Məhkəmə qərarları › İş №1(101)-995/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-995/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-995/2020 05.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları olan, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 5, ev 66-da qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 122-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədilə külli miqdarda, yəni 165,856 qram çəkidə narkotik vasitə heroin, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda 50,626 qram çəkidə psixotrop maddə metamfetamin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısının İ bəndinə daxil olan təsiredici maddəsi 0,92 qram olan narkotik vasitə metadon həblərini qanunsuz əldə etmiş, həmin narkotik vasitə heroinin külli miqdarda 50,065 qram çəkidə hissəsini bölüb bir ədəd bükümdə qablaşdıraraq yaşadığı ünvan 5 66 nömrəli evə qanunsuz daşıyaraq həyətdə yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə gizlətməklə qanunsuz saxlamış, cinayətkar razılaşmaya əsasən qalan külli miqdarda 115,791 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 50,626 qram çəkidə psixotrop maddə metamfetamini və 0,92 qram çəkidə narkotik vasitə metadonu isə satıb əldə ediləcək pulu sonradan aralarında bölmək məqsədilə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu satış məqsədilə qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin 100,429 qramını iki ədəd polietilen bükümdə, bir ədəd bükümdə 50,626 qram təmiz çəkidə psixotrop maddə metamfetmini və 0,92 qram çəkidə 23 ədəd metadon tərkibli dərman preparatını üstündə saxlamaqla yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 18 saylı evin 4 nömrəli mənzilinə daşımaqla qanunsuz saxlamış, narkotik vasitə heroinin külli miqdarda 15,362 qramını altı ədəd bükümdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 saylı ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində həmin ünvanın qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynində olan dəri gödəkçəsinin sol iç cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıdığı altı ədəd polietilen bükümdə ayrı-ayrılıqda 2,370 qram, 1,796 qram, 2,837 qram, 3,021 qram, 2,159 qram və 3,179 qram olmaqla ümumilikdə külli miqdarda 15,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 16 radələrində Baş İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 ünvanda yerləşən 4 saylı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd polietilen bükümdə ayrı-ayrılıqda 50,149 qram və 50,280 qram olmaqla, ümumilikdə külli miqdarda 100,429 qram narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 50,626 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram olan 23 ədəd metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 19:30-da yaşadığı ünvan 5, ev 66 ünvanının qarşısında saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən həyətdə yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə quş yemlərinin arasında satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd polietilen bükümdə Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən külli miqdarda 50,065 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədilə külli miqdarda – 165,856 qram çəkidə narkotik vasitə heroin, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda 50,626 qram çəkidə psixotrop maddə metamfetamin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısının İ bəndinə daxil olan təsiredici maddəsi 0,92 qram olan narkotik vasitə metadon həblərini qanunsuz əldə etmiş, həmin narkotik vasitə heroinin külli miqdarda 50,065 qram çəkidə hissəsini bölüb bir ədəd bükümdə qablaşdıraraq yaşadığı ünvan 5 66 nömrəli evə qanunsuz daşıyaraq həyətdə yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə gizlətməklə qanunsuz saxlamış, cinayətkar razılaşmaya əsasən qalan külli miqdarda 115,791 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 50,626 qram çəkidə psixotrop maddə metamfetamini və 0,92 qram çəkidə narkotik vasitə metadonu isə satıb əldə ediləcək pulu sonradan aralarında bölmək məqsədilə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu satış məqsədilə qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin 100,429 qramını iki ədəd polietilen bükümdə, bir ədəd bükümdə 50,626 qram təmiz çəkidə psixotrop maddə metamfetmini və 0,92 qram çəkidə 23 ədəd metadon tərkibli dərman preparatını üstündə saxlamaqla yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 18 saylı evin 4 nömrəli mənzilinə daşımaqla qanunsuz saxlamış, narkotik vasitə heroinin külli miqdarda 15,362 qramını altı ədəd bükümdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 saylı ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində həmin ünvanın qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynində olan dəri gödəkçəsinin sol iç cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıdığı altı ədəd polietilen bükümdə ayrı-ayrılıqda 2,370 qram, 1,796 qram, 2,837 qram, 3,021 qram, 2,159 qram və 3,179 qram olmaqla ümumilikdə külli miqdarda 15,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 16 radələrində Baş İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 ünvanda yerləşən 4 saylı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd polietilen bükümdə ayrı-ayrılıqda 50,149 qram və 50,280 qram olmaqla ümumilikdə külli miqdarda 100,429 qram narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 50,626 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram olan 23 ədəd metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 19:30-da yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən həyətdə yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə quş yemlərinin arasında satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd polietilen bükümdə Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən külli miqdarda 50,065 qram təmiz çəkidə kustar üsullarla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, “Dərnəgül” bazarında fəhləlik etməklə ailəsini dolandıran insandır, gündəlik 10-15 manat qazanıb ailəsini saxlayır. Özü narkotik vasitə olan nəşədən 1 dəfə 2006-cı ildə istifadə etmişdir. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında bir tanışı ona 50-60 qrama yaxın narkotik vasitə heroin vermişdir. Tanışına həmin narkotik vasitəni almaq üçün pul verməmiş, həmin şəxs narkotik vasitəni ona pulsuz vermişdir. Narkotik vasitə istifadə etmədiyi üçün həmin heroini yaşadığı evin həyətində yerləşən quş hinində quş yemləri olan qabın içərisində gizlətmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Ruslan onunla qonşuluqda Yasamal rayonu ərazisində yaşamışdır. Təqsirləndirilən şəxs2 uzun müddət narkotik vasitə qəbul etdiyindən məlumatı olmuşdur. Tutulmasından təxminən 3-4 gün əvvəl Ruslanla görüşən zaman ona narkotik vasitə heroin olduğunu bildirib həmin heroinin bir hissəsini istifadə etməsi üçün Ruslana verə biləcəyini demişdir. Ruslan da onunla razılaşmışdır. O, heroini qoyduğu yerdən götürmüş, təxminən yarısını Ruslana vermiş, yarsını da bir ədəd şəffaf polietilen bükümə qablaşdıraraq lazım olar deyə həmin quş yemlərinin arasında gizlətmişdir. Heroini Təqsirləndirilən şəxs2 heç bir maddi təmənnası olmadan vermişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 19:30 radələrində yaşadığı evdən həyətə çıxan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq Baş X1 əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olduğuna görə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini bildirmişlər və onu qərarla tanış etmişlər. Sorğu zamanı polis əməkdaşlarına üzərində qanunsuz əldə edərək saxladığı heç bir əşya olmasa da yaşadığı evin həyətindəki quş hinində yem qabının içərisində bir ədəd bükümdə narkotik vasitə el arasında “kakos” deyilən heroin olduğunu bildirmiş, polis əməkdaşlarına evinə baxış keçirə biləcəklərini bildirərək onları evə dəvət etmiş, polis əmkdaşları evin həyətindəki quş hininə daxil olmuşlar. O, hinə qapıdan daxil olan kimi sağ tərəfdə olan birinci yem qabının içərisində olan buğda dəninin arasında saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları evində də hər hansı bir qanunsuz əşyanın olubolmadığını soruşmuş, evdə heç bir qanunsuz əşyanın olmadığını desə də istəsələr evə də baxış keçirə biləcəklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmiş, evdə qanunsuz əşya və predimet aşkar edilməmişdir. Onun təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bundan sonra o, Baş İdarəyə dəvət edilmiş, orada hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 başqa heç kimə narkotik vasitə verməmişdir. Ruslana narkotik vasitəni əvəzsiz olaraq istifadə etməsi üçün vermişdir. Ruslanın onun narkotik vasitə əldə etməsindən xəbəri olmamış, ona narkotiki verən şəxsin adını çəkə bilməz, ona elan edilmiş ittihamda narkotik vasitənin qramı çox yazılmış, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azəbraycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqa verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də Nərimanov rayonu ərazisində yerləşən “X8” bazarında fəhlə işləyir. Ailəlidir, iki azyaşlı övladı vardır. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında tanımadığı şəxsdən 200 qrama yaxın narkotik vasitə heroin əldə etmiş, narkotik vasitəni almaq üçün pul verməmiş, həmin şəxs narkotik vasitəni ona pulsuz vermişdir. Narkotik vasitə istifadə etmədiyi üçün həmin heroini yaşadığı evin həyətində yerləşən quş hinində quş yemləri olan qabın içərisində gizlətmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onunla aralarında heç bir ədavəti düşmənçiliyi olmamışdır, Ruslan onunla qonşuluqda Yasamal rayonu ərazisində yaşamışdır. Təqsirləndirilən şəxs2 uzun müddətdir narkotik vasitə qəbul etdiyindən məlumatı olmuş, tutulmazdan təxminən 3-4 gün əvvəl Ruslanla görüşən zaman ona narkotik vasitə heroin olduğunu bildirib həmin heroinin bir hissəsini istifadə etməsi üçün ona verə biləcəyini demişdir. Ruslan da onunla razılaşmış və heroini qoyduğu yerdən götürmüş, təxminən 40-50 qram çəkidə heroini bir ədəd şəffaf polietilin bükümə qablaşdıraraq lazım olar deyə quş yemlərinin arasında gizlətmiş, qalan heroini Təqsirləndirilən şəxs2 heç bir maddi təmənnası olmadan vermişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 19:30 radələrində yaşadığı evdən həyətə çıxan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq Baş X1 əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğuna görə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini bildirib onu qərarla tanış etmişlər. Sorğu zamanı polis əməkdaşlarına üzərində qanunsuz əldə edərək saxladığı heç bir əşya olmasa da yaşadığı evin həyətindəki quş hinində yem qabının içərisində bir ədəd bükümdə narkotik vasitə - el arasında “kakos” deyilən heroin olduğunu bildirmiş, polis əməkdaşlarına evinə baxış keçirə biləcəklərini bildirərək onları evə dəvət etmiş, polis əməkdaşları evin həyətindəki quş hininə daxil olmuş, hində qapıdan daxil olan kimi sağ tərəfdə olan birinci yem qabının içərisində olan buğda dəninin arasında saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları evində də hər hansı bir qanunsuz əşyanın olub-olmadığını soruşmuş, evdə heç bir qanunsuz əşyanın olmadığını desə də istəsələr evə də baxış keçirə biləcəklərini bildirmiş, bundan sonra polis əməkdaşları evə baxış keçirmiş, evdə qanunsuz əşya və predimet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, polis əməkdaşları onu Baş İdarəyə dəvət etmiş, orada hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 başqa heç kimə narkotik vasitə verməmiş, Ruslana narkotik vasitəni əvəzsiz olaraq istifadə etməsi üçün vermişdir (cild 2, iş vərəqi 192-194). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2011-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gündəlik işlərdə fəhlə işləyir. Ağrıları olanda arabir narkotik vasitə, daha doğrusu “kakos” və narkotik tərkibli dərmanlar qəbul edir. Tutulmamışdan təxminən 3-4 gün əvvəl tanışı və məhəllə qonşusu olan Təqsirləndirilən şəxs1 ona təxminən 15 qram narkotik vasitə vermişdir. O, narkotikdən istifadə etdikdən sonra onda 5-6 qram narkotik qalmışdır. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alan zaman Rahibə pul verməmişdir. Təqsirləndirilən şəxs1 əlinə narkotik vasitənin düşdüyünü və onu zibilliyə atacağını ona bildirmişdir. O da Rahibə həmin narkotik vasitəni atmamağı, özünün istifadəçisi olduğundan ona verməsini istəmişdir. xx xxxxxx 2019-cu il tarxidə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şühbəli olduğunu bildirmişlər və üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirilən zaman polislər həmin heroini onun cibindən aşkar etmişlər. O, həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Onda həmin 5-6 qram heroindən başqa nə üzərində, nə də evində narkotik vasitə və tərəzi olmamışdır. Amma polis əməkdaşları onun evinə də baxış keçirmiş, baxış keçirilərkən evindən 27 ədəd narkotik tərkibli dərman çıxmışdır. O, tutulan gün polis əməkdaşlarının təqdim etdiyi bütün sənədlərə imza etmişdir. Çünki 10 nəfər polis əməkdaşının qarşısında o, heç nəyə etiraz edə bilməzdi. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsində göstərmişdir ki, o, gündəlik işlərdə fəhlə işləyir. Uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Tutulmamışdan bir neçə gün əvvəl tanışı Təqsirləndirilən şəxs1 təxminən 120-130 qrama yaxın narkotik vasitə heroin, 50 qrama yaxın psixotrop maddə metamfetamin və 23 ədəd metadon həbləri götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs1 alan zaman Rahibə pul verməmişdir. O da həmin narkotik vasitə heroinin bir hissəsini 6 ədəd şəffaf bükümdə qablaşdıraraq əynində olan gödəkçənin iç cibinə qoymuşdur. Qalan heroini, metamfetamini və metadon həblərini yaşadığı evdə mətbəxdə olan masanın üzərində yerləşdirmişdir. xx xxxxxx 2019-cu il tarxidə yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şühbəli olduğunu bildirmişlər və üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşduqda o, polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. O, polis əməkdaşlarının təklifindən sonra əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq yaşadığı evdə də narkotik vasitə heroin, metadon və psixotrop maddə matamfetamin olduğunu bildirmişdir. O, polis əməkdaşlarının onun evinə baxış keçirmələrinə icazə vermiş, bu barədə ərizə də yazmışdır. Mənzilə baxış keçirilən zaman mətbəxdə masanın üzərində qoyduğu 2 ədəd polietilen bükümdə heroin, 1 ədəd bükümdə mütamfetamin və 1 ədəd bükümdə metadon həblər, eləcə də bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmışdır (cild 2, iş vərəqi 178-180). Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 18, mənzil 4 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin və metadonun, psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin maddələri ünvan 3 ünvanında yaşayan tanışı, 1980-ci il təvəllüdlü X3 əldə etməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 və X4 müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 olması ehtimal olunan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18 ünvanının yaxınlığına yollanmışlar. Saat 16:36-da Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 18 ünvanında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Saxlanılan şəxsdən anket məlumatlarını soruşduqda o, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin, metadonun və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd elektron tərəzini çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 18, mənzil 4 ünvanında yerləşən mənzilində də narkotik vasitələr vardır. O, evinə baxış keçirilməsinə etiraz etməmiş, binanın ikinci mərtəbəsinə qalxaraq açarla mənzilin qapısını açmış və tədbir iştirakçılarını oraya dəvət etmişdir. İçəri daxil olduqdan sonra o, yaşadığı mənzilin mətbəxində yerləşən masanın üzərindən iki ədəd şəffaf polietilen bükümlərdə olan heroinə bənzər, bir ədəd şəffaf polietilen bükümdə olan metamfetaminə bənzər, bir ədəd şəffaf polietilen bükümdə olan metadon həblərinə bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi bir ədəd büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə və Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir və iştirakçılar həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin mətbəxində yerləşən masanın üzərindən təqdim etdiyi dörd ədəd şəffaf polietilen bükümlərdən ikisi açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar, digər büküm açıldıqda oradan ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar, digər büküm açıldıqda isə oradan iyirmi üç ədəd üzərində “FM40” sözləri yazılmış, tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadona oxşar maddələr aşkar olunmuşdur. Həmin dörd ədəd bükümlər maddələrlə birlikdə və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən təqdim etdiyi bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 25 manata manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 50 manata, narkotik vasitə olan metadon həbini birini 8 manata saxlandığı vaxtdan təxminən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonunda olarkən həmin rayon ərazisində yaşayan tanışı, ***- ***-**-** mobil telefon nömrəsindən istifadə edən Samir adlı şəxsdən bir hissəsini özü istifadə etmək, digər hissəsini satmaq məqsədilə almışdır. Daha sonra tədbir iştirakçıları saxlananılan şəxslə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmışlar. Oraya gəldikdə saxlanılan şəxsin hüquqlarının müdafiə edilməsi məqsədilə ona müdafiəçi təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar protokola imza etmişlər. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 5 ev 66 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması və həmin maddənin satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan, məlumat barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri birlikdə xx xxxxxx 2019-cu il tarixdə ünvan 5 ev 66 ünvanının yaxınlığına yollanmışlar. Saat 19:30-da ünvan 5 ev 66 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxs müəyyən edilmiş, həmin şəxs tədbir iştirakçılarını yaşadığı evə dəvət edərək özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 xidməti vəsiqə göstərilməklə özlərini təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmiş və ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin əldə edib üzərində gəzdirməsində, yaşadığı evdə saxlamasında və həmin maddənin satışı ilə məşğul olmasında şübhəlidir. Təqsirləndirilən şəxs1 yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra Rahibə üzərində, yaşadığı evdə və ya həyətyanı sahəsində qeyri-qanuni nə əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindəki ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilidən bir ədəd içərisində quş yemi olan ağ rəngli plastmas qabın daxilindən bir ədəd şəffaf polietilen bükümdə içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddəni götürərək tədbir iştirakçılarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tədbir iştirakçılarını 2 otaqdan ibarət evinə dəvət etmiş, otaqlara baxış keçirilmiş, baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdəki içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzərinə imza edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bir ədəd təxminən 40-50 qram çəkidə narkotik vasitə olan heroini tanımadığı şəxsdən əvəzsiz olaraq almışdır. Bundan sonra tədbir iştirakçıları saxlananılan şəxslə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmışlar. Oraya gəldikdə saxlanılan şəxsin hüquqlarının müdafiə edilməsi məqsədilə Rahibə müdafiəçi təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Şahid5 Şahid1 eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları tam təsdiq etdilər. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadəsində sonuncunun göstərdikləri xüsusatları tam təsdiq etmişdir (cild 2, iş vərəqi 121-123). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 16:36-da Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 18 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf polietilen və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 faktiki yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 18, mənzil 4ə keçirilən baxış zamanı mətbəxdə masanın üzərindən iki ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər maddələr, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, üzərində “F/M40” yazısı olan dərman pereparatları və üzərində bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 11-17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 19:30-da ünvan 5 18 ünvanının qarşısında saxlanılıb faktiki yaşadığı həmin ünvanın həyətinə keçirilən baxış zamanı həyətdə yerləşən ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş tikilidə quş yemlərinin arasında gizlətməklə saxladığı bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 124-127). İşdə olan xx.xx.2019-cu il tarixli məhkəmə qərarından görünür ki, Baş X1 əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2019-cu il tarixli qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X5 xx.xx.2019-cu il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 234). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 29843 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan...” yazısı olan 2 N-İi paketdə, 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 15,362 qr. olan qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd qara elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs2 evindən aşkar olunan....” yazısı olan 3 N-İi paketdə, 2 (iki) ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 100,429 qr. olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə, təmiz çəkisi 50,626 qr. ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 23 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır. 23 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,92 qr. təşkil edir (bir həbdə 0,04 qr. metadon olmaqla). Həmin paketdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərindən və evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 115,791 qr-dır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 29862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs1 həyətindən aşkar olunan bir büküm...” yazısı olan kağız paketdəki, bir ədəd polietilen bükümdə təmiz çəkisi 50,065 qr. olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 147-150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş, 1 (bir) ədəd bükümdə, ilkin tədqiqat zamanı təmiz çəkisi 50,065 qr. narkotik vasitə heroin (xx.xx.2019-cu il tarixli, 29862 saylı ekspert rəyi), Təqsirləndirilən şəxs2 götürülmüş 8 (səkkiz) ədəd bükümdəki, ilkin tədiqqat zamanı ümumi təmiz çəkisi 115,791 qr. olan heroinlərlə (xx.xx.2019-cu il tarixli 29843 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 2, iş vərəqi 17-22). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130- 131). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 599 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132- 133). İşdə olan maddi sübut hesab edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 115,791 qram narkotik vasitə heroin, 50,626 qram psixotrop maddə metamfetamin, 23 ədəd metadon dərman həbləri və iki ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonrakı qalıq 115,231 qram heroin, 50,526 qram metamfetamin, 21 ədəd metadon həbi və iki ədəd elektron tərəzi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 59-63; cild 2, iş vərəqi 203). İşdə olan maddi sübut hesab edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 50,065 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonrakı qalıq 49,945 qram heroin saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 59-63; cild 2, iş vərəqi 203). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gedişatını özündə əks etdirən video görüntülər olan 3 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqi 136-153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 əvəzsiz əldə etdiyini onun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin verdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 166-167). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi mənbələrinin müəyyən edilməsi məqsədilə cinayət işi başqa icraata ayrılmışdır (cild 2, iş vərəqi 136-153, 156-158). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X6 arasında xx.xx.2005-ci ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Riza, xx.xx.2006-cı il təvəllüdlü Ağamirzə adlı övladları vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 237-240, 243-245). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 242). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda şəxsi istehlak miqdarı 0,15 qrama qədər, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadon təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından 1100 dəfədən də artıq (165,427 qram/0.15 qram=1102), metamfetaminin 337 dəfədən artıq (50,626 qram/0.15 qram=37,5) olması, elektron tərəzilərin aşkar edilməsi və həmin tərəzilərin üzərində heroin və metamfetaminin izlərinin müəyyən edilməsi, habelə narkotik vasitələrin xırda bağlamalara bükülməsi onu göstərir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 onun üzərindən 50-60 qrama yaxın narkotik vasitə heroin aşkar olunması, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 təmənnasız olaraq təxminən 15 qram narkotik vasitə heroin götürməsi, həmin narkotikdən vasitədən istifadə etdikdən sonra onda 5-6 qram narkotik qalması, həmin 5-6 qram heroindən başqa nə üzərində, nə də evində narkotik vasitə və tərəzi olmaması barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özlərinin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə təqsirləndirilən şəxslərin həmin xüsusatla bağlı ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri məhkəmə zamanı araşdırılmış sübutlarla tam təsdiq olunduğundan həmin ifadələri məhkəmə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, onlar, həmin cinayəti törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 220-222, 247-252; cild 2, iş vərəqi 8-9). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarına əsasən cəzasının qalan hissəsindən azad olunmuşdur (cild 1, iş vərəqi 223-224, 229-231). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-1-ci və 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azad edildikləri tarixdən qanunda nəzərdə tutulmuş müddətlər keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onların məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdi və bu səbəbdən məhkəmə onları məhkumluğu olmayan şəxslər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşalarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, onun və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 136, 196-197; cild 2, iş vərəqi 50- 53, 100-106). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx xxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 30, 112-114, cild 2, iş vərəqi 44-47, 108-114). Qanunun qeyd edilən müddəalarını əsas tutaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq 115,231 qram heroin, 50,526 qram metamfetamin, 21 ədəd metadon həbi, iki ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq 49,945 qram heroin məhv olunmalı, əməliyyat-axtarış tədbirlərini gedişatını özündə əks etdirən video görüntülər olan 3 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 342 (üç yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq 115,231 qram heroin, 50,526 qram metamfetamin, 21 ədəd metadon həbi və iki ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq 49,945 qram heroin məhv edilsin; - əməliyyat-axtarış tədbirlərinin gedişatına dair video görüntülər olan 3 ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 342 (üç yüz qırx iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar