri həmin evdən götürməmişdir. Gəncədə “Şəms” çay evinin yanında o Yasin adlı tanışını görmüş və ona anası xəstə olduğu üçün müalicə etdirmək məqsədilə anasının verdiyi qızılların satışında ona kömək etməsini xahiş etmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün qızıl mağazasına həmin qızılları təqdim edə bilmir. Yasin ona inanaraq ona Eltun adlı tanışının onlara kömək edə biləcəyini bildirmişdir. Onlar taksi tutaraq Eltunun yaşadığı evə getmiş və ondan kömək istəmişlər. Eltun ondan qızılları haradan əldə etdiyini soruşduqda o həmin qızılların anasına məxsus olduğunu, anasının xəstəliyi ilə əlaqədar satmaq istədiyini bildirmişdir. Eltun onlarla birlikdə mərkəzi univermağa getmiş, Elnur adlı tanışına zəng vurmuş, Elnur univermağa gəldikdən sonra Elnur univermaqda işləyən tanışı Elvin adlı oğlana zəng vurmuş və qızılları satmaq istədiyini bildirmişdir. Elvin gəldikdən sonra o qızılları çıxararaq Elnura vermişdir. Bu qızıllara görə 1050 manat pul almış, həmin puldan 200 manat dostu Yasinə borc vermişdir. Bundan sonra o, taksi ilə Bakıya gəlmişdir.Bakıda olduğu müddət Fuad adlı şəxslə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. O və Fuad Bakı şəhərində küçələrdə və ya bir günlük kirayə götürdükləri evlərdə qalırdılar. O Fuad üçün “Tarqoviy” adlanan ərazidə yerləşən restoranlardan birində ofisiant işi tapmış, bu səbəbdəndə xx.xx.2022-ci il tarixdə saat təxminən 11-12 radələrində Fuadla “Malakan” adlanan parkda görüşərək orada olan oturacaqlardan birində əyləşərək istirahət etmişlər. Bu zaman parkda olan 4 nəfər oğlanlardan biri orada olan qaraçı qızının ayaqqabısın təpikləmişdir. Ona bir dəfə bu əməlləri elməməsini, bu hərəkətin narahatçılıq yaratdığını və xoş olmadığını bildirmişdir. Lakin sonradan adını Nihad kimi bildiyi həmin şəxs iradlardan nəticə çıxarmamış və hərəkətlərini davam etmişdir. Nihadın bu hərəkətlərinə görə ayağa qalxaraq ona yaxınlaşmış və bir daha narazılığını bildirdikdə Nihad onu söymüş, söyüşə görə o, Nihadın sifətindən sillə ilə vurmuşdur. Bu zaman Nihadın yanında olan şəxslər onları aralamışlar. Daha sonra həmin parkdan Fuadla birlikdə çıxıb getmək istədikdə Nihad dostları ilə arxadan gələrək ona söhbəti davam etməli olduğlarını bildirmişlər. O onlara aralarında hər hansısa güclü bir problemin olmamasını və getmək istədiklərini bildirdikdə Nihad onları təhqir etmiş və söhbətin davam etməsini tələb etmişdir. O Fuada çıxıb getməsini demiş, özü isə Nihadgilin arxası ilə getmişdir. Nihadgilin çox olmasına görə mağazadan bıçaq almaq qərarına gəlmişdir. Su almaq bəhanəsi ilə yolüstü mağazaların birinə girərək oradan həm su, həm də içərisində 2 və ya 3 bıçaq olan qutu almışdır. Bundan sonra həmin bıçaq olan qutunu şalvarın arxa cibinə qoymuş, əlində su qabı tutaraq mağazadan çıxıb Nihadgillə yolunu davam etmişdir. Nihadgil onu Nizami kinoteatrının arxa tərəfinə gətirmiş, orada Nihad və onun dostları ilə yenə mübahisəsi düşmüş, onlardan biri onun anasını təhqir etmiş və o anasını təhqir edən Zərərçəkmiş şəxs2 anasının illər əvvəl vəfat etməsini və təhqir etməməsini bildirdikdə Anar təkrarən anasının haqqında nalayiq ifadələr işlətdiyi üçün arxa sağ yan cibində olan mağazadan çıxan zaman qablaşdırmadan çıxardığı bıçaqları şalvarının arxa cibinə qoyduğu üçün həmin bıçaqlardan birini çıxarıb bir dəfə Anarın arxa nahiyəsindən bıçaq ilə vurmuşdur. Bundan sonra Anar, Nihad və digər iki şəxs qaçmağa başlamışdır. O, Anarın arxasınca qaçsa da ona çata bilməmiş və oradan aralanıb getmişdir. Yolüstü bıçaqları Nərimanov metrostansiyasının yanındakı parka atmışdır. Həmin gün axşam polis əməkdaşları tərəfindən saxlanılmış, o törətdiyi hadisəni etiraf etmiş və parka atdığı bıçaqları götürərək onlara təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 18 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Malakan bağında dostları Elsevər, Tunar və Nihadla olduğu zaman Nihad bağda olan balaca qızın ayağından çıxmış ayaqqabısını təpiklə kənara atdığına görə ona özləri irad tutmuş, lakin Nihad onlara əhəmiyyət verməyərək ayaqqabını kənara atmışdır. Bu zaman həmin bağda olan Təqsirləndirilən şəxs da Nihada irad tutmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bu məsələni ayırd etmək üçün Nihad və onlar Qara Qarayev parkına getməyə razılaşmış, yol üstü Hüseyn hansısa marketə girib çıxmış və yollarını davam edərək Q.Qarayev adına parka çatmışlar. X10 arasında mübahisə olmuş, mübahisə zamanı Hüseyn üzərində olan bıçağı çıxarıb onların üzərinə gəldikdə Nihad, o, Elsevər və Tunar ondan aralanaraq qaçmağa başlamış, lakin Təqsirləndirilən şəxs arxadan ona çataraq belindən bıçaqla vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onlardan aralanaraq qaçıb getmiş, o, yaxınlıqda yerləşən «AffMall» ticarət mərkəzinə tərəf qaçmış, ora çatdıqda DİN-nin 102 xidmətinə zəng vurub bıçaqlandığını bildirərək ona Təcili tibbi yardım göndərilməsini xahiş etmişdir. Bundan sonra onun yanına polis və TTY gələrək onu xəstəxanaya aparmışlar. O, Təqsirləndirilən şəxs bağışlamır, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Samux rayonu, Qarayeri qəsəbəsində özünə məxsus fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 03 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrində o işlə əlaqədar Gəncə şəhərinə getmiş, ailə üzvüləri isə qonşularında olmuşlar. O, Gəncə şəhərində işini görüb qurtarandan sonra axşam 23 radələrində yaşadığı evimə qayıtmış, evin həyətinə daxil olan zaman evin pəncərəsinin çöl pərdəsinin yerdə olmasını görmüşdür. O, evə girmədən qonşudan yoldaşını çağırmış, yalnız bundan sonra evin giriş qapısını açaraq evdə səliqəsəhmanın pozulmasını hiss etmişdir. Dərhal yoldaşına qızılların dolabda olub-olmamasını yoxlamasını bildirmiş, yoldaşı dolaba baxdıqda qızılların oğurlandığını bildirmişdir. Bundan sonra polisə zəng edib hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı müstəntiqndən bilmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs törətmiş və tanışları vasitəsilə Gəncədə mərkəzi univermağa qızılları yarı qiymətindən də aşağı dəyər-dəyməzə satmışdır. Ona vurulmuş 2545 manat məbləğində zərərin ödənilməsini tələb edir. Əlavə etmək istəyir ki, evində televizorun qarşısında açıq şəkildə yığılmış qəpiklər də oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamış və hal-hazırda da yoxdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində «Malakan» bağında dostları Nihad, Elsevər və Səbuhi ilə görüşmüşdür. Orada olan zaman daha bir dostları Anar da onlara yaxınlaşmışdır. Nihad yaxınlıqda əyləşən bir qaraçı qızının ayağından çıxan ayaqqabısını sanki futbol oynadığı kimi təpikləmişdir. Bunu görən onlardan bir az aralı bir nəfər şəxslə oturacaqda oturmuş Təqsirləndirilən şəxs Nihada irad tutmuş, lakin Nihad onun iradına məhəl qoymadığı üçün Təqsirləndirilən şəxs Nihada tərəf gələrək onun üzündən bir sillə vurmuşdur. Buna görə Nihadla Təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. O və dostları Anar, Elsevər və X11 Əkbərovu aralasalar da Nihad Hüseyni söhbəti davam etdirmək üçün Q.Qarayev büstü olan və Nizami kinoteatrının arxasında yerləşən parka dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onların arxasınca həmin parka getmişdir. Yolda Təqsirləndirilən şəxs mağazaya girib çıxmış, deyilən parka çatdıqdan sonra Təqsirləndirilən şəxsla artıq Nihad deyil, Anar mübahisə etmiş və Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər etmişdir. Anar söyüş söydükdən sonra Təqsirləndirilən şəxs belindən bıçaq çıxarıb Anarı bıçaqla vurmuşdur. O və digər dostları qorxaraq oradan qaçıb uzaqlaşmışlar. Anar isə bıçaqla vurulduqdan sonra «Malakan» bağı istiqamətində qaçmış, Təqsirləndirilən şəxs da Anarın arxasınca qaçmışdır. Bundan sonra nə baş verdiyini görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 15:00 radələrində o evdən “Malakan” adlanan parka dostundan şalvar götürməyə getmişdir. Parkda olarkən əvvəllər tanıdıı Tunar və Nihad onu görüb yaxınlaşmışlar. Parkda əyləşib söhbət edərkən digər bir tanışları Anarda onlara yaxınlaşmışdır. Nihad orada əyləşən digər bir xanımın ayaqqabısını təpikləmişdir. Bu zaman kənarda əyləşən həmin oğlanlardan biri Nihada etirazın bildirmiş və onların arasında mübahisə yaranmış həmin şəxs Nihadı sillə ilə vurmuşdur. Sonra həmin tanımadığları iki nəfər oradan uzaqlaşmaq istədikdə Nihad onlara arxadan yaxınlaşaraq söhbəti davam etdirmək üçün onları Qara Qarayev adlanan parka dəvət etdi. “Malakan” adlanan parkdan çıxaraq “Qarayev” parkı adlanan istiqamətdə getmiş, həmin iki nəfər şəxs onların arxaları ilə gəlirmiş. Yolda olarkən həmin iki nəfərdən biri aralanaraq mağazaya girmişdir. Daha sonra gəlib arxadan çatmışdır və “Qarayefka” adlanan parka çatdıqda pilləkənləri çıxaraq pilləkənlərin üstündə dayanmışlar. Bu zaman biz onu parka dəvət etdik lakin həmin şəxs kənardan bizimlə söz mübahisəsi edirdi. Qəfildən həmin şəxsin bıçağı çıxardığını görmüş və xəsarət almamaq üçün oradan qaçmağa çalışmışdır. Bu zaman Tunar və Nihadda onunla birgə qaçmışlar. O qaçarkən həmin şəxsin Anarı bıçaq ilə vurmasını görmüşdür. Bıçaq ilə vurulduqdan sonra Anar gəldikləri istiqamətdə qaçdığını görmüşdür. Daha sonra onun qaçdığı istiqamətdə baxdıqda artıq onu görə bilməmişlər. Anar ilə əlaqə saxlamaq üçün onun işlədiyi ünvana getmiş, oradan Anara zəng vurduqda onun xəsarət almasını və xəstəxanaya aparılmasını öyrənmişlər. O əvvəllər onlar ilə mübahisə edən Təqsirləndirilən şəxs tanımadığını aralarında heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. O həmçinin mübahisə zamanı Hüseynin yanında olan sonradan adını bildiyi Fuad adlı şəxsin mübahisəyə qarışmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edimişdir ki, 04 avqust 2022-ci il tarixdə saat təxminən 16 radələrində o, 32 nömrəli məktəbin yanından evə gedərkən Hüseyni təsadüfən görmüşdür. Hüseyn ağlaya-ağlaya ona, anasının ağrımasını, qızıllarını ona satması üçün verməsini, Bakıya getmək lazım olduğunu bildirmişdir. Hüseynin ağladığını görüb ondan şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, Hüseyn də, onun üstündə heç bir sənədi olmadığını bildirmişdir. Hüseynin ağladığını görüb yazığı gəldiyi Hüseynə həmin qızılları univermaqda sata biləcəklərini bildirmişdir. Bundan sonra Hüseynlə yol maşını ilə Univermağa getmişlər. Univermaqda hamıya qızılları göstərsələr də hamı şəxsiyyət vəsiqəsiz qızıl almayacağını bildirmişdir. Əlacsız qalıb Hüseynə qızılı sənədsiz heç kimin almayacağını bildirdikdə, Hüseyn ona təcili pul lazım olduğunu və əgər qızılları satmaqda ona kömək edəcəyi tədqirdə onada hörmət edəcəyini bildirmişdir. O bir qədər fikirləşdikdən sonra tanışı Eltunun evinə gedərək ona mövcud vəziyyəti danışmışdır. Həmin vaxt Eltun qızılları satmaq üçün tanışı Elnura zəng vurdu. Elnur ilə onlar Yeni Gəncədə görüşmüşlər. Elnur da gümüş alqı-satqısı ilə məşğul olan tanışı Elvin adlı şəxsə zəng etmişdir. Elnur həmin Elvinlə razılaşandan sonra Univermağa getmişlər. Univermaqda Hüseyn qızılları ona vermiş, oda həmin qızılları öz növbəsində Eltuna vermişdir, Elnur onlara avtomobildə gözləmələri tapşırmış, özü isə Eltunla mağazaya gedib qızılları satıb gələcəkdir. Bundan sonra Eltun və Elnur çıxıb getmişlər, təxminən 15-20 dəqiqə sonra onlar gəlmiş, onlar gələnə qədər Hüseyn də onların yanına getmişdir. Ancaq mağazaya girib-girmədiyini görməmişdir. Bir qədər keçmiş Elnur və Eltun gəlmiş, gələndə Hüseyn yox idi, o, artıq çıxıb getmişdir, belə ki, pulun bir hissəsi dollar olduğu üçün Eltun dolları xırdalayanda Hüseyn 600 manat pulu götürüb getmişdir. Eltun ona həmin puldan 200 manat pul vermişdir. Hüseynin oğurluq etməyindən onun xəbəri olmamışdır, Hüseyn ona, yalvarıb ağlayaraq anasının xəstə olduğunu demiş, onun oğurluq olduğunu bilmiş olsaydı Hüseynə köməklik göstərməzdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsi elan olunaraq müəyyə edalmişdir ki, 04 avqust 2022-ci il tarixdə axşam saat 18 radələrində taksi ilə Miryasin onun yaşadığı evə gəlmiş, sonuncu yanında Hüseynlə gəlmişdir, Miryasin ona demişdir ki, Hüseyn kəndçisi olmuş, anası xəstədir, pula ehtiyacı vardır, üstündə evin qızılları olsa da sata bilmir, ondan qızılları satmağa köməklik etməyini xahiş etmişdir. Həmin vaxt Hüseyn ağlamışdır ki, təcili pul lazımdır. O da Hüseynə inanmış, həm də Miryasin də ona demişdir ki, problem yoxdur, tanış adamdır. O, həmçinin Hüseynə söyüş də söymüşdür ki, birdən oğurluq zad olar, Hüseyn də ona demişdir ki, “narahat olma, mən sizi problemə salarammı”. Bundan sonra o, öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə tanışı Elnurun istifadəsində ***-***-**-** mobil nömrəsinə zəng edib demişdir ki, qızıl vardır, onu satmaq lazımdır, tanışının dostudur, oğurluq deyil, heç bir problem yoxdur, anası əməliyyat olunmalıdır və qızılları satır. Elnur da ona demişdir ki, görüşsünlər. X15 Gəncədə görüşmüşlər, Elnur da gümüş alqı-satqısı ilə məşğul olan tanışı Elvin adlı şəxsə zəng etmişdir. Elnur həmin Elvinlə razılaşandan sonra onlar Univermağa getmişlər. Univermaqda Hüseyn qızılları Miryasinə vermiş, Miryasin də ona vermiş, Elnur onlara demişdir ki, onlar avtomobildə gözləsinlər, onunla mağazaya gedib qızılları satıb gələcəklər. Bundan sonra o, Elnurla Elvinin işlədiyi mağazaya getmişdir. Mağazada Elnur tanışı Elvinlə salamlaşmış, yanında sonradan adını Məhəmməd kimi bildiyi şəxs olmuş, qızılları Məhəmməd alacaqdır. Elnur ona demişdir ki, qızılları versin, o da qızılları cibindən çıxardıb Elnura vermiş, Elnur da qızılları Elvinə vermişdir. Həmin mağazada qızıllara qiymətləndirmə keçirilmiş, Məhəmməd həmin qızıllara 1000 manat qiymət demişdir. Onlar da həmin qiymətlə razılaşmışlar və qızılları 1000 manata satmışlar. Pulu Elnur götürmüş, pulun bir hissəsi dollar olduğundan o, Hüseynlə birlikdə pulları dəyişmiş, sonuncu həmin puldan 600 manat götürüb çıxıb getmiş, heç taksi pulu da verməmişdir. O da uşaqların yanına qayıtmışdır. Həmin puldan 200 manatını Miryasin götürmüş, 100 manatını isə Elnur götürmüşdür. Taksiyə isə 40 manat pul vermişlər, həmin pulu da Miryasin vermiş, belə ki, Hüseyn qaçıb getmişdir, ancaq taksi pulunu Hüseyn verəcəkmiş. Həmin qızılların oğurluq olduğunu bilməmiş, əgər bilsəydi qızılları satmazdı. Həm də o, Elnura da demiş, Elnur da Hüseynlə danışmış, Hüseyn yenə and-aman edərək oğurluq olmadığını demiş, onlar söyüş söysələr də Hüseyn yenə anasının xəstə olduğunu, təcili əməliyyata pul lazım olduğunu demişdir. Onların yanında o qədər ağlamışdır ki, onlar Hüseynə inanmışlar. X6 bilmişdir ki, sən demə Hüseyn oğurluq etmişdir. X12 tanış etmişdir, onlar onun yanına qəfləti gəlmişlər, əvvəldən onun onlarla heç bir danışığı olmamış, həm də Elnurun da xəbəri olmamış, o, deyəndən sonra bilmişdir. Elvin və Məhəmməd adlı şəxsə xatırladığı qədəri ilə 3 ədəd üzük, 1 ədəd qolbağı və 1 cüt sırğa satmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan olunaraq müəyyən edilmtşdir ki, o Gəncə şəhərində “Unuivermaq” adlanan yerdə gümüş alqı-satqısı ilə məşğul olur. Şahid7 uzun müddətdir ki, tanıyır, belə ki, o, Məhəmmədi 2011-ci il tarixdən tanıyır, Məhəmməd özü də həmin yerdə qızıl satqısı ilə məşğul olur, həm də zərgərdir. 04 avqust 2022-ci il tarixdə saat 18 radələrində Elnur Babazadə başqa bir nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ona Elnur olduğunu deyib onunla hal-əhval olmuş və sonra demişdir ki, onda satdıq qızıllar vardır, onu satmaq istəyir, ancaq univermaq bağlı olduğundan sata bilməyib, ona təcili pul lazımdır, xahiş etmişdir ki, qızıl alan kimsə bir şəxs tapsın. O da demişdir ki, gözləsin, xəbər edəcək. Sonra o, tanışı Məhəmmədə zəng etmiş və xahiş etmişdir ki, qızıl vardır, gəlib onu alsın. Məhəmməd də onunla razılaşmış və demişdir ki, hal-hazırda evdədir, gəlir. Sonra ona zəng olunan nömrəyə zəng edəndə Elnur özü götürmüş və o, demişdir ki, onun iş yerinə gəlsin. Birinci olaraq Məhəmməd gəlmiş, sonuncudan təxminən 3-5 dəqiqə sonra isə Elnur, yanında da tanımadıqları sonradan adını Eltun kimi bildiyi şəxslə piyada gəlmişlər. Həmin şəxslər ağ rəngli “Vaz 2107” markalı avtomobillə gəlmişlər. Avtomobildə sürücü düşməmişdir, ancaq Elnur və Eltun düşmüşdür. Onlar avtomobili yolun o biri tərəfində saxlamışlar. Elnur onunla görüşdükdən sonra onlar hamısı içəri daxil olmuşlar, bir-birlərini tanış etmişlər. O, polkanın arxasına keçmiş, onlar isə polkanın qabağında durmuşlar, həmin vaxt Elnur Eltuna demişdir ki, “ver qızılları”, Eltun da cibindən qızılları çıxardaraq ona vermiş, o, qızıllara baxandan sonra Məhəmmədə vermişdir ki, hesablasın. Məhəmməd də qızıllara baxıb hesablamaqla 950 manat dəyərində qiymətləndirmiş, Elnur isə narazılıq edərək demişdir ki, “günorta da bura gəlmişdik, yuxarı verirdilər”. Məhəmməd də demişdir ki, “dərmanımız yuxarıdadır, univermaq da bağlanıb, burda ziyan da edə bilərik, xeyir də”. Bundan sonra Elnur məsləhətləşərək satmağa razılıq vermişdir. Məhəmməd də Elnura 950 manat pul vermiş, onlardan 300 dollar və qalanına manat vermişdir. Qızıl alarkən Elnur Eltuna demişdir ki, “evin qızıllarıdır, niyə ucuz qiymətə verməliyəm.”. Elnurla o, çoxdan tanışdır, hərbidədə bir yerdə olmuşlar, o, Elnura inanmışdır. Həmçinin Elnur qızılları satarkən onlara öz şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmiş, o da Elnura demişdir ki, “mən səni uzun müddətdir ki, tanıyır, ayıb olar”. Bundan sonra onlarla sağollaşıb çıxıb getmişlər. Məhəmməd Elnur adlı şəxsdən 2 ədəd qadın üzüyü, 1 ədəd kişi üzüyü, 1 cüt qadın sırğası və 1 ədəd qolbağı almışdır. Qolbağı əzik olduğu üçün Məhəmməd onu lom qiyməti olaraq hesablamış, həmçinin üzüyün də rəngi bir qədər getmişdir. Elnur Babazadəni 2015-ci il tarixdən tanıyır, onunla ilk dəfə hərbidə tanış olmuş, həmin vaxtdan aralarında münasibət yaranmışdır. Aradabir Elnur onunla əlaqə saxlamış, sonuncu A.Səhhətdə qalır. Elnur Babazadə yanında Eltun adlı şəxslə gəlmişdir, o, sonuncunu tanımamış, həmçinin Məhəmməd də onu tanımamış, Eltun Elnurun tanışı olmuşdur. Söhbət əsnasında Elnur onlara demişdir ki, qızıllar onun evinindir, pula ehtiyacı vardır. Həmin qızılların oğurluq olduğunu bilməmiş, Elnur ona oğurluq barədə heç nə deməmişdir. Həmçinin Elnurun və Eltunun həmin qızılların oğurluq olduğunu bilmələrini bilmir. Məhəmməd sadəcə olaraq 950 manat qiymətləndirib yuxarıda göstərdiyi qızılları almışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, Nəsimi rayonu, “AFF Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 adlı şəxsin 2 nəfər şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə ünvan 1 ünvanda yerləşən Qara Qarayev adına olan parkda baş vermişdir. Hadisənin baş verdiyi yer pilləkənlərin üst hissəsidir. Həmin hissədə “Nizami Kinoteatrı”-nın arxa hissəsidir və orada həmin kinoteatırın arxa qapısı vardır. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyətli heç bir əşya, predmet götürülmədi. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə daxil olmuş 086-147/36-/222 saylı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22.00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bu gün, yəni 19 avqust 2022-ci il tarixdə, saat 01.10 dəqiqədə Nəsimi RPİ-də müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 424/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən yerin ünvan 1 ünvanda yerləşən Qara Qarayev adına olan park olduğunu bildirmiş, qeyd olunan ünvanda isə Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti yetirdiyi yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 xəsarət yetirildiyi zaman əynində olmuş geyim ona cərrahi əməliyyat olunmamışdan qabaq kəsilərək onun əynindən çıxarıldığı üçün xəstəxananın əməkdaşları tərəfindən tullanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 1359 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət – sol sağrı və büzdüm nahiyəsinin düz bağırsağın ampulyar hissəsinə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X13 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Məhkəmədə elan edilib araşdırılmış Samux rayon polis şöbəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 23:06 radələrində DİN-nin 102 xidmətinə Samux rayonu Qarayeri qəsəbə sakini Zərərçəkmiş şəxs1 zəng edərək, yaşadığı ünvandan pəncərədən daxil olmaq yolu ilə 100-150 manat pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Samux rayonu Qarayeri qəsəbəsi Zərərçəkmiş şəxs1 və ailə üzvləri evdə olmyan zaman mənzildən qızıl-zinət əşyaları, mobil telefon, uzunluq ölçən və 15 manat məbləğinda pul oğurlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 181-2051-/222 saylı xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından və 181-17691-/222 saylı Samux RPŞ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 yaşadığı evdən gizli yolla oğurluq edilməsi ilə bağlı toplanmış material əsasında cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün əməliyyat tapşırığı verilmiş və həmin əməliyyat tapşırığına cavab olaraq Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdən 2400 manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut əhəmiyyəti kəsb edən əşyaların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və “təqdim etmiş olduğu CD diskə baxış keçirilməsi haqqında” eyni tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı əməliyyat marağı kəsb edən video çəkilişlər Gəncə şəhərində yerləşən mərkəzi univermağa məxsus kameralardan götürülmüş, həmin diskə baxış zamanı 04 avqust 2022-ci il tarixdə Samux rayon Qarayeri qəsəbə sakini Təqsirləndirilən şəxs Gəncə şəhərində «Univermaq» adlanan yerdə qızıl dükanlarının qarşısında dayanaraq ona yaxınlaşan daha iki nəfər şəxs ilə yəni Elnur və Eltunla birlikdə söhbət edə-edə uzaqlaşaraq yolu sağ tərəfdən sol tərəfə keçir, həmin yerdə də dövlət qeydiyyat nişanı görünməyən ağ rəngli «Vaz-2107» markalı avtomobilin yanında dayanmış Miryasinə yaxınlaşır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 9/7533 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən sarı qızılı rəngli, eni 1,5 sm enlikdə, 0,2 sm qalınlığında, kvadrat formalı və bir-birinə bağlanmış, üzərində heç bir naxışı və qaşı olmayan, 583/585 əyarlı, 4 qram olan, qadın qolbağının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 340 manat, sarı qızılı rəngli, bir-birinə bağlanmış zəncirvari, üzərində heç bir naxışı və qaşı olmayan, 583/585 əyarlı, 2 qram olan uşaq qolbağının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 170 manat, «CAT» firmasına məxsus «CAT b30» modelli, 2015-ci il istehsallı, sim kartı dual, 2 MP kameralı, Ram-256 Mb, yaddaş kart dəstəyi olan, qara rəngli, istifadə olunmamış, batereya 1000 mAh, 2 inç ekran ölçülü mobil telefonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 120 manat, «Bosch» firmasına məxsus, «Bosch GLM 50C» modelli, lazerli, yansıtmasız məsafə 50 m, minimum ölçmə məsafəsi 15 sm, ölçmə dəqiqliyi 1,5 mm, funsiyalar əlavə/çıxarma funksiyası, Pifaqor funksiyası, həcm hesablama funksiyası, davamlı ölçmə funksiyası, sahə hesablama funksiyası, maksimum və minimum dəyər aşkarlama funksiyası, avtomatik söndürmə, səs göstəricisi, bucaq hesablama funksiyası olan uzunluq ölçən cihazın 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 180 manat müəyyən edilir. Digər 05 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, sayı, ölçüsü, keyfiyyəti və sair məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3081 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Samux rayonu Qarayeri qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evini göstərərək xx.xx.2022ci il tarixdə saat 22 radələrində onun yaşadığı evinə piyada getdiyi istiqaməti tək olaraq Zərərçəkmiş şəxs1 evinin pəncərəsində olan setqanı çıxardıb pəncərənin açıq olmasından istifadə edərək içəri daxil olduğu yeri, mətbəx otağından keçib qonaq otağına, oradan isə yataq otağına daxil olduğu yerləri, yataq otağında olan şkafın içərisindən qızılları göy rəngli qabla birlikdə oğurladığı yeri, həmin göy qabda 02 ədəd ikişi üzüyü, 02 ədəd qadın üzüyü, 01 cüt sırğa və 01 ədəd qolbağı olduğunu, qonaq otağından kamodun qarşısından 01 ədəd mobil telefonu, 15 manat məbləğində pul oğurladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2022-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********** nömrəli cinayət işi bir icraatda birləşdirilərək ibtidai istintaq aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ayrı-ayrı cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş üzrə hadisə yerindən aşkarlanmış 02 ədəd bıçaq sübut əhəmiyyətə malik olduğundan Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 03 il 06 ay sınaq müddəti ilə şərti məhkjm edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci tətbiq edilməklə 03 il 06 ay sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Samux rayon məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı ilə Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə şərti məhkumetmə ləğv edilmiş, CM-nin 71.1 və 71.3-cü maddələrinə əsasən onun barəsində olan hökmlə təyin edilmiş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 02 il 07 ay 05 gün təşkil edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 02 il 07 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri tam sübuta yetirilmiş və onun əməlləri ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini xx.xx.2022-ci il tarixdən hesablamalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında 02 ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FEMİDA» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün «FEMİDA» Vəkil Bürosunun nəfinə 390 AZN (üç yüz doxsan) manat pul ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il 07 ay 05 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 02 ədəd bıçaq məhv edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 390 AZN (üç yüz doxsan) manat pul «FEMİDA» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-994/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-994/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver