Məhkəmə qərarları › İş №1(101)-997/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-997/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-997/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:45-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X16 və X8, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin prokurorarı Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında komendant işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs internet üzərindən “Youtube” video paylaşım platformasında 27 mart 2018-ci il tarixdə yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və “Facebook” sosial şəbəkəsində 2011-ci ilin dekabr ayında yaratdığı “Bayram Haciyev” səhifəsində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətinə uyğun olaraq qeyd olunan səhifələrdə 2017-ci ilin aprel ayından başlayaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, 28 fevral 2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru işləmiş Zərərçəkmiş şəxs1 haqqında guya onun dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, pul müqabilində işçilərin işə qəbulu və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və əvvəllər etdiyi paylaşımların səhifəsindən silinməsinə dair 2018-ci ilin yaz aylarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşləri zamanı sonuncuya onun barəsində xidməti işi və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından və etdiyi paylaşımları səhifəsindən silməkdən ötrü özünə pul vəsaitinin verilməli olduğunu bildirərək hədə-qorxu ilə tələb edib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 2018-ci ilin yaz aylarında qeyd edilən ünvanda 500 manat, cinayətkar əməllərini davam etdirib eyni niyyətlə Zərərçəkmiş şəxs1 pul vəsaitini hədə-qorxu ilə tələb edib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, 2019-cu ilin dekabr ayında Bakı şəhərində, Bakı Metropoliteninin Nərimanov metrostansiyası yaxınlığında 500 manat və 2020-ci ilin yay aylarında Füzuli rayonu, Böyük Bəhməli kəndində yerləşən X1rşısında 300 manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus cəmi 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, internet üzərindən “Youtube” video paylaşım platformasında yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və “Facebook” sosial şəbəkəsində yaratdığı “Bayram Haciyev” səhifəsində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətə uyğun odaraq qeyd olunan səhifələrində 2020-ci ilin yanvar ayından başlayaraq Füzuli rayonu İcra Hakimiyyəti başçısının Horadiz şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 haqqında guya rəhbəri olduğu nümayəndəlik tərəfindən 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərinin nəticələrinin saxtalaşdırılması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və əvvəllər etdiyi paylaşımların səhifəsindən silinməsinə dair 2020- ci ilin yanvar ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə Füzuli rayonu, Horadiz şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Füzuli rayonu Horadiz şəhəri icra nümayəndəliyinin yaxınlığında görüşləri zamanı barəsində xidməti işi və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından və əvvəllər etdiyi paylaşımları səhifəsindən silməkdən ötrü özünə 500 manat məbləğində pul vəsaitinin verilməli olduğunu ona bildirərək həmin pul vəsaitini hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs2 həmin məbləğin çox olması deməsindən sonra 250 manat vekməsinə razılaşaraq, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının əvvələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs2 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini almaqla, həmin pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, internet üzərindən “Youtube” video paylaşım platformasında yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və "Facebook” sosial şəbəkəsində yaratdığı “Bayram Haciyev” səhifəsində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətə uyğun olaraq qeyd olunan səhifələrində 2020-ci ilin yanvar ayından başlayaraq 84 saylı Füzuli seçki dairəsinin sədri Zərərçəkmiş şəxs3 haqqında guya sədri olduğu dairə seçki komissiyası tərəfindən seçkilərin keçirilməsinin saxtalaşdırılması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və əvvəllər etdiyi paylaşımların səhifəsindən silinməsinə dair 2020- ci ilin fevral ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 ilə Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən 84 saylı Füzuli seçki dairəsinin qarşısında görüşləri zamanı barəsində xidməti işi və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından və əvvəllər etdiyi paylaşımları səhifəsindən silməkdən ötrü özünə 5.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirərək həmin pul vəsaitini hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs3 həmin məbləğin çox olması deməsindən sonra 1.000 manat verməsinə razılaşaraq, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirib, həmin niyyətlə 2020ci ilin fevral ayının əvvəllərində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs3 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ondan almaqla, həmin pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, internet üzərindən “Youtube” video paylaşım platformasında yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və “Facebook” sosial şəbəkəsində yaratdığı “Bayram Haciyev” səhifəsində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətə uyğun olaraq qeyd olunan səhifələrində 2020-ci ilin yanvar ayından başlayaraq X6 Füzuli rayon təşkilatının sədri X10 haqqında guya sədri olduğu təşkilat tərəfindən 2020-ci ildə Milli Məclisə Vİ çağırış üzrə keçiriləcək seçkilərdə saxtakarlığa yol veriləcəyi, qanunsuz hərəkətlərin planlaşdırılması və digər xarakterli, təşkilatın vəzifəli şəxslərini qəsdən hörmətdən salan, seçkiqabağı fəaliyyətə mənfi təsir göstərəcək rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və əvvəllər etdiyi paylaşımların səhifəsindən silinməsinə dair 2020-ci ilin fevral ayının əvvəllərində özünə müraciət etmiş Tural Namazəliyevin atası Zərərçəkmiş şəxs4 ilə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Telnar” şadlıq sarayının yaxınlığında görüşləri zamanı oğlu Tural Namazəliyev barəsində xidməti işi və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından və əvvəllər etdiyi paylaşımları səhifəsindən silməkdən ötrü özünə 1.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirərək həmin pul vəsaitini hədə-qorxu ilə tələb edərək, Zərərçəkmiş şəxs4 həmin məbləğin çox olması deməsindən sonra 200 manat verməsinə razılaşaraq, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirib, həmin niyyətlə 2020-ci ilin fevral ayının əvvəllərində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini ondan almaqla, həmin pul vəsaitini təkrarən hədəqorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, internet üzərindən “Youtube” video paylaşım platformasında yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və “Facebook” sosial şəbəkəsində yaratdığı “Bayram Haciyev” səhifələrində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin sonlarından başlayaraq qeyd olunan sosial şəbəkə səhifələrində Füzuli X7 baş həkimi, xx.xx.2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan X11 Mərkəzi Publik hüquqi şəxsin direktoru Zərərçəkmiş şəxs5 haqqında guya onun dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, pul müqabilində işçilərin işə qəbulu və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və canlı yayım zamanı onun barəsində hər hansı bir söhbətin aparılmamasına dair 28 yanvar 2022-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs5 ilə Bakı şəhəri, Atatürk parkında yerləşən “Çinar” restoranında görüşləri zamanı barəsində xidməti işi və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından və canlı yayımları zamanı onun barəsində söhbət aparmamaqdan ötrü özünə 300 (üç yüz) manat məbləğində puf vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini hədə-qorxu ilə tələb edib, həmin niyyətlə 28 yanvar 2022-ci il tarixdə qeyd edilən restoranda Zərərçəkmiş şəxs5 məxsus 300 (üç yüz) manat məbləğində pul vəsaitini ondan almaqla, həmin pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, internet üzərindən “Youtube” video paylaşım platformasında yaratdığı “Vətəndaş Təqsirləndirilən şəxs” və “Facebook” sosial şəbəkəsində yaratdığı “Bayram Haciyev” səhifəsində zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətə uyğun olaraq qeyd olunan səhifələrində 2016-cı ildən başlayaraq Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin baş mühasibi, xx.xx.2021-ci il tarixdən həmin xəstəxananın maliyyə şöbəsinin müdiri, xx.xx.2022-ci il tarixdən isə həmin xəstəxananın maliyyə şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs6 və 2022-ci İlin yanvar ayından Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin nəzdində olan Zobucuq 2 saylı qəsəbə xəstəxanasının baş həkimi Zərərçəkmiş şəxs7 haqqında guya onların dövlətə məxsus pul vəsaitlərini mənimsəmələri, yaxın qohumlarının işə qəbul edilərək onlara himayədarlıq olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında və canlı yayım açmaqla yayıb, həmin tipli video çarxların səhifədə yayılmaması və canlı yayım zamanı onlar barəsində hər hansı bir söhbətin aparılmamasına dair 28 yanvar 2022-ci il tarixdə özünə müraciət etmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan X11 Mərkəzi Publik hüquqi şəxsin direktoru Zərərçəkmiş şəxs5 ilə Bakı şəhəri, Atatürk parkında görüşləri zamanı Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatlar olan yeni video çarxların yayımlanmaq üçün hazırianmamasından və canlı yayımlar zamanı onlar barəsində söhbət aparmamaqdan ötrü özünə 1,500 manat məbləğində pul vəsaitinin verilməli olmasını Zərərçəkmiş şəxs5 bildirdikdən bir neçə gün sonra sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında aparılan danışıqları zamanı həmin məbləğin az olduğunu və 2.500 manat verilməli olduğunu bildirib həmin pul vəsaitini hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs5 həmin məbləğin çox olması deməsindən sonra 2.000 manat vermələrinə razılaşaraq, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirib, həmin niyyətlə 03 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Atatürk parkında yerləşən "Çinar” restoranında Zərərçəkmiş şəxs6 görə 1.000 manat və Zərərçəkmiş şəxs7 görə 1.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 vasitəsilə almaqla, vahid niyyətlə cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, o, tutulmamışdan əvvəl Azərbaycan Dillər Universitetinin 1 nömrəli yataqxanasının komendatı və “Sizin tv” informasiya agentliyində təsisçi işləmişdir. “Sizin tv” fəaliyyət göstərməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs kimi Facebook səhifəsində qeydiyyatdadır. Sosial şəbəkələrdən tez-tez istifadə edir. Sonralar Retroşam restoranında direktor işləmişdir. Zərərçəkmiş şəxs6 restorana tez-tez gəlmiş, Tahir Əliyevlə görüşmüşdür. O, Tahir Əliyevi baş mühasib kimi restoranın işlərini görməsi üçün dəvət etmiş, gələn şəxslərin kim olduğunu Tahirdən soruşmuş, Tahir isə Füzulidən olduğunu və səhiyyə ilə bağlı onlarla iş gördüynü demişdir. Zərərçəkmiş şəxs6 bacısı oğlu Şahin Füzuli rayon Məşğulluq Mərkəzinin baş mühasibi vəzifəsində işləmişdir. 2017-ci ildə onun ayağı sınmış, o, yataqxanada 8 ay yatan zaman Füzuli rayon xəstəxanasından köməklik istəmiş, ancaq ona kömək etməmişlər. Sonra o, sosial şəbəkədə danışmağa başlamış və insanların da yazdıqlarını görmüşdür. O, insanlarla görüşürmüş, Füzuli rayonunda qəsəbələrə gedən zaman insanlar ondan səhiyyə ilə bağlı köməklik istəmiş, o, bir çox şəxsi dəvət edərək tibb məntəqələrinə, xəstəxanalara yerləşdirmişdir. O, komendant təyin olunan zaman Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev onu dəvət etmiş, onunla görüşmüş və onu yaşadığı yataqxanaya komendant vəzifəsinə gətirmişdir. O, kommunal borcları yoxlayan zaman orada Füzuli rayonundan 42 ailə olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs6 ilə xəstəxanada görüşmüş, görüşünün səbəbi isə Füzuli rayon Prokurorluğunun onu izahata çağırmağı olmuşdur. Onların arasında pul söhbəti olmamış, Səfərin yeznəsi Tahirin sosial şəbəkədə onu və ailəsini təhqir etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs6la bağlı paylaşım etməmiş, ancaq ərizələrini oxumuş və bununla bağlı pul tələb etməmişdir. Sonra Zərərçəkmiş şəxs5 ona müraciət edərkən onlar haqqında heç nə yazmamağını demişdir. Zərərçəkmiş şəxs5 onunla görüşmək istədiyini demiş, yataqxanaya gəlmiş, onlar Gənclikdə olan Çinar restoranına getmişlər. O, ona dayısı ilə işinin olmamağını demiş və Səfərin onun dayısı olduğunu bildirmişdir. O, getmək istəyən zaman Zərərçəkmiş şəxs5 pul saymağa başlamış və 300 manat pulu stolun üstünə qoymuşdur. Şaiq ona dayısı ilə danışacağını və ona dəstək olacağını demiş, sonra Şaiq ona zəng vurmuş və veriləcək pulun məbləğini soruşmuşdur. O, məbləği dəqiq bilmədiyini demiş, yaşadığı yerə qayıtmışdır. İlham dayısının orda olduğunu demiş və onu yemək yeməyə dəvət etmiş, onlar restoranda oturan zaman İlham pulu saymış və 1000 manatı dayısının, digər 1000 manatı isə əmisinin göndərdiyini demişdir. Daha sonra ona videoları silməsi deyilmiş, ancaq o, razı olmamışdır. Bundan sonra prokurorluq işçiləri tərəfindən tutulmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında tanımadığı xanım ondan köməklik istəmiş və o, həmin xanımla əlaqə qurmuş və xanım ona Zərərçəkmiş şəxs1 Füzulinin Böyük Bəhmənli kəndində 2 hektar yarım xiyar-pomidor kompleksinin olduğunu və oranın 700.000 manata tikildiyini demişdir. Füzuli rayon Diaqnostika Mərkəzinə gedən zaman sığortadan keçdiyi üçün onu qəbul etməmişlər. Sonra Şaiq həkim onunla görüşmək istəmiş, o, Şaiq həkimin yanına qalxmış və ona nə üçün həyasızlıq etdiyini demişdir. O, bu məsələ ilə bağlı Füzuli rayon polis şöbəsinə yazılı şəkildə müraciət edərək Füzuli rayon Diaqnostika Mərkəzində əxlaqsızlıqlar olduğunu, bununla bağlı onda videoların olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 ilə 46 dəqiqə danışmış, Zərərçəkmiş şəxs1 diaqnostikanın direktorluğundan çıxdığını və Səfərdən gileyləndiyini demişdir. Sonra o, Zərərçəkmiş şəxs1 ilə görüşmüş və birlikdə yemək yemişlər. O, Natiqdən pul almamış, ancaq onunla Füzulinin Bayraq meydanında bir dəfə görüşmüşdür. Onların arasında pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs2 250 manat pul almamış, onu tanımır, onunla bir dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs3 ona 1000 manat pul verməmiş, onunla görüşsə də, ondan pul tələb etməmişdir. Bu işlərlə bağlı o, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə vermişdir. Daha sonra o bildirmişdir ki, 2017-ci ildə onun ayağı sınan zaman yataqxanada yaşamış və yataqxanada bəzi məsələlər ilə bağlı Dövlət Qaçqınlar Komitəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə ərizələr ünvanlamışdır. Ancaq ərizələrinə baxılmadığı üçün onları sosial şəbəkələr vasitəsilə oxumuş və bununla bağlı işlər görmüşdür. O, atdığı addımları aidiyyatı üzrə qurumlara yazıb vermiş, onun adına kommunal qeydiyyat çıxmış, yataqxanada onun qazı olmaya-olmaya adına sayğac çəkilmişdir. O, vəzifəli şəxsləri təhqir etməmiş, onları tənqid etmişdir. Zərərçəkmiş şəxs1 Füzuli Rayon Mərkəzi xəstəxanasının baş həkimi kimi tanımış, onunla münasibəti olmamışdır. O, həmin şəxslə bağlı ölkə rəhbərliyinə, DTX-nə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmiş, onunla bağlı məlumatlar paylaşmışdır. O, Füzuli rayonunda olan zaman bir dəfə 2019-cu ildə Zərərçəkmiş şəxs1la əmisi oğlu xəstə olduğu üçün onun tibbi pensiyası ilə bağlı xəstəxanada, sonra isə Bayraq meydanında görüşmüşdür. O, Səhiyyə Nazirliyinə ərizə vermiş, oradan ona korrupsiya hallarının müəyyən edilməsinə dair cavab gəlmiş, buna görə də, onlar özləri haqqında məlumatları onlara verməyini istəmişlər. O, onlardan pul istəməmişdir. 2021-ci ilin dekabr ayında o, bir sakinlə danışmış və ona Sirac İsmayılovdan pul göndərdiyini demişdir. İcra başçısı ilə görüş zamanı ona həmin şəxslə çörək yemək təklif edilmiş, onlar restoranda oturan zaman yanlarında əmisi oğlu, Tahir Əliyev, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 da olmuş, Zərərçəkmiş şəxs2 orada görmüşdür. Füzuli rayon Horadiz şəhərinin icra nümayəndəsi ilə onun şəxsi qərəzliyi olmamış, bələdiyyə seçkisində iştirak etməmişdir. O, deputatlığa namizəd olan zaman onlarla oturub çörək yemiş, həmin şəxslərin həyatı haqqında heç nə paylaşmamışdır. O, Zərərçəkmiş şəxs3 tanıyır, o, deputatlığa namizəd olan zaman Zərərçəkmiş şəxs3 84 saylı seçki dairəsinin sədri olmuşdur. Onun həmin şəxslə düşmənçiliyi olmamış, ancaq həmin şəxslərin gizli yol ilə rayon ərazisində biznes fəaliyyəti ilə məşğul olması barədə aidiyyatı üzrə qurumlara məlumat vermişdir. İqdisadiyyat Nazirliyi və Dövlət Vergi xidməti orqanı onu yoxlayaraq cərimə yazmışdır. Zərərçəkmiş şəxs3 iki oğlu Kamazlar ilə işğaldan azad olunan ərazilərə girərək qənimətləri toplamış, Füzuli rayon polis şöbəsi tutaraq onlara 1 aylıq həbs cəzası vermişdir. O, Füzuli rayon 84 saylı seçki dairəsində keçirilən seçkini qəbul etməmiş, həmin şəxsin gördüyü işlərlə bağlı paylaşım etmişdir. O, Zərərçəkmiş şəxs3la imza toplamaq üçün görüşmüşdür. X18 Şükürovun qardaşı oğludur, onunla görüşməmiş, ondan 200 manat pul tələb etməmişdir. O, Füzuli rayon Horadiz şəhər poliklinikasının baş həkimi, sonra isə Füzuli rayon Diaqnostika Mərkəzinin rəhbəri olmuşdur və Zərərçəkmiş şəxs6 bacısı oğludur. Onunla münasibəti yaxşı olmamış, onlar sosial şəbəkələrdə onu və ailəsini təhqir etmişlər. O, onunla 2020-ci ildə Diaqnostika mərkəzində görüşmüşdür. O, videoları sosial şəbəkələrdə paylaşmamışdır. Zərərçəkmiş şəxs5 onu 2020-ci ildə Yasamal rayonunda restorana dəvət etmiş, onu kimin öyrətdiyini soruşmuş, o isə ona heç kimin öyrətmədiyini bildirmişdir. Ona 5000 manat pul təklif etmiş, əvəzində isə verdiyi ərizəsini geri götürməyini istəmişdir. Ondan diski kimin verdiyini soruşmuşdur. Onu yataqxanada evindən götürmüş, o gedən zaman əlini cibinə salmış, 300 manat pulu götürməyini və onun haqqındakı məlumatları silməyini tapşırmış, o isə aid məlumatları silməyəcəyini demişdir. O, ondan pulu götürmüş, ancaq onun haqqındakı məlumatları silməmiş və siləcəyinə dair vədlər verməmişdir. X22 Şükürovun qudasıdır, onunla əlaqəsi və münasibəti olmamışdır. Onun işi ilə bağlı onda korrupsiya faktları var və o, bu işlərlə bağlı yazılı şəkildə prokurorluğa məlumat vermişdir. Şaiq onların adını çəkərək ona maddi dəstək edəcəklərini demiş, o, Füzuli Rayon 84 saylı seçki məntəqəsində deputatlığa namizəd olmuş və 6000 manata yaxın cəriməyə düşmüşdür. O, yataqxanada 30 il yaşadıqdan sonra ona Horadiz şəhərində ev verilmiş, sonra oradan qovulmuş, o, Bakıya gəlmiş və evini dəyişərək Xocasənə getmişdir. Onun həmin şəxslərlə bağlı videolar paylaşmaqda məqsədi Füzuli rayonunda korrupsiya yuvasının dağıdılması olmuşdur. O, heç kimdən həqə-qorxu ilə pul tələb etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 14 aprel 2016-cı il tarixdən Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, xx.xx.2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş və həmin vəzifədən 22 may 2021-ci il tarixdə ayrılmışdır. İşlədiyi müddət ərzində işində hər hansı bir qüsura yol verməmiş, xəstəxana əməkdaşları, rayon sakinləri, xəstəxanaya müraciət edən şəxslər ilə arasında heç bir vaxt problem olmamışdır. Bloqer fəaliyyəti məşğul olan Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər, o cümlədən onun barəsində özünün istifadəsində olan və “Vətəndaş Təqsirləndirilən şəxs” adlı youtube kanalında, facebook sosial şəbəkəsində paylaşdığı video və açdığı canlı yayımlarda əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. Füzuli Mərkəzi Rayon xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işlədiyi müddət ərzində həmçinin onun da barəsində əsassız rüsvayedici məlumat yaymışdır. Belə ki, guya direktoru olduğu xəstəxanada korrupsiya hallarının, mənimsəmə faktlarının olmasını göstərmişdir. Əvvəllər onun bu hərəkətlərinə məhəl qoymasa da, sonradan onun bu hərəkətlərinin işgüzar nüfuzuna xələl gətirdiyini görmüşdür. 2018-ci ilin yaz aylarında dəqiq tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Füzuli rayonunda olarkən Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşləri baş tutmuşdur. Söhbət zamanı Bayramdan hansı səbəbdən sosial şəbəkələrdə haqqında uydurma, həqiqətə uyğun olmayan məlumatlar paylaşdığını soruşmuş, o isə əvəzində ona pul verəcəyi təqdirdə onunla heç bir işi olmayacağını və ondan rüsvayedici məlumatlar paylaşmayacağını deyərək haqqında olan paylaşımları da siləcəyini və daha heç bir yalan məlumat yerləşdirməcəyini demişdir. Həmin vaxt məcbur qalaraq onunla razılaşıb həmin vaxt üzərində olan 500 manat pulu ona vermiş və o da həmin pulu ondan qəbul etmişdir. Pulu ona verdikdən təxminən 3-4 ay müddətində ondan sosial şəbəkələrdə heç bir məlumat paylaşmamışdır. Daha sonra yenə də Təqsirləndirilən şəxs ona pul verilmədiyini görüb yenə də sosial şəbəkələrdə eyniməzmunlu xəbərlər paylaşmağa başlamışdır. Təxminən 2019-cu ilin dekabr ayında məcbur qalaraq yenə də Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov metrostansiyası yaxınlığında görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs yenə də ona irad tutaraq onunla maraqlanmadığını, pis şəraitdə yaşadığını bildirərək bir növ bunda onu günahlandırmağa çalışmışdır. Həmin vaxt yenə də məcbur qalaraq ona 500 manat pul vermiş və o da həmin pulu ondan qəbul edərək yalandan vəd verib daha həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar paylaşmayacağına söz vermişdir. Təqsirləndirilən şəxs 3-4 ay sonra ona pul verilmədiyini görüb yenidən sosial şəbəkələrdə eyniməzmunlu xəbərlər paylaşmağa başlamışdır. Buna görə də, bir daha 2020-ci ilin yay aylarında Füzuli rayonu X3rşısında Təqsirləndirilən şəxs ilə görüşü zamanı yenə də barəsində sosial şəbəkələrdə yalan rüsvayedici məlumatlar paylaşmamaq üçün pul istəmiş, pul verməyəcəyi təqdirdə həmin əməlləri davam etdirəcəyi ilə hədə-qorxu gəlmişdir. Məcbur qalaraq orada ona üzərində olan 300 manat pulu təqdim etmiş və o da həmin pulu qəbul edərək əməllərini dayandıracağını demişdir. Hər 3 halda Təqsirləndirilən şəxs ümumilikdə 1.300 manat məbləğində pul vəsaitini ondan hədə-qorxu gəlməklə sosial şəbəkələrdə barəsində yalan, həqiqətəuyğun olmayan rüsvayedici məlumatları yaymamaq və olan məlumatları siləcəyini bildirərək almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 02 mart 2009-cu il tarixdən Füzuli Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan Zobucuq 2 saylı qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində hazırki vaxtadək çalışır və işlədiyi uzun müdət ərzində işində hər hansı bir qüsura yol verməmişdir. Bloqer fəaliyyəti məşğul olan Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər barəsində əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında özünün istifadəsində olan və “Vətəndaş Təqsirləndirilən şəxs” adlı youtube kanalında barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayaraq guya xəstəxanada qeydiyyatda olan 280 nəfər işçidən faktiki olaraq 200 nəfərin işləmədiyini, onlardan hər ay əmək haqqı kartına yüklənən pul vəsaitinin yarısını alaraq mənimsədiyini bildirmişdir. Qeyd olunan yalan xəbərə əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs bunu etməkdə də əsas məqsədi onu özündən asılı vəziyyətə salaraq həmin məlumatları yaymamaq üçün onunla işbirliyinə girmək və ona pul ödəmək istəyi olmuşdur. Lakin yalan rüsvayedici məlumatların yayılması üçün onunla heç bir vaxt işbirliyinə girməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs öz əməllərindən yayınmamış, onun barəsində sosial şəbəklərdə yalan rüsvayedici məlumatlar yaymaqda davam etmişdir. Həmin rüsvayedici məlumatları yaydığı şəxslərdən də biri Füzuli X7 direktoru Zərərçəkmiş şəxs5 olmuşdur. Təqsirləndirilən şəxs şəxsən onunla heç bir vaxt görüşmədiyi üçün onu tanımamış, Şaiqin vasitəsi ilə ondan barəsində rüsvayedici məlumatları yaymamaq üçün 1.000 manat pul istəmişdir. Bundan başqa, həmin rüsvayedici məlumatları yaydığı şəxslərdən də biri Füzuli Mərkəzi Rayon Xəstəxanası maliyyə şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs6 da Şaiqin vasitəsi ilə pul tələb etmişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə danışaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmək qərarına gəlib Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə ərizə ilə müraciət etmişlər. 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə əlaqədar əməliyyat tədbiləri təşkil olunaraq Zərərçəkmiş şəxs5 ona görə olan 1.000 manat və Zərərçəkmiş şəxs6 görə olan 1.000 manat, ümumilikdə 2.000 manat Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pulu sonuncunun özünə təqdim edərkən saxlanılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 10 oktyabr 2019-cu il tarixdən Füzuli X7 baş həkimi, 22 may 2020-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan X11 Mərkəzi Publik hüquqi şəxsin direktoru vəzifəsində hazırki vaxtadək çalışır. Füzuli rayon sakini Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər, o cümlədən onun barəsində özünün istifadəsində olan “Vətəndaş Təqsirləndirilən şəxs” adlı youtube kanalında, facebook sosial şəbəkəsində paylaşdığı video və açdığı canlı yayımlarda əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin hazırda dəqiq tarixini xatırlamadığı vaxtda onun xidməti otağına gələrək səs-küy salmış, ona niyə görə belə hərəkət etməsini, barəsində hansı səbəbdən yalan rüsvayedici məlumatlar yaydığını soruşduqda, bunun onun işinin bu olduğunu, onu saymadıqlarını, onunla maraqlanmadıqlarını bildirmişdir. Həmin vaxt ona əhəmiyyət vermədiyi və pul vermədiyi üçün Təqsirləndirilən şəxs xəstəxanadan ayrılmış və yenə də sosial şəbəkələrdə olan fəaliyyətində əməllərinə davam etməyə başlamışdır. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan 050-337- 57-37 saylı mobil nömrədən zəng etmiş və aralarında olan telefon danışığı zamanı səhəri gün, yəni 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında “Çinar” restoranında görüşmək barədə razılaşmışlar. Görüş zamanı Təqsirləndirilən şəxs onun barəsində daha yalan rüsvayedici məlumatlar yaymamaq üçün pul vəsaiti tələb etdiyindən 300 manat pul vəsaiti vermiş və həmin pul vəsaitini Bayram ondan qəbul edərək daha barəsində heç bir məlumat yaymayacağına söz vermişdir. Bundan sonra xəstəxananın digər əməkdaşları Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 barəsində də rüsvayedici məlumatları yaymamağı ondan xahiş etdikdə o, heç bir problem olmadığını, 1.500 manat pul müqabilində onlar barəsində daha heç bir rüsvayedici məlumat yaymayacağını bildirmişdir. Ondan pulu düzəltmək üçün bir neçə gün vaxt istəmiş və oradan ayrılmışdır. Səhəri gün, 29 yanvar 2022- ci il tarixdə Bayram ilə telefon danışığı zamanı sonuncu 1.500 manat pulun az olduğunu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 2.500 manat pul verməli olduqlarını tələb etmişdir. Ona həmin məbləğin çox olduğunu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 ilə danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra ona yenidən zəng edərək hər şəxsə görə 1.000 manat olmaqla 2.000 manat pul verə biləcəklərini Bayrama demiş və o da razılaşmışdır. 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək görüş təyin edib həmin gün saat 11:00 radələrində 2.000 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, Gənclik metrostansiyası yaxınlığında “Çinar” restoranında görüşərək təqdim etmişdir. Pulu ondan qəbul etdikdən sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs təqdim olunan pul vəsaiti ilə birlikdə saxlamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2001-ci il tarixdən 2018-ci il tarixədək olan müddət ərzində və 2021 ci ilin fevral ayından hazırki vaxtadək X4 Füzuli rayon təşkilatının sədri vəzifəsində çalışmışdır. 2018-ci ildən 2021-ci ilin fevral ayinədək isə həmin təşkilatın sədri oğlu Tural Namazəliyev olmuşdur. Təşkilatın inzibati binası Füzuli rayonu, Horadiz şəhərində yerləşirBloqer fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər, o cümlədən onun və oğlu barəsində özünün istifadəsində olan və “Vətəndaş Təqsirləndirilən şəxs” adlı youtube kanalında, facebook sosial şəbəkəsində paylaşdığı video açdığı canlı yayımlarda əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. 9 fevral 2020-ci İl tarixdə keçiriləcək Milli Məclisə seçkilər ilə əlaqədar Təqsirləndirilən şəxs deputatlığa namizədlik üçün 2020-ci ilin yanvar ayında müraciət edərək namizədliyi qeydə alınmışdır. Təqsirləndirilən şəxs namizədliyi qeydə alındıqdan sonra oğlu Tural Namazəliyevin sədri olduğu təşkilatın fəaliyyətinə əsassız olaraq müdaxilə etməyə başlamış və istifadəsində olan sosial şəbəkələrdə, təşkilat tərəfindən 2020-ci ildə Milli Məclisə Vİ çağırış üzrə keçiriləcək seçkilərdə saxtakarlığa yol veriləcəyi, qanunsuz hərəkətlərin planlaşdırılması kimi əsassız və heç bir sübutu olmayan məlumatlar paylaşmış, oğlu barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşacağını deyərək hədə-qorxu gəlməyə başlamışdır. Həmin vaxt onun dediklərinin böhtan xarakterli olduğunu bilsə də, oğlunun sədri olduğu partiyanın işinin təşkilinə kölgə salmamaq, adının hallandırılmaması üçün məcbur qalaraq 2020-ci ilin fevral ayının əvvəllərində oğlu Turaldan xəbərsiz Füzuli rayonu, Horadiz şəhəri, “Telnar” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək söhbət etməyə başlayıb hərəkətlərini davam etdirməməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs dediklərini etməmək üçün ondan 1000 manat pul tələb etmişdir. Həmin vaxt üzərində olan 200 manat pulu ona təqdim edərək həmin məbləği verməyə maddi imkanının olduğunu, 1000 manat verə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan 200 manat pulu qəbul edərək qeyd etdikləri ilə bağlı oğlundan və təşkilatdan sosial şəbəkələrdə hər hansı bir paylaşım etməyəcəyini və etdiyi paylaşımları da siləcəyini bildirmişdir. Bundan sonra ondan ayrılmışdır. Söz verməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir müddət sonra yenə də sosial şəbəkələrdə paylaşımlar etməyə başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, xx.xx.2004-cü il tarixdən Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş mühasibi, xx.xx.2021-ci il tarixdən xəstəxananın maliyyə şöbəsinin müdiri, xx.xx.2022-ci il tarixdən isə həmin xəstəxananın maliyyə şöbəsinin müdir müavini vəzifəsində çalışır. Füzuli rayon sakini Təqsirləndirilən şəxs özünün istifadəsində olan youtube və digər sosial şəbəkələrdə Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər barəsində əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. Şəxsən onun haqqında guya tutduğu vəzifədən istifadə edərək yaxın qohumlarını Füzuli Mərkəzi Rayon Xəstəxanasında işə düzəldərək onlara himayədarlıq etməsi və digər yalan rüsvayedici məlumatlar yayaraq işgüzar və şəxsi nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs bunu etməkdə əsas məqsədi onu özündən asılı vəziyyətə salaraq həmin məlumatları yaymamaq üçün onunla işbirliyinə girmək və pul almaq istəyi olmuşdur. Lakin yalan rüsvayedici məlumatların yayılması üçün onunla heç bir vaxt işbirliyinə girməmişdir. Buna baxmayaraq Bayram öz əməllərindən yayınmamış, onun və xəstəxananın digər əməkdaşları barədə sosial şəbəklərdə rüsvayedici məlumatlar yaymaqda davam etmişdir. Həmin rüsvayedici məlumatları yaydığı şəxslərdən biri Füzuli X7 direktoru Zərərçəkmiş şəxs5 olmuşdur. Təqsirləndirilən şəxs şəxsən onunla heç bir vaxt görüşmədiyi üçün onu tanımamış, ona görə də Təqsirləndirilən şəxs Şaiq vasitəsi ilə barəsində rüsvayedici məlumatları yaymamaq üçün 1.000 manat pul istəmişdir. Bundan başqa, Füzuli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin nəzdində olan Zobucuq qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs7 da Şaiq vasitəsi ilə pul tələb etmişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 ilə danışaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmək qərarına gəlib Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə ərizə ilə müraciət etmişlər. 3 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə əlaqədar əməliyyat tədbirləri təşkil olunaraq Zərərçəkmiş şəxs5 ona görə olan 1.000 manat və Zərərçəkmiş şəxs7 görə olan 1.000 manat, ümumilikdə 2.000 manat Təqsirləndirilən şəxs hədə- qorxu ilə tələb etdiyi onun pulu özünə təqdim edərkən saxlanılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 18 yanvar 2016-cı il tarixdən hazırki vaxtadək Füzuli rayonu İcra Hakimiyyəti başçısının Horadiz şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi vəzifəsində işləyir. Bloqer fəaliyyəti məşğul olan Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər, o cümlədən onun barəsində özünün istifadəsində olan "Vətəndaş Təqsirləndirilən şəxs” adlı youtube kanalında, facebook sosial şəbəkəsində paylaşdığı video və açdığı canlı yayımlarda əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. Horadiz şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi vəzifəsində işlədiyi müddət ərzində həmçinin onun da barəsində əsassız rüsvayedici məlumat yaymışdır. Belə ki, 2019-cu ilin dekabr ayında ölkə üzrə keçirilən bələdiyyə seçkilərinin keçirilməsinin təşkilati işlərində ərazi nümayəndəliyi də iştirak etmişdir. Həmin vaxtdan bir neçə gün sonra 2020-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs nümayəndəliyə gələrək səs-küylə guya seçkilərin saxtalaşdırıldığını, həmin saxtalaşdırma işində nümayəndəliyin də iştirak etdiyini, nümayəndə olaraq onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşacağını deyərək hədə-qorxu gəlməyə başlamışdır. Həmin vaxt onun dediklərinin böhtan xarakterli olduğunu bilsə də, seçkilərin keçirilməsi işinin təşkilinə kölgə salmamaq, adının hallandırılmaması üçün məcbur qalaraq nümayəndəliyin yaxınlığında onunla söhbət etməyə başlayaraq dediklərini etməməyini xahiş etmiş, Təqsirləndirilən şəxs dediklərini etməmək üçün ondan 500 manat pul tələb etmiş, həmin vaxt üzərində olan 250 manat pulu ona təqdim edərək 500 manat pulu verməyə maddi imkanının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan 250 manat pulu qəbul edərək qeyd etdikləri ilə bağlı ondan sosial şəbəkələrdə daha hər hansı bir paylaşım etməyəcəyini bildirmişdir. Bundan sonra ondan ayrılmış və həmin vaxtdan sonra sosial şəbəkələrdə hər hansı bir paylaşım etməmişdir. Təqsirləndirilən şəxs verdiyi 250 manat məbləğində pul vəsaitini hədə-qorxu gəlməklə sosial şəbəkələrdə barəsində yalan, həqiqətəuyğun olmayan rüsvayedici məlumatları yaymamaq üçün məcbur qalaraq ona təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 23 iyul 2011-cı il tarixdən hazırki vaxtadək 84 saylı Füzuli seçki dairəsi üzrə dairə seçki komissiyasının sədri vəzifəsində işləyir. Bloqer fəaliyyəti məşğul olan Təqsirləndirilən şəxs Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışan şəxslər, o cümlədən onun barəsində özünün istifadəsində olan “Vətəndaş Təqsirləndirilən şəxs" adlı youtube kanalında, facebook sosial şəbəkəsində paylaşdığı video və açdığı canlı yayımlarda əsassız məlumatlar yaymaq işi ilə məşğul olmuşdur. 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilər ilə əlaqədar Təqsirləndirilən şəxs deputatlığa namizədlik üçün 2020-ci ilin yanvar ayında müraciət edərək namizədliyi qeydə alınmışdır. Təqsirləndirilən şəxs namizədliyi qeydə alındıqdan sonra sədri olduğu dairə seçki komissiyasının fəaliyyətinə əsassız olaraq müdaxilə etməyə başlamış və istifadəsində olan sosial şəbəkələrdə əsassız və heç bir sübutu olmayan məlumatlar paylaşmış, seçkilərin saxtalaşdırıldığını, sədr olaraq onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşacağını deyərək hədə-qorxu gəlməyə başlamışdır. Həmin vaxt onun dediklərinin böhtan xarakterli olduğunu bilsə də, seçkilərin keçirilməsi işinin təşkilinə kölgə salmamaq, adının daha da hallandırılmaması üçün məcbur qalaraq 2020-ci ilin fevral ayının əvvəllərində Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən dairə seçki komissiyasının qarşısında onunla söhbət etməyə başlayaraq hərəkətlərini davam etdirməməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs dediklərini etməmək üçün ondan 5000 manat pul tələb etmiş, həmin vaxt üzərində olan 1000 manat pulu ona təqdim edərək həmin məbləği verməyə maddi imkanının olduğunu, 5000 manat verə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ondan 1000 manat pulu qəbul edərək qeyd etdikləri ilə bağlı ondan daha sosial şəbəkələrdə hər hansı bir paylaşım etməyəcəyini və etdiyi paylaşımları da siləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan ayrılmış və söz verməsinə baxmayaraq bir müddət sonra yenə də sosial şəbəkələrdə paylaşımlar etməyə başlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/213 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 20 ədəd A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914, A81255756, A85879877, A21303215, C53982659, C62031423, A75681257, A53276319, A31045220, B06832388, C29346476 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Həmin pul əskinaslarından A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultra bənövşəyi işıqda görünən “Nəzarət 2022” yazıları müəyyən edildi. Bundan əlavə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “pul əskinaslarının təqdim edilməsi haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vasitəsi ilə Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs6 və Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin nəzdində olan Zobucuq 2 saylı qəsəbə xəstəxanasının baş həkimi Zərərçəkmiş şəxs7 pul tələb etməsi barədə sonuncuların müraciətinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə 20 (iyirmi) ədəd 100 (bir yüz) manat nominallı olan A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914, A81255756, A85879877, A21303215, C53982659, C62031423, A75681257, A53276319, A31045220, B06832388, C29346476 seriya və nömrəli pul əskinasları təqdim edilmiş, həmin pul əskinaslarından A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914 seriya və nömrəli pul əskinaslarının üzərilərində “Nəzarət 2022” sözləri yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 03 fevral 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, qeyd olunan tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-166/2022 saylı qərarına əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan 20 (iyirmi) ədəd 100 (bir yüz) manat nominallı pul vəsaitini və iş üçün əhəmiyyət kəsb etməyən digər əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 2.000 manat məbləğində olan 20 (iyirmi) ədəd 100 (bir yüz) manat nominallı pul əskinasları A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914, A81255756, A85879877, A21303215, C53982659, C62031423, A75681257, A53276319, A31045220, B06832388, C29346476 seriya və nömrəli olmaqla ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914 seriya və nömrəli pul əskinaslarının üzərlərində “Nəzarət 2022” sözlərinin yazıldığı müəyyən edildiyindən götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aid videogörüntüləri özündə əks etdirən 2 ədəd “CD” diskə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, “Gizli çəkiliş 1” adlı diskdə xx.xx.2022-ci ilə aid 2 şəxs arasında otaq şəraitində yemək süfrəsi arxasında aparılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 aid videogörüntülər vardır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs özü və sosial şəbəkələrdə olan fəaliyyəti barədə ümumi məlumat verərək etdiyi paylaşımlar nəticəsində istənilən şəxsin həyatında və iş fəaliyyətində problemlər ola biləcəyi barədə Zərərçəkmiş şəxs5 məlumat verir. “Gizli çəkiliş 2” adlı diskə baxış zamanı isə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə aid 1 ədəd 09:21 dəqiqə müddətində “Gizli 2000 azn” adlı video görüntü faylı vardır. Həmin video görüntüyə daxil olduqda müəyyən edilir ki, söhbət 2 şəxs arasında arasında otaq şəraitində yemək süfrəsi arxasında aparılır, istintaq materiallarına əsasən görüntülərdəki şəxsin Təqsirləndirilən şəxs, görüntülərdə üzü görünməyən şəxs isə Zərərçəkmiş şəxs5dur. Söhbət zamanı çəkilişin 04:16-cı dəqiqədən başlayaraq Zərərçəkmiş şəxs5 “Mən onlarla danışdım, Səfərlə də danışdım, iki beşə (2.500 manata) açığı deyim, dedilər ki, verərdik e prosta imkanımız yoxdur, maaş zad almamışıq eləməmişik, nəisə, iki (2.000 manat) düzəltdilər, min (1.000 manat) Səfərdən aldım, min (1.000 manat) İlhamdan, iki (2.000 manat) düzəltdim, dedim ki, daha mənlikdi, Bayram indiyənə kimi nə paylaşıb, nə adınızı çəkib, harda çəkib, hamısını siləcək və indidən belə də olmayacaq, bu iş kökündən həll olur, prosta dedim Bayramdı da rayona gələndə şirinliyin hörmətin də edərik çıxar gedər, amma elədir ki başqa problem olmasın daha, çünki mən aradayam uje, bildin?” sözlərini Təqsirləndirilən şəxs dedikdən sonra, Təqsirləndirilən şəxs cavabında “Qaqa onların daha ağsaqqalı sənsən e” sözləri ilə cavab vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 cibində olan 20 (iyirmi) ədəd 100 (yüz) manat nominallı pul əskinaslarını çıxarıb sayaraq Təqsirləndirilən şəxs təqdim edir, o da öz növbəsində pulu ondan qəbul edərək özü də həmin pulu sayaraq 2.000 manat məbləğində pul vəsaitini üzərində olan gödəkçənin sol yan cibinə qoyaraq söhbətlərini davam edirlər. Həmin çəkilişin 06:58-cı dəqiqəsindən başlayaraq Zərərçəkmiş şəxs5 “Mən popıtka elədim ki başqa vəzifəyə gedim, mənə dedilər ki, sən Natiq həkimin qardaşı oğlusan, Təqsirləndirilən şəxs axşama qədər səndən yazır, səndən paylaşımlar edir, mənə fakt bunu dedilər ki sənin problemin budur, sənin başqa problemin yoxdur, bir dənə Təqsirləndirilən şəxsdi, mən də ona görə gəldim xahiş etdim ki bu işləri qaydasına qoyaq” sözlərinə Təqsirləndirilən şəxs “elə onda sən o addımı atırsansa deməli sən böyük bir insansan” sözləri ilə cavab vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsindən aparılan telefon danışıqları, sms yazışmaları və anten məlumatlarını müəyyən etmək məqsədi ilə telefon danışıqlarına dair məlumatların götürülməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin 8 fevral 2022-ci tarixli telefon danışıqlarına dair məlumatların götürülməsi barədə qərarına əsasən həmin mobil nömrələr arasında olan məlumatlar götürülmüşdür. "xxxx" MMC-dən daxil olan diskə 28 fevral 2022-ci ii tarixdə keçirilmiş, baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan 050-337- 57-37 saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, saat 20:36-da 249 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 20:41də 2290 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 15:03-də 37 saniyə, saat 17:44-də 47 saniyə, saat 18:10-da 9 saniyə, saat 18:11 -də 24 saniyə, saat 18:13-də 64 saniyə, saat 18:16-da 81 saniyə, saat 22:57-də 59 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 16:58-də 22 saniyə, 19:38-də 23 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 16:12-də 96 saniyə, 16:48-də 50 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:10-da 80 saniyə müddətində telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Youtube" video paylaşım platformasında Təqsirləndirilən şəxs məxsus “Vətəndaş Təqsirləndirilən şəxs” səhifəsi 27 mart 2018-ci il tarixdə və “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Bayram Haciyev” səhifəsi 2011ci ilin dekabr ayında yaradılmışdır. Həmin səhifələrdə paylaşılan videoçarxlarda ayrı-ayrı vəzifəli şəxslər barəsində, o cümlədən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru işləmiş Zərərçəkmiş şəxs1, Füzuli rayonu İcra Hakimiyyəti başçısının Horadiz şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2, 84 saylı Füzuli seçki dairəsinin sədri Zərərçəkmiş şəxs3, X6 Füzuli rayon təşkilatının sədri X10, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan X11 Mərkəzi Publik hüquqi şəxsin direktoru Zərərçəkmiş şəxs5, Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs6 və Füzuli Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin nəzdində olan Zobucuq 2 saylı qəsəbə xəstəxanasının baş həkimi Zərərçəkmiş şəxs7 adları çəkilməklə dəqiqləşdirilməmiş və heç bir əsası olmayan məlumatlar qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli, 95-k saylı əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 xx.xx.2019-cu il tarixdən X9 baş həkimi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan X11 Mərkəzi Publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti üzrə xx.xx.2016cı il tarixli, 34 nömrəli Əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi üzrə xx.xx.2020-ci il tarixli, 49-1 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-cı il tarixli, 01/175 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 2016-cı ilin yanvar ayından hazırkı vaxtadək Füzuli rayonu İcra Hakimiyyəti başçısının Horadiz şəhər inzibati ərazi dairə üzrə nümayəndəsi vəzifəsində çalışır. Cinayət işinin materiallarına əlavə edilmiş 84 saylı Füzuli seçki dairəsinin Dairə seçki komissiyasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2011-ci il tarixdən hazırkı vaxtadək 84 saylı Füzuli seçki dairəsinin Dairə seçki komissiyasının sədri vəzifəsində çalışır. Cinayət işinin materiallarına əlavə edilmiş X5 daxil olmuş xx.xx.2022-ci il tarixli, 009 nömrəli arayışdan görünür ki, X10 2018-ci ildən 21 fevral 2021-ci il tarixə qədər X6 Füzuli rayon təşkilatının sədri vəzifəsində çalışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli Mərkəzi Rayon xəstəxanası üzrə xx.xx.2004-cü il tarixli, 27 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs6 Füzuli Mərkəzi Rayon xəstəxanasına baş mühasib vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli Mərkəzi Rayon xəstəxanası üzrə xx.xx.2021-ci il tarixli, 01 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs6 Füzuli Mərkəzi Rayon xəstəxanasına maliyyə şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X13 Rayon Xəstəxanası publik hüquqi şəxs üzrə xx.xx.2022-ci il tarixli, 47 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs6 Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin maliyyə şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli Mərkəzi Rayon xəstəxanası üzrə xx.xx.2009-cu il tarixli, 15 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs7 Füzuli Mərkəzi Rayon xəstəxanasının Zobucuq 2 saylı qəsəbə xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN – nin BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (Nərimanov Rayon Xalq Məhkəməsinin) xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143.2 və 42- 1-ci maddələri ilə təqsirli bilinib hökmün icrası 1 il müddətə təxirə salınmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun müddətli həqiqi hərbi ximətdə olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsinin izlərini saxlayan "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu bir ədəd disk və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş 20 ədəd A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914, A81255756, A85879877, A21303215, C53982659, C62031423, A75681257, A53276319, A31045220, B06832388, C29346476 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına verilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 62 (altmış iki) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu bir ədəd disk və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş 20 ədəd A08268672, A60643941, A49678498, A98844055, A88495977, A34480576, A92153390, C22279705, D21532778, A82400914, A81255756, A85879877, A21303215, C53982659, C62031423, A75681257, A53276319, A31045220, B06832388, C29346476 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 62 (altmış iki) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar