Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-995/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi- “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Mürşüdoba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaq üçün qabaqcadan əlbir olmuş və “Mehdi” adlı şəxs psixotrop maddə əldə etməyi, Bakı şəhərinin müxtəlif yerlərində gizlədilməsinin təşkil olunması, Təqsirləndirilən şəxs isə pul müqabilində onun tapşırığı ilə psixotrop maddəni gizlədilmiş yerdən əldə edib, müəyyən ünvana çatdırılması, ünvanın fotoşəklini “Mehdi” adlı şəxsə göndərəcəyi barədə razılaşdıqdan sonra 17 aprel 2023-cü il tarixdə “Mehdi” adlı şəxsin “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi Abşeron rayonu, Xırdalan şəhərindəki gizlədilmiş ünvandan Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş 2-ci siyahı”ya daxil edilmiş 01 ədəd sellofan bağlamada külli miqdarda 24,564 qram psixotrop maddə hesab edilən metamfetamini götürməklə satış məqsədi ilə qanunsuz əldə edib pul kisəsinə qablaşdırıb saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində aparılan axtarış və götürmə zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq əldə edib üstündə saxladığı 01 ədəd bükümdə, külli miqdarda olmaqla 24,564 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı “Mehdi” kimi təqdim etmiş şəxslə tanış olub həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə almış, ona nisyə psixotrop maddə olan metamfetamin verməsi üçün şəxsiyyət vəsiqəsi ilə olan videosunu “Mehdi” adlı şəxsə çəkib atmışdır. Aldığı psixotrop maddələrə görə təxminən 500 manata yaxın borcu olduğundan, “Mehdi” adlı şəxs həmin borcu ödəməsi üçün, habelə videonu yaymaqla hədələdiyinə görə narkotik vasitəni dediyi yerlərə qoymağı təklif etdikdə razılaşmışdır. O, “Mehdi” adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb sonuncunun dediyi yerdən psixotrop maddə-metamfetamini dediyi yerə qoymaq üçün ikinci dəfə götürdükdən sonra, 19 aprel 2023-cü il tarixdə saat 21 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində saxlanılmış, həmin vaxt onun üzərində 10 qram psixotrop maddə olan metamfetamin olmuşdur. “Mehdi” adlı şəxslə aralarındakı razılaşmaya görə 1 qram psixotrop maddə olan metamfetamin onda qalacaqdı. O, şübhəli şəxs kimi tutulub 2 gün müddətində müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra xəstə olduğuna görə azad edilmişdir. Barəsində olan cinayət işinin ibtidai istintaqı davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərildikdən sonra müstəntiqin çağırışlarından xəbəri olmadığına görə getməmişdir. Əvvəllər gün ərzində 1 qram çəkidə psixotrop maddə olan metamfetamin istifadə etsə də, 2023-cü ilin aprel ayında tutulub azadlığa çıxdıqdan sonra metamfetamindən istifadəni azaltmışdır. İttiham aktında 24 qram psixotrop maddə-metamfetamin olduğu yazılsa da, onda 10 qram psixotrop maddə olması qənaətindədir, lakin o, üzərində olan metamfetaminin çəkisini tərəzi ilə ölçməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında rəhbərliyə məruzə olunub əməliyyat qrupu yaradıldıqdan sonra sonuncu həmin tarixdə saat 21 radələrində ünvan 4 ünvanında saxlanılaraq üzərinə həmin yerdə baxış keçirməyə şərait olmadığı üçün Baş İdarəyə gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra Baş İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən mobil telefon və pul qapı aşkarlanmış, həmin pul qabının içərisində bank kartları, 1 bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin, açar və bir miqdar pul olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini internetdən tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsdən əldə etdiyini, “Mehdi” adlı şəxsin “konum” vasitəsilə narkotik vasitənin şəklini ona göndərdiyini, həmin “konum” vasitəsilə götürdüyü narkotik vasitəni aparıb başqa yerə qoyaraq bunun müqabilində müəyyən qədər pul və ya psixotrop maddə-metamfetamin aldığını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün hər hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə təqdim olunmamış, psixi və ya fiziki zorakılıq edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1la oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 və Şahid2 dindirilərkən Təqsirləndirilən şəxs ona verilmiş çarpaz suallara cavab olaraq şahidlərin ifadələrində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 21:20-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlanılaraq üstündə şəxsi axtarış aparılmasına şərait olmadığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2023-cü il tarixdə saat 21:20-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 17-18) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd pul kisəsini, həmin gödəkçənin sol yan cibindən 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymuş, daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, heç nə aşkar edilməmiş, ardınca təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olmaqla içərisində ***-***-**-** saylı mobil nömrəsinin olduğunu bildirmiş, təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli pul kisəsinə baxış keçirilərkən həmin pul kisəsinin içərisində 01 ədəd sellofan büküm, şəxsiyyət vəsiqəsi, 17 manatlıq pul əskinasları, 02 ədəd plastik bank kartı, 02 ədəd yara bandı, 01 ədəd açar olması müəyyən edilmişdir. Aşkarlanmış 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildikdə həmin sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyənləşmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 02 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində olarkən İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi “Mehdi” adlı şəxsdən əldə etdiyini, həmin şəxsi təxminən 1 il müddətdir ki tanıdığını, həmin şəxsin ona narkotik maddələri qoyduqları yerin ünvanının şəklini atmasını, onun da həmin ünvana gedərək həmin maddələri yerdən götürməyini, daha sonra başqa ünvanlanlara bu maddələri yerləşdirməyini, özünün də bu maddələrdən istifadə etdiyini, daha sonra isə başqa ünvanlara yerləşdirdikdən sonra həmin maddələrin şəklini çəkərək həmin “Mehdi” adlı şəxsə göndərməyini, daha sonra buradan hansı şəxslərin gəlib həmin maddələri götürməsindən xəbərsiz olmağını, “Mehdi” adlı şəxsin bu iş qarşılığında ona müxtəlif məbləğlərdə pul göndərməsini, özünün bu maddələri kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadəsi üçün bu maddələri əldə etmək məqsədilə “Mehdi” adlı şəxsin dediklərini etdiyini və buna görə də həmin şəxsdən pul və narkotik maddə əldə etdiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon, 02 ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 17 manat pul əskinasları, 01 ədəd açar, 02 ədəd yara bandı və 01 ədəd pul kisəsi isə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 25-29; 175) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2350 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 24,564 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 24,564 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 24,514 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 40-42) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham irəli elan edilmişdir. (Cild 1, iş vərəqə 58-60) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqə 81-82) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 24,514 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 86-87) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 123) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2023-ci il tarixli, 8657 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 140) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-ci il tarixli, xx/xx-6961 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqə 141) xx.xx.2023-cü il “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Xaçmaz rayonunda müəyyən olunaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilərək saxlanılması üçün Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 158) xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 159-160) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 162- 163) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-9085/23 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskdəki məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrədən “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023cü il tarixdə, saat 01:52:21-də “esas odu waxin sene mal atir deye indi. Narkotike gore waxinle elbir oldun. Waxine deyince mene deyerdinde ele vererdimde sene o pulu” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 18:45:30-da “Polise vereceyler meni allaxa and olsun,tez getmeliyem xacmaza,yoxsa gec olacaq” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 15:33:13-də “Ay zamix mencun dawda getirersende, bir cetde kola”, “Ee bu nediye ne dedim xamisina yoxdu dedin.Daw yoxdu,tele yoxdu,kola yoxdu.Partiyaramki men sixintidan.Men papdan 150m pul aleceydim teleye gore,tema Alaceydim”, “Gelende mencun 05 dawda getire nolar,yadindan cixmasin.”, “Zamix mencun bir cet kolada getirdeee”, “Mende dawi isdirem, tapda mencunde”, “Mawini yanda dayacmiwm? Cixib verersen zexmet olmasa” məzmununda, “+**********86” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 17:26:24-də “Ay Mexdi xardasan sen, watsapda yazdim mesaj catmadi... Gir kodu atda mene, pul xazirdiye...” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 14:00:37-də “Vaxt ele zeng ele mene, goturmuwem mendedi... Dunennen qalib ureyimde gel bu terefe xeber ele mene verim senede” məzmununda, “+994***-***-**-**” saylı mobil nömrəyə “Men sene bele vermişdimde o gun... Eybi yox da qurtardiq senle”, “Sen ol qaldim sabax lomkada, bilseydim sen mene qarwi bele eleyeceysen xec o 05i vermezdim saxlayardim ozumcun... Ama olsun men bir texer dozub sabax axw” məzmununda, “+**********88” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 12:37:39-də “Salam. Watsapda yazmiwam baglidi setin, gir yazda mene ... Vaziyyet pisdi” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 19:11:00-da “Mencunde Al 05, zeng ele mene”, “Xacan catarsan??? Bu uje atib yerin wekilin”, VAllax cavan mende de bir az qalib onuda vere bilmerem ozum qalaram pis veziyyetde, ozun gordunki ne qeder idi xemde yanir deye tez qurtardi... Sabaxa mencunde xecne yoxdu xec pulumda yoxdu da almaqa... Elimde olan puluda bu gun iwletdim cemi 10m pulum qalib da temada ala bilmicem...”, “Axwam verdiyim 05in pulunda bu gun vermelisena, onuda getirersen yadinnan cixmasin...”, “Wey goturmeye gedecem, gelsen menle??? Gelsense vzv atarsan”, “Xeleki gedesi olmadim, baxa verirler deye goturmediy da ama sen yenede mawinla daniwib deyersenki lazim olsa yarim saat qabaqcadan xeber eleyecemde ne vaxt lazim olsa” məzmununda smslər göndərilmiş, “+99***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 14:18:29-da “+99***- ***-**-**” saylı mobil nömrədən “Gelende mencun 05 da”, “Mende dawi isdirem” “Mencun nese getire” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 08:23:35-də “Bacanağda cekmeye nese varsa bir paperos pass atsın dene”, məzmununda, “+99***-***-**-**” saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 23:48:17-də “Onda mehdiye deyersenki 10 denesin aparib zamiq qalanin menim boynuma yuklemesin”, “Evden falqada getir” məzmununda, “+99***-***-**-**” saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 17:16:15-də “yaxwi pepi narahat olma onu hecolmasa temiz yari ele 2 gun dolana bilim onunan yaxwi olacaq 2 gune evede baxim gedib pulun yarsin indi yarsinda 1 0 gune”, “sabahin xeyir pepi etdiyin yaxwiliqi adamin bawna vurmu verdiyin 05 pulun verecem hele bele vermemsen dunen yox suragun 3 saat sene gore collerde olmuwam”, “ne qoyub bilmemwem mene wponkali verib onun herwey s***m bu deyqe yerimnen qalxa bilmirem olem lomkadan papa cani yiqiram q****nin balasin acmir mali az olub ona gore ele edib mali gordum deli oldum dedim pepi soyecek meni yaziq qiz sen evdesen yene men iwe getmeliyem Pervin yerimnen qalxa bilmirem onu”, “Mencunde Al 05, zeng” məzmununda və oxşar məzmunda digər yazışmalar müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 179-181) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1299/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 198-202) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 5642 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 203-204) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2473 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs haı-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 208-209) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxsin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, “diskə baxış keçirilməsi barədə” protokollar, ekspert rəyləri, maddi sübutlar və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 216-228) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbəyinin müəyyən edilməsi üçün istintaqa məlum olmayan, özünü “Mehdi” kimi təqdim etmiş şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 230-232) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin. Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verərkən xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 10 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkarlandığını desə də, ona verilmiş suallara cavab olaraq əldə etdiyi psixotrop maddənin miqdarını tərəzidə çəkmədiyini, ehtimala əsaslanaraq həmin məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini özünümüdafiə xarakterli hesab edir. Beləliklə, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini qismən etiraf etmiş, Təqsirləndirilən şəxs qismən etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həmin özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 6 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 20 aprel 2023-cü il tarixli, 6/2350 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “....Təqsirləndirilən şəxs...” sözləri, “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri, imzalar olan bir ədəd zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 24,564 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin olması müşahidə olunmuşdur. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə, yəni qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahının 67-ci bəndinə əsasən - psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs İran vətəndaşı “Mehdi” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrəyə və nömrədən müxtəlif şəxslərdən fərqli vaxtlarda“esas odu waxin sene mal atir deye indi. Narkotike gore waxinle elbir oldun. Waxine deyince mene deyerdinde ele vererdimde sene o pulu”, “Ay zamix mencun dawda getirersende, bir cetde kola”, “Ee bu nediye ne dedim xamisina yoxdu dedin.Daw yoxdu,tele yoxdu,kola yoxdu.Partiyaramki men sixintidan.Men papdan 150m pul aleceydim teleye gore,tema Alaceydim”, “Gelende mencun 05 dawda getire nolar,yadindan cixmasin.”, “Zamix mencun bir cet kolada getirdeee”, “Mende dawi isdirem, tapda mencunde”, “Mawini yanda dayacmiwm? Cixib verersen zexmet olmasa”, “Ay Mexdi xardasan sen, watsapda yazdim mesaj catmadi... Gir kodu atda mene, pul xazirdiye...”, “Sen ol qaldim sabax lomkada, bilseydim sen mene qarwi bele eleyeceysen xec o 05i vermezdim saxlayardim ozumcun..., “Mencunde Al 05, zeng ele mene”, “Xacan catarsan??? Bu uje atib yerin wekilin”, VAllax cavan mende de bir az qalib onuda vere bilmerem ozum qalaram pis veziyyetde, ozun gordunki ne qeder idi xemde yanir deye tez qurtardi... Sabaxa mencunde xecne yoxdu xec pulumda yoxdu da almaqa... Elimde olan puluda bu gun iwletdim cemi 10m pulum qalib da temada ala bilmicem...”, “Axwam verdiyim 05in pulunda bu gun vermelisena, onuda getirersen yadinnan cixmasin...”, “Wey goturmeye gedecem, gelsen menle??? Gelsense vzv atarsan”, “Xeleki gedesi olmadim, baxa verirler deye goturmediy da ama sen yenede mawinla daniwib deyersenki lazim olsa yarim saat qabaqcadan xeber eleyecemde ne vaxt lazim olsa” “Gelende mencun 05 da”, “Mende dawi isdirem”, “Mencun nese getire”, “Bacanağda cekmeye nese varsa bir paperos pass atsın dene”, “Onda mehdiye deyersenki 10 denesin aparib zamiq qalanin menim boynuma yuklemesin”, “Evden falqada getir”, “yaxwi pepi narahat olma onu hecolmasa temiz yari ele 2 gun dolana bilim onunan yaxwi olacaq 2 gune evede baxim gedib pulun yarsin indi yarsinda 1 0 gune”, “sabahin xeyir pepi etdiyin yaxwiliqi adamin bawna vurmu verdiyin 05 pulun verecem hele bele vermemsen dunen yox suragun 3 saat sene gore collerde olmuwam”, “ne qoyub bilmemwem mene wponkali verib onun herwey s***m bu deyqe yerimnen qalxa bilmirem olem lomkadan papa cani yiqiram q****nin balasin acmir mali az olub ona gore ele edib mali gordum deli oldum dedim pepi soyecek meni yaziq qiz sen evdesen yene men iwe getmeliyem Pervin yerimnen qalxa bilmirem onu”, “Mencunde Al 05, zeng” məzmununda və digər oxşar yazışmalar mövcuddur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola”, “mal”, “şey”, “tema”, “daş” adı altında psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrəsinə yazmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Mehdi ilə cinayətkar əlaqəyə girərək psixotrop maddələrin əldə edilməsi və satışı ilə məşğul olmuyşdur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat “+**********86” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 17:26:24-də “Ay Mexdi xardasan sen, watsapda yazdim mesaj catmadi... Gir kodu atda mene, pul xazirdiye...” məzmunlu, 22:20:39-də “Yene 10m ele bele verdimde men, lap belede olmazda adami elesalmaq..., “+**********88” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 12:37:39-də “Salam. Watsapda yazmiwam baglidi setin, gir yazda mene ... Vaziyyet pisdi” məzmununlu smslərdən görünür ki, “+98” İran İslam Respublikasının beynəlxalq telefon kodu, “Mehdi” adlı şəxs isə həmin ölkənin vətəndaşıdır. Cinayət işinin materiallarından görünür ki, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 24,564 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahının 67-ci bənində əsasən isə psixotrop maddə olan metamfetamin təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş maddə ilə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 163,76 dəfə çoxdur. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 19 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi metamfetaminin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə “sms” vasitəsilə yazışmaların olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1299/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdır. Təqsirləndirilən şəxs həmin tarixdən hazıradək həbsdə saxlanılır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,514 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 01 sentyabr 2023-cü il tarixli, 5642 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 avqust 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,514 qram çəkidə psixotrop maddə-metamfetamin məhv edilsin, 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-995/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-995/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver