Məhkəmə qərarları › İş №1(101)-994/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-994/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-994/2025 09.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5, Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü müxtəlif biznes sahələrinə investisiya yatırımı edən, broker fəaliyyəti ilə məşğul olan, xarici ölkələrdən ucuz qiymətə mobil telefon və elektron cihazlar gətirib respublikada satışını həyata keçirən geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya qazancdan gəlir verəcəyinə dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldatmışdır. Belə ki, o, vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yerləşən «Xurma Lounge» çay evində 2022-ci ilin dekabr ayının əvvəllərində həmin dövrün məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dollarını, 2022-ci ilin dekabr ayının ortalarında beton biznesi adı ilə həmin dövrün məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dollarını, 2022-ci ilin dekabr ayının ortalarında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 15 ar torpaq sahəsinin dəyərindən aşağı qiymətə alınması adı ilə həmin dövrün məzənnəsi ilə 76.500 (yetmiş altı min beş yüz) manat təşkil edən 45.000 (qırx beş min) ABŞ dollarını, 2022-ci ilin dekabr ayının sonlarında beton biznesi adı ilə həmin dövrün məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dollarını Zərərçəkmiş şəxs1 əldə etmişdir. Həmçinin 2023-cü ilin yanvar ayının əvvəllərində Nizami rayonu, Babək prospektində yerləşən «Audi» avtomobil salonunda bazar dəyərindən aşağı qiymətə «Audi A7» markalı avtomobil alınması adı ilə həmin dövrün məzənnəsi ilə 42.500 (qırx iki min beş yüz) manat təşkil edən 25.000 (iyirmi beş min) ABŞ dollarını, 2023-cü ilin yanvar ayının sonlarında beton biznesi adı ilə Xətai rayonu, «Ağ şəhər» yaşayış mərkəzində yerləşən «Baku European» liseyinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dollarını və bir neçə gün sonra istintaqla dəqiq müəyyən edilməyən tarixdə həmin ünvanda eyni adla həmin dövrün məzənnəsi ilə 102.000 (bir yüz iki min) manat təşkil edən 60.000 (altmış min) ABŞ dollarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 374.000 (üç yüz yetmiş dörd min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tanışı Zərərçəkmiş şəxs2 müxtəlif biznes sahələrinə investisiya yatırımı edən, broker fəaliyyəti ilə məşğul olan, xarici ölkələrdən ucuz qiymətə mobil telefon və elektron cihazlar gətirib respublikada satışını həyata keçirən geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim etmiş və qazancdan gəlir verəcəyinə dair yalan vədlər verməklə etibardan sui-istifadə edib sonuncunu aldatmışdır. Belə ki o, xarici ölkələrdən ucuz qiymətə mobil telefon və elektron cihazlar gətirib respublikada satışını həyata keçirmək adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun xx.xx.2023-cü ildə onun "xxxx" ASC-yə aid «Birbank» mobil tətbiqindən 523915******4803 plastik kart hesabına köçürdüyü həmin dövrün məzənnəsi ilə 6.290 (altı min iki yüz doxsan) manat təşkil edən 3.700 (üç min yeddi yüz) ABŞ dollarını ələ keçirmişdir. Həmçinin ünvan 2 ünvanında yerləşən «Xurma Lounge» çay evində xx.xx.2023-cü ildə 2.550 (iki min beş yüz əlli) manat pulunu, xx.xx.2023-cü ildə həmin dövrün məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dollarını, xx.xx.2023-cü ildə 1.020 (bir min iyirmi) manat təşkil edən 600 (altı yüz) ABŞ dolları pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 10.370 (on min üç yüz yetmiş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü müxtəlif biznes sahələrinə investisiya yatırımı edən, broker fəaliyyəti ilə məşğul olan, xarici ölkələrdən ucuz qiymətə mobil telefon və elektron cihazlar gətirib respublikada satışını həyata keçirən geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim edərək qazancdan gəlir verəcəyinə dair yalan vədlər verməklə etibarından sui-istifadə edib sonuncunu aldatmışdır. Belə ki o, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən «Səma» şadlıq sarayının yaxınlığında sonuncudan taxta biznesi adı ilə 2.000 (iki min) manat, xx.xx.2022-ci ildə ünvan 3 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında mobil proqram adı ilə 2.600 (iki min altı yüz) manat, xx.xx.2022-ci ildə həmin ünvanda gömrük işlərinin icrası adı ilə 3.000 (üç min) manat, xx.xx.2022-ci ildə həmin ünvanda eyni adla 7.000 (yeddi min) manat ələ keçirmişdir. Həmçinin o, xx.xx.2022-ci ildə Yasamal rayonu «Günəş petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni inşa edilən binadan mənzil alınması üçün beh verilməsi adı ilə 6.000 (altı min) manat, xx.xx.2022-ci ildə ünvan 3 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında taxta biznesi adı ilə 8.000 (səkkiz min) manat pulu Zərərçəkmiş şəxs3 əldə etmişdir. Eyni zamanda o, xx.xx.2022-ci ildə ünvan 4 ünvanında yerləşən «Supermarket»dəki «Milli ön» ödəmə terminalından onun 523615******6992 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs3 göndərdiyi 5.000 (beş min) manat pulu, xx.xx.2022-ci ildə ünvan 3 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında 5.500 (beş min beş yüz) manat pulu sonuncudan əldə etmişdir. Təqsirləndirilən şəxs həmçinin xx.xx.2022-ci ildə ünvan 5 ünvanında yerləşən «Bazarstore» mağazasında fəaliyyət göstərən «Milli ön» ödəmə terminalından onun 523615******6992 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs3 göndərdiyi 900 (doqquz yüz) manat pulu, xx.xx.2022-ci ildə Nəsimi rayonu, 3cü mikrorayon dairəsində yerləşən «Kontakt Home» mağazasının qarşısında 9.600 (doqquz min altı yüz) manat pulu, xx.xx.2022-ci ildə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 45 ünvanında yerləşən «Xurma Lounge» çay evində 7.200 (yeddi min iki yüz) manat sonuncudan əldə etmişdir. Eyni zamanda o, xx.xx.2022-ci ildə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 45 ünvanında yerləşən «Xurma Lounge» çay evində Zərərçəkmiş şəxs3 beton biznesi adı ilə 5.500 (beş min beş yüz) manat pulu, xx.xx.2023-cü ildə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 45 ünvanında yerləşən «Xurma Lounge» çay evində xarici ölkədən taxta materialları gətirmək adı ilə 6.000 (altı min) manat pulu, xx.xx.2023-cü ildə həmin ünvanda 12.480 (on imi min dörd yüz səksən) manat pulu, xx.xx.2023-cü ildə ünvan 5 ünvanında yerləşən «Bazarstore» mağazasındakı «Milli ön» ödəmə terminalından onun 523615******6992 nömrəli plastik kart hesabına sonuncunun göndərdiyi 4.000 (dörd min) manat pulu əldə etmişdir. Eyni zamanda o, xarici ölkədən «İphone» markalı mobil telefonlar və «Mcbook» markalı noutbuklar gətirmək üçün xx.xx.2023-cü ildə saat 23:55-də ünvan 6 ünvanında "xxxx" MMC-nin «M10» elektron pul köçürmə xidməti vasitəsi ilə Zərərçəkmiş şəxs3 +994 99 353-60-00 mobil nömrəsinin hesabından onun +994 50 ***-**-** nömrəsində olan hesaba göndərdiyi 4.000 (dörd min) manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək sonuncuya ümumilikdə 88.780 (səksən səkkiz min yeddi yüz səksən) manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Sonuncu 2021-ci ildən broker fəaliyyəti ilə məşğul olmağa başlamış və onların dayılarına məxsus şirkətdə işləmişdir. Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona ayrı-ayrı şirkətlərə aid malların gömrük yoxlamasından keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmış, normal qazancının olmasını, xarici ölkələrdən Azərbaycan Respublikasına «İphone» markalı mobil telefonların, elektronika mallarının, eləcə də taxta-şalbanın keçirilməsi işləri ilə də məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Anar adlı tanışının Qaradağ rayonunda fəaliyyət göstərən beton zavodu olduğunu və o, həmin zavoddan betonu aşağı qiymətə götürərək tikinti şirkətlərinə münasib qiymətə sataraq gəlir əldə etdiyini bildirmişdir. 2022-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ona sonuncunun məşğul olduğu biznes fəaliyyəti ilə bağlı pul verməsi müqabilində onun da gəlir qazana biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xalası oğlu olduğundan sonuncunun danışdıqlarının doğruluğuna güvənərək inanmış və biznes fəaliyyətinə qoşulmaq barədə təklifinə öz razılığını bidirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən «Səma» şadlıq sarayının yanında 2.000 (iki min) manat pulu taxta biznesi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Yeganə» şadlıq sarayının yanında 2.600 (iki min altı yüz) manat pulu mobil proqram yaradaraq pul qazanmaq, xx.xx.2022-ci il tarixdə yenə də həmin ünvanda 3.000 (üç min) manat pulu gömrük işlərinin icrası adı ilə və xx.xx.2022-ci il tarixdə yenə həmin ünvanda 7.000 (yeddi min) manat pulu eyni adla almışdır. Təqsirləndirilən şəxs həmçinin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində, «Günəş petrol» yanacaqdoldurma məntəqəsinin yanında 6.000 (altı min) manat pulu yeni inşa edilən binadan mənzil alınması üçün beh verilməsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Yeganə» şadlıq sarayının yanında 8.000 (səkkiz min) manat pulu taxta biznesi, xx.xx.2022-ci il tarixdə yenə də həmin ünvanda 5.500 (beş min beş yüz) manat pulu beton biznesi adı ilə ondan almışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs beton biznesi ilə bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Landau School» liseyinin yanında yerləşən «Araz» marketdə fəaliyyət göstərən «Milli ön» ödəmə terminalından 5.000 (beş min) manat pulu ondan almışdır. Eyni zamanda o, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Bazarstore» mağazasında fəaliyyət göstərən «Milli ön» ödəmə terminalından 900 (doqquz yüz) manat pulu Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid kartına köçürmüşdür. Bundan əlavə, sonuncu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində yerləşən «Kontakt Home» mağazasının qarşısında 9.600 (doqquz min altı yüz) manat pulu beton biznesi adı ilə ondan almışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində, Tibb Universitetinin yanında yerləşən «Xurma Lounge» çay evində 7.200 (yeddi min iki yüz) manat pulu və xx.xx.2022-ci il tarixdə yenə də həmin çay evində əmisi oğlu Zərərçəkmiş şəxs2 və dostu Şahid1 yanında 5.500 (beş min beş yüz) manat pulu beton biznesi, xx.xx.2023-cü il tarixdə həmin çay evində 6.000 (altı min) manat pulu taxta materiallarını xarici ölkədən gətirmək adı ilə, xx.xx.2023-cü il tarixdə yenə də «Xurma Lounge» çay evində 16.480 (on altı min dörd yüz səksən) manat pulu xarici ölkədən 4 ədəd «iphone» markalı mobil telefon və 2 ədəd «Macbook» markalı noutbuk gətirmək adı ilə ondan almışdır. Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 88.780 (səksən səkkiz min yeddi yüz səksən) manat qarşılığında ona bir neçə dəfəyə cəmi 6.000 (altı min) manat miqdarında pul qaytarmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmiş, sonuncunun heç bir beton və taxta biznesi olmamış və ondan aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. İlk başda o, Təqsirləndirilən şəxs pul vermiş, sonuncu telefonlar gətirmiş, gətirdiyi malların şəkillərini çəkib atmış və beləcə onun inamını qazanmışdır. 2022-ci ilin dekabr ayında o, əmisi oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs biznes fəaliyyəti barədə danışmış, sonradan onlar birlikdə «Xurma Lounge» çay evində görüşərkən sonuncu özü də brokerlik fəaliyyəti, taxta və beton biznesi, xarici ölkələrdən mobil telefonların gətirilib gömrükdən keçirilməsi ilə məşğul olması barədə danışaraq Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Sonuncu da Təqsirləndirilən şəxs ilə işləməyə razılıq verərək ona ilkin 3.600 (üç min altı yüz) ABŞ dolları vermiş, sonuncu həmin pul məbləği qarşılığında Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat qazanc təklif etmişdir. Eyni zamanda sonuncunun sürücülük vəsiqəsi almaq niyyətində olmasını bilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlavə 400 (dörd yüz) manat da alaraq sürücülük vəsiqəsi alacağına söz vermiş, həmin iş alınmadığı üçün isə 3.600 (üç min altı yüz) ABŞ dolları və 800 (səkkiz yüz) manat pulu sonuncuya qaytarmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bu hərəkətindən sonra sonuncuya inanmış və biznes fəaliyyəti ilə bağlı hissə-hissə olmaqla 4.600 (dörd min altı yüz) dollar və 2.550 (iki min beş yüz əlli) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 da aldadaraq sonuncunun qeyd etdiyi məbləğlərdə pulunu ələ keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs onun tanıdığı Zərərçəkmiş şəxs1 220.000 (iki yüz iyirmi min) ABŞ dollarını da ələ keçirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üçün xarici ölkədən Azərbaycanda olan qiymətindən aşağı qiymətə «Audi A7» markalı avtomobil gətirməsi söhbətində o da iştirak etmişdir. Təqsirləndirilən şəxs bu adla Zərərçəkmiş şəxs1 25.000 (iyirmi beş min) ABŞ dolları alaraq ələ keçirmişdir. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs3 cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs ona biznes qurmaq vədi vermiş, birlikdə elektronik məhsulları satan şirkət və broker şirkəti açmağı planlaşdırmışdırlar. Təqsirləndirilən şəxs onun sifariş etdiyi 1 saat, 3 notebook, 1 qulaqcıq və 15-16 telefon gətirmiş, o da almışdır. Təqsirləndirilən şəxs maddi vəziyyəti orta olmuş, gündəlik xərclərinə, whatsappda çəkib atdığı şəkillərə baxanda maddi vəziyyətinin yaxşı olmasını düşünmüşdür. O, hazırda restoranda maliyyə sektorunda işləyir, əvvəlkinə verdiyi pullardan 10.000 (on min) manat pulu “Yelobank”dan kredit götürmüş, 16.800 (on altı min səkkiz yüz) manatı yaxın tanışlarından alıb vermişdir. O, pulun bir qismini borc kimi almış, bir qismini isə tanışlarının ona verdiyi sifarişlərə görə almışdır. Belə ki, tanışlarının sifarişləri gələndə malları əldə edib onlara verməklə gəlir götürmək istəmiş, daha sonra özü üçün 2.200 (iki min iki yüz) manat dəyərində telefon sifariş vermiş, Təqsirləndirilən şəxs onu gətirməmişdir. Sonuncu ilə gördükləri işlərdən 6.000 (altı min) manata yaxın gəlir götürmüş, tez-tez bir yerdə olduqlarından və pulun dövriyyəsini gördüyündən Təqsirləndirilən şəxs güvəni yaranmışdır. Hətta sonuncu bir dəfə “istəyirsənsə bütün pullarını qaytarım” deyə bildirmiş, o isə ev istədiyini, pula görə narahat olmamasını qeyd etmişdir. Təqsirləndirilən şəxs tırı olduğunu, həmin tırı FHN-in balansına verdiyini, tırın Qarabağda işlədildiyini və sonuncunun da ordan gəlir götürdüyünü bildirmiş, evin qabağından tırın şəklini də ona göndərmişdir. Lakin o, sonradan həmin tırın qonşuya məxsus olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs həmçinin “Günəş” petrolun yanında tikilən binada pay sahibi olduğunu, ora beton verdiyi üçün sonuncuya 5 evin pay qalacağını bildirmiş, ona da evlərdən birini verəcəyini vəd etmişdir. Belə ki, ona həmin binanın yerində olan beşmərtəbəli binaların söküləcəyini bildirmiş, həmin binalar həqiqətən də sökülməyə başlananda o, Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Sonuncu qohumu olan və onun tanımadığı Ruhəngiz xanım vasitəsilə bu işlərə başladığını bildirmişdir. Pulları Təqsirləndirilən şəxs verəndə heç bir sənədə imza atmasa da, dostu onun əvvəlkinə pul vermə anını görmüş və hazırki cinayət işi üzrə şahid qismində dindirilmişdir. O, xalasına, yəni Təqsirləndirilən şəxs anasına hadisəni deyəndə, sonuncu əllərində pul olmadığını bildirərək onun aylıq 500 manat kreditini ödəməyə başlamış, lakin o, şikayət verdikdən sonra həmin krediti ödəməyi də dayandırmışdır. O, 2022-ci ilin fevral ayından 2023-cü ilin fevral ayınadək Təqsirləndirilən şəxs pul vermiş, sonuncu onu beton zavodu olan iş adamı kimi Anar adlı şəxslə tanış etmiş, «Günəş petrol»un yanındakı evi sonuncunun tikdiyini demişdir. Təqsirləndirilən şəxs bir layihəyə pul yatırdığını, ordan 2023-cü ilin aprelin 1-də pul əldə edəcəyini, ondan sonra onun da pulunu verəcəyini bildirmişdir. Belə ki, sonuncu broker xidməti kimi 30 minlik iş görübsə onun 20 faizini gəlir kimi əldə edəcəyini, ona isə özünün əldə etdiyinin 35 faizini verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sinif yoldaşından da pul aldığını, həmin şəxsin atasının tırları olduğunu demişdir. O, həmçinin əvvəlkinin Abbas adlı əmioğlundan pul aldığını bilmişdir. O, 1 aprel 2023-cü ilə kimi evi almaq üçün gözləmiş, Təqsirləndirilən şəxs verdiyi pullardan ümumilikdə 6 min manata yaxın gəlir götürmüşdür. O, sonuncuya pulları faizə deyil, gəlir əldə etmək üçün vermiş, aralarında məbləği razılaşdırmamış, hətta bir dəfəsində Təqsirləndirilən şəxs ondan borc pul istəmiş, o da 900 manat pulu olduğuna görə MilliÖn vasitəsi ilə pulu sonuncuya vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə tanış olsa da, 2022-ci ildən aralarında yaxın münasibət yaranmışdır. 2022-ci ildə sonuncu ona Qaradağ rayonu ərazisində fəaliyyət göstərən beton zavodunun mülkiyyətçisi Anar adlı tanışının vasitəsilə çoxsaylı tikinti-beton, torpaq, maşın alqısatqı işləri gördüyünü bildirmişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ondan tikinti-inşaat materialların alqı-satqısı üçün iş görmək adı ilə «Xurma Lounge» çay evində 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul almış və bundan 10-15 gün sonra həmin çay evində qazanc qismində üzərində 2.000 (iki min) ABŞ dolları ilə birlikdə ona 22.000 (iyirmi iki min) ABŞ dolları gətirərək işlərinin uğurla getdiyini, bu işləri böyütməli olduğunu və bunun üçün onun maddi dəstəyinə ehtiyacı olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs 10-15 gün müddətinə belə qazanc verməsindən həvəsələnərək razılığını bildirmiş və avtomobilində olan 20.000 (iyirmi min) ABŞ dollarını götürüb Təqsirləndirilən şəxs ona təqdim etdiyi 22.000 (iyirmi iki min) ABŞ dollarının üzərinə qoyaraq ümumilikdə 42.000 (qırx iki min) ABŞ dollarını ona vermişdir. Bundan 10-15 gün sonra, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə «Xurma Lounge» çay evində görüşəndə sonuncu ona 46.000 (qırx altı min) ABŞ dolları təqdim edərək işə davam edib-etməmək istədiyini soruşmuş, o, işə davam etmək niyyətində olduğunu bildirmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi 46.000 (qırx altı min) ABŞ dollarının üzərinə 30.000 (otuz min) ABŞ dolları daha əlavə edərək, ümumilikdə 76.000 (yetmiş altı min) ABŞ dollarını ona vermişdir. 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs verdiyi 76.000 (yetmiş altı min) ABŞ dollarının aqibəti ilə bağlı soruşduqda, o, həmin pulu Anarın beton zavodunda işə sərmayə qoyduğunu, vaxt tapan kimi gedib götürəcəyini bildirmişdir. O, Anar adlı şəxsin kim olduğunun maraqlı olduğunu bildirərək Təqsirləndirilən şəxs ilə birlikdə Qaradağ rayonuna getməyə israr etmiş, onlar hər biri öz avtomobilində və dalqabaq şəkildə Qaradağ rayonuna getmişlər. Orada Təqsirləndirilən şəxs ünvanını dəqiq xatırlamadığı bir zavodun darvazasına yaxınlaşaraq, onun çöldə gözləməli olduğunu və Anarın məhz bu zavodun mülkiyyətçisi olduğunu bildirmiş, o da işləri olduğundan axşam çay evində görüşməyi təklif etmiş və oradan uzaqlaşmışdır. Həmin günün axşamı Təqsirləndirilən şəxs ona 85.000 (səksən beş min) ABŞ dolları pul gətirərək artıq işlərin daha da böyüdüyünü, bundan sonra daha böyük işlər görəcəkləri bildirmiş, o da sonuncunun səmimiyyətinə tam inanaraq 85.000 (səksən beş min) ABŞ dollarını ona qaytararaq işləri davam etdirməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs eyni işlərin görülməsi adı ilə 2023-cü ilin yanvar ayının sonlarında Xətai rayonunda yerləşən «Ağ şəhər» ərazisində ondan 20.000 (iyirmi min) ABŞ dolları, bundan bir neçə gün sonra isə 60.000 (altmış min) ABŞ dolları almış, bununla da Təqsirləndirilən şəxs iş görmək adı ilə ondan aldığı pulun ümumi məbləği 150.000 (bir yüz əlli min) ABŞ dolları olmuşdur. Bundan əlavə, 2022-ci il dekabr ayının sonlarında «Xurma Lounge» çay evində olarkən Təqsirləndirilən şəxs onun torpaq sahəsi alaraq bağ tikmək istədiyini eşidəndə tanışı Anarın çoxsaylı torpaq ərazilərinin olduğunu, torpaq sahəsi almaqda ona kömək edəcəyini bildirmişdir. Bundan bir gün sonra Təqsirləndirilən şəxs ona Xəzər rayonu, Mərdəkan qəsbəsi ərazisində «Vətən» restoranının arxasında yerləşən 15 sot torpaq sahəsini Anarla 45.000 (qırx beş min) ABŞ dollarına razılaşdığını bildirmiş, o səhəri gün həmin ərazinin yaxşı ərazi olduğunu öyrəndikdən sonra «Xurma Lounge» çay evində sonuncuya 45.000 (qırx beş min) ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs mobil telefonunda ona bir torpaq sahəsinin çıxarışının fotoşəklini göstərək Anara məxsus olan həmin torpaq sahəsinin sənədi olmasını və torpaq sənədləşməsinin 15- 20 gün çəkəcəyini bildirmişdir. Bu müddət ərzində dəfələrlə ondan həmin torpaq sahəsinə baxmağa getməyi israr etsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə bundan yayınmış, hətta bir dəfə sonuncu buna razılıq verdiyi üçün tanışı Şahinlə Mərdəkan qəsəbəsində yerləşən «Vətən» restoranının yaxınlığına gedərək Təqsirləndirilən şəxs zəng edib onu gözlədiyini bildirsə də, o, işləri olduğunu və gələ bilməyəcəyini deyərək ora gəlməmişdir. Bundan başqa, 2023-cü il yanvar ayının əvvəllərində «Xurma Lounge» çay evində olarkən söhbət əsnasında «Audi A6» markalı avtomobil almaq istədiyini Təqsirləndirilən şəxs bildirmiş, sonuncu həmin avtomobilin Bakı şəhərində satış qiyməti olan 58.000 (əlli səkkiz min) ABŞ dollarına tanışı Anarın vasitəsi ilə onun üçün daha müasir və hazırda salonda satış qiyməti 80.000 (səksən min) ABŞ dolları olan «Audi A7» markalı avtomobil almaq imkanının olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təklifi və iştirakı ilə o, özünə məxsus olan 2021-ci buraxılışlı «Volkswagen Passat» markalı avtomobili Xətai rayonu ərazisində yerləşən «Audi Bakı» Mərkəzinin əməkdaşlarından birinə 23.000 (iyirmi üç min) ABŞ dollarına satmış, avtomobil ona təqdim edildikdən sonra qalan pulu verəcəyi ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında olan razılıq əldə etmiş və həmin pulun üzərinə 2.000 (iki min) ABŞ dolları pul əlavə edərək cəmi 25.000 (iyirmi beş min) ABŞ dollarını sonuncuya vermişdir. 2023-cü ilin fevral ayının 8-də Təqsirləndirilən şəxs ona «Audi A7» markalı avtomobil gətirərək bildirmişdir ki, həmin avtomobili xarici ölkədən Anarın müdiri olduğu sement zavodunun adına gətirdiyindən 80.000 (səksən min) ABŞ dolları bazar qiymətinə deyil, 58.000 (əlli səkkiz min) ABŞ dollarına ala bilmişdir. Təqsirləndirilən şəxs hələlik qeyd edilən avtomobilin Anarın sürücüsü Süleymanın adına qeydiyyata alınacağını, ona sürmək üçün etibarnamə veriləcəyini, bundan təxminən 7-10 gün sonra isə onun adına sənədləşdiriləcəyini bildirmişdir. Avtomobil onun adına rəsmiləşdirildikdən sonra qalan 33.000 (otuz üç min) ABŞ dollarını Təqsirləndirilən şəxs verməyə, sonuncu da aparıb Anara ödəməyə razılaşmışdırlar. «Audi A7» markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə bağlı onun, qardaşı Erkinin və Təqsirləndirilən şəxs öz adına etibarnamə verilmişdi. Lakin söz verdiyi vaxtın keçməsinə baxmayaraq sonuncudan «Audi A7» markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirilməsini xahiş etmiş, o isə müxtəlif bahanələr gətirərək vaxtı uzatmış və hətta ondan 33.000 (otuz üç min) ABŞ dollarını da avtomobilin sənədləşməsini başa çatdırması üçün istəmiş, o isə əvvəlcədən belə razılıqlarının olmadığını bildirmişdir. 2023-cü ilin fevral ayının sonlarında «Audi A7» markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq şirkətinin sahibi Süleymanın adına sənədləşdiyi və qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi Süleymanın göstərildiyi ona aydın olmuşdur. Həmin ərəfədə həmçinin Təqsirləndirilən şəxs öz xalası oğlu Nəcmini, eləcə də Nəcminin əmisi oğlu Abbası da aldadaraq onların da pullarını ələ keçirdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs pulları tələb edəndə sonuncu, gah pulları itirdiyini, gah faizə verdiyini, gah da xərclədiyini bildirərək bir müddət pulunu qaytaracağı adı ilə vaxtı uzadaraq onu aldatmış, o, bununla bağlı sonuncunun anasına və dayısına da məlumat vermişdir. Təqsirləndirilən şəxs anası yaşadığı evi satıb pulunu qaytaracağını bildirsə də, heç bir nəticə olmamış, bu səbəbdən o, sonuncu barəsində şikayət etmişdir. Məhkəmə iclasında verilmiş suallara Zərərçəkmiş şəxs1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pulları sənədlə verməmiş, hər dəfə pul verdikdən sonra sonuncu pulları ona geri gətirmiş, o isə üstünə əlavə pul qoyaraq 10 gündən bir Təqsirləndirilən şəxs vermişdir. Pulların bir qismini Şahin adlı dostunun, onun iş yoldaşlarının, bir qismini də digər dostlarının yanında vermişdir. O, Təqsirləndirilən şəxs beton işi ilə məşğul olmasını, kiməsə beton verməsini görməmişdir. O, Təqsirləndirilən şəxs tələb etdikdən sonra sonuncu onu Qaradağda yerləşən beton zavoduna apardığından və oradan içəriyə daxil ola bildiyindən o, Təqsirləndirilən şəxs dediklərinə etibar etmişdir. Sonuncunun aldatdığı şəxslərin sayı çox olsa da, şikayət edən azdır. Təqsirləndirilən şəxs onun beton işindən başı çıxmadığını bildiyindən həmin adla ondan pul almışdır. Təqsirləndirilən şəxs nəsli ilə tanışlığı var, atası 2021-ci ildə rəhmətə getmiş, əvvəlki dövlət işində işləməmiş, şirkətdə broker olmuş, lakin taksi fəaliyyəti ilə məşğul olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs 5-6 dəfə pul vermiş, qazanc olanda yarıbayarı bölmüşlər. Sonuncuya etibar etdiyi üçün Anar adlı şəxsin kim olması ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs atası koronadan rəhmətə gedəndə onunla bağlı dayısı onlara pul vermiş, sonra sonuncu dayısının pulu istədiyini bildirmiş və evi onun adına ipotekaya qoyub pul götürməyi təklif etmiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxs həmin müddətdə ona 150.000 (yüz əlli min) dollar verəcəyi olmuş, o, Mərdəkandakı torpağa baxmağa dəfələrlə getsə də, əvvəlki onunla birlikdə gəlməmişdir. O, «Audi A6» markalı avtomobili almaq istəmiş, Təqsirləndirilən şəxs «Audi A7» maşın almağı təklif etmiş, sonuncuya 25.000 (iyirmi beş min) dollar pul vermişdir. Təqsirləndirilən şəxs maşının qiyməti çox olduğuna görə ilk öncə işçinin- Anarın sürücüsünün adına qeydiyyata salacaqlarını, 10-12 gündən sonra isə onun adına keçirəcəklərini bildirmişdir. Vaxt tamam olanda isə o, həmin sürücünün burda olmadığını, Anarın onu xaricə iş dalıyca göndərdiyini bildirmiş, 5 gün keçəndən sonra Təqsirləndirilən şəxs ondan pul istəmiş, o, əvvəlcə maşının adına keçməsini istəmiş və həmin vaxt məlum olmuşdur ki, maşın “Rich” lizinq adına alınmışdır. Sonradan onun dostu maşını lizinqdən alsa da, maşın hazırda onun adına deyil, pul və maşın ortada yoxdur və maşının dəyəri 80.000 (səksən min) dollar təşkil edir. Təqsirləndirilən şəxs lizinqə pul verməsi barədə məlumatı olmamışdır. Dostu maşını alanda ona 25.000 (iyirmi beş min) dollar pul verməmiş, maşını o deyil, lizinq 55.000 (əlli beş min) dollara satmışdır. O, Təqsirləndirilən şəxs 374.000 (üç yüz yetmiş dörd min) manat pulu tanışlarının yanında vermiş, pul verməsi ilə bağlı yazışmalar və səs yazıları olmuş, gördükləri işdən qazancın yarısı sonuncunun, yarısı da onun olmuşdur. Qeyd etdiyi 150.000 (bir yüz əlli min) ABŞ dolları isə onun öz puludur, ora gəlir daxil deyildir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müəyyən işlərin görülməsi üçün ümumilikdə 10.000 (on min) manat miqdarında pul vermiş, sonradan sonuncunun valideynləri 8.000 (səkkiz min) manatı ona geri ödəmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cəza məsələsini də məhkəmənin mülahizəsinə buraxır.

6. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, əmisi oğlu Zərərçəkmiş şəxs3 xalası oğlu olan Təqsirləndirilən şəxs qohum kimi qiyabi tanısa da, əvvəllər aralarında dostluq münasibətləri olmamışdır. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3 xalası oğlu Təqsirləndirilən şəxs yüksək əlaqəli vəzifəli şəxslə işgüzar münasibətdə olduğunu, buna görə də yaxşı pul qazandığını, bunun üçün müəyyən kapitalın lazım olduğunu, hətta dostu Orxanın da əvvəlki ilə biznes əlaqəsində olduğunu bildirərək, istəyəcəyi təqdirdə Təqsirləndirilən şəxs ilə görüşünü təşkil edərək, sonuncunun gördüyü biznes işlərinə yatırım edib pul qazana biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 təklifinə razılıq verərərək Təqsirləndirilən şəxs ilə görüşüb danışmağı, razı olacağı təqdirdə onu da öz işinə cəlb etməsinə razılığının öyrənilməsini təklif etmişdir. 2022-ci ilin dekabr ayında o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ilə birlikdə «Xurma Lounge» çay evində görüşmüş, əvvəlkindən nə kimi işlər gördüyünü, bu işlərə kimin dəstək verdiyini, biznesdən gələn gəlirlərin necə bölüşdürüldüyünu soruşmuşdur. Təqsirləndirilən şəxs gördüyü işləri Anar adlı tanışının vasitəsi ilə etdiyini, əsasən beton işləri gördüyünü, gömrükdən taxta, mobil telefon və malların keçirilməsini təşkil etdiyini, brokerlik fəaliyyəti göstərdiyini və görülmüş işin müqabilində həmin fəaliyyət üçün pul sərmayə qoymuş adamlara qazancdan müəyyən qədər pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hər işdə qazanc müxtəlif olduğundan bu barədə əvvəlcədən nəsə vəd verə bilməz. O, nəticədə sonuncuya inanmış və göstərdiyi qaydada işləməyə razılıq vermişdir. 2022-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs3 «WhatsApp» proqramı vasitəsilə ona mesaj yazaraq Təqsirləndirilən şəxs təklif etdiyi taxta-şalban biznes fəaliyyəti ilə bağlı nə qədər pul verə biləcəyi ilə maraqlandığını söyləmiş, o, hazırda 3.600 (üç min altı yüz) ABŞ dolları pulunun olmasını bildirmiş, Zərərçəkmiş şəxs3 də ona Təqsirləndirilən şəxs həmin pulu sonuncunun kartına göndərməsini bildirdiyini qeyd etmişdir. Sonra isə Təqsirləndirilən şəxs nömrəsini göndərdiyi kartın hesabına özünün «Birbank» mobil tətbiqində hesabından 3.600 (üç min altı yüz) ABŞ dolları köçürmüşdür. 2023-cü ilin yanvar ayının əvvəllərində «Xurma Lounge» çay evində görüşən zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, artıq onun 3.600 (üç min altı yüz) ABŞ dollarına görə 400 (dörd yüz) manat qazancı vardır, həmin pulu tezliklə verəcəkdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ilə tez-tez bir yerdə olduğuna görə həmin vaxtda əvvəlki onun sürücülük vəsiqəsi almaq istəyini bilmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona 3.600 (üç min altı yüz) ABŞ dollarını qaytararkən bildirmişdir ki, bu işdən qazanc qalmış 400 (dörd yüz) manatın üzərinə əlavə 400 (dörd yüz) manat qoymuş olsa, 800 (səkkiz yüz) manata ona sürücülük vəsiqəsi almağa kömək edəcəkdir. O, razılıq verdiyi üçün Təqsirləndirilən şəxs 400 (dörd yüz) manatı tələb etməmiş və sonuncuya əlavə olaraq 400 (dörd yüz) manat da vermişdir ki, sürücülük vəsiqəsi almaqda ona kömək etsin. Lakin Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaq işini uzatdığını görüb 800 (səkkiz yüz) manatı geri alaraq sonradan özü imtahan verib sürücülük vəsiqəsi almışdır. Ona sürücülük vəsiqəsi almağa kömək göstərməsə də, aldığı 3.600 (üç min altı yüz) ABŞ dollarını üzərində 400 (dörd yüz) manat qazancla geri qaytardığına görə Təqsirləndirilən şəxs inamı yaranmışdır. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ilə «Xurma Lounge» çay evində görüşərkən əvvəlki bildirmişdir ki, növbəti işlərin görülməsi ilə bağlı pula ehtiyacı yaranmışdır, əgər bu dəfə də işlərini görməyə pul vermiş olsa, yenə də qazanc verəcəkdir. O, Təqsirləndirilən şəxs 3.700 (üç min yeddi yüz) ABŞ dolları pulu olduğunu və həmin pulu bank kartında saxladığını bildirmiş, sonuncu ona 3.700 (üç min yeddi yüz) ABŞ dollarını şəklini göndərəcəyi karta keçirməsini istəmiş, həmin gün o, evə gələrkən «Birbank» mobil tətbiqindən Təqsirləndirilən şəxs dediyi kart hesabına 3.700 (üç min yeddi yüz) ABŞ dolları göndərmişdir. Bundan sonra «Xurma Lounge» çay evində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2.550 (iki min beş yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) ABŞ dolları və xx.xx.2023-cü il tarixdə isə 600 (altı yüz) ABŞ dolları vermişdir. Lakin Təqsirləndirilən şəxs qeyd edilən pul vəsaitlərini almasına baxmayaraq söz verdiyi qazancı ona verməmiş və söz vermişdir ki, sərmayə qoyduğu 4.600 (dörd min altı yüz) ABŞ dolları və 2.550 (iki min beş yüz əlli) manata münasibətdə 2023-cü ilin fevral ayının sonlarında ona ***-**** manat civarında qazanc verəcək və aldığı pulları da geri qaytaracaqdır. Lakin 2023-cü ilin fevral ayının ortalarından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir biznes fəaliyyəti olmamış, o, Zərərçəkmiş şəxs3 və Orxan adlı şəxsdən biznes fəaliyyəti adı altında külli miqdarda pul alaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs pulunu tələb etdikdə sonuncu vaxt istəyərək aldığı pulları geri qaytaracağını demiş, lakin uzun müddət gözləsə də, nəticə olmadığını görüb Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışdığı, ona vurulmuş ziyan tam şəkildə ödəndiyi üçün məhkəmə tərəfindən onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə yaxın dostdur, sonuncu Təqsirləndirilən şəxs 2022-ci ildə müxtəlif məbləğlərdə pullar versə də, geri ala bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs «Audi A7» markalı maşını və Mərdəkanda 15 sot torpağı alması üçün Zərərçəkmiş şəxs1 pul almış, lakin geri qaytarmamışdır. O, həm bu söhbətlərin, həm də «Xurma Lounge» çay evində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmuşdur. Həmçinin Anar adlı şəxsin bu işlərdə Təqsirləndirilən şəxs kömək etdiyini bilmişdir.

8. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə Nəsimi rayonunda yerləşən «Xurma Lounge» çay evində çay içərkən onların arasında gedən söhbətlərdən başa düşmüşdür ki, sonuncu biznes işləri ilə məşğul olur, bu məqsədlə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verir, sonuncu da pulun müqabilində Zərərçəkmiş şəxs1 gəlir verəcəyinə söz verir. O, sonuncuya bir neçə dəfə Təqsirləndirilən şəxs çox da güvənməməsini bildirsə də, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bir neçə dəfə biznes üçün pul verdiyini və sonuncunun pulu artıqlaması ilə qaytardığını bildirmiş, hazırda isə Təqsirləndirilən şəxs məşğul olduğu biznesin daha da genişlənməsini istədiyi üçün pulunu ondan geri almadığı və hətta əlavə də pul vermək istədiyini qeyd etmişdir. Çay evində olan söhbətlər zamanı Təqsirləndirilən şəxs danışıqlarından başa düşmüşdür ki, sonuncunun beton zavodu işlədən Anar adlı bir tanışı biznes işlərini qurmaqda Təqsirləndirilən şəxs kömək edir. 2022-ci ilin dekabr ayının sonlarında «Xurma Lounge» çay evində Zərərçəkmiş şəxs1 onun və ümumi tanışları Şahid3 yanında Təqsirləndirilən şəxs 45.000 ABŞ dolları pul vermiş, söhbətdən məlum olmuşdur ki, sonuncu həmin pula Zərərçəkmiş şəxs1 üçün Mərdəkan qəsəbəsində, «Vətən» restoranının yanında 15 sot torpaq sahəsi alaraq onun adına sənədləşdirəcəkdir. Bundan bir müddət sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində isə Zərərçəkmiş şəxs1 aşağı qiymətə «Audi A7» markalı avtomobilin xarici ölkədən gətirilməsi ilə bağlı Təqsirləndirilən şəxs 25.000 ABŞ dolları vermiş, bu pulları verdiyini o, dəqiq bilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmış, sonuncuya heç bir torpaq sahəsi və «Audi A7» markalı avtomobili almamış, beton biznesi və digər adlarla Zərərçəkmiş şəxs1 ümumilikdə aldığı 220.000 ABŞ dollarını dələduzluqla ələ keçirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “Xurma Lounge” çay evində oturanda təxmini 10.000 manat məbləğində pul verməsini görmüşdür. Qalan pulları isə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs telefonda danışarkən eşitmiş, həmçinin sonuncu özü ona demişdir. Sonuncular gəlir əldə etmək üçün telefon, beton və s. biznes işi görmüşlər, lakin o, kimin nə qədər qazandığını və ya gəlir götürəcəyini bilməmişdir. O, Təqsirləndirilən şəxs həm yaşına görə, həm də adını çəkdiyi Anar adlı şəxsi görmədiklərinə görə Zərərçəkmiş şəxs1 əvvəlkinə güvənməməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 torpağa baxmağa gedəcəyini bildirsə də, heç vaxt gedib baxmamışdır. O, faiz söhbətinin şahidi olmamış, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasındakı məsələnin gəlir məsələsinin olduğunu bilmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən direktoru olduğu "xxxx" MMC kredit və lizinq fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü ildə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin ofisinə müraciət edərək «Audi A7» markalı avtomobili almaq üçün kredit götürmək istədiyini bildirmişdir. O, sonuncuya avtomobilin ümumi dəyərinin 70 və ya 80 faizi həcmində kredit veriləcəyini, qalan məbləği özünün satıcıya ödəməli olduğunu, alqı-satqı müqaviləsini «Audi Bakı» avtomobil salonu ilə öz adından bağlayacağını, avtomobilin onun adına qeydiyyata alınacağını, kredit məbləği tam ödənildikdən sonra isə avtomobili başqasının adına keçirməyin mümkün olacağını bildirmişdir. O, şərtləri bildirdikdən sonra Zərərçəkmiş şəxs3 və sonuncunun yanında gələn tanımadığı oğlan razılaşdıqlarını bildirmişlər. «Audi A7» markalı avtomobilin dəyəri 80.000 ABŞ dolları olduğuna görə o, 55.000 ABŞ dolları pul vəsaitini illik 3 faizlə 1 il müddətinə kredit verəcə biləcəyini Zərərçəkmiş şəxs3 bildirmiş, sonuncu razılaşaraq qalan 25.000 ABŞ dollarını özlərinin ödəyəcəklərini qeyd etmiş və beləliklə onlar müqavilə bağlamışdırlar. O, kassadan 55.000 ABŞ dolları dəyərində 93.500 manat pul vəsaiti götürmüş, Zərərçəkmiş şəxs3 ilə sonuncunun yanında olan oğlan isə 25.000 ABŞ dolları dəyərində 42.500 manat pul vəsaitini ona təqdim etmiş və onlar 136.000 manat pulu götürüb birlikdə Babək prospektində yerləşən «Audi Bakı» avtomobil salonununa getmişlər. O, «Audi A7» markalı avtomobilin alınması ilə bağlı həmin salonun işçisinə 136.000 manat pul ödəmiş, avtomobilin alqı-satqı müqaviləsini imzalamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs3 və sonuncunun yanında olan 2 nəfər şəxslə birlikdə «Audi A7» markalı avtomobilin sənədləşməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə gəlmiş, avtomobilə **-KO-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs3gil özləri almışlar. Sonuncu tanışları Zərərçəkmiş şəxs1, X6 və Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün etibarnamə verməsini ondan xahiş etmiş, o da mobil notariat vasitəsi ilə həmin şəxslərə müvafiq etibarnamələri vermişdir. Bundan təxminən 1 ay sonra, 2023-cü ilin mart ayının əvvəllərində tanışlarından biri ona həmin «Audi A7» markalı avtomobillə bağlı pul mübahisəsi yarandığını, avtomobilin alınması ilə bağlı kiminsə pulunun ələ keçirildiyini eşitmişdir. Sonradan Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq avtomobilə görə kredit götürdüyü 93.500 manat pulu birədəfəyə ödəmək şərti ilə avtomobili öz adına keçirmək istədiyini bildirmiş, o, etiraz etməmiş və 08 mart 2023-cü ildə əvvəlki özü ilə gələn və böyük qardaşı kimi təqdim etdiyi şəxsin yanında ona 93.500 manat pul ödəmişdir. Sonra onlar birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər, və o, tərtib edilmiş sənədləri imzalamışdır. Lakin həmin avtomobilin kimin adına sənədləşdirilməsi ilə maraqlanmamış və pulunu aldığına görə oradan çıxıb getmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə qonşu kimi aralarında dostluq münasibətləri var və sonuncunun xalası oğlu Təqsirləndirilən şəxs çay evində tanımışdır. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs3 ona xalası oğlu Təqsirləndirilən şəxs ilə birgə iş quraraq pul qazandığını bildirmiş, sonuncunun xarici ölkələrdən ucuz qiymətə «İphone» markalı mobil telefonlar gətirərək satdığını, həmçinin gömrükdə broker fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs3 ilə Nəsimi rayonunda yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında çay evində olarkən sonuncu bir ədəd sellofan torbanı göstərərək içində 7.000 manat məbləğində pul olduğunu, həmin pulu Təqsirləndirilən şəxs gəlib ondan götürəcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs çay evinə gəlmiş, Zərərçəkmiş şəxs3 sellofan torbada olan 7.000 manat pulu götürərək oradan çıxıb getmişdir. Bundan başqa, xx.xx.2022-ci ildə o, Abbas və Zərərçəkmiş şəxs3 ilə «Xurma Lounge» çay evində olan zaman Təqsirləndirilən şəxs ora gəlmiş və onların yanında sonuncuya Zərərçəkmiş şəxs3 5.000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu sayıb 5.000 manat olduğuna əmin olduqdan sonra oradan çıxıb getmişdir. Bundan bir müddət sonra Abbasdan Təqsirləndirilən şəxs biznes işləri adı altında əvvəlkindən də 10.000 manat pul aldığını eşitmiş və bir qədər sonra da Təqsirləndirilən şəxs əslində heç bir biznesi olmadığı, sonuncunun aldığı pulları özü üçün xərclədiyi məlum olmuşdur. O, həmçinin eşitmişdir ki, Təqsirləndirilən şəxs Dubaydan ucuz qiymətə «İphone» markalı mobil telefon gətirmək görüntüsü yatarmaq üçün Bakı şəhərində satış mağazalarından aldığı «İphone» markalı mobil telefonları Zərərçəkmiş şəxs3 və Abbasın yanında Bakı şəhərində olan satış qiymətindən aşağı qiymətə satırmış. Zərərçəkmiş şəxs3 ona xalası oğlu Təqsirləndirilən şəxs əvvəlkini aldadaraq guya Rusiyadan taxta-şalban gətirmək, həmçinin ucuz qiymətə mənzil almaq və digər biznes adı altında külli miqdarda pulunu ələ keçirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən 2 il vaxt keçdiyinə görə detalları tam xatırlamasa da, yaxın dostları ilə “Xurma Lounge” çay evində oturan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 da gəlmiş, onların söhbətlərindən aralarında maddi iş məsələsi olduğunu anlamış, lakin işin tam olaraq nədən ibarət olmasını bilməmişdir. Onun yanında Zərərçəkmiş şəxs1 bir dəfə Təqsirləndirilən şəxs pul vermiş, amma məbləğin nə qədər olduğunu bilməmişdir. Ümumi dostlar arasında olan söhbətlərdən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 birlikdə iş görmələrini bilmiş, sonradan isə əvvəlkinin bir neçə nəfəri aldatdığını öyrənmişdir. Audi markalı maşını həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 sürdüyünü görmüş, lakin torpaq məsələsindən xəbərdar olmamış, torpağı görməmiş və nə qədər olduğunu bilməmişdir.

12. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, bacısı Nazilə ilə əvvəllər münasibətlər yaxşı olsa da, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edəndən sonra, təxminən 2 ildən çoxdur ki, əvvəlki ilə danışmırlar. Oğlunun pulu verdikləri tarixləri xatırlamasa da, sonuncu pulları Təqsirləndirilən şəxs iş qurmaq adı ilə vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əvvəlkinin anasının rəfiqəsi Ruhəngizlə şərik olduğunu, İnşaatçılarda 8 ev tikdirdiyini Zərərçəkmiş şəxs3 pul köməkliyi etdiyi halda sonuncuya maya dəyərinə bir mənzil verəcəyini bildirmişdir. O, məsələni dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs ilə telefonda danışmış, sonuncu daha öncə dediklərini təsdiqləmiş, o da bacısı oğlu olduğuna görə Təqsirləndirilən şəxs inanmışdır. Zərərçəkmiş şəxs3 hələ ilk dəfədən Təqsirləndirilən şəxs pul verəndə onun məlumatı olsa da, bacısına bu barədə nəsə deməmişdir. Çünki Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs3 əvvəlkinin anasına heç nə deməməyi tapşırmışdır. Həm də o düşünmüşdür ki, bacısı öyrənsə paxıllıqdan sonuncunun Zərərçəkmiş şəxs3 ilə iş görüb pul qazanmasına icazə verməzdi. Nazilə rəfiqəsinin evini ipotekaya qoyub 50 min pul götürüb Təqsirləndirilən şəxs iş qurmaq adı ilə vermiş, o, bacısından nə üçün belə etdiyini soruşduqda bacısı ona “anayam, inandım” deyə cavab vermişdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tır, sement, gömrükdə qalan taxtaların şəkillərini atıb pul istəmişdir. O, qızının, özünün qızıllarını, Qaxda olan torpaqlarını satıb, evini girov qoyub pul götürərək, həmin pulları Təqsirləndirilən şəxs vermiş, daha sonra sonuncunun pulları qaytarması üçün həmin pulları başqalarından aldığını və sonuncuların da pullarını istədiklərini bildirmişdir. Sonuncu ilə oğlunun aralarında faiz söhbəti olmamışdır.

13. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2021-ci ildə əri koronavirusa yoluxmuş, müalicə olunması üçün xəstəxanada bir müddət yatmış və bu müalicə ilə bağlı onların 58 min manat xərcləri olmuşdur. Daha sonra əri ölmüş, sonuncunun hələ 40-ı çıxmamış Təqsirləndirilən şəxs maşınla qəza törətmiş, lakin sonuncu ona bu barədə heç nə deməmiş və maşını düzəltdirmək üçün ilk dəfə 2021-ci ilin noyabr ayında Nailədən pul almışdır. Belə ki, Nailə tanınmış faizə pul verəndir. O, bütün bunları 2023-cü ilin fevral ayında öyrənmişdir. Həmin vaxt qardaşı ona demişdir ki, Təqsirləndirilən şəxs faizin içində batıb intihara gedir, sonuncu hətta bununla bağlı mesajlar da yazmışdır. O, yalnız o zaman borclularla danışmış, Nailə ilə də danışıb aylıq 1.100 manat pul ödəməyə başlamış, şikayət edəndən sonra isə ödəməni dayandırmışdır. Bacısıgil oğlunun “qaz vurub qazan doldurduğunu” zənn etdiklərindən o qədər pulu oğluna vermişdirlər. Qarşı tərəflə barışıq əldə etmək üçün 30.000 manat pul verə biləcəyini, onu da aylıq 1000 manat şəklində ödəyə biləcəyini demiş, lakin Nailə “notariusa gedək 80 min manat pula dair qol çək, lakin 30 min manat pul manat ver” deyə təkid etdiyindən o razılaşmamışdır.

14. xx.xx.2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 146).

15. Bakı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir (İİ cild i/v 38-39).

16. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 245-251).

17. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 356-358).

18. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənək dəyişdirilmədən saxlanılmışdır (İİİ cild i/v 12-13).

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİİ cild i/v 35-37).

20. "xxxx" ASC-dən götürülmüş, Təqsirləndirilən şəxs aid bank hesabları və plastik kart hesabından çıxarışların əks olunduğu CD disk və xx.xx.2024-cü il tarixli protokol məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, diskdə 16 ədəd «Word» və 5 ədəd «Excel» fayllar vardır. Təqsirləndirilən şəxs ******************** nömrəli bank hesabı üzrə 523915******6992 nömrəli plastik kart vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi apardığı bank əməliyyatlarına dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən ******************** nömrəli hesabdan 416973******2090 nömrəli plastik kart vasitəsi ilə və ******************** nömrəli hesabdan 416973******2075 nömrəli plastik kart vasitəsi ilə xx.xx.2022-ci ildə 200, xx.xx.2022-ci ildə 610 və 750, xx.xx.2022-ci ildə 750, 750, 100, 100 olmaqla 1700, xx.xx.2022-ci ildə 1600 və 800 olmaqla 2400, xx.xx.2022-ci ildə 2500 və 20 olmaqla 2520, xx.xx.2022-ci ildə 1700, xx.xx.2022-ci ildə 30, xx.xx.2022-ci ildə 1628, xx.xx.2022-ci ildə 1700, xx.xx.2022-ci ildə 70 və 100 olmaqla 170, xx.xx.2022-ci ildə 2300 və 400 olmaqla 2700, xx.xx.2022-ci ildə 900, xx.xx.2022-ci ildə 1100, xx.xx.2022-ci ildə 600 və 1228 olmaqla 1828, xx.xx.2022-ci ildə 750, xx.xx.2023-cü ildə 1100 və 600 olmaqla 1700, xx.xx.2023-cü ildə 1000, 100 və 1000 olmaqla 2100, xx.xx.2023-cü ildə 350, xx.xx.2023-cü ildə 2100, xx.xx.2023-cü ildə 200, 1700 və 500 olmaqla 2400, xx.xx.2023-cü ildə 2610, xx.xx.2023-cü ildə 500, xx.xx.2023-cü ildə 850, xx.xx.2023-cü ildə 100 manat olmaqla ümumilikdə 33.346 manat pul vəsaiti Təqsirləndirilən şəxs ******************** nömrəli bank hesabı üzrə 523915******6992 nömrəli plastik kartına köçürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ******************** nömrəli bank hesabı üzrə 523915******6992 nömrəli plastik kartından Zərərçəkmiş şəxs3 416973******2090 və 416973******2075 nömrəli plastik kartlarına xx.xx.2022-ci ildə 180, xx.xx.2022-ci ildə 170, xx.xx.2022-ci ildə 1000, xx.xx.2022-ci ildə 500, xx.xx.2023-cü ildə 300, xx.xx.2023-cü ildə 500 və xx.xx.2023cü ildə 200 manat olmaqla ümumilikdə 2850 manat pul vəsaiti köçürülmüşdür (İİ cild i/v 190-191).

21. 25.12.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs A.Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ifadəsinə əlavə edilmiş pul köçürmələrinə dair qəbzlər, həmçinin xx.xx.2024-cü il tarixli izahatına və xx.xx.2024-cü il tarixli ifadəsinə əlavə edilmiş, Təqsirləndirilən şəxs +994 50 ***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi whatsapp tətbiqi vasitəsi ilə aralarında olan yazışmalar iş üzrə maddi sübut kimi tanınmış və onların cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild i/v 268-281).

22. Cinayət işinin İİİ cildinə əlavə edilmiş və məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona vurulmuş ziyan tam şəkildə ödənmişdir. Məhkəmə tərəfindən onun barəsində yüngül cəza təyin edilməsini və ərizəsinin məhkəmə çıxışı kimi qəbul edilməsini məhkəmədən xahiş edir.

23. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi kimi 374.000 manat və ödənilmiş dövlət rüsumuna görə 675 manat olmaqla, ümumilikdə 374.675 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir.

24. Cinayət işinin İİİ cildinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 675 (altı yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

25. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi kimi 88.780 manat və ödənilmiş dövlət rüsumuna görə 357 manat olmaqla, ümumilikdə 89.137 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsini xahiş etmişdir.

26. Cinayət işinin İİİ cildinə əlavə edilmiş ********* nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 357 (üç yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

27. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən zərər çəkmiş şəxslərə, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və O.Zərərçəkmiş şəxs2 özünü müxtəlif biznes sahələrinə investisiya yatırımı edən, broker fəaliyyəti ilə məşğul olan, xarici ölkələrdən ucuz qiymətə mobil telefon və elektron cihazlar gətirib respublikada satışını həyata keçirən, həmçinin geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim etməmiş, həmçinin beton biznesi ilə məşğul olan şəxs kimi onlara qazanc vermək adı ilə aldadıb pullarını ələ keçirməmişdir. O, həmin şəxslərin hər birindən faizə pul götürmüş, həmin şəxslər onun maddi çətinlik və ehtiyac içində olduğunu bildiklərindən və sadəlövhlüyündən istifadə edib faiz hesabına onu bu qədər yükləmiş və yalan ifadələrlə ondan bu qədər pulu almağa çalışmışlar. Zərər çəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs3 onun doğma xalası oğlu, O.Zərərçəkmiş şəxs2 sonuncunun əmisi oğlu, Zərərçəkmiş şəxs1 isə 8 illik dostudur. O, atasının sağlığında yeməkxanalar, barlar və digər istirahət yerlərində yeyib-içmiş, yaranan borclarını atasından alıb ödəmişdir. Lakin atası 2021-ci ilin sentyabr ayında vəfat etdikdən sonra onun çoxlu borcları yaranmış, o da həmin borcları ödəmək üçün faizlə sələmə pul götürmüşdür. İlk dəfə Zərərçəkmiş şəxs3 2.600 manat pulu 15 faizlə, daha sonra isə Zərərçəkmiş şəxs1 20.000 ABŞ dollarını 15 günlüyə, 10 faizlə götürmüş və 15 gündən sonra ona 22.000 ABŞ dolları qaytarmışdır. Lakin sonuncu onun pula ehtiyacı olduğunu bildiyinə görə 22.000 ABŞ dollarını ona eyni qaydada faizlə yenidən vermişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 günün 15-16 saatını onunla bir yerdə olduqlarına görə ona faizlə verdikləri pulların bir hissəsini qonaqlıq verməyə, eyş-işrətə, siqaretlərə, barlarda olan qızlara xərclətdirmişlər. O, aldığı pulların əsas hissəsini sonunculara qaytarmış, hətta əsas puldan əlavə onların hər birinə faiz pulları da ödəmişdir və əsas məbləğdən onların heç birinə pul borcu yoxdur. Bundan əlavə o, Zərərçəkmiş şəxs2 borc qismində pul almış, lakin sonuncu ona borc verdiyi pulun məbləğini şişirtməmiş, üstünə faiz hesablamamış, bu səbəbdən də Zərərçəkmiş şəxs2 olan borcunu istintaq dövründə qaytarmışdır. «Audi A7» markalı avtomobilin alınması ilə bağlı 25.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 əvəzindən ona verməli olduğu faiz pullarından ödəmiş, sonuncu isə sonradan həmin avtomobili öz tanışına satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayına kimi İqtisadiyyat Nazirliyində xəzinədar işləmiş, həmin işdən 800 manat maaş almışdır. Bundan başqa o, taksi sürücüsü və Runaway şirkətində 1 il 6 ay broker işləmiş, gömrük əməliyyatçısı olmuşdur. Türkiyəyə turizm məqsədi ilə getmişdir. O, rəsmi şəkildə elektron avadanlıqlar satmamış, həmin malları sadəcə mağazadan alıb baha qiymətə satmış, daim daha çox qazanmaq istəmişdir. Zərərçəkmiş şəxs1 374 min manat almamış, başqa faizlə borc götürdüyü şəxslərə borclarını qaytarmaq üçün əvvəlkindən faizlə 181 min manat almış və qaytarmışdır. Həmin pulları işlədiyi müddətdə almamışdır. Atası xəstələnəndən sonra onların 58 min manat xərcləri çıxmışdır. Zərərçəkmiş şəxs2 borclarını bağlamaq üçün 8 min nə qədərsə pul almışdır. Zərərçəkmiş şəxs3 aldığı məbləği dəqiq xatırlamasa da, təxmini 30-40 min məbləğdən çox olmamış və hamısını artıqlamasıyla, təxminən 40-50 min civarında olmaqla geri qaytarmışdır. Sonuncuya xalası oğlu olduğu və yaxşılıq etmək üçün, Zərərçəkmiş şəxs1 isə ad günü olduğu üçün telefon alıb vermiş, həmin telefonun qiyməti 2.300 manat təşkil etmişdir. Onlar hər gün “Xurma Lounge” çay evində dostları, zərərçəkmiş şəxslərlə oturanda 500 manatlıq xərcləri çıxırdısa, hamısını o ödəmişdir. Təqdim edilən smslərdəki yazıların ona aid olduğunu zərərçəkmiş şəxslər sübut etməlidirlər. Onun pulu faizə pul götürməsinə dair səs yazıları var, lakin həmin səs yazıları işə əlavə edilməmişdir. Zərərçəkmiş şəxslərin ona pul vermələrinə dair yazılı hər hansısa sənəd və ya müqavilə tərtib edilməmişdir. O, tutulmamışdan əvvəl "xxxx" ASC-də işləmiş, orada işlədiyi dövrdə isə kommersiya fəaliyyəti ilə məşğul olmamışdır. O, heç vaxt kimdənsə 300 min aldığını deməmiş, istintaq zamanı ona təziq olunmuşdur. Daha sonra barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

28. Maddə 178.3.2. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

29. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

30. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

31. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 32.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 33.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

34. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

35. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

37. Maddə 44.2.1. Bəraəthökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

38. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

39. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 40.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

41. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 42.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 43.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

44. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 45.Maddə 179. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

46. Maddə 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. 47.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 48.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 49.Maddə 354. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

51. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

52. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı:

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

54. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

55. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarı:

56. Qərarın 6-cı bəndinə əsasən vurğulamaq lazımdır ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir.

Avropa Məhkəməsinin President Hüququ:

57. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

58. Beləliklə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, qəbzlər, fotoşəkillər, whatsapp yazışmalarından çıxarışlar və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 42-ci bəndi).

59. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxslərdən pulları borc kimi faizə götürməsi, heç kimi aldatmaması, götürdüyü borcların da faizlərini hissə-hissə geri ödəməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

60. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

61. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 aralarında olan whatsapp yazışmalarından görünür ki, əvvəlki “Nəcmi bir bilsən mənə nə qədər gözləyirəm, amma elə işimdir ki, demək alınmır heç kimə, bir mama bilir bir mən” deyə N.A.Davudzayədə bildirmiş, sonuncunun “Abi onlar ata bilər sənə?” sualına Təqsirləndirilən şəxs “yox, qətiyyən” cavabını vermiş, Zərərçəkmiş şəxs3 “Lazım olsa öz evimi də qoyum zaloka” deyə qeyd edəndə Təqsirləndirilən şəxs “1 mly k-dan çoxdur gözlənti” deyə bildirmişdir. Həmçinin tərəflər Təqsirləndirilən şəxs depodan yük fotoları göndərməklə Zərərçəkmiş şəxs3 “mən səni heç vaxt darda qoymaram, mən 40 günə dedim hamısın bağlayıram” deyə bildirmişdir. Yazışmalardan eyni zamanda aydın olur ki, sonuncu Təqsirləndirilən şəxs “Kvadratı 700-dən evləri alıb satmaq olar abi, ...sənə 7-8 ev verəcək satmaq üçün?” deyə bildirmiş, sonuncu da “Mən də o işi gözləyirəm, ...6-7 dənə” cavabını vermişdir. Həmin söhbətin davamında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “Prosta azacıq vaxt lazımdı ki evlərin proyektləri çıxsın” deyə bildirmiş, sonuncu “Yaza hazır olar məncə” deyə cavab vermiş, Təqsirləndirilən şəxs “onsuz 11 mərtəbədi amma satış eləmək üçün layihələr çıxmalıdı kvadratlar” deyə cavab vermiş, Zərərçəkmiş şəxs3 “Layihə çıxsa qiyməti 700 keçər” deyə qeyd edəndə isə Təqsirləndirilən şəxs “hə rahat 900 zad olacaq, tikiləndən sonra isə 1200-dən yuxarı” deyə bildirmişdir. Zərərçəkmiş şəxs3 başqa bir yazışmada M.M,Mürsəlizadəyə “Tırı niyə FHN balansına salmısan?, Bankdan götürdüyün pulları neyləmisən?, tırın pulların verirdin?” suallarına sonuncu “Hə tır bağlanıb, bir də evin kreditlərini bağlamışam” cavabını vermiş, Təqsirləndirilən şəxs məhlələrində çəkdiyi tırın fotosunu Zərərçəkmiş şəxs3 göndərmişdir. Beləliklə yazışmalardan tərəflərin maşın və iphone markalı telefonla bağlı danışıqlarının olması, Təqsirləndirilən şəxs iş görmək üçün Zərərçəkmiş şəxs3 vədlər verməsi, əlində pullar və iphone markalı telefonların fotolarını göndərməklə ilə sonuncuda həqiqətən iş görməsinə dair etibar yaratması, Zərərçəkmiş şəxs3 də Təqsirləndirilən şəxs pul verməsi üçün gözləyən zaman fotosunu çəkib sonuncuya göndərməsi müəyyən olunur (İ cild i/v 34-49, 106-113).

62. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs «Audi A7» markalı maşını, eləcə də Mərdəkanda 15 sot torpağı daha ucuz qiymətə alması üçün Zərərçəkmiş şəxs1 pul almış, lakin geri qaytarmamış, o, həm bu söhbətlərin, həm də «Xurma Lounge» çay evində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsinin şəxsən şahidi olmuşdur. O, faiz söhbətinin şahidi olmamış, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasındakı məsələnin gəlir məsələsinin olduğunu bilmişdir. Məhkəməyədək istintaq dövründə Şahid2 bildirmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında «Xurma Lounge» çay evində Zərərçəkmiş şəxs1 onun və ümumi tanışları Şahid3 yanında Təqsirləndirilən şəxs 45.000 ABŞ dolları pul vermiş, söhbətdən məlum olmuşdur ki, sonuncu həmin pula Zərərçəkmiş şəxs1 üçün Mərdəkan qəsəbəsində, «Vətən» restoranının yanında 15 sot torpaq sahəsi alaraq onun adına sənədləşdirəcəkdir. Bundan bir müddət sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində isə Zərərçəkmiş şəxs1 aşağı qiymətə «Audi A7» markalı avtomobilin xarici ölkədən gətirilməsi ilə bağlı Təqsirləndirilən şəxs 25.000 ABŞ dolları vermiş, bu pulları verdiyini o, dəqiq bilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmış, sonuncuya heç bir torpaq sahəsi və «Audi A7» markalı avtomobili almamış, beton biznesi və digər adlarla Zərərçəkmiş şəxs1 ümumilikdə aldığı 220.000 ABŞ dollarını dələduzluqla ələ keçirmişdir.

63. Digər Şahid4 bildirmişdir ki, xx.xx.2023-cü ildə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin ofisinə müraciət edərək «Audi A7» markalı avtomobili almaq üçün kredit götürmək istədiyini bildirmişdir. Həmin avtomobilin dəyəri 80.000 ABŞ dolları olduğuna görə o, sonuncu ilə əladə ediən razılıqdan sonra 55.000 ABŞ dolları pul vəsaitini götürmüş, Zərərçəkmiş şəxs3 ilə sonuncunun yanında olan oğlan isə 25.000 ABŞ dolları dəyərində 42.500 manat pul vəsaitini ona təqdim etmiş və onlar 136.000 manat pulu götürüb birlikdə Babək prospektində yerləşən «Audi Bakı» avtomobil salonununa getmişlər. O, həmin pulla «Audi A7» markalı avtomobilin alqı-satqı müqaviləsini imzaladıqsan sonra Zərərçəkmiş şəxs3, sonuncunun yanında olan 2 nəfər şəxslə birlikdə avtomobilin sənədləşməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə gəlmiş, avtomobilə **-KO-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs3gil özləri almışlar. Sonuncu tanışları Zərərçəkmiş şəxs1, E.A.Turabov və Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün etibarnamə verməsini ondan xahiş etmiş, o da mobil notariat vasitəsi ilə həmin şəxslərə müvafiq etibarnamələri vermişdir.

64. Həmçinin şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs3 ilə Nəsimi rayonunda yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında çay evində olarkən sonuncu bir ədəd sellofan torbanı göstərərək içində 7.000 manat məbləğində pul olduğunu, həmin pulu Təqsirləndirilən şəxs gəlib ondan götürəcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs çay evinə gəlmiş, Zərərçəkmiş şəxs3 sellofan torbada olan 7.000 manat pulu götürərək oradan çıxıb getmişdir. Bundan başqa, xx.xx.2022-ci ildə o, Abbas və Zərərçəkmiş şəxs3 ilə «Xurma Lounge» çay evində olan zaman Təqsirləndirilən şəxs ora gəlmiş və onların yanında sonuncuya Zərərçəkmiş şəxs3 5.000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu sayıb 5.000 manat olduğuna əmin olduqdan sonra oradan çıxıb getmişdir. Bundan bir müddət sonra Abbasdan Təqsirləndirilən şəxs biznes işləri adı altında əvvəlkindən də 10.000 manat pul aldığını eşitmişdir.

65. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, “Xurma Lounge” çay evində oturan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 da gəlmiş, onların söhbətlərindən aralarında maddi iş məsələsi olduğunu anlamış, lakin işin tam olaraq nədən ibarət olmasını bilməmişdir. Onun yanında Zərərçəkmiş şəxs1 bir dəfə Təqsirləndirilən şəxs pul vermiş, amma məbləğin nə qədər olduğunu bilməmişdir. Audi markalı maşını həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 sürdüyünü görmüş, lakin torpaq məsələsindən xəbərdar olmamış, torpağı görməmiş və nə qədər olduğunu bilməmişdir.

66. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası N.M.Mürsəliyeva bildirmişdir ki, bacısıgil oğlunun “qaz vurub qazan doldurduğunu” zənn etdiklərindən o qədər pulu oğluna vermişdirlər.

67. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş N.M.Davudzadə bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bacısının rəfiqəsi Ruhəngizlə şərik olduğunu, İnşaatçılarda 8 ev tikdirdiyini, oğlu da pul köməkliyi etdiyi halda sonuncuya maya dəyərinə bir mənzil verəcəyini bildirmiş, o da məsələni dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs ilə telefonda danışmış, sonuncu daha öncə dediklərini təsdiqləmiş, o da bacısı oğlu olduğuna görə Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tır, sement, gömrükdə qalan taxtaların şəkillərini atıb pul istəmişdir. Sonuncu ilə oğlunun aralarında faiz söhbəti olmamışdır.

68. Qeyd edilən şahid ifadələri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr işin diqqətəlayiq digər halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübutlar olaraq qiymətləndirilməlidir.

69. Həmçinin cinayət işinin materiallarında olan şübhəli şəxsin izahatından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 110.000 ABŞ dolları məbləğində pul aldığını bildirmişdir (İ cild i/v 17-18). Təqsirləndirilən şəxs istintaqa verdiyi digər izahatından görünür ki, o, Zərərçəkmiş şəxs2 3.600 manat və 4.300 ABŞ dolları və Zərərçəkmiş şəxs3 isə 84.780 manat məbləğində pulu aldığını etiraf etmiş, lakin həmin pulları faizə borc şəklində aldığını qeyd etmişdir. O, eyni zamanda həmin pulları adları çəkilən şəxslərə harada qaytardığını və qaytaran zaman yanında kiminsə olubolmadığını xatırlamadığını bildirmişdir (İ cild i/v 50-52). Bundan başqa şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 300.000 manat məbləğində pul aldığını, həmin puldan 120.000 manatı geri ödədiyini bildirmişdir (İ cild i/v 153-157, İİ cild i/v 23-28). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi əvvəlkinin borclarını etiraf etdiyini qeyd etmişdir.

70. Bundan başqa iş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı 300.000 manat məbləğində pulun 120.000 manatını sonuncunun özünə verdiyini bildirmiş, bu ödəmə ilə bağlı sübut təqdim edə bilməmiş, Zərərçəkmiş şəxs1 isə ona həmin məbləğin geri qaytarılmadığını qeyd etmişdir (İ cild i/v 131-134) .

71. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. 72.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

73. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam şəkildə ödəməsini və sonuncuyla barışmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

74. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

75. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam şəkildə ödəməsini və sonuncuyla barışmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

76. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

77. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 33-cü bəndi).

78. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində xx.xx.2024-cü ilədək həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ i/v 146, İİ cild i/v 78-79).

79. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 14-cü bəndi).

80. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə əldə edilmiş pulun məbləği iş materiallarında olan üzləşdirmə və dindirmə protokolları ilə təsdiq edilən məbləğlərdə, Zərərçəkmiş şəxs1 münasibətdə 374.000 (üç yüz yetmiş dörd min) manat, Zərərçəkmiş şəxs3 münasibətdə 88.780 (səksən səkkiz min yeddi yüz səksən) manat məbləğində müəyyən edilməlidir.

81. Beləliklə məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 maddi ziyanın vurulmasına görə 374.000 (üç yüz yetmiş dörd min) manat və sonuncu tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 675 (altı yüz yetmiş beş) manat, Zərərçəkmiş şəxs3 maddi ziyanın vurulmasına görə 88.780 (səksən səkkiz min yeddi yüz səksən) manat və sonuncu tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 357 (üç yüz əlli yeddi) manat məbləğində pul tutularaq müvafiq zərərçəkmiş şəxslərə ödənilməlidir (hökmün 45-ci bəndi).

82. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri müəyyən edilməmişdir (hökmün 35 və 48-ci bəndləri).

83. İş üzrə maddi sübut kimi tanınmış pul köçürmələrinə dair qəbzlər və whatsapp yazışmaları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 41-ci bəndi).

84. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2024-cü ildən hesablansın. İş üzrə mülki iddia təmin edilsin, vurulmuş maddi zərərə görə 374.000 (üç yüz yetmiş dörd min) manat və dövlət rüsumuna görə ödənilmiş 675 (altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə mülki iddia təmin edilsin, vurulmuş maddi zərərə görə 88.780 (səksən səkkiz min yeddi yüz səksən) manat və dövlət rüsumuna görə ödənilmiş 357 (üç yüz əlli yeddi) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış pul köçürmələrinə dair qəbzlər və whatsapp yazışmaları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar