Məhkəmə qərarları › İş №1(101)-995/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-995/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-995/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi Yahya oğlunun iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmamış, orta təhsilli, işləməyən, Biləsuvar şəhəri Təyyarə meydanı küçəsi nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən 5-ci dalan 12-ci binanın təmiri tam başa çatmamış 111-ci mənzilində həmin mənzildə rəngsaz ustası olaraq işləyən Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşarkən sonuncunun iş ortağı Şahid ona gördüyü təmir işlərinə görə pulunu verməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxsla əlbəyaxa olarkən üzərində olan istintaqla müəyyən edilməmiş deşici-kəsici alətlə (bıçaqla) ilə Zərərçəkmiş şəxs bədənindən iki dəfə dəfə qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının daxilə nüfuz edərək mədənin, qaraciyərin və peritonun zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmişdeşilmiş yaraları kimi xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsindən görünür ki 2024-cü ilin sentyabr ayının sonunda evlərdə rəngsaz ustası olaraq işləyən Mayis adlı şəxslə tanış olmuşdur. Mayis və onun tanışı olan Elvinlə birlikdə tikintilərdə usta olaraq işləmişdir. Mayis özü iş götürdüyündən onu da işə dəvət etmişdir. Təxminən 2024-cü il sentyabr ayının sonunda Mayis və Elvinlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən 5-ci dalan 12-ci binada rəngsaz işinə başlamışlar. İş prosessində görəcəkləri işə görə pul Mayisə verilmişdir, o da pulu rəngsaz ustaların arasında bölmüşdür. Həmin ərəfədə Mayisin tikintidə gördüyü işinə görə ona 100 manat borcu yaranmışdır. Tikintidə olan iş onu qane etmədiyindən o həmin tikintidən çıxmışdır. Mayislə birlikdə olduğu işdən ayrıldıqdan sonra Mayisin ona verməli olduğu 100 manat pulu ondan istəməyə başlamışdır. Mayis də ona olan borcunu hissə-hissə olmaqla ödəməyə başlamışdır. 2024-cü ilin təxminən oktyabr ayının əvvəllərində Mayisin mobil telefonuna zəng vuraraq ondan borclu qaldığı pulu istəmək istəmişdir. Lakin Mayislə əlaqə saxlaya bilmədiyindən onun iş ortağı olan Elvinə zəng vurmuşdur. Elvinin onun telefon zənginə gec cavab verməsi səbəbindən aralarında mübahisə yaranmaqla telefonda bir-birilərinin ünvanına söyüş etmişlər. 08 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində yenidən iş götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» istirahət mərkəzinin ərazisində yerləşən 5-ci dalan 12-ci binaya gəldikdə həmin tikintidə təsadüfən Elvinlə rastlaşmışdır. Elvindən iş ortağı olan Mayisin ona olan borcunu ödəməsini tələb etdikdə Elvin ona Mayislə danışmasını, pulu ondan istəməsini, onu bir daha bu mövzuda narahat etməməsini bildirdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı o hislərini cilovlaya bilməyib onunla tikinti aparılan binanın təmiri tam başa çatmamış mənzilinin içərisində əlbəyaxa olarkən Elvinə gücü çatmadığından, Elvinin ondan əl çəkməsi üçün üzərində olan tikintidə çörək doğramaq üçün istifadə etdiyi cib bıçağı ilə Elvinin bədəninin müxtəlif yerlərindən iki dəfə ardıcıl zərbə vurmuşdur. Bundan sonra Elvin ondan aralanaraq getmişdir. O tikintidən qaçaraq getmişdir. Sonradan ona məlum olmuşdur ki, Elvin onun bıçaqla vurduğu zərbədən yaralanmış və Sabunçu kliniki xəstəxanasında əməliyyat olunmuşdur. Hadisədən sonra Elvinə xəsarət yetirdiyi bıçağı hara atmasını xatırlamır. Elvini bıçaqla vurmaqda məqsədi ona xəsarət yetirməklə qorxutmaq olmuşdur. Elvinlə aralarında olan hadisə zamanı xəsarət almamışdır. Elvinlə mübahisə edib onu bıçaqla vuran zaman təmiri tam başa çatmamış mənzildə tək olmuşlar, ətrafda kənar şəxslər olmamışdır.

4. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərəçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir.

5. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisənin təfərrüatı ilə xaırlamır. O, usta olmuş, Araz fəhlə kimi onun və Mayisin yannda işləmişdir. Hadisənin baş verməsinə səbəb söyüş olmuşdur. Belə ki, o, şərikində pul almalı, həmin puldan Araza verməli idi. Buna görə də, sonuncu ona dayanmadan zənglər etmişdir. Araz ona zəng edərkən əlində işi olmuş, utandığından telefonu aça bilməmişdir. Lakin Araz ona dayanmadan zəng etmişdir. O, telefonu açdqıda Araz ona qarşı söyüş söymüş, o da sonuncunu söymüşdür. Söyüşə görə o, Neftçilərə Arazın yanına getmişdir. Orada aralarında söhbət olmuşdur. Söhbətləri mübahisəyə çevrilmiş, onlar əlbayaxa olmuşlar. Lakin ətrafda olan şəxslər onlar ayırmışlar. Daha sonra Araz işlədiyi yerə gəlmiş, söyüşə görə onu bıçaqlamışdır. Arazın onu bıçaqla vurduğunu görməmişdir. Sonuncu onu qarnından bıçaqlamışdır.

6. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, işlədikləri “Sea Breeze” şirkətində planlı işləmiş, görülən işə görə pul alınmışdır. Alınan pullar da həmin gün bölünmüşdür. Araz onu bıçaqla vurarkən ətrafda heç kəs olmamış, hadisə yerində kamera olmamışdır. İnsanlar hadisə yerinə Araz getdikdən sonra gəlmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir.

7. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisə baş verən yerdə olmamışdır. X6 bıçaqla vurduğunu eşitmişdir. Buna görə də, Elvinin xəstəxanaya Elvinin yanına getmişdir. Şahid məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, Elvinlə Arazın aralarında mübahisə olub-olmamasından xəbəri olmamışdır. Onlar, yəni o, Araz və Elvin bir yerdə işləmişlər. O və Elvin usta, Araz fəhlə olmuşdur. Sonuncular bir-birilə mehriban olmuşdur. Əmək haqqını Araza vaxtlıvaxtında vermişdir. Lakin sifarişçi tərəfindən ödəniş gec edildiyi üçün sonuncunun pulunu vaxtında verə bilməmişdir. Buna görə də Araza 3-4 gün gözləməsini demişdir. Sonuncuya verilməli olan 60 manat əməkhaqqı atasına verilmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir.

8. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:30-da 14 saylı TTY-dən həkim Əliyev məlumat verərək Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» 5-ci dalanda xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarnın və döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə TTY-ə müraciət etdiyini bildirmişdir. (i.v 3)

9. 10 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxsSabunçu Tibb Mərkəzinə 08 oktyabr 2024-cü il tarixdə, saat 13:20-də daxil olmuş sonuncuya qarının ön divarına nüfuz edən kəsilmiş-deşilmiş yarası, mədənin ön divarının kəsilmiş-deşilmiş yarası, qaraciyərin sağ payının kəsilmiş-deşilmiş yarası, daxili qanaxma, döş qəfəsinin sol yarısının yan divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diqanozu qoyulmuşdur. (i.v 19)

10. 10.10.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutmuşdur. (i.v 29)

11. 12 oktyabr 2024-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (ay) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 101-108)

12. Məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2024-cü il tarixli 2625 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək mədənin, qaraciyərin və peritonun zədələnməsinə səbəb olanl (bir) ədəd, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşıci-kəsici-alət (alətlər), təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uygün gəlir. Dərəcəsinə görə qarının Ön divarının daxilə nüfuz edərək mədənin, qaraciyərin və peritonun zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya; döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v 118-120)

13. Məhkəmə ambulator psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3070 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal- hazsrki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məburi müalicəyə ehtiyacı yoxdur. (i.v 121-123)

14. Maddi sübutların məhkəmə-tibbi ekspertizasının 759\2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: B (İİİ). Ekspertizaya təqdim olunmuş 02 ədəd plastmass çöplərə sarınmış pambığa hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şort üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalmz B antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B (İİ!) qruplu şəxsə, həmçinin, Zərərçəkmiş şəxs məxsus ola bilər. (i.v 124-128)

15. Məhkəmə tibbi-kriminalistik ekspertizasının məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 533\2024-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspretizaya təqdim edilmiş şortik üzərində hər hansı bir zədə aşkar edilmədi. (i.v 129- 131)

16. 07 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qan təkələri olan qısa şort və hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd plastmass çöplərə sarınmış pambığa hopdurulmuş qan ləkələri saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v 141)

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Biləsuvar RPŞ-də Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində olan işin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2-ci (CM 72.1) maddəsinə əsasən xx.xx.2020- ci il tarixdə xitam verilmişdir. (i.v 112-113)

18. İbtidai istintaq zamanı zərərçəkmişşəxs Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, sonuncu baş vermiş hadisə ilə bağlı ona dəymiş zərər və tibbi xərclərin Təqsirləndirilən şəxs valideyni tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, sonuncu ilə barışdığını bildirmişdir. (i.v 117)

19. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını və barışdığını bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

20. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Sonuncu ilə birlikdə işləmişlər. Elvin rəngsaz olmuş, təmir etdikləri mənzilin sahəsinə uyğun olaraq əmək haqqı almışlar. O, günü 50 manata işləmişdir. Elvinin ona 100 manat borcu olmuş, iki dəfə ona 20 manat vermiş, 60 manatı qaytarmamışdır. Bu səbəbdən Elvindən ona olan borcunu istəmiş, 11 gün gözləmişdir. Lakin sonuncu ona olan borcunu qaytarmamışdır. Onlar Neftçilərdə sonra isə “Mcdonald”ın qarşısında görüşmüşlər. Orada onlar dalaşmış, digər şəxslər onları ayırmışdır. Dava edərkən o, Elvinin başından yumruqla vurmuşdur. Mayis onun sonuncuya yumruqla vurmasını görmüşdür. Elvinlə dava edərkən üstündə bıçaq olmamışdır. O, Elvini bıçaqla vurmamışdır. Ruhi xəstə və 3-cü qrup əlil olduğu üçün ibtidai istintaq zamanı yalan danışmışdır. O, həmçinin tikintidə Sea Breeze-də təmir etdiyi mənzildə Elvinlə görüşməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

21. CM-nin 126.2.4-cü maddəsində əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

23. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

27. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

28. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

33. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

34. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

38. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il tarixli 1 №-li qərarı

39. Qərarın 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-cı il tarixli 3 №-li qərarı

40. Qərarın 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə).

Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ:

41. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

42. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 02 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

43. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

44. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

45. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

46. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini dəyişərək, zəərçəkmiş şəxs Zərərçəkmiş şəxsla aralarında mübahisə olduğunu təsdiq etsə də, sonuncunu bıçaqla vurmadığını bildirməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər birilərini tanımış, aralarında pul mübahisəsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləmiş və gördüyü işlərə görə ona çatmalı olan pulları sonuncudan almışdır. Gördükləri sonuncu iş ilə bağlı isə Arazda 100 manatı olmuş, sonuncu həmin puldan 40 manat almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir.

48. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə bağlı Zərərçəkmiş şəxs bıçaqla vurmadığını bildirməsi ilə bağlı hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları inkar etməklə həqiqətə uyğun olmayan məzmunda ifadə vermişdir.

49. Belə ki, məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, onun Zərərçəkmiş şəxs deşici-kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs vurması və vurulan zərbələr nəticəsində sonuncunun ağır və yüngül dərəcəli müxtəlif bədən xəsarətləri alması ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla – zərəçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar və digər sənədlərlə dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində hadisə ilə, yəni Zərərçəkmiş şəxsla tanışlıqları, sonuncu ilə aralarnda pul mübahisəsinin mövcudluğunun olmasını və bu zəmində yaranmış mübahisə ilə bağlı Zərərçəkmiş şəxs bıçaqla vurması ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmışdır.

50. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsi ilə bağlı qeyd edir ki, sonuncunun Zərərçəkmiş şəxsla aralarında pul mübahisəsi olsa da, ona verilməli olan pul Şahid tərəfindən verilməli olmuşdur. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs ona çatacaq olan pulu Şahid almaq əvəzinə israrla Zərərçəkmiş şəxs tələb etmiş, pulu ala bilmədikdə isə bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla əlbəyaxa olarkən sonuncuya bıçaqla ağır və yüngül dərəcəli xəsarətlər yetirmişdir.

51. Məhkəmə bu hissədə onu da qeyd edir ki, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs və Şahid ifadələrindən də aydın olur ki, onlar Təqsirləndirilən şəxs ona çatmalı olan puldan 40 manat verildiyini, lakin sifarişçinin ödənişi gecikdirməsi səbəbindən ödənişin gecikdiyini və buna görə də bir müddət gözləməli olduğunu demişlər. Həmçinin Şahid məhkmə baxışı zamanı Təqsirləndirilən şəxs çatmalı olan 60 manat əməkhaqqının sonuncunun atasına verildiyini bildirmişdir.

52. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə arlarında mübahisə yaranması və mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaqla zərbə vurması üçün heç bir tutarlı səbəb mövcud olmamış, əksinə baş vermiş mübahisənin başlamasının əsas təşəbbüskarı Təqsirləndirilən şəxs olmuş, sonuncu ümumiyyətlə heç bir əsas olmadan Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir.

53. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.

54. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

55. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmişlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

56. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur.

57. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

58. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir.

59. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edildikdə, əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

60. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin dörddə üçündən az olmayaraq cəza təyin etməlidir.

61. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

62. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 10 oktyabr 2024-cü il tarixdən hesab edilməlidir.

63. İş üzrə mülki iddia yoxdur və müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

64. İş üzrə maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 08 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qan təkələri olan qısa şort və hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd plastmass çöplərə sarınmış pambığa hopdurulmuş qan ləkələri məhv edilməlidir.

65. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Yahya oğlunun vəkil işlədiyi “AİM” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240(iki yüz qırx) manat məbləğində pul köçürülməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,

H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 08 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qan təkələri olan qısa şort və hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd plastmass çöplərə sarınmış pambığa hopdurulmuş qan ləkələri məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi Yahya oğlu üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Kamran Muxtarov X7 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar