Məhkəmə qərarları › İş №1(101)-996/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-996/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-996/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamamorta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 8,221 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib iki bükümə bölərək üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat 17:00- da yuxanda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4Mİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,670 qram və 4,551 qram olmaqla ümumi təmiz çəkisi 8,221 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən hər hansı bir psixotrop maddə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Onun maddi imkanı zəif olmuş və maldarlıqla məşğul olaraq ailəsini dolandırmışdır. O, kasıb oğlandır və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2011-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2014-cü ildə vaxtından əvvəl cəzadan azad edilmişdir. Heç bir xəstəlikdən, o cümlədən ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. 1995-1997-ci illərdə hərbi xidmətdə olmuşdur. 2015-ci ildə ailə həyatı qurmuş və bir azyaşlı oğlan övladı var. Məlumat üçün bildirmişdir ki, təxminən 9-10 aydır ki, “şüşə” və ya “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. O, həmin maddənin aludəçisi olmasa da arabir istifadə edir. 14 fevral 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Rus qəbiristanlığı” kimi tanınan qəbiristanlığın yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata 02 büküm “şüşə” almış və həmin maddələri cibinə qoyaraq oradan uzaqlaşmışdır. 14 fevral 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nizami rayonu, M.Ə.Sabir küçəsi ilə piyada hərəkətdə olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmaqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə metamfetamin olmasını etiraf edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd F+ və 01 ədəd Samsung markalı mobil telefonları, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 9 manat pul əskinaslarını çıxararaq masanın üzərinə qoymaqla üzərindən aşkar olunan 02 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə" kimi tanıdığı psixotrop maddənin olmasını etiraf etmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunan 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bümüklərin içərisində psixotrop maddə metamfetamin vardır. Şifahi sorğu zamanı o, təxminən 9-10 aydır narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan 02 ədəd bükümü xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Rus Qəbiristanlığı” adlanan ərazidən 40 manata tanımadığı şəxsdən aldığını, üzərindən aşkar olunan 9 manat pulun şəxsi tələbatları üçün nəzərdə tutulan pul vəsaiti olduğunu, 02 ədəd mobil telefonun isə özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd mobil telefon götürülmüş, 9 manat nağd pul vəsaitləri isə özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əldə etdiyi maddənin üzərindən götürməmiş, necə almışdırsa o cür də təqdim etmişdir. Psixotrop maddəni aldığı şəxsin nə anket məlumatlarını, nə də telefon nömrəsini bilmir. Əvvəllər istifadə etdiyi psixotrop maddələri Sabunçu rayonunda tanımadığı şəxslərdən alırmış. Üzərində psixotrop maddə olmasından heç kimin xəbəri yox imiş. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-ə məxsus ***-***-**-**, "xxxx" MMC-ə məxsus 070- 870-94- 12, "xxxx" MMC-ə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 14 fevral 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3 Adi! oğlu daxil edilmişdir. 14 fevral 2022-ci il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, M.Ə.Sabir küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 17:00- da qeyd edilən küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da Özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Elman da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı İslam Mürsəlov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarın ciblərindən 02 ədəd şəffaf sellofan bükümü, 02 ədəd mobil telefonları və 9 manat pulu çıxararaq masanın üzərinə qoymaqla üzərindən aşkar olunan 02 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddənin olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın cibindən aşkar olunan 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümlərin içərisindən kristal şəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 9-10 aydır narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan 02 ədəd bükümü tutulduğu gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Rus Qəbiristanlığı” adlanan ərazidən 40 manata tanımadığı şəxsdən aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, aşkar olunan bükümləri şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunan 9 manat pulun şəxsi tələbatları üçün nəzərdə tutulan pul vəsaiti olduğunu, 02 ədəd mobil telefonun isə özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunmuş 9 manat nağd pul vəsaiti özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqə zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Cinayət işinin 27-29-cu vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq BMCMİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “F+” i və 01 ədəd “Samsung” markalı mobil telefonları, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 9 manat pul əskinaslarım çıxararaq təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqdim edilmiş 02 ədəd büküm və 02 ədəd mobil telefon götürülmüş, 9 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 14 fevral 2022-ci il tarixdə saat 18:40-da başlamış və həmin tarixdə saat 18:54-də bitmişdir. Cinayət işinin 30-cu vərəqində olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskə baxış zamanı görüntülərin protokola uyğun olduğu müəyyən olunmuşdur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 45-50-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 15 fevral 2022-ci il tarixli 6/933 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,670qram; 4,551 qram; ümumi təmiz çəkiləri 8,221 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi-8,221 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-8,121qram. Cinayət işinin 157-158-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X3 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 161-164-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X3 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli 615/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin məhkəmə -kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin 109-111 və 181-ci vəqərlərində olan qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,121 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək i saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq psixotrop maddənin aşkar edilməsini, satış məqsədilə bükümlərə ayrılmasını, maddi imkanına dair özünün bildirdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli 14 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, materialların məhkəmə ekspertizasının 15 fevral 2022-ci il tarixli 6/933 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 736 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli 615/K nömrəli rəyi, maddi sübut qərarı və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirildiyi üçün onun öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə tərəfindən özünü müdafiə xarakterli kimi qoymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18-19 və 104-108-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-126-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon xalq məhkəməsinin 12 fevral 1999-cu il tarixli hökmü ilə CM-nin 15-95, 226-1-ci maddəsinin 1ci hissəsi, 220-1-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin 27 iyul 1999-cu il tarixli hökmü ilə CM-nin 207-ci maddəsinin 3-cü hissəsi, 220-2, 38, 38-ci maddənin 3-cü hissəsi ilə 08 il müddətinə azadlıqdan məhrm edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 31 may 2011-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən 08 ay gün müddətində vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasını çəkmiş kimi qeydiyyatdan çıxalmışdır.Təqsirləndirilən şəxs məhkumluqları ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 8,221 qram, tədqiqatdan sonra qalıq çəkisi 8,121 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 8,221 qram, tədqiqatdan sonra qalıq çəkisi 8,121 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar