Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-996/2020 30.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, ev 3-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,271 qram çəkidə psixotrop maddə metamfetamini və 0,190 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, 19 saylı ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 09.40-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş X2 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən bir ədəd «Winchester» markalı siqaret qutusunun içərisində olan iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 2,181 qram və 1,090 qram olmaqla ümumilikdə külli miqdarda - 3,271 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 0,046 qram və 0,144 qram olmaqla ümumilikdə - 0,190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bir neçə aydır ki, heroin və metamfetamin istifadə edir. Tutulmamışdan 1 həftə əvvəl Türkan qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün 0,1 qram heroin və və 0,5 qram metamfetamin almışdır. xx xxx 2020-ci il tarixdə həmin narkotik vasitədən bir qədərini qəbul edib, avtomobilində yatmışdır. Yuxudan oyananda başının üstündə polis əməkdaşlarının dayandıqlarını görmüşdür. Bu zaman sonuncuların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələr və psixiotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində çıxarılmış qərarla tanış edildikdən sonra, onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Baş İdarədə hüquq və vəzifələri izah edildəkdən sonra ona müdafiəçi təqdim edilmişdir. Onun müdafiəçiyə etirazı olmamışdır. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və bu zaman üstündən 1 qramdan da az miqdarda heroin və metamfetamin çıxmışdır. Polis əməkdaşları ondan aşkar olunmuş narkotik vasitənin üstünə bir neçə qram əlavə edib, çəkisini artırmışlar. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Həmin ifadələri polis əməkdaşlarının itəzyiqi altında vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş X2 İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi, saxladığı, daşıdığı və satışı ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün saat 09.40-da Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq BMCMİ-nə gətirilmişdir. Baş İdarədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən bir ədəd «Winchester» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Qutunun içərisinə baxış zamanı dörd ədəd gümüşü rəngli kağız bükümü aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda iki ədəd bükümün içərisində narkotik vasitə olan heroin, digər iki ədəd kağız bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal formalı maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bir həftə əvvəl Maştağa qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını, həmin maddələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kağız bükümdə narkotik vasitə heroin və iki ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar olunduğu «Winchester» markalı siqaret qutusunun içərisinə qoyularaq bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Sonda keçirilmiş tədbir nəticələrinə dair protokol tərtib edilmişdir. İştirakçılara oxunduqdan sonra protokol sonuncular tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid T.N.Allahverdiyevin ifadəsinə oxşar ifadə verdi. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may2020-ci il tarixli 6/878 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs...» yazısı və imza olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda 2,181 qram və 1,090 qram olmaqla ümumilikdə 3,271 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda 0,046 qram və 0,144 qram olmaqla ümumilikdə-0,190 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (qalıq: heroin - 0,140 qram, metamfetamin - 3,171 qram). Məhkəmə-narkoloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli 2123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 23-24-cü vərəqələrindəki xx xxx 2020-ci il tarixli «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 09.40-da Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, 19 saylı ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş X2 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən bir ədəd «Winchester» markalı siqaret qutusunun içərisində olan iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 2,181 qram və 1,090 qram olmaqla ümumilikdə külli miqdarda - 3,271 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 0,046 qram və 0,144 qram olmaqla ümumilikdə - 0,190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 81-82-ci vərəqələrindəki xx xxx 2020-ci il tarixli «maddi sübut hesab edilməsi haqqında» qərardan görünür ki, bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3,171 qram çəkidə psixotrop maddə metamfetamin və 0,140 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 123-127-ci vərəqələrindəki x xxxxxx 2020-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncunun üzərindən bir ədəd «Winchester» markalı siqaret qutusunun içərisində olan iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 2,181 qram və 1,090 qram olmaqla ümumilikdə külli miqdarda - 3,271 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda 0,046 qram və 0,144 qram olmaqla ümumilikdə - 0,190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 90-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 17-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 107-108-ci vərəqələrindəki şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxx 2011-ci il və xx xxxxxxxx 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3,171 qram çəkidə psixotrop maddə metamfetamin və 0,140 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3,171 qram çəkidə psixotrop maddə metamfetamin və 0,140 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-996/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-996/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver