Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-995/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1971-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonunun Zəngilan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, 24 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda şəxsiyyəti müəyyənləşdirilməmiş İlqar adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girmiş və İlqar adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 221,597 qram olan, kustar üsullar hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 225,693 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 72,447 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib, daşıyaraq saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra: DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 24 yanvar 2022-ci il tarixdə, saat 21:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi 12 nömrəli evin yaxınlığında saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış və orada videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı bir ədəd polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 12,201 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə 25 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına videoçəkiliş müşaiyəti ilə baxış zamanı, mənzilin qonaq otağında olan divanın arxa tərəfindən bir ədəd qara rəngli əl çantasının içərəsində naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı bir ədəd polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 209,396 qram olan, kustar üsullar hazırlanmış narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 225,693 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 72,447 qram olan, xaş-xaş bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə baxışı zamanı ifadə vermək istəmədiyini göstərib, ifadə verməkdən imtina etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etməsi nəzərə alınmaqla onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, özü bir neç ildir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Təxminən 19 yanvar 2022-ci il tarixdə əvvəllər tanıdığı, özünü İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı kimi təqdim edən “İlqar” adlı şəxslə “facebook” proqramı vasitəsi ilə danışan zaman İlqar ona yer deyəcəyini, onun oradan narkotik vasitə götürəcəyini və İlqarın dediyi ünvanlara qoyacağını və bunun müqabilində ona narkotik maddə verəcəyini bildirmişdir. O, İlqarın təklifi ilə razılaşdıqdan sonra o, Qaradağ rayonu ərazisində Lökbatan qəsəbəsinin girişində “Qaradağ rayonu” yazısı olan yerin yaxınlığından bir ədəd sellefon bağlamada narkotik maddə heroin, tiryək və metamfetamini götürüb yaşadığı evə gətirmiş və evdə qonaq otağında olan divanın arxasında həmin maddələri gizlətmişdir. Həmin narkotik maddələrdən bir ədəd polietilen bükümdə olan heroin narotik vasitəsini isə üstündə saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə, saat 21:50 dəqiqədə ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan narkotik maddə heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində “***-***-**-**” nömrəli sim kart olan “Samsung” markalı mobil telefon və bir ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 12,8 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus “Samsung” markalı mobil telefon da götürülmüş, bir ədəd açar isə onun özünə geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni bir həftə əvvəl tanıdığı İran vətəndaşı olan “İlqar” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə onun deyəcəyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında, özü narkotik vasitə istifadəçisi olduğundan “İlqar” adlı şəxsin ona gördüyü işə görə istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, sonra o, polis əməkdaşlarına Qaradağ rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu bildirmiş, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini demiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuş, təklifdən sonra o, mənzildə qonaq otağında divanın arxa tərəfindən bir ədəd qara rəngli əl çantasının içərisində bir ədəd bükümdə olan heroin və bir ədəd bükümdə tiryək narkotik vasitələrini, bir ədəd bükümdə olan metamfetamin psixotrop maddəsimni və bir ədəd elektron tərəzini stolun üzərinə qoymaqla təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisinin təxminən 211 qram, tiryəkin çəkisinin təxminən 74 qram və metamfetaminin çəkisinin isə təxminən 228 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, İlqar adlı şəxsin ancaq adını bilmiş, sonuncu özünü İlqar kimi təqdim etmişdir. Başqa heç nə bilməmiş, həmin şəxslə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. O, həmin narkotik vasitələrdən və psixotrop maddələrdən heç kimə satmamış və heç kimə verməmişdir. Onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamasından ailə üzvlərinin xəbərləri olmamışdr. O, bu barədə onlara heç nə deməmişdir (iş vərəqə: səh. 66-68). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin gün saat 21:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi 12 nömrəli evin yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ilə birlikdə onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini soruşduqda Təqsirləndirilən şəxs olduğunu bildirdiyinə görə sonuncunu şübhəli şəxs qismində Qaradağ rayon polis idarəsinin 10-cu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə getmişdir. Təqsirləndirilən şəxs 10-cu PB-də şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə sonuncunun üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olması müşahidə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon və bir ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni “bir” həftə əvvəl tanıdığı İran vətəndaşı olan “İlqar” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyacağını bildirmişdir. Həmçinin yaşadığı ünvanda da narkotik maddə olmasını və təqdim edə biləcəyini bildirmişdir. Həmin vaxt şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarış və götürmə prosesi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs razılığı əsasında və yuxarıda qeyd edilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına getmişlər və həmin ünvandakı evə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs evdə qonaq otağında olan divanın arxasından bir ədəd qara rəngli çantanı çıxararaq tədim etmiş və həmin çantanın içərisindən bir ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sonra Qaradağ RPİ-nin 10-cu PB-də baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 vermiş olduğu ifadəsi tədqiq olundu və müəyyən edildi ki, Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində məhkəmə baxışı zamanı dindirilən Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 109-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən içərisində “***-***-**-**” sim kartı olan bir ədəd "Samsung” markalı mobil telefon və bir ədəd açar aşkar olunmuşdur. Daha sonra təqdim olunan bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 12,8 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilmiş həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, iştirakçılar, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd mobil telefon götürülmüş, 01 ədəd açar geri - şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddənin özünə məxsus olduğunu, həmin kütləni “bir” həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “İlqar” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında özü narkotik vasitə istifadəçisi olduğundan “İlqar” adlı şəxsin ona gördüyü işə görə istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir (iş vərəqə: 32-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “mənzilə baxış və götürmə aparılması haqqında” 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2-dən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, təmiz çəkisi 211 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, təmiz çəkisi 228 qram psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, təmiz çəkisi 74 qram narkotik vasitə olan tiryək, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış aparılması və götürmə prosesi videolentə alınmaqla bir ədəd DVD formatlı diskə yüklənmişdir (iş vərəqə: səh. 36-38). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü, yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda baxış aparılarkən həmin evin qonaq otağında divanın arxa tərəfindən üç ədəd ayrı-ayrı bükümdə narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr, eləcə də bir ədəd elektron tərəzinin aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 24 yanvar 2022-ci il tarixli və yaşayış ünvanında baxış aparılması barədə 25 yanvar 2022-ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan, «video diskə baxış keçirilməsi barədə» 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı mənzilə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 02 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video diskə keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur (iş vərəqə: 56-57). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 25 yanvar 2022-ci il tarixli, 6/478 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 12,201 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş....” yazısı və imzalar olan polietilen paketdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 209,396 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1(bir) ədəd bükümdə təmzi çəkisi 225,693 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 72,447 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə xaşxaş bitikisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. X2 üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 221,597 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 8 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin və tiryək “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (iş vərəqə 44-50). Məhkəmə baxışı zamanı tədqiq olunan, «telefon məlumatlarına baxış keçirilməsi barədə» 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində 01 ədəd “Samsung J260” markalı mobil telefona və həmin telefonda olan məlumatlara baxış zamanı həmin mobil telefonda olan “Whatsapp” mobil proqramında +**********51 saylı xarici ölkə mobil operatorlarına məxsus nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə zənglər olmuşdur. Həmçinin 24.01.2021-ci il tarixdə +**********51 saylı nömrədən göndərilmiş sms mətnində qeyd edilmiş “Salam dada Nejasan”. “9 patı apar at”, “ay dada”, “çatdın” mesajlarının olması müəyyən edilmişdir (iş vərəqə: 117). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 14 fevral 2022-ci il tarixli, 716 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 119-120). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 27 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 221,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 72,247 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 225,493 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ RPİ-nin saxlama kamerasında saxlanca verilmişdir (iş vərəqə: 79-81). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 yanvar 2022-ci il tarixli qərarı Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh. 102-103). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 126-133). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «tiryək» narkotik vasitəsinin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 209,396 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 225,693 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisi isə 72,447 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 209,396 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 225,693 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisinin isə 72,447 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, ondan bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini, həm tiryək narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, əməlini səmimi etiraf etmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 22.05.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.06.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, nəhayət Nəsimi rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.01.2019-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Nəsimi rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün o, 15 mart 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: səh 88-94). Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli hökmünə əsasən yaranan son məhkumluğu ödənilmiş və onun bu məhkumluğunun ödənilməsi Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2005 və 2007-ci il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində qeyd olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 716 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 24 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 24 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 221,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 72,247 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 225,493 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 221,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 72,247 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 225,493 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-995/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-995/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver