Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-997/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X1, X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, 26 iyul 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, ev 7 ünvanında qeydiyyatda olmaqla, Binəqədi rayon məhkəməsinin 08 iyun 2023- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, 28 avqust 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda oluba, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yetkinlik yaşma çatmayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 özgənin əmlakım ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 tərəfindən cinayətkar fəaliyyətə cəlb edilərək xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində sonuncu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək cinayətkar qrupun tərkibində, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən o tanışı Zərərçəkmiş şəxs “Samsung A9” markalı mobil telefonunu qaytarmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanma çağırmış, oradan birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gəlmiş, həmin təmirdə olan kafenin yaxınlığında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edib açıq formada nümayiş etdirərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, həmin kafenin pəncərəsindən içəri girməsini bildirmiş, kafenin içərisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən o Zərərçəkmiş şəxs əllərini tutmuş, Təqsirləndirilən şəxs2 isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs basqın edib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabından içərisində olan 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan Azərpoçta məxsus məvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA-U29» model mobil telefonu içərisində olan 4 manat dəyərində 070 *** ** ** «Azerfon» GSM nömrəsi və 4 manat dəyərində ***-***-**-** «Bakcell» GSM nömrəsi ilə birlikdə ələ keçirərək, zərər çəkmiş şəxsə ümumilikdə 654, 47 (altı yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 on səkkiz yaşma çatmış olduğu halda xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində özgənin əmlakını ələ keçirmə məqsədi ilə yetkinlik yaşma çatmayan tanışı xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 qazanc əldə edəcəklərinə dair vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə, yəni cinayətkar fəaliyyətinə cəlb edərək, sonuncu ilə ağır cinayətin törədilməsi üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək cinayətkar qrupun tərkibində, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs «Samsung A9» markalı mobil telefonunu qaytarmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış, oradan birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gəlmiş, həmin təmirdə olan kafenin yaxınlığında o, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağım silah qismində istifadə edib açıq formada nümayiş etdirərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, həmin kafenin pəncərəsindən içəri girməsini bildirmiş, kafenin içərisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini tutmuş, o isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs basqın edib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabının içərisindən 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan Azərpoçta məxsus məvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA-U29» model mobil telefonu içərisində olan 4 manat dəyərində 070 *** ** ** «Azerfon» GSM nömrəsi və 4 manat dəyərində ***-***-**-** «Bakcell» GSM nömrəsi ilə birlikdə ələ keçirərək, zərər çəkmiş şəxsə ümumilikdə 654, 47(altı yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Binəqədi rayonu “Kirov” adlanan ərazidə olarkən Seymur zəng etdi. Bundan sonra o, Simranla birlikdə Seymurla parkda görüşmülər. Daha sonra o, Seymurla Simrandan ayrılmış, üzərindən 20-25 dəqiqə keçdikdən sonra yenidən o, Seymurla Simranın yanına getmişdir. Daha sonra yenidən heç bir şey olmamış kimi oradan Binəqədi rayonu “Kirov” adlanan əraziyə, oradan da taksi ilə başqa yerə getmişlər. Həmin vaxt Seymurla Simranın arasında nə baş verdiyindən xəbəri olmamışdır. Bundan iki-üç gün keçdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Orada nəyinsə ələ keçirilib-keçirilmədiyindən xəbəri yoxdur. Həmin gün Simranla 2-3 saat bir yerdə olmuşlar. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs2 o, tanış etmişdir. Görüşə zərərçəkmiş şəxs Seymuru o, dəvət etməmiş, Seymur özü ona zəng edib onunla görüşmək istəmişdir. Zərərçəkmiş şəxs Seymurun telefonunun ələ keçirilib-keçirilmədiyindən xəbəri olmayıb. İbtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etmir, həmin ifadələri o, oxumadan imzalamışdır. O, səbəbsiz yerə polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır, lakin ittiham aktında göstərilən ifadə ona məxsus deyil. Təqsirləndirilən şəxs2 onun on yeddi yaşı olduğunu bilirdi. Simran onu cinayət məsuliyyətinə cəlb etməyib, ümumən Simran Seymurla arasındakı olan münasibəti ona deməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırkı cinayət işi üzrə tutulmamışdan əvvəl ünvan 4 ünvanında qeydiyyatda olmaqla anası Qanuni nümayəndə2, bacısı X13 ilə birlikdə yaşamışdır. Ondan böyük qardaşı isə X17 adam bıçaqladığı üçün halhazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. O, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə sonuncunun tutulmasından təxminən 4- 5 ay əvvəl Novxanı qəsəbəsi dəniz kənarından tanımış, aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. İlkin adlı şəxsi də o, yaşadığı məhəllədən tanımış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Harun adlı oğlanı isə o, Azadlıq metrostansiyasmm yaxınlığından tanımış, Harun əlində salfetka satmışdır. Münasibətləri normaldır. 08 avqust 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Simran və Harun adlı oğlanlarla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi dayanacağın arxasında səkinin üstündə oturaraq dönər yemişlər. Bu zaman ona zəng gəlmiş, zəng edən Seymur adlı şəxs olmuşdur. Belə ki, Seymuru o, təxminən bir neçə aydır ki, tanımışdır. Seymur təxminən 2022-ci ilin iyul ayının əvvəllərində ona yaxınlaşaraq 165 sayh marşurut avtobusunda ona məxsus mobil telefonunun itirməsini və ondan şübhələndiyini bildirmişdir. O, isə Seymura bildirmişdir ki, həmin mobil telefonu o, götürməmişdir. Seymur da bildirmişdir ki, o, ondan polisə şikayət edəcək. O, da Seymura şikayət etsə belə həmin moil telefonu o, götürməməsini bildirmişdir. Göstərilən tarixdədə Seymur ona zəng vurmuş və harada olması barədə soruşmuşdur. O, da Seymura Rəsulzadə qəsəbəsi yaxınlığında dayanacağın yanında olduğunu bildirmişdir. Seymur bildirmişdir ki, təxminən bir neçə dəqiqə sonra o, həmin yerə gələcək onunla görüşmək istəyir. Təxminən yarım saat keçmiş Seymur onlara yaxınlaşaraq görüşmüş və onlar söhbət edə-edə birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisinə doğru getmişlər. Orada yerləşən təmirdə olan kafeyə birlikdə daxil olmuşlar. Təxminən bir az keçmiş İlkin də gələrək kafeyə daxil olmuş, lakin o, kənarda dayanıb onlara baxmışdır. Bundan sonra onunla Seymurun arasında sözlə mübahisə olmuş və onun yanında olan Simran ona görə Seymuru döymüşdür. Seymur da Simranın onu döydüyü üçün qorxduğundan cibindən 34 manat pul, «Huavey» markalı telefonunu və məvacib kartını çıxararaq Simrana vermişdir. Simran Seymurdan kartın kodunu soruşmuş, Seymur əvvəl demək istəməmiş, ona görə Simran onu əli ilə bir neçə dəfə də vurmuşdur. Bundan sonra Seymur kartın kodunu «1975» olmasını bildirmişdir. Simran Seymura bildirmişdir ki, o, gedib bankomatda kodu yoxlayacaq, əgər düz olmasa qayıdıb onu döyəcək. Onda Seymur bildirmişdir ki, «birlikdə bankomatın yanma gedək» və o, pulu çıxarıb onlara verəcək. Onlarda Seymurla razılaşmışlar və birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankın bankomatının yanına gəlmişlər, Simran orada kartı bankomata daxil edib Seymurun onlara dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə, fikirləşmişlər ki, yolun digər tərəfində «Star» marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodunu öyrənsinlər. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kod görsənməmişdir. Onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfinə keçmişlər. Həmin vaxt yoldan keçən bir taksi avtomobili saxlamışlar ki, Novxanı qəsəbəsinə dəniz kənarına getsinlər. Seymurda bildirmişdir ki, o, da onlarla gedib yolda düşəcək. Onlar birlikdə avtomobilə əyləşmişlər. Onlar Binəqədi gənclər şəhərciyinə çatanda Seymur sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmiş, sürücü avtomobili saxladıqdan sonra Seymur Simrana ona məxsus telefonu və məvacib kartını qaytarmasını bildirmişdir. Həmin vaxt Simran avtomobildə qarşı tərəfdə əyləşmiş və avtomobildən düşüb arxa qapını açaraq Seymurunda düşməsini bildirmişdir. Seymur avtomobildən düşdükdən sonra Simran ona 15 dəqiqəyə qayıdıb ona məxsus pulunu, mobil telefonunu və məvacib kartını qaytaracağını bildirmiş və yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Onlar oradan Sumqayıt bazarının yanma getmişlər, orada Seymurdan əldə etdikləri pula özlərinə dönər almışlar və kampyuter salonda oturaraq vaxtlarını keçirmişlər. Səhərisi günü onlar yəni, o, Simran, İlkin və Harun birlikdə Rəsulzadə qəsəbəsinə gəlmişlər, orada yerləşən bankomata yaxınlaşıb Seymura məxsus kartı həmin bankomata daxil etmişlər və yenidən «1975» kodunu yığmışlar, lakin bu dəfə bankomat kartı qaytarmamışdır. Bundan sonra İlkin və Harun oradan yaşadıqları evə getmişlər. O, isə Simranla birlikdə Rəsulzadə qəsəbəsində oturub dönər yeyərkən onlara Binəqədi RPi-nin 43-cü PB-nin əməkdaşları yaxınlaşmış və onları PB-nə gətirmişlər. Hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Parkın içərisindəki təmirdə olan kafenin içərisində baş vermiş, həmin vaxt hava qaranlıq və saat gec olduğu üçün ətrafda onlardan başqa heç kim olmamışdır. Hadisə zamanı onun üzərində bıçaq olmamış, Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamış və ona bıçaqla xəsarət yetirəcəyi ilə bağlı hədə-qorxu gəlməmişdir. Hadisə zamanı bıçaq Simranda olmuş, Simran bıçağı kafenin içərisindən tapıb əlində saxlamış, sonrada kənara atmışdır. Simran Seymur adlı şəxsi vurmuş, lakin onun üzərinə bıçaq çəkməmiş, sadəcə əlində bıçağı saxlamış və kənara atmışdır. O və Simran Zərərçəkmiş şəxs 34 manat nağd pul, məvacib kartını və «Huavey» markalı mobil telefonunu əlindən almışlar, həmin pula o, Simran, İlkin və Harunla birlikdə dönər alıb yemişlər, kartı hadisədən bir gün sonra onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən bankomata daxil edib pul çıxarmaq istəmişlər, lakin kod yanlış olduğu üçün bankomat kartı qaytarmamışdır. «Huavey» markalı mobil telefonu isə onlar PB-nə təqdim etmişlər. Hadisə zamanı bıçağı Simran hadisə günü təmirdə olan kafenin içərisindən tapmış və həmin hadisəni törətdikdən sonra bıçağı Binəqədi RPİ-nin 43-cı PB-nin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Simran könüllü polis əməkdaşlarına təqdim etmişdir. İlkin və Harun adlı şəxslər hadisə zamanı Zərərçəkmiş şəxs döyməmişlər, ona qarşı heç bir zor tətbiq etməmişlər, lakin dayanaraq baxmışlar, yəni hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs2 ona elvn olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla əlbir olduğunu bildirsələr də, onun Tərlanla heç bir əlaqəsi yoxdur. Ona təzyiq edildiyinə görə verilən ittihamla razı olmuşdur. Təqsirləndirilən şəxs1 sadəcə tanışıdır, Binəqədi rayonu yaxınlığında, “Spar” marketə daxil olarkən salamlaşdığıqlarına görə kameraya düşüb, buna əsasən də onun Tərlanla əlbir olduğunu bildirdilər. Marketdən iki qutu siqaret almışdılar. Hadisə 8 avqust 2022-ci il tarixdə təxminən saas 11:00 radələrində baş verib, marketin yaxınlığında kameraya düşdükləri günün səhərisi, yəni 9 avqust 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. İttihamda qeyd olunan marketdən içki almaqlarıyla bağlı məlumat yanlışdır, sadəcə iki qutu siqaret almışdılar. Zərərçəkmiş Seymuru tanımır, ondan pul almışlar. Zərərçəkmişi Tərlan tanıyır, zərərçəkmiş ona 34 manat pul vermişdi. Zərərçəkmişin telefonu onda idi, zəng etmək üçün götürmüşdür. Telefonu zərərçəkmiş həmin gün, yəni 9 avqust 2022-ci il tarixdə qaytarmış, lakin zərərsəkmiş şəxs pulu ona bağışlamışdır. Puldan Tərlana verməmişdir. Tərlanın yanında olarkən zərərçəkmiş Tərlana zəng edib harada olduqlarını soruşmuş, daha sonra parka yanlarına gəlmişdir. Zərərçəkmişin yanlarına gəlməsinin səbəbi səhv etmirsə, Tərlanla zərərçəkmiş şəxs Seymurun arasında alış-verişin olması idi, bu məsələnin onunla heç bir əlaqəsi yox idi. Zərərçəkmiş şəxs Tərlana aqresiv münasibətlə yanaşdığına görə o, Semura Tərlanın ondan kiçik olduğunu bildirmiş, lakin Seymur elə bilmişdir ki, onu döyəcəkdir. Buna görə də, Seymur döyməməyin deyib cibindən pulu çıxarıb p vermişdir. Həmin gün onda bıçaq olmayıb. Bıçaq Tərlanda da olmayıb. Zərərçəkmiş şəxsə məxsus olan kart onda olub, lakin bankomata daxil etsə də, kart bankomatın içərisidə qalmışdır. Kartı bankomata daxil edən zaman zərərçəkmiş yanında deyildi. Bu işdə Tərlanın heç bir rolu olmayıb. O, polis əməkdaşlarına bıçaq təhvil verməmişdir. Olduğu yerdə bıçaq var idi, lakin həmin bıçaq ona məxsus deyil. Zərərçəkmiş şəxs tanımır, ona heç bir xəsarət yetirməmişdir. 34 manatı Zərərçəkmiş şəxs ona verib. Azərpoçta məxsus kartı Seymurun əlindən o almışdır. Zərərçəkmiş şəxs Seymurdan pul, kart, telefonu götürən zaman Tərlan onların yanında deyildi, marketə getmişdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,hazırkı cinayət işi üzrə tutulmamışdan əvvəl ünvan 4 ünvanında qeydiyyatda olmaqla anası Qanuni nümayəndə2, bacısı X13 ilə birlikdə yaşamışdır. Ondan böyük qardaşı isə X17 adam bıçaqladığı üçün halhazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. O, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə sonuncunun tutulmasından təxminən 4- 5 ay əvvəl Novxanı qəsəbəsi dəniz kənarından tanımış, aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. İlkin adlı şəxsi də o, yaşadığı məhəllədən tanımış, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Harun adlı oğlanı isə o, Azadlıq metrostansiyasmm yaxınlığından tanımış, Harun əlində salfetka satmışdır. Münasibətləri normaldır. 08 avqust 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Simran və Harun adlı oğlanlarla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi dayanacağın arxasında səkinin üstündə oturaraq dönər yemişlər. Bu zaman ona zəng gəlmiş, zəng edən Seymur adlı şəxs olmuşdur. Belə ki, Seymuru o, təxminən bir neçə aydır ki, tanımışdır. Seymur təxminən 2022-ci ilin iyul ayının əvvəllərində ona yaxınlaşaraq 165 sayh marşurut avtobusunda ona məxsus mobil telefonunun itirməsini və ondan şübhələndiyini bildirmişdir. O, isə Seymura bildirmişdir ki, həmin mobil telefonu o, götürməmişdir. Seymurda bildirmişdir ki, o, ondan polisə şikayət edəcək. O, da Seymura şikayət etsə belə həmin moil telefonu o, götürməməsini bildirmişdir. Göstərilən tarixdədə Seymur ona zəng vurmuş və harada olması barədə soruşmuşdur. O, da Seymura Rəsulzadə qəsəbəsi yaxınlığında dayanacağın yanında olduğunu bildirmişdir. Seymur bildirmişdir ki, təxminən bir neçə dəqiqə sonra o, həmin yerə gələcək onunla görüşmək istəyir. Təxminən yarım saat keçmiş Seymur onlara yaxınlaşaraq görüşmüş və onlar söhbət edə-edə birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisinə doğru getmişlər. Orada yerləşən təmirdə olan kafeyə birlikdə daxil olmuşlar. Təxminən bir az keçmiş İlkində gələrək kafeyə daxil olmuş, lakin o, kənarda dayanıb onlara baxmışdır. Bundan sonra onunla Seymurun arasında sözlə mübahisə olmuş və onun yanında olan Simran ona görə Seymuru döymüşdür. Seymurda Simranın onu döydüyü üçün qorxduğundan cibindən 34 manat pul, «Huavey» markalı telefonunu və məvacib kartını çıxararaq Simrana vermişdir. Simran Seymurdan kartın kodunu soruşmuş, Seymur əvvəl demək istəməmiş, ona görə Simran onu əli ilə bir neçə dəfə də vurmuşdur. Bundan sonra Seymur kartın kodunu «1975» olmasını bildirmişdir. Simran Seymura bildirmişdir ki, o, gedib bankomatda kodu yoxlayacaq, əgər düz olmasa qayıdıb onu döyəcək. Onda Seymur bildirmişdir ki, «birlikdə bankomatın yanma gedək» və o, pulu çıxarıb onlara verəcək. Onlarda Seymurla razılaşmışlar və birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankın bankomatının yanına gəlmişlər, Simran orada kartı bankomata daxil edib Seymurun onlara dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə, fikirləşmişlər ki, yolun digər tərəfində «Star» marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodunu öyrənsinlər. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kod görsənməmişdir. Onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfinə keçmişlər. Həmin vaxt yoldan keçən bir taksi avtomobili saxlamışlar ki, Novxanı qəsəbəsinə dəniz kənarına getsinlər. Seymurda bildirmişdir ki, o, da onlarla gedib yolda düşəcək. Onlar birlikdə avtomobilə əyləşmişlər. Onlar Binəqədi gənclər şəhərciyinə çatanda Seymur sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmiş, sürücü avtomobili saxladıqdan sonra Seymur Simrana ona məxsus telefonu və məvacib kartını qaytarmasını bildirmişdir. Həmin vaxt Simran avtomobildə qarşı tərəfdə əyləşmiş və avtomobildən düşüb arxa qapını açaraq Seymurunda düşməsini bildirmişdir. Seymur avtomobildən düşdükdən sonra Simran ona 15 dəqiqəyə qayıdıb ona məxsus pulunu, mobil telefonunu və məvacib kartını qaytaracağını bildirmiş və yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Onlar oradan Sumqayıt bazarının yanma getmişlər, orada Seymurdan əldə etdikləri pula özlərinə dönər almışlar və kampyuter salonda oturaraq vaxtlarını keçirmişlər. Səhərisi günü onlar yəni, o, Simran, İlkin və Harun birlikdə Rəsulzadə qəsəbəsinə gəlmişlər, orada yerləşən bankomata yaxınlaşıb Seymura məxsus kartı həmin bankomata daxil etmişlər və yenidən «1975» kodunu yığmışlar, lakin bu dəfə bankomat kartı qaytarmamışdır. Bundan sonra İlkin və Harun oradan yaşadıqları evə getmişlər. O, isə Simranla birlikdə Rəsulzadə qəsəbəsində oturub dönər yeyərkən onlara Binəqədi RPi-nin 43-cü PB-nin əməkdaşları yaxınlaşmış və onları PB-nə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Parkın içərisindəki təmirdə olan kafenin içərisində baş vermiş, həmin vaxt hava qaranlıq və saat gec olduğu üçün ətrafda onlardan başqa heç kim olmamışdır. Hadisə zamanı onun üzərində bıçaq olmamış, Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamış və ona bıçaqla xəsarət yetirəcəyi ilə bağlı hədəqorxu gəlməmişdir. Hadisə zamanı bıçaq Simranda olmuş, Simran bıçağı kafenin içərisindən tapıb əlində saxlamış, sonrada kənara atmışdır. Simran Seymur adlı şəxsi vurmuş, lakin onun üzərinə bıçaq çəkməmiş, sadəcə əlində bıçağı saxlamış və kənara atmışdır. O, və Simran Zərərçəkmiş şəxs 34 manat nağd pul, məvacib kartını və «Huavey» markalı mobil telefonunu əlindən almışlar, həmin pula o, Simran, İlkin və Harunla birlikdə dönər alıb yemişlər, kartı hadisədən bir gün sonra onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən bankomata daxil edib pul çıxarmaq istəmişlər, lakin kod yanlış olduğu üçün bankomat kartı qaytarmamışdır. «Huavey» markalı mobil telefonu isə onlar PB-nə təqdim etmişlər. Hadisə zamanı bıçağı Simran hadisə günü təmirdə olan kafenin içərisindən tapmış və həmin hadisəni törətdikdən sonra bıçağı Binəqədi RPİ-nin 43-cı PB-nin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Simran könüllü polis əməkdaşlarına təqdim etmişdir. İlkin və Harun adlı şəxslər hadisə zamanı Zərərçəkmiş şəxs döyməmişlər, ona qarşı heç bir zor tətbiq etməmişlər, lakin dayanaraq baxmışlar, yəni hadisənin şahidi olmuşlar. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, telefonu təqsirləndirilən şəxs Tərlanda olduğuna və telefonu ondan götürməli olduğuna görə onlarla görüşmüşdür. Telefonunu təqsirləndirilən şəxs Tərlana istifadə etmək üçün könüllü vermişdir. Tərlan ondan istəmişdir. O da telefonunu ona vermişdir. Hadisə zamanı orada olan digər şəxs başqasının şəxsiyyət vəsiqəsi ilə onun telefonunu satmış, həmin adamın İlkin adlı qohumu həmin telefonu Rəsulzadə qəsəbəsində yerləşən parka gətirməli idi. Telefonu Samir adlı şəxsin şəxsiyyət vəsiqəsi ilə satılmışdı. Həmin telefonu o özü 800 manata kreditlə almışdı. Telefonu Tərlana hədiyyə etməmişdir, bir-iki gün istifadə etməsi üçün ona vermişdir. Tərlan da telefonu başqa şəxsə vermiş, o da telefonu ona geri qaytarmaq üçün yanına çağırsa da, həmin vaxt telefonu qaytarmadı. Hadisə zamanı bıçağı binanın içərisində İkin adlı şəxsin əlində görmüşdür, lakin onu təqsirləndirilən şəxs Simran hədələmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı heç bir zor tətbiq etməyib. Təqsirləndirilən şəxs1la bağlı heç bir şikayəti yoxdur. Tərlan və Simranla M.Ə.Rəsulzadə qəsəbəsində görüşmüşdür. Ondan “Huawei” markalı, qızılı rəngdə olan telefonu oğurlayıblar. Telefonun qiymətini bilmir, ekpertiza rəyində 60 manat göstərilmişdir. Hadisə zamanı orada olanlardan biri ilə aralarında söz-söhbət olduqdan sonra ona hədə-qorxu gəlib telefonunu götürmüşdür. Hadisə zamanı orada olan şəxslərdən biri bıçaqla onu qorxutmaq istəsə də, Tərlanla Simran ona bıçağı yerə atmağını bildirirdi. Hadisə zamanı dörd nəfər var idi. İstintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ATS 412-də texnik işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10-11 radələrində o, işlədiyi Rəsulzadə qəsəbəsi ATS 412-dən növbədən çıxaraq 165 saylı marşururt avtobusunua minərək yaşadığı evə gələrkən, həmin vaxt avtobusda onun yanında təxminən 16- 18 yaşlarında cavan bir oğlan əyləşmişdir. O, həmin oğlanı işlədiyi Rəsulzadə qəsəbsində teztez görmüş və oradan tanımışdır. Lakin münasibətləri olmamışdır. Yaşadığı evə yaxın o, avtobusdan düşmüş və zəng vurmaq üçün əynində olan şalvarının sağ cibinə qoyduğu «Samsunq A9» mobil telefonunu çıxarmaq istərkən telefonunun cibində olmadığını aşkar etmişdir. Bunnula əlaqədar o, Binəqədi RPİ-nin 43 sayh PB-nə gedərək telefonunun itməsi barədə ərizə yazmışdır. Lakin o, özlüyündə adı ona sonradan məlum olan avtobusda onun yanında əyləşmiş Tərlan adlı oğlandan şübhələnmişdir. Təxminən 2022-ci ilin iyul ayının əvvəllərində o, işdən çıxarkən Rəsulzadə qəsəbəsində həmin Tərlan adlı oğlanla qarşılaşmış və ona öz iradını bildirərək həmin vaxtı avtobusda onun yanında onun əyləşməsini və ona məxsus «Samsunq A9» mobil telefonunun onun tərəfindən oğurlandığını bildirmişdir. Həmin vaxt Tərlan ona məxsus mobil telefonun onun tərəfindən götürülmədiyini bildirəndə, o, ona bildirmişdir ki, o, bu barədə PB-nə ərizə yazmış və PB-nə gedərək ondan şübhələndiyini bildirəcəkdir. Bu zaman Tərlan bildirmişdir ki, onun barəsində polisə heç bir şikayət etməsin, mobil telefonu avtobusda oturacağın üzərinə düşdüyü üçün o, telefonu götürmüş və hal- hazırda başqa bir adama vermişdir. O, Tərlana bildirmişdir ki, o, ona məxsus mobil telefonu alıb qaytarsın, o, da onun barəsində PB-nə şikayət etməyəcək. Eyni zamanda Tərlan az yaşlı olduğu üçün o, ondan şikayət etmək istəməmişdir. Tərlan da onunla razılaşmış və onlar biri- birinə mobil telefon nömrələrini vermişlər ki, əlaqə saxlayacaqlar. Bundan sonra arabir o, Tərlana zəng vuraraq telefon barədə soruşmuş və o, tezliklə alıb qaytaracağını bildirmişdir.xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, işlədiyi Rəsulzadə qəsəbəsi 412 saylı ATS olmuş və bu zaman ona Tərlan zəng vuraraq bildirmişdir ki, onun mobil telefonunu qaytarmaq istəyir görüşmək lazımdır. O, da Tərlana bildirmişdir ki, saat 23 radələrində işdən çıxır, gəlib görüşərlər. Saat 23 radələrində o, işdən çıxmış və Tərlanın dediyi yerə yəni Rəsulzadə qəsəbəsində yerləşən dayanacağa gəlmişdir. Həmin vaxt orada Tərlan və yanında iki nəfər tanımadığı oğlanlar olmuşdur. Həmin oğlanlardan biri üzü saqqallı, təxminən 20-25 yaşlarında, digəri isə təxminən 14 yaşında olmuşdur. Tərlan bildirmişdir ki, gedək birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisində telefonu verdiyi oğlan gələcək və ona məxsus mobil telefonu qaytaracaq. O, da onlara inanıb birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parka getmişlər. Həmin vaxt parkın içərisində onlar hal-hazırda fəaliyyət göstərməyən təmirdə olan kafenin yanma çatanda arxadan həmin üzü saqqallı, təxminən 20-25 yaşlarında oğlan onun sağ böyür nahiyəsindən bıçaq dirəmiş və ona bildirmişdir ki, tez ol kafenin açıq pəncərəsindən içəri gir. O, da onun əlində bıçaq olduğu üçün qorxmuş və kafenin açıq pəncərəsindən içəri daxil olmuşdur. Onun arxasınca həmin yerə Tərlan və həmin üzü saqqallı adı sonradan ona məlum olan Simran daxil olmuşlar. Lakin azyaşlı oğlan isə kafenin qarşısında qalmışdır. Kafenin içərisi təmirə bağlandığından qaranlıq olmuşdur. Həmin vaxt Tərlan onun əllərini tutmuş, Simran isə təpik və yumruqla onu vurmağa başlamışdır. O, onun zərbələrindən yerə yıxılıb yenidən qalxmışdır. Bu vaxt kafenin pəncərəsindən içəriyə bir nəfər tanımadığı təxminən 16-18 yaşlarında əynində ağ rəngli köynəyi olan oğlanda daxil olmuşdur. Lakin o, kənarda dayanıb onlara baxmışdır. Bu zaman Simran əlindəki bıçağı onun böyür nahiyəsinə diriyərək «tez elə üzərində nə var mənə ver» demişdir. O, da qorxduğu üçün cibində olan qara rəngli pul qabını və əlində olan «Huavey» markalı mobil telefonunu Simrana vermişdir. Simran pul qabını açıb içərisindən ona məxsus 34 manat nağd pulunu çıxarıb cibinə qoymuş, eyni zamanda Azərpoçta məxsus məvacib kartını götürüb kodunu ondan soruşmuşdur. O, əvvəl kodu demək istəməmiş, çünki kartın içərisində 600 manat məvacibi olmuşdur. Lakin Simran onu yenidən vurduğu üçün o, kartın kodunu ona yalandan «1975» olmasını bildirmişdir. Həmin vaxt Simran bildirmişdir ki, ikisi gedib bankomatda kartın kodunu yoxlayacaqlar, ikisi isə onunla qalacaq, əgər kod səhv olsa onda o, onu bıçaqla öldürəcək. Lakin o, onları razılığa gətirmişdir ki, birlikdə bankomatın yanma getsinlər və o, pulu çıxarıb onlara versin. Simran da onunla razılaşmış və onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankm bankomatının yanma gəlmişlər, Simran orada kartı bankomata daxil edib onun ona dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə ona bildirmişdir ki, «əgər kartın kodunu düzgün deməsən səni burda vurub öldürəcəyəm.» O, isə ona kartın kodunu səhv demədiyini, karta nəsə olduğunu inandırmağa çalışmışdır. Həmin vaxt onlar belə fikirləşmişlər ki, yolun digər tərəfində Star marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodu görünəcək. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, onlar siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kod görsənməmişdir. Onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfmə keçmişlər. Həmin vaxt onlar yoldan keçən bir taksi avtomobili saxlamışlar və Novxanı qəsəbəsinə gedəcəklərini bildirmişlər. Onun pulu, məvacib kartı və mobil telefonu Simranda olduğu üçün o, onlara bildirmişdir ki, o, da həmin istiqamətdə yaşayır və onlarla gedib yolda düşəcək. Onlar birlikdə avtomobilə əyləşmişlər və yolda o, Simrandan ona məxsus pulu, kartı və mobil telefonunu istəmişdir. Simran isə bildirmişdir ki, qaytaracaq. Onlar Binəqədi gənclər şəhərciyinə çatanda o, sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmişdir. Sürücü avtomobili saxladıqdan sonra o, Simrana bildirmişdir ki, «söz vermişdin ki, əmanətimi qaytaracaqsan və qaytar». Həmin vaxt Simran sürücünün başa düşməməsi üçün avtomobilin qarşı sol qapısını açaraq düşmüş və arxa qapını açıb ona yerə düşməsini, ona sözü olduğunu bildirmişdir. O, əvvəl qorxduğu üçün yerə düşmək istəməmiş, lakin Simran əlini belinə apardığı üçün o, avtomobildən düşmüş və Simran ona bildirmişdir ki, o, həmin oğlanları aparıb düşürüb 15 dəqiqəyə qayıdıb ona məxsus pulunu, mobil telefonunu və məvacib kartını qaytaracaq və yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O isə oradan yaşadığı evə gəlmiş və DİNnin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər və o, PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən parkın içərisində yerləşən halhazırda fəaliyyət göstərməyən kafenin içərisində baş vermişdir. Hava qaranlıq və saat gec olduğu üçün hadisənin şahidləri olmamışdır. Onu vuran Simran adlı şəxsi o, əvvəllər tanımamış və onunla hadisədən əvvəl heç bir mübahisəsi olmamışdır. Hadisə zamanı onu konkret olaraq Simran adlı şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur, Tərlan isə onu tutaraq Simranm onu vurmasına şərait yaratmışdır. Digər şəxslərdən isə onların yanlarında olan adı ona İlkin kimi məlum olan oğlan onu vurmamış və hədələməmiş, o, hadisənin şahidi olmuşdur. Adı ona istintaq zamanı məlum olan Şahid1 isə kafenin qarşısında duraraq onlara baxmışdır. Simran adlı oğlan bıçağı onun sağ böyür nahiyəsinə dirəyib onlan pulunu, mobil telefonunu tələb edərkən, xəsarət yetirəcəyi ilə hədələsə də, lakin ona həmin bıçaqla xəsarət yetirməmişdir. Həmin bıçaq təxminən 20-25 sm uzunluğunda olmuş, dəstəyinə və rənginə fikir verməmişdir. Simran adlı şəxsin onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurması nəticəsində o, xəsarət almışdır. Həmin şəxslərdən Simran adlı şəxs üzərinə bıçaq çıxararaq ona məxsus içərisində 34 manat pul, içərisində 600 manat olan Azərpoçta məxsus məvacib kartını və 100 manat dəyərində olan «Huavey» markalı mobil telefonunu içərisində olan 10 manat dəyərində 070 *** ** ** və 5 manat dəyərində ***-***-**-** nömrələr ilə birlikdə almışdır. Lakin pul qabını Simran onun özünə qaytarmışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022- ci il tarixli 9/6207 nömrəli rəyi ilə tanış olmuş, rəylə tam razıdır, o, cinayət yolu ilə ondan alınmış mobil telefonunun qiymətini ifadəsində təxmini göstərmişdir. Eyni zamanda o, Azərpoçt MMCnin 1 saylı filialından məvacib kartının hesabatı ilə bağlı aldığı çıxarışı ifadəsinə' əlavə etmişdir. Həmin hesabatda onun kartında hadisədən qabaq nə qədər pul olması və hadisə günü və bir gün sonra nə qədər pul çıxarılması tam göstərilmişdir. Şahid Qanuni nümayəndə2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Digər Təqsirləndirilən şəxs2 də bəzən onlara gəlib-gedirdi. Onlar dönər işində birlikdə işlədiklərinə görə onu tanımışdır. O, sonrdana oğlunun və Samirin Zərərçəkmiş şəxs telefonunu oğurladıqlarını bilmişdir. Tərlanla Simran eyni yerdə işlədiklərinə görə əlaqələri var idi və bəzən Simran onlara gəlib-gedirdi. Oğlu Təqsirləndirilən şəxs1 dəcəl uşaq idi, onu incidirdi, dərsləri də pis idi. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid Qanuni nümayəndə2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Rəsulzadə qəsəbəsi, İlham Hacıynv küçəsi, döngə 2, ev 7-də təxminən 21 ildir ki, yaşayır. Oğlu Təqsirləndirilən şəxs1 doğulandan onunla bir ünvanda yaşayır. Orta məkbəbin 9-cu sinifini qurtarıb, məktəbdə orta səviyyədə oxumuş, lakin sonra kolecə getməli olmuş, lakin getməmişdir. Hal hazırda mebel ustası yanında şagird işləyir və mebel yığılanda, təxminən həfətədə 3 dəfə gedir işləyir. Lakin hal hazıra qədər ona heç bir pul verməmiş, qazancını hara xərcləyir bilməmişdir. Həyat yoldaşı X9 4 ildir ki, rəhmətə getmiş, iş yerində bədbəxt hadisədən ölmüşdür. Onun Tərlandan başqa 2 övladı da vardır, böyük oğlu X17 dalaşmaya görə Binəqədli RPİ tərəfindən tutulub, hal hazırda 3 il azadlıqdan məhrumetmə cəzasını çəkir, cəzaçəkmə müəssisəsindədir. Qızı Fidan isə Universitetdə oxuyur, tələbədir. Öz ağılı ilə ali məktəbə daxil olub, oxuyur. Evləri həyət evidir, 1 mərtəbəli tikilidir, 3 otaqdan ibarətdir. 2022-ci ilin yayında Tərlan Təqsirləndirilən şəxs2 adlı oğlanla tanış olmuş, həmin vaxt Tərlan dönərxanada kuryer işləmişdir. Simran onların evinə gəlmiş, axsamış, ona demişdir ki, qazidir, narahat olmasın, Tərlana baxacaq. Sonra məlum olmuşdur ki, yalan deyir, qazi deyil. 2022-ci ilin avqust ayının 8-də axşam o, Simrana yemək vermiş, Simran ona demişdir ki. Tərlanla gedəcəklər, çox ləngiməyəcəklər. Onlar çıxıb getmişlər, səhərisi gün isə eşitmişdir ki, Tərlan və Simran Binəqədi RPİ tərəfindən tutulmuşdur. O, İlkin adlı oğlanı tanımış, Harunu isə tanımamışdır. İlkinlə əvvəllər, yəni 2022-ci ilin yay aylarında ünsiyyətdə olmuş, lakin son vaxtlarda o, İlkini görməmişdir. İlkingil onların qoşuluğunda kirayədə yaşamışlar, hal hazırda köçmüşlər, dəqiq ünvanlarını bilməmişdir. Şahid X12 ifadələrində göstərdi ki, vətəndaş Zərərçəkmiş şəxs bölməyə gələrək həmin hadisə barədə ərizə vermişdi. Bölmənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə göstərişlər verildi və həmin gün Zərərçəkmiş şəxs qarşı quldurluq hadisəsini törədən şəxslər, şəxsiyyətləri sonra məlum olmuş Təqsirləndirilən şəxs2 və yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 saxlanılaraq 43-cü PB-nə gətirildilər. Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs2 quldurluq etdiyini etiraf etmiş və Zərərçəkmiş şəxs məxsus olan və onun tərəfindən ələ keçirilmiş mobil telefonu təhqiqata təqdim etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid X12 ibtidai istintaq zamanı göstərmişdir ki, 2007-ci ildən DİO-da xidmət edir, Binəqədi RPİ-nin 43-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən xidmət edir. 09 avqust 2022-ci il tarixdə saat 01:10 radələrində DİN- nin 102 xidmətindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 9, m. 11-də yaşayan Zərərçəkmiş şəxs ona qarşı quldurluq basıqını edilməsi barədə zəng etməsi ilə bağlı məlumat Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuşdur. Sonra vətəndaş Zərərçəkmiş şəxs özü də bölməyə gələrək həmin hadisə barədə ərizə vemişdir. Bölmənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə göstərişlər verilmiş və həmin gün ərzində, Zərərçəkmiş şəxs qarşı quldurluq hadisəsini törədən şəxslər, şəxsiyyətləri sonra məlum olmuş Təqsirləndirilən şəxs2 və yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 yaxalanaraq 43-cü PB-nə gətirilmişlər. PB-də olarkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı quldurluq basıqını törətməyi etiraf etmiş və Zərərçəkmiş şəxs məxsus olan və onun tərəfindən ələ keçirilmiş «Huawei» markalı mobil telefonu təhqiqata təqdim etmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla hədələmiş və həmin bıçağı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, fəaliyyət göstərməyən kafedə atmışdır. Təqsirləndirilən şəxs2 bildirldiyinə görə Zərərçəkmiş şəxslə mübahisə etdiyi vaxt onda bıçaq olmamış, bıçağı həmin kafedən tapıb Seymuru onunla hədələmişdir ki, üstündə nə var versin. Təhqiqatçı onun göstərdiyi yerə gedərək həmin bıçağı oradan götürmüşdür. Bıçağın və mobil telefonun Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilməsi barədə protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 43-cü PB-də olarən bıçaqla Zərərçəkmiş şəxs hədələmsini etiraf etmiş, həmin bıçıağın da yerini demiş, onlar gedib bıçağı o göstərdiyi yerdən götürmüşdür. Təqsirləndirilən şəxs2 onlara demişdir ki, bu bıçağı elə oradan tapıb həmin hadisə zamanı Zərərçəkmiş şəxs hədələmişdir. Şahid3 göstərmişdir ki, 2007-ci ildən DİO-da xidmət edir, Binəqədi RPİ-nin 43-cü PB-də sahə rəisi vəzifəsində 2020-ei ildən xidmət edir. 09 avqust 2022-ci il tarixdə saat 01:10 radələrində DİN-nin 102 xidmətindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 9, m. 11-də yaşayan Zərərçəkmiş şəxs ona qarşı quldurluq basıqım edilməsi barədə zəng etməsi ilə bağlı məlumat Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuşdur. Sonra vətəndaş Zərərçəkmiş şəxs özü də bölməyə gələrək həmin hadisə barədə ərizə vemişdir. Bölmənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə göstərişlər verilmiş və həmin göstərişlərə əsasən, Zərərçəkmiş şəxs qarşı quldurluq hadisəsini törədən şəxsləin müəyyən edilməsi üçün onlar getmişlər. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə, orada «Spar» mağazasında və «Araz» mağazasında quraşdırılmış videokameralar tərəfindən qeydə alınmış görüntülərə baxılmış və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin mağazaya ona qarşı cinayət hadisəsi törətmiş şəsxlərlə birlikdə «Araz» mağazasının yanında yerləşən bankomatdan pul çəkmək istəmiş və sonra «Spar» mağazasına gələrək Zərərçəkmiş şəxs kartı ilə mağazada mallar almışlar. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, quldurluq hadisəsini Təqsirləndirilən şəxs2 və yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 etmişlər, onların yanında yetkinlik yaşma çatmayan, şəxsiyyətləri məlum olmayan «Harun» və «İlkin» adlı şəxslər olmuşlar. Həmin videogörüntülər onun tərəfindən mobil telefona çəkilmiş və kompyter diskində tərəfindən istintaqa təqdim olunmuşdur. Həmin gün saat 22:00-23:00 radələrində o, 43-cü PB-nin digər əməkdaşı ilə birlikdə «Araz» marketin yaxınlığında dönərxanada dönər yeyib çıxandan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxalanaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxalanaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirildiyi zaman onlar heç bir müqavimət göstərməmişlər. Şahid1 göstərmişdir ki, onun atası Fariz İsmayılov o, uşaq olarkən anası Səadət İsmayılovadan boşanmışdır. Ondan başqa iki bacısı vardır, onlardan biri Havin İsmayılova nənəsi ilə birlikdə yaşayır. Digər bacısı Yağmur İsmayılova isə atası Rüstəm İsmayılov ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 o, bir neçə ildir ki, Azadlıq parkından tanımışdır. Onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs2 isə o, təxminən 4-5 ay olar ki, Tərlanın yanında görmüş və həmin vaxtdan tanımışdır. İlkin adlı şəxsidə o, Tərlana görə tanımışdır. Onun sənədlə adı Caviddir, lakin doğmaları, qohumları və yaxınları onu Harun adı ilə çağırırlar. 08 avqust 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Simranvə Tərlan adlı oğlanlarla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi dayanacağın arxasında səkinin üstündə oturaraq dönər yemişlər. Bu zaman Tərlana zəng gəlmiş və o kiminləsə danışmışdır. Təxminən yarım saat keçmiş adı ona sonradan məlum olan Seymur adlı şəxs onlara yaxınlaşmış, onlarla görüşmüşdür. Bundan sonra Seymur, Tərlan və Simran söhbət edə-edə birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisinə doğru getmişlər. O, da onların arxasınca getmişdir. Bu zaman onlar üçü Seymur, Tərlan və Simran orada yerləşən təmirdə olan kafenin pəncərəsindən içəriyə daxil olmuşlar. O, kafeyə yaxınlaşanda kafenin içərisinin qaranlıq olduğunu görüb qorxmuş və kafeyə daxil olmamışdır. Təxminən bir neçə dəqiqə sonra həmin yerə tanıdığı İlkin adlı oğlanda gəlmiş və o, da kafenin pəncərəsindən içəri daxil olmuşdur. Bu zaman o, qışqırıq səsi eşitmiş, elə bil kimisə döymüşlər. Onda o, qorxduğu üçün kənara çəkilib ağacın arxasında gizlənmişdir. Təxminən 5 dəqiqə keçmiş Tərlan, Simran, İlkin və Seymur kafenin pəncərəsindən bayıra çıxmışlar və harasa getmişlər. O, da onların arxasınca getmişdir. Onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankın bankomatının yanma gəlmişlər və Simran cibindən bir kart çıxararaq orada yerləşən bankomata kartı daxil edib Seymurun ona dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə, öz aralarında belə qərara gəlmişlər ki, yolun digər tərəfində «Star» marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodunu öyrənsinlər. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, orada siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kassadan verilmiş qəbzin üzərində kod görsənməmişdir. Bundan sonra onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfinə keçmişlər. Həmin vaxt Simran yoldan keçən bir taksi avtomobili saxlamışdır ki, onları Novxanı qəsəbəsinə dəniz kənarına aparsın. Seymurda bildirmişdir ki, o, da onlarla gedib yolda düşəcək. Onlar birlikdə avtomobilə əyləşmişlər. Onlar Bİnəqədi gənclər şəhərciyinə çatanda Seymur sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmişdir. Sürücü avtomobili saxladıqdan sonra Seymur Simrana bildirmişdir ki, ona məxsus telefonu və məvacib kartını qaytarsın. Həmin vaxt Simran avtomobildə qarşı tərəfdə əyləşmiş və avtomobildən düşüb arxa qapım açaraq Seymurunda düşməsini bildirmişdir. Seymur avtomobildən düşdükdən sonra onlar nəsə danışmışlar və Simran yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Onlar oradan Sumqayıt bazarının yanma getmişlər, orada Simran onlara dönər almış və kampyuter salonda oturaraq vaxtlarım keçirmişlər. Səhərisi günü onlar yəni, o, Simran, İlkin və Tərlan birlikdə Rəsulzadə qəsəbəsinə gəlmişlər, Simran orada yerləşən bankomata yaxınlaşıb Seymura məxsus kartı həmin bankomata daxil etmiş və yenidən «1975» kodunu yığmışdır, lakin bu dəfə bankomat kartı qaytarmamışdır. Bundan sonra o, və İlkin oradan çıxıb getmişlər. Tərlan isə Simranla birlikdə Rəsulzadə qəsəbəsində qalmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Simran və Tərlan Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən tutularaq PB-nə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Parkın içərisindəki təmirdə olan kafenin içərisində baş vermişdir. Həmin vaxt hava qaranlıq və saat gec olduğu üçün ətrafda bizdən başqa heç kim olmamışdır. Onlar parkın içərisindəki kafeyə yaxınlaşarkən Simran, Seymur və Tərlan ondan xeyli qarşıda getdikləri üçün onlar birlikdə kafenin pəncərəsindən içəri daxil olmuşlar, o, isə kafenin içərisi qaranlıq olduğu üçün içəri daxil olmamışdır. Bundan sonra İlkin adlı oğlanda gələrək kafenin pəncərəsindən içəri daxil olmuşdur. Onların orada nə etmələrini və nə danışmalarını o, görməmişdir. Lakin qışqırıq səsi eşitdiyi üçün qorxduğundan qaçıb orada yerləşən ağacın arxasında gizlənmişdir. Ona görə də orada kimin əlində bıçaq olmasını və zərərçəkmiş şəxsə nümayiş etdirərək hədə-qoxu gəlməsini görməmiş və bunun şahidi olmamışdır. Simran, Tərlan, İlkin və Seymur kafedən çıxdıqdan sonra, onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankın bankomatının yanma gəlmişlər və Simran cibindən bir kart çıxararaq orada yerləşən bankomata kartı daxil edib Seymurun ona dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə, öz aralarında belə qərara gəlmişlər ki, yolun digər tərəfində «Star» marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodunu öyrənsinlər. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, orada siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kassadan verilmiş qəbzin üzərində kod görsənməmişdir. Bundan sonra onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfmə keçmişlər. Bundan sonra onlar birlikdə taksidə gedərkən Binəqədi gənclər şəhərciyinə çatanda Seymur sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmiş, sürücü avtomobili saxladıqdan sonra Seymur Simrana bildirmişdir kİ, ona məxsus telefonu və məvacib kartını qaytarsın. Həmin vaxt Simran avtomobildə qarşı tərəfdə əyləşmiş və avtomobildən düşüb arxa qapım açaraq Seymurunda düşməsini bildirmişdir. Seymur avtomobildən düşdükdən sonra onlar nəsə danışmışlar və Simran yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə 08 avqust 2022-ci il tarxidə saat 23:30 radələrində Bakışəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisindəki təmirdə olan kafedə baş vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs istintaqa həmin epizodla bağlı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 12 avqust 2022-ci il tarixli 1702 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. 2.Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs2 cinayətin predmeti kimi Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarına könüllü olaraq təqdim etdiyi olan 01 ədəd bıçaq bıçaq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə-ballistik ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 3/1178 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmişbir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüffat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə-əmtəəşünashq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 9/6207 saylı rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur :
1. tədqiqata təqdim edilmiş 01 ədəd qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA-U29» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxanda qeyd edilən xüsusatlar nəzərə alınmaqla -60,00 manat. 01 ədəd ***-***-**-** saylı GSM nömrə -4,00 manat; 01 ədəd ***-***-**-** saylı GSM nömrə -4,00 manat. Zərərçəkmiş şəxs məxsus 01 ədəd cinayətin predmeti olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA- U29» model mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və məhkəmə hökmünə qədər saxlanılmasından ötrü zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 2İ-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, 5 nəfər şəxs yolla gələrək Kapital bankın bankomatına yaxınlaşırlar və bankomata kartı daxil etdikdən sonra, yolun digər tərəfində yerləşən «Star» marketə daxil olaraq orada alış-veriş etdikdən sonra kassada kartla ödəniş edib alış-verişə dair qəbzi alırlar və bundan sonra marketdən çıxırlar. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin görüntülərdəki şəxslər onlar və tanışları Umud və İlkin adlı şəxslərdir. Onlar Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisində təmirdə olan kafenin içərisində Zərərçəkmiş şəxs qarşı quldurluq cinayət əməlini törətdikdən sonra həmin kafedən çıxaraq Kapital bankın bankomatına yaxınlaşmışlar və Təqsirləndirilən şəxs2 məxsus kartı iki dəfə bankomata daxil edib kodu yığsalarda pul çıxara bilmədikləri üçün belə fikirləşmişlər ki, yolun digər tərəfindən yerləşən «Star» marketə daxil olub alış-veriş etdikdən sonra qəbzin üzərində kodunu biləcəklər. Lakin onlar «Star» marketə daxil olub alış veriş etsələrdə qəbzin üzərində kod yazılmadığından kartın kodunu öyrənə bilməmişlər və marketdən çıxaraq birlikdə taksi avtomobili ilə Sumqayıt şəhərinə getmişlər. Qeyd olunan videogörüntüləri əks etdirən bir ədəd CD disk xx.xx.2022-ci il tarixli qərarla işüzrə maddi sübut qismində tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Əliyev X10 rayon məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(001)-375/2023 saylı hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(001)-399/2023 saylı hökmü ilə isə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Binəqədi rayon məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(001)-399/2023 saylı hökmü cəza təyini hissəsində dəyişdirilməklə ona qəti olaraq 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu qaydasında ona təyin olunacaq cəza ilə qismən toplanılmasını əsaslı sayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Ağayev X11 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və onun əməlində cinayətin residivi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək sözügedən cinayət əməlini törətmədiyini, ümumiyyətlə hadisə yerində olmadığını və onun yanında heç bir cinayət əməli baş vermədiyini, Təqsirləndirilən şəxs2 da analoji məzmunda ifadə verərək özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 cinayət əməlinə cəlb etmədiyini, zərərçəkmiş şəxsin kartı və pulu ona könüllü surətdə bağışladığını, ona qarşı heç bir zor tətbiq etmədiyini göstərdi. Məhkəmədə təqsirləndirilən şəxslərin bu ifadələri zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs məxsus bank kartının bankomata salınması və həmin bank kartı ilə “Spar” marketdən alış veriş edilməsinin əks oluduğu DVD disk və digər istintaq sənədləri ilə əlaqəli şəkildə araşdırılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələri şübhə altına alınır və həmin şübhələri məhkəmədə onların xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə onların həmin ifadələrində göstərdiyi xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özlərinin müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməllərinin isə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli olmasını və həmin məbləğin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərmiş olduğu 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 420 (dörd yüz iyirmi) manat pul vəsaiti ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin Növbətci Hissəsinə təhvil verilmiş 01 ədəd bıçağın istehlak dəyərini itirdiyi üçün məhv edilməsini, 01 ədəd “Huawei” markalı mobil telefon sahibinə qaytarılmasının nəzərə alınmasını, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması13 fevral 2023-cü il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 12 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi əməli yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini nəzərə alıb onun barəsində təyin ediləcək cəzanın növünü müəyyən edərkən ona azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadığı qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə baxmayaraq o, barəsində cinayət təqibi həyata keçirilən dövrdə, yəni 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzalasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona qəti olaraq 02 il 01 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qanuna münasibətdə riskli mövqedədir. Bu səbəbdən ona azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza təyin edilməsi cəzanın səmərəsizliyinə səbəb olacaqdır. Bu əsaslarla məhkəmə ona yalnız azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olunacağını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onların qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaları fərdiləşirib müddətələrini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, törədilmiş cinayət əməlində onların rolunu, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, ailə və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023cü il tarixli qərarı ilə ona təyin olunmuş 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə ona təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan cəzanın müddəti 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat məbləğdə pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün Binəqədi RPİ-nin Növbətci Hissəsinə təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin, 01 ədəd “Huawei” markalı mobil telefon sahibinə qaytarııması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Novruz Kərimov
Hakimlər: Rasim Sadıxov
Leyla Əsgərova-Məmmədova