Məhkəmə qərarları › İş №1(101)-998/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-998/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-998/2021 21.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Əli İrfan oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx.xx.1993-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində nömrəsiz fərdi evdə faktiki yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 12 aprel 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşısında qonşuluqda yaşayan xx xxxxx 2003-cü il təvəllüdlü Şahid küçədə səs salması səbəbi ilə onu kobud şəkildə tənqid etmiş, Şahid isə ağlayaraq yaşadığı evə getmişdir. Şahid ağlayaraq evə gəlməsini görən atası X4 övladı ilə kobud davranışa görə Təqsirləndirilən şəxs irad bildirdikdə, o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə Bürcəli Baxşəliyevin övladı yetkinlik yaşına çatmayan Şahid, eləcə də həmin gün onların evinə gəlmiş qohumları, Bürcəli Baxşəliyevin qaynı Zərərçəkmiş şəxs3 və sonuncunun övladı Zərərçəkmiş şəxs2 gözləri qarşısında, onlara əzab verdiyini dərk edərək, üzərində olan bıçaq ilə xüsusi amansızlıqla X1 qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarın nahiyəsinin sağ yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və müsariqəsinin zədələnməsi ilə müşayiət olunan, deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs orada olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da hücum edib onlara əlində olan bıçaqla qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs3 döş qəfəsinin sağ-yan səthinin 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin sol-yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 12 aprel 2020-ci il tarixdə axşam vaxtı evdə olarkən küçədə səs-küy eşidib çölə çıxmışdır. Həmin vaxt qonşunun uşağını küçədə görüb ona irad tutmuşdur. Bunu görən həmin uşaq qaça-qaça evlərinə getmişdir. O, həyətlərinə gedəndən 1-2 dəqiqə sonra onun atası, qonşusu Bürcəli küçəyə çıxıb ona kəskin formada irad tutmuş, bu səbəbdən də aralarında münaqişə yaranmışdır. Bu zaman küçəyə çıxarkən evdən götürdüyü dəstəyi qara rəngdə olan mətbəx bıçağını cibindən çıxarıb Bürcəli Baxşəliyevin qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra, qonşusu Bürcəlinin həyətindən qaynı olan, lakin adını bilmədiyi şəxs çölə çıxaraq onun üstünə hücum etmişdir. Həmin şəxsin onu vuracağından ehtiyatlanaraq əlindəki bıçaqla onun sinəsinin sağ tərəfinə iki dəfə zərbə endirmişdir. Daha sonra, Bürcəlinin qaynı oğlu onun üstünə hücum etmişdir. Həmin oğlanı da bıçaqla sinəsinin sol tərəfindən bir dəfə vurmuşdur. Bundan sonra, onların hər üçü yerdən taxta və daş parçaları götürüb ona tərəf gəldikdə hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Törətdiyi əmələ görə polis tərəfindən tutulacağından qorxduğundan evə getməmiş və müxtəlif yerlərdə gizlənmişdir. 16 iyun 2020-ci ildə isə valideynləri ilə əlaqə saxlayıb polisə təslim olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 12 aprel 2020-ci il tarixdə saat 10 radələrində qaynı Zərərçəkmiş şəxs3 və onun oğlu Zaur evdə gedən təmir işlərinə köməklik etmək üçün onlara gəlmişlər. Saat 20-21 radələrində oğlu Kənan küçədən mişar daşı gətirməyə getmiş və bir az keçmiş onu səsləyib harada qaldığını soruşmuşdur. Bundan təxminən 2-3 dəqiqədən sonra oğlu Kənan ağlayaraq evə gəlmiş və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Bu zaman küçəyə çıxmış və Sərhadın onlara tərəf gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs uşağını vurmağının səbəbini soruşaraq ona irad bildirdikdə, Sərhad ona söyüş söyərək “Yaxşı edib, əcəb edib vurmuşam” demiş və onun üstünə gəlməyə başlamışdır. Bu zaman səs-küyə qaynı Cəmil və onun oğlu Zaur da evdən çölə çıxmışlar. Sərhadın hərəkətlərinə onlar da irad tutmuş, hətta Cəmil Təqsirləndirilən şəxs qolundan tutaraq kənarlaşdırmaq istəmişdir. Sərhaddan Kənanı vurmasının səbəbini bir daha soruşduqda, o, qaynı Cəmili itələyərək ona tərəf gəlmiş və qarnına zərbə vurub, onu itələmişdir. Hava qaranlıq olduğundan, nə ilə vurulduğunu görməmişdir. Zərbədən sonra qarnında ağrı hiss etmişdir. Bundan sonra, Sərhad onun qaynı Cəmili də vurmuş və o, qışqırıb “Məni də vurdu” dedikdə qaynı oğlu Zaur araya keçib Sərhadı ayırmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs Zauru da vurmuşdur. Daha sonra Sərhad hadisə yerindən qaçmış, onları isə Respublika Klinik Xəstəxanasına aparmışlar. Yolda o, huşunu itirdiyindən daha sonra nələrin baş verdiyini xatırlamamışdır. Daha sonra o, məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən müalicəsi üçün çəkilən xərclərin bir qisminin ödənilməsinə köməklik edilmiş, onun hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 12 aprel 2020-ci il tarixdə səhər saatlarında oğlu Zaurla birgə Hökməli qəsəbəsində yaşayan bacısı Röyagilə yeznəsi Bürcəlinin evdə apardığı təmir işlərinə kömək üçün getmişdir. Oğlu Zaur və yeznəsi Bürcəli ilə birlikdə bütün günü təmir işləri ilə məşğul olmuş və axşam saat 20-21 radələrində yeznəsi Bürcəli oğlu Kənana küçədən mişar daşı gətirməsini tapşırmışdır. Kənan gedəndən 2-3 dəqiqə sonra ağlaya-ağlaya gələrək atası Bürcəliyə qonşuları Sərhadın onu söyüb şillə ilə vurduğunu deməklə şikayətlənmişdir. Bürcəli küçəyə çıxdıqdan sonra, onun ardınca çıxmış və Bürcəlinin Sərhad ilə sözlə mübahisə etdiyini görmüşdür. X7 Əliyevə Kənanın uşaq olmasını və onu nə səbəbə vurmasını deyib irad bildirdikdə Sərhad Bürcəli ilə kobud şəkildə danışmağa başlamışdır. Sərhada iradını bildirib aralaşdırmağa çalışdıqda Sərhad onlara da əl-qol atmağa başlamışdır. Aralaşdırmağa çalışaraq Bürcəlini kənara çəkdikdə sonuncu “burax, görüm nə deyir” bildirmiş, bundan sonra Sərhad onu itələyib Bürcəlinin üstünə hücum etmiş və onu vurmuşdur. Bürcəli qışqıraraq “əlində bıçaq var, məni vurdu” demişdir. Bundan sonra Sərhad tərəfə gəlmiş və sonuncu onu da əlamətlərini dəqiq görmədiyi bıçaqla sağ qoltuq altına iki dəfə zərbə vurmuşdur. Bu zaman “məni də vurdu” deyib qışqırmış və bunu görən oğlu Zaur Sərhadın üstünə cummuşdur. Təqsirləndirilən şəxs isə sakitləşməyərək Zauru da bıçaqla vurmuş və çıxıb getmişdir. Daha sonra onları Respublika Klinik Xəstəxanasına aparmışlar. Bundan başqa, o, məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxslə barışmış, ona maddi ziyan vurulmadığından Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 12 aprel 2020-ci il tarixdə səhər tezdən atası Zərərçəkmiş şəxs3 ilə birgə Binəqədi rayonu, Hökməli qəsəbəsindəki fərdi tikili evdə yaşayan bibisi Röyagilə bibisinin əri Bürcəliyə apardığı təmir işlərinə köməklik etmək üçün getmişlər. Atası və bibisinin əri Bürcəli ilə bütün günü işləmişlər və axşam saat 20-21 radələrində Bürcəli oğlu Kənana küçədən mişar daşı gətirməsini demişdir. Kənan gedəndən 2-3 dəqiqə sonra ağlayaağlaya gələrək atası Bürcəliyə qonşuları Sərhadın onu söyüb şillə ilə vurduğunu bildirmişdir. Bürcəli küçəyə çıxdıqdan sonra küçədən mübahisə səslərinin gəlməsini eşidib atası Cəmil, sonra isə özü küçəyə çıxmışlar. Bu zaman Bürcəli ilə Sərhadın sözlə mübahisə etdiyinin şahidi olmuşlar. Onları aralaşdırmağa çalışdıqda Sərhad daha da aqressivləşərək əl-qol atmağa başlamış, Bürcəli isə atası Cəmilə “Burax, görüm nə deyir?” bildirdikdə, Sərhad atası Cəmili itələyib Bürcəlinin üstünə hücum etmiş və onu vurmuşdur. Bunu görən atası Cəmil araya girdikdə Sərhad onu da vurmuşdur. Bu zaman onun əlində bıçaq olmasından xəbərsiz olmuşdur. Sərhadın üstünə getdikdə sonuncu onun döş nahiyəsinin sol hissəsindən bıçaqla vurmuş və sonra oradan getmişdir. Sonra onları Respublika Klinik Xəstəxanasına aparmışlar. Bundan əlavə, o, məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxslə barışdığını, ona hər hansı bir maddi ziyan vurulmadığından Sərhaddan şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Bürcəli oğlu ifadəsində göstərdi ki, onların yaşadıqları ev tam təmir olunmadığından imkan olduqca atası Bürcəli Baxşəliyev təmir-tikinti işlərini tədricən aparmışdır. Bu məqsədlə yəni, təmir işlərinə köməklik etmək üçün dayısı Zərərçəkmiş şəxs3 və dayısı oğlu Zərərçəkmiş şəxs2 12 aprel 2020-ci il tarixdə onlara gəlmişlər. Axşam saat 20-21 radələrində atası Bürcəli ona küçədən mişar daşı gətirməsini demişdir. Küçəyə çıxaraq qonşuları Sərhadgilin darvazası ilə üzbəüz öz hasarlarının kənarına yığılan mişar daşlarından birini götürüb evə gətirmək istəyərkən Təqsirləndirilən şəxs həyətlərindən çölə çıxıb onun qarşısını kəsmiş və nə səbəbə söyüş söyməsini soruşmuşdur. Ona küçədə adam olmadığını, bu səbəbdən də söyüş söymədiyini dedikfə Sərhad onun qolundan tutub şillə ilə vurmuşdur. Sərhada gücünün çatmayacağını görüb onu itələyərək evə qaçmış və evin həyətində olan atası Bürcəliyə qonşu Sərhaddan şikayətlənmişdir. Atası Bürcəli çölə çıxaraq Təqsirləndirilən şəxslə qapının qarşısında qarşılaşmış və ondan etdiyi hərəkətlərin səbəbini soruşmuşdur. Sərhad isə buna cavab olaraq atası Bürcəlini də söymüşdür. Səs-küyə dayısı Cəmil və dayısı oğlu Zaur da çölə çıxmışlar. Çöldə olan mübahisə zamanı atası geriyə çəkilərək “əlində bıçaq var, məni vurdu” demiş, dayısı araya keçərək Sərhada irad bildirdikdə sonuncu dayısını da bıçaqla vurmuşdur. Bundan sonra dayısı Cəmil “məni də vurdu” deyərək qışqırmış və bu zaman dayısı oğlu Zaur araya keçdikdə Sərhad əlində olan bıçaqla onu da vurmuşdur. Ətrafda nə isə tapıb Sərhadı vurmaq istədikdə o, hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 13 aprel 2020-ci il tarixli Binəqədi RPİ-nin rəisinin adına yazılmış raportdan görünür ki, 12 aprel 2020-ci il tarixdə saat 20:09-da Binəqədi rayon sakini Şahid Bürcəli oğlu DİN-nin 102 xidmətinə zəng vuraraq atası X1, dayısı Zərərçəkmiş şəxs3 və dayısı oğlu Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan şikayət ərizələrindən görünür ki, X4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 həmin ərizələrlə polisə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. (Cild 1, iş vərəqə 19, 40, 91) Cinayət işinin materiallarında olan 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmış və o, hadisənin hansı şəraitdə və yerdə baş verdiyini göstərərməklə ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqə 219-223) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan X1 məhkəmə-tibbi müayinəsinə dair ekspertin 15 aprel 2020-ci il tarixli 606 №-li rəyindən görünür ki, Bürcəli Baxşəliyevin bədənində aşkar olunmuş xəsarət - qarın nahiyəsinin sağ yarısının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və müsariqəsinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməklə, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi 12.04.2020-ci il saat 20:50dən bir qədər əvvəl yetirilmiş, 12.04.2020-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Rəydə həmçinin qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət istintaqın müəyyən etdiyi şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. (Cild 1, iş vərəqə 60-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsinə dair ekspertin 17 aprel 2020-ci il tarixli 612 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər döş qəfəsinin sağ-yan səthinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməklə, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi 12.04.2020-ci il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Rəydə həmçinin qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər istintaqın müəyyən etdiyi şəraitdə, yəni bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi. (Cild 1, iş vərəqə 63-65) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə dair ekspertin 17 aprel 2020-ci il tarixli 613 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sol-yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməklə, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi 12.04.2020-ci il tarixdə yetirilmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Rəydə həmçinin qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər istintaqın müəyyən etdiyi şəraitdə, yəni bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi. (Cild 1, iş vərəqə 67-68) Cinayət işinin materiallarında olan 08 may 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokollardan və 16 mart 2021-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, hadisə zamanı zərərçəkmiş şəxslər: X1 əynində olmuş 01 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs3 əynində olmuş 01 ədəd sviter və 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 oğlunun əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd mayka onların müalicə olunduğu Respublika Kliniki Xəstəxanasından götürülməklə ekspert tədqiqatına verilmiş, sonra isə iş üzrə maddi sübut qismində tanınaraq Binəqədi RPİ-nin saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 76-81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan məhkəmə–trasoloji ekspertizasının 01 sentyabr 2020-ci il tarixli 3/923 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. (Cild 1, iş vərəqə 201-202) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan məhkəmə–trasoloji ekspertizasının 01 sentyabr 2020-ci il tarixli 3/921 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş sviterin, maykanın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Sviterin səthində olan “a” və “b” zədələri, maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. (Cild 1, iş vərəqə 205-206) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan məhkəmə–trasoloji ekspertizasının 01 sentyabr 2020-ci il tarixli 3/922 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin, maykanın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. (Cild 1, iş vərəqə 209-210) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan stasionar məhkəmə psixiatrik ekspertizasının 15 fevral 2021-ci il tarixli 10 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs halhazırda da hər hansı bir psixi patologiyadan əziyyət çəkmir. Onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Onda yalnız xarakterin qarışıq tipli psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onun özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 211-215) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 5 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 69-70, 169-177) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarının 6-cı bəndində verilən izaha əsasən əməl o halda xuliqanlıq niyyəti ilə tövsif olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Məsələn, heç bir səbəb olmadan törədilən əməl. Bu Qərarın 8-ci bəndində verilən izaha əsasən, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda qəsd etməkdə də ifadə oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Bürcəli Baxşəliyevə onun övladı və qohumlarının gözləri qarşısında heç bir əsaslı səbəb olmadan ağır dərəcəli bədən xəsarəti yetirməsi, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətlərinin yetirməsi bir daha onu göstərir ki, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət – yüngül, Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə xitam verilməlidir. (başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 41.3-cü maddəsinin tələbinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayət və ya tələblərinin olmadığını və onunla barışdıqlarını bildirərək, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdirlər. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi ilə birgə məhkəməyə ərizə təqdim edərək onun barəsində ittiham olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə dövlət ittihamçısı cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittihamdan tam imtina etmiş və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə cinayət təqibinin davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə həmin Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət qanunvericiliyinin yuxarıda təsvir olunan maddi və prosessual normalarının tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı gördüyü tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 5 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayəti 12 aprel 2020-ci il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 5 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin müəyyən edilməsi məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edildiyindən, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü üzrə bu günə kimi çəkdiyi cəza qəti cəza müddətinə hesablanmalı, cəzasının çəkilməsi müddətinin başlanğıcı isə həmin hökmə əsasən cəzaçəkmə müddətinin əvvəlinin hesablandığı 16 iyun 2020-ci il tarixdən hesablanmaqla barəsində hazırki iş üzrə həbs qətimkan tədbirinin seçilməsi də nəzərə alınmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdən 22 may 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əsasən hazırkı iş üzrə, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə tutulmuş, həmin gün o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin vaxt məhkəmədə baxılan digər iş üzrə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 24, 111, 117, 123) Bundan başqa, hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasının 04 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddətin də təyin ediləcək cəza müddətinə hesablanması nəzərə alınmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlama yerində saxlanılan: X2 məxsus 01 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd sviter və 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 oğluna məxsus 01 ədəd qısaqol köynəy və 01 ədəd mayka sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (Cild 1, iş vərəqə iş 200, 204, 208). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 16 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlama yerində saxlanılan: X2 məxsus 01 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd sviter və 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 oğluna məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd mayka sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar